Məhkəmə qərarları › İş №1(036)-51/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-51/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-51/2025 10.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə İmişli rayonu, Gövhərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 5,70 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq özündə saxlamış, 22 fevral 2025-ci il tarixdə saat 04:31 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, İmişli-Qaradonlu avtomobil yolunun İmişli rayonu, Otuziki kəndindən keçən hissəsində saxlanılıb polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman baş hissəsində olan papağın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi – 5.70 qram olan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, hazırda yuxarıda göstərilən ünvanda tək yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yaza və oxuya bilir, izahatının onun sözləri ilə kompüter vasitəsi ilə müstəntiq tərəfindən yazılmasına etiraz etmir. Uzun müddətdir ki, təbii narkotik vasitə olan olan qurudulmuş marixuanadan istifadə edir. O, qaraciyər serrozu xəstəliyindən əzab çəkir və buna görə də təbii narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Həm qan dövranını, həm də əsəblərini sakitləşdirir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur. İki gün əvvəl o, Araz çayının İmişli rayonu, Gövhərli kəndindən keçən hissəsinə balıq tutmağa getmişdir. Həmin vaxt çayın kənarında olan yulğun kolunun dibində bir ədəd gümüşü rəngli kağız büküm görmüş və həmin kağız büküm onun diqqətini cəlb etdiyi üçün yerdən götürmüşdür. Həmin gümüşü kağız bükümü açıb içərisinə baxan zaman içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. O, uzun illər qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmişdir. Özü marixuana istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuş və istifadə edəcəyini fikirləşmişdir. Həmin bükümün üstündən elə həmin gün bir dəfə istifadə etmişdir. Belə ki, siqaret dənəsinin içərisindəki tütünü boşaldıb yerinə marixuana doldurub siqaret kimi çəkmişdir. Qalan bükümü isə başındakı papağın altında saxlamışdır. Çünki narkotik vasitə gəzdirməyin qanunsuz və cinayət olmasını bilmişdir. 22 fevral 2025-ci il tarixdə, saat 04 radələrində o, yaşadığı İmişli rayonu, Gövhərli kəndində yerləşən evindən çıxmışdır. Çünki ağrıları olmuş və yata bilməmişdir. Bir neçə dərman istifadə etsə də ağrıları keçməmişdir. O, evdən çıxmış və etibarnamə əsasında idarə etdiyi “Wolksvagen Polo” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli rayonu, Otuziki kəndi istiqamətində yavaş-yavaş hərəkət etmişdir. Məqsədi bir az avtomobillə gəzib sonra da təbii narkotik vasitə marixuana istifadə etmək olmuşdur. O, yolun kənarında avtomobilini saxlamışdır. Bir qədər gözləmiş ki, ətrafda heç kimin olmadığından əmin olsun. O, idarə etdiyi avtomobilin içərisində oturuqlu vəziyyətdə olan zaman mülki geyimdə olan dörd nəfər şəxs ona yaxınlaşıb avtomobilin qapısını açmışlar və o, avtomobildən düşmüşdür. Həmin şəxslərdən biri xidməti vəsiqəsini ona göstərib İmişli RPŞ-nin X7 baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 olduğunu bildirib ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, daşınmasında və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişdir. O da üzərində marixuana olmasını demiş və papağının altında saxladığı marixuana bükümünü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü elektron tərəzidə çəkmişlər və çəkisi 6,1 qram görünmüşdür. Qeyd etmiş ki, yoxlama zaman onun üzərindən əlavə olaraq ona məxsus Poko markalı bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, istifadəsində olan 4169-7388-6394-8257 nömrəli Kapital Banka məxsus 1 ədəd plastik kart, Kapital Banka aid sənəd, ona məxsus əlillik kitabçası, idarə etdiyi avtomobilin texniki baxış şəhadətnaməsi, ona məxsus sürücülük vəsiqəsi, idarə etdiyi avtomobilə məxsus etibarnamə, ona məxsus olan 1659 (min altı yüz əlli doqquz) manat pul və Kent markalı siqaret götürülmüşdür. Bundan sonra təqdim etdiyi bükümü qablaşdırmışlar və onu İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etmədən onu və idarə etdiyi “Wolksvagen Polo” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli RPŞ-nin inzibati binasının həyətinə gətirmişlər. Şöbənin inzibati binasında olan zaman müstəntiq İlqar Soltanlı tərəfindən ona hüquqları izah olunaraq dövlət hesabına müdafiəçi ilə təmin oluna biləciyini demişdir. Bundan sonra ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasını istəmişdir. Vəkil Müdafiəçi ona təqdim olunduqdan sonra onun iştirakı ilə şöbənin inzibati binasının xidməti otaqların birində onun üzərinə müstəntiq İlqar Soltanlı tərəfindən şəxsi axtarış həyata keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan əlavə müstəntiq İlqar Soltanlı tərəfindən etibarnamə əsasında idarə etdiyi İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilmiş “Wolksvagen Polo” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, əvvəllər və ya daha sonra narkotik vasitələr və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində Araz çayının İmişli rayonu, Gövhərli kəndindən keçən hissəsinin kənarında olan yulğun kolunun altından tapmışdır. Üzərindən aşkar edilən narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur. Bildirmişdir ki, o, uzun müddət narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün yaddaşında problemlər yaranmışdır. Buna görə də üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı tutulmamışdan iki gün əvvəl, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində Araz çayının İmişli rayonu, Gövhərli kəndindən keçən hissəsinin kənarında olan hansı yulğun kolunun altından tapması onun yadında deyildir. Buna görə də o, həmin yeri göstərə bilməyəcəyini bildirmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X16 Bölməsinin 22 fevral 2025-ci il tarixli, 3-16-16/2- 18/164 saylı rəyi mənə elan edildi. Həmin rəydə göstərilmiş 01 ədəd bükümdə təmiz çəkisi – 5,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana xx.xx.2025-ci il tarixdə onun üzərindən aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilən 1659 (min altı yüz əlli doqquz) manat pul qaraciyər serrozundan əziyyət çəkdiyi üçün müalicə puludur. Həmin pul ona məxsusdur. O, ancaq təbii narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Qalan narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmir. Əvvəllər istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı tanımadığı şəxslərdən, əsasən də müalicə ilə bağlı Bakı şəhərinə gedən zaman oradan tanımadığı şəxslərdən əldə etmişdir. O, əvvəllər istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən əldə etmişdir. Qeyd etmiş ki, həmin şəxslərin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Polis əməkdaşları tərəfindən İmişli rayon polis şöbəsinə gətirilərkən və İmişli rayon polis şöbəsinin inzibati binasında saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hərəkətləri edilməmiş, yaxud qeyri-insani, insan ləyaqətini alçaldan hərəkətlər, söz və ya ifadələr işlədilməmişdir. Bildirmişdir ki, bədənində heç bir xəsarət və ya xəsarət izləri yoxdur. xx.xx.2025-ci il tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1659 (min altı yüz əlli doqquz) manat pul şəxsi axtarış zamanı onun özünə geri qaytarılmışdır. O, tutulana qədər “Azercell” mobil operator şəbəkəsinə məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni xeyli müddət olar ki, istifadə etmişdir. Xəstə olduğu üçün narkotik vasitəni istifadə edir. Ağrılara dözə bilmir, ona görə də məcbur narkotik vasitədən istifadə edir. Əvvəllər barəsində xuliqanlıqla cinayət işi olmuşdur. Hazırda qaraciyər serrozundan müalicə alır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, nəyə görə ifadə verməyi ona aydındır. Özü rəsmi olaraq İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Bildirmişdir İmişli rayonu, Gövhərli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün xx.xx.2025-ci il tarixdə başda o, olmaqla, İmişli RPŞ-nin X7 baş əməliyyat müvəkkili polis mayoru Şahid1, İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin rəisi, polis mayoru Şahid2 və İmişli RPŞ-nin Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid4 Teymur oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar xx.xx.2025-ci il tarixdə saat təxminən 05 radələrində xidməti avtomobil ilə İmişli-Qaradonlu yolunun İmişli rayonu, Otuziki kəndi ərazisindən keçən hissəsinə gəlib orada yolun kənarında idarə etdikləri avtomobildən düşərək keçirəcəkləri əməliyyat-axtarış tədbiri barədə məlumat verib avtomobilə əyləşmişlər. Belə ki, onlar Təqsirləndirilən şəxs həmin yolun kənarında idarə etdiyi “Wolksvagen Polo” markalı avtomobilin içərisində olduğunu bilmişlər. Qeyd etmiş ki, həmin vaxt baş əməliyyat müvəkkili Şahid4 “Samsung” markalı mobil telefonla keçirəcəkləri tədbirin videoçəkilişini həyata keçirmişdir. Onlar idarə etdikləri avtomobili Təqsirləndirilən şəxs dayanıqlı vəziyyətdə saxladığı avtomobil istiqamətində sürüb avtomobili saxlamışlar. Onlar dördüdə dərhal avtomobildən düşüb saat 04:31-də Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O, özünü Təqsirləndirilən şəxs təqdim etmiş və ona saxlanılmasının mahiyyətini izah eləmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitələr, psixotrop maddə və onun prekusorlarının olub-olmamasını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başındakı qara papağın içərisindən gümüşü kağız bükümdə olan narkotik vasitə olan marixuanaya oxşar kütləni çıxardıb təqdim etmişdir. Həmin gümüşü kağız bükümün içərisinə baxış keçirilmiş və marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində marixuanaya bənzər kütlə bir ədəd gümüşü kağız bükümü ilə birlikdə elektron tərəzi ilə çəkilmiş və 6.1 qram çəkidə olması müəyyən edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq Poko markalı bir ədəd mobil telefon, şəxsiyyətini təsdiq edən sənəd, 4169-7388-6394-8257 nömrəli Kapital Banka məxsus 1 ədəd plastik kart, Kapital Banka aid sənəd, əlillik kitabçası, texniki baxış şəhadətnaməsi, sürücülük vəsiqəsi, idarə etdiyi avtomobilə məxsus etibarnamə, 1659 (min altı yüz əlli doqquz) manat pul və Kent markalı siqaret götürülmüşdür. Bundan sonra aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfin içərisinə qoyularaq qablaşdırılmış, üzəri DİN-in 179 saylı möhürü ilə möhürlənmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasına getməsi təklif olunmuş və o da heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs İmişli şəhəri, Heydər Əliyev prospekti, 127 saylı ünvanda yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. O, Təqsirləndirilən şəxs İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq İmişli RPŞ-yə gətirilməsi barədə şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə İmişli RPŞ-nin inzibati binasının xidməti otaqların birində İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X14 tərəfindən şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarışın videoçəkilişi baş əməliyyat müvəkkili Şahid4 tərəfindən “İphone” markalı mobil telefon vasitəsilə həyata keçirilmişdir. Şəxsi axtarış həyata keçirilməzdən əvvəl müstəntiq İlqar Soltanlı tərəfindən Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunduğunu bildirmişdir. Həmin vaxt müstəntiq X20 Ağamirzəyevin saxlanılan zaman üzərindən aşkar edilmiş bir ədəd gümüşü bükümün içərisində olan kütlənin yerləşdiyi ağ kağız zərfin tamlığını pozaraq Təqsirləndirilən şəxs gözü qarşısında elektron tərəzidə çəkmiş və 6,0 qram çəkidə olmasını müyyən etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə yenidən müstəntiq İlqar Soltanlı tərəfindən zərfin içərisinə qoyularaq qablaşdırılmış, üzəri DİN-in 179 saylı möhürü ilə möhürlənmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə onun, Şahid2, Şahid1, Şahid4 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış həyata keçirmişdir. Həmin şəxsi axtarış zamanı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş 1659 (min altı yüz əlli doqquz) manat pul və Kent markalı siqaret özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş Poko markalı bir ədəd mobil telefon, şəxsiyyətini təsdiq edən sənəd, 4169-7388-6394-8257 nömrəli Kapital Banka məxsus 1 ədəd plastik kart, Kapital Banka aid sənəd, əlillik kitabçası, texniki baxış şəhadətnaməsi, sürücülük vəsiqəsi, idarə etdiyi avtomobilə məxsus etibarnamə isə götürülmüşdür. Bundan əlavə müstəntiq İlqar Soltanlı tərəfindən Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilmiş “Wolksvagen Polo” markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onun və İmişli rayon polis şöbəsinin digər əməkdaşları tərəfindən saxlanılan zaman, üzərinə şəxsi axtarış keçirilən zaman, bundan sonra İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilən zaman və İmişli rayon polis şöbəsinin inzibati binasında saxlanılan zaman hər hansı zorakılıq hərəkətlərinə və ya qeyri-insani davranışlara məruz qalmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X16 Bölməsinin 22 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/164 saylı rəyi ona elan edilmişdir. Həmin rəydə göstərilmiş 01 ədəd bükümdə təmiz çəkisi – 5,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə zalında elan edilmiş ifadəsində Şahid2 və Şahid4 Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); 22 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdə tarixdə saat 04:31 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli-Qaradonlu avtomobil yolunun İmişli rayonu, Otuziki kəndindən keçən hissəsində saxlanılmış, polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman baş hissəsində olan papağın içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, aşkar edilmiş gümüşü rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilən zaman 6,1 qram çəkidə olması müəyyən edilmişdir (i.v. 5- 6); şübhəli şəxsin tutulması haqqında 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:40 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22-23); 22 fevral 2025-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, İmişli RPŞ-nin əməkdaşlarının həmin tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilməsi üçün zərf açılmış, zərfin içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümündə xarici görünüşünə görə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzi vasitəsilə çəkilərək 01 ədəd bükümdə 6,0 qram çəkidə olması müəyyən edilmişdir (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X16 Bölməsinin 22 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/164 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs, üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 5,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). (i.v. 37-39); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 53-54); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 67-68); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir (i.v. 115-118); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsi Ambulator X2 04 aprel 2025-ci il tarixli, 1883 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilmədəyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyöun olaraq hal-hazırda Təqsirləndirilən şəxs Sahlar oğlunun ikinci dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. (i.v. 132-133); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 04 aprel 2025-ci il tarixli, 1000 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız şxəsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə ounmayıb ki, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarekterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlıqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs halhazırki psixi vəziyyətinə görə barəsində keçirilən istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır (i.v. 144-147); İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 25 aprel 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Gövhərli kəndində yaşayır və ailə üzvləri keçmiş həyat yoldaşı X6, qızı X5, oğlu X4, nəvəsi X8 və qızı X1 ibarətdir (i.v. 149); İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 25 aprel 2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarekterizə edilmişdir (i.v. 150); DSMF-nun X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/2-110063/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sahlar oğluna 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 08 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən və məzmununa əlavələr edilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, 22 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında” protokolu, 22 fevral 2025-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X16 Bölməsinin 22 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/164 saylı rəyi, çoxsaylı şahid ifadələri və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilsin və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 5,70 qram, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 5,68 qram (bir ədəd kağız zərf bağlamada, möhürlənmiş vəziyyətdə) narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün İmişli RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır (i.v. 168-175); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Tibbi – sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. Məhkəmə iclasında “CD-R” disklərə baxış keçirilmiş, disklərdə olan video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdə tarixdə saat 04:31 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli-Qaradonlu avtomobil yolunun İmişli rayonu, Otuziki kəndindən keçən hissəsində saxlanılmış, polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman baş hissəsində olan papağın içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, aşkar edilmiş gümüşü rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilən zaman 6,1 qram çəkidə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 5,70 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilmədəyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, 2-ci qrup əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 22 fevral 2025-cü il tarixdən 23 fevral 2025-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ilkin təmiz çəkisi 5,70 qram olan, tədqiqatdan sonra qalıq qalmış 5,68 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli rayonu, Gövhərli kəndi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-51/2025) qərarını icra edərək, xx.xx.2025ci il tarixli, 001780 saylı orderə əsasən vəkil Müdafiəçi ona vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 6 (altı) saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdən 23 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Gövhərli kəndi ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 5,70 qram olan, tədqiqatdan sonra qalıq qalmış 5,68 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar