Məhkəmə qərarları › İş №1(036)-57/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-57/2025

26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-57/2025 26.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 6 noybar 1982-ci il tarixdə İmişli rayonu, Yuxarı Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Yuxarı Qaralar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 9 oktyabr 2023-cü il tarixdə 4 iyul 2005-ci il təvəllüdlü X6 guya 31 avqust 2023-cü il tarixdən Rusiya Federasiyasının Yessentuki İdarəetmə, Biznes və Hüquq İnstitutunda 31 avqust 2027-ci il tarixədək 4 il müddətində hüquqşünaslıq ixtisası üzrə əyani təhsil alması barədə istintaqa məlum olmayan şəxsdən əldə etdiyi hüquq verən və vəzifədən azad edən 25 sentyabr 2023-cü il tarixli, 363 nömrəli arayışın, yəni digər rəsmi sənədin saxta olduğunu bilərək həmin arayışı İmişli şəhəri, M.Əsədov küçəsi 44 ünvanında yerləşən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə verməklə bilə-bilə saxta sənəddən istifadə edərək, çağırışçı Ə.Bağırzadəyə növbəti hərbi xidmətə çağırışdan 31 avqust 2025-ci il tarixədək möhlət verilməsinə nail olmuşdur. Bundan başqa, o, təkrarən 13 dekabr 2023-cü il tarixdə 28 yanvar 2004-cü il təvəllüdlü Şahid4 Rusiya Federasiyasının Yessentuki İdarəetmə, Biznes və Hüquq İnstitutunda 12 avqust 2027-ci il tarixədək 4 il müddətində hüquqşünaslıq ixtisası üzrə əyani təhsil alması barədə istintaqa məlum olmayan şəxsdən əldə etdiyi hüquq verən və vəzifədən azad edən 14 noyabr 2023-cü il tarixli, 372 nömrəli arayışın, yəni digər rəsmi sənədin saxta olduğunu bilərək həmin arayışı İmişli şəhəri, M.Əsədov küçəsi 44 ünvanında yerləşən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə verməklə bilə-bilə saxta sənəddən istifadə edərək, çağırışçı Şahid4 növbəti hərbi xidmətə çağırışdan 12 avqust 2027-ci il tarixədək möhlət verilməsinə nail olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ittihamın birinci epizodu üzrə ifadəsində göstərmişdir ki, 2022-ci ildə İmişli rayon İcra Hakimiyyəti başçısının Ölcələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışarkən qohumu Ölcələr kənd sakini Şahid1 evində qonaq olan zaman övladı Şahid4 həqiqi hərbi xidmətə çağırışa getdiyi üçün gözaydınlığı vermişdir. Həmin vaxtdan 3-4 gün sonra Ölcələr kəndində Vasiflə qarşılaşmışdır. Vasifdən oğlu Fədayini soruşduqda Fədayinin geri qaytarıldığını demişdir. Səbəbi barədə Vasifdən maraqlandıqda Fədayinin qolunda kəsik olduğu və gecə yuxulu vəziyyətdə sayaqladığı üçün hərbi hissədən geri qaytarıldığını demişdir. Fədayi hələ uşaq olan zaman ailəsi ilə birlikdə avtomobil qəzası keçirdiyi üçün psixoloji problemləri vardır. Daha sonra Vasif ilə sağollaşıb ayrılmışlar. Vasiflə görüşəndə həmişə Fədayini soruşurmuş. Vasif də ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən ona Fədayinin hərbi xidmətə çağırılacağının bildirilməsini demişdir. Təxminən 2022-ci ilin mart ayında taksi ilə Bakı şəhərindən İmişli rayonuna gələn zaman Lökbatan dairəsində bir nəfər tanımadığı şəxs sərnişin qismində avtomobilə əyləşmişdir. Həmin şəxslə söhbət zamanı adının İntiqam Rəhimov olduğunu və Sabirabad rayonun Sarıcalar kəndində yaşadığını bildirmişdir. Yol boyunca İntiqamla həmsöhbət olmuşlar. İntiqam ona Rusiya Federasiyasına gedib-gəldiyini, orada yaxşı əlaqələrinin olduğunu, lazım olarsa birbaşa Yessentuki Dövlət Universitetinə tələbə qəbul etdirə biləcəyini bildirmişdir. İntiqam Sabirabad rayonun Sarıcalar kəndində avtomobildən düşmədən öncə bir-birilərinə mobil telefon nömrələri vermişlər. Üstündən bir müddət keçdikdən sonra çalışdığı icra nümayəndəliyinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən təhsil alanlarla bağlı məlumat verilməsinə dair şifahi sorğu verilmişdir. Həmin vaxt Vasifgilə qonaq gedən zaman Vasif ona Fədayinin hərbi xidmət məsələsinin dəqiqləşmədiyini, yəni Fədayinin hərbi xidmətə aparılıb aparılmayacağının bilinmədiyini demişdir. Bu zaman Vasifə Fədayini universitetə düzəldə biləcəyini, beləcə hərbi xidmətdən möhlət ala biləcəyini bildirmişdir. Vasif ona əgər alınacaqsa bu işi görməyi xahiş etmişdir. Bu məsələ ilə bağlı İntiqama zəng vuraraq bir qohumunun universitet məsələsini həll etmək üçün ondan kömək istəmişdir. İntiqam ondan Fədayinin şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Fədayinin şəklini “Whatsapp” proqramı vasitəsi ilə İntiqama göndərmişdir. Bir həftə sonra İntiqam onunla əlaqə saxlayıb 500 (beş yüz) manat pulu da özü ilə götürüb Bakı şəhərinə getməsini tapşırmışdır. 2023-cü ilin noyabr ayında Bakı şəhərinə gedərək metorunun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı adını xatırlamadığı kafedə İntiqamla görüşmüş və 500 manat pulu İntiqama verib X5, Biznes və Hüquq İnstitutunda oxumasına dair arayış almışdır. İntiqam hər semestr 500 manat olmaqla universitetin sonuna qədər ümumilikdə 3000 manat pul verilməli olduğunu ona demişdir. O həmin arayışı götürüb Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə təqdim etmiş və Fədayiyə möhlət hüququ almışdır. Təxminən 10 gün sonra İntiqamla Fədayinin diplomun tanınması zamanı problem yaranmaması üçün sərhəd keçmə məsələsi ilə bağlı telefon əlaqəsi saxlamaq istəyən zaman İntitqamın telefonuna zəng çatmamışdır. Daha sonra İntiqamla heç bir əlaqəsi olmamışdır. Sonralar camaat arasında eşitmişdir ki, saxta sənədlə möhlət alanlar var. Həmin vaxt artıq şübhələnmişdir ki, İntiqam Fədayiyə də saxta sənəd vermişdir. Daha sonra rayon prokurorluqdan çağırılan zaman ona məlum olmuşdur ki, Fədayiyə möhlət hüququ saxta sənəd əsasında verilmişdir. Təqsirləndirilən şəxs X8 ittihamın ikinci epizodu üzrə ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında Şahid2 ona zəng edərək nəvəsinin imtahan verib Universitetə qəbul olmasından ötəri Səfərbərlik xidmətindən möhlət hüququ lazım olduğunu demişdir. O da həll edə biləcəyini deyib, Gülünü rayona çağırmış və Mədəniyyət sarayının qarşısında onunla görüşmüşdür. Görüş zamanı o, Gülüyə bu işi 2000 manata həll edə biləcəyini demişdir. Həmin vaxt Gülünün yanında olan oğlu Müşviq o qədər pulunun olmadığını demişdir. Gülü isə özündə pul olduğunu demişdir. Onlar 2023-cü ilin iyul ayının sonlarında saat 15 radələrində İmişli rayonu, Qaradonlu kəndi ərazisində yerləşən “Azpetrol” X7 yaxınlığında görüşmüş, orada Şahid2 ona 2000 manat pul vermişdir. O da həmin ərəfələrdə pulu Bakı şəhərində, metronun “Memar Əcəmi” stanstiyanın yaxınlığında X4 vermişdir. İntiqam həmin puldan ona 200 manat pul vermişdir. İntiqam 1 həftə ərzində sənədlərin hazır olacağını demişdir. İntiqam ona arayış verəcəyini, həmin arayışı Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin İmişli rayon şöbəsinə təqdim edəcəyini, bundan sonra möhlət hüququnun veriləcəyini demiş, o da razılaşmışdır. Təxminən 1 həftə sonra İntiqam ona zəng edərək əlavə 600 manat pul lazım olduğunu demişdir. Bundan sonra o, Şahid2 zəng edib, əlavə 600 manat pul lazım olduğunu demiş, Şahid2 da 2023-cü ilin avqust ayında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Kolxoz Bazarı”nda ona 600 manat pul vermişdir. O da həmin ərəfələrdə yenə Bakı şəhərində, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 600 manat pulu İntiqam Ələkbərova vermişdir. İntiqam həmin puldan ona pul verməmişdir. Pulu verdikdən sonra İntiqam ona arayış vermişdir. O da həmin arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə İmişli rayon şöbəsinə verərək Şahid2 nəvəsi Ənvər Bağırzadəyə möhlət hüququnun verilməsi barədə sənəd almışdır. Həmin sənədi 2024-cü ilin mart ayında Şahid2 oğlu X23 şəhəri, Mədəniyyət sarayının qarşısında vermişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Şahid2 yaşadığı İmişli rayonu, Məzrəli kəndində yerləşən evinə gedib, orada nəvəsinin işini həll etdiyi üçün şirinlik kimi 100 manat pul almışdır. 2024-cü ilin aprel ayının sonlarında Şahid2 ona zəng edərək nəvəsi Ənvər Bağırzadənin imtahan verməsi üçün sistemə qəbul olunmadığını və adının hansısa Universitetdə getdiyini deyib ona verdiyi 2700 manat pulu geri qaytarmasını istəmişdir. O, İntiqam Ələkbərovla əlaqəsinin kəsildiyi və sonuncudan həmin pulu ala bilmədiyi üçün öz şəxsi vəsaiti hesabına Şahid2 pulunu geri qaytarmışdır. O, İntiqam Ələkbərovun ona verdiyi arayışların saxta olduğunu bilməmiş və qeyd olunan cinayət əməllərini də bilməyərəkdən törətmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Odur ki, bütün bunların nəzrə alınmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid X10 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, oğlu Fədayi İmişli rayonu, Ölcələr kənd tam orta məktəbində 11 illik təhsil almış, məktəbi bitirib 18 yaşını başa vurduqdan sonra ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsindən zəng gəlmiş və oğluna ad gününün səhəri gün həmin şöbəyə gəlməsi tapşırılmışdır. Fədayi 29 yanvar 2022-ci ildə Xidmətin İmişli rayon şöbəsinə getmişdir. Fədayi Hərbi Xidmətə X21 adlı əməkdaşı tərəfindən taksi ilə Bakı şəhərində yerləşən Daxili Qoşunlara aid hərbi hissələrdən birinə aparılmışdıır. Orada getdiyi günün səhəri Fədayi evə gəlib və hərbi hissədə gecə yuxudaykən rabitəsiz, aydın olmayan sözlər deyib sayıqladığı üçün həkim müayinə edib evə geri göndərdiyini bildirmişdir. Fədayi hələ uşaq olan zaman ailəsi ilə birlikdə idarə etdiyi avtomobil qəzaya düşdüyü üçün Fədayidə travma yaranmış və həmin travmanın təsirindən Fədayidə psixoloji problemlər yaranmışdır. Fədayi əsəb gərginliyi keçirdiyi zaman özünə xəsarət yetirir. Fədayi evə gəldikdən təxminən bir həftə sonra onu Hafiz adlı həkimin yanına aparmışdır. Orada həkimlər Fədayini müayinə etdikdən sonra Fədayiyə psixiatriya xəstəxanasında müalicə götürməli olduğunu bildirmişlər. Ancaq Fədayi göndəriş verilmədiyi üçün xəstəxanaya getməmişdir. Həmin vaxt İmişli rayon İcra Hakimiyyəti başçısının Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, qohumu Tacəddin ona Fədayinin adının Rusiya Federasiyasında fəaliyyət göstərən Yessentuki adlı universitetə yazdıra biləcəyini bildirmişdir. Ancaq o, bundan imtina etmişdir. Daha sonra rayon prokurorluğuna dəvət olunanda oğlunun adının Rusiya Federasiyasında fəaliyyət göstərən Yessentuki adlı universitetə yazılmasını, daha doğrusu elə bir universitetin olmadığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsində Çağırış bölməsinin rəisi Şahid3 ifadəsində bildirmişdir ki, İmişli rayon Ölcələr kənd sakini 28 yanvar 2004-cü il təvəllüdlü Şahid4 12 noyabr 2021-ci il tarixdə təqdim olunmuş çağırış vərəqəsi əsasında 2022-ci ilin yanvar çağırışına cəlb olunmuş, xidmət rəisinin sərəncamı ilə xidmət keçmək üçün Daxili Qoşunlara təyin olunmuş, 28 yanvar 2022-ci il tarixdə Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinə təhvil verilmişdir. Həmin şəxs bir gün hərbi hissədə qaldıqdan sonra sol qolunda cızıq izləri diaqnozu ilə geri qaytarılmışdır. Sonrakı çağırışlarda çağırışdan yayındığı üçün 15 aqvust 2022-ci il tarixdə Şahid4 adı Sərhəd keçmə məhdudiyyəti siyahısına əlavə edilmişdir. 13 dekabr 2023-cü il tarixdə Ölcələr kənd İcra nümayəndəsinin müavini Tacəddin adlı şəxs Şahid4 Rusiya Federasiyasının Yessentuki İdarəetmə, Biznes və Hüquq İnstitutunda oxumasına dair arayış təqdim etmiş, həmin arayışla Şahid4 12 avqust 2027-ci il tarixə qədər möhlət hüququ verilmişdir və 14 dekabr 2023-cü il tarixdə Şahid4 adının Sərhəd keçmə məhdudiyyət siyahısından çıxarılması üçün raportla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən şöbəyə daxil olmuş 1 may 2024-cü il tarixli məktubda Şahid4 xaricdə təhsil almaması bildirilmişdir. Daha sonra rayon prokurorluğuna bu barədə müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, 4 iyul 2005-ci il təvəllüdlü nəvəsi Ənvər Bağırzadə 7 yaşında İmişli rayonu, Məzrəli kənd tam orta məktəbinə getmiş, 2023-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Ənvər universistə hazırlaşaraq məktəbi bitirdiyi il X24 vasitəsi ilə imtahan vermiş, lakin keçid balını toplaya bilmədiyi üçün universitetə qəbul ola bilməmişdir. Ənvər universitetə qəbul olmadığından və 18 yaşını tamam etdiyindən 2023-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırlacağını bilmişlər. Ənvərin həqiqi hərbi xidmət vaxtını 1 il müddətə uzadıb, yenidən X13 imtahan verib universitetə qəbul olmasını istəmişlər. Bu barədə oğlu Şahid5 ona demişdir. O da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə müraciət edəcəyini demişdir. Onun oğlu X20 2000-ci ildə həqiqi hərbi xidmətdə olan zaman şəhid olmuş, buna görə də, şəhid ailəsi sayılır. Buna görə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə müraciət etsə sözünün eşidiləcəyini fikiriləşmişdir. O, həmin şöbəyə şifahi olaraq müraciət etsə də müsbət cavab verilməmişdir. Nəvəsi Ənvəri qanuni yolla saxlatdırmaq üçün bir yol fikirləşərək adam axtarmağa başlamış, bu vaxt tanışlarıdan Təqsirləndirilən şəxs adını eşitmiş, bundan sonra Tacəddin barəsində maraqlanaraq mobil nömrəsini tapıb zəng etmişdir. Tacəddin ilə danışandan sonra Tacəddin bu işi 2000 manata həll edə biləcəyini demişdir. Bu barədə oğlu Müşfiqə demişdir. Müşfiq də ona pulunun olmadığını demişdir. O isə özündə pulun olduğunu deyib, Ənvər üçün verə biləcəyini demişdir. Sonra Tacəddinə zəng edib görüşüb pulu vermək istədiyini demişdir. Tacəddin onlarla 2023-cü ilin iyul ayının sonlarında, saat 15 radələrində İmişli rayonu,Qaradonlu kəndi ərazisində yerləşən “Azpetrol” X7 yaxınlığında görüşmüş, orada 2000 manat pulu Tacəddinə vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs Ənvərin işini 2-3 gün ərzində həll edəcəyini demişdir. X14 işini necə həll edəcəyini soruşmamışlar. Təxminən 20 gün sonra Tacəddin ona zəng edib guya sistemin dəyişdiyini, əlavə 1000 manat lazım olduğunu demişdir. O isə 1000 manatın olmadığını, ehtiyyat üçün saxladığı 600 manat pulunun olduğunu deyib, həmin pulu verə biləcəyini bildirmişdir. Tacəddin onunla razılaşmışdır. 2023-cü ilin avqust ayının ortalarında İmişli şəhəri, Q.İsmayıllzadə küçəsində yerləşən “Kolxoz Bazarı”nda 600 manat pulu Tacəddinə vermişdir. Bu müddət ərzində nəvəsi Ənvəri həqiqi hərbi xidmətə getməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən çağırış gəlməmiş, onlar da Tacəddinə pul verdikləri üçün işi həll etdiklərini fikirləşmişlər. Oğlu Müşfiq 2024-cü ilin mart ayında Tacəddin ilə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Mədəniyyət Mərkəzinin qarşısında görüşmüş, Tacəddin orada Müşfiqə nəvəsi Ənvərə aid “İlkin Hərbi Qeydiyyata Alınma Haqqında” vəsiqəni verib, Ənvərin işini həll etdiyini deyib, əlavə 200 manat pul istəmişdir. Müşfiqdə pulunun olmadığını deyib, Tacəddinə pul verməmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Tacəddin İmişli rayonu, Məzrəli kəndinə yaşadığı evə gələrək guya işə görə 100 manat pul xərcləmiş, həmin pulu da ondan istəmiş, o da 100 manat pulu Tacəddinə vermişdir. 2024-cü ilin aprel ayının ortalarında X15 İmişli rayon şöbəsinə müraciət edib, Ənvərin yenidən imtahan verməsini istəmişdir. Lakin X15 əməkdaşı nəvəsi Ənvərin Rusiya Federasiyasının Yesintuku şəhərindəki Universitetlərin birində təhsil aldığını, təhsilini 2027-ci ildə başa vuracağını, bundan sonra yenidən imtahan verə biləcəyini, belə olan halda imtahan verə bilməyəcəyini, Ənvərə “Stop” qoyulduğunu demişlər. Bundan sonra onlar Tacəddinə zəng edib pulu geri tələb etmişlər. Tacəddin isə onlara pulu qaytaracağını deyib, geri qaytarmamışdır. Bundan sonra nəvəsi Ənvər imtahan verə bilməyəcəyini bildikdən sonra həqiqi hərbi xidmətə getmək qərarına gəlmişdir. Buna görə də, onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə müraciət etmiş, Ənvərin həqiqi hərbi xidmətə aparılmasını istəmişlər. Xidmətdən onlara Ənvərin Yesintuki şəhərində Universitet oxuduğunu, 2027-ci ildə Universiteti bitirdikdən sonra yalnız həqiqi hərbi xidmətə gedə biləcəyini, digər halda isə Universitetdən imtina etdiyi halda həqiqi hərbi xidmətə apara biləcəklərini demişlər. Bundan sonra Tacəddinə zəng edib, Ənvərin oxuduğu Universitetdən imtina sənədi alıb gətirməsini istəmişlər. Tacəddin də onlarla razılaşmışdır. Təxminən 2 gün sonra Tacəddin Universitetdən imtina sənədi gətirib onlara vermişdir. Müşfiq də həmin sənədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə təqdim etmişdir. Sənədi təqdim etdikdən sonra 26 aprel 2024-cü il tarixdə Ənvəri həqiqi hərbi xidmətə aparmışlar, hazırda xidmət edir. Baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona 2700 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan Təqsirləndirilən şəxs həmin pulu ona tam şəkildə geri qaytarmışdır. İş üzrə Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən daxil olmuş 23 aprel 2025-ci il tarixli, 3-43-30/2- 369/2025 saylı məktubdan görünür ki, 4 iyul 2005-ci il təvəllüdlü X6 Rusiya Fedarasiyası “Yesnutiki İdarəetme, Biznes və Hüquq İnstutu”na daxil olması barədə 25 sentyabr 2023cü il tarixlin 363 nömrəli saxta arayış 9 oktyabr 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə 3-43-30/1-18478/2023 saylı qeydiyyatla daxil olmuşdur (cild 1, vərəq 218-219); Azərbaycsan Respublikası X13n daxil olmuş 2 aprel 2025-ci il tarixli 9-3/2-730/2025 saylı məktubdan görünür ki, 4 iyul 2005-ci il təvəllüdlü X11 (FİN: 7H7GXJA) 2023-cü ildə ali təhsilin bakalavriat səviyyəsinə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 700 ballıq şkala üzrə birinci cəhddə (yaz) 104.8 bal, ikinci cəhddə (yay) 116.9 bal toplayaraq heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X24 tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir (cild 1, vərəq 217); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən daxil olmuş 7 may 2024-cü il tarixli, 3-43-30/2- 403/2024 saylı məktubdan görünür ki, 28 yanvar 2004-cü il təvəllüdlü Şahid4 Rusiya Fedarasiyası “Yesnutiki İdarəetme, Biznes və Hüquq İnstutu”na daxil olması barədə 14 noyabr 2023-cü il tarixlin 372 nömrəli saxta arayış 13 dekabr 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə 3-43-30/1- 2446/2023 saylı qeydiyyatla daxil olmuşdur (cild 1, vərəq 84-92); Saatlı RİHB-nın Sarıcalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlyindən daxil olmuş 5 iyul 2024-cü il tarixli, 144 nömrəli arayışdan görünür ki, X1 rayonu, Sarıcalar kəndində qeydiyyatda olmaqla uzun müddətdir ki, Rusiya Fedarasiyasında yaşayır (cild 1, vərəq 81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “X16” sistemindən daxil olmuş 11 fevral 2025-ci ilk tarixli 3-13-20/2-1997/2025 saylı məktubundan görünür ki, X9 2 avqust 2024-cü il tarixdə, saat 20:41-də Azərbaycan Respublikasına gəlmiş, 26 dekabr 2024-cü il tarixdə, saat 19:27-də Rusiya Fedarasiyasına getmişdir (cild 1, vərəq 120); "xxxx" MMC-dən daxil olmuş 14 mart 2025-ci il tarixli, 5451 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 16 mart 2025-ci il tarixli protokoldan görünür ki, “2750-antena 2022.xlsx”, “2750-antena 2023.xlsx”, “2750-antena 2024.xlsx”, “2750-antena 2025.xlsx” adlı fayla baxış keçirilən zaman Təqsirləndirilən şəxs Əlimzamın oğlunun adına olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə 2022, 2023 və 2024-cü illər ərzində X3 adına olan mobil nömrələrə əlaqə saxlanmaması müəyyən olunmuşdur (cild 1, vərəq 201-206); Cinayət işinin başlanması haqqında 02 fevral 2025-ci tarixli qərardan görünür ki, yuxarıda təsvir olunan faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 39-40); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 56-57); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir (cild 1, vərəq 61-62); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 320.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, vərəq 147-148); Sübutların qiymətləndirilməsi, cinayət işinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında 07 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsindən həmin Məcəllənin 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir (cild 1, vərəq 234-251); Cinayət işi materiallarından digər cinayət işinin ayrılması haqqında 07 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi materiallarından istintaqa məlum olmayan digər şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, vərəq 1-2); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 08 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, vərəq 6-7); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmanlıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində cərimə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən məbləğdə cərimə cəzasına məhkum edilməli, təyin ediləcək cəza olan cərimə hökmün qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli (CİM maddə 23.1) və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş iş üzrə maddi sübut olan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar