Məhkəmə qərarları › İş №1(036)-49/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-49/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-49/2024 24.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 1, mənzil 15-də yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,880 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 03 mart 2024-cü il tarixdə saat 11:30 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 14:30 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd “Rothmans” markalı siqaret qutusunda olan sarı rəngli sellofan bükümdəki ağ rəngli kağız bükümdə 0,880 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitəni təzəlikcə, təxminən 2 ay olar ki, istifadə etməyə başlamışdır. 27 fevral 2024-cü il tarixdə səhər saatlarında istifadəsində olan və “Magsud_Aliyev” adlı sosial şəbəkə hesabı vasitəsilə həmin sosial şəbəkədə olan “Kola_Patı” adlı sosial səhifəyə yazmışdır. Həmin səhifədə o, narkotik vasitə istifadə etmək istədiyini və bunun üçün narkotik vasitə almaq niyyətini bildirmişdir. Həmin gün saat 16 radələrində İmişli şəhəri “Yeni Bazar” adlanan yerdən tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. Gediş haqqı olaraq 15 manat pul vermişdir. Bakı şəhərində “Üçüncü mikrorayon dairəsi” adlanan yerə çatanda “İnstagram” sosial şəbəkəsində yenidən mesaj yazmış və qeyd etdiyi yerin yaxınlığında olan yanacaqdoldurma məntəqəsinin yanında olan, zibil qutusunun yanında yerə, siqaret qutusunda psixotrop maddə olan metamfetamin qoyulması ilə bağlı cavab gəlmişdir. O, həmin səhifə ilə “İnstagram” da danışan zaman yarım qram psixotrop maddə olan metamfetamin istəmiş, həmin şxəs isə bunun üçün 22 manat pul verməli olacağını demişdir. Həmin şəxsin “İnstagram” sosial şəbəkəsinə göndərdiyi "xxxx" ASC-yə məxsus hesab nömrəsinə 27 fevral 2024-cü il tarixdə, günorta saatlarda İmişli şəhəri “Daş Körpü” adlanan yerdə yerləşən “Nur” market ərzaq mağazasındakı “Milliön” ödəmə aparatından 22 manat pul və çekin şəklini də göndərmişdir. Mobil telefonunu təqdim etməyə razı olmasını, amma “İnstagram” sosial şəbəkəsində həmin şəxslə aralarında olan bütün mesaj mətnlərini sildiyini bildirmişdir. Həmin gün saat 19 radələrində o, “Üçüncü mikrorayon dairəsi” adlanan yerdə olan yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı zibil qutusunun yanındakı “Viceroy” markalı siqaret qutusunun içərisindəki sarı rəngli kağız bükümün içərisində olan metamfetmini götürmüşdür. Oradan da birbaşa olaraq tanımadığı İmişli rayonuna gələn taksi ilə rayona qayıtmışdır. Həmin gün saat 24 radələrində İmişli şəhəri H.Əliyev prospektində yerləşən “Mədəniyyət” sarayının qarşısında düşmüş və taksi ilə evə gəlmişdir. Yol haqqı olaraq 15 manat da pul vermişdir. Həmin bükümü üzərində saxlamışdır. Sabahı gün, 28 fevral 2024-cü il tarixdə yaşadığı İmişli şəhəri Meliorator qəsəbəsi ərazisində, evlərinin yaxınlığında bir ədəd kağız faliqanın arasına həmin maddədən töküb alışqan ilə yandırmış və tüstüsünü qəbul etmişdir. Bir gün sonra, yəni 28 fevral 2024-cü il tarixdə günorta saatlarında da yenə eyni qaydada yaşadığı məhəllədə həmin metafetamindən cəmi iki dəfə istifadə etmişdir. “İnstagram” sosial şəbəkəsində yazışdığı və qeyd etdiyi səhifəyə yazmış və ona Bakıya gəlib götürə biləcəyi bildirilmişdir. O, onsuz da Bakı şəhərinə getməli olduğunu, çünki, iş axtardığını bildirmişdir. Lakin metafetamini əldə etdikdən sonra dərhal da İmişli rayonuna qayıtmağa qərar vermişdir. İmişli rayonuna qayıdandan sonra o, İmişli rayonu Rəsullu kəndində yerləşən qapıpəncərə sexində işləmişdir. 03 mart 2024-cü il tarixdə, saat 11 radələrində o, yaşadığı İmişli şəhəri Meliorator qəsəbəsinə gələn zaman polis əməkdaşları ona yaxınlaşmış və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olmağı barədə məlumat daxil olmasını bildirmişdir. Ona İmişli rayon polis şöbəsinə getmək təklif edilmiş, o da razı olmuşdur. Polis şöbəsində ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli şəxs olması izah edilmişdir. Buna görə də ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Sonra ona hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Ona vəkillərin siyahısı təqdim edilmiş və o da həmin siyahıdan hazırda müdafiəçisi olan Müdafiəçi seçmişdir. Bir qədər gözlədikdən sonra müdafiəçisi gəlmiş və ona təqdim edilmişdir. O da müdafiəçisi Müdafiəçi qarşı heç bir etirazının olmadığını bildirmişdir. Müdafiəçisi ona qarşı hər hansı zorakılıq və ya digər qeyri-insani hərəkətlər edilməsi barədə soruşmuş, o da dedi polis əməkdaşları tərəfindən polis şöbəsinə gəltirildiyini və burada da müdafiəçinin gəlişini gözləməsini bildirmişdir. Bundan sonra təhqiqatçı ona nədə şübhələnildiyini izah etmiş və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu, buna görə də üzərində şəxsi axtarış hərəkətlərinin aparılacağı bildirilmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video görüntü əsasında üzərində şəxsi axtarış aparılmışdır. O, özü üzərində olan metamfetamini çıxarıb təqdim etmiş, yəni siqaret qutusunun içərisində gizlətdiyi yerdən çıxarıb təqdim etmişdir. Hadisə necə olubsa özü könüllü şəkildə etiraf etmiş və ona qarşı heç bir təsir olmamışdır. Etdiyi əməldən də səmimi peşmandır. Mütəmadi istifadəçi deyildir. Ara-sıra istifadə etmişdir. Buna görə də görünməsin deyə siqaret qutusunun içərisinə qoymuşdur. Həmin siqaret “Rothmans” mentol markalı olmuş, 3 manat 10 qəpiyə almışdır. Siqaret qutusunda, içəridə olan faliqanın arxasına kiçik büküm formasına qoymuşdur. Bundan əvvəl də o, istifadəsi üçün üzərində gəzdirən zaman adəti üzrə həmişə siqaret qutusuna qoymuşdur. Bu dəfə də eyni yerdə gizlətmiş və o, özü təqdim etməsə də, üzərində şəxsi axtarış aparıb tapılacağını bildirmişdir. Odur ki, könüllü şəkildə özü çıxarıb təqdim etmişdir. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş NBPİ-nin Dəmir yolu NPİ-nin İmişli st. XPŞnin İctimai Təhlükəsizlik qrupu YYC işləri üzrə inspektor, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs şəxsən tanımır. Sonuncu ilə heç bir ədavəti, düşmənçiliyi, yaxud qərəzli münasibəti yoxdur. 03 mart 2024cü il tarixdə icraatına dəqiq, etimad doğuran və qərəzsiz mənbədən İmişli şəhər sakini Maqsud adlı şəxsin üzərində narkotik maddə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dərhal raportla İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra yoxlama tədbirləri keçirilmiş və Maqsud adlı şəxsin İmişli şəhəri Meliorator qəsəbəsi ev 1 mənzil 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Dərhal əməliyyat-axtarış qrupu yaradılmış və qrupun tərkibinə o, İmişli Rayon Polis Şöbəsinin Kiber Cinayətkarlığa qarşı Mübarizə Qrupunun rəhbəri, polis kapitanı Şahid3, İmişli Rayon Polis X3 rəhbəri, polis kapitanı Şahid2 və İmişli Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 daxil edilmişdir. 03 mart 2024-cü il tarixdə saat 11 radələrində onlar Maqsud Əİiyevin yaşadığı İmişli şəhəri Meliorator qəsəbəsi ərazisinə getdiklərini və əvvəlcədən razılaşdırılmış şərti işarələrlə ərazini müşahidəyə götürdüklərini bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada gəzərkən gördüklərini, əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edib üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı İmişli Rayon Polis Şöbəsinə daxil olan məlumatın realizəsi üçün birlikdə İmişli Rayon Polis Şöbəsinə getməli olmasını bildirdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən gəlməyə razı olmuşdur. X5 gəldiklərini, orada Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildiyini və nə üçün şübhələnildiyi Təqsirləndirilən şəxs izah edilmişdir. Təqsirləndirilən şəxs də heç bir etirazı olmadığını bildirməklə videogörüntü əsasında üzərində şəxsi axtarış hərəkətləri aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi, daşınması, gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa gətirib təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli jaketin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunu və iki ədəd bank kartını çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içindəki sarı rəngli kiçik sellofan bükülünün arasında olan ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış hərəkətləri davam etdirilmiş və qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin kütlə təhqiqatçı Mehdi Hüseynzadə tərəfindən götürülərək protokol tərtib edilmiş və kütlə zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə icraatına hələ ki heç bir məlumat daxil olmasa da, amma 03 mart 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş metamfetamin kütləsini şifahi sorğu zamanı “İnstagram” sosial şəbəkəsində tanış olduğu bir naməlum şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs bunun üçün həmin şəxsin kart hesabına 22 manat da pul göndərdiyini bildirmişdir. Metafetmin kütləsini gedib Bakı şəhərindən əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla mübarizə qrupu, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində şahid qismində dindirilmiş NBPİ-nin Dəmir yolu NPİ-nin İmişli st. XPŞ-nin İctimai Təhlükəsizlik qrupu YYC işləri üzrə inspektor, polis kapitanı Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunaraq elan edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, İmişli Rayon Polis Şöbəsinin Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs şəxsən tanımır. Sonuncu ilə heç bir ədavəti, düşmənçiliyi, yaxud qərəzli münasibəti yoxdur. 03 mart 2024-cü il tarixdə icraatına dəqiq, etimad doğuran və qərəzsiz mənbədən İmişli şəhər sakini Maqsud adlı şəxsin üzərində narkotik maddə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dərhal raportla İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra yoxlama tədbirləri keçirilmiş və Maqsud adlı şəxsin İmişli şəhəri Meliorator qəsəbəsi ev 1 mənzil 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Dərhal əməliyyat-axtarış qrupu yaradılmış və qrupun tərkibinə o, İmişli Rayon Polis Şöbəsinin Kiber Cinayətkarlığa qarşı Mübarizə Qrupunun rəhbəri, polis kapitanı Şahid3, İmişli Rayon Polis X3 rəhbəri, polis kapitanı Şahid2 və İmişli Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 daxil edilmişdir. 03 mart 2024-cü il tarixdə saat 11 radələrində onlar Maqsud Əİiyevin yaşadığı İmişli şəhəri Meliorator qəsəbəsi ərazisinə getdiklərini və əvvəlcədən razılaşdırılmış şərti işarələrlə ərazini müşahidəyə götürdüklərini bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada gəzərkən gördüklərini, əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edib üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı İmişli Rayon Polis Şöbəsinə daxil olan məlumatın realizəsi üçün birlikdə İmişli Rayon Polis Şöbəsinə getməli olmasını bildirdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən gəlməyə razı olmuşdur. X5 gəldiklərini, orada Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildiyini və nə üçün şübhələnildiyi Təqsirləndirilən şəxs izah edilmişdir. Təqsirləndirilən şəxs də heç bir etirazı olmadığını bildirməklə videogörüntü əsasında üzərində şəxsi axtarış hərəkətləri aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi, daşınması, gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa gətirib təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli jaketin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunu və iki ədəd bank kartını çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içindəki sarı rəngli kiçik sellofan bükülünün arasında olan ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış hərəkətləri davam etdirilmiş və qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin kütlə təhqiqatçı Mehdi Hüseynzadə tərəfindən götürülərək protokol tərtib edilmiş və kütlə zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:10 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26-27); Şəxsi axtarış və götürmə aparılması haqqında 03 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli üzərində sarı hərflərlə “KİNG” sözü yazılmış jaketin sağ yan cibindən “Rothmans” markalı siqaret qutusu və üzərində “Leobank” və “Umico” sözləri yazılmış iki ədəd plastik kart çıxarıb stolun üstünə qoymuşdur. Həmin siqaret qutusunun içərisindən öncə açıq-sarı rəngli, daha sonra ağ rəngli kağıza bükülmüş psixotrop maddə metafetaminə bənzər kütlə olan bir ədəd büküm aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışlar, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 179 nömrəli möhürü ilə möhürlənmişlər və zərflər bütün iştirakçılar tərəfindən imzalanmışlar. Protokola bir ədəd video çəkiliş köçürüldüyü disk əlavə edilmişdir. (i.v.28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-18/242 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ”...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,880 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ttədqiqatdan sonra qalıq 0.830 qram çəkidə qalmışdır. (i.v. 36-38); Şübhəli şəxsin dindirilməsi haqqında 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, 27 fevral 2024-cü il tarixdə səhər saatlarında istifadəsində olan və “Magsud_Aliyev” adlı sosial şəbəkə hesabı vasitəsilə həmin sosial şəbəkədə olan “Kola_Patı” adlı sosial səhinin istifadəçəsindən metafetamini almışdır. İmişli şəhəri Meliorator qəsəbəsinə gələn zaman polis əməkdaşları ona yaxınlaşmış və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olmağı barədə məlumat daxil olmasını bildirmişdir. Ona İmişli rayon polis şöbəsinə getmək təklif edilmiş, o da razı olmuşdur. Polis şöbəsində ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli şəxs olması izah edilmişdir. Buna görə də ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Sonra videogörüntü əsasında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz hər hansı əşya və ya predmet olması, olduğu halda çıxarıb təqdim etmək təklif olunmuşdur. O, əynində olan qara rəngli jaketin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaretin içərisindəki sarı rəngdə olan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış və arasındakı ağ rəngli kağız kəsiyində olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sonra üzərindən aşkar edilən metafetmin qablaşdırılıb götürülmüş və “Protokol ucadan oxudu, düzgün yazılmışdır, doğruluğu imzalarla təsdiq olunur” qeyd edərək müdafiəçinin iştirakı ilə imzalamışdır (i.v. 44-46); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 47-48); Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, 27 fevral 2024-cü il tarixdə səhər saatlarında istifadəsində olan və “Magsud_Aliyev” adlı sosial şəbəkə hesabı vasitəsilə həmin sosial şəbəkədə olan “Kola_Patı” adlı sosial səhfənin istifadəçəsindən metafetamini almışdır. İmişli şəhəri Meliorator qəsəbəsinə gələn zaman polis əməkdaşları ona yaxınlaşmış və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olmağı barədə məlumat daxil olmasını bildirmişdir. Ona İmişli rayon polis şöbəsinə getmək təklif edilmiş, o da razı olmuşdur. Polis şöbəsində ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli şəxs olması izah edilmişdir. Buna görə də ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Sonra videogörüntü əsasında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz hər hansı əşya və ya predmet olması, olduğu halda çıxarıb təqdim etmək təklif olunmuşdur. O, əynində olan qara rəngli jaketin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaretin içərisindəki sarı rəngdə olan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış və arasındakı ağ rəngli kağız kəsiyində olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sonra üzərindən aşkar edilən metafetmin qablaşdırılıb götürülmüş və “Protokol ucadan oxudu, düzgün yazılmışdır, doğruluğu imzalarla təsdiq olunur” qeyd edərək müdafiəçinin iştirakı ilə imzalamışdır (i.v. 55-57); İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(036)-21/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 73-75); Baxış keçirilməsi haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən mobil telefon göy rənglidir, “Redmi” markalı, smartfon tipli mobil telefondur. Telefonun galareya hissəsində “İntagram” sosial şəbəkəsinə daxil olunmuş və Təqsirləndirilən şəxs məxsus “maksud_aliyev086” adlı hesabın olması aşkar edilmişdir. Həmin hesaba daxil olunub izləyicilərə sıra ilə baxış keçirilmiş və həmin izləyicilərin arasında narkotik vasitə və psixotrop maddə adı ilə qeydiyyatdan keçən hər hansı izləyici aşkar edilməmişdir. Bundan sonra telefonun “Whatsap Messenger” sosial şəbəkəsinə, habelə galareya hissəsinə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2024-cü il tarixli, 2510 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.118-119); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-18/242 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2024-cü il tarixli, 2510 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,880 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,830 qram metamfetamin saxlanması üçün İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir(i.v.139-149); İmişli rayon MKTİB-nin direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı İmişli rayon MKTİB-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini nəzərə alaraq şahidlərin ifadələrinin mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə » Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.830 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 357.0 və 357.0.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə onun xasiyyətnaməsinə əsasən barəsində indiyək heç bir şikayətin daxil olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda göstərilmiş məqamları hazırki işə tətbiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət əməli törətməsinin üsulu və şəraiti, əməlini səmimi etiraf etməsi, onda narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alınaraq, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədinə çatmasına kifayətdir. Yaşadığı yer üzrə müsbət xarakterizə olunaraq, onun barəsində heç bir şikayətin daxil olmaması onun cəmiyyətdən tam təcrid edilməsini ehtiyac olmadığı və azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə əsas verir. Eyni zamanda məhkəmə hesab edir ki, ibtidai və məhkəmə istintaqı zamanı cəmiyyətdən tam təcrid olunaraq həbsdə saxlanıldığı 03 (üç) ay 19 (on doqquz) günlük müddət onun islah olunmasına müsbət təsir etmiş və cəzasının qalan hissəsini azadlıq hüququnun tam məhdudlaşdırılmadan və barəsində qətimkan tədbiri seçilmədən də çəkərək tam islah oluna bilər. İbtidai istintaq zamanı 03 mart 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.880 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.830 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 49.74 (qırx doqquz manat yetmiş dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 1, mənzil 15 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə saxlanıldığı 03 (üç) ay 19 (on doqquz) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 1, mənzil 15 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.880 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.830 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “DVD- R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 49.74 (qırx doqquz manat yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar