Məhkəmə qərarları › İş №1(036)-56/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-56/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-56/2024 02.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1979-cu ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, İmişli şəhəri, Neftçilər küçəsi ev 15 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamış, habelə qanunsuz olaraq odlu silah, döyüş sursatını əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 10,78 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 20 fevral 2024-cü il tarixdə saat 11:30 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra, həmin gün saat 12:50 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ iç cibindən üç ədəd, sol iç cibindən üç ədəd, əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən isə bir ədəd kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri- 0,90 qram, 0,94 qram, 1,38 qram, 1,46 qram, 1,66 qram, 2,01 qram və 2,43 qram olmaqla, ümumilikdə 10,78 qram, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silahın döyüş sursatı hesab edilən bir ədəd 5,45x39 mm kalibrli patronu əldə edib daşıyaraq yaşadığı İmişli şəhəri, Neftçilər küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 20 fevral 2024-cü il tarixdə saat 13:50 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin evə baxış keçiriən zaman ona məxsus yataq otağındakı dolabın üst siyirməsindən qanunsuz olaraq saxladığı keçmiş SSRİ-də zavod üsulu ilə 1981-ci ildə istehsal olunmuş, 5,45х39 mm kalibrli olmaqla, “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəşə yararlı döyüş sursatı olan patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2012-ci ildən bəri narkotik vasitə istifadə edir. 20 fevral 2024-cü il tarixdə saat 10 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən 2-ci “Bazarstore” mağazasının yaxınlığında yerdə “West” markalı, siqaret qutusunu görmüş və həmin qutunu götürüb açdıqda içərisində 7 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu aşkar etmişdir. Həmin narktotik vasitə olan qurudulmuş marixuana bükümlərini şəxsi istifadəsi üçün götürüb gödəkçəsinin və şalvarının ciblərinə ayrı-ayrılıqda qoymuşdur. Bundan sonra saat 11 radələrində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında olan çayxanaların birinə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb İmişli Rayon Polis Şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşlarına etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olmağı barədə bildirilmişdir. Sonra üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Ondan üzərində qanunla qadağan olunmuş maddə və ya predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sağ iç cibinə qoyduğu içərisində narkotik vasitə qurudulmuş marixuana olan 3 ədəd bükümü, gödəkçəsinin sol iç cibinə qoyduğu içərisində narkotik vasitə qurudulmuş marixuana olan 3 ədəd bükümü və əynindəki göy rəngli cins şalvarın sağ ön kiçik cibinə qoyduğu içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Yaşadığı evdən aşkar edilən avtomat patronunu təxmini on il bundan əvvəl rayon ərazisindən tapmışdır. Bəzək əşyası kimi evə qoymuş və heç bir işinə yaramamışdır. Hazırda etmiş olduğu cinayət əməllərindən peşman olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, 20 fevral 2024-cü il tarixdə İmişli RPŞ-da gündəlik xidmətində olan zaman İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat almışdır. Bu barədə şöbə rəhbərliyinə raportla məruzə etdikdən sonra şöbə rəhbərliyinin müvafiq qərarı ilə o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis baş leytenantı Şahid3 ilə birlikdə həmin gün saat 11 radələrində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən kolxoz bazarındakı çayxanaya gedib orada Təqsirləndirilən şəxs müşahidəyə götürmüşlər. Sonra onu saxlayıb özlərini təqdim edərək üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib İmişli RPŞ-ya dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində saxlanması və gəzdirilməsi qanunla qadağan edilən, dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 3 ədəd bükümü, gödəkçənin sol iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 3 ədəd bükümü və əynindəki göy rəngli cins şalvarın sağ ön kiçik cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd bükümü təqdim etmiş və həmin narkotik vasitələrini xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yaxınlığındakı ağacların birinin altından tapmasını bildirmişdir. Şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş həmin narkotik vasitə marixuanaya bənzər kütlələlər qablaşdırılaraq götürülmüşdür. Sonra həmin gün Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra İmişli şəhər, Neftçilər küçəsi, ev 15 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə gedilmişdir. Onun və digər polis əməkdaşlarının iştirakı ilə, videoçəkiliş vasitəsi ilə orada ilk öncə fərdi yaşayış evinə baxış keçirilmiş və fərdi yaşayış evində Təqsirləndirilən şəxs məxsus olan yataq otağındakı paltar şkafının üst hissəsində olan çəkməcədən 1 ədəd avtomat kalaşnikov silahına aid 5.45 çaplı sursat aşkarlanmışdır. Həmin aşkar edilmiş patron qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə aparılması haqqında protokol tərtib olunmuş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Məhkmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 işin hallarına dair şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 20 fevral 2024-cü il tarixli şəxsi “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. O, əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan üç ədəd, həmin gödəkçəsinin sol iç cibindən üç ədəd və göy rəngli cins şalvarın sağ ön kiçik cibindən bir ədəd kağız bükümləri təqdim edərək şifahi olaraq içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan ümumilikdə 7 ədəd kağız bükümləri xx.xx.2024-cü il tarixdə İmişli şəhəri H.Əliyev prospektində yerləşən “Bazarstore” marketinin yaxınlığındakı ağaclardan birinin altından tapmışdır. Bundan sonra şəxsi axtarış davam etdirilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung J5” markalı mobil telefon, həmin gödəkçəsinin sol iç cibindən bir ədəd “Beynəlxalq Banka” məxsus “Tam kart” sözü yazılmış plastik kart və gödəkçəsinin sol cibindən dörd ədəd 20 manatlıq, iki ədəd 5 manatlıq və dörd ədəd 1 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 94 manat pul aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bükümlər dəqiq çəkisi və tərkibi müəyyən olunması məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılıb AR DİN-nin 179 saylı möhürü ilə möhürlənmiş və zərf Təqsirləndirilən şəxsla birlikdə digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmişdir. 20 fevral 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Neftçilər küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinin içərisində, həmin evin həyətyanı sahəsində olan yarımtikili və tikililərdə keçirilmişdir. Evin həyətinə göy rəngli dəmir qapıdan daxil olunmuşdur. Həyətin sol tərəfində müxtəlif ağaclardan ibarət bağça olmuşdur. Baxçanın sonunda mişar daşıdan tikilmiş, üç otaq, bir zal və bir mətbəx otağından ibarət bir mərtəbəli yaşayış evi olmuşdur. Həyətə girişdən sağ tərəfdə küncdə sanitar qovşağı, sol tərəfdə küncdə iki otaqdan ibarət qapıları həyətə açılan iki yarımtikili olmuşdur. Yaşayış evinin taxta qapısından içəri daxil olan zaman girişdən ön hissədə mətbəx, zalın sonunda isə Təqsirləndirilən şəxs məxsus yataq otağı yerləşmişdir. Həmin yataq otağına baxış keçirilən zaman otaqdakı paltar şkafının üst hissəsindəki çəkməcədən bir ədəd avtomat kalaşnikov silahına aid 5x45 çaplı sursat aşkarlanmış və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 18/1318 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 07 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi-1,46 qram, 1,66 qram, 0,90 qram, 2,43 qram, 1,38 qram, 0,94 qram, 2,01 qram olmaqla, ümumi çəkisi 10,78 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar sulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2929 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan kriminalistik ekspertizasının 06 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədiqaqta təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur və döyüş sursatı hesab edilir. Patronun bütövlüyünün pozulmasına, kapsulun tam şəkildə olması və bütün lazımi komponentləri yerində olmasına görə həmin patron istifadəyə və atəşə yararlıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmuş, lakin hazırda məhkumluğu ödənilmiş şəxsdir. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmiş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkna tədbirinin müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli surətdə qiymətləndirərək hesab edir ki, cinayət əməlləri ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə və törətmiş olduğu cinayət əməllərinə görə təyin olunacaq cəzanı yüngülləşdirmək və həmin cinayət əməllərindən yaxa qurtarmaq məqsədi daşıyir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasınin Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanism prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət və 22 fevral 2024cü il tarixdən 02 avqust 2024-cü il tarixədək həbsdə olduğu 162 (yüz altmış iki) gün, ümumilikdə 164 (yüz altmış dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməklə, cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi-10.78 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və bir ədəd 5,45x39 kalibrli döyüş patronu dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə 31.95 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına ödənilməli və iş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət və 22 fevral 2024cü il tarixdən 02 avqust 2024-cü il tarixədək həbsdə olduğu 162 (yüz altmış iki) gün, ümumilikdə 164 (yüz altmış dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 04 (dörd) ay, 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəksin. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi-10.78 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin və bir ədəd 5,45x39 kalibrli döyüş patronu dövlət nəfinə müsadirə edilsin. İş üzrə 31.95 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar