Məhkəmə qərarları › İş №1(036)-53/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-53/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-53/2023 03.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 1996-cı ildə İmişli rayonu, Çahar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmayan, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" məhdud məsuliyyətli cəmiyyətin (bundan sonra MMC) Saatlı rayon filialında müqavilə əsasında kiçik satış nümayədəsi və satış nümayəndəsi vəzifəsində işləyərkən, MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək və tam maddi məsuliyyət daşıması haqqında müqaviləyə əsasən, vəzifəli şəxs kimi işəgötürənin ona verdiyi əmlaka (avadanlığa) qayğı ilə yanaşmalı və ona vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görməli, işəgötürənin ona verdiyi əmlakın (malların) salamatlılığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat verməli, əmlakın (avadanlığın) hərəkəti barədə işəgötürənə müəyyən olunmuş qaydada hesabatlar tərtib və təqdim etməli, iş vaxtı və ya iş vaxtından sonra işəgötürənin tapşırıqlarını icra edərkən qanuna zidd, təqsirli hərəkət və ya hərəkətsizliyi ilə işəgötürənə və ya digər şəxsə hər hansı bir ziyan vurduqda işəgötürən və ya ziyan vurduğu şəxs qarşısında şəxsən tam maddi məsuliyyət daşımalı və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəməli, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəsissəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı olduğu halda, o, öz qulluq mövqeyindən istifadə edərək MMC-nin Saatlı rayon filialında yerləşən anbarından ona təhkim olunmuş P1.02.49.602.001418 nömrəli terminal ilə yazdığı satış fakturaları əsasında sifariş verdiyi müxtəlif növ alkoqollu və digər içkilərin satışını həyata keçirən İmişli rayonu, Çahar kəndi ərazisində yerləşən “Elvin market” adlı satış nöqtəsindən 200 manat, İmişli rayonu, Məzrəli kəndi ərazisində yerləşən “Deyanet market” adlı satış nöqtəsindən 35,40 manat, İmişli rayonu, Xubiyarlı kəndi ərazisində yerləşən “HETEM market” adlı satış nöqtəsindən 900 manat, Biləsuvar rayonu, 1 saylı qəsəbədə yerləşən “İmran qəsəbə 1” adlı satış nöqtəsindən 1381,62 manat, İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən “İlyas market” adlı satış nöqtəsindən 823,42 manat, İmişli şəhəri, L.Vəliyev küçəsində “Zaur market” adlı satış nöqtəsindən 1113,60 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Razi market” adlı satış nöqtəsindən 20 manat, İmişli şəhəri, P.Həsənov küçəsində “Xaleddin market” adlı satış nöqtəsindən 617 manat, İmişli şəhəri ərazisində yerləşən “Nail market” adlı satış nöqtəsindən 40 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Senan market” adlı satış nöqtəsindən 412,70 manat, İmişli şəhəri, L.Vəliyev küçəsində yerləşən “Eli market” adlı satış nöqtəsindən 603.56 manat, “Mehemmed market” adlı satış nöqtəsindən 324,50 manat, İmişli rayonu, Sarıxanlı kəndi ərazisində yerləşən “Malik market” adlı satış nöqtəsindən 5086,15 manat, İmişli rayonu, Qaralar kəndi ərazisində yerləşən “Niyameddin market” adlı satış nöqtəsindən 155,68 manat, İmişli rayonu, Yalavac kəndi ərazisində yerləşən “Mehman market” adlı satış nöqtəsindən 375,68 manat, Biləsuvar rayonu, 4 saylı qəsəbədə yerləşən “Ehmed market” adlı satış nöqtəsindən 394,20 manat, İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Nicat market” adlı satış nöqtəsindən 1022,40 manat, İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən “SERAB EVİ” adlı satış nöqtəsindən 2171,14 manat, İmişli şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən “Nergizim market” adlı satış nöqtəsindən 200 manat, İmişli rayonu, Yalavac kəndi ərazisində yerləşən “Terane market” adlı satış nöqtəsindən 150 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Ramin market şekerzavod” adlı satış nöqtəsindən 400 manat, Biləsuvar rayonu, 1 saylı qəsəbədə yerləşən “İmran m-t Qesebe” adlı satış nöqtəsindən 1300 manat, İmişli rayonu, L.Vəliyev küçəsində yerləşən “Umud market İmisli” adlı satış nöqtəsindən 50 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Kerim market İmisli” adlı satış nöqtəsindən 612,48 manat, İmişli şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən “Ruslan market İmisli” adlı satış nöqtəsindən 550,20 manat, İmişli rayonu, Oruclu kəndi ərazisində yerləşən “Terekeme market Oruclu kendi” adlı satış nöqtəsindən 663,09 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “X11 Xestaxanasinin yanı” adlı satış nöqtəsindən 300 manat, İmişli şəhəri, B.İsmayılzadə küçəsində yerləşən “Vezir market” adlı satış nöqtəsindən 14,40 manat, Biləsuvar rayonu, 3 saylı qəsəbədə yerləşən "xxxx" adlı satış nöqtəsindən 26,70 manat olmaqla, ümumilikdə MMC-yə məxsus 19,943,92 (on doqquz min doqquz yüz qırx üç manat doxsan iki qəpik) manat məbləğində pulu alaraq, MMC-nin xəzinəsinə təhvil verməyib, vahid niyyətlə əhatə olunan qəsdlə ona etibar olunmuş 19,943,92 (on doqquz min doqquz yüz qırx üç manat doxsan iki qəpik) manat pulu, yəni xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talayaraq, öz şəxsi ehtiyaclarına xərcləmiş və "xxxx" MMC-yə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-nin satış Departamentinin kiçik satış nümayəndəsi, daha sonra satış nümayəndəsi vəzifəsinə işə qəbul olunmuş, onunla müvafiq əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsində ilk əvvəl 250 manat, daha sonra isə 400 manat əməkhaqqı nəzərdə tutulmuşdur. O, həmin pulu əməkhaqqı kartından çıxarmışdır. Bundan əlavə ona qeyri-rəsmi olaraq 1200 manat əməkhaqqı verilmiş, həmin pul ona əlbəəl şirkətin Saatlı şəhərində yerləşən ofisində, həmin ofisin xəzinədarı Seymur adlı şəxsin təqdim etdiyi kağızda yazılmış adının və soyadının qarşısından imza çəkərək almışdır. O, faktiki olaraq xx.xx.2021-ci il tarixədək işdə olmuş, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə rəsmi olaraq xitam verilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdə olmamışdır. Satış təmsilçisi kimi vəzifəsi Cəmiyyətə məxsus qida məhsullarını (spirtli içki və limonatlar) təhkim olunmuş ərazi üzrə müqavilələr əsasında satışını icra etmək və əldə olunmuş pul vəsaitlərini xəzinədarlığa ödəmək və sairdən ibarət olmuşdur. MMC-nin iş fəaliyyəti qida məhsullarını demək olar ki, Respublikanın bütün rayonlarında satışını həyata keçirməkdən ibarətdir. Cəmiyyətin Respublikanın rayonlarında bir neçə filialı vardır ki, onlardan biri Saatlı şəhərində yerləşir. Təmsilçi kimi ofisdən sifarişlərə uyğun məhsulları götürdükdən sonra İmişli rayonundan yerləşən marketlərdə satışını həyata keçirmişdir. Təmsilçi ona aid bölgələrdə olan mağazada sifariş qəbul etməklə satışını həyata keçirir. Təmsilçi mağazaya gedib həmin mağazanın səlahiyyətli şəxsi ilə hansı malların lazım olacağı ilə bağlı sifariş götürür və bu sifarişi bölgədəki filiala terminalla ötürür. Şifarişləri isə planşetlə elektron onlayn qaydada qəbul edir və bölgə filialına bildirir. Daha sonra isə həmin sifarişi sürücü və fəhlə anbar transferi ilə qəbul edərək aparıb müştərilərə çatdırır. Təmsilçi mağazalardan satış etdiyi malların puluna özü cavabdehlik daşıyır və pulu müştəridən qəbul edərək bölgə xəzinadarına təhvil verir. Həmçinin anbardan mal çıxarkən iki nüsxədən ibarət qaimə faktura tərtib olunur, qaimə-faturanın 1 nüsxəsi anbarda qalır, bir nüsxəsi isə müştəriyə verilir. Müştəri ödəniş etdikdə müştəriyə qəbz, çek və digər hər hansı sənəd verilməsi nəzərdə tutulmamışdır. Planşetdən müştərinin ödəniş etdiyi mərkəzə bildirilir, daha sonra mərkəzə gedən zaman həmin ödəniş xəzinədara verilir. Ödənişlər yalnız təmsilçilərə edilir, müştəri və təmsilçi ödənişlə bağlı hər hansı qəbzə və ya fakturaya imza atmır. Edilmiş ödənişlər təmsilçi tərəfindən bölgə xəzinədarına təhvil verilir. Məhsulların son istifadə tarixi bitdikdə və ya bitənə yaxın məhsullar anbara təhvil verilir. Bununla bağlı alışdan geri qaytarma fatkurası tərtib edilir. Cəmiyyətdə təmsilçi kimi İmişli rayonları ərazisində yerləşən 40 aktiv müştəri ilə təmsilçi kimi sifarişlər qəbul etmiş, satışını icra etdiyi malları müştərilərə İlkin adlı sürücü və adlarını hazırda xatırlamadığı digər iki sürücü çatdırmışdır. Həmin mallar Bakı şəhərindən gələrək, Saatlı şəhərində yerləşən filialın həyətində sifarişlər üzrə bölünmüşdür. Onlara aylıq ayrı-ayrı hədəflər qoyulmuş, həmin məhsulların satılması məcbur edilmişdir. Belə hədəflər ən azı 13000 manat olmuşdur. İşlədiyi müddətdə ilk-üç ay ərzində heç bir problemi olmamış, sonraki vaxtlarda isə problemləri olduğundan satışını icra etdiyi malların pullarını müştərilərdən alaraq xəzinədarlığa ödəməyərək, mənimsəyib öz şəxsi işlərinə xərcləmişdir. O, MMC-yə məxsus müxtəlif növdə alkoqollu və digər içkilərin satışından nağd olaraq əldə edib MMC-nin xəzinəsinə təhvil verməli olduğu, “Elvin market” adlı satış nöqtəsindən 200 manat, “Deyanet market” adlı satış nöqtəsindən 35.40 manat, “HETEM market” adlı satış nöqtəsindən 900 manat, “İmran qəsəbə 1” adlı satış nöqtəsindən 1381.62 manat, “İlyas market” adlı satış nöqtəsindən 823.42 manat, “Zaur market” adlı satış nöqtəsindən 1113.60 manat, “Razi market” adlı satış nöqtəsindən 20 manat, “Xaleddin market” adlı satış nöqtəsindən 617 manat, “Nail market” adlı satış nöqtəsindən 40 manat, “Senan market” adlı satış nöqtəsindən 412.70 manat, “Eli market” adlı satış nöqtəsindən 603.56 manat, “Mehemmed market” adlı satış nöqtəsindən 324.50 manat, “Malik market” adlı satış nöqtəsindən 5086.15 manat, “Niyameddin market” adlı satış nöqtəsindən 155.68 manat, “Mehman market” adlı satış nöqtəsindən 375.68 manat, “Ehmed market” adlı satış nöqtəsindən 394.20 manat, “Nicat market” adlı satış nöqtəsindən 1022.40 manat, “SERAB EVİ” adlı satış nöqtəsindən 2171.14 manat, “Nergizim market” adlı satış nöqtəsindən 200 manat, “Terane market” adlı satış nöqtəsindən 150 manat, “Ramin market şekerzavod” adlı satış nöqtəsindən 400 manat, “İmran m-t Qesebe” adlı satış nöqtəsindən 1300 manat, “Umud market İmişli” adlı satış nöqtəsindən 50 manat, “Kerim market İmişli” adlı satış nöqtəsindən 612.48 manat, “Ruslan market İmişli” adlı satış nöqtəsindən 550.20 manat, “Terekeme market Oruclu kendi” adlı satış nöqtəsindən 663.09 manat, “X11 Xestaxanasının yanı” adlı satış nöqtəsindən 300 manat, “Vezir market” adlı satış nöqtəsindən 14.40 manat, "xxxx" adlı satış nöqtəsindən 26.70 manat məbləğində pulu nağd formada şəxsən almış, lakin "xxxx" MMC-nin Saatlı şəhəri ərazisində yerləşən xəzinəsinə təhvil verməyib mənimsəmişdir. Həmin pulu yerinə qoymaq istəmiş, ancaq pulları yerinə qoya bilməyəcəyini başa düşüb xx.xx.2022-ci il tarixdə filial müdiri Tahir Mehdiyevə müştərilərdən aldığı pulu xəzinədarlığa ödəmədiyini və mənimsədiyini bildirmişdir. Nəticədə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə şirkətin auditi Şahid3 iştirakı ilə keçirilən audit yoxlamaları zamanı üzləşmə aktları tərtib olunmuş və onun ümumilikdə 19.943 manat kəsiri olduğu aşkar olunmuşdur. O, həmin pulun 1022 manatını ödəmiş, ancaq bununla bağlı ona hər hansı qəbz verilməmişdir. Həqiqətən mağazalar üzrə faktiki olaraq bir-bir yoxlama aparılıb üzləşmə aktları tərtib olunmuş, nəticədə onun şirkətə 18921 manat borcu qalmışdır. Həmin borcu ödəmək üçün onlardan vaxt istəmiş, həmçinin işdən azad olunması ilə bağlı ərizə yazmışdır. İşsiz olduğu üçün bu müddət ərzində pulu ödəyə bilməmiş, sərbəst audit yoxlaması gələn zaman bundan xəbəri olmamış, o, yalnız şirkətin auditi tərəfindən keçirilən yoxlamalarda iştirak etmişdir. O, "xxxx" MMC-də işlədiyi müddət ərzində MMC-yə məxsus 19.943,92 manat pulunu mənimsəmiş həmin puldan təxminən 6000 manatını geri ödəmiş, yerdə qalan pulları da qaytaracaqdır. O, səhv etdiyini bilir və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, 05 oktyabr 2022-ci il tarixdən "xxxx" MMC-də hüquqşünas işləyir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə kiçik satış nümayəndəsi kimi işə qəbul olunmuşdur. Onun vəzifəsi İmişli rayonunda yerləşən ərzaq mağazalarına MMC-nin alkoqollu və alkoqolsuz içki məhsullarına sifarişlərini götürməkdən, marketlərdən yığdığı pulları filiala gətirmək, kassa mədaxil qəbzi pul vəsaitlərini kassaya mədaxil etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs ilk əvvəllər çox yaxşı işləmiş, lakin sonradan müəyyən problemləri yaranmış və mağazalar tərəfindən ona verilmiş pulların müəyyən miqdarını filiala gətirməməyə başlamışdır. Onun özünün və müvafiq mağazaların mülkiyyətçilərinin iştirakı ilə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində yoxlama keçirilmiş və üzləşdirmə aktları tərtib olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs MMCnin mülkiyyətində olan 19.943,92 manat pul vəsaitini mənimsədiyi aydın olmuşdur. Audit yoxlaması keçirilmiş və onun "xxxx" MMC-nin həmin məbləğdə pul vəsaitini mənimsədiyi təsdiq olunmuşdur. Nəticdə Mirzəxan işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs MMCyə məxsus müxtəlif növdə alkoqollu və digər içkiləri şəxsən sifariş verərək, həmin mallar üzrə onların satışından nağd olaraq əldə edib MMC-nin xəzinəsinə təhvil verməli olduğu “Elvin market” adlı satış nöqtəsindən 200 manat, “Deyanet market” adlı satış nöqtəsindən 35.40 manat, “HETEM market” adlı satış nöqtəsindən 900 manat, “İmran qəsəbə 1” adlı satış nöqtəsindən 1381.62 manat, “İlyas market” adlı satış nöqtəsindən 823.42 manat, “Zaur market” adlı satış nöqtəsindən 1113.60 manat, “Razi market” adlı satış nöqtəsindən 20 manat, “Xaleddin market” adlı satış nöqtəsindən 617 manat, “Nail market” adlı satış nöqtəsindən 40 manat, “Senan market” adlı satış nöqtəsindən 412.70 manat, “Eli market” adlı satış nöqtəsindən 603.56 manat, “Mehemmed market” adlı satış nöqtəsindən 324.50 manat, “Malik market” adlı satış nöqtəsindən 5086.15 manat, “Niyameddin market” adlı satış nöqtəsindən 155.68 manat, “Mehman market” adlı satış nöqtəsindən 375.68 manat, “Ehmed market” adlı satış nöqtəsindən 394.20 manat, “Nicat market” adlı satış nöqtəsindən 1022.40 manat, “SERAB EVİ” adlı satış nöqtəsindən 2171.14 manat, “Nergizim market” adlı satış nöqtəsindən 200 manat, “Terane market” adlı satış nöqtəsindən 150 manat, “Ramin market şekerzavod” adlı satış nöqtəsindən 400 manat, “İmran m-t Qesebe” adlı satış nöqtəsindən 1300 manat, “Umud market İmişli” adlı satış nöqtəsindən 50 manat, “Kerim market İmişli” adlı satış nöqtəsindən 612.48 manat, “Ruslan market İmişli” adlı satış nöqtəsindən 550.20 manat, “Terekeme market Oruclu kendi” adlı satış nöqtəsindən 663.09 manat, “X11 Xestaxanasının yanı” adlı satış nöqtəsindən 300 manat, “Vezir market” adlı satış nöqtəsindən 14.40 manat, "xxxx" adlı satış nöqtəsindən 26.70 manat olmaqla, ümumilikdə 19.943,92 (on doqquz min doqquz yüz qırx üç manat doxsan iki qəpik) manat məbləğində pulu nağd formada şəxsən yığaraq "xxxx" MMC-nin Saatlı şəhəri ərazisində yerləşən xəzinəsinə təhvil verməyib mənimsəmişdir. Mirzxəxan Əliyev həmin puldan ayrı-ayrı vaxtlarda 5000, 300 və 900 manat olmaqla, cəmi 6200 manat pulu şirkətə ödəmişdir. Məhkəmə iclasında şahid qisnində dindirilmiş Şahid1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, 01 oktyabr 2016-cı il tarixdən etibarən "xxxx" MMC-nin Saatlı filialının İmişli rayonu üzrə bölgə müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Saatlı filialının satış nümayəndəsi kimi tanımışdır. Təqsirləndirilən şəxs satış nümayəndəsi olaraq vəzifəsi İmişli rayonunda yerləşən ərzaq mağazalarına MMC-nin alkoqollu və alkoqolsuz içki məhsullarına sifarişlərini götürməkdən, marketlərdən yığdığı pulları filiala gətirmək və pul vəsaitlərini kassaya mədaxil etməkdən ibarət olmuşdur. Onun vəzifəsi isə satış nümayəndələrinin fəaliyyətinə və digər məsələlərə nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs ilk əvvəllər çox yaxşı işləmiş, lakin sonradan müəyyən problemləri yaranmışdır. Belə ki, o, mağazalar tərəfindən ona verilmiş pulların az miqdarda hissəsini filiala gətirməməyə başlamışdır. Onun və müvafiq mağazaların mülkiyyətçilərinin iştirakı ilə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində yoxlama keçirilmiş, üzləşmə aktları tərtib olunmuş və nəticədə Təqsirləndirilən şəxs MMC-nin mülkiyyətində olan 19.943 manat məbləğində pul vəsaitini mənimsədiyi aydın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, o, təxminən 4 ildir ki, İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Nicat market” adlı ərzaq mağazasında satıcı işləyir. Mağazada işlədiyi vaxtdan "xxxx" MMC ilə alğı-satqı müqaviləsi əsasında ərzaq məhsullarının satışını həyata keçirmiş və həmin malları qaimafaktura əsasında müxtəlif satış təmsilçilərindən almışdır. Təqsirləndirilən şəxs "xxxx" MMCdə satış təmsilçisi işləmişdir. Hazırda da o, "xxxx" MMC ilə birlikdə işləməyə davam edir. Təqsirləndirilən şəxs müxtəlif adlarda alkoqollu içkilər götürmüş, ay ərzində malları alıb, ayın sonunda hesablaşaraq borcunu ödəmişdir. Aldığı məhsulların pulunu hər ayın sonu marketdə Təqsirləndirilən şəxs təhvil vermişdir. xx.xx.2021-ci il tarixə kimi onun MMC-yə borcu olmamışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxslə tanımadığı bir neçə şəxs marketə daxil olaraq, "xxxx" MMC-nin əməkdaşları və audit əməkdaşı olduqlarını, üzləşmə keçirmək istədiklərini bildirmişlər. Həmin işçililərdən biri ona 1022.40 manat borcunun olduğunu demiş, o da öz növbəsində "xxxx" MMC-yə borcu olmadığını bildirmişdir. Həmin əskik gələn 1022.40 manat pulu və digər pulları marketdə Təqsirləndirilən şəxs verdiyini demiş, sonuncu isə pulları ondan aldığını, lakin Cəmiyyətə ödəmədiyini təsdiq etmişdir. Həmin vaxt bununla əlaqədar müvafiq üzləşmə aktı tərtib olunmuş və doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, o, İmişli rayonu, Yalavac kəndi ərazisində yerləşən “Təranə market” adlı ərzaq mağazasının sahibi olub, fərdi sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin satış nümayəndəsi kimi tanımış və o, "xxxx" MMC ilə alqı-satqı müqaviləsi əsasında ərzaq məhsullarının satışını həyata keçirir. Həmin malları qaimə-faktura əsasında müxtəlif satış təmsilçilərindən almışdır. Hazırda da "xxxx" MMC ilə birlikdə işləməyə davam edir. Təqsirləndirilən şəxs müxtəlif adlarda alkoqollu və energetik içkilər götürmüş, ay ərzində malları alıb, ayın sonunda hesablaşaraq borcunu ödəmişdir. Aldığı məhsulların pulunu hər ayın sonu marketdə Mirzəxana təhvil vermişdir. xx.xx.2021ci il tarixə kimi onun MMC-yə 140 manat borcu qalmışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımadığı bir neçə şəxslə birlikdə marketə daxil olmuş və tanımadığı həmin şəxslər "xxxx" MMC-nin əməkdaşları və audit əməkdaşı olduqlarını, üzləşmə keçirmək istədiklərini bildirmişlər. Həmin əməkdaşlardan biri ona 290 manat borcunun olduğunu demiş, o da öz növbəsində "xxxx" MMC-yə 140 manat borcu qaldığını bildirmişdir. Həmin əskik gələn 150 manat pulu və digər pulları marketdə Təqsirləndirilən şəxs verdiyini demiş, sonuncu isə pulları ondan aldığını, lakin Cəmiyyətə ödəmədiyini təsdiq etmişdir. Bununla bağlı müvafiq üzləşmə aktı tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, o, İmişli şəhəri, L.Vəliyev küçəsi 39 ünvanında yerləşən “Zaur market” adlı ərzaq mağazasınin sahibi olub, fərdi sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin satış nümayəndəsi kimi tanımışdır. Təxminən 10 ildən artıqdır ki, "xxxx" MMC ilə alqı-satqı müqaviləsi əsasında ərzaq məhsullarının satışını həyata keçirmiş, həmin malları qaimə-faktura əsasında müxtəlif satış təmsilçilərindən almışdır. Təqsirləndirilən şəxs 2020-ci ildən "xxxx" MMC-də satış təmsilçisi işləmiş, ondan müxtəlif adlarda alkoqollu içkilər götürmüş, ay ərzində malları alaraq, ayın sonunda hesablaşıb borcunu ödəmişdir. Aldığı məhsulların pulunu hər ayın sonu marketdə Təqsirləndirilən şəxs təhvil vermiş, onun xx.xx.2021-ci il tarixə kimi Cəmiyyətə 167.90 manat borcu qalmışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları üzləşmə keçirmək istəyərkən, "xxxx" MMC-yə 167.90 manat borcu olduğunu bildirmişdir. Lakin, həmin şəxslərdən biri ona 1281.50 manat qalıq borcunun olduğunu demişdir. O, əskik gələn 1113.60 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini və başqa borcunun olmadığını demiş, həmin vaxt Təqsirləndirilən şəxs də həmin faktı təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid9, Şahid10, Şahid12 və Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və həmin ifadələrlə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməlləri bir daha təsdiq olunur (Bax.lll cild, i.v 132-135; i.v 158-160; 07-09; 02-04; 24-26; 150-152; 115-117; 141-143). Cinayət işinin materiallarında olan “Axtarış və götürmə aparılması haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Saatlı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 17 fevral 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Çahar kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmış və Təqsirləndirilən şəxs yataq otağında şkafdan "xxxx" MMC-yə məxsus satış fakturaları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, MMC xx.xx.2000-ci il tarixdə F-2886 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" firmasının hüquqi varisidir. Cəmiyyətin qeydiyyat ünvanı ünvan 10.000 manat həcmindədir və hər biri 26000 manat olmaqla 100 paydan ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli, **********429300 nömrəli çıxarışından görünür ki, "xxxx" MMC ********** nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 08 sentyabr 2020-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilədən görünür ki, "xxxx" MMC Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və Təqsirləndirilən şəxs MMC qarşısında vurulan ziyana görə tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 08 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən və eyni tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən kiçik satış nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi və təhvil-təslim işlərinin aparılması barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixinə olan müştərilərdə olan borc qalığı 16.223,50 manat olmuş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi müştərilərə 21.421,60 manat məbləğində mal satılmış, M.Ə.Əliyev tərəfindən Cəmiyyətin hesabına həmin mallar pulundan 11.843,28 manat ödənilmiş, 2.013,04 manat məbləğində mal geri qaytarılmış, təftiş tarixinə Cəmiyyətin uçot məlumatına əsasən borc qalığı 23.788,78 manat olmuş, təftiş müddətində Cəmiyyətin xəzinəsinə ödənilən pul və anbara qaytarılan malların məbləği 1.730,50 manat olmuş, müştərilərin təhvil-təslim tarixinə faktiki borc qalıqları 2.114,36 manat olmuş, nəticədə 19.943,92 (on doqquz min doqquz yüz qırx üç manat doxsan iki qəpik) manat çatışmazlıq müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 22 iyun 2022-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan və sərbəst auditor X7 20/07 nömrəli rəyindən görünü ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli, 074 saylı icazə ilə fəaliyyət göstərən sərbəst auditor X10 "xxxx" MMC ilə bağlanmış 18 mart 2022-ci il tarixli 074/20 saylı müqaviləyə əsasən MMC-nin satış üzrə nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr ərzində mal-pul dövriyyəsinin auditini aparmış və MMC-nin satış üzrə nümayəndəsi, maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəsində 19.943,92 manat məbləğində satış pulunun çatışmazlığının olması müəyyən edilmişdir. Kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/1645-9/8272 nömrəli rəyindən görünür ki, "xxxx" MMC şirkəti üzrə sabiq satış nümayəndəsi Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 19.943,92 manat məbləğində müəyyən edilir. "xxxx" MMC-nin 27 oktyabr 2023-cü il tarixli, 1924 nömrəli arayışı ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs tərəfindən"xxxx" MMC-yə vurduğu zərər tam şəkildə ödənilmişdir və hazırda heç bir şikayət və tələblərinin olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tarixli “Şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:24-də şübhəli şəxs qismində tutulmuşdur. Saatlı Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində 17 fevral 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş İmişli Rayon İcra Hakimiyyəti başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi xx.xx.2023-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X6 rayonu Çahar kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və cinayət əməlindən peşman olmasını, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş maddi ziyanın tam ödənilməsini, hazırda zərərçəkmiş hüquqi şəxsin heç bir şikayəti və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq, bu cəzanın, yəni təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzasının təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Odur ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalı və onun 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş vəziyyətdə həbsdə olduğu 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində saxlanılan qəti cəza müəyyənləşdirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 220 (iki yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün İmişli rayon vəkil bürosunun vəkili X5 dəvət edilmişdir. Onun təqdim etdiyi hesabatdan görünür ki, o təqsirləndirilən şəxsin müdafiəsinin təmin edilməsi üçün 10 saat sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin hesabından İmişli rayon vəkil bürosunun vəkili X4 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı İmişli rayonun hüdudlarını tərk etməmək, axşam saat 2300-dan, səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 220 (iki yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar