Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-57/2023 15.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, xüsusi ittihamçı X3 iştirakı ilə, xx.xx.1961-ci il tarixdə İmişli rayonuda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, Şəhriyar küçəsi, ev 28 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məhkəməyə verilmişdir. Xüsusi ittihamçı X5 şikayətində göstərmişdir ki, X1 informasiya vasitələrində dəfələrlə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayaraq ona qarşı müxtəlif cinayət məzmunlu böhtanlar atmışdır. Həmin çıxışların bir neçə epizodunda Cavanşir Əhmədov onu 30.000, 12.000 və 8.000 manat məbləğində rüşvət vermə və külli miqdarda mənimsə növündə ağır cinayətlər törətməkdə ittiham etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş xx.xx.2023 tarixli şəxsin fərdi məlumatları sorğusuna əsasən X4 xx.xx.2023 tarixdə vəfat etmişdir. Xüsusi ittihamçı X5 xx.xx.2023 tarixli ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs X4 öldüyünə görə şikayətindən imtina etdiyini və bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 39.1.5. Şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Maddə 41.7. Xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Maddə 88.4.2. Xüsusi ittihamçı cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir. Maddə 321.2.1. Məhkəmə baxışı zamanı məhkəmə tərəfindən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X5 şikayətindən imtina etdiyinə görə X2 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2,148-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair xüsusi ittiham qaydasında olan cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair xüsusi ittiham qaydasında olan cinayət işi üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-57/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-57/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver