Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-56/2025 19.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, 01 sentyabr 1976-cı ildə İmişli rayonu, Məzrəli kəndində anadan olmuş, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli 1(089)-345/2016 saylı hökmü ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla, İmişli şəhəri, Xiyabani küçəsində yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 9,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 27 fevral 2025-ci il tarixdə, saat 19:25-də İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli-Kürdəmir avtomobil yolunun, İmişli rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “Opel Astra” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlayıb, avtomobilin yanında dayanan zaman saxlanılaraq üzəri yoxlanılan zaman, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkisi – 5,50 qram və 4,27 qram olmaqla, ümumi çəkisi 9,77 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər törətdiyi cinayət əməllərinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir. 2023-cü ildə isə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmamışdır. 2025-ci ilin yanvar ayının əvvəllərindən narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə dolduraraq tüsütüsünü nəfəs yolu ilə qəbul edərək istifadə etmişdir. Belə ki, qeyd etidiyi tarixdə Araz çayına balıq tutmağa gedərkən çayın sahilində 3 ədəd kibrit qutusunda tapmış, 1 qutusunu az-az olmaqla istifadə etmiş, 2 qutusunu isə üzərində saxlamışdır. Onun özünə məxsus “Opel astra” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə 27 fevral 2025-ci il tarixdə, saat 19 radələrində İmişli-Kürdəmir avtomobil yolu ilə Məmmədli kəndi istiqamətində gedib, sakitçilikdə narkotik vasitə qəbul etmək istəyirmiş. Yolun İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində təbii ehtiyacını ödəmək üçün kənarda avtomobili saxlayıb, düşüb təbii ehtiyacını ödəyən zaman avtomobilinin arxa tərəfində bir avtomobil dayanmışdır. Avtomobildən 3 nəfər mülki geyimli şəxs düşərək ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğlarını bildirmişlər. Polis əməkdaşlarından bir nəfəri əlindəki mobil telefonal videoçəkilir etmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində qanunla qadağadan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşub, olduğu halda təqdim etməsini təklif etmişdilər. Bundan sonra o, üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusunu təqdim etmişdir. Sonra onun üzərinə baxış keçirmişlər. Üzərindən 2 ədəd olmaqla, 1 ədədi istifadə edilmiş, 1 ədədi isə bütöv halda “Winchestr” markalı siqaret, 2 ədəd "xxxx" ASC-yə aid plastik bank kartı, dərman preparatı, alışqan, qəbz, salef kağızı, 1 ədəd cib dəsmalı və 1 ədəd “Samsung” markal mobil telefon aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Onun çəkisi 14,94 qram olmuşdur. Həmin 2 ədəd kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün 1 ədəd boş zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Sonra isə həmin zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra onu rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində təhqiqatçı tərəfindən ona dövlət hesabında müdafiəçi təyin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilərək bu barədə protokol tərtib olunmuşdur. Həmçinin ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrim izah edilmişdir. Sonra isə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə avtomobilinə baxış keçirilmişdir. Avtomobilində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar ediməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, bir müddət olarki, narkotik vasitə istifadə etmirdir. Həmin vaxt narkotik vasitə istifadə etmək qərarına gəlmişdir. İmişli rayonu, Məmmədli kəndi ərazisinə gəlmiş və orada istifadə edərkən polis əməkdaşları onu tutmuşlar. Ağçiyər xəstəliyindən və gözünün zəif görməsindən əziyyət çəkir və ikinci qrup əlildir. Həmin narkotik vasitəni Kürdəmir yolundan tapmışdır. Tapdığı narkotik vasitə marixuana olmuşdur. Əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, hazırda İmişli rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 27 fevral 2025-ci il tarixdə, saat 18 radələrində narkotik vasitə istifadəçisi Niyaməddin adlı şəxsin üzərində narkotik vasitə saxlayaraq, həmin tarixdə İmişli-Kürdəmir yolunda idarə etdiyi **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan sonra Niyaməddin adlı şəxsin İmişli şəhər sakini Təqsirləndirilən şəxs olmasını müəyyən edib şöbə rəhbərliyinə təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla məruzə edilib, icazə aldıqdan sonra qərar qəbul edib həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiqlənərək, ondan, İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Fərahim oğlundan, İmişli rayon polis şöbəsinin Kibercinayətkarlıqla Mübarizə Qrupununu baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Cinayət axtarış bölməsinin əməliyyat-müvəkkillləri ilə Şahid2 və Şahid1 ilə birlikdə xidməti avtomobilə əyləşərək İmişli rayonu, Qaralar kəndi istiqamətində hərəkət etmişlər. “Qaralar” dairəsi adlanan yerdə avtomobili saxlayıb, avtomobilin içərisində olan zaman keçirilən tədbirin qanuniliyini və şəffaflığının təmin edilməsi məqsədi ilə videoçəkilişə başlamışlar. Videoçəkilişə başladıqdan sonra özlərini təqdim etmişlər. Çəkiliş əməliyyat müvəkkili onun tərəfindən aparılmışdır. Daxil olmuş məlumat barədə məlumat verib tədbiri keçirtmək üçün İmişli-Kürdəmir rayonu yolunda hərəkət etməyə başlamışlar. Yolun İmişli rayonu, Qaralar kəndi ərazisində, yolun sağ kənarında, Kürdəmir rayonu istiqamətində Təqsirləndirilən şəxs “Opel” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamasını gördükdən sonra idarə etdiyi avtomobili saxlayaraq düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs yolun kənarında öz təbii ehtiyacını ödəyirmiş. Onlar avtomobili saxladıqdan sonra dərhal avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti avtomobilin qarşısına gətirmişlər. Avtomobilin işıqlarını yandıraraq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuş, müsbət halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə “Nəşə” olmasını demişdir. Onlardaa həmin narkotik vasitəni təqdim etməsini təklif etmişlər. Onların təkliflərindən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusu və salfet kağızı təqdim etmişdir. Kibrit qutusunu açaraq xidməti avtomobilin üzərinə qoymuşdur. Kibrit qutusunu açan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuananı aşkar etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 2 ədəd plastik bank kartını, 5 ədəd 5 mantlıq pul əskinasını, 6 ədəd 1 manatlıq pul əskinasını, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 qutu olmlaqla, 1 qutusu istifadə edilmiş, 1 qutusu istifadə edilməmiş “Whinchestr” markalı siqaret, 1 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar götürülmüşdür. Bundan sonra Niyamədin Babaşova üzərində başqa bir əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi yenidən təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sol arxa cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə olan cins şalvarın sol yan cibindən 80 qəpik pul, axra sağ cibindən 1 ədəd cib dəsmalı, əynində olan gödəkçinin sol döş cibindən 1 ədəd istifadə edilmiş “Analgin” dərmanı, 1 ədəd ödəniş qəbzi aşkar edilərək götürülmüşdür. Bundan sonra xidməti avtomobildən zərf, möhür, yapışdırıcı və elektron tərəzi gətirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə olan qurudulmuş marixuana elketron tərəzinin üzərinə qoyub çəkərək ölçüsünü müəyyən etmişlər. Kibrit qutularının ümumi çəkisi bir yerdə 14,94 qram olması müəyyən etmişlər. Aşkar edilmiş narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün ağ rəngli, içərisi boş, zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi bağlı qeyd aparılmış, sonra möhürlənmiş, tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlaırn təklifləri ilə razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilməsi ilə bağlı raportla şöbə rəhbərliyinə məruzə etmişlər. Məruzə etdikdən sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi ilə bağlı toplanmış material araşdırmanın davam etdirilməsindən ötəri aidyyəti üzrə Təhqiqat bölməsinə verilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırmadan açılaraq tərəziyə qoyulub yenidən baxış keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan qurudulmuş marixuana tərəziyə qoyulan zaman ilkin çəkisinə yaxın çəkidə olması müəyyən edilmişdir. Sonra Niyamədin Babaşovun üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın dəqiq çəkisini və tərkibin müəyyən edilməsindən ötəri yenidən boş zərfə qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmış, imzalanmış və DİN-nin zərflər üçün olan 179 sayılı möhürü ilə möhürlənmişdir. Bununlada şəxsi axtarış prosesi yekunlaşmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, hazırda İmişli rayon polis şöbəsinin Kibercinayətkarlıqla Mübarizə Qrupununu baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Ona 27 fevral 2025-ci il tarixdə, saat 18 radələrində narkotik vasitə istifadəçisi Niyaməddin adlı şəxsin üzərində narkotik vasitə saxlayaraq, həmin tarixdə İmişli-Kürdəmir yolunda idarə etdiyi **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan sonra Niyaməddin adlı şəxsin İmişli şəhər sakini Təqsirləndirilən şəxs olmasını müəyyən edib şöbə rəhbərliyinə təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla məruzə edib, icazə aldıqdan sonra qərar qəbul edib həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiqlənərək, ondan, İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Fərahim oğlundan, Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 ibarət əməliyyat qrupu yaradılmışdır.Cinayət axtarış bölməsinin əməliyyat-müvəkkillləri ilə Şahid2 və Şahid3 ilə birlikdə xidməti avtomobilə əyləşərək İmişli rayonu, Qaralar kəndi istiqamətində hərəkət etmişlər. “Qaralar” dairəsi adlanan yerdə avtomobili saxlayıb, avtomobilin içərisində olan zaman keçirilən tədbirin qanuniliyini və şəffaflığının təmin edilməsi məqsədi ilə videoçəkilişə başlamışlar. Videoçəkilişə başladıqdan sonra özlərini təqdim etmişlər. Çəkiliş əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılmışdır. Daxil olmuş məlumat barədə məlumat verib tədbiri keçirtmək üçün İmişli-Kürdəmir rayonu yolunda hərəkət etməyə başlamışlar. Yolun İmişli rayonu, Qaralar kəndi ərazisində, yolun sağ kənarında, Kürdəmir rayonu istiqamətində Təqsirləndirilən şəxs “Opel” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamasını gördükdən sonra idarə etdiyi avtomobili saxlayaraq düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs yolun kənarında öz təbii ehtiyacını ödəyirmiş. Onlar avtomobili saxladıqdan sonra dərhal avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti avtomobilin qarşısına gətirmişlər. Avtomobilin işıqlarını yandıraraq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuş, müsbət halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə “Nəşə” olmasını demişdir. Onlardaa həmin narkotik vasitəni təqdim etməsini təklif etmişlər. Onların təkliflərindən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusu və salfet kağızı təqdim etmişdir. Kibrit qutusunu açaraq xidməti avtomobilin üzərinə qoymuşdur. Kibrit qutusunu açan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuananı aşkar etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 2 ədəd plastik bank kartını, 5 ədəd 5 mantlıq pul əskinasını, 6 ədəd 1 manatlıq pul əskinasını, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 qutu olmlaqla, 1 qutusu istifadə edilmiş, 1 qutusu istifadə edilməmiş “Whinchestr” markalı siqaret, 1 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar götürülmüşdür. Bundan sonra Niyamədin Babaşova üzərində başqa bir əşyanın olubolmaması, olduğu halda təqdim etməsi yenidən təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sol arxa cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə olan cins şalvarın sol yan cibindən 80 qəpik pul, axra sağ cibindən 1 ədəd cib dəsmalı, əynində olan gödəkçinin sol döş cibindən 1 ədəd istifadə edilmiş “Analgin” dərmanı, 1 ədəd ödəniş qəbzi aşkar edilərək götürülmüşdür. Bundan sonra xidməti avtomobildən zərf, möhür, yapışdırıcı və elektron tərəzi gətirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə olan qurudulmuş marixuana elketron tərəzinin üzərinə qoyub çəkərək ölçüsünü müəyyən etmişlər. Kibrit qutularının ümumi çəkisi bir yerdə 14,94 qram olması müəyyən etmişlər. Aşkar edilmiş narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün ağ rəngli, içərisi boş, zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi bağlı qeyd aparılmış, sonra möhürlənmiş, tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlaırn təklifləri ilə razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilməsi ilə bağlı raportla şöbə rəhbərliyinə məruzə etmişlər. Məruzə etdikdən sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi ilə bağlı toplanmış material araşdırmanın davam etdirilməsindən ötəri aidyyəti üzrə Təhqiqat bölməsinə verilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırmadan açılaraq tərəziyə qoyulub yenidən baxış keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan qurudulmuş marixuana tərəziyə qoyulan zaman ilkin çəkisinə yaxın çəkidə olması müəyyən edilmişdir. Sonra Niyamədin Babaşovun üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın dəqiq çəkisini və tərkibin müəyyən edilməsindən ötəri yenidən boş zərfə qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmış, imzalanmış və DİN-nin zərflər üçün olan 179 sayılı möhürü ilə möhürlənmişdir. Bununlada şəxsi axtarış prosesi yekunlaşmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 Fərahim oğlunun elan edilmiş ifadəsindən görünür ki, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:55 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24-25); şəxsi axtarış və götürmə aparılması haqqında 27 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, şəxsi axtarış süni işıqlandırma şəraitində İmişli rayon polis şöbəsinin inzibati binasında otaqların birində aparıldı. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində narkotik vasitə və ya qanunla saxlanılması, gəzdirilməsi və ya daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə və psixotrop maddə varsa təqdim etsin. O, isə cavab verərək üzərində heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və psixotrop maddə olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütləni, iki ədəd "xxxx" ASC-yə aid olan kartları, bir ədəd “Samsung” markalı mobil telefon, 3 ədəd “Analiqin” ağrıkəsici tabletləri, özünə məxsus olan “Opel” markalı avtomobilə məxsus açarı, 31 anat 80 qəpik pulu və 125 manat pul ödəniş çekini göstərərək bunların özünə məxsus olmasını bildirdi. Eyni zamanda onun üzərinə şəxsi axtarış aparılan zaman üzərində heç bir qanunsuz əşya və narkotik vasitəyə oxşar kütlə aşkar edilmədi. Eləcədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs etibarnamə ilə özünə məxsus olan “OPEL” markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobilində polis əməkdaşları tərəfindən tutulmasını bildirdiyi üçün həmin avtomobilə tərəflərindən baxış keçirilən zaman ona avtomobildə qanunla saxlanılması, gəzdirilməsi və ya daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə və psixotrop maddə varsa təqdim etsin. O, isə cavab verərək avtomobildə heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və psixotrop maddə olmamasını bildirdi. Avtomobilə tərəflərindən baxış keçirildi və avtomobildə qanunla saxlanılması, gəzdirilməsi və ya daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə və psixotrop maddə aşkar edilmədi. Axtarış keçirilən zaman video çəkilişdən istifadə olundu, həyata keçirilən video çəkiliş faylı 01 ədəd «CD» diskə köçürülərək protokola əlavə olundu. Protokol iştirakçılara ucadan oxundu, düzgün tərtib olunmuşdur və qeydlər daxil olmadı. Doğruluğu imzalarla təsdiq olunmuşdur (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025-ci il tarixli, 18/191 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi – 5,50 qram, 4,27 qram – 9,77 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 39-41); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir (i.v. 49); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 64-65); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 75-76); Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(089)-345/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 149.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 129-136); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 130cu maddəsi ilə təqsirli bilinib və o, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs İmişli Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 93-3-cü maddəsi ilə təqsirli bilinib və o, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinib və o, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(036)-67/2011 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib və o, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(036)-101/2014 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Babaşov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(089)-345/2016 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 149.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 137-140); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2025-ci il tarixli 1941 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 165-166); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Xiyabani küçəsi ünvanında yaşayır və ailə tərkibi həyat yoldaşı X2 ibarətdir (i.v. 177); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 178); İmişli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(036)-67/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib və o, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 191-197); İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(036)-101/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 198-200); sübutların qiymətləndirilməsi haqqında 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməklə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəsx Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqbinin başlanması rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 5,50 qram və 4,27 qram olmaqla, ümumi çəkisi 9,77 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 9,57 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik /asitə qurudulmuş marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən 07 mart 2025-ci il tarixdə maddi sübut kimi tanınaraq və saxlanılması üçün İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanılması” otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzri yoxlanılan və şəxsi axtarış zamanı görüntüləri özünə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan mobil elefon nömrələrindən edilən zənglərin və SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən və “Azərfon” /İMC-dən daxil olmuş 2 ədəd “CD” disklərə baxış keçirilmiş və iş üzrə mühüm əhəmiyyətə malik olan sübutlar əldə olunmamış və bu barədə tərtib edilmiş 19 aprel 2025-ci il tarixli və 27 aprel 2025-ci il tarixli protokollarla cinayət işinin istintaq materiallarına əlavə edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 5,50 qram və - 27 qram olmaqla, ümumi çəkisi 9,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş narixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilmiş, aməliyyat tapşırığına müsbət cavab verilməmişdir. Ona görə də, təqsirləndirilən şəxs Sabaşov Niyaməddin Ramiz oğlunun narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi nənbənin müəyyən edilməsi məqsədi ilə material ayrılmış, İmişli rayon polis şöbəsinin əməkdaşlarının 27 fevral 2025-ci il tarixdə, saat 19:25-də sçirdikləri əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı tərtib edilmiş protokoldan örünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 kibrit qutusunun çəkisi 14,94 qram olması müəyyən edilmişdir. Ancaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X6 Regional Bölməsinin 28 fevral 2025-ci il tarixli, 18/191 nömrəli rəyində isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 9,77 qram göstərilmişdir. Bununla bağlı İmişli rayon polis şöbəsinin əməkdaşları şahid qismində dindirilən zaman suallar verilmiş, polis əməkdaşları Məhkəmə Ekspertiza Mərkəzinin tərəzisinin daha dəqiq ölçdüyünü bildirərək ziddiyyəti aradan qaldırmışdır. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza X7 Bölməsinin 28 fevral 2025-ci il tarixli, 18/191 nömrəli rəyində göstərilmiş çəkilər dəqiq çəki kimi qəbul edilmiş, bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung A03S” markalı mobil telefonu, 02 ədəd "xxxx" ASC-yə aid, 5103 0716 8526 6534 seriyalı və seriya nömrəsi silinmiş bank kartlarını, 03 ədəd “Analgin” dərmanlarını, 05 ədəd 5 manatlıq, 06 ədəd 1 manatlıq və 04 ədəd 0,20 manatlıq pul olmaqla ümumilikdə 31,80 manat pulu, qəbzi, avtomobil açarını və saxlanılan zaman idarə etdiyi “Opel Astra” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomovbil iş üçün əhəmiyyət kəsb etmədiyindən 3 mart 2025-ci il tarixli qəbzlə özünə qaytarılması nəzərə alınmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 'M-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini tam sübuta etirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığına örə, təqsirləndirilən şəxsin özünün səmimi ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji ksperitzasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri, vətəndaşın saxlanılması və cxlanılması haqqında protokol, maddi sübutlar və digər istintaq hərəkətləri ilə sənədləri lötəbər sübutlar kimi qiymətləndirilmişdir (i.v. 201-209); Məhkəmə istintaqı zamanı 01 ədəd “CD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütləni, iki ədəd "xxxx" ASCyə aid olan kartları, bir ədəd “Samsung” markalı mobil telefon, 3 ədəd “Analiqin” ağrıkəsici tabletləri, özünə məxsus olan “Opel” markalı avtomobilə məxsus açarı, 31 manat 80 qəpik pulu və 125 manat pul ödəniş çekini göstərərək bunların özünə məxsus olmasını bildirdi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, video görüntüləri ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 9,57 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 9,57 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(089)-345/2016 saylı hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı(CM- 65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan İmişli Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd kibrit qutusunda ilkin təmiz çəkisi 9,77 qram olan, tədqiqatdan sonra qalıq qalmış 9,57 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdən 01 mart 2025-ci il tarixədək tutulduğu saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş 02 ədəd kibrit qutusunda ilkin təmiz çəkisi 9,77 qram olan, tədqiqatdan sonra qalıq qalmış 9,57 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-56/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-56/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver