Məhkəmə qərarları › İş №1(036)-54/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-54/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-54/2024 20.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.2006-cı ildə İmişli rayonu, Murğuzallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu Murğuzallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1999-cu ildə İmişli rayonu, Murğuzallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, “Vətən müharibəsi” iştirakçısı, əvvəllər məhkum olunmamış, İmişli rayonu Murğuzallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirimələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarındakı rolların bölgüsünə və razılaşmaya əsasən 14 aprel 2024-cü il tarixdə gecə saat 04:00 radələrində Zərərçəkmiş şəxs İmişli rayonu, Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan qəhələ dörd dəfə qanunsuz daxil olaraq oradan hər dəfəsində bir baş olmaqla, cəmi dörd baş qoyunu gizli talayaraq Təqsirləndirilən şəxs1 qəhəlin yaxınlığında saxladığı “Mercedes-Benz 190” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanına gətirib birlikdə üç baş qoyunu avtomaşının yük yerinə yükləmiş, lakin dördüncü qoyun qaçıb getdiyindən onu avtomobilin yük yerinə yükləyə bilməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla dörd baş qoyunu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 1080 (bir min səksən) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədilə 12 may 2024-cü il tarixdə gecə saat 04:00 radələrində Zərərçəkmiş şəxs İmişli rayonu, Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan qəhələ qanunsuz daxil olaraq oradan iki baş qoyunu gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 540 (beş yüz qırx) manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədilə 15 may 2024-cü il tarixdə gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs İmişli rayonu, Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan qəhələ qanunsuz daxil olaraq oradan iki baş qoyunu gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 500 (beş yüz) manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22 may 2024-cü il tarixdə gecə saat 02:27-də Zərərçəkmiş şəxs İmişli rayonu, Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan qəhələ qanunsuz daxil olaraq oradan 300 (üç yüz) manat dəyərində bir baş qoyunu gizli yolla talayıb uzaqlaşmaq istəyərkən, Zərərçəkmiş şəxs və oğlu Sənan Məhəmmədovun onu gördüklərindən və Sənan Məhəmmədovun onun arxasınca qaçdığını görüb bir baş qoyunu yerə atıb qaçaraq oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək, saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, ilk dəfə oğurluq əməlini 14 aprel 2024-cü il tarixdə, saat 04 radələrində həmkəndlisi Şahsuvar adlı şəxslə etmişdir. Belə ki, 13 aprel 2024-cü il tarixdə, günorta saatlarında Şahsuvarla kənddə bir yerdə olan zaman o, əmisi İbadullanın həyətindən oğurluq etmək barədə təklif etmişdir. İlk öncə Şahsuvar razı olmamışdır. Sonra o, Şahsuvara qoyunları özü oğurlayıb öz həyətinə aparacağını, Şahsuvar da oradan götürəcəyini demiş, sonuncu da razılaşmışdır. Əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq 14 aprel 2024-cü il tarixdə, saat 04 radələrində Şahsuvara zəng etmiş və artıq vaxt olduğunu bildirmişdir. Şahsuvarın “Mercedec” markalı, qara rəngli, nömrəsini xatırlamadığı maşını vardır. Şahsuvar maşını onun evinin həyət qapısının yanında saxlamışdır. O, hasardan əmisi İbadullanın həyətinə tullanıb oradakı qəhəlinin arxa dəmir qapısını açmışdır. Maşın təxmini 40 metr aralıda olmuşdur. Şahsuvar onun əmisinin qəhəlinə daxil olmasını görmüş, yəni heyvanları əvvəlcədən yox elə Şahsuvarın yanında oğurladığını görmüşdür. Sonra o, bir-bir qoyunları tutub sürüyüb yola çıxarmış və maşına qoymuşdur. Şahsuvar da hər dəfə qoyunlar qaçmasın deyə maşının baqaj hissəsini açıb örtmüşdür. Üç baş qoyun gətirib yığandan sonra dördüncü baş qoyun isə artıq yarı yolda əlindən çıxmış və bağçaya tərəf qaçmışdır. O, qovsa da tuta bilməmişdir. Şahsuvar da bunu görmüşdür. Qoyunları maşına qoyduqdan sonra İmişli-Saatlı yolunun üzərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə getdiklərini və oradan 20 manat yanacaq almışlar, yanacağın pulunu Şahsuvar vermişdir. Bundan sonra onalr Füzuli rayonuna heyvan bazarına getmişlər və qoyunları bazarda tanımadığı şəxslərə satmışlar. Qoyunlardan iki başını 270 manata bir başını isə 250 manata olmaqla ümumi 790 manat pula satmış, həmin puldan benzin pulu qarışıq Şahsuvara 90 manat vermiş, qalan pulu isə özündə saxlamış, oradan da birbaşa kəndə qayıtmışlar. Oğurluq barədə plan ikisinin də fikri olmuş və o, Şahsuvara əmisi İbadullanın qoyunlarını apara biləcəklərini təklif etdikdə sonuncu onunla razılaşmışdır. Bundan başqa o, 12 may 2024-cü il tarixdə əmisi İbadullanın qapısından oğurluq etməyi planlaşdırmışdır. Bu niyyətlə 12 may 2024-cü il tarixdə, saat 01 radələrində İmişli rayon sakini kimi tanıdığı Malik adlı şəxsə zəng etmiş, sonuncuya iki baş heyvanı olduğunu və Füzuli rayon heyvan bazarına satmağa aparacağını, buna görə də taksi lazım olduğunu demiş, Malik də razılaşmışdır. O, Maliklə 40 manat pula razılaşmışdır. 12 may 2024-cü il tarixdə saat 04 radələrində evdən çıxmış və əmisi İbadullanın həyətinin hasarına tərəf gəlmişdir. Hasardan tullanmış və ot tayasının üstü ilə qəhələ daxil olmuşdur. Oradan bir baş qoyunu tutub hasardan küçəyə keçirmiş və ayaqlarını bağlamışdır. Sonra yenidən eyni qaydada hasardan ot tayasının üstü ilə keçmiş və bir baş daha qoyun heyvanını tutub hasardan keçirib küçədə ayağını bağlamışdır. İkisini də əlində sürüyüb qapılarına gətirmişdir. Onların qapısı əmisinin qapısı ilə yaxındır. Sonra Malikə zəng edib gəlməsini demişdir. Sonuncu da bir qədər sonra gəlmiş və qoyunları maşının arxa yük yerinə yığaraq Füzuli heyvan bazarına getmişlər. Orada qoyunların hər ikisini tanımadığı şəxsə ümumilikdə 380 manata satmış, Malikə də 40 manat yol pulu vermiş, sonuncu qoyunların oğurluq olmasını bilməmişdir. Bundan başqa o, 15 aprel 2024-cü il tarixdə əmisi İbadullanın qəhəlindən yenə iki baş qoyun oğurlamışdır. Əvvəlcədən planlaşdırmışdır ki, əmisi İbadullanın qapısından oğurluq etsin. Bu niyyətlə o, 15 aprel 2024-cü il tarixdə, saat 01 radələrində həyətlərindən bir qədər ip götürüb piyada əmisi İbadullanın hasarının yanına gəlmişdir. Bundan əvvəlki epizodda olduğu kimi yenə də eyni qaydada hasardan ot tayasının üstünə tullanmış və oradan da qəhələ keçmişdir. Qoyunlardan birini tutub tayanın üstü ilə hasardan küçəyə keçirmiş və orada ayaqlarını bağlamışdır. Sonra yenidən qəhələ keçmiş və bir baş da qoyun tutmuşdur. Eyni qaydada küçəyə keçirmiş və ayağını bağlamışdır. Sonra hər ikisini sürüyüb qapılarına aparmışdır. Sonra Elşənə zəng edib iki baş qoyunu olmasını və həmin qoyunları qapısına aparmasını, orada saxlamasını, qoyunları satmaq üçün bazara aparacağını demişdir. Bundan təxminən yarım saat sonra Elşən idarə etdiyi “VAZ2106” markalı, **-BK-*** nömrəli maşınla gəlmiş və qoyunları Elşənin maşının yük yerinə qoymuşdur. Elşənə qoyunları qapısına aparmasını, ya Sabirabad, ya da Bərdə rayon bazarına aparıb satacağını və satıb onun yol pulunu verəcəyini demiş, sonuncu da razılaşmışdır. Bundan sonra Elşən heyvanları qapısına aparmışdır. O, getməmiş, evdə qalmışdır. Səhər saat 10 radələrində Elşənə zəng etmiş və 200 manat pula ehtiyacı olduğunu və borca 200 manat verməsini demiş, sonuncu da razı olmuşdur. Taksi ilə Nurulu kəndinin mərkəzində olan mağazanın qarşısına getmişdir. Orada Elşən ona iki ədəd 100 AZN-dən ibarət pul vermişdir. Bundan bir gün sonra 16 aprel 2024-cü il tarixdə saat 24 radələrində Səbuhi adlı həmkəndlisi ilə kənddə olan zaman sonuncuya Bərdə rayon bazarına iki baş qoyun heyvanı satmağa aparacağını demiş, buna görə də ona kömək etməsini bildirmiş, Səbuhi də razılaşmışdır. Sonra Malik adlı şəxsə zəng edib Bərdəyə bazara heyvan apardığını, taksi kimi gəlməsini demişdir. Maliklə Bərdəyə getməyə 50 manat pula razılaşmışdır. Malik bundan bir qədər sonra gəlmiş və onların qapısının yaxınlığından Səbuhi ilə onu götürmüşdür. Birlikdə Elşənin qapısına gedərək Elşənə heyvanları verməsini və bazara aparacağını demişdir. Elşənlə qoyunları yataqdan çıxarıb gətirən zaman sonuncuya qoyunları almasını təklif etmiş, o da razılaşmışdır. Elşənlə iki baş qoyunu 450 manat pula razılaşmışlar. Elşən 200 manat borca aldığı pulu, 20 manat da bir gün əvvəl qoyunları gətirməyinə görə yol haqqı çıxmış və ona 230 manat pul vermişdir. Sonra Malikin maşını ilə evinin yaxınlığına gəlmiş və Malikə 15 manat yol haqqı vermişdir. Səbuhi isə yarı yolda düşmüşdür. Nə Malik, nə Elşən, nə də Səbuhi oğurluq barədə heç nə bilməmişdir. Bundan başqa o, 21 may 2024-cü il tarixdə saat 22 radələrində yatmazdan əvvəl planlaşdırmışdır ki, əmisi İbadullanın həyətində olan qəhəldən yenə oğurluq etsin. Buna görə də o, 22 may 2024-cü il tarixdə, saat 02:15 radələrində yuxudan oyanmış, evdən çıxıb piyada yol ilə əmisi İbadullanın qəhəlinin arxasına tərəf gəlmişdir. O, yolda gələn zaman əvvəlcə Səbuhi adlı həmkəndlisinə zəng edərək oğurluq barədə təklif etmək qərarına gəlmiş, lakin Səbuhiyə zəng çatmamışdır. Sonra isə Elşənə zəng etmiş və sonuncuya bir baş xırda buynuzlu heyvanı olduğunu və heyvanları bazara satmaq üçün gəlib götürməsini, öz həyətinə atmasını demiş və Elşən də razılaşmışdır. Bu məqsədlə o, mişar daşından hörülmüş hasardan tullanmış və həyətə düşüb oradan da qəhələ daxil olmuşdur. Qəhəldə sayını bilmədiyi xırda buynuzlu heyvanlar olmuşdur. Həmin heyvanlardan birini qovub tutmuş və dartıb tayanın yanına aparmışdır. Bu zaman digər heyvanlar isə qaçıb qəhəldən çıxmışdır. O, ot tayasının üstünə çıxan zaman əmisi İbadulla və oğlu Sənan heyvanların səsinə evdən çıxmış və qəhələ tərəf gəlmişdir. O, dərhal qoyunu əlindən atmış və hasardan tullanıb küçə ilə qaçmağa başlamışdır. O, ot tayasının üstündən tullanan zaman telefonu orada düşüb qalmışdır. Sənan isə onun arxası ilə qaçmış, onu məktəbin yanında yaxalamışdır və onun qolundan tutub niyə oğurluq etdiyini demiş, o da Sənana oğurluq etmədiyini demişdir. Sənan onu yaxaladıqdan sonra sonuncuya müqavimət göstərməmiş, aralarında heç nə olmamış, onun qolundan tutub saxlamışdır. O, Sənana onu buraxmasını və kimliyini bildirməməsini xahiş etsə də, Sənan onu buraxmamış və qapılarının yaxınlığına gətirmişdir. O, isə oradan qaçıb getmişdir. Törətmiş olduğu cinayət əməllərindən peşmandır. Hazırda əmisi İbadulla ilə barışaraq ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmiş və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 təqsirli olması özünün etirafedici ifadəsi, digər təqsirləndirilən şəxsin ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, kəndlərarası taksi fəaliyyəti ilə məşğuldur. 14 aprel 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 gecə saat 04 radələrində ona zəng edərək xırda buynuzlu heyvanları olduğunu və onları satmaq üçün onu Füzuli rayonunda yerləşən heyvan bazarına aparmasını xahiş etmiş, o isə Səidə onu 90 manata apara biləcəyini bildirmiş və Səid onunla razılaşmışdır. Bundan sonra o, idarə etdiyi “Mercedess” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Səidgilin həyət qapılarının qarşısına gəlmiş, həmin vaxt Səid həyətlərindən üç baş xırda buynuzlu heyvanı gətirmiş və onlar köməkləşib heyvanları avtomobilin yük yerinə qoyub Füzuli rayonunda yerləşən heyvan bazarına getmişlər. Səid orada heyvanları satmış, onun 90 manat yol pulunu vermiş və birlikdə kəndə qayıtmışlar. Səhər açılandan sonra isə Səidin əmisi İbadullanın tövləsindən qoyunların oğurlandığını eşitmiş və həmin qoyunları Səidin oğurladığını bilmişdir. O, bu barədə Səiddən soruşanda sonuncu ona əmisinin tövləsindən dörd baş qoyun oğurladığını, onlardan bir başının isə qaçdığını bildirmişdir. O, Səidin qoyunları oğurladığını əvvəlcədən bilməmiş və Səid ilə aralarında oğurluq planı olmamışdır. O, savadsız olduğuna görə İmişli rayon Polis şöbəsində verdiyi ifadəsinin kompüterdə yazılmış formasını oxuya bilməmiş, həmin vaxt polis əməkdaşları tərəfindən izahatı onun ifadə etdiyi formada oxunduqdan sonra imzalaması tələb edilmiş, lakin o, izahatını özü oxumadığı üçün imzalamaq istəmədikdə əməliyyat müvəkkilləri tərəfindən döyülərək ona zor tətbiq edilmiş, bundan sonra o, məcburiyyət qarşısında izahatı imzalamış, sonradan ona məlum olmuşdur ki, izahatının onun ifadə etdiyi formada tərtib olunmamışdır. Törədilmiş cinayətdə onun heç bir təqsiri yoxdur, ona görə də onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, digər təqsirləndirilən şəxsin ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2024-cü ilin aprel ayının əvvəlində Səidlə kənddə bir yerdə olan zaman sonuncu ona əmisi İbadullanın qapısından qoyun oğurlamağı təklif etmiş, o, isə həmin vaxt razı olmamışdır. Səid ona çoxlu borcu olduğunu, bir nəfər qıza 3000 manat dəyərində telefon alıb verdiyini və buna görə də ona pul lazım olduğunu bildirmişdir. O, isə bunun ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. 13 aprel 2024-cü il tarixdə Səid yenə ona bu barədə təklif etmiş, lakin o, razı olmamışdır. Səid onun taksi kimi gedəcəyini, əmisinin qoyunlarını özü oğurlayacağını və öz qapısına aparacağını, oradan da onun maşınına yığıb aparcağını demiş, o da razı olmuşdur. 14 aprel 2024-cü il tarixdə Səid ona zəng edib gəlməyi demiş, o da idarə etdiyi “Mercedec” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səidin evinə tərəf gedib avtomobili Səidin evinin qapısının yaxınlığında saxlamışdır. Səid hasardan İbadullanın qəhəlinə tullanmış və gedib qapını açmış, sonra qoyunları bir-bir İbadullanın qəhəlinin arxa göy rəngli dəmir qapısından çıxararaq öz həyət qapısının yaxınına, yəni onun avtomobilinə tərəf gətirmiş və onlar birlikdə qoyunları maşının arxa yük yerinə yükləmişlər. Həmin vaxt Səid əmisinin qəhəlindən dörd baş qoyun gətirmiş, qoyunlardan bir başı isə gətirərkən Səidin əlindən çıxıb qaçmışdır. Üç baş qoyunu avtomobilin yük yerinə qoyduqdan sonra birlikdə oradan çıxıb “Azpetrol” yanacaq doldurma məntəqəsinə getmişlər. Orada 20 manat yanacaq alıb birlikdə Füzuli rayonunda yerləşən heyvan bazarına getmişlər. Həmin bazarda qoyunları birlikdə 790 manat pula satdıqdan sonra Səid benzin pulu qarışıq ona 90 manat pul vermiş və birlikdə kəndə qayıtmışlar. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində təsərrüfatla məşğul olur. Həmin təsərrüfatda özünə məxsus iri və xırdabuynuzlu heyvanları vardır. Onun ilk öncə 41 baş qoyun heyvanı olmuşdur. Heyvanlarnı həyətindəki qəhəlin qarşısında olan hasarlanmış sahədə saxlayır. 13 aprel 2024-cü il tarixdə, saat 21 radələrində 41 baş qoyun heyvanı qəhələ salmış, bir gün sonra, yəni 14 aprel 2024-cü il tarixdə, saat 07 radələrində o, qoyunları qəhəldən çıxaran zaman saydıqda üç baş qoyunun əskik olduğunu bilmişdir. Bu barədə dərhal 102 xidmətinə məlumat verib üç baş qoyun heyvanının oğurlanmasını bildirmişdir. Bundan bir ay sonra 12 may 2024-cü il tarixdə, saat 07 radələrində heyvanları sayan zaman yenə iki baş qoyun heyvanının oğurlanmasını aşkar etmiş, yenə də 102 xidmətinə məlumat vermişdir. Bununla artıq beş baş heyvanı oğurlanmışdır. Bundan üç gün sonra, yəni 15 may 2024-cü il tarixdə, saat 10 radələrində o, heyvanları sayan zaman iki baş qoyun heyvanının da yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, heyvanlarının hissə-hissə oğurlandığını bilmişdir. Dərhal video müşahidə kamerası almış və qəhəlin içərisinə quraşdırmışdır. Video kamera evdə olan “LG” markalı televizorla əlaqəli olmuş və oradan qəhəlin müşahidəsini aparmışdır. 22 may 2024-cü il tarixdə, saat 02 radələrində evdə qoyunların qəhəldən sürətlə həyətə çıxdığını eşitmişdir. O, dərhal oğlu Sənanla birlikdə həyətə düşmüş və bu zaman qardaşı oğlu Təqsirləndirilən şəxs2 bir baş qoyun heyvanını əlində ot tayasına tərəf getdiyini görmüşdür. Onların səsini eşidən kimi qoyunu yerə atmış və ot tayasının yanı ilə hasardan tullanıb qaçmışdır. Oğlu Sənan da hasardan tullanıb Səidin arxasınca qaçmış və məktəbin yaxınlığında yaxalamışdır. Sonra Səidi onun qapısının yaxınlığına kimi gətirmişdir. Səidə oğurluq etmədiyi haqqında and içməsini istəmiş, sonuncu da oğurluq etmədiyini demişdir. Sonra Sənan hiss edib ki, Səid əlini belinə tərəf aparır. Sənan Səidin belində bıçaq ola biləcəyindən şübhələnib əlinə çomaq almaq üçün həyətə keçmiş, bu zaman isə Səid qaçıb getmişdir. Dərhal gəlib kamera görüntüsünə baxdıqlarını və Səidin 02 radələrində qəhələ daxil olub oradan bir baş qoyun heyvanını qovub tutduğunu, onlar həyətə düşdükdən sonra isə Səidin qaçıb getdiyini müşahidə etmişlər. Bundan sonra əvvəlki oğurluqların da Səidin etdiyini bilmişlər. Belə ki, 2024-cü ilin aprel ayında olan birinci oğurluqdan sonra Səidi evə çağırdıqlarını və qoyunları onun oğurlayıb-oğurlamamasını soruşmuş, lakin Səid and içərək onlardan oğurluq etmədiyini bildirmişdir. Lakin 22 may 2024-cü il tarixdə baş verən hadisə oğurluq əməllərinin Səid tərəfindən edilməsini sübut etmişdir. Onun ümumilikdə yeddi baş heyvanı oğurlanmışdır. Birinci və ikinci dəfə oğurlanan beş heyvanı erkək cinsli, bir yaşlı, təxmini 36 kq diri çəkidə olmuş, hər birinin qiyməti 270 manat olmuşdur. Sonuncu iki baş heyvanı isə dişi cinsli olmuş, bir yaşında, təxmini 34-36 kq diri çəkisi olmaqla bazar qiyməti 250 manat olmuşdur. Sonuncu dəfə olan, yəni 22 may 2024-cü il tarixdə oğurlamağa cəhd edilmiş heyvanı da toğlu olmuş, bir yaşında, erkək cinsli olmaqla təxmini 38 kq diri çəkili, bazar qiyməti isə 300 manat olmuşdur. Bununla oğurlanmış yeddi baş qoyun heyvanının ümumi dəyəri 1850 manat təşkil etmişdir. Sonuncu dəfə olan hadisədə isə heyvanı oğurlaya bilmədiyi üçün həyətindədir. Birinci dəfə olan üç baş qoyun heyvanı qəhəlin küçəyə açılan dəmir qapısından aparılmışdır. Həmin qapını qıfılladıqdan sonra növbəti oğurluqlar isə hasarın üzərindən edilmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, İmişli rayonu Murğuzallı kənd sakini Təqsirləndirilən şəxs2 tanıyır, sonuncu ilə münasibətləri yaxşı olmuş, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Səidi İmişli rayonu heyvan bazarından tanıyır, tez-tez oraya heyvan gətirib satmışdır. Münasibəti oradan yaranmışdır. Onun özünə məxsus “VAZ2106” markalı, **-BK-*** nömrəli avtomobili vardır. O, avtomobilinin arxa hissəsinə qoşqu qoşub bazara heyvan aparır. 15 aprel 2024-cü il tarixdə, saat 01 radələrində Səid ona zəng edib Sabirabad rayon heyvan bazarına satmaq üçün iki baş qoyun heyvanı aparmasını xahiş etmiş, o da razı olmuşdur. Bundan bir qədər sonra o, Səidin evinin qarşısına gəlmiş və Səid iki baş qoyunun qarşısında dayanmışdır. Səid ona tanışları ilə danışdığını, bazarın tez dağılmasını öyrəndiyini, bazara gedəsi olmadığını, həmçinin heyvanları saxlamaq üçün həyətində də yer olmadığını bildirib heyvanları onun qapısına aparmasını və orada saxlamasını xahiş etmişdir. O da tez-tez qapıda olmadığını, qoyunların itə biləcəyini demişdir. Səid bir iki gün qalmasını, başqa bazara aparacağını demiş, o da razı olmuş və heyvanları maşına qoyub qapısına aparmışdır. Heyvanları qəhələ salmışdır. Səhər açılanda Səid ona zəng edib iki yüz manat borc pul istəmiş, bir qədər sonra səhər saat 11 radələrində Səidlə Nurulu kəndinin mərkəzində mağazanın qarşısında görüşərək ona 200 manat borca pul vermişdir. 16 aprel 2024-cü il tarixdə, saat 24 radələrində Səid ona zəng edib heyvanları İmişli rayonu ərazisində qəssaba verəcəyini və heyvanları gəlib aparacağını demişdir. Sonra Səid onun da heyvan bazarından tanıdığı, əslən həmkəndlisi olan Malik adlı şəxsin maşını ilə yanında bir nəfər tanımadığı gənc oğlan ilə gəlmişdir. X8 havanın yağışlı olduğunu və uzun yol getməyə ehtiyac qalmaması üçün qoyunları almasını ona təklif etmişlər, o da razı olmuşdur. Onlar qoyunları ümumilikdə 450 manata razılaşmışlar, lakin Sidə borca verdiyi 200 manat pulu, 20 manat da axşamkı gediş haqqını çıxmış və 230 manat pul vermişdir. O, Səid Məhəmmədovun həmin qoyunları oğurluq yolu ilə əldə etdiyini bilməmiş və bu haqda eşitməmişdir. Səidin heyvan alveri ilə məşğul olduğunu bildiyi üçün ondan şübhələnməmişdir. Səidlə 21 may 2024-cü il tarixdə günorta görüşən zaman sonuncu üç baş da heyvanın olduğunu və birini iki yüz manata ona sata biləcəyini təklif etmiş, o, razı olmamışdır. Sonra axşamüstü yenə ona qəssaba verəcək heyvanı olduğunu deyib heyvanları gətirib onun qapısına qoymağı təklif etmiş, o da razı olmamışdır. Sonra axşam saat 03 radələrində qəssaba aparıb verməyi xahiş etmiş, o da razı olmuşdur. 22 may 2024-cü il tarixdə, saat 03 radələrində o, maşınla Murğuzallı kəndi istiqamətində Səidin evinə tərəf gələn zaman Səidin piyada məktəb tərəfə gəldiyini görmüşdür. Səid ona daha ehtiyac olmadığını demiş, o isə gəlib getməyinin pulunu istəmiş, Səid ona pul verməmiş, o da çıxıb getmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, İmişli rayonu Murğuzallı kənd sakini Təqsirləndirilən şəxs2 tanıyır, münasibətləri yaxşı olmuş, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Səidi İmişli rayonu heyvan bazarından tanıyır. Təxmini iki il olar ki, Səidi İmişli heyvan bazarında heyvan alveri ilə məşğul olan şəxs kimi tanımışdır. O, özünə məxsus “Mersedec 190” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var və həmin maşınla taksi kimi fəaliyyət göstərir. Əsasən heyvan bazarına adam aparıb gətirir, yaxud da bir iki baş heyvanı avtomobilinin yük yerinə qoyub aparır. Səid bir neçə dəfə onunla birlikdə heyvan bazarına xırda buynuzlu heyvanlar aparmışdır. 12 may 2024-cü il tarixdə, saat 01 radələrində Səid ona zəng edib əlində iki baş xırda buynuzlu heyvanı olduğunu, Füzuli rayonunda heyvanın yaxşı pula getdiyini eşitdiyini, ona görə də Füzuli rayon bazarına aparmağı demişdir. Səidlə 40 manat pula razılaşmış, bundan sonra maşınla Səidin qapısının qarşısına gəlmiş, Səidin qapının qarşısında avtomobilin yük yerini açmış və Səid yerdə ayağı bağlı vəziyyətdə olan iki baş qoyun heyvanını yük yerinə qoymuşdur. Sonra oradan birbaşa Füzuli rayonuna getmişlər. Səid heyvanları aparıb bir qədər sonra satıb geri gəlmişdir. O, maşından düşmədiyi üçün heyvanları kimə və neçəyə satmasını bilməmişdir. Sonra oradan çıxıb İmişli şəhərinə gəlmişlər və Səid İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən “Fəridə” aptekin qarşısında düşüb getmişdir. Bundan başqa 16 may 2024-cü il tarixdə, saat 24 radələrində Səid ona yenə zəng edib Bərdə rayon bazarına getmək istədiyini və oraya heyvan aparacağını demişdir. O, Səidlə Bərdəyə getmək üçün pul danışmamışdır. O da razı olub Səidin evinin qarşısına getmişdir. Səidin yanında bir nəfər tanımadığı gənc oğlan da olmuşdur. Səid orada satmaq üçün bazara aparacağı heyvanları bazardan alan zaman İmişli rayonu Nurulu kənd sakini Elşən adlı şəxsin qapısına qoyduğunu və heyvanların hazırda Elşənin qapısında olduğunu demişdir. Bundan sonra onlar birlikdə Elşənin həyətinə getmişlər. Elşən gəlmiş, o da yağış yağdığı üçün və yol uzaq olduğu üçün Səidlə Bərdə bazarına getməməsi üçün Elşənə bacarırsa heyvanları özü almasını təklif etmiş, Səid də orada Elşənə qoyunları istəsə sata biləcəyini demişdir. Elşən də qoyunları 450 manata almağa razılaşmış, qoyunları gətirmək pulu üçün 20 manat, ondan əvvəl də Səidə 200 manat borca pul verdiyi üçün həmin pulu da çıxmış, yekun olaraq Səidə 230 manat pul vermişdir. Bundan sonra o, Səidi və sonuncunun yanında olan gənc oğlanı Murğuzallı kəndinə qaytarıb gətirmiş və yol haqqı olaraq Səiddən 15 manat pul almışdır. O, Səid Məhəmmədovun həmin qoyunları oğurluq yolu ilə əldə etdiyini bilməmiş, bu barədə heç nə eşitməmişdir. Çünki, Səid heyvan bazarında böyümüş uşaq olmuş, dəfələrlə Səidi bazara aparıb gətirmişdir. Həm də Səid qoyunları öz qapısının qarşısından maşına qoymuşdur. O, Səidi heyvan alveri edən şəxs kimi tanımış, həmişə də heyvan bazarına gecə saatlarında getmişlər. Buna görə də səidin oğurluq etdiyindən şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsində təsərrüfatla məşğul olur. Həmin təsərrüfatda özlərinə məxsus iri və xırdabuynuzlu heyvanları vardır. İlk öncə 41 baş qoyun heyvanları olmuşdur. Heyvanlar həyətlərindəki qəhəlin qarşısında olan hasarlanmış sahəyə salınır. 12 aprel 2024-cü il tarixdə, saat 21 radələrində 41 baş qoyun heyvanı qəhələ saldıqlarını, bir gün sonra, yəni 13 aprel 2024cü il tarixdə, saat 07 radələrində qoyunları qəhəldən çıxaran zaman qoyunların sayıldığını və üç baş qoyunun əskik olduğunu bilmişlər. Bu barədə atası Zərərçəkmiş şəxs dərhal 102 xidmətinə məlumat verib üç baş qoyun heyvanının oğurlanmasını bildirmişdir. Bundan bir ay sonra 12 may 2024-cü il tarixdə, saat 07 radələrində yenə heyvanları sayan zaman iki baş qoyun heyvanının oğurlanmasını aşkar edərək yenə də 102 xidmətinə məlumat vermişlər. Bundan üç gün sonra, yəni 15 may 2024-cü il tarixdə, saat 10 radələrində heyvanları sayan zaman iki baş qoyun heyvanının yerində olmadığını aşkar etmişlər, bundan sonra artıq heyvanların hissə-hissə oğurlandığını dərk edib dərhal video müşahidə kamerası alaraq qəhəlin içərisinə quraşdırmışlar. Video kamera evdə olan “LG” markalı televizorla əlaqəli olmuş və oradan qəhəlin müşahidəsini aparmışdır. 22 may 2024-cü il tarixdə, saat 02 radələrində evdə qoyunların qəhəldən sürətlə həyətə çıxdıqlarını eşitmişlər. Dərhal atası ilə birlikdə həyətə düşdükdə əmisi oğlu X4 bir baş qoyunu əlində ot tayasına tərəf apardığını görmüşdür. Onların səslərini eşidən kimi Səid qoyunu yerə atmış və ot tayasının yanı ilə hasardan tullanıb qaçmışdır. O da hasardan tullanıb Səidin ardınca qaçmış və məktəbin yaxınlığında Səidi yaxalamış və qapılarının yaxınlığına kimi gətirmiş, sonuncudan oğurluq etmədiyi barədə and içməsini istəmiş, lakin sonuncu oğru olmadığını, oğurluq etmədiyini demişdir. Sonra o, Səidin əlini belinə tərəf apardığını görmüş, belində bıçaq və ya nəsə ola biləcəyindən şübhələnib əlinə çomaq almaq üçün həyətə keçmək istədikdə Səid qaçıb getmişdir. Bundan sonra onlar gəlib kamera görüntüsünə baxmışlar və Səidin 02 radələrində qəhələ daxil olduğunu və oradan bir baş qoyun heyvanını qovub tutduğunu, sonra digər heyvanların qaçıb həyətə çıxdığını, onlar həyətə düşdükdə isə Səidin qaçıb getdiyini görmüşlər. Bundan sonra əvvəlki oğurluqları da Səidin etdiyini bilmişlər. 22 may 20224-cü il tarixdə saat 10 radələrində Səid və anası Gülər onların qapısına gəlmiş, buna səbəb isə Səidin telefonunun onların ot tayasının yanında düşüb qalması və onun həmin telefonu aşkar etməsi olmuşdur. Səid bir neçə dəfə onun yanında telefonu açdığı üçün giriş kodunu bilmiş, telefonu açıb zənglərə baxdıqda gecə saat 02:16da Səbuhi adlı həmkəndlisinə, ondan sonra isə Nurulu kənd sakini olan bir nəfər şəxsə zəng etməsini görmüşdür. Bundan bir neçə dəqiqə sonra 02:24-də isə qəhələ daxil olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Baxış keçirilməsi haqqında 14 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli rayonu Murğuzallı kənd sakini Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsində yerləşən, mişar daşından tikilmiş, üzəri dam örtüyü ilə örtülmüş tövlədir. Tövlənin arxa tərəfindən dəmirdən, göy rəngli giriş qapısı vardır. Tövlənin qarşısında taxtadan çəpərlənmiş qəhəl vardır. Zərərçəkmiş şəxs özünə məxsus xırdabuynuzlu heyvanları həmin qəhələ saldığını, 14 aprel 2024-cü il tarixdə, saat 05 radələrində qəhəldəki heyvanlara baxan zaman qəhəlin arxa qapısının açıq olmasını, həmin qapını axşam heyvanları qəhələ salan zaman bağladığını bildirmişdir. Qapının açıq olduğunu görüb heyvanları saymış və qoyunlardan dörd başının əskik olmasını, oğurlanmasını müəyyən etmişdir. Baxış zamanı naməlum şəxs(şəxslərin) arxa dəmir qapıdan dörd baş xırdabuynuzlu heyvanları aparması, qəhələ yaxın yerdə torpaq üzərində heyvanlara məxsus sürtünmə izlərinin olması müəyyən edilmişdir. (cild 1, səhifə 188-193) Baxış keçirilməsi haqqında 12 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayonu Murğuzallı kəndinə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsi və həyətidir. Həyətə daxil olduqda göy rəngli dəmir qapı, ətrafı sim-məftildən ibarət qəhəl, yaşayış evi, ağaclar və çardaq müşahidə edilmişdir. Zərərçəkmiş şəxs əyani olaraq ona məxsus iki baş qoyun heyvanının oğurlandığı yeri göstərmişdir. (cild 1, səhifə 144-147) Baxış keçirilməsi haqqında 22 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli rayonu Murğuzallı kəndində yerləşən və Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həyətyanı sahədə müxtəlif meyvə ağacları vardır. Küçə istiqamətində mişar daşından çəpər, digər üç tərəfdə isə kollar, həmçinin setkadan ibarət çəpər vardır. Həyətyanı sahədə iri və xırdabuynuzlu heyvanlar saxlanılır. İki ədəd qapalı tövlə formalı yerdən birincisinin qarşısında çardaq və həmçinin taxtadan ibarət hasarlanmış sahə vardır. Həmin yerdə xırdabuynuzlu heyvanlr saxlanılır. Qəhəlin içərisində süni işılandırma üçün lampalardan istifadə olunmuşdur. Qəhəlin iki yerdən giriş qapısı vardır. Birinci qapı göy rəngli dəmir qapıdır və küçəyə açılır. İkinci qapı isə qəhəlin qarşısında taxta hasarlanmış sahənin tən ortasındadır, taxtadan düzəldilmiş, həyətə açılır. Birinci dəmir qapı mexaniki qaydada bağlansa da ikinci taxta qapı iplə bağlanılır. Qəhəlin içərisində 27 baş xırdabuynuzlu, hamısı qoyun cinsli heyvan vardır. Qəhəlin yuxarı küncündə video müşahidə kamerası vardır. Həmin kamera Zərərçəkmiş şəxs evində olan “LG” markalı televizorla əlaqələndirilmişdir. Bundan sonra baxış yaşayış evində, video müşahidə kamerasının əlaqələndirildiyi televizorda video görüntünün izlənilməsi ilə davam etditrilmişdir. Videoya baxan zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 02:27-də bir nəfərə kişi cinsli şəxs qəhələ gizli daxil olaraq qoyun heyvanlarını müşahidə etmiş, qovaraq seçdiyi heyvanı tutmağa çalışmışdır. Birinci cəhdində yerə yıxılan həmin şəxs sonradan bir baş qoyun heyvanını boğaz nahiyəsindən tutub və qəhəldən çıxarmışdır. Qəhəlin içərisində olan qoyun heyvanları isə hürkərək həyətyanı sahəyə qaçmışdır. Zərərçəkmiş şəxs həmin şəxsi tanıdığını və onunla qonşuluqda yaşayan və qardaşı oğlu olan Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Video görüntü “Honor 8xA” markalı mobil telefon vasitəsilə çəkilərək götürülmüş, CD diskə köçürülüb protokola əlavə edilmişdir. (cild 1, səhifə 7-14); Baxış keçirilməsi haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan video görüntü 01 dəqiqə 23 saniyə uzunluqdadır. Vuideodan məlum olmuşdur ki, bir 22 may 2024-cü il tarixdə, saat 02:27-də bir nəfər kişi cinsli şəxs İmişli rayonu Murğuzallı kənd sakini Zərərçəkmiş şəxs həyətində yerləşən qəhələ daxil olaraq orada olan xırda buynuzlu qoyun heyvanlarını qovaraq bir baş xırda buynuzlu qoyun heyvanını tutmuş, həmin vaxt isə qəhəldə olan digər heyvanlar qəhəldən çıxaraq qaçmışdır. Təqsirləndirilən şəxs2 qəhələ daxil olan şəxsin özü olmasını tanımış, bir baş qoyunu aparmaq məqsədilə oraya daxil olduğunu, lakin qoyunların qəhəldən çıxması zamanı yaranmış səsə çıxan Zərərçəkmiş şəxs və sonuncunun oğlu Şahid1 görüb həmin qoyunu əlindən ataraq qaçdığını bildirmişdir. (cild 1, səhifə 119); Baxış keçirilməsi haqqında 26 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı, qara rəngli mobil telefonunun kontaktlar bölməsinə daxil olunmuş və müəyyən edilmişdir ki, 21 may 2024-cü il tarixdə. saat 21:28, 21:31, 21:41, 23:06, 23:34, 23:51-də və 22 may 2024-cü il tarixdə saat 02:16-da “Səbuhi” adlı kontakta məxsus ***-***-**-** saylı mobil nömrəyə cavablandırılmamış zənglər edilmişdir. Təqsirləndirilən şəxs2 özü də baxış zamanı qeyd etmişdir ki, hadisədən əvvəl Səbuhi kimi kontakt bölməsində qeyd etdiyi həmkəndlisi X2 zəng etməsini, lakin sonuncunun telefonu söndürməsi ilə bağlı olaraq telefona zəng çatmamışdır. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, 22 may 2024-cü il tarixdə, saat 02:22-də ***- ***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 55 saniyə ölçüdə zəng əlaqəsi saxlanılmışdır. ***-***-**-** saylı mobil nömrə isə yoxlama zamanı iş üzrə Şahid3 məxsus olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 baxış zamanı qeyd etmişdir ki, hadisədən əvvəl Şahid3 zəng etmiş və heyvan bazarına satmaq məqsədilə özünə məxsus heyvanları aparacağını demiş, sonuncu da razı olmuşdur. Bu məqsədlə Şahid3 zəng etdiyini bildirmişdir. Lakin əməlini başa çatdıra bilmədiyini, qaçaraq hadisə yerindən uzaqlaşdığını, Şahid3 onun çağırışına görə sonradan kəndə gəlməsini, lakin yarı yoldan sonuncunu geri qaytarmasını, daha bazara gedəsi olmadığını bildirmişdir. Həmçinin Şahid3 həmin oğurluq hadisəsindən məlumatlı olmadığını, öz heyvanı kimi təqdim edib bazara aparacağını bildirdiyini də qeyd etmişdir. (cild 1, səhifə 276-278); Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 23 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 may 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, səhifə 77-78); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, səhifə 164-165); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3cü maddəsindən həmin Məcəllənin 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, səhifə 131-132); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, səhifə 177- 178); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1, səhifə 243-244); Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçmək haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 həmin tarixdə Saatlı RPŞ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, səhifə 268-269); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, səhifə 257-258); Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçmək haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 həmin tarixdə Saatlı RPŞ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, səhifə 272-273); Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (cild 2, səhifə 1-23); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 2, səhifə 25-27); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 2, səhifə 39-40); İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-54/20243 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 2, səhifə 163- 165); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-54/20243 saylı qərarına əsasən xx.xx.2024-cü il tarixdə açılmış 440531 nömrəli axtarış işi üzrə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə tutulmuşdur. (cild 2, səhifə 169); Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, onların özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə, digər Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam şəkildə ödəməsini (CM-59.1.13), əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam şəkildə ödəməsini (CM-59.1.13) və “Vətən müharibəsi” iştirakçısı olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və məhkəmə xərcləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan iki baş qoyunun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı Təqsirləndirilən şəxs2 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 72 (yetmiş iki) manat və Təqsirləndirilən şəxs1 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək və 06 sentyabr 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) ay 16 (on altı) gün müddət həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 5 (beş) ay 2 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan iki baş qoyunun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar