Məhkəmə qərarları › İş №1(036)-52/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-52/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-52/2023 02.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1958-ci ildə İmişli rayonu, Soltanmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olunmayan, İmişli rayonu, Soltanmuradlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 6 yanvar 2023-сü il tarixdə saat 15 radələrində İmişli- Qaradonlu avtomobil yolunun İmişli rayonu, Soltanmuradlı kəndi ərazisindən keçən hissəsində İmişli şəhəri istiqamətində yolun ehtiyat hissəsində saxladığı "QAZ 31105 120 minik" markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili geriyə dönmə əməliyyatı aparmaq üçün hərəkətə gətirərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə və dayanma zamanı təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, arxadan eyni istiqamətdə avtomobilin gəldiyini müşahidə edib öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görsə də kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, geriyə dönmə əməliyyatına başlayıb avtomobili yolun hərəkət hissəsinə çıxardaraq yolun mərkəzində avtomobilin qabaq sol qanadı ilə arxadan İmişli şəhəri istiqamətində hərəkətdə olan, Şahid2 idarə etdiyi "Mercedes-Benz 190 minik" markalı, **- RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə toqquşub yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncunun idarə etdiyi avtomobildəki sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol körpücük sümüyünün cismində sınıqdan ibarət olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittiham aktında göstərilən qaydada cinayət əməlini törətməsini etiraf etmişdir. Hazırda etmiş olduğu cinayət əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmış və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və o, törətdiyi əməli etiraf edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, onun ittiham olunduğu cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar vardır. Belə ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub- olmaması məsələsinin araşdırılması üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli Rayon Prokuroruna göndərilməlidir. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatına sərf edilmiş 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "QAZ 31105 120 minik" markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi İmişli RPŞ-nin duracağında saxlanılan "MERCEDES BENZ 190 MİNİK" markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid2 qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub- olmaması məsələsinin araşdırılması üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli Rayon Prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatına sərf edilmiş 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış "QAZ 31105 120 minik" markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi İmişli RPŞ-nin duracağında saxlanılan "MERCEDES BENZ 190 MİNİK" markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid2 qaytarılsın. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar