Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-51/2022 20.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi: X5, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, üçüncü dərəcəli əlil, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cаvаbdеh kimi оndаn xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(036)-332/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(036)-448/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 5200,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qəsdən qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ilin dekabr ayında faktiki nikaha daxil olaraq evlənmiş və nikahları 17 avqust 2008-ci il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Birgə nikahlarından 15 iyun 2010-cu il tarixdə Hikmət аdlı övladları anadan оlmuşdur. Əvvəllər Əfsanə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, bu səbəbdən onlar ayrılmış və övladları Hikmət anası Əfsanənin himayəsində qalmışdır. Sonradan Zərərçəkmiş şəxs övladlarını təkbaşına saxlamaqda çətinlik çəkdiyini bildirərək ona qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş və izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Bundan sonra icra məmurunun təqdimatına əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bütün bunlara baxmayaraq o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməmişdir. İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs olan 5200,00 manat aliment borcundan heç bir ödəniş etməmişdir. X1 ilə rəsmi nikahdadır və bu nikahdan iki az yaşlı övladı vardır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X5 izahatında göstərdi ki, qızı Zərərçəkmiş şəxs 2007-ci ilin dekabr ayında Təqsirləndirilən şəxslə faktiki nikaha daxil olaraq evlənmiş və nikahları 17 avqust 2008-ci il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Birgə nikahdan 15 iyun 2010-cu il tarixdə Hikmət adlı övladları dünyaya gəlmişdir. Qızı Əfsanənin əvvəllər Anar ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə Təqsirləndirilən şəxs əsassız sözsöhbətlər yaratmış, içkiyə qurşanmış, ailəsi ilə maraqlanmamış, maddi və mənəvi köməklik göstərmədiyi üçün münasibətləri korlanmışdır. Bu səbəbdən də qızı Əfsanə ayrılmış və övladı onun himayəsində qalmışdır. Əfsanə övladını təkbaşına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin alınıb Əfsanəyə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş və izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin bütün bu tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs qızı Əfsanəyə olan aliment borcunu ödəməmişdir. İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək Əfsanəyə olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixə kimi yığılıb qalmış ödənməmiş 5200,00 manat aliment borcunu ödəməmiş, övladı ilə maraqlanmamış, nə maddi, nə də mənəvi köməklik göstərməmişdir. Hazırda aliment borcunun tam şəkildə Təqsirləndirilən şəxs alınaraq qızı Əfsanəyə ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərdi ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(036)-332/2016 saylı icra sənədinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs xx.xx.2016cı il tarixdən başlayaraq hər ay 100,00 manat sabit pul məbləğində aliment tutulub X2 verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2017-ci il tarixdə başlanılmış və borclu Təqsirləndirilən şəxs alimentin könüllü ödənilməsi üçün həmin tarixdə bildiriş göndərilmiş, eyni zamanda alimentin ödənilməsinin təmin edilməsi üçün dəfələrlə xəbərdarlıq edilmiş, lakin o, alimenti tam ödəməmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və Məhkəmə araşdırması zamanı borclunun “Hepatit B” xəstəsi olduğu, 2-ci qrup əlilliyi, Bəhrəmtəpə qəsəbə xəstəxanasında fəhlə işlədiyi və yaranmış aliment borcunun hissə-hissə olmaqla ödəməyə razılıq verməsi nəzərə alınaraq xx.xx.2017-ci il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir. Borclu Təqsirləndirilən şəxs sonradan işdən çıxmış və alimenti ödəməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə izahat verərək xəstə olduğu üçün işləyə bilmədiyini, aldığı 130,00 manat pensiyanın onun şəxsi ehtiyaclarına çatmadığından alimenti ödəmək imkanının olmadığını bildirmişdir. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək İmişli Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə 500,00 manat miqdarında cərimə edilmişdir. Borclu Təqsirləndirilən şəxs əmlak vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilmiş icra tədbirləri müsbət nəticə verməmiş, o cümlədən yaşadığı evə baxış keçirilmiş və ona məxsus olan tələbin yönəldilə biləcəyi hər hansı əmlak müəyyən edilməmişdir. Onun 2-ci qrup əlil kimi 130,00 manat pensiya alıdğı müəyyən edilmişdir. Bu faktlar elektron icra informasiya sistemindən əldə edilmiş məlumatda da öz təsdiqini tapmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınması, inzibati məsuliyyətə cəlb edilməsi, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli icra etmədiyini bir daha təsdiq etmişdir. Həmçinin, ona yaranmış aliment borcunun ödənilməsi üçün dəfələrlə vaxt verilməsinə və bununla bağlı xəbərdarlıq olunmasına baxmayaraq o, göstərilənlərdən nəticə çıxarmamış, cəmi 2200,00 manat aliment ödəmiş, nəticədə isə 5200,00 manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs nikah qeydiyyatı yoxlanılmış və X6 ilə nikah qeydiyyatı müəyyən edilmiş, lakin sonuncunun adına əmlak aşkar edilməmişdir. İmişli Rayon Məhkəməsinin 8(036)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınmış, lakin işləmək məqsədilə əlaqə saxlamadığından işlə təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən borclu Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid3 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdi. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək İmişli Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 3(036)-448/2020 saylı Qərarına əsasən 500 manat məbləğində cərimə edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla 25 noyabr 2020-ci il və sonuncu dəfə 25 fevral 2021-ci il tarixdə olmaqla ona rəsmi qaydada xəbərdarlıqlar edilmişdir. İşdən görünür ki, Əliyev X12 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 fevral 2016-cı il tarixli 2(036)-332/2016 saylı qətnaməsi üzrə təqdimat verilən günə, yəni 10 fevral 2022-ci il tarixədək yaranan 5200.00 manat aliment borcundan tələbkar Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Cinаyət işinin mаtеriаllаrınа əlаvə еdilən məhkəmə qətnаməsinin icrаsı ilə bаğlı Təqsirləndirilən şəxs оğlunun аdınа ünvаnlаnmış bоrcun könüllü ödənilməsinə dаir bildirişdən, İmişli Rayоn Məhkəməsinin inzibаti хətа hаqqındа 26 oktyabr 2020-ci il tarixli, 3(036)-448/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, о, həqiqətən də İmişli Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli 2(036)-332/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli оlаrаq icrа еtməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X4 16 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 14 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2020-ci il tarixdə 16 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində (işi və qazancı olmayan) şəxs kimi qeydiyyata alınmış, işləmək məqsədilə Filialla heç bir əlaqə saxlamadığından işlə təmin edilməsi mümkün olmamışdır. İşə əlavə edilmiş İmişli RPŞ-nin 29 aprel 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində 440067 nömrəli axtarış işi açılmış və sonuncu 29 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunda saxlanılaraq İmişli RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İşə əlavə edilmiş 30 aprel 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, üçüncü dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 20 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-51/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-51/2022
20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver