Məhkəmə qərarları › İş №1(036)-53/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-53/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-53/2021 31.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X4, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi «Hyundai HD120» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60 kilometr sürətlə hərəkətdə olan zaman, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, nasazlıq hesab olunan avtomobilin şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1 mm-dən az olduqda həmin nasazlıq aradan qaldırılmalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və həmin Qanuna olunmuş 1 saylı əlavənin 5-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə cinayətkarcasına etinasızlıq edərək, Bəhrəmtəpə-İmişli yolunun Rəsullu kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən, yaş asfalt üzərində əyləcdən istifadə edib idarə etdiyi avtomobil yolun hərəkət hissəsində sola tərəf olan istiqamətdə sürüşərək fırlanmış, avtomobil kuzov hissəsinin sağ tərəfi ilə qarşıdan - yolun əks istiqaməti ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Moskviç» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ön hissəsindən çırpılmış və nəticədə ehtiyatsızlıqdan sonuncunun az ağır dərəcəli bədən xəsarəti, həmin avtomobildə olan sərnişin X2 yüngül dərəcəli bədən xəsarəti, sərnişin Zərərçəkmiş şəxs10 yüngül dərəcəli bədən xəsarəti, sərnişin Zərərçəkmiş şəxs4 yüngül dərəcəli bədən xəsarəti, sərnişin Zərərçəkmiş şəxs5nın az ağır dərəcəli bədən xəsarəti, sərnişin Zərərçəkmiş şəxs6 yüngül dərəcəli bədən xəsarəti, sərnişin Zərərçəkmiş şəxs3 yüngül dərəcəli bədən xəsarəti, sərnişin Zərərçəkmiş şəxs2 ağır dərəcəli bədən xəsarəti almasına, eləcə də «Moskviç» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi X6 2632 manat və «Hyundai HD120» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs8 580 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, Bakı şəhərində yerləşən “xxxx” MMC şirniyyat fabrikində sürücü işləmiş və fabrik tərəfindən ona “Hyundai HD120” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili təhkim olunmuşdur. O, həmin yük avtomobili ilə rayonlararası şirniyyat sifarişini sürücü köməkçisi Kamran İbrahimovla birlikdə daşıyırmış. 04 dekabr 2020-ci il tarixdə saat 21 radələrində o, Fizuli rayonunda sifarişləri təhvil verdikdən sonra Kamranla birlikdə İmişli rayonu istiqamətində gəlirmişlər. Həmin vaxt yağış yağdığından asvalt yaş vəziyyətdə olmuşdur. O, İmişli rayonunun Rəsullu kəndi ərazisindən keçən asvalt yolla avtomobili yaxın işıqları yanılı vəziyyətdə təxminən 50-60 km/saat idarə edən zaman qarşısında «VAZ-21011» markalı minik avtomobilinin hərəkət etdiyini görmüşdür. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 «Moskviç» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yolun əks istiqamətində, yəni İmişli rayon mərkəzindən Rəsullu-Göbəktala kəndi istiqamətində hərəkət edirmiş. Hərəkət zamanı «VAZ-21011» markalı avtomobil onun idarə etdiyi avtomobildən təxminən 100-110 metr aralı məsafədə qarşıda düzünə hərəkət edirmiş. O, «VAZ-21011» markalı avtomobilin tormoz işığının yandığını görüb, həmin avtomobilin dayanacağını güman etdiyi üçün idarə etdiyi yük avtomobilinin sürətini azaltsın deyə əyləc pedalına basmışdır. Bu zaman idarə etdiyi avtomobil öz yolunun hərəkət hissəsində sürüşməyə başlamış və o, avtomobili saxlamağa çalışsa da saxlaya bilməmişdir. İdarə etdiyi yük avtomobili yolun hərəkət hissəsindən əks istiqamətə, yəni sola tərəf sürüşərək fırlanmış və yük yerinin sağ dəmir hissəsi əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi «Moskviç» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön hissəsinə çırpılmış və zərbənin təsirindən idarə etdiyi avtomobil dayanmışdır. O və Kamran avtomobildən yerə düşərkən Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə olan sərnişinlərin xəsarət aldıqlarını görmüşlər. Bundan sonra hadisə yerinə təcili tibbi yardım və yol polisi əməkdaşları gəlmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmiş və onlarla barışmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 15 il əvvəl İmişli rayonunun Məzrəli kənd sakini Tahir Məmmədovdan «Moskviç» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil kabinədən və arxa yük yeri dəmir karkasla düzəldilmiş kuzov hissədən ibarət olmuşdur. Həmin avtomobili idarə etmək üçün etibarnamə almamış və həmçinin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də olmamışdır. 04 dekabr 2020-ci il tarixdə o, ailə üzvləri və qohumları ilə birlikdə yaşadığı İmişli rayonunun Qaragüvənlikli kəndindən Rəsullu kəndində yaşayan qohumunun evinə qonaq getmişlər. Həmin gün saat 21 radələrində o, ailə üzvləri və qohumları ilə birlikdə qonaq getdikləri evdən çıxıb idarə etdiyi «Moskviç» markalı avtomobillə Rəsullu kəndi ərazisində torpaq yoldan asvalt yola çıxıb Rəsullu-Göbəktala kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt yağış yağdığından asvalt örtüyü yaş vəziyyətdə olmuşdur. Həmin vaxt o sükan arxasında, arvadı Aygün, qardaşı arvadı Aytel, azyaşlı oğlu Sadiq və qardaşı Müslümün azyaşlı oğlu Hüseyn avtomobilin kabinəsində, qardaşı Müslüm, qohumları Zeynəb və Fərhad Gülmalıyevlər isə avtomobilin arxa kuzov hissəsində oturmuşlar. O, təxminən 1-2 km yol qət etdikdən sonra qarşıdan yolun əks istiqaməti ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs yük avtomobili ilə İmişli rayon mərkəzi istiqamətində hərəkət etdiyini görmüşdür. Yük avtomobilinə yaxınlaşmağa az qalmış Təqsirləndirilən şəxs avtomobilin əyləcindən istifadə etdiyindən avtomobil yolun hərəkət hissəsində fırlanaraq onun hərəkət zolağına tərəf gəlmiş, yük avtomobili arxa tərəfdən onun idarə etdiyi avtomobilin ön hissəsindən çırpılmış və sağ tərəfdən kuzov hissəsi onun idarə etdiyi avtomobilin üzərinə tərəf aşaraq dayanmışdır. Həmin vaxt o və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlmişlər. Hadisə yerində olan tanımadığı şəxslərin köməyi ilə yük avtomobilini onun idarə etdiyi avtomobilin üzərindən qaldırmışlar. Bundan sonra o və avtomobildə olan sərnişinlər hadisə yerindən xəstəxanaya aparılmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, X4 və Zərərçəkmiş şəxs10 işin hallarına dair zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, mərhum atası X8 təxminən 15 il əvvəl özünə məxsus «Moskviç» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli rayonunun Qaragüvəndikli kənd sakini Zərərçəkmiş şəxs1 satmış və alqı-satqı zamanı da sonuncuya etibarnamə verməmişdir. Hadisədən sonra ona «Moskviç» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin həqiqi sahibi Zərərçəkmiş şəxs1 həmin avtomobillə yolnəqliyyat hadisəsi törətdiyini bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş və ondan heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclsında iştirak edə bilməyəcəyini, “Hyundai HD120” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ona məxsus olduğunu, həmin avtomobili idarə etmək üçün Bakı şəhər sakini Təqsirləndirilən şəxs etibarnamə əsasında verdiyini, yol-nəqliyyat hadisəsi zamanı ona vurulmuş maddi ziyanın sonuncu tərəfindən tam ödənildiyini və ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Bakı şəhərində yerləşən «xxxx» MMC şirniyyat fabrikində sürücü köməkçisi işləmiş və fabrik tərəfindən Təqsirləndirilən şəxs təhkim olunmuş «Hyundai HD120» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə fabrikin sifarişlərini sonuncuyla birlikdə rayonlara aparırlarmış. 04 dekabr 2020-ci il tarixdə saat 21 radələrində Fizuli rayonunda mağazalara sifarişləri çatdırdıqdan sonra İmişli rayon mərkəzi istiqamətində hərəkətdə olarkən o, avtomobildə sərnişin yerində yatıbmış. Qəfildən avtomobilin maneəyə çırpıldığını hiss etmiş və zərbənin təsirindən oyanmışdır. Oyandıqdan sonra avtomobilin yolun hərəkət hissəsində qarşıdan gələn digər nəqliyyat vasitəsinə çırpıldığını görmüşdür. Avtomobildən yerə düşdükdən sonra o və Samir digər nəqliyyat vasitəsində olan sürücü və sərnişinlərin yaralı vəziyyətdə olduqlarını görmüşlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Məhkəmə - Tibbi Ekspertiza və X9 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 14 yanvar 2021-ci il tarixli, 13 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər – sağ diz qapağının qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sağ İV-V-ci qabırğaların qapalı sınığı, üst dodağında yara, burnunda, sağ əlində və sağ dizində səthi sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 dekabr 2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə - Tibbi Ekspertiza və X9 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 14 yanvar 2021-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarətlər – burun sümüyünün yerini dəyişməyən sınığı, alın nahiyəsində ortada və burnun sol qanadında yaralar, boynun əzələ-bağ aparatının gərilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 dekabr 2020-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə - Tibbi Ekspertiza və X9 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 14 yanvar 2021-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs10 aşkar edilmiş xəsarətlər – sağ təpə nahiyəsində yara və hemotoma, döş qəfəsinin və sağ baldır nahiyəsinin yumşaq toxumalarının əziyi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 dekabr 2020-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə - Tibbi Ekspertiza və X9 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 14 yanvar 2021-ci il tarixli, 16 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 aşkar edilmiş xəsarətlər – sağ təpə nahiyəsində yara və hemotoma, bel-omba nahiyəsində yumşaq toxumaların əziyi və əzələ-bağ aparatının gərilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 dekabr 2020-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə - Tibbi Ekspertiza və X9 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 14 yanvar 2021-ci il tarixli, 23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 aşkar edilmiş xəsarətlər – sifətin sol hissəsində sol gözün içəri bucaq nahiyəsindən sol burun-dodaq büküşünə kimi davam edən yara, sol göz yuvası ətrafında hematoma, sağ haymor sinusunun aşağı yan divarının basılmış qəlpəli sınığı, həmin sinusun ön divarının sol intraorbital kənara keçən sınığı, sol orbitanın bayır divarının sınığı, burun çəpərinin sümük hissədən sınığı, hər iki tərəfdə, xüsusən sağda burun sümüyünün minimal basılmış sınığı, sol almacıq-alın tikişinin travmatik aralanması və sol almacıq qövsünün yerdəyişməmiş sınığı, etmoidal labirintin sol hücrələrində sınıqlar, travmatik etmoidal iki tərəfli frontal hemosinusit, sol gözdə travmatik ptoz, sağ dirsək sümüyünün dirsək çıxıntısının yerini dəyişmiş qapalı sınığı, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 dekabr 2020-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə - Tibbi Ekspertiza və X9 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 14 yanvar 2021-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 aşkar edilmiş xəsarətlər – alın nahiyəsində qaşarası sahədə, sol gözün altında, sol gözün bayır bucaq nahiyəsində yaralar, göz yuvası ətrafda və alın nahiyəsində hematoma, baş beyin silkələnməsi halında qapalı kəllə beyin travması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 dekabr 2020-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə - Tibbi Ekspertiza və X9 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 09 fevral 2021-ci il tarixli, 82 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 aşkar edilmiş xəsarətlər – alın nahiyəsində sağda, sağ gözün üst qapağında, sağ gözün altında, sağ burun-dodaq büküşü nahiyəsində, üst dodağın dəri hissəsində solda, çənəaltı nahiyədə solda yaralar, sağ göz yuvası ətrafında və alın nahiyəsində hematoma, baş beyin silkələnməsi halında qapalı kəllə beyin travması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 dekabr 2020-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə - Tibbi Ekspertiza və X9 Publik Huquqi şəxsin İmişli rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 09 fevral 2021-ci il tarixli, 83 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər – sol diz qapağının altında, sol baldırın yuxarı və orta 1/3-nin ön səthində yaralar, sağ orbita ətrafı və sağ almacıq nahiyələrində hematoma, sol baldır sümüklərinin (sol incik sümüyünün yuxarı 1/3-nin və sol qamış sümüyünün orta 1/3-nin) qəlpəli, yerini dəyişmiş açıq sınığı, sağ haymor sinusunun aşağı yan və ön divarının sınığı, sağ orbitanın bayır divarının sınığı, sağ almacıq-alın tikişinin travmatik aralanması, sağ gicgah sümüyünün pulu hissəsinin ön aşağı hissəsindən kəllə əsasına stenoidal sümüyün qismən böyük qanadına keçən sınığı, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 dekabr 2020-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə yol - nəqliyyat hadisələri ekspertizasının 12 fevral 2021-ci il tarixli, 8/207 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən tədqim olunmuş məlumatlara əsasən “«Hyundai HD120»” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1 mm-dən az olduğu vəziyyətdə idarə etdiyi şəraitdə, onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavənin 5-ci hissəsinin 1-ci bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. İmişli “xxxx” MMC-nin 16 yanvar 2021-ci il tarixli 05 nömrəli zərər aktından görünür ki, Moskviç markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 2632 manat ziyan vurulmuşdur. İmişli “xxxx” MMC-nin 16 yanvar 2021-ci il tarixli 31 nömrəli zərər aktından görünür ki, Hyundai HD120 markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 580 manat ziyan vurulmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 04 dekabr 2020-ci il tarixli, 683 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi İmişli Regional Qİ və TB şöbəsinin 08 yanvar 2021-ci il tarixli 016-308-6-1221 nömrəli məktubunda göstərilmişdir ki, kompüter-məlumat bazasına əsasən Bakı şəhər sakini Təqsirləndirilən şəxs 08.06.2020-ci il tarixdə “BC” kateqoriyalı AF-504070 nömrəli sürücülük vəsiqəsi verilmişdir və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi İmişli Regional Qİ və TB şöbəsinin 08 yanvar 2021-ci il tarixli 016-308-5-1221 nömrəli məktubunda göstərilmişdir ki, Moskviç markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 03.09.2002-ci il tarixdən İmişli rayonunun Məzrəli kənd sakini X5 mülkiyyətindədir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, dəymiş ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, təqsirləndirilən şəxslə barışmışlar, onlara dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur. Beləliklə də məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X4, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ilə barışdıqlarından və sonuncu onlara dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər və həmin dəyişikliklərin 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minməsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 263.1-1-ci maddəsi ilə olan cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilməli və əməlində inzibati xəta tərkibinin əlamətlərinin olubolmaması məsələsinin araşdırılması üçün qəbul edilmiş Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroruna göndərilməlidir. Belə ki, AR CM-nin 263-cü maddəsinin qeydinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X4, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ilə barışdıqlarından və sonuncu onlara dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər və həmin dəyişikliklərin 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minməsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 263.1-1ci maddəsi ilə olan cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub- olmaması məsələsinin araşdırılması üçün qəbul edilmiş Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar