Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-55/2023 14.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2nın və Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Göbəktala kəndində yaşayan və barəsində” polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 22 dekabr 2022-сi il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarına riayət etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan İmişli şəhəri, N.Nərimanov küçəsində İmişli rayonu, Qaralar kəndi istiqamətində 20-25 km/saat sürətlə idarə etdiyi “VAZ 2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhəri, R.Əliyev küçəsi ilə kəsişmədə olan yolayrıcına daxil edərkən hərəkət istiqamətində 2.4 “Yol verin” yol nişanın tələblərinə riayət etməli, yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, həmin yolayrıcına daxil olan nəqliyyat vasitəsinə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinə əmin olaraq yolayrıcına daxil olub hərəkətini davam etdirməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək hərəkətin təhlükəsizliyinə əmin olmadan avtomobili dayanmadan yolayrıcına daxil edib avtomobilin sağ yan hissəsi ilə yolayrıcına hərəkət istiqamətinin sağ tərəfindən birləşən, İmişli şəhəri, R.Əliyev küçəsində X3 İmişli şəhəri, H.Əliyev prospekti istiqamətində 30-40 km/saat sürətlə idarə etdiyi “HONDA CRV MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilindəki sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ baldır sümüklərinin orta-yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığından ibarət olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum atası X2 miras qalmış “VAZ-2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil anası X1 mülkiyyətinə keçmiş və onun sahibliyinə verilmişdir. 22 dekabr 2022-ci il tarixdə saat 19 radələrində həmin avtomobili idarə edərək arvadı Şahid2, baldızı Şahid3, azyaşlı qızı Zərərçəkmiş şəxs və azyaşlı qızı X7 ilə birlikdə yaşadığı İmişli rayonu, Göbəktala kəndindən İmişli rayonu, Aşağı Qaralar kəndi istiqamətində hərəkətdə olmuş və İmişli şəhəri, Nəriman Nərimanov küçəsindən İmişli şəhəri, Ramiz Əliyev küçəsinə çıxarkən sürətini azaldaraq 15-20 km/saat sürətlə həmin yola çıxmışdır. Həmin vaxt sağ tərəfdən “HONDA CRV MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş və həmin avtomobildən təxminən 40 metr məsafə olduğu üçün sürətini artırıb yolun digər tərəfinə keçmək istəmişdir. Lakin “HONDA CRV MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun sağ tərəfinə çəkmiş və toqquşma baş vermişdir. Hadisə nəticəsində Şahid3nın ayaq nahiyəsində, Şahid2nın sifət nahiyəsində sıyrıq xəsarətləri əmələ gəlmiş, azyaşlı qızı Zərərçəkmiş şəxs isə sağ baldır sümüyü sınmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və o, avomobilində olan şəxslərlə birlikdə xəstəxanaya aparılmışdır. İş üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid2 ifadəsində göstərmişdir ki, 22 dekabr 2022-ci il tarixdə saat 19-00 radələrində o, əri Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı İmişli rayonu, Göbəktala kəndindən İmişli rayonu, Aşağı Qaralar kəndi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə onlardan başqa azyaşlı qızları, Zərərçəkmiş şəxs və X7, bacısı Şahid3 da olmuş, onlar avtomobilin arxa oturacağında yanbayan əyləşmişlər. İmişli şəhəri, Nəriman Nərimanov küçəsindən İmişli şəhəri, Ramiz Əliyev küçəsinə çıxarkən avtomobil təxminən 15-20 km/saat sürətlə hərəkət etmiş və qəfildən “HONDA CRV MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağ tərəfdən toqquşmuşdur. Həmin vaxt onun başı uşaqlara qarışdığı üçün yola baxmamış, hadisə nəticəsində onun sifət nahiyəsində sıyrıq xəsarətləri əmələ gəlmiş, azyaşlı qızı Zərərçəkmiş şəxs isə sağ baldır sümüyü sınmışdır. Hadisədən sonra onlar təcili tibbi yardım avtomobili ilə İmişli RMX-na getmişlər. Şahid2 daha sonra ifadəsində göstərmişdir ki, göstərilən tibbi yardımlarla yanaşı Təqsirləndirilən şəxs qayğı və səyləri nəticəsində Zərərçəkmiş şəxs tam şəkildə sağalmışdır və heç bir şikayəti yoxdur. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, 22 dekabr 2022-ci il tarixdə bacısı Şahid2nın İmişli rayon, Göbəktala kəndində yerləşən evinə qonaq getmiş və saat 19 radələrində yeznəsi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu, Göbəktala kəndindən, İmişli rayonu, Aşağı Qaralar kəndində yerləşən fərdi yaşayış evlərinə getmək üçün bacısı Şahid2 və bacısı qızları, Zərərçəkmiş şəxs və azyaşlı X7 ilə birlikdə yola çıxmışlar. Həmin vaxt avtomobilin qabaq sərnişin oturacağında heç kim oturmamış, arxa oturacaqda solda bacısı Nigar, ondan sağda Ləman, ondan sağda isə o, əyləşmiş, azyaşlı Nilay Nigarın qucağında olmuşdur. İmişli şəhəri, Nəriman Nərimanov küçəsindən baş yola, yəni İmişli şəhəri, Ramiz Əliyev küçəsinə çıxarkən avtomobil aşağı sürətlə hərəkət etmiş və qəflətən başqa avtomobillə toqquşmuşdur. Həmin vaxt o, mobil telefonla məşğul olduğu üçün yola baxmamış, hadisə nəticəsində onun ayaqlarında sıyrıq xəsarətləri əmələ gəlmişdir. Hadisədən sonra onlar təcili tibbi yardım avtomobili ilə İmişli RMX-na getmişlər. İş üzrə Şahid4 Dövruşalı oğlu ifadəsində göstərmişdir ki, “HONDA CRV MİNİK” markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 22 dekabr 2022-ci il tarixdə saat 19 radələrində oğlu Rauf Əliyevin idarə etdiyi həmin avtomobillə İmişli şəhəri, Ramiz Əliyev küçəsində yerləşən “Al Market” mağazasına gedib bazarlıq etmiş və sonra İmişli şəhəri, Xiyabani küçəsi ev 51 istiqamətində hərəkət etmişlər. Həmin vaxt Rauf Əliyev avtomobili İmişli şəhəri, Ramiz Əliyev küçəsi ilə 30-40 km/saat sürətlə idarə etmiş və İmişli şəhəri, Nəriman Nəriman küçəsinin kəsişməsinə çatarkən sol tərəfdən VAZ- 2106 markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilin gözləmədən yola çıxdığını görərək toqquşmadan yayınmaq məqsədilə avtomobili yolun sağ tərəfinə çəkmişdir. Lakin həmin avtomobil onarın avtomobilin ön sol təkər hissəsindən vuraraq toqquşmuşdur. Hadisə nəticəsində Rauf xəsarət aldığı üçün orda olan bir nəfər tərəfindən xəstəxanaya aparılmış, o, isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. “HONDA CRV MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ona cəmi 6610,0 manat məbləğində maddi zərər dəymiş və tam şəkildə ödənilmişdir.Ona görə də, heç bir şikayəti və tələbi yoxdur. İşdə olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli protokola əsasən hadisə İmişli şəhəri R.Əliyev küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində, yaşayış məntəqəsində baş vermiş, hadisə yerində yol asfalt örtüklü olmaqla quru və hamar olmuşdur. İmişli şəhəri, R.Əliyev küçəsində asfalt yolun hərəkət hissəsinin eni 6,80 metr, İmişli şəhəri, N.Nərimanov küçəsində asfalt yolun hərəkət hissəsinin eni 12,30 metrdir, yolun sol və sağ tərəflərində fərdi yaşayış evləri vardır. Hadisə zamanı “VAZ-2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, avtomobildə Şahid2, Şahid3, Zərərçəkmiş şəxs və X7 olmuş, avtomobilin yük yeri boş olmuşdur; “HONDA CRV MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 idarə etmiş, avtomobildə Şahid4 olmuş, yük yerində isə ev üçün alınan ərzaq malları olmuşdur; Hadisə yerində şin izləri və tormozlama izləri aşkar edilməmişdir. ( c.i. səh:04-15) İşdə olan AR DİN BDYPİ İmişli Regional Qİ və TBŞ tərəfindən verilmiş n 23 yanvar 2023-cü il tarixli, 016-11-k-40 nömrəli məlumata əsasən İmişli rayon Göbəktala kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. ( c.i.səh:65) İşdə olan AR SN MTEPAB PHŞ İmişli rayon şöbəsi tərəfindən verilmiş 13 fevral 2023-cü tarixli 121 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ baldır sümüklərinin orta-yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. ( c.i.səh: 70-71) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 8/679 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim olunmuş məlumatlara əsasən VAZ-2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanın) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Sürücü Əsədov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.25 mart 2019-cu il tarixdə saat 16-00 İşdə olan İmişli "xxxx" stansiyası MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10 saylı Zərər Aktına əsasən “HONDA CRV MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş madi zərər 6610,0 manat təşkil edir. ( c.i.səh: 31 ) İşdə olan AC 378576 nömrəli NV-nin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən VAZ-2106 markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. ( c.i.səh: 69) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan İmişli RİHB-nin Göbəktala kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 553/12-10/2-134-2023 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. ( c.i.səh:101) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və himayəsində azyaşı uşaqları olması onun cəzanı yüngülləşdirən hallardır. İşdə olan AR DİN BƏSİİ-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır.( c.i.səh: 99) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB-nin Göbəktala kənd İƏD üzrə İN tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i.səh:102) Məhkəmə törədilmiş cinayətin xarakterini nəzərə alınaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nın müvafiq maddəsinin snksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, eyni zamanda cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq AR CM-nın 70.1-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383- 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunan 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1(bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə qoyulan vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırtmazsa, yaxud başqa cinayət törətməzsə ona təyin olunan 1 (bir) il 6 ( altı) müddətə azadlıqdan məhrumetmə cəzası icra olunmasın. Təqsirləndirilən şəxs təyin olunan 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası real icra olunsun. Sınaq müddətinin və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 128,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-55/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-55/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver