Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-6/2021 02.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 1(036)-006/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR xx xxxx 2021-ci il/saat 09:55 İmişli şəhəri İmişli Rayon Məhkəməsi Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1982-cı ildə İmişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 4 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-098/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan xx xxxxx 2004-cü il təvəllüdlü X5 və xx xxxxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına catanadək saxlanılması üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, ümumilikdə 100 (yüz) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmə aktının olmasını nəzərə almayaraq, onun icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Buna görə Azərbaycan Respubilkasının İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə (köhnə redaksiya) təqsirli bilinərək, İmişli Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə və İmişli Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respubilkasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbslə tənbeh edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona dəfələrlə məsuliyyəti elan olunmaqla, rəsmi qaydada xəbərdarlıq olunsa da, şəxsi maraq niyyətilə təqdimat verilən xx xxxxxxx 2019-cu il tarixədək məhkəmə aktı üzrə cəmi 5600 (beş min altı yüz) manat aliment borcunu X4 ödəməyərək məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməməklə, elecədə də, sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla ədalət mühakiməsi mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 4 ünvanda yaşayır. Zərərçəkmiş şəxs X6 onun keçmiş həyat yoldaşıdır. Birgə nikahlarından xx xxxxx 2004-cü ildə “Fatimə” və xx xxxxxxxx 2005-ci ildə isə “İxtiyar” adlı 2 (iki) uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə, onlar ayrılmaq qərarına gəlmişlər. İmişli Rayon Məhkəməsinin 2(036)-098/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə... birgə nikahlarından xx xxxxx 2004-cü ildə anadan olmuş X5 və xx xxxxxxxx 2005-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2014-cü il tarixdən etibarən hər ay qazancından ümumilikdə 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, X2 qızının xeyrinə ödənilməlidir. Bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş sabit pul məbləğində alimenti hər ay vaxtı-vaxtında zərərçəkmiş şəxs X2 qızının xeyrinə ödəməmişdir. İcra sənədini icra etmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyəti barədə İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Onu da qeyd edir ki, cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X2 xeyrinə 5600 (beş min altı yüz) AZN sabit pul məbləğində aliment borcunun ödənişini tam həyata keçirmişdir. Hal-hazırda onun ödənilməmiş aliment borcu yoxdur və qanuni qüvvəyə minmiş İmişli Rayon Məhkəməsinin 2(036)-098/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsini tam icra etmişdir. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab edir və səmimi peşmandır. Bundan başqa, məhkəmə qarşısında söz verir ki, sonrakı aylar üzrə icra sənədinə əsasən müəyyən edilmiş aliment məbləğini tam və vaxtı-vaxtında tələbkar X2 xeyrinə ödəyəcəkdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs X6 ifadəsində bildirmişdir ki, o, İmişli rayonu, Məmmədli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Birgə nikahlarından xx xxxxx 2004-cü ildə “Fatimə” və xx xxxxxxxx 2005-ci ildə isə “İxtiyar” adlı 2 (iki) uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə, onlar ayrılmaq qərarına gəlmişlər. İmişli Rayon Məhkəməsinin 2(036)-098/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə... birgə nikahlarından xx xxxxx 2004-cü ildə anadan olmuş X5 və xx xxxxxxxx 2005-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2014-cü il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından ümumilikdə 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməlidir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında onun xeyrinə ödəməmişdir. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamada bildirir ki, cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun xeyrinə aliment borcu tam şəkildə ödənilmiş və ödənilməmiş aliment borcu yoxdur. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayon Məhkəməsinin 2(036)-098/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki,...tərəflərin birgə nikahından xx xxxxx 2004-cü ildə anadan olmuş X5 və xx xxxxxxxx 2005-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2014-cü il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından ümumilikdə 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməlidir Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayon Məhkəməsinin 3(036)-278/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə (köhnə redaksiya) nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Cinayət işində icra işindən görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-098/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməməyə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (Qeyd: Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_14.htm Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 xeyrinə aliment borcunu tam şəkildə ödəməklə, qanuni qüvvəyə minmiş İmişli Rayon Məhkəməsinin 2(036)- 1324/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsini hökm qanuni qüvvəyə minənədək tam icra etdiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclası zalından azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-6/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-6/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver