Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-55/2021 08.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 1(036)-055/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 08 may 2021-ci il/saat 10:40 İmişli şəhəri İmişli Rayon Məhkəməsi Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1961-ci ildə İmişli rayonu, Xubyarlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 04 aprel 2021-ci il tarixdə, saat 18:00 radələrində İmişli rayonu Məzrəli kəndindı yerləşən yaşadıqları evlərin çəpərləri arasında olan yolda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə bellə vuraraq ona sağ gicgah nahiyəsində yara ilə müşayiət olunan, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Məzrəli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həm həmkəndlisi, həm də qonşusudur. 04 aprel 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində İmişli rayonu, Məzrəli kəndində yaşadıqları evin yaxınlığındakı ara yolda şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı o, əsəbini cilovlaya bilməyib Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bel ilə 1 (bir) dəfə vuraraq, onun sağ gicgah nahiyəsində yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirmişdir. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir, səmimi peşmanlıq və mənəvi əzab hissi keçirir. Zərərçəkmiş şəxs ilə bir neçə dəfə barışığa cəhd etmiş, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və məhz özünün səbrsizliyi ucbatından cinayət əməlini törətmişdir. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Məzrəli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həm həmkəndlisi, həm də qonşusudur. 04 aprel 2021-ci il tarixdə, saat 18:00 radələrində İmişli rayonu, Məzrəli kəndində yaşadıqları evin yaxınlığındakı ara yolda şəxsi münasibətlər zəmnində Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki bel ilə onun sifət nahiyəsinə 1 (bir) dəfə vuraraq, sağ gicgah nahiyəsində yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirmişdir. O, halhazırda Təqsirləndirilən şəxs ilə barışmamış və onun barışıq təklifini rədd etmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 198 saylı, 05 aprel 2021-ci il tarixli rəyindən görünür ki, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: sağ gicgah nahiyəsində yara küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 04 aprel 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” X10 115 saylı, 12 aprel 2021-ci il tarixli məktubundan görünür ki, xx xxxxxx 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və xx xxxxxx 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “İmişli Rayon Mərkəzi Xəstəxanası” X10 ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda dayanmırlar. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 638 saylı, 21 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X3, övladları X4 və X5 ilə birlikdə İmişli rayonu, Məzrəli kəndində yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N saylı, 16 fevral 2021-ci il tarixli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N saylı hərbi hissənin mühəndistəminat qrupları ilə birlikdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonları istiqamətində tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N saylı, 17 fevral 2021-ci il tarixli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N saylı hərbi hissənin mühəndistəminat qrupları ilə birlikdə Füzuli və Xocavənd rayonları istiqamətində tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan müvafiq qaydada təsdiq edilmiş 05 iyun 2018-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Mehtiyev X1 və Su Təsərrüfatı sistemində çox illik fəaliyyətinə və vəzifə öhdəliklərini layiqincə yetirə yetirdiyinə görə “xxxx” ASC-nin rəhbərliyi tərəfindən təltif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan müvafiq qaydada təsdiq edilmiş 17 fevral 2021-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin Vətən müharibəsində döyüş tapşırıqlarının yerinə yetirməsi zamanı mövqelərinin hazırlanmasında fəal iştirak etdiyinə görə hərbi hissənin rəhbərliyi tərəfindən təltif edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxs ilə barışığa cəhd etməsini, ailəli və himayəsində 2 (iki) uşağının olmasını, ibtidai araşdırma müddəti ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini, xüsusilə, Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etməsini, N və N saylı hərbi hissələrinin mühəndis-təminat qrupları ilə birlikdə Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Xocavənd rayonları istiqamətində tapşırıqların yerinə yetirilməsində fəal iştirak etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan islah işləri ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmasını məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-55/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-55/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver