Məhkəmə qərarları › İş №1(036)-6/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-6/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-6/2022 12.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Kərimova Səadət Müseyib qızının və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonu Qaragüvəndikli kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Cəfərov Cəfər Gürşad oğlu ondan ötrü məhkəməyə verilmişdir ki, o, cavabdeh kimi ondan 28 noyabr 2018-ci il tarixdən başlayaraq 17 yanvar 2009-cu il tarixdə anadan olmuş Cəfərova ( Kərimova) Nuridə Cəfər qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, bir uşaq üçün hər ay 154,0 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Kərimova Səadət Müseyib qızının xeyrinə ödənilməsinə dair İmişli rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(036)- 1376/2018 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə həmin məhkəmənin 05 avqust 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət təyin edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə 20 may 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxartmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 may 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 4158,0 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməyərək və zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi zərər vuraraq ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kərimova Səadət Müseyib qızı ilə 2010-cu ildə faktiki olaraq evlənmiş, onların 17 yanvar 2009-cu ildə Nuridə adında bir uşaqları olmuş və xasiyyətləri uyğun gəlmədiyindən 2018-ci ildə ayrılmışlar. İmişli Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(036)-1376/2018 saylı qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Kərimova Səadət Müseyib qızının xeyrinə ayda 154,0 manat sabit pul məbləğində aliment ödəməli olsa da, qazancı olmadığından alimenti ödəyə bilməmiş və aliment borcu getdikcə artmışdır. Aliment borcunu ödəməsi üçün icra məmuru tərəfindən ona dəfələrlə bildiriş göndərilmiş, izahatı alınmış və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmişdir. Bütün bunlara baxmayaraq onun maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, övladlarını sevir və onların saxlanmasnda iştirak etmək üçün səylər göstərir. Hazırda o, aliment borcundan 1000,0 manat birdəfəlik ödəmişdir və qalıq aliment borcunu hissə-hissə ödəmək niyyətindədir. İş üzrə zərərçəkmiş şəxs Kərimova Səadət Müseyib ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə faktiki olaraq evlənmiş, onların 17 yanvar 2009-cu ildə Nuridə adında bir uşaqları olmuş və xasiyyətləri uyğun gəlmədiyindən 2018-ci ildə birdəfəlik ayrılmışlar. İmişli Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(036)-1376/2018 saylı qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28 noyabr 2018-ci il tarixdən başlayaraq onun xeyrinə ayda 154,0 (yüz əlli dörd ) manat sabit pul məbləğində aliment kəsilsə də, Təqsirləndirilən şəxs alimenti ödəmədiyindən indiyədək uşağı təkbaşına saxlamışdır. Zərərçəkmiş şəxs Kərimova Səadət Müseyib daha sonra ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təklif etdiyi 1000,0 manat məbləğində birdəfəlik ödəməni qəbul etməmişdir və aliment borcunun bütünlüklə ödənilməsini tələb edir. İş üzrə şahid Şahid2 Valeh oğlu ifadəsində göstərmişdir ki, о, İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyir. İmişli rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(036)-1376/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2018-ci -ci il tarixdən başlayaraq 17 yanvar 2009-cu il təvəllüdlü Kərimova Nuridə Cəfər qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,0 manat aliment tutularaq Kərimova Səadət Müseyib qızının xeyrinə ödənilməlidir. 15 fevral 2019-cu il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsində həmin icra sənədi üzrə icraat başlanaraq borcluya tələbin könüllü olaraq 10 gün müddətində ödənilməsi üçün bildiriş göndərilmiş, lakin verilmiş müddətdə icra sənədi üzrə tələb könüllü olaraq ödənilmədiyi üçün məcburi icra tədbirlərinə başlanaraq borclunun qiymətli əmlakının və başqa gəlirlərinin axtarılması istiqamətində məcburi icra hərəkətləri aparılmışdır. Görülmüş tədbirlərə baxmayaraq borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlakı aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs izahat verərək hazırda maddi imkanı olmadığını və imkanı olduqca aliment borcunu hissə-hissə ödəyəcəyini göstərmiş, ancaq uzun müddət keçməsinə baxmayaraq heç bir ödəmə etməyərək barəsində olan icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Ona qeyd olunan məhkəmə qətnaməsini ödəməsi və məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Ona görə də, borclunun hərəkəti icra sənədi üzrə tələbin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilərək onun barəsində АR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün İmişli rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 05 avqust 2019-cu il tarixli 3(036)416/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həmin inzibati xətanı törətdiyi üçün 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəməsi üçün yeni müddət təyin edilərək vaxt verilmiş və ona bu barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs oğlu həmin müddət ərzində aliment borcunu ödəməmiş, müddət başa çatdıqdan sonra ona cinayət məsuliyyətinə cəlb edilməsi haqqında təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq göndərilmişdir. Qeyd olunanlara baxmayaraq borclu Təqsirləndirilən şəxs oğlu İmişli Rayon Məhkəməsinin 28 noyabr 2018ci il tarixli, 2(036)-1376/2018 saylı icra sənədi üzrə tələbi ödəməməkdə davam etmiş ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. İş üzrə şahid İmişli rayon İPŞ-nın böyük icra məmuru Cəfərov X5 Ramil Valeh oğlunun ifadəsində qeyd olunan xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(036)-1376/2018 saylı icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2018-ci -ci il tarixdən başlayaraq 17 yanvar 2009cu il təvəllüdlü Kərimova Nuridə Cəfər qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,0 manat aliment tutularaq Kərimova Səadət Müseyib qızının xeyrinə ödənilməlidir. ( c.i.səh: 10). İşdə olan İmişli rayon İB-nın icra məmuru Şahid2 15 fevral 2019-cu il tarixli qərarının surətinə əsasən həmin tarixdə İmişli Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(036)-1376/2018 saylı icra sənədi üzrə icraat başlanmış və icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi təklif edilmişdir. ( c.i. səh 15) İşdə olan İmişli Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 3(036)416/2019 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs oğlu İmişli Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(036)-1376/2018 saylı sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. (c.i. səh 43-44) . İşdə olan 20 may 2020-ci il tarixli 32941-2 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs oğluna İmişli Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(036)-1376/2018 saylı sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh: 55) İşə əlavə edilmiş "xxxx" MMC-nin 12.01.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən Təqsirləndirilən şəxs oğlu tərəfindən Kərimova Səadət Museyib qızına 1000,0 ( min) manat göndərilmişdir. АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu AR CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CMnın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum edilməmişdir. ( c.i. səh :127) Zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsi Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan 26.08.2021-ci il tarixli protokola əsasən AR CM-nın 306.1-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs oğlu həmin gün saat 14-40-da tutularaq Lənkəran ŞRPŞ MSY-ə təhvil verilmişdir. ( c.i. səh: 138) İşdə olan AR ƏN Lənkəran Regional Əİ-nin 27 avqust 2021-ci il tarixli ********* nömrəli qərarına əsasən İmişli RPŞ İB-nin 03.02.2021-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərarına əsasən Təqsirləndirilən şəxs oğlu oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri seçilərək Lənkəran ŞRPŞ MSY-dən azad edilmişdir. ( c.i. səh: 163) «Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq onun AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 26.08.2021-ci il tarixdən 27.08.2021-ci il tarixədək həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 ( bir) il 6 ( altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 26.08.2021-ci il tarixdən 27.08.2021-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1(bir) il 5( beş) ay 28 ( iyirmi səkiz ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs oğlunun üzərinə hər gün saat 24-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. . Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar