Məhkəmə qərarları › İş №1(036)-50/2020

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-50/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-50/2020 05.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 10:10 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili X8, Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 21sentyabr 1989-cu ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, Ə.Qurbanov küçəsi, ev 17 ünvanda qeydiyyatda olan və İmişli şəhəri, Xiyabani küçəsi, ev 3, mənzil 21 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakini ələ keçirmək məqsədi ilə xx xxxx 2019-ci il tarixdə, saat 01:00 radələrində İmişli şəhəri, X.Nətavan küçəsi ilə Qaradonlu küçəsinin kəsişməsində yolayrıcına yaxın ərazidə yerləşən Azərbaycan Respublikasi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X5 məxsus saxlanc yeri hesab olunan dəmir konteynerin içərisinə qapını sındırmaq yolu ilə daxil olub, kontrynerin içərisində quraşdırılmış orta bazar qiyməti 531 (beş yüz otuz bir) AZN məbləği olan “GREE” markalı kondisioneri gizli yolla talayaraq, oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Xiyabani küçəsi, ev 3, mənzil 21 ünvanda yaşayır. Özü “DOST” mərkəzində ödənişli əsaslarla ictimai işlər ilə məşğul olur. Bir müddət pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 2020-ci ilin iyul ayının ortalarında İmişli şəhəri 8 saylı tam orta məktəbin yaxınlığında küçədə təmizlik işləri ilə məşğul olan zaman Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X6 məxsus dəmir konteynerin üzərində 1 (bir) ədəd “GREE” markalı kondisionerin olmasını görüb, onun oğurlamaq istəmişdir. Həmin gün, təxminən saat 23:00-24:00 radələrində o, yaşadığı evdən atferka götürüb, velosiped ilə həmin ünvana getmişdir. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində kondisonerin quraşdırıldığı konteynerin olduğu yerə çatmış, konteynerin qapısının petləsini atferka ilə açıb, içəriyə daxil olmuşdur. Daha sonra isə kondisioneri atferka ilə divardan açıb, kisəyə qoymuş və velosipedin arxasına bağlayıb, özü ilə yaşadığı evə aparmışdır. Kondisioneri oğurladıqdan 2 (iki) gün sonra iş yoldaşlarına evlərində satılası kondisioneri olmasını bildirmişdir. Kondisioneri pulu ehtiyacı olduğu üçün satmasını, özünə məxsus olmasını bildirmişdir. Küçədə söhbət edən zaman 25-30 yaşlarında olan tanımadığı bir oğlan ondan kondisoneri almaq istədiyi bildirmişdir. O da, həmin şəxsə oğurladığı həmin kondisioneri 90 (doxsan) AZN məbləğinə satmışdır. Halhazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs Azərbaycan Respublikasi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X5 dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və pula ehtiyacı olduğu üçün, eləcə də, özünün düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, ailəlidir və himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı vardır. Bundan başqa, onun gələcəyə nikbin planları vardır. Demək olar ki, ailəyə yeganə qazanc gətirən şəxsdir. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs İmişli şəhəri, Y.Şirinov küçəsi, ev 24 ünvanda yaşayır və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X3 rəisi vəzifəsində işləyir. xx xxxx 2019-cu ildə, təxminən saat 10:00 radələrində X6 sahə mantyoru Şahid2 ona telefonla zəng edib, Qovşağa məxsus dəmir konteynerdən qapı sındırılmaqla, 1 (bir) ədəd “GREE” markalı kondisionerin oğurlandığını bildirmişdir. Həmin gün Şahid2 İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng mərkəzinə məlumat vermişdir. Daha sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X3 konteynerindən 1 (bir) ədəd “GREE” markalı kondisoneri İmişli şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs tərəfindən kondisonerin köhnəlmə xərcləri çıxılmaqla, qalıq dəyəri olan 531 (beş yüz otuz bir) AZN məbləğində pul Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X6 ödənilmişdir. O, halhazırda Təqsirləndirilən şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X6 dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X4 elektrik mantyor vəzifəsində işləyir. Eyni zamanda, bildirir ki, İmişli şəhəri, Nətavan küçəsi ilə Qaradonlu küçəsinin kəsişməsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X6 məxsus “ATS” dəmir konteynerin içərisində quraşdırılmışdır. Həmin “AST”-də olan internet avadınlaqlarının və xətlərinin normal temperaturda işləməsi üçün konteynerdə “GREE” markalı kondisioner quraşdırılmışdır. O, elektrik mantyor kimi həmin əraziyə nəzarət edir. xx xxxx 2019-cu il tarixdə, təxminən saat 10:00 radələrində “ATS”-ə gedib baxarkən konteynerin çöl tərəfdən boltla bərkidilmiş mühərrikinin yerində olmadığını görüb, konteynerdən oğurluq olduğunu bilmişdir. Konteynerin içərisinə keçməmiş və Qovşağının rəisi Zərərçəkmiş şəxs zəng vurub, ona bu barədə məlumat vermişdir. O, həmin gün İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng mərkəzinə məlumat vermişdir. Daha sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X3 konteynerindən 1 (bir) ədəd “GREE” markalı kondisoneri İmişli şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs tərəfindən kondisonerin köhnəlmə xərcləri çıxılmaqla, qalıq dəyəri olan 531 (beş yüz otuz bir) AZN məbləğində pul Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X6 ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, “Dost” iş mərkəzində fəhlə işləyir. Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. O, 2019cu ilin iyul ayının ortalarında iş yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə İmişli şəhəri ərazisində iş görən zaman Səbuhi ona demişdir ki, evlərində 1 (bir) ədəd kondisioner var və 90 (doqquz) AZN məbləğinə satmaq istəyir. Daha sonra Təqsirləndirilən şəxs ona demişdir ki, o, həmin kondisioneri tanımadığı şəxsə 90 (doxsan) AZN məbləğinə satmışdır. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs ona həmin kondisionerin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X1rladığı barədə heç bir söz deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 şahid HəsənovYadigarVaraşiloğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “qətimkan tədbirinin haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, 80-lıq “GREE” markalı kondisionerin ilkin dəyəri 1050 (min əlli) AZN məbləği, köhnəlmə dəyəri 519 (beş yüz on doqquz) AZN məbləği və qalıq dəyəri 531 (beş yüz otuz bir) AZN məbləği təşkil edir. Cinayət işində olan 3-244886 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 (bir) ədəd “GREE” markalı kondisionerin dəyəri olan 531 (beş yüz otuz bir) AZN məbləğində pul Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X6 ödənilmişdir. Cinayət işində olan zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X6 dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1737 saylı, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X9, övladı X12 ilə birlikdə İmişli şəhəri, Ə.Qurbanov küçəsi, ev 17 ünvanda qeydiyyatdadır. Cinayət işində olan İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X10 arasında xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 48 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Mürsəlova” soyadı verilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Seriya AZE 12667830 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 birgə nikahdan xx xxxxxx 2012-ci ildə “X12” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli və himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, bu müddəti ərzində öz səhvlərini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini və eləcə də, gələcəyə nikbin baxışlarını və planlarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı baş vermiş cinayət hadisəsi nəticəsində oğurlanmış 1 (bir) ədəd “GREE” markalı kondisionerin dəyəri olan 531 (beş yüz otuz bir) AZN məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Azərbaycan Respublikasi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X5 ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Azərbaycan Respublikasi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X5 dəymiş maddi zərərin ödənilməsi nəzərə alınsın. Hökmün icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar