Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-55/2025 08.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər - İmişli Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx.xx.2001-ci ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı ildə İmişli rayonu, Qaradonlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 26.01,2025-ci il tarixdə, saat 02 radələrində İmişli rayonu Yuxarı Qaralar kəndində X1 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq yeddi baş, dişi cinsli, bir illik, hər birinin diri çəkisi 30 kq olan xırdabuynuzlu qoyun heyvanı gizli yolla talamaqla zərərçəkmiş şəxs X2 2100 (iki min yüz) manat maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2024-cü il tarixdə gecə saat təxminən 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan 700 (yeddi yüz) manat dəyərində bir baş iribuynuzlu və 300 (üç yüz) manat dəyərində bir baş xırdabuynuzlu heyvanı əvəzsiz olaraq gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 1000 (bir min) manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2025-ci il tarixdə, saat 02 radələrində İmişli rayonu Yuxarı Qaralar kəndində X1 yaşadığı fərdi yaşayış evinin həyətində saxlanc yeri olan yerləşən tövləyə qanunsuz daxil olaraq yeddi baş, dişi cinsli, bir illik, hər birinin diri çəkisi 30 kq olan xırdabuynuzlu qoyun heyvanı gizli yolla talamaqla zərərçəkmiş şəxs X2 2100 (iki min yüz) manat maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2024-cü il tarixdə gecə saat təxminən 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan 700 (yeddi yüz) manat dəyərində bir baş iribuynuzlu və 300 (üç yüz) manat dəyərində bir baş xırdabuynuzlu heyvanı əvəzsiz olaraq gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 1000 (bir min) manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ittiham elan olunmuşdur ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2025-ci il tarixdə, saat 02 radələrində İmişli rayonu Yuxarı Qaralar kəndində X1 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq yeddi baş, dişi cinsli, bir illik, hər birinin diri çəkisi 30 kq olan xırdabuynuzlu qoyun heyvanı gizli yolla talamaqla zərərçəkmiş şəxs X2 2100 (iki min yüz) manat maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onlara həmin vaxt Təqsirləndirilən şəxs3 oğurluq etməyi bildirmişdir. Həmin yeri Təqsirləndirilən şəxs3 tanımışdır. Onlar da onun sözü ilə həmin əraziyə gedib oğurluq etmişdir. Dəyən ziyanı tam ödəmişlər. Səf etdiyini və əməlindən peşman olduğunu və ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onun yeznsi, Təqsirləndirilən şəxs2 isə uşaqlıqdan bir yerdə böyümüş aralarında dostluq münasibəti olduğunu bildirmişdir. O, İmişli Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzana məhkum edilmişdir. O, Zərərçəkmiş şəxs1 tanımadığını və sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmadığını bildirmişdir. 25 yanvar 2025-ci il tarixdə saat 21 radələrində Elsevər və Xəzərlə birlikdə İmişli rayon Qaradonlu kəndidnə meşəlik ərazidə yeyib içmək qərarına gəlmiş və birlikdə meşəlik əraziyə getdiklərini bildirmişdir. Elsevər və Xəzərlə birlikdə yeyib içdikdən sonra Elsevər İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən evin həyətindəki tövlədə qoyunlar olduğunu və həmin qoyunları oğurlamağı Xəzər və ona təklif etmişdir. O, və Xəzərdə Elsevərlə razılaşmışdır. xx.xx.2025ci il tarixdə gecə saat 02:00 radələrində Elsevərin idarə etdiyi motosikletlə Elsevərin dediyi ünvana doğru hərəkət etmişlər. Həmin yerə çatdıqdan sonra Elsevər motosikleti həmin evdən kənarda saxlamış və birlikdə motosikletdən düşüb evin həyətindəki tövləyə doğru irəliləmişdir. Bundan sonra Elsevər Xəzərə tövləyə gedib baxmasını və qoyunları bir-bir tövlədən çıxardıb ona verməsini bildirmişdir. Elsevər özü isə qoyunları bir bir ondan alıb ayaqlarını özləri ilə apardığı iplə bağlayacağını bildirmişdir. Bundan sonra Xəzər tövləyə daxil olmuş və oda tövlənin qapısının qarşısında Xəzəri gözləmişdir. Xəzər qoyunları bir-bir ona verdikcə o da həmin qoyunları Elsevərə ayaqlarını bağlamaq üçün vermişdir. Xəzər 6 baş qoyunu ona bir - bir vermiş və 7-ci qoyunu verdikdən sonra o, həmin qoyunu aparıb Elsevərə verərkən qoyun əlindən qaçmış və həyətə daxil olmuşdur. Bundan sonra Xəzər tövlədən çıxmış və birlikdə Elsevərin yanına getmişlər. Birlikdə qoyunları motosikletin yük yerinə yığmışlar. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə Füzuli rayonunda mal-qara bazarının olduğunu bilmiş, o, Elsevər və Xəzərlə birlikdə Elsevərin idarə etdiyi motosikletlə Füzuli rayonuna getmişlər. Həmin gün saat 03 radələrində bazara daxil olduqdan 20 dəqiqə sonra bir nəfər tanımadığı şəxs onlara yaxınlaşmış və qoyunların neçiyə olduğunu soruşmuşdur. Həmin zaman o kənarda durmuşdur. Xəzərlə Elsevər həmin adamla söhbət etmiş və qiymət barədə mübahisə etmişlər. Bundan sonra həmin adam qoyunları almış və bir-bir motosikletdən düşürdüb aparmışıdır. O, qoyunları dəqiq olaraq Elsevər və Xəzərin neçiyə satdığını bilmədiyini lakin Elsevər motosikletin yanacaq xərci üçün 35 manat pul çıxdıqdan sonra adama 430 manat pul verdiyni bildirmişdir. Daha sonra birlikdə İmişli rayonuna geri dönmüş və həmin pulu öz ehtiyacları üçün İmişli rayonunda xərcləmişdir. Oğurladığı heyvanların hansı dişi və hansı erkək olduğunu bilmədiyini, həmin heyvanların arıq və az çəkili olduğunu bildirmişdir. Aralarında rol bölgüsü olmadığını hərəsi oğurluq zamanı bir işi gördükərini Elsevərin yaşca Xəzərdən və ondan böyük olduğu üçün göstərişlər verdiyini bildirmişdir. İmişli rayonu Qaradonlu kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus tövlədən oğurluq faktı ilə bağlı qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 18 radələrində o, Əmrah və Elsevər birlikdə Araz çayının kənarında yerləşən meşədə oturub yeyib içən zaman Qubadın heyvanlarını oğurlamaq barədə danışmış, lakin konkret olaraq nə vaxt oğurlayacaqları barədə razılığa gəlməmişlər. Elsevər həmin vaxt orada 50 qram spirtli içki qəbul etmiş, bədəni dərhal alergiya verdiyindən Elsevər, özünü pis hiss etmişdir. Elsəvər ondan özünün motosikleti ilə evə aparmağı istəmişdir. Bundan sonra o Xəzəri yaşadığı evə gətirmiş, Elsevəri isə öz evinə aparmışdır. Təxminən yarım saat keçdikdən sonra o Xəzərə mobil telefon vasitəsilə zəng vurmuş və Qubadın yaşadığı evin yaxınlığına çağırmışdır. Həmin yerdə Xəzərlə görüşmüş və Qubadın heyvanlarını oğurlamağa qərar vermişdir. Qubad məcburi köçkün kimi ailəsi ilə birlikdə İmişli rayonu, Qaradonlu kənd xəstəxanasının həyətində məskunlaşıb yaşadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə gecə saat təxminən 02 radələrində o və Xəzər piyada şəkildə Qubadın yaşadığı evin yanına getmiş, Qubad xəstəxananın həyətində məskunlaşdığından həyət çəpərlənməmiş, ona görə də o, və Xəzər rahat şəkildə Qubadın yaşadığı evin həyətinə girmişdir. Daha sonra birlikdə tövləyə yaxınlaşmışdır. Tövlənin qapısı olmadığından qapı əvəzi olaraq ədyaldan istifadə edilmişdir. O Xəzərlə birlikdə rahat şəkildə tövləyə daxil olmuş, ilk əvvəl tövlənin içərisində olan bir baş iribuynuzlu erkək dananı birlikdə tövlədən çıxarıb Qubadın evindən təxminən 200 metr məsafə aralıda yerləşən sahəyə aparmışdır. Heyvanın boğazında kəndir olduğundan heyvanı sahəlikdə olan ağaca bağlayıb yenidən tövləyə tərəf qayıtmışlar. Yenədə rahat şəkildə tövləyə daxil olmuş tövlədən bir baş erkək xırdabuynuzlu heyvanı çıxarıb sahəyə gətirmişlər. Bundan sonra Xəzər sahədə gözləmişdir. O, isə Xəzərdən aralaşıb Elsevərə məxsus muraveyi götürmək üçün evə getmişdir. O, yaşadığı evin həyətində muraveyi işə salan zaman Elsevər evdə yatmışdır. Həyətdə olan bazarda satmaq üçün əvvəlcədən yığıdığı 46 ədəd həyət süpürgəsini muraveyə yükləmişdir. Aradan təxminən 15 dəqiqə keçdikdən sonra o idarə etdiyi muraveylə Xəzərin olduğu yerə gəlmişdir. O, Xəzərlə birlikdə heyvanları muraveyə yüklədikdən sonra satmaq üçün Fizuli rayonunda yerləşən mal-qara alqı-satqı bazarına aparmışlar. Yolda olan zaman Elsevər ona zəng vurmuş harada olduğunu soruşan zaman o Fizuli rayonunda yerləşən mal-qara alqı-satqı bazarına getdiyini demişdir. Bundan sonra Elsevər telefonu söndürmüşdür. Həmin gecə təxminən saat 03:00 radələrində Xəzərlə birlikdə bazara çatmışdır. Bundan sonra ilk əvvəl bazarda iribuynuzlu heyvanı tanımadığı bir nəfər şəxsə 370 manata satmış, ikinci olaraq xırdabuynuzlu heyvanı tanımadığı bir nəfər şəxsə 150 manata satmışlar. Həmin gecə Elsevərin də Fizuli rayonunda yerləşən bazara gəldiyini bildirmişdir. Elsevər bazara gəldikdən sonra onların yanına gəlmişdir. Elsevər ona taksi ilə gəldiyini, taksiyə verməyə pulu olmadığını, həmçinin muroveydən istifadə etdiyi üçün ondan pul istəmişdir. O da xırdabuynuzlu heyvanı sataraq əldə etdiyi 150 manat pulu Elsevərə vermişdir. Elsevər pulu aldıqdan sonra muraveyə əyləşib oradan çıxıb getmişdir. İribuynuzlu heyvanı sataraq əldə etdiyi 370 manat pulu bərabər şəkildə Xəzərlə bölmüşdür. Daha sonra o və Xəzər birlikdə taksi ilə yaşadığı kənddə gəlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onlar həmin vaxt yeyib içdikdən sonra oğurluq etmək qərarına gəlmişlər. Həmin yeri Təqsirləndirilən şəxs3 tanımışdır. Birlikdə həyətə giriblər və o, tövlədən quzuları çıxardığını, Elsevər ayaqlarını bağladığını və Əmrah isə kömək etdiyini bildirmişdir. Bundan sonra Elsevərə məxsus motosikletlə həmin heyvanları Füzuli rayonunda yerləşən “Mal-qara” bazarına aparıb satmışlar. Səhv etdiyini və əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, quzular tövlədə bağlı yerdə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onlar həmin vaxt yeyib içdikdən sonra oğurluq etmək qərarına gəlmişlər. Həmin yeri o, tanımışdır. Onun sözü ilə İmişli rayonu, Qaralar kəndinə gəlib oğurluq etmişlər. Xəzərin tövləyə girdiyini, tövlədən quzunu çıxardığını, o, isə ayaqlarını bağladığını və Əmrah isə kömək etdiyini bildirmişdir. Bundan sonra ona məxsus motosikletlə həmin heyvanları Füzuli rayonunda yerləşən “Mal-qara” bazarına aparıb satmışlar. Səhv etdiyini və əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Qubadın heyvanlarının oğurlanmasında o, olmamışdır. 6 (altı) baş heyvan olmuşdur. Bir başı isə qaçmışdır. Həmin heyvanları bazarda 1430 (bir min dörd yüz otuz) manata satmışlar. 30 (otuz) manatı yol puluna çıxmışlar və yerdən qalan 1430 (bir min dörd yüz otuz) manatı isə aralarında bölmüşlər. Dəyən ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, yaşadığı evin həyətində özünə məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanları olduğunu bildirmişdir. Ümumilikdə onun 27 baş xırda buynuzlu heyvanı var. Həmin mal-qara tövləsi yaşadığı evdən 15-20 metr aralıda yerləşir. O, hər gün gecə yuxudan durub heyvanların tövləsinə baxdığını, həmçinin xəstə olduğu üçün gecə yuxudan durub sidiyə gedir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, qoyunları yemlədikdən sonra tövləyə salmış və tövlənin qapısını bağlayıb evə getmişdir. Bundan sonra gecə saat 02 radələrində o, yuxudan durub heyvanlara baxmışdır. Həmin zaman heyvanlar yerində olmuşdur. Bundan sonra evə getmiş və 03 radələrində yenidən yuxudan durub tövləyə baxmışıdır. Tövlənin arxa tərəfində olan qapısının yerə aşdığını görmüşdür. Bundan sonra o, dərhal tövlənin qabaq qapısına tərəf getmiş və tövləyə girmişdir. Qoyunları saydıqda 7 baş qoyunun yerində olmadığını görmüşdür. Tövlənin giriş qapısı kilidli olduğu üçün qapının üstündə olan boşluqdan qoyunların oğurlandığını bilmişdir. Bundan sonra qoyunun bir başının həyətdə olduğunu görmüşdür. O, kəndin icra nümayəndəsinə zəng edib bu barədə məlumat vermişdir. Nümayəndə öz növbəsində polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə onun həyətinə gəlmişlər. Ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxslərdən şikayət və ətələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə o, özünə məxsus iki baş inək və bir baş dananı, həmçinin üç baş xırdabuynuzlu heyvanları hava şəraitilə əlaqədar olaraq axşama yaxın tövləyə salmışdır. Bundan sonra evdə olmuşdur. Səhər saat 11 radələrində yuxudan oyanıb həyətə çıxan zaman heyvanları saxladığı tövləyə baxanda tövlənin qapısına bağladığı ədyalın yerində qoparılmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra tövləyə girib baxan zaman orada bir baş dananın yerində olmadığını müəyyən etmişdir. Həmçinin qoyunları saxladığı yerə baxanda orada da bir baş quzunun olmadığını görmüşdür. O, heyvanların həyətə çıxa biləcəyini düşünüb ətrafı axtarsa da heyvanlardan bir iz tapa bilməyib. Bundan sonra bu barədə polisə məlumat vermişdir. Oğurluq hadisəsinin fevral ayının 22-dən 23-ə keçən gecə baş verməsini bildirmişdir. Oğurluq nəticəsində bir baş dişi cinsli, bir illik, diri çəksi 100 kq, 700 manat dəyərində iribuynuzlu heyvanın, bir baş dişi cinsli bir illik diri çəkisi 30 kq 300 manat dəyərində olan xırdabuynuzlu heyvanın oğurlandığını bildirmişdir. Dəymiş ziyana görə ona 1000 manat məbləğində pul ödənilmişdir. Lakin, təqsirləndirlən şəxslərdən Təqsirləndirilən şəxs2 qardaşının ona 100 manat borcu vardır. Ona görə də, təqsirləndirilən şəxslər barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib istintaq aparılmışdır (1-cild, i.v. 1); Baxış keçirilməsi haqqında 23 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus İmişli rayon Qaradonlu kəndində yerləşən həyətə və həyətyanı sahəyə baxış keçirilmişdir. Həyətyanı sahəyə baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 oğurluq baş verən yeri yəni tövləni göstərmişdir. Tövlənin qapısı taxtadan olmuş və tövlə kərpiclə hörülmüşdür. Tövlə yaşayış evindən bir qədər kənarda yerləşmişdir (1-cild, i.v. 8- 11); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 14); cinayət işinin tövsif olunması haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunmuş və istintaq davam etdirilmişdir (1-cild, i.v. 37); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (1-cild, i.v. 39-40); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (1-cild, i.v. 55-56); Baxış keçirilməsi haqqında 26 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayon Yuxarı Qaralar kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə və həyətdə olan beton hasarla əhatələnmiş ön tərəfi sellofanla örtülmüş qoyunların oğurlandığı yeri Zərərçəkmiş şəxs1 göstərmişdir. Bundan başqa baxış keçirilən yerdə kəsilmiş iplər aşkar edilmişdir (1-cild, i.v. 84-89); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 93); şübhəli şəxsin tutulması haqqında 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:03 radələrində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 124-125); şübhəli şəxsin tutulması haqqında 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:10 radələrində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 143-144); şübhəli şəxsin tutulması haqqında 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 19:07 radələrində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 143-144); ifadənin yerində yoxlanması haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il saat 02:00 radələrində İmişli rayonu Yuxarı Qaralar kəndində Zərərçəkmiş şəxs1 məxsus tövləyə Elsevərin idarə etdiyi motosikletlə çatdıqdan sonra Elsevər motosikleti saxladığı yeri, motosikletdən düşdükdən sonra Xəzər və Elseverlə birlikdə tövləyə tərəf irəlilədikləri yeri, tövlənin kənarında olan taxta qapının qarşısında Xəzərdən qoyunları götürdüyü, həmçinin qoyunları götürüb Elsevərin duruduğu yerə gətirdiyini əyani olaraq göstərmişdir (1-cild, i.v. 172-175); ifadənin yerində yoxlanması haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə gecə saatlarında İmişli rayonu Yuxarı Qaralar kəndi Zərərçəkmiş şəxs1 məxsus tövləyə Elsevərin idarə etdiyi motosikletlə tövləyə yaxın yolun kənarında saxladıqları yeri daha sonra tövləyə doğru hərəkət etdikləri yeri bundan başqa tövlənin giriş qapısından içəri daxil olduğu və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 dayandığı yeri əyani olaraq əli ilə göstərmişdir (1-cild, i.v. 176-182); ifadənin yerində yoxlanması haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə İmişli rayonu Yuxarı Qaralar kəndində Zərərçəkmiş şəxs1 məxsus tövlənin yaxınlığında motosikleti yolun kənarında saxlayıb tövləyə tərəf hərəkət etmiş, Əmrahla Xəzər tövlə tərəfə irəliləmiş o isə tövlənin arxasında gözləmişdir. Xəzər tövlənin içərisinə girmiş, Əmrah isə tövlənin qapısının qarşısında gözləmiş, Xəzər tövlənin içərisindən bir bir qoyunları çıxardıb Əmraha vermiş, Əmrahda həmin qoyunları onun yanına gətirmiş, O isə özü ilə gətirdiyi iplə qoyunların ayağını bağlamışdır (1-cild, i.v. 176-182); cinayət işinin tövsif olunması haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunmuş və istintaq davam etdirilmişdir (1-cild, i.v. 193-194); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (1-cild, i.v. 218-219); ifadənin yerində yoxlanması haqqında 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il saat 02:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə İmişli rayonu, Qaradonlu kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxusus evin həyətindəki tövləyə daxil olduğunu, tövlənin içərisindəki bir baş iri buynuzlu heyvanı tövlədən çıxardıb təxminən 200 metr aralıda yerləşən sahədə ağaca bağladığını daha sonra yenidən həmin tövləyə qayıdıb bir baş xırdabuynuzlu heyvanı tövlədən oğurlayıb həmin sahəyə apardığını əyani olaraq göstərmişdir (1-cild, i.v. 229-234); İfadənin yerində yoxlanması haqqında 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Qaradonlu kəndində yaşayan Zərərçəkmiş şəxs2 evinin həyətinə Təqsirləndirilən şəxs1 ilə birlikdə haradan daxil olduqlarını, daha sonra həyətdə yerləşən tövlənin içərisindən bir baş iribuynuzlu və bir baş xırdabuynuzlu heyvanı oğurladığı yeri əyani olaraq göstərmişdir (1-cild, i.v. 235- 240); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 İmişli rayonu, Gövhərli kəndində yaşayır və ailə tərkibi atası X5, anası X3 qardaşı X8, bacısı X7 və qardaşı X10 ibarətdir (2-cild, i.v. 7); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (2-cild, i.v. 8); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əzimov X21 rayonu, Qaradonlu kəndində yaşayır və ailə tərkibi atası X13, bacısı X12 və qardaşı X16 ibarətdir (2-cild, i.v. 9); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (2-cild, i.v. 10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 25 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 69.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, xx.xx.2024-cü il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (2-cild, i.v. 11-12); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 25 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Əzimov X21 Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 62 və 66.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, İmişli Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, (2-cild, i.v. 13-14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 25 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Nəsirov X18 Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 ilə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və onun barəsində Azərbaycan Respublikası CM-nın 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir (2-cild, i.v. 15-16); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 İmişli rayonu, Gövhərli kəndində yaşayır (2-cild, i.v. 20); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (2-cild, i.v. 21); İmişli Rayon Məhkəməsinin 1(036)-03/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (2-cild, i.v. 29- 48); İmişli Rayon Məhkəməsinin 1(036)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilmişdir (2-cild, i.v. 50- 57); Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-264/2022 saylı, 13 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və onun barəsində Azərbaycan Respublikası CM-nın 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir (2-cild, i.v. 58-68); sübutların qiymətləndirilməsi haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, eləcə də Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə əvvəlki məzmunu dəyişdirilmədən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 185-ci maddəsi cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi cinayət təqibinin başlanması rədd edilmiş, 26 yanvar 2025-ci il tarixli oğurluq epizodunda Təqsirləndirilən şəxs1 əlindən qaçan bir baş qoyun heyvanının zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınsın, iş üzrə maddi sübut kimi tanınsın, maddi ziyanın ödənilməsi kimi qiymətləndirilməsin və 1700 manat maddi ziyanın ödənilməsi nəzərə alınmış, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın məzmununda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Əbdürrəhim oğlu və X2 vurulmuş maddi ziyanın hesablanması zamanı oğurlanmış əşyaların "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən dəyər qiymətləri deyil, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi dəyər qiymətləri əsas götürülmüş, cinayət işi üzrə təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında 26 yanvar 2025-ci il tarixli və 23 fevral 2025-ci il tarixli, üzləşdirmə aparılması haqqında 11 mart 2025-ci il tarixli, ifadələrin yerində yoxlanması haqqında 11 mart 2025-ci il tarixli və 12 mart 2025-ci il tarixli protokollar, habelə iş üzrə toplanmış digər istintaq sənədləri onların əldə edilmə mənbəyinə və mötəbərliliyinə görə sübut növü kimi qiymətləndirilsin və iş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxs X9 kimi qeyd olunan adı, Lənkəran kimi oxunmuş və Zərərçəkmiş şəxs2 Əbdürrəhim kimi qeyd olunan ata adı, Abdurəhim kimi oxunmuşdur (2-cild, i.v. 72-89); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 88 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 1-ci qrup əlil olan atası X17 baxıcısıdır. Azərbaycan Respublikası Medalının İ-10636 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının İ-7801 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir; Azərbaycan Respublikası Medalının İ-55237 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir; Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir; Azərbaycan Respublikası Medalının 84037 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir; X1 08 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən zərərçəkmiş şəxs X2 dəyən ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ərizəsindən görünür ki, 25 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxs X2 dəyən ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxs X6 barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə olaraq ödəməsini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəməsini (CM-59.1.12-59.1.13), Təqsirləndirilən şəxslərin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirlərini etiraf etməsini, əməlindən peşman olmalarını, gənc olmalarını, Təqsirləndirilən şəxs1 44 günlük “Vətən müharibəsi”ndə (İkinci Qarabağ müharibəsi) iştirak etməsini, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı olduğuna görə” medalları ilə təltif edilməsini və Təqsirləndirilən şəxs3 44 günlük “Vətən müharibəsi”ndə (İkinci Qarabağ müharibəsi) iştirak etməsini, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı olduğuna görə” medalları ilə təltif edilməsini, Təqsirləndirilən şəxs2 atası 1-ci qrup əlil olan X17 onun himayəsində olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini İmişli Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə məhkumluğu ödənilmədən törətməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 analoji cinayət törətməsinə görə əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını nəzərə alaraq, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin onlara yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail oluna bilməyəcəyini, təqsirkarın şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin islah olunması yalnız onların cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə onlara müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl onların analoji cinayətlərə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini İmişli Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə məhkumluğu ödənilmədən törətməsini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alınmaqla təqsirləndirilən şəxslərin islah olunması yalnız onların cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl onun analoji cinayətlərə görə məhkum olunmamasını, məhkumluğunun olmamasını, digər təqsirləndirilən səxslərdən fərqli olaraq törətdiyini cinayət əməlinin yalnız bir epizodlu olmasını, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə biləcəyini nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilmədən mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 10 mart 2025-ci il tarixdən 12 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 6 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 yaşadığı İmişli rayonu, Gövhərli kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (CPM-132). İş üzrə maddi sübut olan bir baş xırdabuynuzlu qoyun heyvanı zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-55/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001774 saylı orderə əsasən vəkil Müdafiəçi2, xx.xx.2025-ci il tarixli, 001794 saylı orderə əsasən vəkil Müdafiəçi3 və xx.xx.2025-ci il tarixli, 001798 saylı orderə əsasən vəkil Müdafiəçi1 onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat, Təqsirləndirilən şəxs2 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat və Təqsirləndirilən şəxs3 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 10 mart 2025-ci il tarixdən 12 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 6 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı İmişli rayonu, Gövhərli kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir baş xırdabuynuzlu qoyun heyvanı zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat, Təqsirləndirilən şəxs2 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat və Təqsirləndirilən şəxs3 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-55/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-55/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver