Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-51/2024 15.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 qızının, Zərərçəkmiş şəxs3nın və Zərərçəkmiş şəxs2, Qanuni nümayəndə X9, Müdafiəçilər X15 və X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.2001-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Əliyev prospekti, 109, mənzil 4 ünvanında qeydiyyatda olan və yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.2008-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, İmişli şəhəri, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 28 oktyabr 2023-cü il saat 21 radələrində birlikdə Zərərçəkmiş şəxs1 qızının yaşadığı İmişli şəhəri, L.Vəliyev küçəsində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olduqdan sonra o, evin qonaq otağında olan güzgülü dolabın içərisindəki dəmir qabdan 700 (yeddi yüz) manat pulu, Təqsirləndirilən şəxs2 isə həmin dolabın üst hissəsindən 1700 (min yeddi yüz) manat dəyərində 585 əyarlı olmaqla 20 qram çəkidə bir ədəd qızıl boyunbağını gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2400 (iki min dörd yüz) manat miqdarında maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 10 noyabr 2023-cü il saat 22 radələrində birlikdə Zərərçəkmiş şəxs3nın yaşadığı İmişli şəhəri, Mil küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olduqdan sonra o, evin yataq otağında olan plastik materiallı dolabın içərisindən 127,50 (yüz iyirmi yeddi manat əlli qəpik) dəyərində 585 əyarlı olmaqla 1,5 qram çəkidə bir ədəd qızıl qolbağını, 25 (iyirmi beş) manat dəyərində üzərində dörd ədəd ürək formalı bəzək olan bir ədəd bujiteriyanı, Təqsirləndirilən şəxs2 isə həmin otaqdakı çarpayının altında olan saxlanc yeri hesab olunan mücrünün içərisindən 255 (iki yüz əlli beş) manat dəyərində 585 əyarlı olmaqla 3 qram çəkidə üzərində “Balıq bürcü” formasında klon olan bir ədəd qızıl boyunbağını gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 407,50 (dörd yüz yeddi manat əlli qəpik) manat miqdarında maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 20 noyabr 2023-cü il saat 22 radələrində birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, evin yataq otağında olan geyim dolabından 17 (on yeddi) manat pulu və içərisində 178 (yüz yetmiş səkkiz) manat miqdarında metal və kağız pullar olan 1 (bir) manat dəyərində 3 kiloqramlıq şüşə balonu gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 196 (yüz doxsan altı) manat miqdarında maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 28 oktyabr 2023-cü il saat 21 radələrində birlikdə Zərərçəkmiş şəxs1 qızının yaşadığı İmişli şəhəri, L.Vəliyev küçəsində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 evin qonaq otağında olan güzgülü dolabın içərisindəki dəmir qabdan 700 (yeddi yüz) manat pulu, o isə həmin dolabın üst hissəsindən 1700 (min yeddi yüz) manat dəyərində 585 əyarlı olmaqla 20 qram çəkidə bir ədəd qızıl boyunbağını gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2400 (iki min dörd yüz) manat miqdarında maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 10 noyabr 2023-cü il saat 22 radələrində birlikdə Zərərçəkmiş şəxs3nın yaşadığı İmişli şəhəri, Mil küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 evin yataq otağında olan plastik materiallı dolabın içərisindən 127,50 (yüz iyirmi yeddi manat əlli qəpik) dəyərində 585 əyarlı olmaqla 1,5 qram çəkidə bir ədəd qızıl qolbağını, 25 (iyirmi beş) manat dəyərində üzərində dörd ədəd ürək formalı bəzək olan bir ədəd bujiteriyanı, o isə həmin otaqdakı çarpayının altında olan saxlanc yeri hesab olunan mücrünün içərisindən 255 (iki yüz əlli beş) manat dəyərində 585 əyarlı olmaqla 3 qram çəkidə üzərində “Balıq bürcü” formasında klon olan bir ədəd qızıl boyunbağını gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 407,50 (dörd yüz yeddi manat əlli qəpik) manat miqdarında maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 20 noyabr 2023-cü il saat 22 radələrində birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, evin yataq otağında olan geyim dolabından 17 (on yeddi) manat pulu və içərisində 178 (yüz yetmiş səkkiz) manat miqdarında metal və kağız pullar olan 1 (bir) manat dəyərində 3 kiloqramlıq şüşə balonu gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 196 (yüz doxsan altı) manat miqdarında maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 28 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində İmişli şəhərində, “Cənnət” çay evinin qarşısında olarkən Təqsirləndirilən şəxs2 ilə görüşüb taksi kimi fəaliyyət göstərən ağ rəngli, “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib “Soliton” mağazasının yaxınlığına getmişlər. Orada Vüsal ilə söhbət edən zaman Vüsal ona anası Göyçək Əhmədovanın mobil telefonun özündə olduğu bildirib və həmin mobil telefonu evə qoyub təkrar rayona qayıtmağı təklif etmişdir. O da Vüsal ilə razılaşmış və Soliton mağazasının yaxınlığında Vüsal avtomobildən düşüb evinə getmişdir. Daha sonra isə Vüsal ona “İnstagram” sosial şəbəkəsində yazaraq “Malikin dörd yolu” adlanan yerə gəlməyini istəmişdir. O da bundan sonra taksi kimi fəaliyyət göstərən “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib həmin yerə getmişdir. Təxminən 10 dəqiqə sonra Vüsal da deyilən yerə gəlmişdir. Vüsal İmişli şəhəri, L.Vəliyev küçəsində yerləşən evi göstərib dayısı oğlu Rəvan Sarıyevin həmin ev sahibi ilə toyda olduğunu dediyini ona bildirib. Həmin evə oğurluq üçün girməyi təklif etmiş və o da Vüsal ilə razılaşmışdır. Saat 22 radələrində əvvəlcə o, sonra isə Vüsal qapının yanındakı çəpərdən tullanıb həyətə düşmüşlər. Evin pəncərəsi açıq olmuşdur. Həmin vaxt Vüsal ona əvvəlcədən gəlib həyətdə olan əl damına keçib evin pəncərəsini açmaq üçün əl boyda dəmir parçası tapdığını və əl damından çıxıb evin sol tərəfində yerləşən pəncərəsini açdığını bildirmişdir. Əvvəlcə özü daha sonra isə Vüsal həmin pəncərədən evin qonaq otağına daxil olmuşlar. Həmin otaqda olan güzgülü dolabın çəkəcəyini açdıqda göy rəngli dəmir qab görmüş və həmin dəmir qabın qapağını açdıqda isə içərisində müxtəlif kağız pullar aşkar etmişlər. Həmin pullardan əsasən 50 manatlıq, 20 manatlıq, 10 manatlıq, 5 manatlıq bir neçə ədəd isə 1 manatlıq pul əskinaslarını götürüb cibinə qoymuşdur. Həmin vaxt qabın içərisində 1 manatlıq və 5 manatlıq pul əskinasları qalmışdır. Həmin pulları götürməmişlər. Oradan təxminən 200 manat pul götürmüşlər. Bundan başqa həmin dolabın üzərindən 01 ədəd qızıl boyunbağını görmüş, lakin götürməmi və pəncərədən həyətə düşmüşdür. Təxminən 20 saniyə sonra isə Vüsal pəncərədən həyətə düşmüş və qızıl boyunbağını götürdüyünü bildirmişdir. Daha sonra çəpərdən yola çıxıb, yoldan keçən “Mercedes” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə “Komfort” restoranına gedib orada kabinetdə oturmuşlar. Vüsal həmin vaxtı oğurladığı qızıl boyunbağını çıxarıb stolun üzərinə qoymuş və ondan həmin qızılı satmağını istəmişdir. Bundan sonra ikisidə həmin yerdən oğurladığı pulları çıxarıb saymış və ümumilikdə 200 manat pul olduğunu bilmişlər. Həmin pulun 150 manatını Vüsala vermiş və 50 manatını isə özü götürmüşdür. Qızıl boyunbağı satıldıqdan sonra həmin pulu artıqlaması ilə onun götürəcəyi barədə razılıq əldə etmişlər. Bundan sonra bir-birilərindən aralaşıb rayona getmişlər. Həmin gün gecə saatlarında Elsun adlı şəxslə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Sünbül” çay evində görüşüb həmin oğurladığları qızıl boyunbağını Elsuna sabaha qədər saxlaması üçün vermişdir. Lakin Elsuna qızılın oğurluq olduğunu deməmişdir. Ailə üzvüləri onun oğurluq etməyindən xəbər tutmamasından ötrü qızılı evinə aparamamışdır. Sonra isə evə getmişdir. Səhəri gün saat 09 radələrində Elsunun evinə gedib və birlikdə rayon polis şöbəsinə getməsini təklif etmişdir. Bundan sonra rayon polis şöbəsinə gələrkən mağazası olan Vüsal adlı şəxsə qızıl verib saxlamasını istəmişdir. Vüsal həmin vaxtı qızılı satıbsatmamağını ondan soruşmuş, o isə Vüsala satmadığını demişdir. Daha sonra oradan çıxmışlar. Həmin vaxt Elsun qızılın oğurluq olduğunu bilmiş, ondan bu barədə soruşanda Elsuna oğurluq olduğunu demişdir. Bundan sonra polis şöbəsinə gəlmiş və Elsun onu qapıda gözləmişdir. Rayon polis şöbəsinə barəsində olan oğurluq cinayət işi ilə bağlı çağırılmışdır. Rayon polis şöbəsində həyətdə olarkən Vüsalı görmüşdür. Vüsal ilə söhbət edən zaman Vüsal etdikləri oğurluq cinayətinin ev sahibinin bildiyini deyərək və qızılı sahibinə qaytarmaqlarını istəmişdir. O da Elsundan həmin qızılı gedib mağazadan gətirməyini istəmişdir. Elsun isə gedib gəldikdən sonra “Qası” ləqəbli, X10 qızılı yolda onun əlindən baxmaq üçün aldıqdan sonra qaçıb getdiyini bildirmişdir. Daha sonra Sahilin həmin qızıl boyunbağını Kürdəmir rayonunda lombarda qoyduğunu eşitmişdir. Bundan başqa, o, 10 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2, “İmo” ləqəbli İmaməddin və Xəzər adlı şəxslərlə, sonuncunun idarə etdiyi “VAZ-21015” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəzən zaman İmişli şəhəri, Mil küçəsindən keçərkən evlərin birinin qapısının üzərində kilid olduğunu görmüş və Vüsal həmin evdən oğurluq etmək təklif etmişdir. Həmin söhbəti avtomobildə olanlar eşitməmişdir. Bundan sonra avtomobildən o və Vüsal düşmüşlər. Xəzər və İmaməddin isə çıxıb getmişdir. Həmin darvazanın yanından çəpərdən tullanaraq ilk öncə o, sonra isə Vüsal həyətə keçmişdir. O, özü ilə gətirdiyi vintaçanla evin arxa tərəfində sol tərəfdə yerləşən plastik pəncərəni açmış və Vüsal evə girmişdir. O isə pəncərənin yanında gözləmişdir. Sonra isə Vüsal həmin pəncərədən yenidən həyətə çıxıb sağ tərəfdə yerləşən plastik pəncərəyə yaxınlaşmışdır. Həmin pəncərəni də eyni qaydada, vintaçanla açmış və ilk öncə o, sonra isə Vüsal həmin pəncərədən evə girmişdir. Həmin pəncərə evin yataq otağına açılmışdır. Yataq otağında solda olan dolabın içərisindəki plastik qabın içərisindən 01 ədəd qızıl bilərzik götürmüşlər. Həmin yerdən 01 ədəd üzərində 04 ədəd ürək formaları olan bujiteriya boyunbağını da götürmüşdür. Daha sonra isə Vüsal kravatın altından qızıl qabı gətirmiş və içərisindən 01 ədəd üzərində klon olan qızıl boyunbağı götürüb ona vermişdir. Oradan çıxıb, çəpərdən tullanıb rayona tərəf getmişlər. O, Xəzərə zəng etmiş, Xəzər isə gəlib onları rayona aparmışdır. Avtomobildə olarkən oğurladığı qızıl bilərziyi, qızıl boyunbağını və qızıl klonu İmaməddinə satması və əldə olunan gəliri bərabər olaraq Vüsal, İmaməddin, Xəzər və onun arasında bölünməsi barədə razılıq əldə etmişlər. Həmin şəxslər qızılların oğurluq olduğunu bilməmişlər. Bundan sonra İmişli şəhərində, H.Əliyev prospektində yerləşən “Cənnət” çay evinin qarşısında avtomobildən düşüb bir-birilərindən aranmışlar. 13 noyabr 2023-cü il saat 15 radələrində İmaməddin onunla “Sünbül” çay evində görüşüb həmin oğurladığı qızılları Beyləqan rayonunda tanımadığı şəxsə 94 manata satdığını bildirib, ona 40 manat vermişdir. O da həmin pulun 20 manatını Vüsala vermişdir. O da İmişli şəhərində “Universam dairəsi” adlanan yerdə Vüsalla görüşmüş və 20 manat pulu ona verib, oğurluq etdikləri bilərziyin satdıldığını bildirirək payına düşən gəlirin 20 manat olduğunu bildirmişdir. Oğurluq nəticəsində ona düşən 20 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir. Yerdə qalan 54 manat pulu isə İmaməddinə qızılı satdığı üçün vermiş, İmaməddindən həmin pulu istəməmişdir. Bijuteriyanı isə naməlum şəraitdə itirmişdir. Bundan başqa, o, 20 noyabr 2023-cü il tarixdə saat 22 radələrində İmişli şəhəri, “Universam dairəsi” adlanan yerdə Vüsal və Fuad ilə birlikdə söhbət etmişlər. Həmin vaxt Fuad evinə düşürtmək üçün taksi fəaliyyət ilə məşğul olan tanışları Xəzərin idarə etdiyi “VAZ-21015” markalı, dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və “Ailəvi Market” adlanan ərzaq mağazasının arxa küçəsi ilə hərəkət edərək Fuadın yaşadığı ev istiqamətində getmişlər. Fuad evlərinə girib 20 manat götürüb çıxmışdır. Həmin puldan Xəzərə olan borclarına görə 10 manat vermiş və 20 manat isə borcları qalmışdır. Daha sonra həmin küçə ilə İmişli şəhəri, H.Əliyev prospekti istiqamətində getmişlər. Prospektdə Vüsal ilə o mağazadan siqaret almaq üçün avtomobildən düşmüş və Fuad ilə Xəzər birlikdə rayona tərəf getmişlər. Saat 22 radələrində İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evlərin birinin qapısının üzərində kilid olduğunu görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Əvvəlcə Vüsal həmin evə girməyi təklif etmiş və o da Vüsal ilə razılaşmışdır. Bundan sonra həmin evin qapısının yanındakı hasardan evin həyətinə keçmişlər. Orada həyətdəki su çəninin üzərindən vintaçan gətirmiş və evin plastik pəncərəsini həmin vintaçanla açıb evin içərisinə daxil olmuşlar. Həmin pəncərə evin qonaq otağına açılmışdır. Həmin otağdan çıxıb sol tərəfdə yerləşən yataq otağına keçmişlər. Orada paltar dolabını açıb içərisində qəpik və kağız pullar olan 3 kiloqramlıq şüşə balonu götürmüşlər. Sonra Vüsal yoldan keçən şəxsin mobil telefonu ilə Fuada zəng edib onları İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketin qarşısından götürməyini istəmişdir. Bundan sonra Fuad Xəzərlə gəlib onları həmin yerdən götürmüşdür. Oğurladıqları pullar təxminən 50 manat olmuşdur. Həmin oğurluqdan avtomobilə əyləşdikdən sonra Fuadın və Xəzərin xəbəri olmuşdur. Vüsal həmin pulun 33 manatını Xəzərə olan borcu və digər yol xərcləri üçün vermişdir. Qalan 17 manatını isə rayon ərazisində o, Fuad və Vüsal xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərərin çox hissəsi ödənilmişdir. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 28 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində İmişli şəhərində, “Cənnət” çay evinin qarşısında olarkən Təqsirləndirilən şəxs1 görmüş və Elxan ilə görüşüb “Soliton” mağazasının yaxınlığına getmişlər. Orada Elxan ilə söhbət edən zamanı anası Göyçək Əhmədovanın mobil telefonu onda olduğu üçün həmin mobil telefonu evə qoyub təkrar rayona qayıtmaqlarını təklif etmişdir. Elxan da onunla razılaşmış, “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli avtomobilə əyləşib onların evin yaxınlığında “Umud-Emin” marketin qarşısında avtomobildən düşmüş və evə tərəf piyada getməyə başlamışlar. Bu zaman İmişli şəhəri, L.Vəliyev küçəsində qapıların birinin üzərində kilid olduğunu görmüşlər. Həmin vaxt saat 22 radələri olmuşdur. Elxan ona: “Girək?” sualını vermişdir. O da Elxan ilə razılaşmışdır. Əvvəlcə Elxan, daha sonra isə o, qapının yanından hasardan tullanıb həyətə düşmüşlər. Bu zaman həyətdə olan əl damına keçib evin pəncərəsini açmaq üçün alət axtarmışlar. Elxan oradan əl boyda dəmir parçası tapmış və əl damından çıxıb evin sol tərəfində yerləşən pəncərənin yanına gəlmişlər. Elxan pəncərəni həmin dəmir parçası ilə açmış və əvvəlcə Elxan, daha sonra isə o, həmin pəncərədən evin qonaq otağına daxil olmuşlar. Həmin otaqda olan güzgülü dolabın çəkəcəyini açdıqda göy rəngli dəmir qab görmüş və həmin dəmir qabın qapağını açdıqda isə içərisində müxtəlif kağız pulları aşkar etmişlər. Həmin pullardan əsasən 50 manatlıq, 20 manatlıq, 10 manatlıq, 5 manatlıq bir neçə ədəd isə 1 manatlıq pul əskinaslarını Elxan götürüb cibinə qoymuşdur. Həmin vaxt qabın içərisində 1 manatlıq və 5 manatlıq pul əskinasları qalmış, həmin pulları götürməmişlər. Elxanın oradan nə qədər pul götürdüyünü bilməmişdir. Bundan başqa həmin dolabın üzərindən 01 ədəd qızıl boyunbağını Elxan götürüb cibinə qoymuşdur. Sonra qabı yerinə qoyub pəncərədən həyətə çıxmışlar. Oradan isə hasardan yola çıxıb rayon mərkəzinə gəlmişlər. İmişli şəhəri, H.Əliyev adına parkda Elxan ona oğurladıqları pulun 300 manat olduğunu deyib, həmin puldan 150 manatını ona vermiş, qızıl boyunbağını satdıqdan sonra isə pulunu böləcəyini bildirmişdir. Elxan həmin evdən götürdüyü dəmir parçasını İmişli şəhəri, H.Əliyev prospektində yerləşən zibil qutularından birinə atmışdır. Bundan sonra bir-birilərindən aralaşıb rayona getmişlər. Həmin oğurladığı puldan 50 manatını Bakı şəhərindəki Tural adlı tanışına aid "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus, rəqəmlərini xatırlamadığı bank akrtına ödəmə terminal vasitəsi ilə göndərmiş, qalan 100 manatını isə rayon ərazisində şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra isə Elxanın oğurladığı qızıl boyunbağını “Qası” ləqəbli, soyadını bilmədiyi Rahimin oğlu Sahil adlı şəxsin əlindən almasını, sonra aparıb Kürdəmir rayonunda satmasını, həmin puldan isə Elxana vermədiyini bilmişdir. Bundan başqa, o, 10 noyabr 2023-cü il tarixdə saat 22 radələrində İmişli şəhərində yerləşən “Soliton” mağazasının yaxınlığında olarkən Təqsirləndirilən şəxs1 və “İmo” ləqəbli adını bilmədiyi şəxs Xəzər adlı şəxsin idarə etdiyi “VAZ-21015” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlib onu götürmüşlər. Rayon ərazisində gəzərkən İmişli şəhəri, Mil küçəsindən keçən zaman evlərin birinin qapısının üzərində kilid olduğunu görmüş və Elxana həmin evdən oğurluq etməyi təklif etmişdir. Onların söhbətlərini heç kim eşitməmişdir. Elxan onunla razılaşmışdır. O və Elxan orada avtomobildən düşmüşlər. Xəzər və “İmo” çıxıb getmişdir. Həmin darvazanın yanından hasardan tullanaraq ilk öncə Elxan, sonra isə o həyətə keçmişlər. Elxan üzərində olan vintaçanla evin arxa tərəfində sol tərəfdə yerləşən plastik pəncərəni açmış və oraya o girmişdir. Elxan isə pəncərənin yanında gözləmişdir. Həmin pəncərə evin qonaq otağına açılmışdır. Orada olan dolaba baxmış, lakin heçnə tapa bilməmişdir. Sonra isə yataq otaqlarına keçmək istəyəndə qapı bağlı olduğu üçün keçə bilməmişdir. Ona görə də həmin pəncərədən yenidən həyətə çıxıb sağ tərəfdə yerləşən plastik pəncərəyə Elxan ilə birlikdə yaxınlaşmışdır. Həmin pəncərəni də eyni qaydada Elxan vintaçanla açmış, ilk öncə Elxan sonra isə o, həmin pəncərədən evə girmişdir. Həmin pəncərə evin yataq otağına açılmışdır. Elxan həmin yataq otağında solda olan dolabn içərisindəki plastik qabın içərəsindən 01 ədəd qızıl bilərzik götürmüşdür. Daha sonra isə oradan çıxıb, hasardan tullanıb rayona tərəf getmişlər. Elxan Xəzərə zəng edərək onlaır həmin küçədən götürməsini istəmişdir. Xəzərə isə gəlib onları rayona aparmışdır. İmişli şəhərində, H.Əliyev prospektində yerləşən “Cənnət” çay evinin qarşısında avtomobildən düşüb rayonda gəzmişdir. 13 noyabr 2023-cü il saat 19 radələrində Elxanla İmişli şəhəri, “Universamın dairəsi” adlanan yerdə görüşmüş və Elxan ona 20 manat pul verib, oğurluq etdiklər bilərziyi satdığını və ona düşən gəlirin 20 manat olduğunu bildirmişdir. Daha sonra isə Elxan ona həmin evdən 01 ədəd də boyunbağı və klon götürdüyünü bildirmişdir. Lakin həmin boyunbağı və klonun qızıl olmadığını demişdir. Elxanın qızıl boyunbağını kimə satmasını bilməmişdir. Oğurluq nəticəsində ona düşən 20 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir. O, 20 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində İmişli şəhəri, “Universam dairəsi” adlanan yerdə o, Elxan və Fuad söhbət edirmişlər. Həmin vaxt Fuad evə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan tanışları Xəzərin idarə etdiyi “VAZ-21015” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşmiş, o və Elxanda həmin avtomobilə əyləşmiş və Fuadı evinə düşürtmək üçün “Ailəvi Market” adlanan ərzaq mağazasının arxa küçəsi ilə Fuadın yaşadığı ev istiqamətində hərəkət etmişlər. Fuad evlərinə girib 20 manat götürüb çıxmış və Xəzərə olan borclarını vermişlər. Daha sonra həmin küçə ilə İmişli şəhəri, H.Əliyev prospekti istiqamətində getmişlər. Orada Elxan siqaret almaq üçün avtomobildən düşmüşlər. Fuad isə Xəzərlə birlikdə rayona tərəf getmişdir. Bundan sonra saat 22 radələrində İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evlərin birinin qapısının üzərində kilid olduğunu görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişlər. O, həmin evə girməyi Elxana təklif etmiş Elxanda razılaşmışdır. Bundan sonra evin qapısının yanındakı çəpərdən aşaraq evin həyətinə keçmişlər. Orada Elxan həyətdəki su çəninin üzərindən vintaçan gətirmiş və evin yanında olan plastik pəncərəni həmin vintaçanla açıb evin içərisinə daxil olmuşlar. Həmin pəncərə evin qonaq otağına açılmışdır. Həmin otağdan çıxıb sol tərəfdə yerləşən yataq otağına keçmişlər. Orada paltar dolabını açıb içərisində qəpik və kağız pullar olan 3 kiloqramlıq şüşə balonu götürmüşlər. Həmin pullar ümumilikdə təxminən 50 manat olmuşdur. Həmin puldan 33 manatını Xəzərə olan borclarını vermiş və 17 manatını isə rayon ərazisində xərcləmişlər. Onunla Fuadın oğurluq etməyindən Fuadın və Xəzərin xəbəri olmamışdır. Xəzərdən sadəcə taksi kimi istifadə etmişlər. Sonuncu, yəni, 20 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində İmişli şəhər, M.Ə.Rəsulzadə küçəsində yerləşən evdən oğurluq etdikdən sonra Xəzərin avtomobilinə əyləşdikdə Xəzər və Fuad onların oğurluq etdiklərini bilmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərər çox hissəsi ödənilmişdir. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qızı ifadəsində göstərmişdir ki, o, 28 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində qızı Sevinclə birlikdə “Kral” şadlıq sarayına toya getmişdir. Evdə isə heç kim olmamışdır. Həmin vaxtı həyətin qapısına kilid vurmamışdır. Belə ki, o, çox vaxt qapıya kilid vurmadığı üçün bu səfər də kilidsiz qoymuşdur. Həmin gün saat 23:50 radələrində qızı Sevinclə birlikdə evə gəlmişdir. İlk öncə qonaq otağının pəncərəsinin açıq olduğunu görüb qızı Sevincdən özünə məxsus olan qızıllarını yerində olmasını yoxlamasını istəmişdir. Sevinc də yoxlayıb yerində olduğunu bildirdikən sonra o, yorğun olduğu üçün yatmışdır. Səhəri gün, saat 09:30 radələrində qonaq otağında yerləşən güzgülü dolabın çəkməcəsində dəmir peçenye qabına yığdığı pulları yoxlamış və həmin pullardan 700 manatının oğurlandığını, 70 manatının isə qaldığını müəyyən etmişdir. Sonra isə dolabın üzərində özünə məxsus olan 585 əyyarlı, Rusiya istehsalı, təxminən 20 qram çəkidə qızıl boyunbağının oğurlandığını aşkar etmişdir. Bundan sonra isə rayon polis şöbəsinə müraciət etmişdir. Ev dağınıq vəziyyətdə olmamış və digər otaqlardan heç bir əşya oğurlanmamışdır. Hadisə nəticəsində ona ümumulikdə 2200 manat maddi ziyan dəymişdir. O, məhkəmə-əmtəəşünaslıq ekspertizasənın 19 mart 2024-cü il tarixli 9/1096 nömrəli rəyini təsdiqləyərək, 20 qram çəkidə, 585 əyyarlı, 1 ədəd qızıl boyunbağının qiymətinin 1700 manat olmasını, ilkin ifadəsində isə qiymətini dəqiq bilmədiyi üçün təxmini qiymət demişdir. Təqsirləndirilən şəxslərlə barışmış, ona dəyən zərər tam olaraq ödənilmiş və onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Mil küçəsi ev 3 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Həyat yoldaşı Səlim Qədirov 2023-cü ilin iyun ayının əvvəllərindən işğaldan azad edilmiş torpaqlarda işlədiyinə görə ayda 1 dəfə evə gəlib-gedir. Ortancıl qızı Turanə Azərbaycan Dillər Universitetində təhsil aldığı üçün müvəqqəti olaraq Bakı şəhərində yaşayır. Böyük qızı Nuranə Universiteti bitirmiş və sığorta şirkətilərinin birində işləyir. O, oğlu Səid ilə birlikdə bütün günü evdə olur. 08 noyabr 2023-cü il tarixdə tətil olduğu üçün həyat yoldaşından başqa ailə üzvləri ilə birlikdə Bakı şəhərinə getmişdir. Gedərkən evin bütün qapı və pəncərələrini bağlamışdır. Həmçinin darvazanın qapısını da kilidləmişdir. 12 noyabr 2023-cü il tarixdə evə gəldiyi vaxt evin zalının pəncərəsinin açıq olmasını və pərdənin yerindən qopduğunu görmüşdür. Bundan sonra qızlara aid yataq otağına keçmişdir. Getməmişdən əvvəl həmin otağın qapısınıda kilidləmişdir. Otağa daxil olduqda otağın dağınıq olduğu görmüşdür. Digər otaqlara baxan zaman isə hər şey yerində olmuş və otaq dağınıq olmamışdır. Bu vaxt həyat yoldaşı Səlim də evə gəlmişdir. Səlimə evdən oğurluq olduğunu demişdir. Bundan sonra Səlimin halı pisləşmişdir. Buna görə də təcili tibbi yardım çağırmış və Səlimə ilkin tibbi yardım göstərilmişdir. Sonra isə evi yığışdırmışdır. Evi yığışdıran zaman qızlarına aid yataq otağında olan plastik dolabın içərisindən ona məxsus 1 ədəd üzərində “Balıq” bürcü şəklində kloun olan, 2-3 qram çəkidə, 200 manat dəyərində qızıl boyunbağı və 1 ədəd 1,5 qram çəkidə 120 manat dəyərində qızıl bilərziyin oğurlanmasını aşkar etmişdir. Bundan başqa evdən hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş hadisə nəticəsində ona 320 manat maddi ziyan dəymişdir. O, məhkəmə-əmtəəşünaslıq ekspertizaısnın 19 mart 2024-cü il tarixli 9/1096 nömrəli rəyini təsdiqləmiş və 3 qram çəkidə, 585 əyyarlı, üzərində “balıq bürcü” şəklində klon olan qızıl boyunbağının qiymətinin 255 manat və 1,5 qram çəkidə, 585 əyyarlı, 1 ədəd qızıl bilərziyin 127,50 manat olmasını, həmçinin hadisə zamanı evindən 1 ədəd, üzərində 4 ədəd ürək formasında bəzəkləri olan 25 manat dəyərində bujiteriyanında oğlurlanmasını bildirərək ümumilikdə ona 407.50 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərlə barışmış, ona dəyən zərər tam olaraq ödənilmiş və onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 20 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki evindən 2 övladı ilə birlikdə çıxaraq atası Loğmangilə getmişdir. Atasıgilə gedən zaman evin plastikdən olan pəncərələrini bağlamış və dəmir qapısını isə kilidləmişdir. Həmin gün evinə qayıdan zaman ev normal vəziyyətdə olmuşdur. Evin qapısının kilidinə müdaxilə edilməmişdir. Zala daxil olan zaman xalçanın üzərində ayaq izlərinin olmasını və pəncərənin açıq olmasını görmüşdür. Bundan sonra o, evin qonaq otağına keçmişdir. Qonaq otağında dolabın qapısının açıq olduğunu görmüşdür. Sonra yataq otağına keçmiş və otaqdakı dolabın içərisində olan paltarların və çantaların dağınıq olduğunu bilmişdir. Çantalara baxan vaxt 2 ədəd plastik kartın çantada olduğunu müəyyən etmişdir. Uşağların pul olan dolabına baxan zaman 17 manat pulun olmadığını bilmişdir. Yataq otağındakı dolabın içərisinə baxan zaman, orada içərisində 178 manat pul olan, uşağların pul yığdığı, 1 manat dəyərində 3 kiloqramlıq şüşə balonun olmadığını və oğurlanmasını görmüşdür. Bundan sonra qardşı Rüfət Abbaslı onlara gəlmiş və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 196 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərlə barışmış, ona dəyən zərər tam olaraq ödənilmiş və onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 20 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində İmişli şəhərində “Universam dairəsi” adlanan yerdə o, Vüsal və Elxan söhbət edirmişlər. Həmin vaxt taksi fəaliyyəti ilə məşğul olan tanışı Xəzərin idarə etdiyi “VAZ-21015” markalı, dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş “Ailəvi market” adlanan ərzaq mağazasının arxasıyca yaşadığı evə getmişdir. Həmin vaxt Elxan və Vüsal da avtomobildə olmuşdur. Evinə girib 20 manat götürüb çıxmış və Xəzərə olan borcundan 10 manat vermiş, 20 manat isə borcu qalmışdır. Daha sonra həmin küçə ilə İmişli şəhəri, H.Əliyev prospekti istiqamətində getmişdir. Orada Elxan ilə Vüsal siqaret almaq üçün avtomobildən düşmüşlər. O isə Xəzərlə birlikdə rayona tərəf getmişdir. Bundan sonra saat 22 radələrində Vüsal ona tanımadığı şəxsin mobil telefonu ilə zəng edib onları İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore”-un qarşısından götürməklərini istəmişdir. Bundan sonra Xəzərlə birlikdə gedib onları deyilən yerdən götürmüşlər. Həmin vaxt Vüsal ilə Elxan İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evdən 50 manat pul oğurladığını bilmişdir. Həmin oğurluqdan Xəzərin də xəbəri olmuşdur. Vüsal həmin pulun 33 manatını Xəzərə olan borcu və digər yol xərcləri üçün vermiş, 17 manatını isə rayon ərazisində Elxan, Vüsal və xərcləmişlər. Onun Vüsal və Elxanın oğurluq edəcəklərindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunaraq elan edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, rayon ərazisində taksi fəaliyyəti ilə məşğuldur. 10 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində “İmo” ləqəbli İmaməddin adlı şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Elsun adlı şəxs onun idarə etdiyi “VAZ-21015” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və Təqsirləndirilən şəxs1 ondan İmişli şəhəri, Mil küçəsində düşürtməyini istəmişdir. Həmin yerdə Elxan və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb getmişlər. Bundan sonra o, Elsun və İmo ilə oradan uzaqlaşmışdır. “İmo”nu İmişli şəhəri, 34 saylı məktəbin yaxınlığında və Elsunu isə İmişli şəhəri, Şərq küçəsi adlnan yerdə düşürtmüşdür. Daha sonra İmişli şəhəri, “Universam dairəsi” adlanan yerə gəlmişdir. Təxminən 20 dəqiqə sonra Elxan ona zəng edib həmin yerdən onları tez götürməyini istəmişdir. O da Elxandan nə olduğunu soruşanda Elxan ona atasının zəng elədiyini bildirmişdir. Bundan sonra o, Elxanı həmin yerdən götürüb “İrshad” mağazasının yaxınlığında düşürtmüşdür. Elxangilin niyə görə İmişli şəhəri, Mil küçəsinə getdiklərindən məlumatı olmamışdır. Sonradan Elxangilin həmin küçədən oğurluq etməsini eşitmişdir. Bundan başqa, o, 20 noyabr 2023cü il tarixdə saat 22 radələrində İmişli şəhəri, “Universam dairəsi” adlanan yerdə Vüsal, Fuad və Elxan idarə etdiyi “VAZ-21015” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Fuadı evinə düşürtməyini istəmişlər. O da “Ailəvi market” adlanan ərzaq mağazasın arxa küçəsi ilə getmişdir. Fuad öz evlərinə girib 20 manat götürüb çıxmış və ona olan borcundan 10 manat vermiş, 20 manat isə borcları qalmışdır. Daha sonra həmin küçə ilə İmişli şəhəri, H.Əliyev prospekti istiqamətində getmişlər. X27 avtomobildən düşüb mağazaya siqaret almağa getmişlər. O, Fuad ilə birlikdə mağazanın qarşısında avtomobildə Elxan ilə Vüsalı gözləmişdir. Daha sonra Elxanla Vüsal mağazadan çıxıb yenidən avtomobilə əyləşmişlər. Təxminən 15 metr irəlilədikdən sonra İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsində Elxan avtomobili dayandırmağını ondan istəmiş, lakin Elxandan səbəbini nə qədər soruşsa da ona bir söz deməmişdir. Daha sonra isə Vüsal ilə Elxan avtomobildən düşmüşlər. Fuad ilə o isə rayona tərəf getmişlər. Həmin vaxt müştəri olmuş, o, həmin müştərini İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Oba Marketin” yanına aparmış, sonra isə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən köhnə “Bazarstore” mağazasının qarşısına qayıdıb “Bazarstore” mağazasına girmişdir. Həmin vaxt Fuad avtomobildə oturmuşdur. Elxan ona zəng edib onları həmin yerdən götürməyini istəmişdir. O da Elxangildən “Bazarstore” supermarketinə tərəf gəlmələrini istəmişdir. Orayda gəldikdə Elxan ilə Vüsalın “Bazarstore” supermarketinin yanında olmalarını görmüşdür. Elxan ilə Vüsal avtomobilə əyləşmişdir. Vüsal və Fuad onunla Gəncə şəhərinə getmişlər, həmin vaxtdan ona 30 manat yol pulu borcları qalmışdır. O da həmin borcun qarşılığında Vüsalın öz istəyi ilə mobil telefonunu və “Kapital Bank” Açıq Səhnmad Cəmiyyətində aid kartını götürüb avtomobilində saxlamışdır. Elxan avtomobilə əyləşən kimi Vüsalın ona nə qədər borcu olduğunu soruşmuş, o da Elxana Vüsalın ona 20 manat borcu qaldığını bildirmişdir. Daha sonra Elxan ona 20 manat vermiş və ondan Vüsalın mobil telefonu ilə “Kapital Bank” kartını Vüsalın özünə qaytarmasını istəmişdir. Elxanı İmişli şəhəri, N.Savalanov küçəsində "xxxx" MMC-nin binasının yaxınlığında, “Arxın üstü” deyilən yerdə düşürtmüşdür. Həmin vaxt Elxan ona yol pulu kimi 3 manat pul vermişdir. Vüsal və Fuadı “5 Mərtəbə” dairəsi adlanan yerdə düşürtmüşdür. Vüsal isə avtomobildən düşərkən 2 manat pul vermişdir. Həmin şəxlərin oğurluq əməllərindən rayon polis şöbəsinə gəldikdən sonra xəbəri olmuşdur. cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 1); materialın cinayət işinə birləşdirilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, MK-1/2579 nömrəli material icraatımda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin (i.v. 18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 68); zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 qızı zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 153); qanuni nümayəndə qismində tanınma haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X2 Vüsal Səbi oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 78); cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 87); cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 122); cinayət işinin tövsif olunması haqqında 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuş və istintaq davam etdirilmişdir (i.v. 175); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 noyabr 2024-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 178-180); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 195- 197); qətimkan tədbiri seçmək barədə 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “valideyinin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 191-192); İmişli Rayon Məhkəməsinin 4(036)-66/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanılmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (i.v. 233-236); 20 noyabr 2024-cü il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər də oxşar xarakterli cinayət əməli törətmiş və hazırda onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə məhkəmə istintaqı davam edir (i.v. 42-78); 20 noyabr 2024-cü il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər də oxşar xarakterli cinayət əməli törətmiş və hazırda onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə məhkəmə istintaqı davam edir (i.v. 42-78); İmişli Rayon Məhkəməsinin 4(036)-15/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni 22 aprel 2024-cü il tarixədək uzadılmışdır (i.v. 100-103); sübutların qiymətləndirilməsi haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Şahid1 Azərbaycan Repsublikası CM-in 177.2.1 və 177.2.3-cü naddələri ilə təqsirləndirilməsi üzrə cinayət təqibinə və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilmiş, Şahid1 şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri şahid ifadəsi kimi qiymətləndirilmiş, X13 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş X5 evindən 90 manat pulun talanması ilə bağlı hissə ittihamdan çıxarılmış, X11 məxsus evdən 90 manat pulun talanması faktına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İmişli RPŞ-nin İTB-nə göndərilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-in 180, 181 və 186-cı maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 170-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmlması rədd edilmiş, X6 və Şahid2 əməllərində Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tərkibi onlar barəsində cinayət təqbinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilmiş, X6 barəsində Azərbaycan Respublikası CM-in 194-cü maddəsinin maddəsi ilə cinayət təqbinin başlanması rədd edilsin və bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilmiş, X10 barəsində Azərbaycan Respublikası CMin 180-ci maddəsi ilə ayrıca icraata material ayrılmış, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 qızının evindən 200 manat və Zərərçəkmiş şəxs2 evindən 50 manat pul oğurlamalarını bildirməklə öz müdafiələri üçün dəlil gətirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələri işin faktiki halları, zərərçəkmiş şəxslərin ifadəsi, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyanın ödənilməsi protokolu və digər istintaq sənədləri ilə təkzib olunduğundan öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilməliklə, həmin hissə tam tərkibə rədd edilmiş, istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 qızı və Zərərçəkmiş şəxs3 ifadələrində maddi ziyanla bağlı göstərmiş olduğları məbləğlər məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi olduğundan, dəymiş maddi ziyanlar məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyində göstərilən məbləğ əsas götürülmüş, zərərçəkmiş X12 1 ədəd, 25 manat dəyərində bujiteriyanın məbləği zərərçəkmiş şəxsin ifadəsinə uyğun qiymətləndirilmiş, məhkəmə daktiloskopik ekspertizasının 2 aprel 2024-cü il tarixli 24/691 nömrəli rəyinə əlavə edilmiş, Zərərçəkmiş şəxs1 qızının evinə baxış keçirilən zaman götürülmüş, Təqsirləndirilən şəxs1 məxsus əl-barmaq izlərinin əksi olan 01 ədəd zərf cinayət işinin materiallarına əlavə edilməsin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əğlunun Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığına görə onların özlərinin etirafedici ifadələri, zərərçəkmiş və şahid ifadələri, hadisə yerilərinə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmə istintaq hərəkətləri və maddi ziyanın ödənilməsi protokolları, məhkəmə daktiloslopik və məhkəmə-əmtəəşünasiıq ekspertizalarının rəyi və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir (i.v. 189-203); İmişli Rayon Məhkəməsinin 4(036)-28/2024 saylı, 19 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddəti 02 (iki) ay olmaqla 07 (yeddi) ayadək, yəni 22 aprel 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək uzadılmışdır (i.v. 144-147); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzini tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli 9/1096 saylı ekspert rəyindən görünür ki, 3 adda zərgərlik məmulatlarının 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2082,50 manat müəyyən olunur. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (i.v. 131-132); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminilastik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə daktiloskopik ekspertizasının 02 aprel 2024-cü il tarixli 24/691 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İmişli şəhəri, L.Vəliyev küçəsi ünvanında yaşayan vət. Sarıyev Ülkər xanəhməd qızına məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 12 ədəd kağız parçasının üzərinə yapışdırılmış 12 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 04 ədəd əl-barmaq və 02 ədəd ovuz izi şəxsiyyətinin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1971-ci il təvəllüdlü X1 əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər 01 ədədi isə xx.xx.2001-ci il tarixdə İmişli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. (i.v. 119-129) işdə olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, İmişli şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2008-ci il təvəllüdlü, orta təhsilli, subay, azərbaycanlı, Təqsirləndirilən şəxs2 yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daima hörmətini qazanmış və İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. (i.v. 179) işdə olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti, ev 4 ünvanında qeydiyyatda olan xx.xx.2001-ci il təvəllüdlü, orta təhsilli, subay, azərbaycanlı, Təqsirləndirilən şəxs1 yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daima hörmətini qazanmış və İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. (i.v. 181) ifadələrin yerində yoxlanılması haqqında 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 dindirməsi zamanı verdiyi ifadələrin düzgünlüyünü və dəqiqliyini müəyyənləşdirmək məqsədilə ifadələrin yerində yoxlanılmışdır, oğurluq edilən yeri göstərmişdir. İstintaq hərəkətləri zamanı “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkilmiş, istintaq hərəkəti keçirilən zaman maraq doğrucu predmet, əşya aşkar edilib götürülməmiş, istintaq hərəkətinin iştirakçıları tərəfindən heç bir qeyd, şikayət daxil olmamış və istintaq hərəkəti gündüz, tutqun hava şəraitində keçirilməklə saat 11:10-da başlandı, 12:50-də başa çatmışdır. ifadələrin yerində yoxlanılması haqqında 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 dindirməsi zamanı verdiyi ifadələrin düzgünlüyünü və dəqiqliyini müəyyənləşdirmək məqsədilə ifadələrin yerində yoxlanılmışdır, oğurluq edilən yeri göstərmişdir. istintaq hərəkətləri zamanı “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkilmiş, istintaq hərəkəti keçirilən zaman maraq doğrucu predmet, əşya aşkar edilib götürülməmiş, istintaq hərəkətinin iştirakçıları tərəfindən heç bir qeyd, şikayət daxil olmamış və istintaq hərəkəti gündüz, tutqun hava şəraitində keçirilməklə saat 13:40-da başlandı, 15:50-də başa çatmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i.v. 106-107); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (i.v. 108-109); maddi ziyanın ödənilməsi haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 195 (bir yüz doxsan beş) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam olaraq Zərərçəkmiş şəxs2 atası X17 ödənilmişdir (i.v. 116); maddi ziyanın ödənilməsi haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə X11 vurulmuş 90 (doxsan) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam olaraq zərərçəkmiş şəxs X11 ödənilmişdir (i.v. 117); 21 may 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur (i.v. 162); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (i.v. 217-218); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 205-206); Zərərçəkmiş şəxs3nın 19 iyun 2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs3 dəyən ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 13 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3nın 13 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs3 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. 13 avqust 2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 qızına dəyən ziyən tam olaraq ödənilmiş və onlardan heç bir şikayət və tələbi yoxdur. işdə olan İ-11194 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. işdə olan İ-43935 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 212 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Suqovuşanın azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etməsi və “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, yetkinlik yaşına çatmamasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 tutulduğu 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 22 noyabr 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq tutulması təsdiq edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş 3003,50 (üç min üç manat əlli qəpik) manat maddi ziyanın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 qızına, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 nəzərə alınmalıdır. Maddi sübut olan – məhkəmə daktiloskopik ekspertizasının 02 aprel 2024-cü il tarixli 24/691 nömrəli rəyinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus əl-barmaq izlərinin əksi olan zərf işinin materiallarında saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək şəkildə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli (iş № 1(036)-51/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 001459 saylı orderə əsasən vəkil X8 onun vəkili təyin etmişdir. Müdafiəçi X14 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş 3003,50 (üç min üç manat əlli qəpik) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 qızına, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ödənilməsi nəzərə alınsın. Maddi sübut olan – məhkəmə daktiloskopik ekspertizasının 02 aprel 2024-cü il tarixli 24/691 nömrəli rəyinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus əl-barmaq izlərinin əksi olan zərf işinin materiallarında saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək şəkildə tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs2 İmişli Rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-51/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-51/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver