Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-5/2022 13.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə 12 fevral 1990-cı il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Əliqulular kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 15 avqust 2019-ci il tarixdən hesablanmaqla 04 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(050)- 383/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İmişli Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 3(036)- 476/2019 saylı Qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla sonuncu dəfə 25 yanvar 2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 27 yanvar 2021-ci il tarixinədək cəmi 3400 (üç min dörd yüz) manat məbləğində köhnə aylara dair yığılmış aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə rəsmi ailə həyatı qurmuş və birgə nikahlarından 04 dekabr 2015-ci il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. Sonradan münasibətləri pozulduğundan ayrılmaq qərarına gəlmişlər. Həmin vaxtdan da övladı anası Zərərçəkmiş şəxs himayəsində yaşamışdır. Zərərçəkmiş şəxs himayəsində olan uşağı tək saxlaya bilmədiyini əsas gətirərək aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 2(050)-383/2019 saylı, 10 yanvar 2019-cu il tarixli Qətnaməsinə əsasən ondan əvvəli 15 avqust 2019-ci il tarixdən hesablanmaqla uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qətnamə icra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək İmişli Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli Qərarı ilə on beş gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, işləmədiyindən məhkəmə qətnaməsini icra etməmiş və təqdimat verilən günə, yəni 27 yanvar 2021-ci il tarixə kimi cəmi 3400 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda yaranmış aliment borcunu ödəmək iqtidarında deyildir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi ailə həyatı qurmuş və birgə nikahlarından 04 dekabr 2015-ci il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. Sonradan münasibətləri pozulduğundan ayrılmaq qərarına gəlmişlər. Həmin vaxtdan da övladı ilə birlikdə ayrı yaşamışdır. Uşağı tək başına saxlaya bilmədiyindən 2019-cu ildə məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Masallı Rayon Məhkəməsinin 2(050)-383/2019 saylı, 10 yanvar 2019-cu il tarixli Qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2019-ci il tarixdən hesablanmaqla 04 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş və İmişli Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək on beş gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də işləməsinə və gəlir əldə etməsinə baxmayaraq aylıq alimenti ödəmədiyindən nəticədə təqdimat verilən günə, yəni 27 yanvar 2021-ci il tarixədək köhnə aylara dair 3400.00 manat aliment borcu yaranmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əvəzindən Zaur adlı qardaşı tərəfindən ona 300 manat pul ödənilmişdir. Təqsirləndirilən şəxsin köhnə aylara görə ona 3100 manat borcu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən onun cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid3 ifadəsində göstərdi ki, Masallı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(050)-383/2019 saylı Qətnaməsi üzrə eyni tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İmişli rayon İcra və Probasiya şöbəsində 23 yanvar 2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. İmişli Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 8(036)-137/2020 saylı qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Tələbin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs 16 sentyabr 2019-cu il tarixdə İmişli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs olunmaqla tənbeh edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və yaranmış borcun ödənilməsini təmin etməmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, yaranmış aliment borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə 15 avqust 2019-cu il tarixdən 15 yanvar 2021-ci il tarixədək tələbkara ödəməli olduğu 3480 manat aliment pulundan cəmi 80 manat ödəmiş, 3400 manat aliment borcu qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, o, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs 4 saylı Bakı “Asan xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin verdiyi sənədə əsasən Röya Hümbət qızı ilə rəsmi nigahda olması məlum olmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində Röya Hümbət qızının adına tələbin yönəldilə biləcəyi əmlak müəyyən edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə 07 iyun 2020-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid4 işin hallarına dair Şahid3 ifadəsinə uyğun ifadə verdi. İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 29 iyul 2021-ci il tarixli, 1643 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir, buna görə də o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, anlaqlıdır, stasionar müalicəyə ehtiyacı yoxdur, cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, məsuliyyətsizlik, özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Həmçinin Təqsirləndirilən şəxs fiziki və psixi inkişafında hər hansı bir gerilik əlamətlərinin, psixotik vəziyyətinin müəyyən edilməməsi, həmçinin əqliintellektual imkanların normaya uyğun olmasını və nevroloji xəstəliyi ilə əlaqədar daim medikamentlər qəbul etməsinə ehtiyac olmamasını nəzərə alaraq əmək qabiliyyətli olması müəyyən edilmişdir. İşdə olan İmişli Rayon Məşğulluq Mərkəzinin 21 iyul 2020-ci il tarixli, 20230600 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs iş axtaran kimi mərkəzə müraciət etmədiyindən qeydiyyata alınmamışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək İmişli Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 3(036)-476/2019 saylı Qərarı ilə on beş gün müddətində inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla sonuncu dəfə 25 yanvar 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş İmişli Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə hazırlıq iclaslarına gəlməyərək qaçıb gizləndiyindən barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 16 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-5/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-5/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver