Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-52/2021 16.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər və mülki iddiaçılar: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1997-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Q.Qarayev küçəsi ev 69-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 08 yanvar 2019-cu il tarixdə İmişli şəhəri əraziisində tanışı Zərərçəkmiş şəxs1 qaytaracağı adı ilə 2500 (iki min beş yüz) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 etibarından sui istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, 06 fevral 2019-cu il tarixdə İmişli şəhəri ərazisində tanışı Zərərçəkmiş şəxs1 birinci qrup əlilliyə görə pensiya düzəltmək müqabilində 3000 (üç min) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Eləcə də o, 28 fevral 2019-cu il tarixdə İmişli şəhəri ərazisində tanışı Zərərçəkmiş şəxs1 qaytaracağı adı ilə 4000 (dörd min) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 etibarından sui istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Həmçinin o, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını dələduzluqla ələ keçirmək məqsədilə 07 mart 2020-ci il tarixdə İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən və Rasət Rüstəmovun icarə əsasında işlətdiyi qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında ondan qısa müddətdə pulunu qaytarmaq şərtilə 5000 (beş min) manat dəyərində qızıl-zinət əşyaları alaraq, 09 mart 2020-ci il tarixdə həmin pulun 3.000 (üç min) manatını qaytarmaqla, özünü intizamlı müştəri kimi göstərib Rasət Rüstəmovun etibar və inamını qazanaraq, həmin gün qeyd olunan mağazadan yenidən pulunu qısa müddətdə qaytarmaq şərtilə daha 11600 (on bir min altı yüz) manat dəyərində qızıl-zinət əşyaları alaraq, vədinə əməl etməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə zərər çəkmiş şəxs Rasət Rüstəmovun 13600 (on üç min altı yüz) manat məbləğində əmlakını ələ keçirib, xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa o, 15 aprel 2020-ci il tarixdə İmişli şəhəri, N.Sadıqov küçəsində tanışı Zərərçəkmiş şəxs4 sosial yardım düzəltmək müqabilində 1290 (min iki yüz doxsan) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 etibarından suiistifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Eləcə də o, tanışı Zərərçəkmiş şəxs3 azyaşlı uşaqlarına görə sosial yardım düzəltmək və onu İmişli rayon mərkəzi xəstəxanasında xadimə kimi işə qəbul etdirmək müqabilində, vahid niyyətlə Zərərçəkmiş şəxs3 yaşadığı İmişli rayonu, Sarıxanlı kəndində yerləşən evdə 26 aprel 2020-ci il tarixdə, saat 16 radələrində 100 (yüz) manat və 28 aprel 2020-ci il tarixdə saat 15 radələrində 675 (altı yüz yetmiş beş) manat pulunu alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə və onu aldatmaqla ümumilikdə 775 (yeddi yüz yetmiş beş) manat məbləğində pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Həmçinin o, 15 may 2020-ci il tarixdə saat 20 radələrində tanışı Zərərçəkmiş şəxs6 Abbasqulu qızının yaşadığı İmişli rayonunun Otuziki kəndində yerləşən evin həyətində sonuncudan oğlu Şahid2 üçün Dövlət hesabına ev tikdirmək və altmış iki baş qoyun təşkil etmək müqabilində 10000 (on min) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirib, xeyli miqdarda maddi ziyan vuraraq, təkrarən, dələduzluq etmişdir. Bundan başqa o, 20 may 2020-ci il tarixdə saat 21 radələrində tanışı Zərərçəkmiş şəxs5 yaşadığı İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən evin həyətində sonuncudan arvadı Şahid1 İmişli şəhər 34 nömrəli tam orta məktəbə direktor müavini vəzifəsinə təyin etdirmək müqabilində 1200 (min iki yüz) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Eləcə də o, 25 may 2020-ci il tarixdə saat 21 radələrində tanışı Zərərçəkmiş şəxs6 Abbasqulu qızının yaşadığı İmişli rayonunun Otuziki kəndində yerləşən evin həyətində sonuncudan pensiya məbləğini çoxaltdırmaq müqabilində 1500 (min beş yüz) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 etibarından suiistifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Həmçinin o, 28 may 2020-ci il tarixdə saat 21:30 radələrində tanışı Zərərçəkmiş şəxs6 Abbasqulu qızının yaşadığı İmişli rayonunun Otuziki kəndində yerləşən evin həyətində sonuncudan gəlini Əminə Qüdrətovaya sosial yardım düzəltmək müqabilində 1500 (min beş yüz) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan başqa o, 16 iyun 2020-ci il tarixdə saat 20:30 radələrində tanışı Zərərçəkmiş şəxs5 yaşadığı İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən evin həyətində sonuncudan arvadı Şahid1 İmişli şəhər 34 nömrəli tam orta məktəbə direktor müavini vəzifəsinə təyin etdirmək müqabilində 2800 (iki min səkkiz yüz) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Nəhayət o, 20 iyun 2020-ci il tarixdə saat 16 radələrində İmişli şəhərində yerləşən meyvə-tərəvəz bazarında tanışı Zərərçəkmiş şəxs5 Dövlət hesabına otuz iki baş qoyun və iki baş yanı balalı inək təşkil etmək müqabilində 2100 (iki min yüz) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, İmişli rayon bazarında xırda ticarətlə məşğul olduğu vaxtdan Qadir İsmayılzadə küçəsində yerləşən mağazada qızılzinət əşyalarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs2 tanımışdır. 2020-ci ilin mart ayının əvvəllərində Rasəfdən satıb qaytarmaq adı ilə qızıl-zinət əşyalarını alıb sataraq pulunu sonuncuya qaytarmamaq qərarına gəlmişdir. Bu məqsədlə də 2020-ci ilin mart ayının əvvəllərində Rasəfin mağazasına gedərək ondan 2000 manat dəyərində qızılzinət əşyalarını nisyə almış və həmin qızıl-zinət əşyalarını İmişli rayon bazarında tanımadığı şəxslərə satmaq üçün göstərsə də alan olmamışdır. Rasəfdən sonradan daha çox miqdarda qızıl-zinət əşyalarını nisyə götürmək üçün onun inamını qazanmaq məqsədilə 2000 manatı öz pulundan həmin gün sonuncuya vermiş, qızıl-zinət əşyalarını isə özündə saxlamışdır. Bu barədə heç kimə, hətta ailə üzvlərinə belə deməmişdir. Bundan bir gün sonra yenə də Rasəfin mağazasına gedərək ondan 5000 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almış və pulunu 2-3 gün müddətinə verəcəyinə söz vermişdir. Həmin qızıl-zinət əşyalarını da özündə saxlamış və bundan iki gün sonra mağazaya gedərək öz pulundan Rasəfə 3000 manat verərək, qalan 2000 manatı yaxın günlərdə verəcəyini demişdir. Həmin günlərdə yenə də Rasəfin mağazasına gedərək ondan qohumunun gəlininə bazarlıq üçün qızıl almaq istədiyini, ona bir ədəd brilyant qaşlı üzük, 7-8 ədəd qızıl qarnitir dəsti, 2-3 ədəd qızıl sep və qolbağı verməyini, uzağı üç saata həmin qızıllardan bəyənib aldıqlarının pulunu, almadıqları qızılların pulunu isə özü gətirib verəcəyini bildirmişdir. Rasəf həmin vaxt mağazadan cəmi 11600 manat dəyərində olmaqla bir ədəd brilyant qaşlı üzük, 8 ədəd qızıl qarnitir dəsti, 2 ədəd qızıl sep və 1 ədəd qızıl qolbağını götürüb ona vermiş və həmin qızıl-zinət əşyalarını da özündə saxlamışdır. Bundan bir gün sonra o, Bakı şəhərinə gedərək Rasəfdən aldığı qızıl-zinət əşyalarının hamısını Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığında tanımadığı bir şəxsə cəmi 14300 manata satmışdır. O, həmin şəxsə qızılzinət əşyalarının özünə məxsus olduğunu və xəstəsi olduğuna görə vacib pul lazım olduğundan satdığını demişdir. Rasəf dəfələrlə ondan həmin qızıl-zinət əşyalarının pulunu istədikdən sonra o, ona bir dəfə 1000 manat, sonra isə 380 manat versə də qalan 12220 manatını bu günə kimi verməmişdir. Bundan başqa o, 2020-ci ilin aprel ayının ortalarında İmişli şəhərində təsadüfən tanışı Zərərçəkmiş şəxs4 ilə görüşmüş və həmin vaxt maddi vəziyyəti yaxşı olmadığından onu aldadıb pul əldə etmək niyyətilə yalandan ona 1300 manat müqabilində bir il əvvəllə sosial yardım düzəldəcəyini, sosial yardımın bir illik pulunu cəm halda birdəfəyə, sonradan isə hər ay sosial yardım alacağını dedikdə sonuncu razılaşmışdır. Əvvəlcədən razılaşdığı kimi Səliqə ilə 2020-ci ilin aprel ayının ortalarında İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Romaşka” ərzaq malları mağazasının qarşısında görüşmüş və sonuncu 1300 manatı ona vermişdir. O, həmin pulun 10 manatını elə orada qaytarıb Səliqəyə vermiş və ona 1300 manatın 1250 manatını sosial yardımı düzəldən şəxsə verəcəyni, puldan ona qalan 50 manatın 10 manatını isə halallıq olsun deyə ona qaytardığını demişdir. O, Səliqəyə sosial yardımın düzəlməsi üçün heç kimlə danışmamış, 1290 manat puldan heç kimə heç nə verməmiş və özü xərcləmişdir. Sosial yardımın düzəlmədiyini görəndən sonra Səliqə ondan pulu tələb etməyə başlamışdır və bu barədə İmişli rayon polis şöbəsinə şikayət etmişdir. Bundan sonra o, Səliqənin 1290 manat pulunu hissə-hissə qaytarmış və hazırda ona borcu qalmamışdır. Həmçinin o, 2018-ci ilin əvvəllərində ailə üzvlərinin və özünün uzun illərdir ki, tanıdığı Zərərçəkmiş şəxs1 ilə İmişli şəhərində küçədə rastlaşmış, həmin vaxt pulu olmadığı üçün ondan 60 manat borca pul istəmiş, sonuncu ona 60 manat borca pul vermiş və bir neçə gün sonra o, borcunu qaytarmışdır. 2018-ci ilin dekabr ayının axırlarında o, İmişli şəhərində küçədə Zümrüdlə rastlaşmış və həmin vaxt pulu olmadığı üçün onu aldadaraq pul almaq fikrinə düşmüşdür. Bu məqsədlə yalandan Zümrüdə 1000 manat müqabilində onu tanışının vasitəsilə X8 kompleksinə xadimə kimi işə düzəldə biləcəyini, hər ay 170 manat maaş alacağını dedikdə sonuncu həmin iş üçün 500 manat pul verə biləcəyini bildirmişdir. O, Zümrüdlə razılaşmış və elə orada 500 manatı ondan almışdır. 2019-cu ilin yanvar ayının əvvəllərində İmişli şəhərində küçədə yenə də Zümrüdlə rastlaşmış və həmin vaxt onun inamını qazanıb ondan yenə də pul almaq üçün ona X8 kompleksinə işə düzəlməsinin gecikdiyini, nənəsi Nənəxanımın pensiya kartını ona verəcəyini, işi düzələnə qədər həmin kartdan hər ay 170 manat çıxarda biləcəyini dedikdə sonuncu onunla razılaşmış və o, nənəsinin pensiya kartını ona vermişdir. Bundan sonra yalandan Zümrüdə vacib borcu olduğunu, ona 2500 manat borca pul verməsini, özünün maaşını alandan sonra nənəsinin pensiya kartından həmin 2500 manatı hissə-hissə çıxardıb ala biləcəyini dedikdə sonuncu inanıb elə orada ona 2500 manat borca pul vermişdir. 2019-cu ilin fevral ayının əvvəllərində İmişli şəhərində küçədə yenidən Zümrüdlə rastlaşmış, həmin vaxt aldadaraq ondan pul almaq fikrinə düşmüş və yalandan ona X8 kompleksinə xadimə işinin düzəlmədiyini, 3000 manat verərsə əvvəl verdiyi 500 manatı da həmin pulun üstünə qoyaraq 3500 manata ona 1-ci qrup əlil kimi 2-3 il əvvəlki tarixə təqaüdə çıxarda biləcəyini, təqaüdə çıxan kimi əvvəlki ayların da pulunu ala biləcəyini dedikdə sonuncu onunla razılaşıb elə orada ona 3000 manat pul vermişdir. 2019-cu ilin fevral ayının axırlarında İmişli şəhərində küçədə Zümrüdlə yenə də rastlaşmış və həmin vaxt aldadaraq ondan pul almaq fikrinə düşmüşdür. Bu məqsədlə yalandan Zümrüdə yaxın günlərdə təqaüdünün düzələcəyini, İmişli şəhərində özünə ev alacağını və evin pulundan 4000 manatı çatmadığını deyib həmin məbləğdə ona borca pul verməsini və 2-3 günə qaytaracağını dedikdə sonuncu inanaraq elə orada ona 4000 manat pul vermişdir. Bir neçə gün sonra İmişli şəhərində küçədə Zümrüdlə yenidən rastlaşdıqda nənəsinin pensiya kartını ondan almaq qərarına gəlmiş və bu məqsədlə yalandan ona 6500 manat borcu olduğunu, həmin pulu qaytarmağı üçün bankdan kredit götürməli olduğunu deyib nənəsinin pensiya kartını kredit götürmək adı ilə geri istəmiş və sonuncu inanıb nənəsinin pensiya kartını ona qaytarmışdır. Zümrüdü aldadaraq aldığı cəmi 9500 manat puldan sonuncuya heç nə qaytarmamış, aldığı pullardan heç kimə heç nə verməmiş və özü üçün xərcləmişdir Bundan başqa o, Zərərçəkmiş şəxs3 və əri Elmirlə 2020-ci ilin aprel ayının axırlarında İmişli rayon polis şöbəsinin inzibati binasında təsadüfən rastlaşıb tanış olmuşlar. Söhbət əsnasında Lətafətgilin azyaşlı xəstə uşaqlarının olmasını öyrənib onları aldadıb pullarını almaq fikrinə düşmüş və bu məqsədlə onlara 100 manat müqabilində iki il müddətinə uşaq pulu düzəldə biləcəyini dedikdə onlar razılaşmışlar. Elə həmin gün Lətafətin İmişli rayonunun Sarıxanlı kəndində yerləşən evinə gedərək 100 manatı ondan almışdır. 2-3 gün sonra yenə də Lətafətə zəng edərək əlavə 250 manat müqabilində uşaq pulunu beş illik müddətə düzəldə biləcəyini dedikdə sonuncu razılaşmışdır. Elə həmin gün Lətafətin yaşadığı evinə gedərək 250 manatı ondan almışdır. Həmin vaxt o, Lətafətə 500 manat müqabilində onu İmişli Mərkəzi Rayon Xəstəxanasına xadimə işinə düzəldə biləcəyini dedikdə sonuncu razılaşmış və elə həmin vaxt orada 500 manat pulu ona vermişdir. Elə həmin vaxt o, Lətafətə həmçinin qohumlarından xəstəxanaya işə düzəlmək, ya da təqaüd düzəltdirmək istəyən olarsa onların da işini düzəldə biləcəyini bildirdikdə sonuncu bu barədə baldızına və qayınına demək üçün evdən çıxıb getmişdir. O, Elmirlə evdə qalmış və bir müddət sonra Lətafət baldızı Nətavan və qayını Rasimlə birlikdə qayıtmışdır. O, həmin vaxt Nətavanla razılaşaraq xəstəxanaya tibb bacısı işinə düzəltmək və tibb bacısı paltarı verdirmək adı ilə sonuncudan 250 manat, Rasimdən isə uşaq pulu və sosial yardım düzəltdirmək adı ilə 400 manat almışdır. Lətafət, Nətavan və Rasimdən aldığı 1425 manat puldan onlara heç nə qaytarmamışdır. Eləcə də o, 2020-ci ilin əvvəllərindən İmişli rayon bazarında toyuq və digər ev quşlarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs6 ilə tanış olmuş, ayrı-ayrı vaxtlarda ondan toyuq və cücə almış və aralarında münasibət yaranmışdır. Bəyimlə söhbətləri zamanı sonuncunun ərinin öldüyünü, İmişli rayonunun Otuziki kəndində oğlu Kamran və Rusiya Federasiyasında yaşayan oğlunun həyat yoldaşı Əminə ilə birlikdə yaşadığını öyrənmiş və ona yalandan İmişli Məşğulluq idarəsində işlədiyini demişdir. 2020-ci ilin may ayının əvvəllərində Bəyimlə söhbət əsnasında yalandan ona 10000 manat pul müqabilində oğlu Kamrana Dövlət hesabına ev tikdirəcəyini və 62 baş qoyun verdirəcəyini deyib ondan bu yolla pul alıb xərcləmək qərarına gəlmişdir. Bəyim onun təklifi ilə razılaşmış və 10000 manat pulu 2020-ci ilin may ayının ortalarında saat 20 radələrində sonuncunun yaşadığı İmişli rayonunun Otuziki kəndində yerləşən evinin həyətində oğlu Kamranın yanında almışdır. Sonra markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə İmişli şəhərinə qayıtmış və yol haqqı olaraq taksini sürücüsünə beş manat vermişdir. Həmin pulu öz şəxsi ehtiyaclarına sərf etməklə xərcləməyə başlamışdır. 2020-ci ilin may ayının axırlarında yenə də Bəyimi aldadaraq ondan pul almaq fikrinə düşmüş və bu məqsədlə həmin gün saat 21 radələrində markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə sonuncunun yaşadığı evinə gedərək oğlu Kamranın yanında ona 1500 manat pul müqabilində həyat yoldaşının öldüyü gündən hazırkı vaxtadək təqaüdünün üstünə hər ay 80 manat pul əlavə oluna biləcəyini və sonra da ömürlük 80 manat artıq təqaüd alacağını dedikdə Bəyim razılaşmış və ona 1500 manat vermişdir. O, gəldiyi taksi ilə İmişli şəhərinə qayıtmış və yol haqqı olaraq sürücüyə 6 manat vermişdir. Həmin pulu da öz şəxsi ehtiyaclarına sərf etməklə xərcləməyə başlamışdır. Bundan 2-3 gün sonra yenə də Bəyimi aldadaraq ondan pul almaq fikrinə düşmüş və bu məqsədlə həmin gün saat 20 radələrində markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə sonuncunun yaşadığı evinə gəlmiş və oğlu Kamranın yanında ona yalandan 1500 manat pul müqabilində gəlininə və nəvələrinə sosial yardım düzəldə biləcəyini dedikdə sonuncu razılaşmış və 1500 manat pulu elə orada ona vermişdir. O, gəldiyi taksi ilə İmişli şəhərinə qayıtmış və yol haqqı olaraq taksi sürücüsünə 5 manat vermişdir. Həmin pulu öz şəxsi ehtiyaclarına sərf etməklə xərcləməyə başlamışdır. Bəyimdən aldığı 13000 manat pulun hamısını öz şəxsi ehtiyaclarına sərf etməklə xərcləmiş və həmin puldan heç kimə heç nə verməmişdir. Bundan başqa o, Bəyimin vasitəsilə yeznəsi İmişli şəhər bazarında toyuq və digər ev quşlarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs5lə tanış olmuş və sonuncunu aldadaraq ondan pul almaq fikrinə düşmüşdür. Bu məqsədlə o, 2020-ci ilin may ayının ortalarında İmişli rayon bazarında Əlsafa ilə görüşüb söhbət etdiyi zaman yalandan ona 1200 manat müqabilində həyat yoldaşı Maycahanı İmişli şəhər 34 nömrəli orta məktəbə direktor müavini vəzifəsinə düzəltdirəcəyini dedikdə sonuncu razılaşmışdır. Həmin gün saat 21 radələrində o, Əlsafanın İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən evinin həyət qapısının qarşısına gələrək ondan 1200 manat pulu alaraq çıxıb getmişdir. 2020-ci ilin iyun ayının ortalarında İmişli rayon bazarında Əlsafa ilə görüşüb söhbət etdiyi zaman yalandan ona həyat yoldaşını 34 nömrəli orta məktəbə direktor müavini vəzifəsinə düzəlməsi üçün verdiyi 1200 manat pulun üstünə 2800 manat da qoyarsa, cəmi 4000 manata İmişli şəhər 1 nömrəli orta məktəbə direktor müavini vəzifəsinə düzəltdirəcəyini dedikdə sonuncu razılaşmışdır. Həmin gün saat 21 radələrində o, Əlsafanın yaşadığı evinin həyət qapısının qarşısına gələrək ondan 2800 manat pulu alaraq çıxıb getmişdir. Bundan 3-4 gün sonra İmişli rayon bazarında yenidən Əlsafa ilə görüşüb söhbət etdiyi zaman yalandan ona əhaliyə yardım kimi heyvanlar verildiyini, 2100 manat müqabilindı ona Dövlət hesabına yardım olaraq 32 baş qoyun və 2 baş 30 litr süd verən yanıbalalı inəklər verdirə biləcəyini dedikdə sonuncu razılaşmışdır. Bir neçə saat sonra Əlsafa ilə bazarda görüşüb ondan 2100 manat pul alaraq çıxıb getmişdir. Əlsafadan aldığı 6100 manat pulun hamısını öz şəxsi ehtiyaclarına sərf etməklə xərcləmiş və həmin puldan heç kimə heç nə verməmişdir. Bəyim və Əlsafa ona verdikləri pullarını ondan dəfələrlə istəsələr də həmin pulları xərclədiyi üçün o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhərində və İmişli rayonunun ərazisində məişət əşyalarının və paltarların səyyar satışı ilə məşğul olurmuş. Ona görə də İmişli şəhərinə tez-tez gəlirmiş. Təqsirləndirilən şəxs, anası Nuriyəni və nənəsi Nənəxanımı uzun illərdir ki, həmyerli kimi tanıyırmış və münasibətləri normal olmuşdur. 2018-ci ilin əvvəllərində o, İmişli şəhərində yas mərasimindən çıxaraq şəhərin içərisi ilə piyada gedərkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onunla görüşüb hal-əhval tutduqdan sonra ondan üç günə qaytaracağı adı ilə 60 manat borca pul istəmişdir. O, İlqarın özünü və ailə üzvlərini tanıdığı üçün və maddi imkanı yaxşı olduğuna görə elə orada pul qabından çıxardaraq İlqara 60 manat borca pul vermişdir. Üç gün sonra İlqar İmişli şəhərində onunla görüşərək ondan borca aldığı 60 manatı qaytarmışdır. 27 dekabr 2018-ci il tarixdə o, İmişli şəhərində piyada getdiyi zaman İlqar ona yaxınlaşaraq onunla görüşüb hal-əhval tutduqdan sonra ona tanış adamı olduğunu, əgər 1000 manat verə bilərsə ona həmin adamın vasitəsi ilə İmişli rayonunda yerləşən Olimpiya İdman kompleksində xadimə işinə düzəldə biləcəyini və ayda 170 manat maaş alacağını demişdir. Həmin vaxtlar ticarət yerlərinin sayının artdığına və səyyar ticarətlə məşğul olmağının artıq mümkün olmadığını anlayıb xadimə işinə düzəlməsi üçün İlqara aralarındakı razılıq əsasında 500 manat pul vermişdir. İlqar onun bir neçə günə X8 kompleksində xadimə işinə düzələcəyinə söz verib ondan ayrılmışdır. Lakin, İlqar onu kimin vasitəsi ilə işə düzəldəcəyini deməmişdir. 08 yanvar 2019-cu il tarixdə o, İmişli şəhərində piyada getdiyi zaman İlqar yenidən ona yaxınlaşaraq onunla görüşüb hal-əhval tutduqdan sonra ona Yeni il bayramı ilə bağlı onun işə düzəlməyinin bir az gecikdiyini deyib nənəsi Nənəxanımın pensiya kartını ona verərək işin düzələnə qədər kartdan hər ay 170 manat çıxarmasını demişdir. Elə həmin vaxt İlqar vacib borcu olduğunu və imkan daxilində ona 2500 manat borca pul verməsini xahiş edərək onun maaş kartını alandan və nənəsinin pensiya kartından həmin 2500 manatın hamısını tam çıxarandan sonra nənəsinin kartını qaytarmağını bildirdikdə o, razılaşaraq elə orada sonuncuya 2500 manat borca pul vermişdir. 06 fevral 2019-cu il tarixdə İmişli şəhərində piyada getdiyi zaman İlqar ona yaxınlaşaraq onunla görüşüb hal-əhval tutduqdan sonra ona işə düzəlməyinin bir az gecikdiyini, tanış adamı olduğunu, 3500 manat müqabilində onu birinci qrup əlil kimi iki il əvvəlki tarixə təqaüdə çıxaracağını, ömürlük birinci qrup əlil kimi təqaüd alacağını və təqaüdə çıxan kimi iki il əvvəlin təqaüdünü bir dəfəyə ala biləcəyini, 3000 manat verə bilərsə işə düzəlmək üçün əvvəl verdiyi puldan 500 manatını da həmin 3000 manatın üstünə qoyaraq 3500 manatını həmin təqaüd məsələsini həll edən adama verəcəyini dedikdə o, sonuncunun təklifi ilə razılaşıb elə həmin vaxt orada ona 3000 manat pul vermişdir. İlqar bir ay müddətinə onun təqaüd məsələsini həll edəcəyinə söz verib ondan ayrılmışdır. Lakin, İlqar kimin vasitəsi ilə onun təqaüd məsələsini həll edəcəyini deməmişdir. 28 fevral 2019-cu il tarixdə o, İmişli şəhərində piyada getdiyi zaman İlqar yenə də ona yaxınlaşaraq onunla görüşüb hal-əhval tutduqdan sonra ona təqaüd məsələsinin yaxın günlərdə həll olunacağını, İmişli şəhərində özünə ev aldığını və ev alması üçün 4000 manat pulun çatmadığını deyib ondan üç günə qaytaracağı vədi ilə həmin məbləğdə borca pul istəmişdir. O, İlqara inanaraq elə orada ona 4000 manat borca pul vermişdir. İki gün sonra İmişli şəhərində piyada getdiyi zaman İlqar ona yaxınlaşaraq onunla görüşüb ondan götürdüyü iki gün əvvəl götürdüyü 4000 manatı və iki ay əvvəl götürdüyü 2500 manatı qaytarması üçün bankdan kredit götürməli olduğunu deyib nənəsinin onda olan pensiya kartını geri almışdır. İlqar həmin vaxt hansı bankdan və nə qədər kredit götürəcəyini deməmişdir. Bundan sonra o, İlqarla dəfələrlə görüşsə də, sonuncu nə ondan aldığı pulları qaytarmamış və nə də ona söz verdiyi işləri düzəltməmişdir. O, İlqarın onu aldatdığını və onun etibarından sui-istifadə edərək pullarını dələduzluq yolu ilə ələ keçirdiyini anladıqdan sonra 16 mart 2020-ci il tarixdə sonuncunun hərəkətləri barədə İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmədən sonuncunun cəzalandırılmasını və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, İmişli şəhəri, Qadir İsmayılzadə küçəsində yerləşən və icarəyə götürüb işlətdiyi mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olurmuş. 06 mart 2020-ci il tarixdə İlqar onun qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu mağazaya gələrək ondan 2000 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almaq istədiyini və həmin qızıl-zinət əşyalarının pulunu bir neçə saata verəcəyini vəd vermişdir. O, İlqarı İmişli şəhərində yaşayan və səyyar ticarətlə məşğul olan şəxs kimi tanıdığına görə ona etibar etmiş və həmin qızıl-zinət əşyalarını sonuncuya nisyə vermişdir. İlqar həmin qızıl-zinət əşyalarının pulunun hamısını, yəni 2000 manatı təxminən üç saat sonra gətirib mağazada ona vermişdir. 07 mart 2020-ci il tarixdə İlqar yenə də onun qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu mağazaya gələrək ondan 5000 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almaq istədiyini və həmin qızıl-zinət əşyalarını sataraq pulunu 2-3 gün müddətinə verəcəyini vəd vermişdir. İlqar bir gün əvvəl ondan aldığı qızıl-zinət əşyalarının pulunu dediyi vaxtda gətirib verdiyi üçün ona etibar etdiyinə görə həmin qızıl-zinət əşyalarını sonuncuta nisyə vermişdir. İlqar iki gün sonra həmin qızıl-zinət əşyalarının pulunun 3000 manatını gətirərək mağazada ona verib qalan 2000 manatını isə bir həftə müddətində verəcəyini vəd vermişdir. 09 mart 2020-ci il tarixdə İlqar yenə də onun qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu mağazaya gələrək ona qohumunun toy etdiyini, gəlinə göstərilməsi üçün ona bir ədəd brilyant qaşlı üzük, 7-8 ədəd qızıl qarnitir dəsti, 2-3 ədəd qızıl sep və qolbağı verməsini və 2-3 saat müddətində həmin qızıllardan hansının bəyənilib alacaqları təqdirdə pulunu alıb gətirəcəsini, qalan qızılları isə qaytaracağını dedikdə o, onunla bir neçə dəfə qızıl-zinət əşyalarının alış-verişini etdiyi üçün etibar etdiyindən mağazadan cəmi 11600 manat dəyərində olmaqla bir ədəd brilyant qaşlı üzük, 8 ədəd qızıl qarnitir dəsti, 2 ədəd qızıl sep və 1 ədəd qızıl qolbağını sonuncuya vermişdir. O, İlqarı həmin gün axşama qədər gözləsə də, sonuncu həmin qızıl-zinət əşyalarının nə özünü, nə də pulunu gətirməmişdir. O, həmin vaxtdan İlqarı axtarsada tapa bilməmişdir. 2020-ci ilin mart ayının axırlarında İlqar ona 1000 manat pul versə də, qalan 12600 manatı verməmişdir. Dəfələrlə İlqardan pulunu istəsə də sonuncu onu aldadaraq yalan vədlər verməklə pulunu qaytarmamışdır. Ona görə də məcbur olaraq İlqarın əməlləri barədə 20 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və həmin tarixdə bu barədə ərizə ilə İmişli rayon polis şöbəsinə müraciət etmişdir. İlqar onun şikayət etdiyini bildikdən sonra ona 380 manat pul verərək qalan pulunu da hissə-hissə verəcəyinə söz versə də, onu aldadaraq etibarından sui-istifadə edib ondan nisyə aldığı həmin qızıl-zinət əşyalarının pulunun qalan 12220 manatını bu günə kimi verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmədən sonuncunun cəzalandırılmasını və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayının ortalarında İmişli şəhərində piyada getdiyi zaman İlqar ona yaxınlaşaraq onunla görüşüb hal-əhval tutduqdan sonra ona İmişli rayon İcra hakimiyyətində məşğulluq komissiyasına üzv seçildiyini, əhaliyə sosial yardımların verilməsi ilə məşğul olduğunu, 1300 manat müqabilində ona bir il əvvəlki tarixdən sosial yardım düzəldə biləcəyini, sosial yardım düzələndən sonra bir ilin pulunu tam şəkildə bir dəfəyə və sonra isə hər ay sosial yardım alacağını dedikdə o, sonuncunun təklifi ilə razılaşmışdır. Əvvəlcədən razılaşdıqları kimi 15 aprel 2020-ci il tarixdə İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Romaşka” ərzaq malları mağazasının qarşısında İlqarla görüşüb 1300 manatı ona vermişdir. İlqar ondan aldığı 1300 manat pulun 1250 manatını sosial yardımı düzəldən adama verəcəyini, həmin puldan ona 50 manat qaldığını və 50 manatın 10 manatını halallıq olsun deyib ona qaytarmışdır. İlqar onun sosial yardımını düzəldən adamın kim olması barədə ona bir söz deməmişdir. Pulu İlqara verəndən sonra o, sonuncunun yalançı və fırıldaqçı olduğunu, İmişli rayon İcra Hakimiyyətində məşğulluq komissiyasının olmadığını bilmişdir. İlqar onu aldadaraq 1290 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. O, İlqardan pulunu dəfələrlə geri istəsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. O, İlqara ondan polis şöbəsinə şikayət edəcəyini dedikdən sonra 2020-ci ilin aprel ayının axırlarında 1290 manatının 450 manatını qaytarsa da, qalan 840 manatını qaytarmamışdır. O, qalan 840 manatını İlqardan dəfələrlə geri istəsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. Nəhayət o, məcbur olub İlqarın hərəkətləri barədə 16 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və həmçinin həmin tarixdə bu barədə ərizə ilə İmişli rayon polis şöbəsinə müraciət etmişdir. Bundan sonra İlqar onun qalan 840 manatını da qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 26 aprel 2020-ci il tarixdə saat 13 radələrində o, əri Elmir Fətalıyevin döyülməsi ilə bağlı onunla birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasında olduqları zaman binanın birinci mərtəbəsində Təqsirləndirilən şəxsla rastlaşmışlar. İlqar Elmirlə tanış olduqdan sonra İmişli rayon Məşğulluq idarəsində işlədiyini deyib onların uşaqlarının olub-olmadığını soruşmuşdur. İlqar onların bir xəstə uşağının olmasını və onun işsiz olmasını biləndən sonra onlara 100 manat müqabilində uşaqlarına iki il müddətinə aylıq 250 manat uşaq pulu düzəldə biləcəyini dedikdə maddi ehtiyacları olduğu üçün razılaşmışlar. Bundan sonra İlqar Elmirin mobil nömrəsini götürmüşdür. O, Elmirlə birlikdə polis şöbəsindən çıxaraq evlərinə yola düşmüşlər. Yol getdikləri zaman İlqar Elmirə zəng edərək 100 manatı istədikdə əri pulun evdə olduğunu və gəlib götürə biləcəyini demişdir. Həmin gün saat 16 radələrində onlar İmişli rayonunun Sarıxanlı kəndində evlərində olduqları zaman İlqar əlində bir neçə vərəq kağızla onların evinə gəlmiş və o, evdə olan 100 manat pulu sonuncuya vermişdir. İlqara pulu aldıqdan sonra ona 25 may 2020-ci il tarixdə kartın gələcəyini və həmin ayın axırına qədər pulu ala biləcəklərini deyib çıxıb getmişdir. 28 aprel 2020-ci il tarixdə İlqar ona telefonda ərinin müharibə əlili olduğu üçün uşağına 250 manatı iki illik deyil, beş illik müddətə düzəldə biləcəyini deyib əlavə 175 manat pul istədikdə onlar razılaşmışlar. Elə həmin gün saat 15 radələrində İlqar onların evinə gəlmiş və həmin vaxt yenə də əlində bir neçə vərəq kağız olmuşdur. İlqar ondan 175 manatı aldıqdan sonra ona İmişli Mərkəzi Rayon Xəstəxanasının baş həkimi ilə münasibəti olduğunu, 500 manata xəstəxanaya xadimə kimi işə düzəldə biləcəyini və ayda 300 manat maaş alacağını dedikdə o, maddi ehtiyacı olduğu üçün xəstəxanada xadimə işləməyə razı olmuş və işə düzəlməsi üçün İlqara 500 manat pul vermişdir. İlqar 675 manat pulu götürəndən sonra ona qohumlarından xəstəxanaya işə düzəlmək və ya təqaüd düzəltdirmək istəyən olsa onların da işini düzəldə biləcəyini demişdir. Bundan sonra o, bu barədə işsiz olan baldızı Şahid4 və qaynı Şahid3 demiş və sonuncular onlara gələrək onun evində bu barədə İlqarla söhbət etmişlər. Nətavanın tibb bacısı diplomu olduğuna görə xəstəxanaya tibb bacısı kimi işə düzəlmək, Rasim isə uşaq pulu və sosial yardım düzəltdirmək istədiyini İlqara demişlər. İlqar Nətavana 200 manat müqabilində xəstəxanaya tibb bacısı, Rasimə isə 400 manat müqabilində uşağına uşaq pulu və özünə sosial yardım düzəltdirə biləcəyini dedikdə sonuncular razılaşmış və pulları səhəri gün verəcəklərini bildirmişlər. 29 aprel 2020-ci il tarixdə saat 14 radələrində İlqar onların evinə gəlmiş və Nətavandan 200 manat, Rasimdən isə 400 manatı alandan sonra Nətavana 2020-ci ilin may ayının sonunda tibb bacısı kimi xəstəxanada işə başlayacağını, tibb bacısı kimi xalatın və papağın olmağını deyib həmin geyimlər üçün əlavə 50 manat istəmiş və Nətavan həmin pulu da düzəldib verəcəyini bildirmişdir. X9 2020-ci ilin may ayının sonunda uşaq pulunu və sosial yardımını alacağını deyib evdən çıxaraq getmişdir. İlqar gedəndən sonra o, ona zəng edib Nətavanın 50 manat geyim pulunu vermək istədiyini demiş və təxminən yarım saat sonra İlqar yenidən onların evinə gələrək 50 manatı Nətavandan alaraq getmişdir. İlqar onu aldadaraq ondan cəmi 775 manat, qaynı Rasimi aldadaraq 400 manat, baldızı Nətavanı isə aldadaraq 250 manat pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Bu günə kimi İlqar nə aldığı pulların müqabilində söz verdiyi işləri düzəltməmiş, nə də aldığı pulları qaytarmamışdır. Bununla bağlı İmişli rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında iddia qaldırmış və məhkəmə qətnaməsi ilə iddiası təmin olunmuşdur. Lakin təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmədən sonuncunun cəzalandırılmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, İmişli şəhər bazarında toyuq və digər ev quşlarının alqı-satqısı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından başlayaraq ondan bir neçə gündən bir toyuq alaraq alış-veriş etdiyindən aralarında münasibət yaranmışdır. İlqar alışveriş zamanı özünü İmişli Məşğulluq idarəsinin əməkdaşı kimi təqdim etmişdir. İlqar ondan bir neçə dəfə alış-veriş edəndən sonra hərdən-bir ondan bir neçə toyuğu nisyə alıb pulunu bir neçə günə verəcəyini vəd vermiş və həmin dediyi vaxtda da vədinə əməl edirmiş. Bir müddət sonra İlqar onun İmişli rayonunun Otuziki kəndində oğlu Kamran və Rusiya Federasiyasında yaşayan oğlunun həyat yoldaşı Əminə ilə birlikdə yaşadığını öyrənmişdir. 2020-ci ilin may ayının əvvəllərində İlqar ona 10000 manat pul müqabilində işlədiyi idarənin vasitəsi ilə oğlu Kamrana Dövlət hesabına ev tikdirə və 62 baş qoyun verə biləcəyini dedikdə o, razılaşmışdır. Qabaqcadan razılaşdıqları kimi 15 may 2020-ci il tarixdə saat 20 radələrində İlqar onun İmişli rayonunun Otuziki kəndində yerləşən evinə gəlmiş və o, oğlu Kamranın yanında 10000 manat pulu ona vermişdir. İlqar onlara 10000 manat pulun hamısını evin tikilməsi və 62 baş qoyun verilməsi məsələlərinin həll edilməsi müəyyən vəzifəli şəxslərə verəcəyini demişdir. Lakin, İlqar həmin pulu kimə və ya hansı vəzifəli şəxsə verəcəyi barədə heç nə deməmiş və çıxıb getmişdir. Bundan sonra İlqar 2-3 gündən bir İmişli şəhər bazarında onunla görüşərək aldığı 10000 manat pulu lazım olan vəzifəli şəxslərə verdiyini və işin bu yaxınlarda düzələcəyini demişdir. 25 may 2020-ci il tarixdə saat 21 radələrində İlqar yenidən onun yaşadığı evinə gəlmiş və oğlu Kamranın yanında evin tikilməsi və 62 baş qoyun verilməsi məsələlərinin yaxın vaxtlarda həll olunacağını deyib onun xeyrinə olan bir məsələni də tapdığını bildirmişdir. Belə ki, 1500 manat pul müqabilində həyat yoldaşının ölən gündən hazırkı günə qədər və bundan sonra da olmaqla onun təqaüdünün üstünə hər ay 80 manat pul əlavə oluna biləcəyini dedikdə o, razılaşmış və 1500 manat pulu evindən götürərək elə həmin vaxt orada İlqara vermişdir. Bundan sonra İlqar ona təqaüdünün yaxın vaxtlarda 80 manat artıracağına söz verərək çıxıb getmişdir. 28 may 2020-ci il tarixdə saat 21:30 radələrində İlqar onun yaşadığı evinə gəlmiş və söhbət zamanı oğlu Kamranın yanında bir neçə günə oğlunun evinin tikilməsi, 62 baş qoyun verilməsi və onun təqaüdünün 80 manat artması məsələlərinin həll olunacağını deyib yenə də onun xeyrinə olan bir məsələ tapdığını bildirmişdir. Belə ki, 1500 manat müqabilində gəlininə və nəvələrinə sosial yardım düzəldə biləcəyini dedikdə o, razılaşmış və həmin məbləğdə pulu evindən götürərək elə həmin vaxt İlqara vermişdir. Bundan sonra İlqar gəlini Əminəyə və uşaqlarına sosial yardım verilməsi məsələsini yaxın günlərdə həll edəcəyinə söz verərək çıxıb getmişdir. Qızı Maycahanın həyat yoldaşı Əlsafa da onunla birlikdə İmişli şəhər bazarında toyuq və digər ev quşlarının alqı-satqısı ilə məşğul olurmuş. İlqar onun vasitəsi ilə Əlsafanı da tanımış və 2020-ci ilin may və iyun aylarında sonuncudan Maycahanı İmişli şəhərində məktəbə direktor müavini düzəltdirmək və Əlsafaya Dövlət hesabına heyvan verdirəcəyi adı ilə 6100 manat pulunu almışdır. 2020-ci ilin iyul ayının sonlarında dəfələrlə İlqardan onlardan aldığı pulun müqabilində söz verdiyi işlərin nə üçün düzəltmədiyini soruşduqda, sonuncu müxtəlif bəhanələr gətirərək işlərinin tezliklə düzələcəyini deyirmiş. O, İlqarın onları aldatdığına tam əmin olduqdan sonra 25 sentyabr 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat vermiş və bu barədə ərizə ilə İmişli rayon polis şöbəsinə müraciət etmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmədən sonuncunun cəzalandırılmasını və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, qayınanası Zərərçəkmiş şəxs6 ilə birlikdə İmişli şəhər bazarında toyuq və digər ev quşlarının alqı-satqısı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəllərində həmin bazarda qayınanası Bəyimdən toyuq-quş aldığı zaman tanımışdır. İlqar özünü onlara İmişli Məşğulluq idarəsinin əməkdaşı kimi təqdim etmişdir. 2020-ci ilin may ayının ortalarında İlqarın qayınanası Bəyimdən 10000 manat pul alaraq həmin pulun müqabilində qayını Kamrana ev tikdirəcəyini və 62 baş qoyun verdirəcəyini vəd verdiyni bilmişdir. 20 may 2020-ci il tarixdə günorta saatlarında İmişli rayon bazarında İlqar onunla görüşərkən ona həyat yoldaşı Maycahanı 1200 manat müqabilində İmişli şəhər 34 nömrəli orta məktəbə direktor müavini vəzifəsinə düzəldə biləcəyini dedikdə o, həmin təklifi mobil telefon vasitəsi ilə həyat yoldaşına bildirmiş və sonuncu razılaşmışdır. Ona görə də o, İlqara 1200 manat pulu axşam saatlarında gəlib İmişli şəhərindəki evindən götürməsini demişdir. 20 may 2020-ci il tarixdə saat 21 radələrində İlqar onun yaşadığı evinin həyət qapısının qarşısına gəlmiş və 1200 manat pulu ondan alaraq getmişdir. 16 iyun 2020-ci il tarixdə günorta saatlarında İmişli rayon bazarında İlqar onunla görüşərkən ona həyat yoldaşının 34 nömrəli orta məktəbə direktor müavini vəzifəsinə düzəlməsi üçün verdiyin 1200 manat puldan əlavə 2800 manat da verə bilsə o, 4000 manata Maycahanı İmişli şəhər 1 nömrəli orta məktəbə direktor müavini vəzifəsinə düzəldə biləcəyini dedikdə o, yenə də həmin təklifi mobil telefon vasitəsi ilə həyat yoldaşına bildirdikdə sonuncu razılaşmışdır. O, İlqara 2800 manat pulu axşam saatlarında gəlib İmişli şəhərindəki evindən götürməsini demiş və elə həmin gün saat 20:30 radələrində İlqar onların evinin həyət qapısının qarşısına gələrək 2800 manat pulu ondan alaraq çıxıb getmişdir. 20 iyun 2020-ci il tarixdə günorta saatlarında İmişli rayon bazarında İlqar onunla yenidən görüşərək 2100 manat pul müqabilində ona Dövlət hesabından yardım olaraq 32 baş qoyun və 2 baş yanı balalı hər biri 30 litr süd verə bilən inək verdirə biləcəyini dedikdə o, razılaşmışdır. İlqarla razılaşdıqları kimi elə həmin gün saat 16 radələrində İmişli rayon bazarında İlqarla görüşmüş və 2100 manat pulu ona vermişdir. İlqar həmin heyvanları təxminən 10 gün müddətinə ona verdirəcəyini deyib çıxıb getmişdir. 2020-ci ilin iyun ayı başa çatsa da İlqar nə Maycahanın məktəb direktorunun müavini keçmək və nə də ona heyvan verilməsi məsələlərini həll etməmişdir. O, dəfələrlə İlqardan verdiyi vədlər barədə soruşsa da sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək məsələlərin tezliklə həll olunacağını deyirmiş. Nəhayət o, İlqarın onu aldatdığına tam əmin olduqdan sonra 25 sentyabr 2020-ci il tarixdə bu barədə ərizə ilə İmişli rayon polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmədən sonuncunun cəzalandırılmasını və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs6 və əri Zərərçəkmiş şəxs5 İmişli şəhər bazarında toyuq və digər ev quşlarının alqı-satqısı ilə məşğul olurmuşlar. Təqsirləndirilən şəxs İmişli şəhər bazarında anası Bəyimdən toyuq alarkən tanımışdır. 2020-ci ilin may ayının əvvəllərində anası Bəyim ona İlqarın işlədiyi idarənin köməkliyi ilə 10000 manat müqabilində qardaşı Kamrana Dövlət hesabına ev tikdirə və 62 baş qoyun verdirə biləcəyini təklif etdiyini demişdir. Anası həmçinin X4 idarəsində işlədiyini və dəfələrlə ondan nisyə toyuq alıb, pulunu da dediyi vaxtda qaytardığını, çox etibarlı insan olduğunu bildirmişdir. 2020-ci ilin may ayının ortalarında İlqar anasından yaşadığı İmişli rayonunun Otuziki kəndində 10000 manat pul alaraq qardaşı Kamrana ev tikdirəcəyini və 62 baş qoyun verdirəcəyinə vəd verdiyini bilmişdir. 20 may 2020-ci il tarixdə günorta saatlarında əri Əlsafa zəng edərək ona İlqarın 1200 manat müqabilində onu İmişli şəhər 34 nömrəli orta məktəbə direktor müavini vəzifəsinə düzəldə biləcəyini dedikdə o, razılaşmışdır. Həmin gün Əlsafa bazardan evə qayıtdıqdan sonra ona İlqarla razılaşdıqlarını və sonuncunun axşam saatlarında gəlib evlərindən 1200 manat pulu götürəcəyini demişdir. 20 may 2020-ci il tarixdə saat 21:30 radələrində İlqar onların yaşadıqları İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən evin həyət qapısının qarşısına gələrək 1200 manat pulu Əlsafadan alaraq getmişdir. 2020-ci ilin may ayının axırlarında İlqarın anası Bəyimdən 3000 manat pul alaraq həmin pulun müqabilində anasının təqaüdünün üstünə 80 manat əlavə etdirəcəyini və qardaşı arvadı Əminəyə və uşaqlarına sosial yardım düzəltdirəcəyini vəd verdiyini bilmişdir. 16 iyun 2020-ci il tarixdə günorta saatlarında Əlsafa zəng edərək ona İlqarın onu 34 nömrəli orta məktəbə direktor müavini vəzifəsinə düzəltmək üçün verdiyi 1200 manat puldan əlavə 2800 manat verərsə İmişli 1 nömrəli orta məktəbə direktor müavini vəzifəsinə düzəldə biləcəyini dedikdə o, razılaşmışdır. Həmin gün Əlsafa bazardan evə qayıtdıqdan sonra ona İlqarla razılaşdıqlarını və sonuncunun axşam saatlarında gəlib evlərindən 2800 manat pulu götürəcəyini demişdir. 16 iyun 2020-ci il tarixdə saat 21 radələrində İlqar onların yaşadıqları evin həyət qapısının qarşısına gələrək 2800 manat pulu Əlsafadan alaraq getmişdir. 20 iyun 2020-ci il tarixdə günorta saatlarında Əlsafa evə gələrək İlqarın 2100 manat müqabilində ona Dövlət hesabından yardım olaraq 32 baş qoyun və 2 baş, hər biri 30 litr süd verən yanıbalalı inək verdirə biləcəyini deyib evdə olan puldan 2100 manat götürərək getmişdir. Həmin gün axşam Əlsafa evə gələndən sonra ona 2100 manatı İlqara verdiyini və heyvanları on günə gətirəcəyini demişdir. Bu günə kimi İlqar nə anası Bəyimdən aldığı cəmi 13000 manatı, nə də əri Əlsafadan aldığı cəmi 6100 manatı qaytarmamış və həmin pulların müqabilində söz verdiyi işlərin heç birini düzəltməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 işin hallarına dair şahid bacısı Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilk dəfə qardaşı Elmirin İmişli rayonunun Sarxanlı kəndində yerləşən evində tanış olmuşdur. Belə ki, 28 aprel 2020-ci il tarixdə günorta saatlarında qonşuluğunda yaşayan qardaşı Elmirin arvadı Lətafət onları gələrək ona və onunla birlikdə yaşayan bacısı Nətavana İmişli rayon Məşğulluq idarəsinin işçisi İlqarın onlara gəldiyini, ondan cəmi 775 manat alıb həmin pula uşaqlarına beş illik uşaq pulu, özünü İmişlidə xəstəxanaya xadimə işinə, həmçinin xəstəxanaya və təqaüd düzəltdirmək istəyən olarsa həmin işləri də düzəldə biləcəyini demişdir. O, Nətavan və Lətafətlə birlikdə sonuncunun evinə getmiş və İlqarla tanış olmuşdur. İlqarla söhbət zamanı sonuncu onlara İmişli Məşğulluq idarəsində işlədiyini və İmişli rayonunda təqaüd və işsizlərin işə düzəlməsi məsələlərini həll etdiyini demişdir. Nətavan tibb bacısı diplomu olduğunu və xəstəxanaya tibb bacısı kimi işə düzəlmək, o da uşaq pulu və sosial yardım düzəltdirmək istədiyini İlqara demişlər. İlqar Nətavana 200 manat müqabilində xəstəxanaya tibb bacısı kimi işə düzəldə biləcəyini dedikdə bacısı razılaşmış və 200 manat pulu növbəti gün verəcəyini bildirmişdir. İlqar ona 400 manata uşağına uşaq pulu və özünə isə sosial yardım düzəldə biləcəyini dedikdə o, razılaşmış və 400 manat pulu növbəti gün verəcəyini bildirmişdir. Razılaşdıqları kimi 29 aprel 2020-ci il tarixdə saat 14 radələrində qardaşı Elmirin İmişli rayonunun Sarıxanlı kəndində yerləşən evində İlqarla görüşmüş, sonuncu ondan 400 manat, bacısı Nətavandan isə 200 manat alandan sonra onlara uzağı bir ay müddətində işlərinin düzələcəyini demişdir. X6 tibb bacısı kimi işləyən zaman geyinməsi üçün xalatın və papağın pulu kimi 50 manat da verməli olduğunu dedikdə bacısı 50 manatı bir gün sonra verəcəyini bildirmişdir. Bundan sonra İlqar oradan getmiş və o gedəndən sonra Nətavən Lətafətə evində dərman və çörək pulu kimi saxladığı 50 manatı İlqara vermək istədiyini dedikdən sonra Lətafət İlqara zəng edib Nətavanın 50 manat geyim pulunu vermək istədiyini bildirmişdir. İlqar yarım saata qayıdıb həmin pulu götürəcəyini dedikdə Nətavan evə gedərək 50 manat pulu götürüb yenidən Elmirgilə qayıtmışdır. Təxminən yarım saat sonra İlqar yenidən ora gələrək həmin 50 manat pulu da Nətavandan alaraq getmişdir. İlqar aldadaraq ondan 400 manat, bacısı Nətavandan 250 manat, gəlinləri Lətafətdən isə 775 manat pul almışdır. Bu günə kimi İlqar nə onlardan aldığı pulları qaytarmamış, nə də aldığı pulun müqabilində söz verdiyi işləri düzəltməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 işin hallarına dair şahid X2 ifadəsinə uyğun ifadə verdi. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini qismən etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsni cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşə əlavə edilmiş İmişli rayon Məhkəməsinin 12 mart 2021-ci il tarilxli, 2(036)- 412/2021 saylı qətnaməsindın görünür ki, Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında cavabdeh Təqsirləndirilən şəxs qarşı 1415 manat məbləğində pulun alınıb ona verilməsi barədə iddiasına baxılaraq iddia təmin edilmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası qismən, digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 Abbasqulu qızı və Zərərçəkmiş şəxs5 mülki iddiası tam təmin edilməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 09 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs 9500 (doqquz min beş yüz) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs 12220 (on iki min iki yüz iyirmi) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Abbasqulu qızının mülki iddiası təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs 13000 (on üç min) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs6 Abbasqulu qızının xeyrinə ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs 6100 (altı min yüz) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs5 xeyrinə ödənilsin. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-52/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-52/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver