Məhkəmə qərarları › İş №1(036)-56/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-56/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-56/2021 07.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi X7 və nümayəndəsi X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri X2, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə İmişli rayonunun Muradallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonunun Muradallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə, xx xxxxxxxx 1964-cu il tarixdə İmişli rayonunun Muradallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, İmişli rayon Muradallı kənd tam orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Muradallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 16 may 2020-ci il tarixdə saat 14 radələrində İmişli rayonunun Nurulu kəndi ərazisində yerləşən dövlət pay torpaq sahəsində qohumu Təqsirləndirilən şəxs2 ilə İmişli rayon Nurulu kənd sakinləri Şahid4 Məhərrəm oğlu və Zərərçəkmiş şəxs arasında torpaq sahəsində mal-qaranın otarılması üstündə yaranmış mübahisə zamanı sonuncuların birlikdə Təqsirləndirilən şəxs2 hücum etdiyini görüb əlindəki bel alətinin dəmir hissəsi ilə Şahid4 baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 16 may 2020-ci il tarixdə saat 14 radələrində İmişli rayonunun Nurulu kəndi ərazisində yerləşən dövlət pay torpaq sahəsində İmişli rayon Nurulu kənd sakinləri Şahid4 Məhərrəm oğlu və Zərərçəkmiş şəxs ilə aralarında torpaq sahəsində malqaranın otarılması üstündə yaranmış mübahisə zamanı əlindəki bel alətinin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, qudası Təqsirləndirilən şəxs2 İmişli rayonunun Nurulu kənd sakinlərinə məxsus 15 hektara yaxın pay torpaq sahələrini əkin əkmək üçün satın almış və 2020-ci ildə birlikdə şərikinə həmin torpaqlarda pambıq əkmişlər. Həmin torpaq sahəsinin ətrafında Nurulu kənd sakinləri Qüdrət Məmmədov, İlqar Məmmədov və Tahir Məmmədova məxsus hər birinin 40-60 sot həyətyanı torpaq sahələri vardır. Torpaq sahələrini suvarmaq məqsədi ilə 16 may 2020-ci il tarixdə saat 10 radələrində sahənin kənarında olan su arxını İmişli rayon Su İdarəsinə məxsus ekskavatorla qazdırmışlar. Ekskavatorun sürücüsü saat 13 radələrinə kimi arxı qazıb qurtarmış və arx qazılarkən Nurulu kənd sakini Şahid4 Məhərrəm oğlu onların yanına gəlmiş və inəklərini qardaşı Qüdrət Məmmədova aid torpaq sahəsində deyil, onların aldığı və pambıq əkdiyi torpaq sahəsinin su arxının kənarına hörükləmişdir. Həmin vaxt Yasəfin yanında iki nəvəsi də olmuşdur. Fərhad Yasəfə inəklərini onun torpaq sahəsinin kənarına hörükləməməsini bildirdikdə, aralarında mübahisə yaranmış və sonuncu Fərhadı söymüşdür. Həmin vaxt Yasəf Fərhadın üstünə cumub yaxasından yapışmış və onu vurmaq istədikdə o, onların arasına girib ayırmışdır. Yasəf nəvələrinə oğlunu çağırmasını tapşırmış və uşaqları ataları Sabiti çağırmağa getmişlər. Bir müddət sonra Sabit qaça-qaça uşaqlardan xeyli irəlidə onlara tərəf gəlmiş və onlara çatmağa təxminən 20 metr qalmış Yasəf oğluna: “Gəl bunları tut” deyib yenidən onların ünvanına nalayiq ifadələr işlətmişdir. Sabit çataraq Fərhadın üzərinə cumub yaxasından tutub vurarkən Yasəf də oğlu ilə birlikdə Fərhadın üzərinə cumub yumruqla onu vurmuşdur. Sabitin əlində olan dəmirlə Fərhadın əlindən, Yasəfin isə yumruqla sonuncunun ağızından vurduğunu görüb aralarına girib onları ayırmaq istəyərkən, Yasəf çevrilib onun üstünə gəlmiş və həmin vaxt o, əlində olan bellə sonuncunun başından bir dəfə vurmuşdur. Yasəf aldığı zərbədən yerə yıxılmış və Sabit üzərinə gəlib beli əlindən almaq istədikdə əlindəki belin taxta dəstəyi sonuncunun alın nahiyəsinə dəyərək yaralamışdır. Yasəfin digər ailə üzvlərinin yaxınlaşdıqlarını görüb əlində olan beli yerə ataraq Təqsirləndirilən şəxs2 qoşulub oradan çıxıb getmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, İmişli rayonunun Muradallı kənd tam orta məktəbində dil və ədəbiyyat müəllimi işləyir. Yaşadığı kənddə şəxsi təsərrüfatı olduğundan İmişli rayonunun Muradallı kənd sakinləri Səyyaf Təhməzov, Pəhlivan Mustafayev, Xarabəyim Zamanova və Təhməz Mustafayevə məxsus İmişli rayonunun Nurulu kəndi ərazisində yerləşən cəmi 15 hektar pay torpaq sahəsini pul verib mülkiyyətinə almışdır. Həmin torpaq sahəsinin kənarında Qüdrət Məmmədova məxsus 0,60 hektar şəxsi həyatyani torpaq sahəsi vardır. Qüdrət həmin torpağı istifadə etmək üçün qardaşı Şahid4 vermiş və sonuncu həmin torpaqda inəklərini otarırmış. 2020-ci ildə aldığı torpağa qudası Təqsirləndirilən şəxs1 ilə birlikdə şərikinə pambıq əkmişlər. Pambığı suvarmaq məqsədilə 16 may 2020-ci il tarixdə saat 13 radələrində sahənin kənarı ilə ekskavatorla su arxını qazdırarkən Şahid4 nəvələri ilə bir yerdə yanlarına gəlmiş və inəklərini onların pambıq əkdiyi sahənin kənarına hörükləmişdir. Yasəfin yanına gedib salamlaşdıqdan sonra o, ona heyvanları sahənin kənarına hörükləməməsini, sahənin kənarında olan otu biçib öz heyvanlarına aparacağını bildirdikdə sonuncu “sənin burada sahən yoxdur, sən Muradallıdan gəlib Nuruluda yer ala bilməzsən” - demişdir. O, Yasəfə həmin torpaqları kənd sakinləri ona satdığını bildirdikdə sonuncu onu nalayiq küçə söyüşləri ilə söymüşdür. Sonra Yasəf yumruğunu havaya qaldırıb ağzından vurmaq istədikdə o, ona “ayıbdır, çıx get” bildirmiş və sonuncu yanındakı nəvələrinə “gedin oğlanlarımı çağırın gəlsinlər” - deyib yenidən onları söymüşdür. Uşaqlar qaçaraq evləri tərəfə getmiş və 4-5 dəqiqə sonra Yasəfin oğlu Sabit qaçaraq onlara tərəf gəlmişdir. Sabit onlara çatarkən Sərdar ona “gəl atanı götür apar, lazımsız söyüşlər söyür” deyə iradını bildirdikdə, sonuncu qaçaraq onun üstünə gəlmiş, Yasəf isə oğlu gəlib çatmamış onun ağzına yumruqla bir dəfə vurmuş və onun alt dodağı zədələnərək qanamışdır. Sonra Sabit əlində olan bərk əşya ilə onun sol əlinin şahadət barmağına bir dəfə vurub əlinə xəsarət yetirmişdir. Onların hər ikisi onun yaxasından tutub döyərkən o, özünü qorumaq üçün sağ əli ilə Yasəfin, sol əli ilə isə Sabiti tutmuşdur. Həmin vaxt Sabit sol əli ilə onun sağ gicgah nahiyəsinə vurmuş və Sərdar yerdən beli əlinə götürüb onlara yaxınlaşıb əlində olan bellə əvvəlcə Yasəfin baş nahiyəsinə bir dəfə vurmuş və sonuncu yerə yıxılmışdır. Sabit bir əli ilə ondan tutub digər əli ilə Sərdarı vurmaq istədikdə sonuncu əyilmiş və Sərdarın əlindəki belin taxtası Sabitin alınına dəyərək zədələmişdir. Kənd tərəfdən bir neçə qadının onlara tərəf qaçaraq gəldiklərini görüb oradan çıxıb getmişlər. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanaşır, inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Təqsirləndirilən şəxs2 və digər Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 16 may 2020-ci il tarixdə saat 15 radələrində çöl sahədən gətirdikləri ot bağlamalarını tayaya yığıb həyətdə əl-üzünü yuyarkən çöl sahədə qışqırıq səsləri eşitmişdir. Həyətdən çıxıb səs gələn tərəfə baxarkən oğlanları Yasəflə Salehin qışqıra-qışqıra evə tərəf qaçaraq gəldiklərini görmüşdür. Oğlanları qışqıra-qışqıra “ata, orada iki nəfər kişi babamla savaşırlar” demişlər. O, atası olan tərəfə qaçmış və atasına çatmağa təxminən 15 metr qalmış atasının Fərhadın əlində olan beldən yapışıb bir-biri ilə dartışdıqlarını görmüşdür. Onlara çatmağa iki metr qalmış Təqsirləndirilən şəxs1 atasının alınına əlində olan belin tiyəsi ilə bir dəfə vurmuş və atası yerə yıxılmışdır. Atasına çatıb yerdən qaldırmaq istədikdə Fərhad əlində olan belin tiyəsi ilə bir dəfə onun başına vurmuş, belin tiyəsi onun alın nahiyəsinə dəyib yaralamış və alını qanamışdır. Sonra Fərhad və Sərdar oradan qaçıb getmişlər. Atasının özündən getməsini görüb qışqıraraq kömək çağırmış və onun səsinə qonşuluqda yaşayan Qəndəf adlı qadın və anası Gülüm gəlib çıxmışlar. Onların köməkliyi ilə atasının başını əski ilə sarıyıb ayıltmışdır. Sonra əmisi Qüdrət Məmmədov gəlib 103 xidmətinə zəng edib təcili-tibbi yardım həkimlərini kömək üçün çağırmış, təcili-tibbi yardım avtomobili gəlib onu və atasını götürüb İmişli Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 16 may 2020-ci il tarixdə İmişli rayonunun Nurulu kəndində atası Yasəf və qardaşı Sabitin döyülməsi xəbərini hadisədən sonra eşitmişdir. Atası və qardaşı həmin dava zamanı xəsarət almış, hadisədən 5 ay 12 gün keçdikdən sonra, yəni 27 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Atasını müayinə edən İmişli Mərkəzi Rayon Xəstəxanasının həkimi Tərlan adlı şəxs atasının ürək çatışmazlığından, yəni infaktdan ölməsini onlara bildirmişdir. Mərhum atası ilə Təqsirləndirilən şəxs2 arasında torpaq mübahisəsi təxminən 2018-ci ilin əvvələrində yaranmışdır. 16 may 2020-ci il tarixdə Fərhad yenidən torpaq üstə atası ilə dava etmiş, qohumu Təqsirləndirilən şəxs1la birlikdə atasını bellə vuraraq ona ağır dərəcəli bədən xəsarəti yetirmişlər. Həmin dava zamanı Təqsirləndirilən şəxs2 qardaşı Zərərçəkmiş şəxs da bellə vuraraq xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 16 may 2020-ci il tarixdə saat 14:30-da nəvələri Yasəflə Saleh ağlaya-ağlaya evinin arxasında yerləşən bağçaya gəlib qışıqıraraq atalarını çağırmışlar. O da oğlu Sabitin və nəvələrinin arxasınca sahəyə tərəf getmişdir. Sahəyə tərəf gedərkən əkin sahəsinin içərisi ilə iki nəfər kişinin hər birinin əlində bir ədəd bel sahə ilə əks tərəfə İmişli rayon Muradallı kəndi istiqamətinə qaçdıqları görmüşdür. Əri Şahid4 olduğu yerə çatarkən onun başına adamların toplaşmasını, qonşusu Qəndafın yaylığını açıb ərinin başına bağladığını, Sabitin köynəyini çıxarıb alınını bağlamasını görmüşdür. Yasəfin sifətinə su vurub ayıltdıqdan sonra qoluna girib Qəndafın həyətinə gətirmişlər. Sonra ora Təcli-Tibbi yardım avtomobili gəlib Yasəfi və Sabiti götürüb İmişli Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Hadisə vaxtı Yasəflə Sabiti kimin və necə vurmasını görə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 16 may 2020ci il tarixdə saat 14:30-da evdə mətbəxdə qab yuyarkən evin arxa tərəfində oğlanları Yasəflə Salehin qışqırıq səslərini eşitmişdir. Qayınanası Şahid1nın ondan 40-50 metr irəlidə sahəyə tərəf getdiyini görüb, o da onun arxasınca əri Sabit və qayınatası Yasəfin olduğu yerə getmişdir. Onların yanına çatarkən Yasəflə Sabitin hər ikisinin başının qanamasını, uşaqlarının da orada olmasını görmüşdür. X6 üzünə su vurub ayıltdıqdan sonra o, qayıdıb evə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş azyaşlı Şahid4 ifadəsində göstərdi ki, 2020-ci ilin may ayında babası Yasəf, qardaşı Salehlə bir yerdə inəkləri suvarmaq üçün sahəyə getmişdir. Babası inəklərin yanına çatarkən orada əlində bel olan iki kişi ilə söhbət etmişdir. Həmin kişilərdən biri babasından inəkləri nə üçün sahəsinin kənarına hörükləməsini soruşduqda babası həmin sahənin ona məxsus olmasını bildirmişdir. Həmin kişi sən „savadsızsan“ deyib babası ilə mübahisə etmiş və yumruğunu qaldırıb babasının üstünə gəldikdə onlar qorxub evə tərəf qaçmışlar. Qaçaraq evə tərəf gəlib evlərinə çatmağa az qalmış atası Sabit qarşılarına çıxmış və onlar ona dava barəsində xəbər vermişlər. Sabit onlardan əvvəl babasının yanına tərəf qaçmış və onlar da atalarının arxasınca hadisə yerinə qayıtmışlar. Hadisə yerinə çatarkən babaları Yasəfin yerdə uzanmasını və başından qan axdığını, atasının onun üzünə su vurduğunu görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş azyaşlı Şahid5 işin hallarına dair Şahid4 ifadəsinə uyğun ifadə verdi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - Məhkəmə-tibbi ekspertizanın 20 may 2020-ci il tarixli, 273 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın nahiyəsində sağda yara küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 16.05.2020-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - Təkrar məhkəmə-tibbi ekspertizanın 09 oktyabr 2020-ci il tarixli, T 265/2020 nömrəli rəyindən görünür ki, vətəndaş Yasəf Məməmədovun almış olduğu xəsarətlər – təpə nahiyəsində çapılmış yara, sağ bazal qanqlionlar və ön periventrikulyar ağ maddə nahiyəsində intraparenximatoz hematoma, baş beynin orta dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə –beyin travması, ənsə nahiyəsində sıyrıq-bərk küt əşyanın ( əşyaların) təsirindən müxtəlif şəraitlərdə, o, cümlədən də qərarın təsviri hissəsində göstərildiyi kimi belin tinli hissəsi ilə həmin nahiyəyə yetirilən zərbə nəticəsində yarana bilərdi, yetirilmə müddəti 16.05.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə baş beyinin orta dərəcəli əziyi beyin kötüyü və uzunsov beyinin zədələnməsi əlamətləri ilə müşayiət olunmadığından sağlamlığa zərərvurma dərəcəsinin təyini qaydaları haqqında təlimatın müvafiq bəndinə görə xəsarətlər sağlamlığın uzün müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vətəndaş Şahid4 18.05.2020-ci il tarixdə X4 Mərkəzində KT müayinəsindən keçirilərkən, kəllə əsası və kəllə tağı sümüklərində destruksiya əlamətləri aşkar edilməsə də, beyindaxili hematomaya görə düzgün olaraq səhhətindəki zərurətlə əlaqədar Respublika Neyrocərrahlıq xəstəxanasına stasionar müalicəyə göndərilmişdir. - Komisyon məhkəmə-tibb ekspertizanın 18 dekabr 2020-ci il tarixli, T354/2020 nömrəli rəyindən görünür ki, zərərçəkmiş Şahid4 ənsə nahiyəsində sıyrıq, təpə nahiyəsində çapılmış yara, baş beynin orta dərəcəli əziyi halında qapalı kəllə-beyin travması, sağ beyin yarımkürəsində, sağ bazal və ön periventrikulyar sahədə beyindaxili hematoma olmuşdur. 02.12.2020-ci il tarixdə Y.M.Məmmədovun meyitinin ekshumasiyası zamanı kəskin çürümə dəyişiklikləri aşkar edilmiş və bu səbəbdən ölümün səbəbini təyin etmək mümkün olmamışdır. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 16.05.2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə baş beyinin orta dərəcəli əziyi, sağ beyin yarımkürəsində periventrikulyar hematoma halında kəllə-beyin travması istər 18.05.2020, 31.05.2020-ci ildə kəllənin kompüter tomaqrafik, istərsə də 10.06.2020-cil il tarixli MRT müayinəsi zamanı beyin kötüyü və uzunsov beyində hər hansı patologiya aşkar edilmədiyindən təpə nahiyəsinin çapılmış yarası canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, ənsə nahiyəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarətlərdən birbaşa ölümün baş verməsi mümkün deyildir. Qeyd edilən meyit əlamətləri ölümün müayinəsindən 1-2 ay əvvəl baş verməsinə uyğun gəlir. - Təkrar komisyon məhkəmə-tibb ekspertizanın 08 fevral 2021-ci il tarixli, K/23-2021 nömrəli rəyindən görünür ki, 1. Şahid4 Məhərrəm oğlu müraciət etdiyi tibb müəssisələrində müayinə və müalicədə olarkən onda “Qapalı kəllə-beyin travması, baş beyinin orta dərəcəli əzilməsi, baş beyində sağ bazal qanqlionlar və ön periventrikulyar ağ maddə nahiyəsində 3,4x2,8 mm ölçülərdə intraparenximatoz (parenximdaxili) hematoma, başın sağ alın-təpə nahiyəsində çapılmış yara, ənsə nahiyəsində sıyrıq” diaqnozlu xəsarətlər olmuşdur. 2.Qeyd edilən xəsarətlər ümumilikdə küt mexanizmdən, yəni bərk-küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişlər, xəsarətlərin yetirilmə müddəti 16.05.2020-ci il tarixə uyğundur, ənsə nahiyəsində olan sıyrıq istisna olmaqla digər xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə bel ilə baş nahiyəsinə vurulan zərbə ilə yetirilə bilərdi. 3.Şahid4 Məhərrəm oğlunun adına tərtib olunmuş tibbi sənədlərin təhlilindən görünür ki, o, ilkin və sonrakı etaplarda müraciət etdiyi tibb müəssisələrində müayinə və müalicədə olarkən almış olduğu xəsarətlərlə əlaqədar onda həyat üçün təhlükəlilik əlaməti, həmçinin beyin kötüyü və uzunsov beyinin zədələnməsi simptomlarının kliniki təzahürü qeydə alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Qapalı kəllə-beyin travmasının əsas formalarının kliniki diaqnozunun şərhinə və ekspert qiymətləndirilməsinə dair metodik tövsiyə”dən görünür ki, beyin kötüyünün zədələnməsi ilə müşayiət olunan orta dərəcəli beyin əzilmələrində ocaqlı simptomlarla birgə huşun itməsi bir neçə saat, ağır dərəcəli beyin zədələnmələrində isə ocaqlı və kötük simtomları ilə birgə huşun itməsi bir neçə saat, gün və həftələrlə davam edir. Məmmədov X3 rayon Dəmiryol xəstəxanasında müayinə olunarkən huşun qısamüddətli stupor tipli pozulması həyat üçün təhlükəlilik əlaməti kimi qəbul edilə bilməz. Buna görə də Y.M.Məmmədovun almış olduğu xəsarətlərin ağırlıq dərəcəsi həyat üçün təhlükəlilik əlamətinə görə yox, səhhətin pozulma müddətinə görə qiymətləndirilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.01.2001-ci il tarixli 07 nömrəli əmri ilə təsdiq olunmuş “Sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydaları haqqında metodik vəsaitin (7 “v” və “q” bəndlərinin tələblərinə əsasən Y.M.Məmmədovun almış olduğu “Qapalı kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, sağ bazal qanqlionlar və ön periventrikulyar ağ maddə nahiyəsində intraparenximatoz (parenximdaxili) hematoma, başın sağ alın-təpə nahiyəsinin çapılmış yarası” diaqnozlu xəsarətlərin ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Ənsə nahiyəsində olan sıyrıq sahəsi isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.

4. Şahid4 ölümünün səbəbi barədə hazırda fikir yürütmək mümkün deyildir. - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizanın 21.08.2020-ci il tarixli, 1600 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 Sətdar oğlunun intellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Ünsiyyətçilik, emosionallıq, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, əqli və psixi inkişafında hər hansı gerilik əlamətləri aşkar edilmədiyindən, o, etdiyi hərəkətlərin xarakter və mənasını, mahiyyətini anlamaq qabiliyyətinə malik olmuş, qeyd edilən əməli törədərkən hərəkət və davranışı şüurlu olaraq idarə edilməsinə təsir göstərə biləcək hər hansı psixi vəziyyətdə olmamış, emosional sferasında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. S.S. Hətəmov cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, ictimai faydalı əməklə məşğul olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab edərək təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasına məhkum edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 iyul 2020-ci il tarixdən 23 yanvar 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 6 (altı) ay 9 (doqquz) günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 18 (on səkkiz) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar