Məhkəmə qərarları › İş №1(036)-5/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-5/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-5/2024 11.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1956-cı ildə İmişli rayonu Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasıvətəndaşı, orta təhsilli, evli, təqaüdçü, 2-ci qrup əlil, İmişli rayonu Sarıxanlı kəndində yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 17 mart 2023-cü il tarixdə saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hisəssinin tələblərinə riayət etməyərək idarə etdiyi “VAZ-2106” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürət həddi 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunda Sarıxanlı kəndi istiqamətində 60-65 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, qarşıda sağ hərəkət zolağında, yolun hərəkət hissəsinin sağ kənarından 1,5 metr məsafədə dizləri üstə asfalt örtüyünün üzərində dayanmış X4 görməyərək cinayətkarcasına etinasızlıq etməklə avtomobilin qabaq hissəsi ilə vuraraq nəqliyyat vasitəsinin alt hissəsində 18,3 metr məsafədə sürüməklə ehiyatsızlıqdan Fərman Xasayevə sol gigcah sümüyünün yerinidəyişən basılmış sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş-beynin sərt və yumşaq qişasında, qişaaltına qansızma, baş-beyin toxumasına qansızma, sağ bud və sağ bazu sümüyünün aşağı 1/3-nin, büzdüm sümüyünün, sağ diz oynağının və ağciyərlərin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan qabırğaların çoxsaylı yerinidəyişmiş sınıqları, sol gicgah nahiyəsində yara, sağ budun yuxarı və orta 1/3-nin arxa səthində, onurğa sütunu boyunca büzdüm nahiyəsində yaralar, sağ sağrı nahiyəsində, döş qəfəsinin sağ yan səthində 6-9-cu qabırğalar proyeksiyasında qançır, alın nahiyəsində solda, sifətin sol yanaq nahiyəsində, burnun üstündə, sol diz oynağının ön səthində, sol xaya nahiyəsində, sağ baldırın aşağı 1/3 nin ön səthində, sol bazunun orta-aşağı 1/3-nin bayır səthində, sol əlin arxa səthində 2-5-ci daraq sümüyü proyeksiyalarında, sağ gözün bayır bucaq nahiyəsində, alın nahiyəsində sağda sıyrıqlar, sol diz oynağının ön səthində yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra isə nəqliyyat vasitəsinin sürücüsü kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq, nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı,ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, avtomobili idarə edib hadisə yerindən getməklə yol-nəqliyyat hadisəsi yerindən qaçaraq, hadisə yerində tibbi yardım göstərilməsindən məhrum olan Fərman Xasayevin başın açıq küt travması nəticəsində sol gicgah sümüyünün basılmış sınığı, başbeyin toxumasına qansızma, sağ bud, sağ bazu sümüklərinin, sağ diz oynağının və ağciyərin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan qabırğaların çoxsaylı yerdəyişmiş sınığından ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 mart 2023-cü il tarixdə saat 10-00 radələrində o, etibarnamə əsasında idarə etdiyi “VAZ-2106 minik” markalı, ağ rəngli, **-XZ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu Buludlu kənd sakinləri, Şahid5, Şahid1, X5 və azyaşlı X14 ilə birlikdə Fizuli rayonu Bəhmənli kəndində yerləşən xəstəxanaya getmiş və X2 orda qoyub saat 21:30 radələrində geri qayıtmaqdan ötrü yola düşərək saat 23-00 radələrində İmişli-Sarıxanlı-Boşçallar kənd avtomobil yolu ilə Sarıxanlı kəndi istiqamətində 60-65 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt yolun ehtiyyat hissəsində dayanmış qəza işıqları yanan avtomobilin yanında olan iki nəfərin əlləri ilə ona dayanmağı işarə etdiyini görmüş, lakin avtomobili saxlamamış, hərəkətdə olarkən yolun sağ tərəfində bir avtomobilin yoldan çıxaraq yol kənarındakı beton su kanalına dəyib dayandığını görmüşdür. Qarşıda bir nəfər şəxsin ayaqları Sarıxanlı kəndi istiqamətində, baş hissəsi isə Bəhrəmtəpə istiqamətində asfalt yol üzərində uzanmış vəziyətdə olduğunu təxminən 5-6 metr məsafədən görüb əyləci sıxmış, lakin avtomobili saxlaya bilməyərək həmin şəxsin üzərindən keçib avtomobili təxminən hadisə yerindən 20-25 metr aralıda yolun sağ ehtiyyat hissəsində saxlamışdır. O, Şahid5lə birlikdə avtomobildən düşüb yolda uzanmış vəziyyətdə olan adama yaxınlaşmış və onun artıq çoxdan ölmüş olduğunu müəyyən etmişdir. Belə ki, X10 özü tərəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsində ölmüş, onun idarə etdiyi avtomobil isə meyitinin üstündən keçmişdir. Həmin vaxt avtomobilində olan az yaşlı xəstə uşaq çığırmış, qadınlar uşağa dərman verilməli olduğunu ona bildirmişlər. Hadisə yerində olan həmkəndlisi Maşallahın oğlu Asəf Boşçallar kənd sakini İsgəndər həkimə zəng edərək qohumunun qəza nəticəsində öldüyünü və qəza yerini bildirmişdir. Bu zaman maşınında olan xəstə uşağın vəziyyətinin daha da pisləşdiyini görmüş və Asəfin hadisə yerində qaldığını nəzərə alıb uşağı aparıb evə qoyub hadisə yerinə qayıtmağı qərarlaşdırmışdır. Bundan sonra o, avtomobili idarə edərək Sarıxanlı kəndinə gəlmiş və sərnişinləri düşürtdükdən sonra yaşadığı evə qaytmışdır. Evdə olarkən əyin paltarlarını soyunmuş, əl-üzünü yuyaraq özünə gəlmək üçün divanda oturmuş, sonra evdən çıxıb hadisə yerinə qayıtmaq istəyərkən evin işıqlarını söndürmüşdür. Az sonra polis əməkdaşları gələrək ondan avtomobilinin açarını almış və onu polis şöbəsinə gətirmişlər. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Boşçallar kəndində yaşayır və X3 arvadıdır.17 mart 2023-cü il tarixdə saat 23 radələrində X11 özünə məxsus olan üzərində dövlət qeydiyyat nişanı olmayan “VAZ-2101 minik” markalı avtomobili idarə edərək İmişli-Sarıxanlı-Boşçallar kənd avtomobil yolu ilə hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobil yoldan çıxaraq yolun sağ tərəfindən keçən beton su kanalına dəyərək dayanmışdır. Fərman avtomobildən düşüb asfalt yola çıxmış, həmin vaxt yoldan keçən iki nəfər onu görərək dayanmış və Fərmanı tanıyaraq hadisə barədə qohumu Sahilə, daha sonra isə İskəndərə məlumat vermişlər. Fərman Xasayev törətdiyi qəzadan sonra avtomobilindən sağ çıxıb asfalt yolda dayanmış və həmin vaxt yoldan keçən “VAZ 2106 minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq ölmüşdür. Sahillə danışan şəxslər Fərmanı yolda maşın vurduğunu bildirmiş və hadisə yerini bildirərək çıxıb getmişlər. İş üzrə Şahid7 ifadəsində göstərmişdir ki, o, 17 mart 2023-cü il tarixdə saat təxminən 23-15 radələrində həmkəndlisi Şahid6 Maşşala oğlunun idarə etdiyi “Mercedes-Benz C230” minik markalı, **-CO- *** dövlət qeydiyyat nişanlı avtomobillə X12 kənd avtomobil yolu ilə hərəkətdə olarkən Sarıxanlı kəndi istiqamətində dizləri bükülmüş vəziyətdə və əlləri yolun üzərində olan bir nəfərin asfalt yolun sağ kənarından təxminən 1,5 metr məsfafədə dayandığını görmüşdür. Həmin şəxsin avtomobili yoldan çıxaraq yolun sağ tərəfindən keçən beton su kanalına dəyərək dayanmışdır. Həmin vaxt Asəf maşını həmin şəxsdən təxminən 7-8 metr məsafədə İmişli şəhəri istiqamətində yolun ehtiyaat hissəsində saxlamış və qəza işıqlarını yandıraraq maşından düşüb həmin şəxsə yaxınlaşmışdır. O, da avtomobildən düşüb Asəfin arxasınca gedərkən onlara catmağına 3-4 metr qalmış İmişli şəhəri istiqamətindən Sarıxanlı kəndi istiqamətində avtomobil hərəkət etdiyini görmüş və onu dayandırmaq üçün arxaya çevirilərək əlində olan telefonunun işığı ilə işarə etmişdir. Lakin, sürücü avtomobilini saxlamamış və gəldiyi sürətlə yolda dizləri qatlanmış vəziyyətdə dayanmış şəxsin üzərindən keçərək təxminən 25-30 metr irəlidə dayanmışdır. Həmin avtomobildən iki nəfər kişi düşüb onların olduğu yerə gəlmiş və sonra geriyə tərəf gedərək yolda vurulan piyadaya yaxınlaşmışlar. Həmin vaxt piyadanı vuran avtomobildən ağlaşma səsləri gəlmiş, sonra Asəf piyadanın (Fərmanın) vurulmazdan qabaq bildirdiyi Sahil və İskəndər adlı şəxslərə zəng vuraraq Fərmanın hadisə törətdiyini və sonra onu yolda maşın vurduğunu bildirmişdir. Daha sonra onlar piyadanı vuran avtomobildən düşən Şahid5 və Təqsirləndirilən şəxs hadisə yerində qoyub işə tələsidikləri üçün İmişli rayonuna gəlmiş və İmişli rayon polis şöbəsinin növbətci hissəsinə Sarxanlı kənd avtomobil yolunda piyadanın vurulması ilə bağlı hadisə barədə şifahi məlumat verdikdən sonra çıxıb iş yerlərinə getmişlər. İş üzrə Şahid5 ifadəsində göstərmişdir ki, o, İmişli rayon Sarıxanlı kəndində yaşayır. 17 mart 2023-cü il tarixdə saat təxminən 10-00 radələrində o, bacısı Şahid1, yeznəsi X5, bacısı qızı Şahid3 və onun azyaşlı xəstə uşağı X14 birlikdə X1 idarə etdiyi VAZ-2106 minik markalı, ağ rəngli, **-XZ-*** dövlət qeydiyyat nişvanlı avtomobillə Fizuli rayonun Abdurahmanlı kənd xəstəxansına getmiş və X2 orda qoyub həmin gün saat təxminən 21-00 radələrində geri qayıdaraq saat 23-00 radəlrində İmişli-Sarıxanlı- Boşçallar kənd avtomobil yolu ilə Sarıxanlı kəndi istiqamətində 60-65 km/saat surtələ hərəkətdə olmuşlar. O, avtomobilin qabaq oturacağında, Lalə, Xəyalə və Anar isə avtomobilin arxa oturacağında əyləşmişlər. Həmin vaxt asfalt yolun sol ehtiyyat hissəsində qəza işıqları yanan avtomobil dayandığını və avtomobildən bir qədər aralıda Sarıxanlı kəndi istiqamətində yolun solunda duran bir nəfərin telefonun işığını yandırıb əlində yelləyərək onlara dayanma işarəsi verdiyini görmüşlər. Lakin Ziyadxan avtomobili saxlamayaraq hərəkəti davam etdirmiş və avtomobil yolda olan maneəyə iki dəfə dəyib səs etdiyi üçün əyləci sıxıb avtomobili 20-25 metr aralıda saxlamışdır. O, Ziyadxanla birlikdə avtomobildən düşüb həmin maneənin olduğu yerə yaxınlaşaraq avtomobilin yolda uzanmış bir nəfərin üzərindən keçdiyini bilmiş və sonra yolun sağında beton kanala dəyəib dayanan maşına tərəf gedərək həmin yerdə iki nəfər şəxsi görmüşlər. O, həmin şəxsləri tanımamış və onlarla danışmamışdır. Onların biri Ziyadxanla söhbət edirmiş və sonra hər ikisi avtomobilə minib çıxıb getmişlər. O, Ziyadxanla birlikdə maşının altında qalan piyadya yaxınlaşıb meyiti əlləri ilə yoxlamış, sonra maşında olan azyaşlı xəstə uşağın vəziyyəti pisləşdiyi üçün Ziyadxan onları avtomobillə Sarıxanlı kəndinə gətirib yaşadıqları ünvanda qoymuş və hadisə yerinə qayıdacağını bildirərək çıxıb getmişdir. İş üzrə şahidlər, Şahid3 və Şahid1 Şahid5 ifadəsində göstərilən xüsusatları eyni ilə təsdiq etmişlər. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli rayon Buludlu kəndində yaşayır və fərdi qaydada sərnişindaşıma fəaliyyətini həyata keçirməklə qazanc əldə edir. 17 mart 2023-cü il tarixdə saat 23-40 radələrində o, özünə məxsus olan VAZ 2106 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edrək İmişli rayonu Bəhrəmtəpə qəsəbəsindən Sarıxanlı kəndi istiqamətində hərəkətdə olarkən yolda Boşçallar kənd sakini İskəndəri görmüş və avtomobilini saxlayaraq yolun əks hərəkt zolağında bükülmüş vəziyyətdə bir nəfəri görüb İskəndərdən nə baş verdiyini soruşmuşdur. İskəndər ona cavab verə bilməmiş, o, ətrafa baxaraq Boşçallar kənd sakini Fərmanın maşınının beton su kanalına dəyib dayandığını görüb mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmət mərkəzinə zəng vuraraq gördükləri barədə məlumat vermiş, sonra İsgəndərlə köməkləşərək Fərmanı xəstəxanaya aparmaq məqsədilə İskəndərin “Niva” markalı avtomolbilinin arxa yük yerinə qoymuş, lakin Fərmanın artıq öldüyünü bilib getməyərək orda dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onun və digər şəxslərin iştirakı ilə hadisə yerinin müayinəsi aparılmış, sxem çəkilmiş və protokol tərtib olunmuşdur. İşdə olan «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokolda göstərilmişdir ki, yol nəqliyyat hadisəsinin yeri İmişli-Sarıxanlı- Boşçallar avtomobil yolu, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfaltbeton, ötrüyün vəziyyəti quru, yol iki hərəkət zolaqlı, yol örtüyünün eni 6,0 metr, hərəkət hissəsinin eni 3,0 metrdir. Yolun başlanğıcında “ötmə qadağandır” və 60 km/saat sürəti bildirən yol nişanı olmuş, nəqliyyat axınını müəyyən edən ağ xətt və ya qırıq xətlər olmamışdır. Piyada yolun sol kənarından 1,2 metr məsafədə olmuş, asfalt üzərində biri birindən 0,80 sm məəsafədə iki ədəd qanabənzər ləkə izləri aşkar edilmiş və pambığa hopdurularaq götürülmüşdür.Yol üzərində “VAZ-2101 minik” markalı avtomobilin sol təkərinin 8 metr, sağ təkərinin 10 metr uzunluğunda tormoz izi qalmışdır. Piyadanı vuran avtomobil və sürücü hadisə yerində olmamışdır. ( c.i.1-ci cild, səh:5-25) İşdə olan 18 mart 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilərəkən avtomobilin alt hissəində qabaq sol lanjerondan və sol təkərin arxa hissəsində aşkar olunmuş geyim paltarlarına məxsus didilmiş hissələr, avtomobilin arxa hissəsində əl tormozunun tutacağının tin hissəsində aşkar edilmiş insan tükü, qana bənzər ləkə izləri və avtomobilin traves hissəsində aşkar edilmiş qana bənzər ləkə izləri bint kəsiy vasitəsi ilə götürlmüş və qablaşdırılmışdır. ( c.i.1-ci cild, səh:38-42) İşdə olan AR SN MTE və PA ETT Birliyinin 12 aprel 2023-cü il tarixli 4 nömrəli rəyində göstərilmişdir ki, 1973-cü il təvəllüdlü X3 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol gigcah sümüyünün basılmış sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, qişaaltına qansızma, baş beyin toxumasına qansızma, sağ bud və sağ bazu sümüyünün aşağı 1/3-nin, büzdüm sümüyünün, sağ diz oynağının və ağciyərlərin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan qabırğaların çoxsaylı yerini dəyişmiş sınıqları, sol gicgah nahiyəsində yara, sağ budun yuxarı və orta 1/3-nin arxa səthində, onurğa sütunu boyunca büzdüm nahiyəsində yaralar, sağ sağrı nahiyəsində, döş qəfəsinin sağ yan səthində 6-9-cu qabırğalar proyeksiyasında qançır, alın nahiyəsində solda, sifətin sol yanaq nahiyəsində, burnun üstündə, sol diz oynağının ön səthində, sol xaya nahiyəsində, sağ baldırın aşağı 1/3 nin ön səthində, sol bazunun orta-aşağı 1/3-nin bayır səthində, sol əlin arxa səthində 1-5-ci daraq sümüyü proyeksiyasında, sağ gözün bayır bucaq nahiyəsində, alın nahiyəsində sağda sıyrıqlar, sol diz oynağının ön səthində yara bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə aid edilir;Xəsarətlər həyatidir, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyadanın minik avtomaşını ilə vurulması nəticəsində əmələ gələ bilərdi;X3 meyitindən götürülmüş qanda məhkəmə-kimay tədqiqatı nəticəsində etil spirti və qüvvəli təsiredici maddələr aşkar edilməmişdir; X3 ölümü xx.xx.2023-cü il tarixdə baş vermiş və onun ölümünə səbəğb almış olduğu çoxsaylı travmalardan (başın açıq küt travması nəticəsində sol gicgah sümüyünün basılmış sınığı, baş beyin toxumasına qansızma, sağ bud, sağ bazu sümüklərinin, sağ diz oynağının və ağciyərin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları) baş vermiş travmatik şok olmuşdur. ( c.i.1-ci cild, səh:246-251) İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş 5 may 2023-cü il tarixli 192/2023-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 ABO sistemi üzrə qan qrupu O/İ/-dir. Ekspertizaya təqdim edilmiş 01 ədəd pambıq topası, X8 məxsus şalvar, alt şalvar kəmər və pulover üzərində olan ləkələrədə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə O/İ/ qruplu şəxsə, o cümlədən X6 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 02 ədəd bint kəsiyi üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antiqeni alındı. Bu ləkələrdə X3 qınının olması inkar olunmur. ( c.i.1-ci cild, səh:239-244) İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli 136/2023-MTKŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və mərhum X6 məxsus olmuş sviter, alt şalvarı, şalvar və kəmərin üzərində çoxsaylı kombinə olunmuş kəsilmiş-cırılmışzədələr vardır. Bu zədələr geyim əşyalarının səthi bir qədər kəsici olan hər hansı bir bərk küt əşya (əşyalara/predmetə predmetlərə/) ilişib dartılması nəticəsində əmələ gələ bilərdilər;Ekspertizaya təqdim edilmiş və mərhum X6 məxsus olmuş şalvar və alt şalvarın sol ayaqlığının daxili tikişində küt yaranma mexanizminə malik və həmin geyim əşyalarının müvafiq nahiyyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik sökülmə zədələri vardır;Ekspertizaya təqdim elilmiş və mərhum X6 məxsus olmuş geyim əşyalarının üzərində aşkar olunmuş zədələrin müxtəlif şəraitlərdə, o,cümlədən “VAZ-2106” markalı avtomobilin alt hissəsi ilə qarşılıqlı təmasda olması nəticəsində əmələ gəlmələri istisna olunmur. ( c.i.1-ci cild, səh:230-238) İş üzrə AR ƏN MEM tərəfindən verilmiş 3 may 2023-cü il tarixli 8/951 nömrəli ekspert rəyində göstərilmişdir ki, “VAZ 2106” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur;Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərməməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur;Sürücü Z.N.Murtuzayevin “VAZ 2106” markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı 60 km/saata qədər məhdudlaşdırılmış yolda 65 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” Yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. ( c.i.1-ci cild, səh: 225-229) İş üzrə AR ƏN MEM tərəfindən verilmiş 25 may 2023-cü il tarixli 6/2808nömrəli ekspert rəyində göstərilmişdir ki, “AR DİN Zərflər üçün №179” dairəvi möhür əksi və “ Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinalt hissəsindən götürülmüş liflər...” yazı əlavəsi olan 01 ədəd kağız zərfdəki tünd boz rəngli kəsilərək götürülmüş parça hissələri təbii pambıq lifləri olub, cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər; “AR DİN Zərflər üçün №179” dairəvi möhür əksi və “ Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinalt hissəsindən götürülmüş liflər...” yazı əlavəsi olan 01 ədəd kağız zərfdəki qara rəngli topa şəkilli kəsilərək götürülmüş parça fraqmenti qara rəngli poliakrilonitli kimyəvi lifləri olub, X7 məxsus olduğu qeyd edilən sviterin tərkib liflərinə uyğun gəlirlər. ( c.i.2-ci cild, səh: 15-18) İşdə olan AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 016-3-13- 16-412-108/2023 saylı məlumata əsasən Təqsirləndirilən şəxs AE 819188 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2026-cı il tarixədək etibardır. ( c.i.1-ci cild, səh: 217) İşdə olan 18 mart 2023-cü il tarixli 316 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokoluna əssən ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt sərxoş olmamışdır.( c.i.1-ci cild, səh:87) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun təqsiri özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, işin materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi, məhkəmə-avtotexniki, məhkəmə-tibbi, məhkəmə-bioloji və məhkəmətrasoloji ekspertizasının rəyləri, habelə işdə olan digər materiallarla tam sübuta yetmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR ı CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli AR DİN BƏSİİ-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir.( c.i.1-ci cild, səh: 219) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB-nin Sarıxanlı və Buludlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i.1-ci cild, səh: 125) İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(036) 20/2023 saylı qərarının surətinə əsasən həbsetmənin əvvəli 18 mart 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmişdir. ( c.i. 1-ci cild, səh: 120-122) Məhkəmə törədilmiş cinayətin xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CMnın müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixədən həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalı, CM-nın 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir; İş üzrə maddi sübut olan İmişli RPŞ-nin inzibati binasının ərazisindəki cərimə meydançasında saxlanılan “VAZ -2106” markalı ** XZ *** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs özünə verilməli, İmişli RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd alt şalvarı, 01 ədəd şalvar və 01 ədəd kəmər zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs verilməli, tamponla götürülmüş qana bənzər ləkə, 2 ədəd bint kəsiyi ilə götürülmüş nümunələr məhv edilməlidir; Təqsirləndirilən şəxs 382,0 ( üç yüz səksən iki) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əssən və Azərbaycan Respublikası CPM-nin 347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5(beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 ( bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. AR CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 6 (altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5(beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. MurtuzayevZiyadxan Həsənbala oğlu azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli 18 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan İmişli RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd alt şalvarı, 01 ədəd şalvar və 01 ədəd kəmər zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs verilsin;Tamponla götürülmüş qana bənzər ləkə, 2 ədəd bint kəsiyi ilə götürülmüş nümunələr məhv edilsin. İş üzrə maddi sübut olan İmişli RPŞ-nin inzibati binasının ərazisindəki cərimə meydançasında saxlanılan “VAZ-2106” markalı ** XZ *** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs özünə verilsin. Təqsirləndirilən şəxs 382,0 ( üç yüz səksən iki) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar