Məhkəmə qərarları › İş №1(036)-58/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-58/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-58/2024 15.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər- İmişli Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs Şükür oğlunun, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1990-cı ildə İmişli rayonu, Əliqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Əliqulular kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1993-cü ildə İmişli rayonu, Əliqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Əliqulular kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1984-cü ildə İmişli rayonu, Əliqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Əliqulular kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ona görə təqsirləndirilir ki, o, özgənin əmlakını talama məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 Süfeyin oğlu və Təqsirləndirilən şəxs2 ilə birləşərək 06 iyun 2024-cü il tarixdə, saat 02 radələrində İmişli rayonu Əliqulular kəndində yerləşən Zərərçəkmiş şəxs Şükür oğluna məxsus fərdi yaşayış evinin həyətindəki qəhələ qanunsuz daxil olaraq oradan iki baş hər biri erkək cinsli, yeddi aylıq, 35 kq diri çəkidə, hər biri 300 manat (üç yüz) manat dəyərində olan qoyun heyvanlarını gizli yolla talamaqla, Zərərçəkmiş şəxs 600 manat (altı yüz) manat məbləğdə maddi ziyan vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ona görə təqsirləndirilir ki, o, özgənin əmlakını talama məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 Süfeyin oğlu və Təqsirləndirilən şəxs1 ilə birləşərək 06 iyun 2024-cü il tarixdə, saat 02 radələrində İmişli rayonu Əliqulular kəndində yerləşən Zərərçəkmiş şəxs Şükür oğluna məxsus fərdi yaşayış evinin həyətindəki qəhələ qanunsuz daxil olaraq oradan iki baş hər biri erkək cinsli, yeddi aylıq, 35 kq diri çəkidə, hər biri 300 manat (üç yüz) manat dəyərində olan qoyun heyvanlarını gizli yolla talamaqla, Zərərçəkmiş şəxs 600 manat (altı yüz) manat məbləğdə maddi ziyan vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ona görə təqsirləndirilir ki, o, özgənin əmlakını talama məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birləşərək 06 iyun 2024-cü il tarixdə, saat 02 radələrində İmişli rayonu Əliqulular kəndində yerləşən Zərərçəkmiş şəxs Şükür oğluna məxsus fərdi yaşayış evinin həyətindəki qəhələ qanunsuz daxil olaraq oradan iki baş hər biri erkək cinsli, yeddi aylıq, 35 kq diri çəkidə, hər biri 300 manat (üç yüz) manat dəyərində olan qoyun heyvanlarını gizli yolla talamaqla, Zərərçəkmiş şəxs 600 manat (altı yüz) manat məbləğdə maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə ödənilməmiş aliment öhdəliyinə görə məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Zərərçəkmiş şəxs Şükür oğlunu tanıdığını, xalası oğlu olmasını bildirmişdir. Münasibətləri yaxşı olmuşdur. Həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanıyır, həmkəndli kimi münasibəti olmuşdur. 05 iyun 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs3 İmişli şəhəri X.Bəylərov küçəsində yerləşən İmişli rayon Mərkəzi Xəstəxanasının qarşısında olan çayxanada olmuşdur. Nicat həmin gün ona Sənanla birlikdə gəlib həmin yerdən götürmələrini demişdir. Sənanın qırmızı rəngli, “Vaz21015” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Nicatın yanına gəldiklərini, o, və Nicat həmin yerdə iki bakal pivə içdiklərini, bir saat sonra kəndə qayıtdıqlarını bildirmişdir. Yolda gələn zaman Nicat pul əldə etmək üçün oğurluq etməyi, o, isə qohumu İlqarın qoyunları olmasını və həmin qoyunlardan iki başını götürüb satmağı təklif etmişdir. Nicat və Sənan da razılaşmışdır. Bu hər üçünün ümumi planı olmaqla, razılıqla olmuşdur. O, qəhəlin qapısında qıfıl olmasını əvvəlcədən bilmiş, buna görə də Nicata özü ilə bir köhnə qıfıl açarı götürməsini demişdir. Sonra kəndin mərkəzində o, və Nicat düşüb evə getmişlər. 06 iyun 2024-cü il tarixdə, saat 02 radələrində o, və Sənan xəbərləşib Nicatı sonuncunun evinin qarşısından götürdüklərini və birlikdə İlqarın evinin yaxınlığına gəldiklərini qeyd etmişdir. Nicat özü ilə bir köhnə qıfıl açarı gətirmişdir. Əvvəlcədən saat 02 radələrində oğurluğa gedəcəkləri barədə razılığa gəlmişlər. Maşını təxmini tövlədən iki yüz metr kənarda saxladıqlarını, o, gedib tövlənin dəmir qapısının qıfılını həmin açarı salıb fırladmaqla birtəhər açdığını, sonra Sənanla Nicata gəlmələrini demişdir. Nicatla Sənan tövləyə tərəf gəlmiş və hər ikisi tövləyə daxil olub adama bir baş quzu götürmüşlər. Tövlə yolun kənarında, ətrafında isə setka çəpər olmuşdur. Çəpərdən keçdiklərini və qoyunları əllərində maşının baqaj hissəsinə aparıb qoyduqlarını, sonra üçü birlikdə Beyləqan rayonuna getdiklərini bildirmişdir. Orada heyvan bazarına çatdıqlarını, amma içəri daxil olmadıqlarını bildirmişdir. Bazarın çölündə Nicat qoyunları satmışdır. Kimə satdığını bilməmişdir. Qoyunları neçəyə satdığını da bilməmiş, amma adama 130 manat pul düşmüşdür. Sonra birlikdə kəndə qayıtdıqlarını, kəndə çatanda saat təxmini 06 radələri olmuş, o, və Nicat kənddə düşdüklərini, Sənanın da çıxıb evə getdiyini bildirmişdir. Payına düşən 130 manat puldan 40 manatını şəxsi istifadəsi üçün xərcləmişdir. Qalan pul da evdə saxlamışdır. Oğurluq barədə təklifi Nicat etmiş, İlqardan oğurluğu isə o, nişan vermişdir. İlqar onun qohumudur, qoyunları olmasını bilmişdir. Özü ilə əvvəlcədən ip götürmüşlər. O, tövlənin qapısını açmış, sonra Sənanla Nicat setka çəpərdən keçib tövləyə girmiş və adama bir baş qoyun tutub əllərində maşına apardıqlarını bildirmişdir. Əvvəldən niyyətləri iki qoyun oğurlamaq olmuşdur. Onları ətrafda heç kim görməmişdir. İlqarın evində işıq yansa da heç kim eşitməmiş, itlər isə hürüşməmişdir. Tövlənin qapısını açmaq üçün istifadə etdikləri açarı ona Nicat vermiş, o da açarla qıfılı açmış, sonra da qapını örtmüşdür. Açarı axşam vaxtı tullamış, amma harada atdığını içkili olduğu üçün bilməmişdir. Evdə saxladığı 90 manat pulu təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərər tamamilə ödənilmişdir. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şükür oğlunu tanıyır, münasibəti yaxşı olmuşdur. Həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, həmkəndli kimi münasibəti olmuşdur. 05 iyun 2024-cü il tarixdə saat 23 radələrində Mahmud ona İmişli şəhərindən Nicatı götürüb qayıtmağı təklif etmiş, o da razılaşmışdır. Onun özünə məxsus qırmızı rəngli, “Vaz21015” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Onun maşını ilə İmişli şəhəri X.Bəylərov küçəsində yerləşən İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısında olan çayxanaya gəldiklərini, üçü əyləşib çay içdiklərini bildirmişdir. Bir saat sonra kəndə qayıtdıqlarını, yolda gələn zaman Nicatın pul əldə etmək üçün oğurluq etməyi, Mahmudun isə qohumu İlqarın qoyunları olduğunu və həmin qoyunlardan iki başını götürüb satmağı təklif etdiyini bildirmişdir. Nicat və o, razılaşmışdır. Sonra kəndin mərkəzində Mahmudla Nicatı düşürmüşdür. 06 iyun 2024-cü il tarixdə, saat 02 radələrində Mahmud və Nicat hər ikisi zəng edib gəlməsini demişdir. O da maşınla Mahmudu evlərinin yaxınlığından götürmüş və Nicatın yanına getmişlər. Sonra birlikdə İlqarın evinin yaxınlığına gəldiklərini, maşını təxmini tövlədən iki yüz metr kənarda saxladığını bildirmişdir. Mahmud gedib tövlənin dəmir qapısının qıfılını açmış, Nicatla ona gəlmələrini demişdir. O və Nicat tövləyə girib ikisi adama bir baş quzu götürdüklərini bildirmişdir. Tövlə yolun kənarında, ətrafında isə setka çəpər olmuşdur. Çəpərdən keçdiklərini və qoyunları əllərində maşının baqaj hissəsinə aparıb qoyduqlarını, üçü birlikdə Beyləqan rayonuna getdiklərini qeyd etmişdir. Orada heyvan bazarına çatdıqlarını, amma içəri daxil olmadıqlarını, bazarın çölündə Nicatın qoyunları satdığını bildirmişdir. Nicat iki baş qoyunu 390 manata satmış, ona 130 manat pul vermişdir. Yanacaq olaraq 10 manat benzin vurmuşdur. Benizini isə Beyləqan rayonunu ərazisində “Üç yol” adlanan ərazidəki yanacaq doldurma məntəqəsindən vurmuşdur. Sonra birlikdə kəndə qayıtdıqlarını, kəndə çatanda saat təxmini 05 radələri olmuşdur. Mahmud və Nicat ikisi də kənddə düşmüş, o da evə getmişdir. 100 manat pulu kart hesabına yükləmiş, qalan 30 manatı da şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq barədə təklifi Nicat etmiş, Mahmud da qohumu İlqarı nişan vermiş və birlikdə razılaşmışlar. Özü ilə əvvəlcədən ip götürməmişlər. Mahmud onlardan qabaqda getmiş və tövlənin qapısını açmışdır. Sonra Nicatla ikisi setka çəpərdən keçib tövləyə girdiklərini və adama bir baş qoyun tutduqlarını, əllərində maşına apardıqlarını bildirmişdir. Əvvəldən niyyətləri iki baş qoyun oğurlamaq olmuşdur. Onları ətrafda heç kim görməmişdir. İlqarın evinin işığı yansa da heç kim eşitməmiş, itlər isə hürməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərər tamamilə ödənilmişdir. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Şükür oğlunu tanıdığını, həmkəndlisi olduğunu bildirmişdir. Münasibətləri yaxşı olmuşdur. Həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıdığını, həmkəndli kimi münasibəti olmasını bildirmişdir. 05 iyun 2024-cü il tarixdə saat 23 radələrində o, İmişli şəhəri X.Bəylərov küçəsində yerləşən İmişli rayon Mərkəzi Xəstəxanasının qarşısında olan çayxanada olmuşdur. Orada iki bakal pivə içmişdir. Həmin gün evdə də iki yüz qram təkbaşına araq içmişdir. O, Mahmuda, Sənanla birlikdə gəlib onu götürmələrini demişdir. Sənanın qırmızı rəngli, “Vaz21015” markalı, **- NC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Hər ikisi onun yanına gəlmiş, birlikdə çay içmişlər. Bir saat sonra kəndə qayıtdıqlarını, yolda gələn zaman o, pul əldə etmək üçün oğurluq etməyi, Mahmud isə qohumu İlqarın qoyunları olmasını və həmin qoyunlardan iki başını götürüb satmağı təklif etmişdir. O və Sənan da razılaşmışlar. Orada Mahmud qəhəlin qapısının qıfılla bağlı olmasını, buna görə də açar lazım olacağını, ona bir köhnə açar gətirməsini demişdir. Sonra kəndin mərkəzində Mahmudla o, düşüb evə getmişlər. 06 iyun 2024-cü il tarixdə, saat 02 radələrində Mahmudla Sənan onu evinin qarşısından götürmüş və birlikdə İlqarın evinin yaxınlığına gəlmişlər. Evdən götürdüyü açarı da Mahmuda vermişdir. Maşını təxmini tövlədən iki yüz metr kənarda saxladıqlıarını, Mahmudun gedib tövlənin dəmir qapısının qıfılını həmin köhnə açarla açdığını, Sənanla ona gəlmələrini demişdir. O da Sənanla tövləyə tərəf gəlmişdir. Sənanla ikisi tövləyə daxil olmuş və adama bir baş quzu götürmüşlər. Tövlə yolun kənarında, ətrafında setka çəpər olmuşdur. Çəpərdən keçdiklərini və qoyunları əllərində maşının baqaj hissəsinə aparıb qoyduqlarını, üçü birlikdə Beyləqan rayonuna getdiklərini bildirmişdir. Orada heyvan bazarına çatdıqlarını, amma içəri daxil olmadıqlarını, bazarın çölündə qoyunları satdığını bildirmişdir. Hər iki qoyunu bir nəfər tanımadığı şəxsə ümumilikdə 390 manata satmışdır. Adama 130 manat pul düşmüşdür. Sonra birlikdə kəndə qayıtdıqlarını, kəndə çatanda saat təxmini 05 radələri olduğunu, Mahmud və o, kənddə düşdüklərini, Sənanın da evə getdiyini bildirmişdir. Payına düşən 130 manat pula İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən telefon mağazalarının birindən telefon aldığını qeyd etmişdir. Oğurluq barədə təklifi Mahmud etmiş, İlqar qohumu olduğunu, onlar da razılaşmışdır. Özü ilə əvvəlcədən ip götürməmişlər. Mahmud onlardan qabaqda getmiş və tövlənin qapısını açmışdır. Sonra Sənanla ikisi setka çəpərdən keçib tövləyə girdiklərini və adama bir baş qoyun tutduqlarını, əllərində maşına apardıqlarını bildirmişdir. Əvvəldən niyyətələri iki qoyun oğurlamaq olmuşdur.Onları heç kim görməmiş, İlqarın evində işıq yansa da heç kim eşitməmiş, itlər isə hürüşməmişdir. Mahmudun tövlənin qapısını açmaq üçün istifadə etdiyi açarı o, gətirmişdir. Payına düşən pul ilə aldığı mobil telefonu isə təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərər tamamilə ödənilmişdir. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmənin iclasında iş üzrə Zərərçəkmiş şəxs Şükür oğlu ifadəsində göstərmişdir ki, onun yaşadığı İmişli rayonu Əliqulular kəndində həyətyanı sahəsində özünə məxsus xırda buynuzlu heyvanlardan ibarət təsərrüfatı vardır. Orada 45 baş xırda buynuzlu heyvanı vardır. Heyvanlar qəhələ salınır, qəhəli kənd yolunun kənarında yerləşir, mişar daşından hörülmüşdür. Qəhəlin iki giriş qapısı vardır. Qapılar dəmir barmaqlıq formasındadır və qıfılla bağlanır. 05 iyun 2024-cü il tarixdə saat 20 radələrində qoyunları sayıb qəhələ salmışdır. 06 iyun 2024-cü il tarixdə saat 08 radələrində qoyunları qəhəldən çıxarmağa gələn zaman qəhəlin giriş qapısından birinin qıfılını açmaq istəmiş, bu zaman qıfılın açıq olmasını görmüşdür. O, bundan şübhələnib qoyunları saymışdır. Qoyunlardan iki baş quzu heyvanı əskik olmuşdur. Bu zaman oğurluq edilməsini müəyyən etmiş və 102 xidmətinə zəng etmişdir. Qoyunların oğurlandığı hissədə iz və ya digər əlamət olmamışdır. Naməlum şəxslər kənd yolunun kənarında yerləşən tövləyə setka çəpəri aşıb keçmiş və qoyunları oğurladıqdan sonra da həmin çəpərdən keçib getmişdir. Gecə boyu səs və ya nəsə eşitməmiş, həyətdə olan iki baş it də hürməmişdir. Oğurlanmış quzular yeddi aylıq, erkək cinsli, diri çəkisi 35 kq olmaqla hər birinin qiyməti 300 manat olmuşdur. Bununla da ona 600 manat məbləğdə maddi ziyan vurulmuşdur. Hal-hazırda ona dəymiş ziyan təqsirlənirilən şəxslər tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, İmişli rayonu, Əliqulular kənd sakini Zərərçəkmiş şəxs Şükür oğluna məxsus iki baş xırda buynuzlu heyvanın oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə ibtidai istintaq aparılmışdır. Cinayət işinin 10-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer İmişli rayonu Əliqulular kəndində yerləşən və Zərərçəkmiş şəxs Şükür oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həyətyanı sahədə tövlə vardır, mişar daşından hörülmüşdür. Ümumi yolun sol tərəfində yerləşir. Həyətyanı sahənin setka çəpəri vardır. Tövlənin iki giriş qapısı vardır. Qapılar dəmir barmaqlıq formasındadır. Qapılarda qıfıl vardır. Tövlədə xırdabuynuzlu heyvanlara məxsus tullantı izləri aşkar edilmişdir. Ümumi yolda da xırdabuynuzlu heyvanlara məxsus tullantı izləri vardır. Giriş qapısının üzərində sındırmaya xarakterik izlər aşkar edilməmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Şükür oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 55-ci vərəqəsində olan 06 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 06 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan 06 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-ci vərəqəsində olan 06 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 1 ədəd “Samsung” A23 markalı mobil telefon, iki ədəd AA3992276, A44832206 nömrəli 20 AZN nominallı əskinaslar, 4 ədəd A53025958, A59763151, A21552449 və A01239146 nömrəli 10 AZN nominallı əskinaslar, habelə 1 ədəd qara-qırmızı rəngli, üzərində “birbank” sözü yazılmış, 5239 1517 6198 2134 nömrəli hesab karı maddi sübut kimi tanınmışdır. Cinayət işinin 168-ci vərəqələrində olan 08 iyun 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 171-ci vərəqələrində olan 08 iyun 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 174-cü vərəqələrində olan 08 iyun 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 188-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 188-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 1 il 6 ay şərti sınaq müddəti ilə təyin edilmişdir. Cinayət işinin 190-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin hökmü ləğv edilərək o, AR CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, azyaşlı övladının olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf etməsini, azyaşlı övladının olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 4 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 4 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs3 azadlığının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 4 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İmişli Rayon Polis Şöbəsində saxlanılan - iş üzrə maddi sübut 80 manat nağd pulun maddi ziyanın bir hissəsi kimi Zərərçəkmiş şəxs Şükür oğluna qaytarılması, bir ədəd “Samsung A23” markalı mobil telefonun Təqsirləndirilən şəxs3 qaytarılması, bir ədəd plastik hesab kartının Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş 600 (altı yüz) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs Şükür oğluna ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək 2 gün müddət 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 4 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək 2 gün müddət 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 4 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək 2 gün müddət 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 4 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş 600 (altı yüz) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs Şükür oğluna ödənilməsi nəzərə alınsın. Maddi sübut olan 80 manat nağd pulun maddi ziyanın bir hissəsi kimi Zərərçəkmiş şəxs Şükür oğluna qaytarılması, bir ədəd “Samsung A23” markalı mobil telefonun Təqsirləndirilən şəxs3 qaytarılması, bir ədəd plastik hesab kartının Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat, Təqsirləndirilən şəxs2 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat və Təqsirləndirilən şəxs3 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar