Məhkəmə qərarları › İş №1(036)-59/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-59/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-59/2024 26.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Əliyev Ayhan Elnur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1982-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, işsiz, İmişli şəhəri, Ağamalıoğlu küçəsi, ev 41 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə saat 17 radələrində tanışı Şahid4 yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsi ev 7 ünvanında sonuncudan 01 ədəd bükümdə, tərkibində xeyli miqdarda, yəni 0,029 qram çəkidə narkotik vasitə metadon olan, 0,316 qram çəkidə iki ədəd həb qırıntısını 14 manat pul müqabilində alaraq satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış, həmin gün saat 17:30 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, H.Aslanov küçəsində saxlanılaraq İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı əynindəki ağ rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə, tərkibində xeyli miqdarda, 0,029 qram çəkidə narkotik vasitə metadon olan, 0,316 qram çəkidə iki ədəd həb qırıntısı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, H.Aslanov küçəsində saxlanılaraq, İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı əynindəki ağ rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə, tərkibində xeyli miqdarda, 0,029 qram çəkidə narkotik vasitə metadon olan, 0,316 qram çəkidə iki ədəd həb qırıntısı aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni tanımadığı şəxsdən almış və hazırda etmiş olduğu cinayət əməlindən peşman olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, İmişli Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 yanvar 2024-cü ildə İmişli şəhəri, Ağamalıoğlu küçəsində yaşayan Mehman adlı şəxsin həmin gün, saat 17:30 radələrində üzərində narkotik vasitə gəzdirərək İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən məscidin yaxınlığı ilə piyada hərəkətdə olacağı barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə edilmiş və şöbə rəhbərliyi tərəfindən Şahid1, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra Mehman adlı şəxsin şəxsiyyəti dəqiqləşdirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvüləri ilə birlikdə, saat 17:10-da avtomobilə əyləşib, İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən məscidin yaxınlığını müşahidəyə götürmüşlər. Müşahidə zamanı, saat 17:30 radələrində Təqsirləndirilən şəxs məscidin yaxınlığında hərəkət etdiyini görüb, Mehmana yaxınlaşıb polis əməkdaşı olduğları və Mehmana narkotik vasitələrin istifadəçisi olduğunu bildirib, rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Şöbəyə gəldikdən sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi və üzərində şəxsi axtarış aparılmasından ötəri şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra İmişli Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi təyin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə, psixotrop maddə və digər əşya və ya predmetlərin olub-olmaması soruşularaq, olduğu təqdirdə təqdim edilməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sadə mobil telefon, sol yan cibindən isə kağız bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən kağız bükümə baxış keçirilən zaman bükümün içərisindən həb qırıntıları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin həbin nə olduğu soruşulduqda, həmin həbin “Metadon” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin həbi haradan əldə etməsi soruşulduqda “Dosd uşaqın verdiyini” bildirmişdir. Baxışın davamında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş həb qırıntıları ekspertizaya təqdim edilməsi üçün 01 ədəd zərfə qoyularaq qablaşdırıldı. Həmin gün Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həbin “Orxan” adlı şəxsdən 14 manat pul müqabilində alması müəyyən edilmiş və “Orxan” adlı şəsxin müəyyən edilməsi barədə əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş tapşırıq əsasında “Orxan” adlı şəxsin İmişli şəhəri, H.Aslanov küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid4 olması müəyyən edilmiş, yenə əməliyyat qrupu ilə birlikdə, həmin gün, saat 19:00 radələrində Şahid4 yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən evinin qarşısına gedib, həmin yer müşahidəyə götürülmüşdür. Saat 19:10 radələrində Şahid4 H.Aslanov küçəsindəki evinin qarşısında hərəkət etdiyini görüb, Şahid4 yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək rayon polis şöbəsinə dəvət etmişlər və Şahid4 onlarla razılaşaraq rayon polis şöbəsinə gəlmişlər. Bundan sonra Şahid4 üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmamsı soruşulmuşdur. Şahid4 şalvarının sağ yan cibindən salfet bükümü və pul əskinası çıxartmışdır. Sonra Şahid4 üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. X5 tərəfindən salfet bükümə baxış keçirilən zaman dərman həbləri, 2 ədəd olmaqla 1 ədəd kağız büküm və 1 ədədi salfet büküm aşkar edilmişdir. Şahid4 həmin dərman həblərini haradan əldə etdiyini soruşduqda yaşadığı evin yaxınlığında “transvarmatorun” yanından tapdığını bildirmişdir. 01 ədəd kağız bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd salfetə bükümə baxış keçirilən zaman yenə 01 həb qırıntısı aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş həblər və narkotik vasitə qudurulmuş marixuanaya bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün 01 ədəd zərfə qoyularaq qablaşdırıldı. Sonra isə Şahid4 üzərindən aşkar edilmiş pul əskinasları sayılmış, Şahid4 üzərindən 04 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq pul əskinası aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 işin hallarına dair Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Mehman oğlu ifadəsində göstərmişdir ki, o, təsadüfən yaşadığı evin yaxınlığından 4 ədəd metadon həbini və salfetkada bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı aşkar etmiş və götürmüşdür. Həmin vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır, aralarında ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Mehman uzun müddət Bakı şəhərində yaşadığı üçün əlaqəsi olmamışdır. Mehman ilə 2023-cü ilin əvvəllərində rayona gəldikdən sonra münasibəti olmuşdur. 20 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Mehman istifadəsində olan mobil nömrəsi ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, yata bilmədiyini, ağrılar çəkdiyini deyərək, ondan metadon dərmanı istəmişdir. O da Mehmana metadon dərmanı olduğunu, verə biləcəyini, evdə olduğunu deyərək gəlib ala biləcəyini demişdir. Təxminən 5 dəqiqə sonra Mehman ona zəng vuraraq evin qarşısında olduğunu demişdir. O da evin qarşısına çıxıb, Mehmana 1 ədəd metadon həbini 14 manata satmışdır. Bundan sonra Mehman çıxıb getmişdir. Təxminən 2 saat sonra polis əməkdaşları onu evinin qarşısında saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Şöbədə təhqiqatçı tərəfindən ona dövlət hesabına müdafiəçi təyin edilmiş və video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan şalvarın sağ yan cibindən 2 ədəd ayrı-ayrı bükümü təqdim etmişdir. Bükümün birində narkotik vasitə olan qurudulmuş marixuana, digərində isə narkotik tərkibli metadon həbləri olmuşdur. Şəxsi axtarış keçirildikdən sonra üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana, digəri bükümdə olan narkotik tərkibli metadon həbləri qablaşdırıldı. O, saxlanılarkən və İmişli Rayon Polis Şöbəsində olarkən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. 20 yanvar 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış İmişli Rayon Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla saxlanılması, gəzdirilməsi və ya daşınması qadağan olunmuş hər hansı bir əşyapredmet, narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kağız bükümdə olan qəhvəyimtil rəngli kəsik halda olan dərmanı və sağ yan cibində olan “İtel” markalı mobil telefonu təqdim etmişdir. X8 üzərində şəxsi axtarış aparıldı və şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Aşkar edilmiş qəhvəyimtil rəngli dərman preparatı ekspertizaya təqdim edilməsi üçün 01 ədəd zərfə qoyularaq, Azərbaycan Respublikası DİN-nin 179 saylı mohürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/410 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün № 179” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd kağız bükümündə...” yazıları, soyad və imzalar olan zərfin içərisində bir ədəd mükümdə ümumi çəkisi 0.316 qram olan iki ədəd qəhvəyi rəngli həb qırıntılarının tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0.029 qram olduğu müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 4339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 19 fevral 2024-cü il tarixli, 18-1-46/2-170/2024 saylı məktubundan görünür ki, İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 41 ünvanında qeydiyyatda olan xx xxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 1 mart 2022-ci il tarixdən “İmişli RMX” PHŞ-nin Narkolji kabinetində qeydiyyatdadır. Stasionar və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İmişli şəhəri, H.Aslanov küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayan 4 iyul 1988-ci il təvəllüdlü Şahid4 “İmişli RMX” PHŞ-yə 12 mart 2022-ci il tarixdə “Kskin bronxit”, 14 mart 2022-ci il tarixdə “Törədici dəqiqləşdirilməyənə pnevmoniya”, 28 mart 2022-ci il tarixdə “Bitki tozcuğu tərəfindən törədilən allergikrinit”, 30 mart 2022-ci il tarixdə “Xroniki konynktivit, Keratitlər” diaqnozlaı ilə ambulator müalicə almışdır və 18 aprel 2022-ci il tarixdə PHŞ-nin Ftiziatriya Poliklinika şöbəsinə müraciət etmişdir. Stasionar və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. “Azərcell MMC”-dən daxil olmuş 7 mart 2024-cü il tarixli, 5275 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, “502861666_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı: 3 yanvar 2022-ci il saat 18:47-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yarı lazmdı K” məzmunlu, 11 may 2022-ci il saat 03:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Noldu.yеndе.mеni.qoydun.аgrldа.sаgol.” məzmunlu, 12 may 2022-ci il saat 20:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sə yarını kimə istəyirdinki Olurеm” məzmunlu, 17 iyul 2022 –ci il saat 18:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Emi, menem, mehman, 35, var, 1 kola, ver, sen, menim, emimsen” məzmunlu, 19 iyul 2022-ci il saat 09:59-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Resul sen, menim, kozumu, qabglnda, mal, verisen, menede, deyirsenki, mal,yoxdu,sen,cox,qeyhe,kisisen,darxma,koruwciy,senile,” məzmunlu, 16 fevral 2023-cü il 01:55-də ***-***-**-** saylı mobil nömrəyən ***-***-**-** saylı mobil nömrəyə “Orxan senin kislyin bura kimymis meni hulumu yiyenin herseyin sikim men darxma sen sabah qahnza kelcem men” məzmunlu, 23 fevral 2023-cü il saat 13:49-da ***-***-**-** saylı mobil nömrədən saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “A40 suse kotrum qaqa” məzmunlu, 11 mart 2023-cü il saat 16:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Mosu.Soxum.O.Malln.İcne.Sende.Tanldlm.”məzmunlu ismarıclar qeydə alınmışdır. “505800680_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı: 3 yanvar 2023-cü il saat 14:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Netersen qaqa? O gun dediymizi eliyekde nolar veziyet pisdi Vallah. Ozumde qalmiwam girinc” məzmunlu, 3 yanvar 2024-cü saat 15:13-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “,maldan.otru.sen.versen.her.weyu.peyhe.darxma.sen.” məzmunlu ismarıclar qeydə alınmışdır. “508604945_SMS.txt” adlı faylda ***-***-**-**saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı: 15 sentyabr 2022-ci, saat 22:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa orxandi. Qaqa dediyun lazimdi haziridi,seynan barter elesan” məzmunlu, 16 sentyabr 2022-ci il saat 00:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Denan,dordana xais,eladana,denen agreruq” məzmunlu, 18 oktyabr 2022-ci il saat 05:25-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Salam bagiwla bu vaxtdi seni narahat etdiyim ucun patiyla kola deyiwin yeri bilmirese pulda var problem deyil” məzmunlu, 4 dekabr 2022-ci il saat 18:19-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “İkıəmı manat vaə 10manat lagımdı” məzmunlu, 6 dekabr 2022-ci il saat 15:27-də sizin ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Tamız o5 neçkıma dema lazıs olsa de” məzmunlu, 14 dekabr 2022-ci il saat 20:59-də ***-***-**-** saylı mobil nömrədən olan ***-***-**-** saylı mobil nömrəyə “salam bro.veziyyet pisdi. 10 manat var.” məzmunlu, 14 dekabr 2022-ci il saat 22:25-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “0 adama ay ratpəes lazımdı 1kılo duzub qoşa bılaəsan tez kalsam vuəum” məzmunlu, 27 dekabr 2022-ci il saat 13:38-də ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Lazimdi gotrum.20 manatliq sanada gedacay birazdan” məzmunlu, 27 dekabr 2022-ci il saat 21:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gediram eva san canun duzalsa bakiya getsun ver get” məzmunlu, 29 dekabr 2022-ci il saat 15:22-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “balam .o mene verdiyin.lay getdi ondan axşam mene verersen pulu goturende.oldu.uregim” məzmunlu, 31 dekabr 2022-ci il saat 18:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nörməyə “Balam.xestenin.yanındayam.mene.şkalat.vere.bilersen” məzmunlu, 3 yanvar 2023-cü il saat 22:19-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Salam qaqa imkan varsa manim isimi duzub qosa bilarsan saba pulu saxlem ozumda biliram targidmsan qaqa pis vazzyyatda qoyma” məzmunlu, 7 yanvar 2023-cü il 23:13-də ***-***-**-** saylı mobil nömrədən olan ***-***-**-** saylı mobil nömrəyə “Balam ağrılarım .mene.çox.eseb.verir.çox.narahatam” məzmunlu, 9 yanvar 2023-cü il saat 22:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa gulya de .o qiz gor duzub qosa bilar” məzmunlu, 17 yanvar 2023-cü il saat 20:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Balam,30,manat,duzalmaz,sanda” məzmunlu, 31 yanvar 2023-cü il saat 22:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa, telfonu, zaryatkadsydi, evdayam, danssamiram duzalsada, o, qadar, duzalar 20,manata,amma,yarim” məzmunlu, 7 fevral 2023-cü il saat 13:30-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** sayl mobil nömrəyə “Man, isimi, duz, qos, qaqa, jmkan, varsa, onnan, otru, sattiya, gedram” məzmunlu, 9 fevral 2023-cü il saat 17:57-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Balam, 40, 50, manat, olssa, zor, olar, sanada, qaşay, qaşa, duz, qoş, elyaram” məzmunlu, 9 fevral 2023-cü il saat 18:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Balam .20 .manat .pulum var.amid çanı” məzmunlu, 9 fevral 2023-cü saat 23:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axsamun, xeyr, qaqa, evdayam, dansamiram, gec, oldu, deynan, galdim, obiri,duzalir,lazimdisa,duzalir” məzmunlu, 13 fevral 2023-cü il saat 23:02-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “X11 X10 Vazyat Pisi” məzmunlu, 15 fevral 2023-cü il saat 00:48-də istifadənizd olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Masin, var, gotur, mayi, tres, tarafa, at, birdana, cet,verim,ammatez,olsa” məzmunlu, 5 mart 2023-cü il saat 01:26-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Basun agrayir cakma gor sani qoyacaq yatmaqa tamiz seydi,sam deyil ama qatiblar cox gujdudu ay,balam san,gor mani natar oglan tanesan ozma rava bilmadiyim seyi,sana rava bilaram onu vermiyacaydim dedim badu,qatasan onuda sanddan,aldimki talfonda,danisa bilmiram saba birgun harda olsa zang vuracaqdi gotracaydim saba zang vuracm pul mandadi veracam ozuva gotrmasanda qoyacam qapinin agzina gotrarsan o adam mandanda pis gundadi deyiram gozza icin sikim onun duzalacaydi tay gecdi geca vaxti beynimi sikan azidi sandda biyannan mesaji poz sannan gozzamazdim” məzmunlu, 5 mart 2023-cü il saat 01:50-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yox çəkməmişəm saxlamışam gelende baxarsan Men seni pis bilməmişəmbunu bil şam kimi eridi heç tustusude olmadı iyide şamın qoxusun” məzmunlu, 6 mart 2023-cü il saat 21:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axsamun xeyir qaqa ordan kitabin icinddan yinada onddan goturmusam san mamamin cani bu safarda bagisda mani onsuzda bezmisam canimdan birinci axrinci safar olsun sanin canun agrerdi manim urayim parterdi ancaq san bilmisan man nalar cakiram” məzmunlu, 13 may 2023-cü il saat 19:52-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa yari lazimdi duzalmirsa bir soz de pisdi vazyyat” məzmunlu, 21 may 2023-cü il saat 21:21-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 15 daqaya zang vurram dansamirram yaxsidi sanol pis olsa yarsin vur verarsan ozuma xosua galmasa dana duzalir istesan bir soz yaz istamisansa pulu vurum” məzmunlu, 3 avqust 2023-cü il saat 23:14-də ***-***-**-** syalı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Darmani istellar veriram camatin pulun verim” məzmunlu, 3 avqust 2023-cü il saat 12:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “20 manatliq duzelt” məzmunlu, 3 avqust 2023-cü il 01:51-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Manim isimi duz qos ollanarin goru haman basagri darmmannan var m..i duz qos elem” məzmunlu, 8 sentyabr 2023-cü il saat 17:05-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa.2.yarl.lazlmdl.35.vercem” məzmunlu ismarıclar qeydə alınmışdır. “515972799_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı: 12 iyul 2022-cil saat 07:20-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay, blrat, men, clndlr, deyilem, senin, ucun, men, biyblr, oldum, burda, ac, korey” məzmunlu, 20 iyul 2022-ci il saat 01:55-də ***-***-**-** saylı mobil nömrədən 055-910-7573 saylı mobil nömrəyə “Qaqa məni belə agrda qoyma varln yoxun sikim olmey istyire cox his qaqam” məzmunlu, 22 sentyabr 2022-ci il saat 14:45-də ***-***-**-** saylı mobil nömrədən 077-310-31- 76 saylı mobil nömrəyə “Qaqa menem sebuhi.teli ac.salamatciliqdimi qaqa.burdaki qaqam pulu Veren berk agriyir.sen neyniye bildin.iwin alinmirsa o emanati gelim goturum.mene bir xeber ele” məzmunlu, “516268487_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı: 3 may 2023-cü il saat 19:33-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa bidene yarl kola o hatl qallr onuda koturem hara kelim men blrat” məzmunlu, 12 may 2023-cü il saat 23:04-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 25 mant kelim men bir soz de” məzmunlu, 24 may 2023-cü il saat 02:18-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa mənə bişene yarl düzüb qoşa bilərsən 35manat var kelim” məzmunlu, 24 may 2023-cü il saat 13:24-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Qaqa birdənə A30 almışam onu yoluyum sen sat” məzmunlu, 16 iyun 2023-cü il saat 20:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa Cox hisem 40 mantlm var mene yarl verde” məzmunlu, 27 iyul 2023-cü il saat 14:54-də 051626-84-87 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa.2.yarl.lazlmdl.var.” məzmunlu, 27 iyul 2023-cü il saat 16:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa.namiq.deyirki.onda.derman.var.versin.sene.” məzmunlu, 30 iyul 2023-cü il saat 20:32-də ***-***-**-** saylı mobil nömrədən saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Men. sene. bele. olmamsam. soxum. o. malln. icine” məzmunlu, 2 avqust 2023-cü il saat 13:29-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa.o.dermanln.4.densin.mene.al.verde.qaqam” məzmunl, 5 avqust 2023-cü il saat 00:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəy “Qaqa men 2 yarl lazlmdl” məzmunlu, 5 avqust 2023-cü il saat 22:18-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa men bir yarl duzler 35 mnat var” məzmunlu, 22 avqust 2023-cü il saat 14:33-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa mene Mehman aç yarl lazlmdl” məzmunlu, 11 sentyabr 2023-cü il saat 14:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa. mene. birdene. yarl. lazlmdl. düzüb.qowmag.olarml” məzmunlu, 22 sentyabr 2023-cü il saat 20:48-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa.dermanl.isemirsen.men.bir.soz.de” məzmulu, 11 dekabr 2023-cü il saat 17:11-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “qaqa. 35. varlmdl. birdene. yarl. duz. qos. qaqan. kel. sende. cek” məzmunlu, 25 dekabr 2023-cü il saat 11:18-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqam.55.mnat.var.2.yarl.duzeler” məzmunlu ismarıclar qeydı alınmışdır. “abuneciler3237xls-2024” adlı faylda fayla baxış keçirilən zaman 20 yanvar 2024 cü il tarixdə Təqsirləndirilən şəxs adında lan ***-***-**-** saylı mobil nömrəsi ilə X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında baş tutmuş aşağıdakı danışıqlar qeydə alınmışdır. 20 yanvar 2024-cü il saat 16:29-da 13 saniyə, saat 16:30-da 208 saniyə, saat 16:33də 42 saniyə danışıqlar qeydə alınmışdır. Baxış zamanı ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrənin Şahid4 məxsus olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü qismən təqsirli bilməsi barədə məhkəmə iclasında verdyi ifadəsinə tənqidi yanaşır və iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş materialları və işin digər faktiki halları ilə təkzib olunaraq, onun cinayət əməlinin ittihamda göstərilən qaydada və şəraitdə baş verməsi faktı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni tanımadığı şəxsdən alması barədə verdiyi ifadəsi həqiqəti əks etdirmir və məhkəmə iclasında toplanmış sübutlarla müəyyən olur ki, cinayət əməli ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsininxx.xx.2024-cü il tarixli xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunur. İş materialları ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Bundan əlavə, İmişli Rayon Məhkəməsinin 2(036)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakteriza olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 1 (bir) gün müddət və 30 may 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 119 (yüz on doqquz) gün, ümumilikdə 120 (yüz iyirmi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmalı, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olub, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tərkibində 0,029 qram narkotik vasitə maddə metadon olan 0,316 qram çəkidə həb məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının keçirilməsi ilə əlaqədar 232 manat məbləğində ekspertiza xərci vardır. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkəmə xərci ilə əlaqədar 232 (iki yüz otuz iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 1 (bir) gün müddət və 30 may 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 119 (yüz on doqquz) gün, ümumilikdə 120 (yüz iyirmi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəksin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tərkibində 0,029 qram narkotik vasitə maddə metadon olan 0,316 qram çəkidə həb məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının keçirilməsi ilə əlaqədar 232 (iki yüz otuz iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar