Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-51/2023 30.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şirəliyeva Günel Mirza qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirlən şəxs Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 2004-cü il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.1-ci maddələri ilə, xx xxxxxx 2005-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Koroğlu küçəsi ev 01 ünvanında qeydiyyatda olub, İmişli şəhəri, A.Ələsgər küçəsi ev 16 ünvanında yaşamış, barəsində həbs qətiimkan tədbiri seçilmiş Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 15 fevral 2022-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 18-ci Mikrorayon ərazisində tanışı Zərərçəkmiş şəxs3 məxsus “Mercedes-Benz E220 CDİ minik” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobili şəxsi işlərini yerinə yetirmək məqsədilə sahibi Zərərçəkmiş şəxs3 icazəsi olmadan, açar yuvasında olan açarla mühərriki işə salaraq avtomobili hərəkət etdirib, oradan uzaqlaşmaqla talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa, o, özgənin əmlakını talama məqsədi ilə tanışı, yetkinlik yaşına çatmayan Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 1 aprel 2022-ci il tarixdə saat 02 radələrində birlikdə İmişli şəhəri, Q.Qarayev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazaya qapını açaraq qanunsuz daxil olduqdan sonra oradan 66 manat (altımış altı) dəyərində 20 qutu “Winston” markalı siqaret, 60 (altmış) manat dəyərində 20 qutu “LD” markalı siqaret, 50 (əlli) manat dəyərində 20 qutu “Palmall” markalı siqaret, 50 (əlli) manat dəyərində 20 qutu “Winchestr” markalı siqaret, 28,50 (iyirmi səkkiz manat əlli qəpik) manat dəyərində 15 qutu “Argo” markalı siqaret, 37,50 (otuz yeddi manat əlli qəpik) manat dəyərində 5 qutu “Ariel” markalı yuyucu toz, 23 (iyirmi üç) manat dəyərində 5 ədəd “Final” markalı duru yağ, 20 (iyirmi) manat dəyərində 20 ədəd 1 manatlıq "xxxx" MMC-yə məxsus kontur, 1 (bir) manat dəyərində ayaqqabı kremi və 300 manat nağd pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 636 (altı yüz otuz altı) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, özgənin əmlakını talama məqsədi ilə tanışı, yetkinlik yaşına çatmayan Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 1 aprel 2022-ci il tarixdə saat 04 radələrində birlikdə İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Elay Telekom” adlı telefon mağazasına qapını açaraq qanunsuz daxil olduqdan sonra oradan 130 (yüz otuz) manat dəyərində 1 ədəd “Samsung J4 Plus” markalı mobil telefon, 90 (doxsan) manat dəyərində 1 ədəd “Samsung J8” markalı mobil telefon və 70 (yetmiş) manat dəyərində 1 ədəd “Huawei L31” markalı mobil telefonu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 1 aprel 2022-ci il tarixdə saat 02 radələrində birlikdə İmişli şəhəri, Q.Qarayev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazaya qapını açaraq qanunsuz daxil olduqdan sonra oradan 66 manat (altımış altı) dəyərində 20 qutu “Winston” markalı siqaret, 60 (altmış) manat dəyərində 20 qutu “LD” markalı siqaret, 50 (əlli) manat dəyərində 20 qutu “Palmall” markalı siqaret, 50 (əlli) manat dəyərində 20 qutu “Winchestr” markalı siqaret, 28,50 (iyirmi səkkiz manat əlli qəpik) manat dəyərində 15 qutu “Argo” markalı siqaret, 37,50 (otuz yeddi manat əlli qəpik) manat dəyərində 5 qutu “Ariel” markalı yuyucu toz, 23 (iyirmi üç) manat dəyərində 5 ədəd “Final” markalı duru yağ, 20 (iyirmi) manat dəyərində 20 ədəd 1 manatlıq "xxxx" MMC-yə məxsus kontur, 1 (bir) manat dəyərində ayaqqabı kremi və 300 manat nağd pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 636 (altı yüz otuz altı) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 1 aprel 2022-ci il tarixdə saat 04 radələrində birlikdə İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Elay Telekom” adlı telefon mağazasına qapını açaraq qanunsuz daxil olduqdan sonra oradan 130 (yüz otuz) manat dəyərində 1 ədəd “Samsung J4 Plus” markalı mobil telefon, 90 (doxsan) manat dəyərində 1 ədəd “Samsung J8” markalı mobil telefon və 70 (yetmiş) manat dəyərində 1 ədəd “Huawei L31” markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib, yuxarıda təsvir olunan cinayət əməllərini törətməsini etiraf edərək etmiş olduğu cinayət əməllərindən peşiman olduğunu göstərdi (bax: məhkəmə iclas protokolu). Məhkəmə iclasında təqsirləndirilən şəxs Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib, yuxarıda təsvir olunan cinayət əməllərini törətməsini etiraf edərək etmiş olduğu cinayət əməllərindən peşiman olduğunu göstərdi (bax: məhkəmə iclas protokolu). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun törətmiş olduqları cinayət əməlləri özlərinin etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər faktiki halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, o, İmişli-Bakı-İmişli istiqamətində taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik gəlir əldə edir. 14 fevral 2022-ci il tarixdə o, yenidən müştəri yığmaq üçün etibarnamə ilə idərə etdiyi **-TK-*** dövlət nömrə nişanlı avtomobili ilə İmişli avtovağzalının qarşısına gəlmişdir. Bir neçə saat sonra 15 fevral 2022-ci il tarixdə saat 01 radələrində iki nəfər oğlan ona yaxınlaşaraq Bakıya getmək istədiklərini bildirmişlər. Həmin şəxslərdən birinin adı Oqtay, digərinin adı Abduləzim olmuşdur. O, ikisinə birlikdə 40 manat alacağını demiş, onlar isə razılaşmışlar. Bundan sonra onları maşında olan başqa bir müştəri ilə birlikdə Bakı şəhərinə gətirmişdir. Bakı şəhərində müştərini düşürdükdən sonra həmin iki nəfərin əlaqə saxladığı adam qalacaq yer üçün imtina etdiyini bildirdiyindən, onların qalacaq yeri olmadığını bilib onlara gecəni maşında keçirmələrini təklif etmişdir. Onlar razılaşmış və birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisinə gəlmişlər. O, qalacağı evin qarşısında maşını saxlamış və açarı maşının üzərindən götürməmişdir ki, lazım olduqda maşını işə salıb isidicidən istifadə etsinlər. Maşından düşəndə Abduləzim telefonunu ona verərək batereyasının doldurulmasını xahiş etmişdir. O, Abduləzimdən telefonu götürüb getmişdir. Saat 06 radələrində telefonu geri qaytarıb vermişdir. Bundan sonra uşaqlara saat 12-də gələcəyini və onları Bakıya aparacağını demişdir. Səhər tezdən evdən çıxıb həyətə düşdükdə maşının yerində olmadığını görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng etmişdir və onunla əlaqə saxlayaraq bildirmişlər ki, maşın qaçırılmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yönləndirmişlər. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, onun İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Elay Telecom” adlı telefon mağazası vardır. 01 aprel 2022-ci il tarixdə saat 00:40 radələrində mağazanı bağlayıb evə getmişdir. Həmin gün saat 10 radələrində mağazaya daxil olarkən qapısının açıq olduğunu görmüşdür. Həmin vaxt mağazadan oğurluq olmasından şübhələnib axtarış aparmış və mağazada olan 01 ədəd “Samsung J4 Plus” markalı, 01 ədəd “Samsung J8” markalı və 01 ədəd “Huawei L31” markalı mobil telefonların naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Həmin telefonlar işlənmiş və ekranı nasaz vəziyyətdə olmuşdur. Həmin şəxslər mağazanın qapısının kilidini qıraraq içəri daxil olmuşlar. 01 ədəd “Samsung J4 Plus” markalı mobil telefon 120 manat dəyərində, “Samsung J8 markalı”mobil telefon 80 manat dəyərində, “Huawei L31” markalı mobil telefonu isə 60 manat dəyərində olmaqla, ona maddi ziyan dəymiş və hazırda maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 01 aprel 2022-ci il tarixdə saat 07 radələrində qardaşı Cahid Qurbanov ona zəng vuraraq İmişli şəhəri, Qarayev küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində ona məxsus olan mağazanın qapısının açıq olduğunu və mağazadan oğurluq olduğunu demişdir. O, DİN-nin 102 xidmətinə zəng vurub hadisə haqqında məlumat vermişdir. Bundan sonra o, mağazaya gəlib özü yoxlamış və müəyyən etmişdir ki, oradan 20 qutu “Winston” markalı, 20 qutu “LD” markalı, 20 qutu “Palmall” markalı, 20 qutu “Winchestr” markalı, 15 qutu “Argo” markalı siqaretlər, 20 ədəd 1 manatlıq “Azercell” konturu, 5 ədəd 1,5 kq-lıq “Ariel” markalı yuyucu tozu, 5 ədəd 1 litrlik “Final” markalı duru yağ, 1 ədəd ayaqqabı mazı və 300 manat nağd pul naməlum şəxslər tərəfindən oğurlanmışdır. Həmin şəxslər mağazaya daxil olarkən qapının kilidini və qapı dayaqlarını sındırmış, ona ümumilikdə 636 manat maddi ziyan dəymiş və hazırda maddi ziyan tam ödənilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid Müşviq oğlu ifadə verərək göstərmişdir ki, 15 fevral 2022-ci il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərinə gəzməyə getmək üçün Zərərçəkmiş şəxs3 taksi kimi fəaliyyət göstərdiyi “Mercedes” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşib, ikisi üçün 40 manata razılaşaraq Bakı şəhərinə getmişlər. Avtomaşında başqa bir nəfər də müştəri olmuş və həmin müştəri Bakı şəhərində düşmüş, Bəşir isə Sumqayıt şəhərinə gedəcəyini bildirmişdir. Həmin vaxt gecə olduğundan və qalacaq yerləri olmadığından səhər açılana kimi Bəşirlə olmaq istədiklərini demişlər. Bəşir etiraz etməmiş və Sumqayıt şəhərinə, 18-ci mikrorayona getmişlər. Bəşir avtomobili həmin mikrorayonda məhlədə saxlamış, açarı maşının üstündə qoyub onlara avtomobildə əyləşib gözləməklərini, orada olan binadakı mənzilə çıxıb, qayıdacağını demişdir. O, telefonunun cəryanı qutardığına görə telefonu cəryan yığması üçün Bəşirə vermişdir. Təxminən saat 06 radələrində Bəşir gələrək onun telefonunu verib yenidən qayıtmışdır. Onlar avtomobildə bir az əyləşəndən sonra Oqtay ona maşınla gedib siqaret alıb qayıtmağı demiş, o, da Oqtaya tək getməsini və onu məhəllədə gözlədiyini demişdir. Oqtay isə tras yola çıxmayacağını, məhəllə yolları ilə gedib gələcəyini deyəndən sonra o, Oqtayla razılaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Oqtay geri qayıdan zaman məhəllənin girişində səhvən sağa dönmək əvəzinə sola dönmüş və həmin vaxt qarşısında olan “Mercedes C klass” markalı avtomobilin sağ arxa tərəfini idarə etdiyi avtomobilin sol ön tərəfi ilə vurub əzmişdir. Maşını olduğu kimi hadisə yerində saxlayıb, heç kimə bir söz demədən oradan uzaqlaşıb Bakı şəhərinə getmiş, daha sonra isə İmişli rayonuna qayıtmışdır. İş materiallarına əlavə olunmuş 01 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri, Q.Qarayev küçəsi, ev 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazadır. Həmin mağazanın qapısı plastikdir. Qapıdan içəri daxil olduqda sağda divan, divanın qarşsında üzərində qutular olan stol, stolun qarşısında içərisində mallar olan dəmir vitrinlər vardır. Solda isə yerdən düzülmüş qutular var. Mağazanın sağ küncündə üzərində güzgü olan şkaf vardır. Həmin şkafın üzərində bəzi müxtəlif ərzaq malları, siqaretlər və 01 ədəd qara rəngli qadın çantası vardır. 01 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Elay Telekom” adlı mobil telefon mağazasıdır. Həmin mağazanın qapısı plastikdəndir. Qapıdan içəri daxil olduqda solda və sağda divardan asılmış telefon aksesuarları vardır. Mərkəzdə mobil telefonları təmir edilməsi üçün nəzərdə tutulmuş yer vardır. 01 aprel 2022-ci il tarixli “baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan görünür ki, İmişli şəhəri, Q.Qarayev küçəsində yerləşən sahibsiz evin həyətyanı sahəsindən Təqsirləndirilən şəxs2 və X1 oğurladığı 6 qutu “Palmall” markalı, 1 qutu “Winchestr” markalı, 2 qutu “LD” markalı, 8 ədəd 1 manatlıq “Azercell” konturu və 6.70 manat məbləğində pul götürülmüşdür. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli “təqdim edilmiş predmetə baxış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, X2 oğurluq nəticəsində əldə etdiyi 2 qutu “LD” markalı, 7 qutu “Palmall” markalı, 1 qutu “Winchestr” markalı, 2 qutu “Argo” markalı, 2 qutu “Rothmans” maraklı siqaretlər götürülmüşdür. 01 aprel 2022-ci il tarixli “təqdim edilmiş predmetə baxış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və X3 əməliyyat orqanına təqdim etdiyi 03 ədəd müxtəlif markalı mobil telefonlara baxış keçirildikdən sonra götürülmüşdür. Həmin mobil telefonlar 01 ədəd “Samsung J4 Plus” markalı, 01 ədəd “Samsung J8” markalı və 01 ədəd “Huawei L31” markalı mobil telefonlardır. Mobil telefonlar işlənmiş vəziyyətdədir. “Samsung J4 Plus” markalı mobil telefonun ekran şüşəsi üzərində yoxdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 “Samsung J4 Plus” markalı mobil telefonu özünün, Allahşükür İsmayılov isə digər iki mobil telefonu əməliyyat orqanına təqdim etdiklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 10 aprel 2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olur ki, 2022-ci ilin aprel ayında “Winston” markalı siqaretin 1 qutusunun orta bazar satış qiyməti 3.30 (üç manat otuz qəpik) manat, “LD” markalı siqaretin 1 qutusunun orta bazar satış qiyməti 3 (üç) manat, “Palmall” markalı siqaretin 1 qutusunun orta bazar satış qiyməti 2.50 (iki manat əlli qəpik) manat, “Winchestr” markalı siqaretin 1 qutusunun orta bazar satış qiyməti 2.50 (iki manat əlli qəpik) manat, “Argo” markalı siqaretin 1 qutusunun orta bazar satış qiyməti 1.90 (bir manat doxsan qəpik) manat, “Rothmans” markalı siqaretin 1 qutusunun orta bazar satış qiyməti 2.50 (iki manat əlli qəpik) manat, 1.5 kq-lıq “Ariel” markalı yuyucu tozunun 1 qutusunun orta bazar satış qiyməti 7.50 (yeddi manat əlli qəpik) manat, 1 litrlik “Final” markalı duru yağın orta bazar satış qiyməti 4.60 (dörd manat altmış qəpik) manat, 0,5 kiloqram çəkidə “Servalat” markalı kolbasanın orta bazar satış qiyməti 5 (beş) manat, 01 ədəd ayaqqabı mazının orta bazar satış qiyməti 1 (bir) manat, 01 ədəd işlənmiş və ekranı nasaz vəziyyətdə “Samsung J4 Plus” markalı mobil telefonun orta bazar satış qiyməti 130 (yüz otuz) manat, 01 ədəd işlənmiş və ekranı nasaz vəziyyətdə “Samsung J8 markalı” mobil telefonun orta bazar satış qiyməti 90 (doxsan) manat, 01 ədəd işlənmiş və ekranı nasaz vəziyyətdə “Huawei L31” markalı mobil telefonun orta bazar satış qiyməti 70 (yetmiş) manat olmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli, 9/1520 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, "Şahin-95" firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktı məlumatlarına əsasən, 2000-ci il buraxılışlı, "Mercedes Benz C 230" markalı, ** CX *** qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 2100,00 manat müəyyən edilir. O cümlədən- dəyişilməli hissələrin qiyməti- 1380,00 manat; təmir-bərpa işlərinin qiyməti - 720,00 manat təşkil edir. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli zərər aktından görünür ki, “Mercedes” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə zamanı 1670 (min altı yüz yetmiş) manat maddi ziyan dəymişdir. 24 fevral 2022-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes-Benz C230 minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə zamanı 3100 (üç min yüz) manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılma cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu nəhkum olmamışdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu onlara istinad edilən cinayət əməllərini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.1-ci maddələri və Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halının mövcudluğunu, şəxsin əvvəllər böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, təyin olunan cəza bitsə də, məhkumluq ödənilmədən yenidən qəsdən az ağır cinayət əməli törətməsini əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, haqqında həbs qətimkan tədbiri seçilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli barəsində hökm çıxarıldığı gündən, yəni 30 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmadan cinayət törətməsini, onun tərəfindən dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda, məhkəmə tərəfindən Zərərçəkmiş şəxs3 iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Zərərçəkmiş şəxs3 mülki iddia ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs2 və Şahid Müşviq oğlundan ona dəymiş ziyana görə 1670 (bir min altı yüz yetmiş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 cavabdeh qismində iddiaya cavab verən şəxs olmadığından, iddia ona münasibətdə təmin edilə bilməz və mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs2 1670 (bir min altı yüz yetmiş) manat məbləğində pul vəsaiti tutulub Zərərçəkmiş şəxs3 verilməlidir. İş üzrə maddi sübut-13 qutu “Palmall” markalı siqaret, 2 qutu “Winchestr” markalı siqaret, 4 qutu “LD” markalı siqaret, 2 qutu “Argo” markalı siqaret, 2 qutu “Rothmans” markalı siqaret, 6 manat 70 qəpik pul, 8 ədəd 1 manatlıq "xxxx" MMC-yə məxsus kontur qaytarılıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 verilməli, 1 ədəd “Samsung J4 Plus” markalı mobil telefon, 1 ədəd “Samsung J8” markalı mobil telefon, 1 ədəd “Huawei L31” markalı mobil telefon, qaytarılıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 verilməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli)) manat məbləğində ekspertiza xərci vardır. Təqsirləndirilən şəxs2 məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli)) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-nin 185.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixdək 2 (iki) gün və 01 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutularaq, ümumilikdə həbsdə saxlandığı 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, haqqında həbs qətimkan tədbiri seçilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli barəsində hökm çıxarıldığı gündən, yəni 30 dekabr 2023-cü il tarixdən hesablansın. Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun 01 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət və 07 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 53 (əlli üç) gün, ümumilikdə 55 (əlli beş) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 02 (iki) ay, 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəksin. Cəzanın icrası Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun yaşadığı yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun üzərinə cəza çəkdiyi müddətdə yaşadığı İmişli rayonun hüdudlarını tərk etməmək, axşam saat 2300-dan, səhər saat 0700dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından azad edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 1670 (bir min altı yüz yetmiş) manat məbləğində pul vəsaiti tutulub Zərərçəkmiş şəxs3 verilsin. İş üzrə maddi sübut-13 qutu “Palmall” markalı siqaret, 2 qutu “Winchestr” markalı siqaret, 4 qutu “LD” markalı siqaret, 2 qutu “Argo” markalı siqaret, 2 qutu “Rothmans” markalı siqaret, 6 manat 70 qəpik pul, 8 ədəd 1 manatlıq "xxxx" MMC-yə məxsus kontur qaytarılıb zərərçəkmiş Zərərçəkmiş şəxs1, 1 ədəd “Samsung J4 Plus” markalı mobil telefon, 1 ədəd “Samsung J8” markalı mobil telefon, 1 ədəd “Huawei L31” markalı mobil telefon, qaytarılıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 verilsin. Məhkum Təqsirləndirilən şəxs2 məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli)) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-51/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-51/2023
30.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver