Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-50/2021 23.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə İmişli rayonunun Şahverdili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Şahverdili kəndində qeydiyyatda olmaqla İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2021-ci il tarixdə saat 14 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən qonşusu Şahid1 məxsus fərdi yaşayış evində ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 14 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən evinə gəldikdə arvadı Zərərçəkmiş şəxs evdə olmadığını və yemək bişirmədiyini görüb qonşuları Şahid1 evində olacağını təxmin edib sonuncunun evinə getmişdir. O, içəri daxil olduqda Samirənin İradə və onun əri Ağadadaş ilə söhbət etdiklərini görmüşdür. Həmin vaxt o, Samirədən nə üçün yemək bişirmədiyini soruşduqda arvadı yemək bişirməyəcəyini bildirib onun anası barəsində xoşagəlməz ifadələr işlətmişdir. Bundan sonra o, əsəbiləşərək Samirənin sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Hazırda zərər çəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışmış və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 14 radələrində yaxın qonşusu İradəgilə getmişdir. Orada İradə və əri Ağadadaş ilə söhbət etdikləri vaxt əri Azad gəlib ondan nə üçün yemək bişirmədiyini soruşub üstünə hücum etmiş və yumruqla bir dəfə sifət nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Hazırda əri Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan Məhkəmə - Tibbi Ekspertiza və X2 Publik Huquqi şəxsin Beyləqan rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın xx xxxx 2021-ci il tarixli, 145/21 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sol gözaltı nahiyəsində hematoma bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx xxxx 2021-ci il tarixdə yumruq zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_14.htm Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini ilk dəfə törətdiyi, zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışdığı və ona dəymiş zərəri könüllü olaraq tamamilə ödədiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-50/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-50/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver