Məhkəmə qərarları › İş №1(036)-54/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-54/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-54/2023 06.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən rayonu, Talalar kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında бахараг M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 25 yanvar 2023-cü il tarixdə saat 14 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən “Bizim kafe” adlanan yeməkxananın həyətində qısqanclıq zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən təpiklə bir dəfə vurmaqla ona qarnın ön divarında qançır ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş, daha sonra isə kafenin içərisində stulu götürüb qəsdən Zərərçəkmiş şəxs sağ ayağına çırpmaqla ona sağ ayağın 2-ci barmağının 3-cü falanqasının oynaq sahəsinə keçən, yerini dəyişən sınığı ilə müşayiət olunan bədən xəsarətləri yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Balakən rayon Talalar kəndində qeydiyyatda olaraq İmişli şəhərində yaşayır və İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Qaçqın şəhərciyi ərazisindəki “Dadlı” kafedə xadimə işləyir. X1 müdiri Akifin qardaşı Heybətin arvadıdır. 25 yanvar 2023-ci il tarixdə o, Akifin İmişli şəhər H.Aslanov küçəsində icarəyə götürdüyü kafedə işləyən Tamilə adlı qadının tapşırığı ilə kafedə istifadə etmək üçün ərzaq məhsulları almaqdan ötrü İmişli Kolxoz bazarına getmişdir. Bazarda olarkən saat 13:50 radələrində Tamilə ona zəng vurub Qiymətin kafeyə basqın edib onu döydüyünü bildirmiş, o, kafeyə geri qayıdaraq polis əməkdaşlarının Qiyməti kafenin ikinci mərtəbəsindən yerə düşürtdüklərini görmüşdür. Qiymət onu görən kimi üzərinə hücum edərək onu söymüş və onunla dalaşmışdır. Həmin vaxt Qiymət yerdən götürdüyü çubuqla onun sol əlinin baş barmağının üstündən bir dəfə zərblə vurmuş, sonra təpiklə bir dəfə qarın nahiyəsindən vurmuş və başına koftasının baş geyimini keçirib onu boğmağa başlamışdır. O, özünü müdafiə edərək əlləri ilə Qiymətin qollarından vuraraq onu özündən kənarlaşdırmış, onları polis əməkdaşları ayırmışdır. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Buludlu kəndində yaşayır və Şahid3 ilə birgə nikahdan üç övladı vardır. Son vaxtlarda Heybət Zaqatala rayon sakini Tamilə adlı qadınla ona xəyanət etmiş, hətta Tamiləni İmişli rayonu, Buludlu kəndində yerləşən evlərinə də gətirmişdir. Bu səbəbdən Heybətlə münasibətləri pozulmuş və boşanmışlar. 25 yanvar 2023-cü ildə saat 13 radələrində Heybətlə söhbət etmək üçün yaşadığı İmişli rayon Buludlu kəndindən taksi ilə İmişli şəhərindəki mərkəzi bazara gəlmiş və taksidən düşüb ərinin işlədiyi kafeyə getmişdir. İçəri girərkən Heybət onu görmüş və mətbəxə keçməsini bildirmişdir. Mətbəxə girərkən Tamiləni görmüş və əsəbləşərək: “Nəyə görə sən mənim ərimi əlində saxlayırsan, evinə qoymurasan gələ?” - demiş, Tamilə də ona “Yaxşı edirəm, Heybəti sənin əlindən alıram, Heybət səndən iyrənir” – deyə cavab vermişdir. Buna görə aralarında mübahisə yaranmış, Tamilə qazanı götürüb onu vurmaq istədikdə, o, Tamiləni yaxasından tutub itələyərək divara vurmuşdur. Heybət gəlib saçından tutaraq onu yerə yıxmış, o, Heybətin sağ əlini dişləmiş və onun əlindən çıxaraq kafedən düşüb gözləyərək Heybətlə mübahisə etmişdir. Həmin vaxt Elgün adlı qadın gələrək onu söyməyə başlamış, öz növbəsində Elgünü söyərkən aralarında dava olmuşdur. Elgün kafenin pilləkənində durub onun qarnına təpiklə bir dəfə zərblə vurmuş və sonra kafedə mübahisə edərkən stullardan birini götürüb onun üzərinə atmışdır. Stul onun sağ ayağına dəyərək ayaq barmağının birini sındırmışdır. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 1992-ci ildə ailə evlənmiş və xasiyyətləri uyğun gəlmədiyi üçün boşanmışlar. O, qardaşı X4 məxsus olan İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yerləşən kafedə köməkçi işləyir və kafedə aşbaz işləyən Şahid1 ilə heç bir yaxın münasibəti yoxdur. Balakən rayon sakini Təqsirləndirilən şəxs dörd ildir ki, həmin kafedə ofisiant işləyir. Akif İmişli şəhəri, H.Aslanov küçəsində “Bizim kafe” adlanan yeməkxananı icarəyə götürdükdən sonra o, həmin kafedə Tamilə ilə bir yerdə işləmişdir. 25 yanvar 2023-cü il saat 13 radələrində nahar vaxtı kafedə olarkən Qiymət kafeyə daxil olub mətbəxə keçmişdir. Həmin anda Qiymətin qışqırıq səsini eşidib mətbəxə keçmiş və Qiymətin Tamiləni saçından yapışaraq yerə yıxıb sürüdüyünü görmüşdür. Qiymətin paltarından tutub Tamilənin üzərindən qaldırmaq istərkən Qiymət onun sağ əlinin üçüncü barmağını dişləmişdir. Həmin vaxt küçədə xidmətdə olan bir nəfər polis əməkdaşı kafeyə daxil olub Qiyməti kafedən çölə çıxarmış, lakin Qiymət çıxıb getməyərək həyətdə durub gözləmişdir. Tamilə isə kafedən çıxıb getmiş, təxminən 5-10 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs kafeyə gəlmiş və pilləkənlərdə Qiymətlə qarşılaşaraq əlbəyaxa olmuşdur. Qiymətin əlindəki ağacla Elgünün əlinə, Elgün isə təpiklə Qiymətin qarnına vurmuşdur. Hadisə yerinə gələn post-patrul xidmətinin əməkdaşları onları tutub bir-birindən ayırmışlar. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, Zaqatala rayonunundan İmişliyə gəlmiş və həmyerlisi Təqsirləndirilən şəxs ilə birlikdə İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən “Bizim kafe” adlanan yeməkxanada işləmişdir. 25 yanvar 2023-cü ildə saat 13 radələrində kafenin ikinci mərtəbəsində mətbəxdə yemək bişirərkən Qiymət kafeyə gəlmiş və kafenin mətbəxinə girib əvvəlcə əli ilə sinəsindən itələyərək onu dirvara vurmuş və sonra yerə yıxıb boğazına dırnaqları ilə xəsarətlər yetirmişdir. Heybət mətbəxə girib Qiyməti tutub özünə tərəf çəkərək mətbəxdən çıxarmışdır. Qiymət Heybətlə mübahisə edərkən o, mətbəxdən çıxaraq qaçıb həyətdə gizlənmiş və Elgünə zəng vurub köməyə çağırmışdır. Az müdət keçəndən sonra Elgün kafeyə gəlmiş və pilləkənlərdə Qiymətlə qarşılaşaraq əlbəyaxa olmuşdur. Elgün təpiklə Qiymətin qarnına bir dəfə vurmuş, Qiymət isə Elgünün saçından yapışıb pilləkəndən yerə salmışdır. Hadisə yerinə gələn postpatrul xidmətinin əməkdaşları onları tutub bir-birindən ayırmışlar. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli rayon polis şöbəsinin PPXB-də polis nəfəri vəzifəsində işləyir və polis serjantı Şəhriyar Əhmədzadə ilə birlikdə 25 yanvar 2023-ci ildə saat 09- 00-dan 15-00-dək İmişli şəhəri, H.Aslanov küçəsində xidmətdə olmuşdur. Həmin gün saat 14 radələrində “Bizim kafe” adlanan yeməkxananın qarşısındakı küçədə təxminən 20-30 nəfərin toplandığını görərək yaxınlaşıb adamların birindən nə baş verdiyini soruşmuş və kafeni işlədən şəxsin arvadının gəlib orada dava saldığını öyrənərək kafeyə girmişdir. Orada olarkən bir kişi ona əlini göstərərək kafedə olan keçmiş arvadının əlini dişləməsini demiş və o, həmin qadını kafedən çıxarıb yerə düşürmüşdür. Həmin vaxt iki qadın gəlmiş, həmin qadınlardın biri olan Təqsirləndirilən şəxs ilə kafenin pilləkənində Zərərçəkmiş şəxs arasında dava olmuşdur. Elgün təpiklə Qiyməti vurmuş, sonra dalaşan həmin qadınlar pilləkənlə kafeyə qalxmışlar. O, dalaşan qadınların dalınca kafeyə qalxarkən Elgün Qiymətin üzərinə stul tullamış, stul Qiymətin sağ ayağına dəymişdir. İşdə ilan AR SN MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 77 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ ayağın 2-ci barmağının 3-cü falanqasının oynaq sahəsinə keçən yerini dəyişən sınığı, qarnın ön divarında qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müxtəlif şəraitlərdə, o, cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilər. Qeyd olunmuş xəsarət - sağ ayağın 2-ci barmağının 3-cü falanqasının oynaq sahəsinə keçən yerini dəyişən sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, qarnın ön divarında qançır isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. ( c.i.səh: 31-32) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşin materiallarında olan AR DİN-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. səh :117) İşdə olan Zaqatala RİHB-nin Tatlar kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 413 nömrəli məlumata əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. (c.i. səh :155) Himayəsində iki nəfər azyaşlı uşağı olması Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsini və cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq onun AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından tutulmaların aparıldığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim. Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar