Məhkəmə qərarları › İş №1(036)-57/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-57/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-57/2024 06.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 3 (üç) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 03 iyun 2024-cü il tarixdə saat 17:30 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən fərdi yaşayış evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan 3 (üç) ədəd, yəni xeyli miqdarda yaş vəziyyətdə, ümumi çəkisi 330,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, İmişli rayonu, Bəhərəmtəpə qəsəbəsində ailəsi ilə birlikdə 21 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illərdir narkotik vasitə olan çətənədən istifadə edir. El arasında çətənə «nəşə» kimi tanınır. İstifadə etdiyi çətənin toxumu özündə olduğundan həmin toxumlardan üç ədədini yaşadığı evin arxa hissəsində yerləşən həyətyanı sahədə bu ilin aprel aynın əvvələrində saat təxminən 15 radələrində əkmişdir. Həmin əkdiyi çətənə bitki toxumlarından 3 ədəd kol bitmiş və həmin kollara özü qulluq edib mal peyini və gün aşırı su vermişdir ki, çətənə bitki kolları yetişsin. Kollar yetişməkdə olarkən polis əməkdaşları həmin kolları aşkar etmişlər. Belə ki, polis əməkdaşları onu yaşadığı küçədə evinə gedərkən onu evinin qarşısında görüb ona həyətə baxış keçirmək istədiklərini demişlər. Polis əməkdaşları ondan həyətdə narkotik vasitə olan çətənə bitkisi əkib əkmədiyini soruşmuşlar. O, isə heç bir çətənə bitkisi əkmədiyini demişdir. Bu zaman polis əməkdaşları ona həyətə baxış keçirmək istədiklərini demişlər. O, isə heç bir etiraz etməmişdir. Polis əməkdaşlarını çətənə bitki kollarını əkdiyi evin arxa hissəsində yerləşən həyətyanı sahəsinə aparmışdır. Orada əkdiyi 3 (üç) ədəd çətənə bitki kolları aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş bitkilər qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Əkin işlərini aparmaqda ona heç kəs kömək etməmiş və ailə üzvülərindən çətənə bitkisinin nə olmasını bilmirlər. Daha sonra polis şöbəsinə dəvət olunmuş və polis şöbəsində şübhəli şəxs qismində tutulmuşdur. Hüquqları ona izah olunmuş və vəkillə təmin olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarş və baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra üzərinə videoçəkiliş əsasında şəxsi axtarış və baxış keçirilərkən ona üzərində nə kimi qanunsuz əyşya və ya predmet varsa çıxarıb təqdim etməyi istəmişlər. O, isə üzərində qanunsuz hər hansı bir əşya olmadığını və cibləri boş olmasını bildirmişdir. Üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilmiş və üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra protokol tərtib olunmuş və həmin protokol baxışda iştirak edən şəxslər tərəfindən düzgün tərtib olunduğu üçün imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda İmişli rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla arasında hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Bəhərəmtəpə qəsəbəsində yerləşən yaşayış evinin arxa hissəsində yerləşən sahədə qanusuz olaraq çətənə kannabis bitkilərini əkib kultivasiya etməklə yetirşdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 03 iyun 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirilərinin keçirilməsi barədə qərar qəbul etmiş və şöbə rəhbərliyinə məruzə edilmişdir. Daha sonra şöbə rəhəbrliyinin göstərişinə əsasən əməliyyat istintaq qrupu yaradılmış, həmin əməliyyat istintaq qurupun tərkibinə o, Şahid2, Şahid3 və Elgün Həsənovdan ibarət tərkibdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinə yollanmışlar. Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evin yaxınlığında saxlanılmış və ona yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə kannabis bitkiləri əkib becərməsi ilə bağlı məlumatının olmsını və həmin məlumatı yoxlamaq üçün yaşadığı evə və həyətyanı sahəsinə baxış keçiriləcəyini izah etmişdir. Lakin, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində hər hansı bir narkotik tərkibli bitki əkmədiyini bildirmişdir. Bundan sonra olduğu yerə aqronom Ağahüseyn Ağayev və Bəhrəmtəpə qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Taleh Əliyevə bildirmiş və onlar gəldikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəyə baxış keçirilməsi ilə bağlı etirazı olmadığını bildirmiş və razılıq ərizəsi yazmışdır. Bundan sonra həmin gün saat 17-24 radələrində rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonun Bəhrəmtəpə qəsəbəsində yerləşən evinin həyətyanı sahəsinə onun öz razılıq ərizəsi əsasında baxış keçirilməsinə başlanmışdır. Həyətyanı sahədə kultivasiya üsulu ilə əkilib becərilməsi qadağan olunmuş spesfik iyə məxsus, 3 (üç) ədəd ilk görünüşdən çətənə bitki kollarına bənzər kollar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həyətanı sahəsindən aşkar olunmuş, əkilib becərilməsi qadağan olan narkotik tərkibli çətənə bitki kollarına bənzər 3 (üç) ədəd kolun narkotik vasitə olub olmasını, çəkisini, tərkibinin müəyyən etmək məqsədi ilə polietilen sintetik torbaya qablaşdırıldığından ekspertizaya göndərilməsi üçün İmişli RPŞ-nin 179 nömrəli möhürü ilə möhürlənmişdir. Həmin vaxtı aşkar olunmuş narkotik tərkibli bitkilərin götürülməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar arasında ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün baxışda iştirak edən şəxslər və Təqsirləndirilən şəxs özü protokolun düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bayramov X2 Teymur Telman oğlu ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşı Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 19-20-ci vərəqəsində olan 03 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 10-cu vərəqəsində olan baxış keçirilməsi barədə 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1, Şahid3, Şahid2 Gülhüsyen oğlu, X4 və X3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonun Bəhrəmtəpə qəsəbəsində yerləşən evinin həyətyanı sahəsinə onun öz razılıq ərizəsi əsasında baxış keçirilməsinə başlanmışdır. Həyətyanı sahədə kultivasiya üsulu ilə əkilib becərilməsi qadağan olunmuş spesfik iyə məxsus, 3 (üç) ədəd ilk görünüşdən çətənə bitki kollarına bənzər kollar aşkar edilərək götürülmüşdür. Cinayət işinin 11-ci vərəqəsində olan 03 iyun 2024-cü il tarixli aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş narkotik tərkibli bitki olan 3 (üç) ədəd çətənə (marixuana) koluna aqro-texniki qaydada qulluq edilmiş yəni, dibi boşaldılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 31.95 (otuz bir manat, doxsan beş qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-18/553 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs həytindən.. 3 ədəd ..” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 03 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-330,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomunq rəyinə əsasən təqdim olunmuş 03 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə bitkiləri hər hansı bir üsulla hazırlanmır, təbii üsulla yetişdirilir. Təqdim edilmiş marixuana və yeddi ədəd çətənə bitkiləri tərkibinə görə eynidirlər. Tədqiqata sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin ümumi çəkisi -330,0 qram, cəmi tədqiqata sərf edildi-0,30 qram (hər obyektdən - 0,10 qram götürüldü), qalıq 329.710 qramdır. Cinayət işinin 54-55-ci vərəqələrində olan 05 iyun 2024-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-93-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 21 iyun 2024-cü il tarixli, 4317 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-99-cu vərəqəsində olan 03 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixli qərarla elan olunmuş, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri istehsal etmə və satma maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatla bağlı barəsində cinayət təqibi rədd edilmiş, 03 iyun 2024cü il tarixdə baxış keçirilməsi haqqında protokola əlavə olunmuş yaddaş daşıyıçısı iş üzrə maddi subut qismində tanınmış və cinayət işinə əlavə olunması nəzərə alınmış, bitki toxumları narkotik, güclütəsiredici vasitə, psixotrop, zəhərli maddə və prekursorlara aid edilmədiyindən cinayət məsuliyyətinə səbəb olmaması nəzərə alınmaqla həmin xüsusat üzrə Təqsirləndirilən şəxs əğlu barəsində cinayət təqibi rədd edilmiş, 06 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən evinin həyətindən aşkar olunaraq götürülmüş 3 ədəd olmaqla qalıq çəkisi 329,70 qram yaş vəziyyətdə çətənə bitki kolları maddi sübut qismində tanınmış və saxlanılması üçün - İmişli rayon polis şöbəsinin maddi subutların saxlancı otağına təhvil verilməsi nəzərə alınmış, cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəylər olduğundan məhkəmə-bioloji ekspertizası üzrə 04 iyun 2024- ü il tarixli 18/553 nömrəli və məhkəmənarkoloji ekspertiza üzrə 21 iyun 2024-cü il tarixli 317 nömrəli ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. “Mediyus Clinic” Şirvan özəl tibb mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli videomüayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs “kardianın çatmazlığı, eroziv-reflüks ezofaqit. Diffuz eritemli qastrit. Bulbit.” xəstəlik diaqnozu qoyulmuşdur. Cinayət işinin 105-106-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ailəni dolandıran yeganə şəxs olması və xəstə olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, İmişli rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 329.70 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk və 01 ədəd yaddaş kartı (filəşkart) cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 31.95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli (iş № 1(036)-57/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 001493 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 07 (yeddi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İmişli Rayon Polis Şöbəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 329.70 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk və 01 ədəd yaddaş kartı (filəşkart) cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 31.95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 07 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar