Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-52/2024 12.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1,, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə şərikli olaraq kənd təsərrüfatı ilə məşğul olmaq barədə razılığa gəlmiş tanışları X11, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Cümşüd oğluna özünü kredit mütəxəssisi kimi təqdim edib iş qurmaları üçün aşağı faiz dərəcəsi ilə banklardan kreditlə lazım olan, yüksək miqdarda pulun götürülməsinə köməklik edəcəyi və bununla əlaqədar yaranacaq bütün problemli məsələləri həll edəcəyi barədə yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 4 ünvanında yerləşən “Ləziz ev yeməkləri” adlı kafedə 2022-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs6 1500 (min beş yüz) manat pulu, kredit öhdəliyinin təminatı üçün ipoteka ilə yüklü edilməsi nəzərdə tutulan Zərərçəkmiş şəxs5 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 47 ünvanında yerləşən 15 saylı mənzildə qeydiyyatda olan Zərərçəkmiş şəxs5 keçmiş arvadının və qızının razılığı olmadan kreditin götürülməsi məsələsini həll etməyi bəhanə edərək 2022-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs6 müvafiq olaraq 500 (beş yüz) manat və 950 (doqquz yüz əlli) manat pulu, kredit məbləğinin 50000 (əlli min) manatdan 75000 (yetmiş beş min) manatadək yüksəldilməsi üçün 2022-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs4 500 (beş yüz) manat pulu, kredit öhdəliyinin təminatı olan daşınmaz əmlakın köhnə tikili olması ilə əlaqədar kreditin götürülməsində yaranmış çətinliyin aradan qaldırılması üçün Zərərçəkmiş şəxs5 600 (altı yüz) manat pulu ələ keçirib, yüksək məbləğdə kreditlə pul götürülməsinə köməklik edəcəyi barədə vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə X7 2.950 (iki min doqquz yüz əlli) manat, Zərərçəkmiş şəxs4 500 (beş yüz) və Zərərçəkmiş şəxs5 Cümşüd oğluna 600 (altı yüz) manat olmaqla, zərərçəkmiş şəxslərə ümumilikdə 4050 (dörd min əlli) manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu ərazisində Azərbaycan Respublikası Mənzil X17 tərəfindən inşa edilən sosial təyinatlı yaşayış evlərindən iki otaqlı mənzil alınmasına köməklik göstərəcəyi barədə yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 atası X1 yaşadığı Göyçay rayonu, İncə kəndində yerləşən evdə 1000 (min) manat pulu, 10 noyabr 2022-ci il tarixdə saat 17:33-də X20 rayonu, İncə kəndində yerləşən “Al” marketdə quraşdırılmış “e-Manat” ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 4169 73******7384 nömrəli bank kartına köçürdüyü 400 (dörd yüz) manat pulu və Zərərçəkmiş şəxs3 özünə məxsus "xxxx" ASC-yə aid 4098 5844 6289 7339 nömrəli bank kartı vasitəsilə onun "xxxx" ASC-yə aid 4169 73******7384 nömrəli bank kartına köçürdüyü 100 (yüz) manat pulu ələ keçirib, sosial təyinatlı yaşayış evlərindən mənzil alınmasına köməklik göstərəcəyi barədə vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 (min beş yüz) manat miqdarında maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 traktor almaq üçün bankdan kreditlə pul götürülməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə ona məxsus "xxxx" ASC-yə aid 4169 7388 2277 2087 nömrəli bank kartına Zərərçəkmiş şəxs1 qardaşı X8 16 may 2023-cü il tarixdə "xxxx" ASC-yə aid bank kartından köçürdüyü 1000 (min) manat, 20 may 2023-cü il tarixdə köçürdüyü 200 (iki yüz) manat, 5 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Abşeron rayonunda yerləşən “Bravo” marketdə quraşdırılmış “e-Manat” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 100 (yüz) manat və “Milliön” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 200 (iki yüz) manat, 7, 15 və 17 iyun 2023-cü il tarixlərdə "xxxx" ASC-yə aid 5261 6333 3318 3003 nömrəli bank kartından hər dəfə 50 (əlli) manat olmaqla köçürdüyü 150 (yüz əlli) manat, 19 iyun 2023-cü il tarixdə “Milliön” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 140 (yüz qırx) manat pulu ələ keçirib, kreditlə pul götürülməsinə köməklik edəcəyi barədə vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1790 (min yeddi yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin oktyabr ayının əvvəllərində ona məxsus olmayan “Hyundai 300LC - 95” markalı ekskovatorun fotoşəkillərini internet resursunda “www.tap.az” elan saytına yükləyib 130000 (yüz otuz min) manata satışı barədə yerləşdirdiyi elanla bağlı Zərərçəkmiş şəxs2 onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb 15 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində görüşərək tanış olduqdan sonra o, Zərərçəkmiş şəxs2 Yaponiya Respublikasından sifariş etdiyi və hazırda yolda olan “Hyundai 300LC - 95” markalı ekskovatoru ona satacağı və 2023-cü ilin noyabr ayının sonunadək təhvil verəcəyi barədə yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 beh kimi 21 oktyabr 2023-cü il saat 19:44-də İmişli şəhəri, 28 May küçəsində yerləşən “Yusif” marketdə quraşdırılmış “M-pay” ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 4169 7388 2277 2087 nömrəli bank kartına köçürdüyü 5000 (beş min) manat, 24 oktyabr 2023-cü il tarixdə yaşadığı İmişli şəhəri, Heydər Əliyev prospekti 173A ünvanında yerləşən evdə olarkən özünə məxsus "xxxx" ASC-yə aid 4169 7388 6642 9529 nömrəli bank kartı ilə qeydiyyatda olan “Birbank” mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 4169 7388 2277 2087 nömrəli bank kartına köçürdüyü 850 (səkkiz yüz əlli) manat və 17 noyabr 2023-cü il tarixdə köçürdüyü 1150 (min yüz əlli) manat pulu ələ keçirib, vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 7000 (yeddi min) manat, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxslərin ifadələri, plastik bank kart hesabına keçirilmiş pul vəsaitlərinə dair baxış protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ittihamın birinci epizodu üzrə ifadəsində bildirmişdir ki, o, X11, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Cümşüd oğlunu tanıyır və onlara qarşı ədavəti və ya düşmənciliyi yoxdur. X11, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Cümşüd oğlu birlikdə ona kredit götürməkdə köməklik göstərməyi istəmişlər. Həmin şəxslərlə tanışlığı bir nəfər adı yadında qalmayan qadının vasitəsi ilə olmuşdur. Belə ki, Fizuli ona Zərərçəkmiş şəxs5 evini Banklardan birinə girov qoyub uzun müddətli kredit götürəcəkləri üçün müraciət etmişdir. O, bu işi 3000 manata görəcəyinə razılaşmışdır. Həmin şəxslərlə ünvan 5 ünvanında yerləşən “Ləziz ev yeməkləri” kafesində olmaqla ilk dəfə 2022-ci ilin avqust ayının əvvəllərində görüşüb Fizuli Alıyevdən 1.500 manat pul almış və həmin ayın ortalarında kredit götürülməsi üçün girov qoymaq barədə razılaşdıqları Zərərçəkmiş şəxs5 Cümşüd oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 47 ünvanında yerləşən 15 nömrəli mənzilin girov qoyulmasına həmin ünvanda qeydiyyatda olan Zərərçəkmiş şəxs5 keçmiş arvadı icazə verməmiş və o, bunu həll etmək üçün əlavə olaraq Fizuli Alıyevdən 500 manat, əlavə olaraq həmin mənzildə qeydiyyatda olan Zərərçəkmiş şəxs5 qızının icazəsi olmadan kreditin götürüləcəyi adı altında Fizuli Alıyevdən əlavə olaraq 950 manat, 2022-ci ilin avqust ayının sonlarında isə söhbət zamanı onlar yüksək yəni 75000 manat məbləğdə kredit götürmək istədiklərini bildirdikləri üçün və məbləğin böyüdülməsi adı ilə Zərərçəkmiş şəxs4 500 manat və həmin ayın sonlarında isə kredit üçün girov qoyduqları mənzilin köhnə tikili olmasının, kredit götürülməsində yaranan maneənin aradan qaldırılması üçün Zərərçəkmiş şəxs5 600 manat olmaqla ümumilikdə Akif, Nəcəf və Fizulidən 4.050 (dörd min əlli) manat məbləğində nağd pul almışdır. Lakin onlara heç bir iş görməmiş və həmin puldan Zərərçəkmiş şəxs5 vurmuş olduğu 600 manat maddi ziyanı ödəmişdir. O, internet saytında iri texnikaların alışı və satışı ilə məşqul olması barədə elan yerləşdirmiş, hazırda həmin elanı götürmüş və həmin elanda o, texnikaların kredit yolu ilə də əldə olunmasına köməklik göstərməyi barədə qeyd etmişdir. Ola bilsin Fizuli onun mobil nömrəsini həmin elandan götrmüş, ya da bir nəfər adını xatırlamadığı qadına kredit götürməkdə kömək etməsi ilə əlaqədar mobil nömrəsini həmin qadından əldə etmişdir. Fizulinin onu haradan tapdığını dəqiqliklə bilmir. Təqsirləndirilən şəxs ittihamın birinci epizodu üzrə ifadəsində bildirmişdir ki, o, Göyçay rayon İnçə kənd sakini X5 və sonuncunun oğlu Şamil Qocayevi tanıyır, onlarla ədavəti və ya düşmənçiliyi yoxdur. Göyçay rayonunda olarkən söhbət zamanı Şamil Qocayev Bakı şəhəri Yasamal rayonu ərazisində tikilən sosial evlərdən almasını istəmiş və o, söhbət zamanı Şamilə bu işdə ona 1500 manat pul müqabilində köməklik göstərə biləcəyini bildirmişdir. Şirzad Qocayev də onun yaşadığı evə gəlmiş və o da Şirzadın yaşadığı evdə olmuş, 2022-ci ilin noyabr ayında Şamil onların evinə gedib atası Şirzaddan pulu götürməyi istəmişdir. O, Şirzadın evinə getmiş, həmin ərəfədə yəni Şirzad ona Göyçay rayonunun İnçə kəndində yerləşən evində 1000 manat pul vermiş, həmin pulu ona Şamilin verdiyini, əlavə olaraq da 400 manat pul verəcəyini və 100 manatı da Şamilin verəcəyini demişdir. Bundan bir necə gün sonra Şirzad onunla telefonla danışmış, onun adına kəndin poçtu vasitəsi ilə 400 manat pul göndərdiyini demiş, daha sonra Şamil ona 100 manat pulu da göndərmişdir. X2 1500 manat pulunu ələ keçirmiş, Şamildən aldadıb aldığı puldan hər hansı bir məbləğdə pul geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ittihamın üçüncü epizodu üzrə ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 traktor almaq üçün bankdan kredit götürməsində köməklik göstərəcəyi barədə yalan vəd verib ondan 2023-cü ilin may ayında 1000 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, əlavə olaraq 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 50 manat pul almış, xx.xx.2023-cü il tarixdə 140 manat pul vəsaitini özünün istifadəsində olan **********772087 nömrəli, Kapital Bankın “Birbank” bank kartı hesabına köçürməsinə nail olmuş, ümumilikdə onun 1790 manat məbləğində pulunu ələ keçirmişdir. Lakin, o, Zərərçəkmiş şəxs1 kredit götürülməsində hər hansı bir köməklik göstərməmişdir. Lakin Məhəbbətə bir neçə texnika göstərmiş, Məhəbbət həmin texnikaları bəyənməmişdir. O, Məhəbbətin aldadıb aldığı 1790 manat pulundan ona 500 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs ittihamın dördüncü epizodu üzrə ifadəsində bildirmişdir ki, kənd təsərrüfatı texinkalarının satışı ilə məşğul olduğu üçün alıcı ilə satıcı arasında vasitəçi kimi fəaliyyət göstərir. O, texnikanın istər xarici ölkələrdən, istərsə də Azərbaycan Respublikasında alışı və satışı ilə məşğul olur. Satışa çıxarılan texnikaların reklamını isə müxtəlif internet saytlarında aparır. Belə ki, “Tap az” saytında texnikaların sahibləri icazə verdikdən sonra o, texnikaların fotoşəkillərini paylaşır və satlışını həyata keçirir. İmişli şəhər sakini Zərərçəkmiş şəxs2 adlı şəxslə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 2023-cü ilin oktyabr ayının ortalarında Vasif onun “Tap az” saytında yerləşdirdiyi texnika elanını görüb orada yazdığı ***-***-**-** saylı nömrəyə zəng etmiş və texnika istədiyini bildirmişdir. O, Vasiflə telefon əlaqəsi saxlamış, “Hyundai” markalı ekskavatoru təklif etmiş, lakin Vasif Bakı şəhəri, Balaxanı qəsəbəsində olan həmin texnikaya gedib özü baxmış və bəyənməmişdir. Sonra 340 model və 2021-ci il istehsalı “Hünday” markalı texnikanı da ona təklif etmiş, lakin bəyənsə də pulu çatmamışdır. Texnikanın qiyməti 260 min manat olmuşdur. Bu texnikalara görə Vasiflə yaşadığı evin yaxınlığında görüşmüş və söhbət etmişdir. Sonra o, görmüşdür ki, Vasif Respublikanın bütün yerlərindən texnika axtarır. Sonra ona zəng etmiş və Vasif ona cavab verməmişdir. O, Vasiflə növbəti dəfə telefon əlaqəsi zamanı ona texnika satmaqdan imtina etdiyini demişdir. Çünki Vasif telefona cavab verməmişdir. 21 oktyabr 2023-cü il tarixdə Vasif ona zəng edib demişdir ki, internet saytında yerləşdirdiyi “Hündayi 300” markalı texnikanı almaq istəyir. Texnikanın qiymətini 134 min manata danışsalar da sonradan sahibi ilə əlaqəli şəkildə həmin texnikanı 130 min manata razılaşmışdır. O, Vasiflə əlaqə saxlamış və 3 min ABŞ dolları beh verməli olduğunu demiş və Vasif ona 5000 manat beh göndərmişdir. Vasif pulu onun 4169 7388 2277 2087 nömrəli hesab kartına göndərmişdir. Sonradan isə arası bir həftə çəkməklə ona 850 manat bir və 1150 manat bir pul göndərmişdir. Bununla da Vasif ona 7000 manat pul vermişdir. Vasifə texnikanın gecikdiyini demiş, lakin Vasif ona 29 noyabr 2023-cü il tarixdə görüşməyi təklif etmiş, Vasifə problemi olduğu üçün görüşə bilmədiyini bildirmişdir. Daha sonra Vasif onun barəsində şikayət etmiş və Vasif şikayət etdikdən sonra Vasifin 7000 manat məbdəğində olan pulundan 5750 manatını qaytarmışdır. Hazırda o, bütün zərər çəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmış və zərər çəkmiş şəxlərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, onun zərər çəkmiş şəxslərlə barışması, sonuncuların ondan şikayət və tələblərinin olmaması, əməlindən səmimi peşmançılıq çəkməsi və himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, tırtıllı traktor almaq qərarına gəlmiş, ona görə də internet üzərindən traktorla bağlı yerləşdirilmiş müxtəlif elanlarla maraqlanmış, ərizə verməmişdən təxminən 2-3 ay əvvəl “Tap.az” saytında “Hyundai” markalı tırtıllı traktorun 130000 min manata satıldığı barədə elanla rastlaşmışdır. Həmin elanda qeyd edilmiş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlayıb telefonda danışan şəxsə elanda yerləşdirdiyi həmin tırtıllı traktoru almaq istədiyini demiş və traktora harada baxa biləcəyini soruşmuşdur. Həmin şəxs ona özünü sahibkar kimi təqdim edib kənd təsərüfatı texnikalarının alqı-satqısı ilə məşğul olduğunu və sifariş edilmiş traktorları Yaponiyadan Azərbaycana gətirib satdığını bildirmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Pərvizlə telefonda danışdıqdan sonra xx.xx.2023-cü il tarixdə onunla Abşeron rayonu Xırdalan qəsəbəsində görüşmüşdür. Onunla traktor almaq istəməsi barədə söhbət etmiş və “Tap.az” saytında yerləşdirdiyi tırtıllı traktora harada baxa biləcəyini soruşmuşdur. Pərviz ona bildirmişdir ki, həmin traktor Yaponiyadadır. Onun əlavə traktorları da var və traktoru Bakı şəhəri Balaxanı qəsəbəsindədir və həmin traktora gedib baxa bilərlər. O və Pərviz Bakı şəhəri Balaxanı qəsəbəsinə getmişlər. Pərviz orada yol kənarıda olan tırtıllı traktoru ona göstərmiş, həmin traktor xoşuna gəlməmiş, traktor çox istifadə edilmiş traktor olmuşdur. Daha sonra yol gələrkən Pərviz ona bildirmişdir ki, əlavə traktorları da var və həmin traktorlara da baxsınlar. Pərviz onu traktor servisinə aparmış və orada yeni traktorlar olmuş və məbləği həddindən artıq yüksək olmuş, həmin məbləğdə olan traktorlardan almağa pulu yetərli olmamışdır. O, artıq onun “Tap az” saytında 130000 min manata yerləşdirmiş olduğu traktordan istədiyini bildirmiş və Pərviz ona həmin traktorun Yaponiyada olmasını bildirmişdir. Pərviz əvvəlcə ona 15000 manat beh ödəməyi demiş, həmin traktorun Yaponiyada olduğunu, traktoru Azərbaycana gətirməsi və alacağına əmin olması üçün beh istəmişdir. Danışığında o, Pərvizə “Tap.az” saytında yerləşdirdiyi elanda gördüyü traktoru almaq istədiyini bildirmiş və Pərvizə 15000 min deyil, 7000 manat beh verə biləcəyini dedikdən sonra Pərviz ona bildirmişdir ki, 7000 manat beh verdikdən sonra həmin traktoru gətirəcəkdir. Öz aralarında razılaşmışlar. Bundan sonra o, İmişli rayonuna qaydıb ödəmə aparatları vasitəsi ilə 7000 manatı ödəyəcəyini demişdir. O, yaşadığı İmişli rayonuna qayıtmış və xx.xx.2023-cü il tarixdə İmişli şəhəri, 28 may küçəsində yerləşən Yusif marketdə yerləşən “Mpay” ödəmə terminalı vasitəsi ilə 5000 manat pulu saat 19:44 radələrində Təqsirləndirilən şəxs 4169 7388 2277 2087 saylı hesab kartına, bir neçə gün sonra “Birbank” vasitəsi ilə 1150 manat və 850 manat olmaqla Təqsirləndirilən şəxs həmin bank kartı hesabına göndərmiş və ümumilikdə Təqsirləndirilən şəxs 7000 manat pul göndərmişdir. O, Pərvizə pulu göndərdikdən sonra Pərvizlə əlaqə saxlamış, Pərviz ona 7000 manat pulu qəbul etdiyini bilrmişdir. Ondan sonra Pərviz ona demişdir ki, o, söz verdiyi və saytda yerləşdirdiyi traktoru bir aya Yaponiyadan gətirib 130000 min manata ona təhvil verəcək. Bir aydan sonra, yəni xx.xx.2023-cü il tarixdə Pərviz istifadə etdiyi mobil telefonun “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng edib ondan əlavə 1500 manat pul göndərməyi, traktorun artıq Gürcüstan Respublikasında olmasını, evakuatorla Gürcüstandan Azərbaycana gəldiyini və Karqo şirkətinə 1500 manat ödəniş etmək üçün pul istədiyini bildirmiş və traktorun şəklini ona göndərmişdir. O, Pərvizin bildirdiyi “Karqo” ödənişi sözündən sonra ondan şübhələnmiş, ondan traktorun harada və hansı ölkədə olmasını, hansı maşınla gəməsini və evakuatorun nömrəsini də ona çəkib atmasını istəmişdir. Pərviz danışmaqdan yayındığını hiss etmiş və ona demişdir ki, traktoru təhvil verdikdən sonra onun qalan pulunu ödəyəcəkdir. Pərviz onu səhəri günə, yəni xx.xx.2023-cü il tarix üçün Bakı şəhərinə dəvət etmiş və ona demişdir ki, həmin gün Bakı şəhərindən traktoru ondan təhvil almaq üçün gəlir. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə o, Pərvizlə görüşmək üçün Bakı şəhərinə getmiş, Pərvizin istifadə etdiyi mobil telefonuna zəng etmiş, lakin Pərvizə zəng çatmamış, Pərvizlə əlaqə saxlaya bilməmişdir. Bir neçə gün Pərvizin mobil telefonlarını yığmış, lakin sonuncunun mobil nömrələrinə zəng çatmadığına görə onunla danışa biməmişdir. Sonradan Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüş və anlamışdır ki, Pərviz ona gah traktorun Gürcüstan Respublikasının Poti limanında olduğunu, gah yolda olduğunu, gah Ukrayna Respublikasında müharibə olduğunu, Azov dənizinin bağlı olduğunu bildirib onu aldadırmış. Həmçinin əlavə olaraq 1500 manat da pul istədiyindən və traktorun karqoda olduğunu dediyindən onun yalançı olduğunu və aldadıldığını həmin zaman başa düşmüşdür. Belə ki, karqo şirkəti ilə ağır texnikalar deyil, mal-materiallar göndərildiyindən Pərvizin yenidən ona qarşı dələduzluq etməsindən şübhələnmiş, əlavə olaraq Pərvizə 1500 manat pulu göndərməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2006-cı ilədək Bakı vaqon deposunda müxtəlif vəzifələrdə işləmiş və 2010-cu ildən təqaüdə çıxmışdır. X9 uzun müddətdir ki, tanıyır. 2022-ci ildə Fizuli ona birlikdə heyvandarlıqla bağlı iş görməyi təklif etmişdir. Bu qaydada 2022-ci ilin avqust ayının əvvəllərində kredit götürüb birgə iş görə bilmələri üçün Fizuli Aliyevin internet saytında olan elan vasitəsi ilə tanış olduğu, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə ilk dəfə digər şərikləri olacaq Zərərçəkmiş şəxs4, eləcə də tanışı X13 yanında ünvan 5 ünvanında yerləşən “Ləziz ev yeməkləri" kafesində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs özünün kredit mütəxəssisi olduğunu bildirməklə aşağı faiz dərəcəsi ilə kənd təsərrüfatı üçün kredit götürməkdə kömək edə biləcəyini demişdir. Bu müraciətin olunması üçün onlardan 1.500 manat pul istəmiş və həmin görüş zamanı Fizuli Alıyev 1.500 manat məbləğdə pulu onların yanında əlbəǝl formada Təqsirləndirilən şəxs vermişdir. Bundan təxminən bir həftə sonra Təqsirləndirilən şəxsla yenidən qeyd olunan "Ləziz ev yeməkləri" adlı restoranda görüşmüşlər. Orada Təqsirləndirilən şəxs kredit müraciəti üçün girova ev qoymağın məsləhət olduğunu bildirmişdir. Bu məqsədlə o, özünə məxsus ünvan 6 ünvanını girov qoymağa razılaşmışdır. Ancaq sonrakı görüşlər zamanı Təqsirləndirilən şəxs evin qeydiyyatında olan keçmiş arvadı və qızının kredit götürülməsinə mane olacağını deməklə onlardan əlavə pul istəmişdir. Pərvizə inanmışlar və Fizuli Alıyev xatırlmadığı məbləğdə pulları ona vermişdir. Bundan sonrakı görüşdə isə o, Təqsirləndirilən şəxs 600 manat məbləğində pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, əmisi oğlu X25 və dostu Zərərçəkmiş şəxs5 Cümşüd oğlu ilə şərik kimi iribuynuzlu və xırdabuynuzlu heyvanların alqı-satqısı və saxlanması sahəsində fəaliyyət göstərir. Bu qaydada 2022-ci ilin iyul ayında şərik olaraq işləmələri və heyvanların alqısatqısı, saxlanması üçün sərmayə üçün pul lazım olmuşdur. Buna görə də kredit müraciəti edə bilmək üçün internetdə yerləşdirilmiş elanlara baxmışdır. Həmin vaxtlarda gördüyü elanların birində kredit mütəxəssisi olaraq qeyd olunmuş telefon nömrələrindən biri ilə əlaqə saxlamışdır. Zəngə cavab verən və sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona özünü kredit mütəxəssisi olaraq təqdim etmiş və birlikdə görüşmək barədə razılaşmışlar. İlk dəfə 2022-ci ilin avqust ayının avvəllərində ünvan 5 ünvanında yerləşən "Ləziz ev yeməkləri" kafesində görüşmüşlər. Görüşə şərikləri sayılan doğma ǝmisi oğlu Zərərçəkmiş şəxs4, dostu Zərərçəkmiş şəxs5 Cümşüd oğlu və başqa bir dostu X22 da gəlmişdir. Birlikdə Təqsirləndirilən şəxsla söhbət etmişlər və Pərviz söhbət zamanı özünün kredit mütəxəssisi olduğunu, iş görməsi üçün aşağı faiz dərəcəsi ilə lazımi məbləğdə kredit götürməyə kömək edə biləcəyini demişdir. O və şərikləri Pərvizə təqribən 40.000 manat kredit götürmək istədiklərini demişlər. O isə heç bir narahatlığa əsas olmadan həmin məbləği kənd təsərrüfatı üçün illik 6-7 faiz dərəcəsi ilə hesablanmaqla alacağına kömək edəcəyini vəd vermişdir. Ancaq bunun üçün bankların birinə müraciət edəcəyini və həmin müraciət edəcəyi banka 1.500 manat məbləğdə pul verməli olduğunu bildirmişdir. Pərvizə inanmış və ilk dəfə özü 1.500 manat məbləğdə pulu Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Arif Axundovun yanında əlbəəl formada Perviz Əzimova vermişdir. Pərviz pulu aldıqdan sonra gözləməli olduğunu demişdir. Bundan təxminən bir hefte sonra Perviz Əzimovla yenidən qeyd olunan "Leziz ev yeməkləri" adlı restoranda görüşmüşlər. Orada Təqsirləndirilən şəxs kredit müraciəti üçün girov ev qoymağın məsləhət olduğunu bildirmişdir. Şərik olduqları üçün Zərərçəkmiş şəxs5 Cümşüd oğluna məxsus ünvan 7 ünvanını girov qoymağı düşünmüşlər. Perviz Əzimova inandığı üçün onun dediyi ilə razılaşmış və Zərərçəkmiş şəxs5 qeyd olunan mənzilə dair sənədləri Pərvizə teqdim etmişdir. Bundan sonrakı günlər isə Perviz Əzimovla yenidən eyni məkanda görüşmüş və 2022-ci ilin avqust ayının ortalarında girov qoymaq istədikləri evin qeydiyyatında olan Zərərçəkmiş şəxs5 keçmiş arvadının icazəsinin tələb olunduğunu bildirmişdir. Onun razılığı olmayacaqsa əlavə 500 manat pulun da verilməli olduğunu deyən Təqsirləndirilən şəxs eyni dostların iştirakı ilə 500 manat da pul vermişdir. Təqribən iki gün sonra, avqust ayının ortalarında Perviz Əzimov eyni yerdə onlarla təkrar görüşmüş və bildirmişdir ki, evin qeydiyyatında Zərərçəkmiş şəxs5 qızı da mövcuddur və onun da razılığı tələb olunur. Lakin bu dəfə 950 manat məbləğdə pul istəmiş və Pərvizə inandığı üçün etiraz etməmişdir. Eyni qaydada qeyd olunan restoranda Təqsirləndirilən şəxs əlavə olaraq özündən 950 manat məbləğdə pul da vemişdir. Ancaq bir neçə gün sonra, daha dəqiq 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxsla yenə eyni restoranda görüşmüş və o, kredit məsələsinin həll olunmaq üzrə olduğunu, lakin az məbləğdə verilə biləcəyini bildirmişdir. Məbləğin 75.000 manat civarında olması üçün əlavə olaraq 500 manat istəmiş və bu dəfə Alıyev X19 500 manat məbləğdə pul vermişdir. Bundan bir neçə gün sonra, 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs girov qoymaq istədikləri mənzilin köhnə tikili olmasını bəhanə edərək kredit verən bankla razılaşdırmaq adı ilə yenidən pul verməyi tələb etmiş və bu adla bu dəfə Zərərçəkmiş şəxs5 Cümşüd oğlundan 600 manat məbləğdə pul almışdır. Qeyd olunan yolla hər dəfə bir cür adla Pərviz pulu almış və onlara bir müddət gözləməli olmalarını demiş və sonradan zənglərə cavab verməyərək yayınmışdır. Beləliklə Pərvizin aldatmaqla onlardan pul almasını başa düşmüş və bu barədə bir müddət sonra polisə müraciət etmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, fərdi olaraq müxtəlif şəxslərə məxsus traktorları idarə edir. Buna görə də özünə şəxsi traktor almaq istəmiş, lakin pulu olmadığı üçün kredit yolu ilə ilə götürmək istəmişdir. 2023-cü ilin may ayında Bakı şəhərində ağır texnikaların alqı-satqısı ilə məşğul olan Allahverdi adlı şəxslə danışaraq traktor almaq istədiyini demişdir. Allahverdi onu Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi ərazisinə apararaq orada bir nəfər şəxsin satdığı traktoru göstərmişdir. Traktorun sahibi ilə traktoru 43000 manata almağa razılaşmışdır. Lakin pulu olmadığı üçün bankdan kredit götürdükdən sonra ala biləcəyini demişdir. Bundan bir neçə gün sonra Allahverdi ona zəng vuraraq kreditə pul tapıbtapmadığını soruşmuş, o da bankdan pul götürə bilmədiyini dedikdə, Allahverdi Pərvizin bankdan kreditlə pul götürməyə kömək edə biləcəyini deyib, Pərvizin nömrəsini ona vermişdir. O, 16 may 2023-cü il tarixdə Pərvizin ***-***-**-** vo ***-***-**-** nömrələri ilə danışıb həmin gün axşam Abşeron rayonu, Xırdalan şəhərində yerləşən poçtun qarşısında Pərvizlə görüşmüşdür. Həmin vaxt dostu Afiq də yanında olmuşdur. Pərviz həyat yoldaşının “Beynəlxalq Bank”da işlədiyini və kreditlə pul götürməkdə köməklik edə biləcəyini demişdir. Pərviz 40.000 manat kredit götürmək üçün bank işçilərinə 1000 manat pul vermək lazım olduğunu demişdir. Pərviz banka girov kimi ev qoymaq lazım olduğunu demiş, o da qaynanası X6 məxsus Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən evi girov qoya biləcəyimi demişdir. İlk olaraq müvafiq sənədlərin şəklini Pərvizə göndərmiş, Pərviz ona 40.000 manat pul verilə biləcəyini demişdir. Pərvizlə razılaşmış və Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”in 4169 7388 2277 2087 nömrəli kartının şəklini ona göndərib həmin karta 1000 manat göndərməsini istəmişdir. Həmin vaxt Zəngilan rayonunda işləyən qardaşı X14 öz bank kartından Pərvizin bank kartına 1000 manat pul göndərmişdir. Pərviz də pulun ona çatdığını və artıq işə başladığını demişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Pərviz əlavə 200 manat pul göndərməyi istəmişdir və qardaşı yenə Parvizin kartına 200 manat pul göndərmişdir. Pərviz səhəri gün əlavə olaraq 100 manat lazım olduğunu demiş və dostu İlkin özünə məxsus “Kapital Bank”ın 4169 7388 2182 3121 nömrəli kart hesabından Pərvizin həmin bank kartına 100 manat pul göndərmişdir. Bundan sonra hər dəfə pul lazım olduğunu deyərək hissə-hissə ondan pullar istəmiş və həmin pulları da ona göndərmişdir. Belə ki, özünə məxsus "xxxx"ın 5261 6333 3318 3003 nömrəli kart hesabından mobil tətbiq vasitəsilə Pərvizin həmin bank kartına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat və həmin ərəfədə yenə 50 manat pul göndərmişdir. Bundan başqa yaşadığı evin yaxınlığında yerləşən “Bravo” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə Pərvizin həmin bank kartına xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə 140 manat pul göndərmişdir. Bundan sonra Pərviz hər dəfə yalan vədlər verərək heç bir kredit düzəltməmiş və pulunu da geri qaytarmamışdır. Buna görə də sonda polisə şikayət etmiş və 1790 manat pulundan Pərviz onun 800 manat pulunu geri qaytarmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu atasının vasitəsi ilə tanımışdır. Belə ki, o və qardaşı Şamil Bakı şəhərində yaşayıb işlədikləri üçün Bakı şəhərindən kreditlə ev almaq istəyirmiş. Onlara bu fikri valideynləri bildirmişlər. Evi qardaşının adına almağı fikirləşirmişlər. 2022-ci ilin təxminən noyabr ayında atası ona zəng edib Pərviz adlı bir nəfərlə tanış olduğunu və həmin şəxsin Bakı şəhərində güzəştli şərtlərlə ev almaqda köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, həmin Pərviz adlı şəxslə Bakı şəhərində atası ilə birlikdə görüşmüşdür. Pərviz bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən MİDA sosial evlərdə iki otaqlı ev almaq üçün köməklik edə bilər. Bunun üçün ilkin olaraq 1500 manat pul lazımdır. O, Pərvizə əvvəlcə evi görmək istədiyini bildirmişdir. Pərviz isə demişdir ki, 2023-cü ilin fevral ayında evlər təhvil veriləcək və həmin vaxt aldığı evi ona göstərəcək. Pərvizin sözü ilə razılaşmışdır. Atası rayona qaytmışdır. Bundan sonra atası ilə danışdığı kimi evdə olan və göndərdiyi 1000 manat pulu Pərvizə verməsini istəmiş, yaşadığı Göyçay rayonu İnçə kəndində Pərviz onlara gəlmiş, atası Şirzadla görüşmüş və 1000 manat pulu ondan götürmüşdür. Əlavə olaraq işləyib qacancından evə göndərdiyi 400 manatı Pərvizə verməsini atasına bildirmiş, atası Şirzad da Pərvizlə xx.xx.2022-ci iil tarixdə danışıb onun 416979******7384 saylı "xxxx" ASCyə məxsus kart hesabına Göyçay şəhəri İnçə kəndində yerləşən «Al» marketdə olan «e Manat» ödəniş sistemi vasitəsi ilə göndərmiş və həmin qəbzi də ifadəsinə əlavə etmək üçün təqdim etmişdir. Son olaraq isə özü Pərvizlə danışmış və onunla danışığında 1500 manat olan puldan 100 manat qaldığı üçün qardaşı Şamil Qocayevə bildirmişdir ki, Pərvizin onda olan 416979******7384 saylı kart hesabına öz istifadəsində olan mobil telefon vasitəsi ilə 100 manat pul göndərsin. Bundan sonra Şamil mobil telefonunda quraşdırdığı "xxxx" bankına aid olan 4098 5844 6289 7339 plastik bank kartından mobil telefonu vasitəsi ilə 100 manatı da Pərvizə göndərmişdi Pərviz həmin pulun ona çatdığını bildirmişdir. Həmin kart hesabının nömrəsini ifadəsinə əlavə etmək üçünn təqdim edir. Bundan sonra Pərviz ona “Asan” xidmətə getməyi və orada Asan imza açdırmağı və Asan imza açılması barədə sənədin surətini ona göndərməyi, həmin Asan imza vasitəsi ilə ipoteka kreditinin rəsimləşəcəyini demişdir. O da Bakı şəhərində Əzizbəyov metrostansyasının yaxınlığında yerləşən Asan xidmət mərkəzinə getmiş, orada Asan imza açdırmış və həmin sənədin surətini Pərvizə göndərmişdir. Pərviz ondan yenə 50 manat pul istəmiş, o isə həmin 50 manatı Pərvizə göndərməmiş və onun artıq dələduz olmasını başa düşmüş və pulu ondan geri qaytarmasını istəmişdir. Pərviz Pulu qaytarmadığı üçün atası Şirzad Pərvizin barəsində şikayət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bağban olaraq işləsə də, əlavə qazanc əldə etmək məqsədi ilə doğma əmisi oğlu X11 və dostu Zərərçəkmiş şəxs5 Cümşüd oğlu ilə birlikdə heyvandarlıq işi ilə məşğul olmaq istəmişlər. Ancaq bunun üçün xeyli məbləğdə pul tələb olunduğundan kredit müraciəti etmək fikrində olmuşdur. Bu məqsədlə internet vasitəsi ilə 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş qohumu X12 ilk dəfə 2022-ci ilin avqust ayının ortalarında ünvan 5 ünvanında yerləşən "Ləziz ev yeməkləri” kafesində o, Zərərçəkmiş şəxs5 yanında Pərvizlə görüşmüşdür. Beləliklə həmin görüş zamanı şərikləri sayılan doğma ǝmisi oğlu Zərərçəkmiş şəxs6 Şapələng oğlu, dostu Zərərçəkmiş şəxs5 Cümşüd oğlu və başqa bir dostu X13 iştrakı ilə Təqsirləndirilən şəxs kredit mütəxəssisi olaraq özünü təqdim etmiş, aşağı faiz dərəcəsi ilə lazımi məbləğdə kredit götürməyə kömək edə biləcəyini bildirmişdir. Bunun üçün bankların birinə müraciət edəcəyini və 1.500 manat məbləğdə pulun əvvəlcədən tələb olunduğunu demişdir. Təqsirləndirilən şəxs sözünə inanmışlar və ilk dəfə əmisi oğlu Fizuli Alıyev 1.500 manat məbləğdə pulu hər birinin iştirakı ilə əlbəǝl formada Təqsirləndirilən şəxs vermişdir. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxsla yenidən “Ləziz ev yeməkləri" adlı restoranda görüş zamanı Pərviz, kredit müraciəti üçün girov ev qoymalı olduğunu demişdir. Orada Zərərçəkmiş şəxs5 Cümşüd oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 nömrəli mənzili girov qoymaq barədə razılaşmışlar. Perviz Əzimova etibar edərək daha sonra yenidən bir neçə dəfə onunla eyni məkanda görüşmüşlər. 2022-ci ilin avqust ayının ortalarında görüşdüyü vaxt Təqsirləndirilən şəxs girov qoymaq istədikləri evin qeydiyyatında Zərərçəkmiş şəxs5 keçmiş arvadının olmasının problem yaradacağını demiş, onun razılığının tələb olunduğunu bildirmiş və bununla razılaşmadıqları halda banka əlavə 500 manat da verməli olduğunu izah etmişdir. Pərvizə inandıqları üçün yenidən əmisi oğlu Fizuli Alıyev 500 manat pulu Pərvizə vermişdir. Daha sonrakı görüşlərində və avqust ayının ortalarında eyni restoranda Təqsirləndirilən şəxs bu dəfə girov qoyulan evdə Zərərçəkmiş şəxs5 qızının qeydiyyatda olmasını bəhanə edərək 950 manat da pul istəmişdir. Əmisi oğlu Fizuli Alıyev həmin pulu da yanlarında Təqsirləndirilən şəxs əlbəǝl vermişdir. Bundan bir neçə gün sonra, daha dəqiq 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxsla yenə eyni restoranda görüşmüşlər və Pərviz kredit məsələsinin həll olunmaq üzrə olduğunu, lakin az məbləğdə pul verilə biləcəyini bildirmişdir. Məbləğin 75.000 manat civarında olması üçün əlavə olaraq 500 manat da pul istəmiş və bu dəfə ona yenə əmisi oğlu Fizuli Alıyev dostları Zərərçəkmiş şəxs5 və Arif Axundovun yanında 500 manat məbləğində pul vermişdir. Bundan bir neçə gün sonra, 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs girov qoymaq istədikləri mənzilin köhnə tikili olmasını deyib kredit verən banka əlavə 600 manat məbləğdə pul verməli olduğunu izah etmişdir. Budnan sonra Nəcəfov X16 Əzimova 600 manat məbləğdə pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr uydurmaqla onlara gözləməyi bildirmiş və bir müddət sonra polisə aldadılaraq pullarının Təqsirləndirilən şəxs tərəfindən alınması ilə əlaqədar ərizə yazmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, vərəq 100); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, vərəq 136); İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(036)-33/2024 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 2, vərəq 49); İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(036)-33/2024 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 2, vərəq 43-49); Bank çıxarışına baxış keçirilməsi haqqında 04 may 2024-cü il tarixli protokoldan görünür ki, 30 noyabr 2023-cü il tarixdə “Kapital Bank”dan daxil olmuş CD diskdə olan və çap edilərək cinayət işinə əlavə olunmuş çıxarışa baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan Kapitalbank” ASC-yə aid 4169 7388 2277 2087 nömrəli bank kartına Zərərçəkmiş şəxs1 qardaşı X8 16 may 2023-cü il tarixdə "xxxx" ASC-yə aid bank kartından köçürdüyü 1000 (min) manat, 20 may 2023-cü il tarixdə köçürdüyü 200 (iki yüz) manat, 5 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Abşeron rayonunda yerləşən “Bravo” marketdə quraşdırılmış “e-Manat” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 100 (yüz) manat və “Milliön” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 200 (iki yüz) manat, 7, 15 və 17 iyun 2023-cü il tarixlərdə "xxxx" ASC-yə aid 5261 6333 3318 3003 nömrəli bank kartından hər dəfə 50 (əlli) manat olmaqla köçürdüyü 150 (yüz əlli) manat, 19 iyun 2023-cü il tarixdə “Milliön” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 140 (yüz qırx) manat pulu zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən köçürülməsi və sonuncunun ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdır. (cild 2, vərəq 50); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12) və zərərçəkmiş şəxslərə vurduğu ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran (CM-nin 61-ci maddəsində göstərilən) hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək və 02 may 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 4 (dörd) ay 12 (on iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclasında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 11 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-52/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-52/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver