Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-5/2025 30.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttiham İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2005-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Koroğlu küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xocahəsən qəsəbəsində yaşayan, İmişli Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli hökmü ilə barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ki o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, birlikdə 06 may 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı İmişli şəhəri, L.Vəliyev küçəsi ev 19 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, oradan 85 manat dəyərində bir ədəd “Gepas” markalı ət çəkən qurğunu, 70 manat dəyərində iki dəst yorğan-döşək üzlüyünü, 40 manat dəyərində altı ədədli stəkan dəstini, 60 manat dəyərində bir ədəd “Aura” markalı qazan dəstini, 300 manat dəyərində dörd top mis elektrik kabelini, 100 manat dəyərində iki top elektrik kabelini, 25 manat dəyərində bir ədəd sərinkeşi, 25 manat dəyərində iki ədəd 6 litrlik aliminium materiallı qazanı, 50 manat dəyərində iki ədəd xurustal vazanı, 20 manat dəyərində bir ədəd Rusiya Federasiyasının istehsalı olan aşsüzəni, 80 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan iki ədəd yun ədyalı, 30 manat dəyərində iki ədəd Rusiya Federasiyasının istehsalı olan sinini, 50 manat dəyərində bir ədəd Türkiyə Respublikasının istehsalı olan süfrəni, 146 manat dəyərində iki ədəd Türkiyə Respublikasının istehsalı olan çarpayı örtüyünü, 90 manat dəyərində 10 metrlik Türkiyə Respublikasının istehsalı olan pərdəni, 50 manat dəyərində bir ədəd güldanı, habelə, vahid niyyətlə əhatə olunan qəsdlə 08 may 2023-cü il tarixdə saat 01 radələrində həmin evin həyətyanı sahəsindəki hamamın çöl divarına bərkidilmiş 130 manat dəyərində bir ədəd Türkiyə Respublikasının istehsalı olan 30 litrlik su qızdırıcını gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1351 manat miqdarında maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Koroğlu küçəsi 1 saylı evdə qeydiyyatda olmasına baxmayaraq, İmişli şəhəri, A.Ələsgər küçəsi 16 saylı ünvanda evləri vardır. Hazırda anası X5, bacısı Salatın və İnarə ilə birlikdə Bakı şəhərində Xoçasən qəsəbəsində kirayədə yaşayır. Anası Səfurə bacısı İnarə ilə birlkdə Bakı şhəhərində yerləşən “Meyvəli” ticarət mərkəzində fəhlə işləyir, digər bacısı Salatın isə xəstədir. O, İmişli şəhəri, L.Vəliyev küçəsi ilə tanışı Şahid2 ilə 06 may 2023-cü il tarixdə, saat təxminən 23 radələrində piyada gedərkən həmin küçədə yerləşən evin darvazasının üzərində kilid olduğunu, evin işığının sönülü olmasını və evdə bir kimsənin olmadığını müəyyən etdikdən sonra Fuada evə keçib oğurluq etməyi təklif etmişdir. Fuada etdiyi təklif əsasında Fuad onunla razılaşmış, birlikdə evin həyətinə hasardan tullanıb keçdikdən sonra evin içərisinə şüşəsi sınmış olan pəncərədən keçmiş, evin içərisinə keçdikdə evin içərisinin boş vəziyyətdə olmasının şahidi olmuş və evin otağına keçib orada 01 ədəd aliminum materiallı yeni, təxminən 6 litr su tutumlu olan qazan və 01 ədəd sərinkeş gördüyü üçün götürmüş və həmin əşyaları götürdükdən sonra Fuadla birlikdə evdən çıxmışlar. Evdən çıxarkən evin həyətində olan 5 dəqiqəlik su qızdırıcınıda görmüş və Fuada su qızdırıcınıda oğurlamağı təklif etmişdir. Lakin, Fuad onunla razılaşmamış və sonra gəlib aparmaqları barədə razılığa gəlmişlər. Evdən çıxdıqdan sonra yol ilə keçən tanımadığı taksi maşınına əl etmiş, bu vaxt “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi və sürücüsünü tanımadığı ağ rəngli taksi avtomobili sonra saxlamış, birlikdə həmin avtomobilə əyləşmiş və avtomobili bayraq meydanına sürdürmüşdür. O, sərinkeşi və aliminum qazanı avtomobildən götürmüş və avtomobilin sürücüsünə üzərində olan 1 manat pulu vermişdir. Fuad avtomobildə qaldığı üçün hara getdiyini bilməmişdir. Oğurladıqları əşyaları avtomobildən götürdüyü üçün gətirib İmişli şəhərində parkın içərisində yerləşən “Dostluq” kafesində işləyən tanışı Vidadi adlı şəxsin çayxanasına gətirmişdir. Vidadiyə mal-bazarına gedəcəyini, qayıdanda götürəcəyini bildirmiş, buna görə də sərinkeşi və aliminum qazanı çayxanaya qoymasını xahiş etmişdir. Vidadi ondan həmin əşyaları haradan götrüdüyünü soruşduqda, Vidadiyə həmin əşyaların evlərinin əşyaları olmasını və bazardan sonra gəlib götürüb aparacağını dedikdən sonra heç bir etiraz etməmişdir. Həmin əşyaları Vidadinin çayxanasına tək aparıb qoymuşdur. Həmin günü mal-bazarına getmiş və mal-bazarından təxminən saat 01 radələrində qayıtdıqdan sonra Vidadinin çayxanasına qoyduğu sərinkeşi və qazanı götürüb yaşadığı evinə gətirmişdir. Həmin vaxt ailə üzvüləri Bakı şəhərində olmuş, evdə heç kəs olmamışdır. O, sərinkeşi elektirik çəryanına taxmış, sərinkeşin işləmdiyini görmüşdür. Qazanı isə yaşadığı evdə ayağının altında əzmiş səhəri isə sərinkeşin mühərrikini sökmüş, sərinkeşin içərisindən mis sarğısını və həmin mühərriki də əzdiyi aliminum materiallı qazanı sellofan torbaya qoymuşdur. Həmin gün axşam radələrində İmişli parkına çıxmış və parkda Fuadı görmüşdür. Fuad ona çörək yeməyi təklif etmişdir. O, isə Fuaddan pulun olub-olmadığını soruşmuşdur. Fuad isə ona hər şeyin onluğ olduğunu bildirmişdir. O da Fuadla razılaşmışdır. Bundan sonra parkın içərisində X1 yeməkxanasına gedərkən araq almaları barədə razılaşmışlar. Fuad ona 10 manat pul vermiş və özü də yeməkxanaya getdiyini demişdir. O da 10 manata “Oba” marketə gedib marketdən 0,7 litirlik “Orqanik” markalı araq almış, Fuadın yanına yeməkxanaya gəlmiş və həmin yeməkxanada Fuadla birlikdə əyləşib yemək yemişlər. Həmin yeməyin pulu nə qədər olmasını bilməmiş və yeməyin pulunu Fuadın verib-vermədiyini xəbəri olmamışdır. Yeməyi yeyib qurtardıqdan sonra parka çıxmış, həmin vaxtı Fuad əvvəl oğurluğa keçdiyi evdə hamamın yaınnda 5 dəqiqəlik su qızdırıcısı olduğunu, həmin su qızdırıcını oğurlamağı, onda olan qazan və sərinkeşi onun olmasını, su qızdırcısının Fuadın özünə qalmasını, kafedə yediyi yeməyi də nisyə yediklərini dediyi üçün satıb kafenin pulunu vermək barədə razılaşmışlar. Bundan sonra 08 may 2023-cü il tarixdə, təxminən saat 01 radələrində əvvəl oğurluq etdiyi evin həyətinə əvvəl keçdiyi üsulla, yəni, hasarın üstündən həyətə keçmiş və həmin evin həyətində yerləşən hamamın çölündə 5 dəqiqəlik su qızdırıcını yerindən əlləri ilə açıb çıxartmış və su qızdırıcını birlikdə götürüb onun yaşadığı küçə ilə gəlib 2 nömrəli məktəbin qarşısından keçib qurtaracağına kimi Fuadla gəlmişlər. Su qızdırıcı Fuadda qalmış, o, orada Fuadla sağollaşıb yaşadığı evə qayıtmışdır. Oradan başqa hec nə götürməmişdir. Həmin su qızdırıcını Fuad harada və kimə satdığını bilməmişdir. O isə oğurladığı sərinkeşin mühərriyini və aliminum materiallı qazanı 09 may 2023-cü il tarixdə Daş Körpü deyilən yerdə olan metal qəbulu məntəqəsinə gətirmiş, orada metal qəbulu məntəqəsinə tanımadığı şəxsə həmin əşyaları 8 manat 70 qəpiyə satmış və əldə etdiyi həmin pulla Bakı şəhərinə kirayədə yaşadığı evə getmişdir. Oradan başqa hec nə götürməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, otuz litirlik su qızdıran, bir ədəd sərinkeş və on litirlik qazan olub. Qalanlarını oğurlamamışdır. Dostu Fuadla çörək yeyəndən sonra yaşayış yerinə daxil olmuşdur. Birinci dəfə vintilyatoru və qazanı özü götürdüyünü və su qızdıranı isə Fuad götürdüyünü bildirdi. Dəymiş ziyan ödənilməyib. Dəfələrlə zərərçəkmiş şəxslə əlaqə yaratmaq istəmiş lakin alınmamışdır. Barəsində ev dustaqlığı qət imkan tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, o, yaşadığı 15 mart 2023-cü il tarixdən, 16 may 2023-cü il tarixə keçən günədək İmişli şəhəri, L.Vəliyev küçəsində yerləşən evindən olmamışdır. Həmin vaxt ərzində onun evindən oğurluq hadisəsi baş vermişdir. Evindən naməlum şəxs və ya şəxslər evdən 1 ədəd 70 diametrli yeni, 20 manat dəyərində Rusiya istehsalı olan aşsüzən, 2 ədəd Türkiyyə Respublikasının istehsalı olan hər biri 1,5x2 metr ölçüdə olan hər biri 40 manat və 80 manat dəyərində yun materiallı ədyal, 1 ədədi 130 manat dəyərində 5 dəqiqəlik Türkiyyə Respublikasının istehsalı olan 30 litir su tutumlu su qızdırcını da hamamın divarından oğurlanmışdır. 2 ədəd dəmir materiallı sadə hər biri 15 manat olmaqla 30 manat dəyərində Rusiya istehsalı olan podnislər, 1 ədəd 1,5x2,5 metr uzunluğunlda 50 manat dəyərində Türkiyyə Respublikasının istehsalı olan süfrə, 2 ədəd Türkiyyə Respublikasının istehsalı olan hər biri 73 manat olmaqla 146 manat dəyərində pokrıval,10 metr uzunluğunda hər metri 9 manat olan 90 manat dəyərində yeni Türkiyyə Respublikasının istehsalı olan pərdə, 1 ədəd Çexoslavakiya Respublikasının istehsalı olan 50 manat dəyərində güldan da oğurlanmışdır. Bu oğurluq cinayət əməli nəticəsində ona 1351 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və ona dəyən ziyanın ödənilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri, H.Əliyev prospektində daş körpü deyilən yerdə qara metalın alışı və satışı ilə məşqul olur. Yəni, istifadəyə yararsız dəmir tullantı materiallar alıb satır. İmişli şəhər sakini Təqsirləndirilən şəxs rayon ərazisində bir neçə dəfə görmüş və ona tullantı dəmir materialları və əlvan metallar satdığı üçün üzdən tanımışdır. İşlədiyi metal qəbulu məntəqəsində videomüşahidə kamerası var və sahibkarlıq fəaliyyəti göstərməyi ilə bağlı bütün sənədləri qaydasında olmuşdur. Təqsirləndirilən şəxs may aynın əvvələrində dəqiq tarixini xatırlamadığı vaxtda işlədiyi metal qəbulu məntəqəsinə bir ədəd aliminum materiallı əzik formada qazan, mühərrik sarğısı və mis materiallı yanmış sim naqilləri gətirdiyi üçün həmin qeyd edilən tullantı əlvan materiallı məlumatlara görə 8,70 qəpik pul vermişdir. Aliminium materiallı qazan 370 qram olduğundan və aliminimum materialın bir kilosu 2,70 qəpik olduğundan 1 manat və əlvan metalın bir kilosu 8,7 manat olduğundan 1,130 qram mis materiallı yanmış elektrik kabeli və mühərrik sarğısı gətirdiyindən cəmi 7,70 manat təşkil etmiş və Allahşükürə ümumilikdə 8,70 manat pul vermişdir. Allahşükürün gətirib ona satmış olduğu əlvan materiallı məmulatların oğurluq olmasını bilməmiş və Allahşükür ona həmin əşyaları yaşadığı evdən gətirdiyini bildirmişdir. O da qeyd olunan əşyaların yararsız halda olduğunu görüb şübhə doğurmadığı üçün almışdır. Sonradan isə Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə onun işlədiyi məntəqəyə gəldiyi zaman həmin əşyaların oğurluq olmasını bilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 06 may 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Allahşükürün evinin yaxınlığında görüşmüşdür. Allahşükür ona Lətif Vəliyev küçəsində darvazası bağlı olan ev olduğunu və həmin evdən oğurluq etməyi təklif etmişdir. Allahşükürün sözü ilə razılaşmış və piyada saat təxminən 23 radələrində birlikdə Allahşükürün göstərdiyi evə tərəf getmişlər. Lətif Vəliyev küçəsində yerləşən evin darvazasının üzərində kilid olduğu, evin işığının sönülü olmasını gördükdən sonra evdə kimsənin olmadığına əmin olmuşlar. Evdə heç kimin olmadığına əmin olduğdan sonra Allahşükür ilə birlikdə evin hasarının üstündən keçib evin həyətinə düşmüşlər. Sonra Allaşükür evin pəncərəsindən evin içərisinə keçmiş və evin içərisindən 01 ədəd aliminum materiallı qazan və 01 ədəd sərinkeşi çıxarıb ona vermiş və birlikdə həmin əşyaları evdən götürüb çıxanda hamamın divarında 5 dəqiqəlik su qzdırıcısını da görmüşlər. Həmin su qızdırıcısını apara bilməyəcəkləri üçün, sonradan aparmaq barədə Allahşükürlə razılığa gəlmişdir. Bundan sonra aliminum materiallı təxminən 6 litir su tutumlu olan qazan və 01 ədəd sərinkeş götürdüyü üçün piyada yol ilə keçərkən tanımadığı taksiyə əl etmiş və “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi və sürücüsünü tanımadığı ağ rəngli taksi avtomobili Allahşükürün əl işarəsindən sonra saxlamış, birlikdə həmin avtomobilə əyləşmiş və avtomobili bayraq meydanına sürdürmüşlər. Həmin avtomobildən Allaşükür düşmüş və düşərkən avtomobildə olan sərinkeşi və aliminum materiallı qazanı götürmüş və Allahşükürün həmin qazanı hara aparmasını bilməmişdir. O isə avtomobildə qalmış və avtommobili dəmiryol vağzalının yaxınlığına körpünün yanına sürdürmüş orada düşmüşdür. Avtomobilin pulun isə Allahşükür vermişdir. 8 may 2023-cü il tarixdə axşam saat 1 radələrində İmişli şəhərində yerləşən H.Əliyev parkına çıxmış və parkda Allahşükürü görmüşdür. Allahşükür ona üzərində 15 manat pulu olduğunu bildirirək yeyib içməyə getməyi təklif emtişdir. O da heç bir narazılıq etməmiş, 5 manat pulu olmasını və özünün də parkın içərisində olan kafeyə getdiyini demişdir. Bir qədər vaxtdan sonra onu parkın içərisində X1 yeməkxanasında olarkən Allahşükür 01 ədəd, 0,7 litirlik “Orqanik” markalı araq alıb gətirmiş və Allahşükürlə həmin yeməkxanada 01 ədəd, 0,7 litirlik arağı əyləşib sifariş verdiyi pomidor yumurta ilə yemiş və arağı içmişlər. Həmin yeməyin pulu 5 manat tutduğu üçün yeməyin pulunu o, vermişdir. Hava artıq qaralmış, saat təxminən 01 radələri olarmış ki, Allaşükür ona əvvəl oğurluq etdikləri evin hamamının divarında olan 5 dəqiqəlik su qızdırıcını sökərək oğurlamağı təklif etmiş, o da Allaşükürün sözü ilə razılaşmışdır. Bundan sonra Allaşükürlə birlikdə oğurluq edəcyi evin qarşısına gəlib birlikdə hasarın üstündən evin həyətinə keçmiş, evin həyətində olan hamamın divarındakı 5 dəqiqəlik su qızdırıcını əlləri ilə açmış, həyətdən çıxarıb birlikdə əlləri ilə götürmüş və həmin su qızdırıcını Allahşükürün evinin yaxınlığından keçərək 2 nömrəli məktəbin baş tərfinə gətirmişlər. Allaşükür oradan çıxıb getmiş, o isə həmin su qızıdırıcını Vasifin yeməkxanasının həyətinə gətirib qoymuş, lakin həmin vaxtı yeməkxana bağlı olmuş, heç kəs olmamışdır. Səhər tezdən həmin yeməkxananın həyətinə gəlmiş və həmin yeməkxanada bir kəs olmadığı vaxtda 5 dəqiqəlik su qızdırıcısını hissələrə bölmüş, su qızdırıcının içərisində olan mis hissəsini götürmüşdür. Həmin misi gətirib daş körpü deyilən metal qəbulu məntəqəsinə 11 manata satmışdır. Su qızdırıcısından əldə etdiyi pul ona, sərinkeşdən və aliminum qazandan əldə edilən pul isə Allahşükürə qaldığı üçün öz aralarında razılaşmışlar. Onun Allaşkürün aliminum materiallı qazanı və sərinkeşi neçə manata və kimə satmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X6 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ayrıca ********* saylı cinayət ayrılmış cinayət işinə hazırki cinayət işindən müvafiq sənədlərin əsli və ya surəti siyahı üzrə əlavə edilmiş və iş üzrə istintaq davam etdirilmişdir (1-cild, i.v. 1-6); cinayət işlərinin bir icraata birləşdirilməsi haqqında 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraata birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə ilə istintaq davam etdirilmişdir (1-cild, i.v. 11-15); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib istintaq aparılmışdır (1-cild, i.v. 21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 50); cinayət əməlinin tövsif olunması haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunmuş və onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (1-cild, i.v. 67); baxış keçirilməsi haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri, L.Vəliyev küçəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Həmin ünvanda yaşayış yoxdur. Evin həyətinə göy rəngli dəmir qapıdan daxil olur. Qapının sağ tərəfində yarımtikili, eyni zamanda qapı ilə üzbəüz bir mərtbələi, çiy kərpicdən tikilmiş yaşayış evi vardır. Evdə əşyaların ümumiyyətlə olmadığı, əşyaların dağınıq olduğu müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir (1-cild, i.v. 27-30); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyul 2023-cü il tarixli 9/4333 nömrəli rəyindən görünür ki, 1 ədəd Türkiyən istehsalı olan “Gepas” firmasına məxsus istifadə olunmamış 220 volt elektrik cəryanı ilə işləyən ət çəkən qurğu 160 manat, 2 dəst Türkiyə Respublikasının istehsalı olan 1,5x2 metr uzunluğunda istifadə olunmamış yatacaq yorğan döşək üzlüyü 70 manat, 1 dəst istifadə olunmamış 6 ədəddən ibarət Türkiyə Respublikasının istehsalı olan stəkan dəsti 12 manat, 1 ədəd “Aura” markalı, 10 litr su tutumu olan Türkiyə Respublikasının istehsalı olan istifadə olunmamış qazan 60 manat, 4 otp, hər topu 50 metr uzunluğunda olan istifadə olunamış, Türkiyə Resublikasının istehsalı olan 4x4 adlanan mis kabel 80 manat, 2 top, hər topöu 50 metr uzunluğunda olan, istifadə olunmamış, Türkiyə Respublikasının istehsalı olan 6 ml-li mis materiallı kabel, 1 ədəd, Türkiyə Resublikasının istehsalı olan işlənmiş sərinkeş 30 manat, 6 litr su tutumu olan aliminium materiallı Rusiya istehsalı olan, istifadə olunmamış 2 ədəd qazan 100 manat, 2 ədəd Çexoslayavkiya Respublikasının istehsalı olan, istifadə olunmamış xurustal vaza 80 manat, 1 ədəd Rusiya istehsalı olan, istifadə olunmamış aşsüzən 20 manat, 2 ədəd Türkiyə Resublikasının istehsalı olan, hər biri 1,5x2 metr olan, istifadə olunmamış yun materiallı ədyal 80 manat, 1 ədəd Türkiyə Resublikasının istehsalı olan 30 litrlik su tutumu olan, 5 dəqiqəlik istifadə olunmamış qazla işləyən su qızıdırıcı 120 manat, 2 ədəd istifadə olunmamış dəmir materiallı sadə Rusiya istehsalı olan podnis 60 manat, 1 ədəd 1,5x2,5 metr uzunluğunda istifadə olunmamış Türkiyə Resublikasının istehsalı olan süfrə 25 manat, 2 ədəd Türkiyə Resublikasının istehsalı olan, istifadəm olunmamış 10 metr uzunluğunda olan pərdə aydın deyil, 1 ədəd Çexoslavakiya Respublikasının istehsalı olan istifadə olunmamış güldan 40 manat, ümumi dəyəri nəzəri hesablama yolu 2023-cü ilin may ayına 1057 manat təşkil edir (1-cild, i.v. 128-134); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (1-cild, i.v. 162-163); təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs anası X2 nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (1-cild, i.v. 184-185); cinayət işlərinin bir icraata birləşdirilməsi haqqında 26 may 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi və eyni zamanda onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir (1-cild, i.v. 122-124); cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrə ilə aparılmış (1-cild, i.v. 141-142); məcburi gətirilmə haqqında 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi olaraq İmişli Rayon Polis X4 gətirilməsi barədə qərar qəbul edilmişdir (1-cild, i.v. 224-227); İmişli Rayon Məhkəməsinin 1(036)-51/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun 01 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət və 07 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 53 (əlli üç) gün, ümumilikdə 55 (əlli beş) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 02 (iki) ay, 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır (2-cild, i.v. 10-24); sübutların qiymətləndirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 180-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186, 180.2.3 və 181.2.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə Şahid1 əməlində Azərbaycan Respublikası CM-in 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onlar barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, ibtidai istintaq zamanı bəzi istintaq sənədlərində Təqsirləndirilən şəxs iki soyadı, yəni “İsmayılov” soyadınında olması nəzərə alınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr oİmadığına görə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, hadisə yerilərinə baxış və ifadənin yerində yoxlanılması istintaq hərəkətləri protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir (2-cild, i.v. 64-70); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (2-cild, i.v. 72-73); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (2-cild, i.v. 84-85); İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 37712 nömrəli məktubundan görünür ki, Qasımlı (İsmayılov) X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 1 (036)-51/2023 saylı hökmü ilə 01 il 02 ay 10 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu 08 mart 2024-cü il tarixdə İmişli rayon icra və probasiya şöbəsinin qeydiyyatına götrülmüşdür. Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu cəzasının 10 ay 22 gününü çəkmiş 18 may 2025-ci il tarixədək 03 ay 18 gün çəkilməmiş cəzası qalmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5 Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.12-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, gənc olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Hazırki cinayət işində göstərilən əməlin Təqsirləndirilən şəxs tərəfindən 06 may 2023-cü il tarixdə, yəni İmişli Rayon Məhkəməsinin 1(036)-51/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törədildiyi sübuta yetirildiyi üçün məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs analoji cinayət törətməsinə görə əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail oluna bilməyəcəyini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, İmişli Rayon Məhkəməsinin 1(036)-51/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), cinayətlərin məcmusu üzrə cəza təyin edilməli (CM 66.5), cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2025-cüi il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(036)-28/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 001316 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 31 (otuz bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 186 (bir yüz səksən altı) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 1(036)-51/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) ay 24 (iyirmi gün) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs” qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 31 (otuz bir) saat hüquqi yardıma görə 186 (bir yüz səksən altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-5/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-5/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver