Məhkəmə qərarları › İş №1(036)-6/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-6/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-6/2025 25.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə İmişli rayonu, Göbəktala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 221.2.1-ci maddələri ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə saat 19 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşadığı evin qarşısındakı küçədə, idarə etdiyi Zərərçəkmiş şəxs1 məhdud məsuliyyətli cəmiyyətə məxsus 42000 (qırx iki min) manat dəyərində “SHACMAN” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlamış qonşusu Zərərçəkmiş şəxs2 sərxoş vəziyyətdə yaxınlaşaraq, digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək avtomobili orada saxlamamağı tələb etmiş, Şahid1 onun tələbini qanunsuz və əsassız olması ilə əlaqədar yerinə yetirməyəcəyini bildirdikdə, ictimai yerdə heç bir əsaslı səbəb olmadan ətrafda şəxslərin toplanmasına əhəmiyyət verməyərək Şahid1 nalayiq ifadələrlə təhqir edib əlindəki bıçaqla zor tətbiq edəcəyi, habelə avtomobilini yandıracağı ilə hədələyərək, öz şəxsiyyətini digərlərinin fövqündə qoymaqla, 2 litrlik tezalışan benzin maddəsini Zərərçəkmiş şəxs1 MMC-yə məxsus 42000 (qırx iki min) manat dəyərində “SHACMAN” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sağ təkərinin üzərinə töküb alışqanla od vuraraq qəsdən yandırmaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib özgənin əmlakını qəsdən zədələməklə və ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində yanğının qarşının alınması ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək özgənin xeyli miqdarda əmlakını qəsdən yandırmaqla məhv etməyə cəhd edib, avtomobili qəsdən zədələməklə xuliqanlıq etmiş, daha sonra Zərərçəkmiş şəxs1 MMC-yə “SHACMAN” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qəsdən məhv edilməsindən ibarət vahid cinayətkar niyyətini başa çatdırmaq məqsədilə yenidən saat 22:00 radələrində 2 litrlik tezalışan benzin maddəsini avtomobilin mühərrik hissəsinə töküb alışqanla od vuraraq qəsdən yandırmış, yanğın söndürülərkən oraya toplanmış şəxslərin, polis və yanğından-mühafizə xidmətinin əməkdaşlarının yanında o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, Şahid1 və sonuncunun atası Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə təhqir edib əlindəki bıçaqla üzərilərinə hücum etmiş, Zərərçəkmiş şəxs2 zor tətbiq edərək qəsdən bir dəfə yumruqla baş nahiyəsindən vurub sonuncuya üst dodağın selikli qişasında sağda, alt dodağın selikli qişasında ortada ətrafı qansızmalı yaralar, alt dodağın dəri hissəsində yaralarla nəticələnən, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə və özgənin əmlakını qəsdən zədələməklə, habelə şəxslərin müdaxiləsi nəticəsində yanğının qarşının alınması ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs1 MMC-yə məxsus “SHACMAN” markalı özüboşaldan yük avtomobilinin 250 manat dəyərində GPS sistemini,140 manat dəyərində hava təmizləyiciyə aid borusunu, 25 manat dəyərindən boruların ara rezinini, 30 manat dəyərində aralıq borunu, 25 manat dəyərində yanacaq borusunu, 50 manat dəyərində qaldırıcının borularını, 70 manat dəyərində qaldırıcını, 55 manat dəyərində radiatorun su çənini, 60 manat dəyərində şüşə silənin su çənini, 52 manat dəyərində qanadaltı rezini, 65 manat dəyərində hava filtrinə gedən borunu, 1300 manat dəyərində iki ədəd təkəri məhv edərək, Zərərçəkmiş şəxs1 MMC-yə 2122 (iki min bir yüz iyirmi iki) manat miqdarında maddi ziyan vurub, özgənin xeyli miqdarda əmlakını qəsdən yandırmaqla məhv etməyə cəhd etməklə avtomobili qəsdən zədələyib təkrar xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 221.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Onun nə Qurbanla nə də oğlu ilə indiyə kimi bir münaqişəsi olmamışdır. Həm də heç münasibəti də yaxın olmamış, amma münaqişəli olmamışdır. 25 fevral 2023-cü il tarixdə saat 19 radələrində Elnur Qurbanov idarə etdiyi “SHACMAN” markalı yük maşınını gətirib küçədə saxlamışdır. Qurbanın evi ilə onun yaşadığı bina yan-yanadır. Elnur yük maşınını küçədə saxlamaqla gediş-gəlişi bağlamışdır. O. həmin vaxt küçədə olmuş və Elnura yaxınlaşıb mülayim formada idarə etdiyi bu yük maşınını küçədən çıxarmasını bildirmişdir. Çünki, maşın yolu bağlayır və gediş-gəlişə çətinlik yaradır. Lakin Elnur isə onun bu mülayim danışığı qarşılığında “yaxşı edirəm, mən maşını burada saxlayacağam” demişdir. O. yenə də mülayim formada maşını oradan çıxarmasını demişdir. Lakin Elnur yenə də öz sözünə davam etmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Elnur onun üstünə hücum etmiş və o da Elnura qarşılıq vermişdir. Bu zaman Elnurun atası Zərərçəkmiş şəxs2 də mübahisəyə qarışmış və Qurban da onun üstünə hücum etmişdir. Onlar əlbəyaxa olan zaman valideynləri də oraya gəlmiş və onları ayırmışdır. O isə mübahisə zamanı Elnura maşını oradan götürməsə yandıracağını demişdir. Elnur isə maşını yandıracağı təqdirdə pulunu ödəyəcəyini demişdir. Həmin vaxtı küçəyə qadınlar yığışdığı üçün o. oradan uzaqlaşmışdır. Yolun kənarında, küçədə bir ədəd içərisi boş olan 2 litrlik “Mirinda” qabını götürmüş və birbaşa yaşadığı Bəhrəmtəpə qəsəbəsində, yol kənarında yerləşən yanacaqdoldurma məntəqəsinə piyada getmişdir. Oraya çatanda 2 litr benzin alıb həmin butulkaya doldurmuş, butulka əlində küçəyə gəlmişdir. Həmin vaxt küçədə heç kim olmamış və o, özü də ətrafa baxmışdır. Onu heç kim görməmişdir. O, butulkadakı benzini Elnurun küçədə saxladığı həmin yük maşının təkərlərinə tökmüşdür. O, benzini maşının bütün təkərlərinə tökdükdən sonra üstündə olan alışqan vasitəsilə təkərlərə od vurmuş, məqsədi Elnurun maşının təkərlərini yandırmaq olmuşdur. Çünki, o Elnura maşını küçədən götürməyəcəyi təqdirdə yandıracağını demişdir. Elnur da yandıracağı halda pulunu ödəyəcəyini demişdir. Maşının təkərləri od tutub yanan zaman Qurban və ailəsi çölə çıxmış və maşının yanmasını görüb söndürmüşdür. Bu zaman Qurban və oğlu Elnur onun üstünə hücum etmiş və döymək istəmiş, lakin oraya yığışan qonşular buna imkan verməmişdir. O, məqsədinə çata bilmədiyini, yəni qonşuların maşını söndürdüyünü görüb, maşını yenidən yandırmaq qərarına gəlmişdir. Həmin vaxt saat 21 radələrində yenə də maşını yandırmaq üçün küçədə yol kənarından iki litrlik “Coca-cola” butulkası tapıb piyada yanacaqdoldurma məntəqəsinə getmişdir. İki manat ödəniş edib oradan iki litr benzin almış və küçəyə qayıtmışdır. Həmin vaxtı da küçədə heç kim olmamış və onu heç kim görməmişdir. O, benzini yük maşının kabina və motor hissəsinə töküb üzərində olan alışqanla yandırmışdır. Çəkilib kənardan maşının yanmasına baxan zaman Qurban və ailəsi yenidən çölə çıxmış və yanğını söndürməyə qonşulara kömək etmişdir. Ətrafda çoxlu sayda adamlar toplaşmış, yanğını söndürməyə cəhd etmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişdir. Polislərdən əvvəl yanğın söndürənlər də gəlmişdir. Polis əməkdaşları küçəyə gələndə artıq orada xeyli adamlar toplaşmışdır. O, polisləri görən kimi özü yaxınlaşmış və polislərə getməyi təklif etmişdir. Bu zaman Qurban və oğlu Elnur onu nalayiq söyüşlərlə təhqir etmişdir. O isə bu söyüşlərə dözməyib Qurbana bir dəfə yumruqla zərbə vurmuş, lakin sifətinin konkret olaraq hansı nahiyəsinə vurmağını xatırlamır. Polis əməkdaşları onları ayırmış və o, maşına minib polis şöbəsinə gəlmişdir. O, Elnura maşını küçədən çıxarmasını demiş, amma Elnur onunla mülayim danışmaq əvəzinə sərt cavab verib “yaxşı edirəm maşını saxlayıram” demişdir. Maşını yandırmaqla Elnuru hədələdiyi üçün öz sözünü yerinə yetirmişdir. Çünki söz ağzından çıxmışdır. Məqsədi Elnura dediyi sözünün yerinə yetirə biləcəyinə qadir olmağını göstərmək olmuşdur. Buna görə gedib benzin alıb gəlib maşını yandırmışdır. Lakin maşını yanan zaman söndürdükləri üçün o, Elnura dediyi sözünü yerinə yetirməmişdir. Buna görə də gedib ikinci dəfə benzin alıb gəlib yenidən yandırmışdır. O, Qurban və oğlu Elnurla ilk dəfə mübahisə edəndən sonra özü oradan uzaqlaşmış, çünki ətrafa xeyli qadın yığışmışdır. O, gedib evinin mətbəx otağından bir ədəd mətbəxdə istifadə etdikləri bıçağı götürmüş və şalvarının belinə qoymuşdur. O, bıçağı belinə qoyduqdan sonra gedib ilk dəfə benzin almışdır. Lakin nə birinci dəfə, nə də ikinci dəfə maşını yandırdıqdan sonra mübahisə edərkən bıçağı çıxarmamışdır. Nə də ki, bıçağı nümayiş etdirməmişdir. Bıçağı evdən götürməkdə məqsədi Qurban və oğluna nə isə xəsarət yetirmək istəməmişdir. Sadəcə olaraq Qurban və oğlu əlində bel ilə küçəyə çıxanda o, nə isə bir xəsarət yetirə biləcəklərindən ehtiyat etmişdir. Ona görə də özünü müdafiə etmək üçün həmin mətbəx bıçağını götürmüşdür. Amma bıçağı belindən çıxarmamışdır. Yalnız polis əməkdaşları hadisə yerinə gələndən sonra o, özü polislərə yaxınlaşmış və getməyi təklif etmişdir. O, polis maşınına minən zaman belindəki bıçağı çıxarıb yerə tullamışdır. Ona kimi heç kim onun belində bıçaq olduğunu bilməmişdir. O, maşına minəndə bıçağı çıxarıb yerə atmış və onda artıq orada olan şəxslər bıçağı görmüşdür. Zərərçəkmiş şəxs2 guya onun mübahisə zamanı bıçaq çıxarmasını yalandan demişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, İmişli rayonu Çaxırlı kəndində yerləşən Zərərçəkmiş şəxs1 MMC-də xx.xx.2023-cü il tarixdən kadrlar üzrə müfəttiş vəzifəsində işləyir. O, bundan əvvəl də həmin şirkətdə işləmişdir. xx.xx.2016cı ildə ilk dəfə Zərərçəkmiş şəxs1 MMC-yə işə qəbul olunsa da xx.xx.2023-cü il tarixdə işdən azad olunmuş, dörd gün sonra yenidən işə bərpa olunmuşdur. Zərərçəkmiş şəxs1 MMC-nin mülkiyyətində olan “SHACMAN” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, özüboşaldan yük maşını iki ildir ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini, Şahid1 istifadəsindədir. Şahid1 şirkətdə sürücü vəzifəsində çalışır. Həmin yük maşınını hər ayın birinci günündən sonuncu gününədək müddəti olan yol vərəqəsi əsasında idarə edir. Həmin yük maşınları işğaldan yeni azad olunmuş ərazilərə, Fizuli- Ağbənd-Əlibəyli yolunun təmiri ilə bağlı oraya qum-çınqıl materialları daşıyır. Sürücülər adətən yük avtomobillərini iş saatının sonunda şirkətin ərazisində dayanacaqda saxlayır. Lakin, hərdən uzaq məsafələrə reyslər planlaşdırılan zaman yük maşınlarını yaşadıqları evin həyətinə aparmağa icazə verilir. Şahid1 özündən məlumat almışdır ki, 25 fevral 2023cü il tarixdə saat 19 radələrində idarə etdiyi həmin yük maşınını işdən gəlib qapılarının qarşısında saxlamış, lakin qonşusu Hakim adlı şəxslə mübahisə edərək yük maşınını yandırmağa cəhd göstərmişdir. Mübahisəyə səbəb isə Hakimin həmin yük maşınını Elnurun küçədə saxlamasına etiraz etməsi olmuşdur. Hakim maşını küçədə saxlamamağı tələb etmiş, Elnur isə sabah yükə gedəcəyini və bir günlük orada saxlayacağını bildirmişdir. Lakin bununla razılaşmayan Hakim yanacaqdoldurma məntəqəsindən benzin alaraq iki dəfə Şahid1 istifadəsində olan sözügedən yük avtomobili yandırmağa cəhd göstərmişdir. Polis və Fövqəladə Hallar Nazirliyinin İmişli rayon şöbəsinin əməkdaşlarının köməyi ilə yanğının qarşısı alınsa da yük maşınına maddi ziyan vurulmuşdur. Şahid1 hadisənin sabahı günü, yəni 26 fevral 2023-cü il tarixdə gəlib idarəyə bu barədə məlumat vermiş, yük maşınına dəymiş ziyan barədə akt tərtib edilmişdir. Yük maşınına baxış keçirilən zaman maşının “GPS sistemi”, hava təmizləyicinin borusu, boruların ara rezinlərinə, aralıq boruya, yanacaq borularına, damkrantın borusuna, damkrant, radiatorun su baçoku, şüşə silənin su baçoku, qanadalı rezin, turbadan hava filterinə gedən şlank, iki ədəd təkərə ziyan vurulması və bununla ümumi olaraq 2122 (iki min yüz iyirmi iki) manat yük avtomobilinə maddi ziyan vurulması müəyyən edilmişdir. Hal-hazırda həmin yük avtomobili Zərərçəkmiş şəxs1 MMC-nin hesabına təmir edilmiş və istifadədir. Zərərçəkmiş şəxs1 MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakini Təqsirləndirilən şəxs şəxsən tanıyır, heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Hakimi uşaq vaxtından tanıyır. Hakim uşaqlıqdan nadinc, ziyankar bir şəxs olmuşdur. Onun oğlu Şahid1 Zərərçəkmiş şəxs1 MMC şirkətində sürücü işləyir və həmin şirkət tərəfindən ona **-JY-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “SHACMAN” markalı yük maşını verilmişdir. Oğlu həmin yük maşınını şirkət tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə edir. Elnur idarə etdiyi yük maşınını işlədiyi idarənin həyətində saxlayır. Onların qapısının qarşısı genişdir və ümumi məhəllədir. Orada hamı maşın saxlayır və ya gediş-gəliş üçün istifadə edir. Lakin Elnur yük maşınını mütəmadi olaraq qapılarının qarşısında saxlamır. Ara-sıra işlədiyi idarənin rəhbərliyinin göstərişi ilə maşını özü ilə yaşadıqları evin qarşısında saxlayır və səhər tezdən yükə gedir. Buna görə də maşını qapıya gətirməyə icazə verirlər. Qalan vaxtlarda isə yük maşını idarənin həyətində olur. Elnur maşını evlərinin həyət qapısının qarşısında saxlayanda digər şəxslərə maneçilik törədilmir və gediş-gəliş yolu bağlanmır. Əgər yük maşınının orada dayanması kiməsə narahatlıq yaratsaydı bu günə kimi qonşuların narazılıq edə biləcəyini qeyd etmişdir. Lakin heç kim bu barədə irad bildirməmişdir. Elnurun həmin idarədə işlədiyi müddətdə ancaq bir neçə dəfə yük maşını qapılarının qarşısında dayanmışdır. Qalan vaxtlarda idarədə olmuşdur. Lakin qonşusu Hakim isə qərəzli şəkildə mütəmadi mübahisə edir, onu və ailə üzvlərini təhqir edir. Hakimin həyətinin girişi ilə onun həyətinin girişi arasında xeyli məsafə vardır. Hakim, Elnura yük maşınını qapının qarşısında saxlamamağı tələb etmişdir. İlk əvvəllər Hakimə əhəmiyyət verməsə də lakin Hakim öz yolunu azaraq qanunsuz hərəkətlərinə davam etmiş və onlara mütəmadi olaraq ziyan vurmuşdur. 25 fevral 2023-cü il tarixdə oğlu saat 19 radələrində idarə etdiyi yük maşınını işdən gəlib qapılarının qarşısında saxlamışdır. Elnurun 26 fevral 2023-cü il tarixdə səhər saatlarında yükə gedəcəyini bildirmişdir. Buna görə də idarə rəhbərliyinin göstərişi ilə bu dəfə maşını idarədə deyil, öz qapılarına gətirmişdir. Maşın qapının qarşısına çatan zaman Hakim küçədə Elnura yaxınlaşıb maşını burada saxlamamağı, Elnur isə buranın Hakimə heç bir aidiyyətinin olmadığını demişdir. Hakim guya maşının burada dayanmağının sonuncunu narahat etdiyini bildirmişdir. Elnur burada mütəmadi maşın saxlamadığını, lakin bu gün belə lazım olduğunu, sabah səhər maşını götürəcəyini bildirmişdir. Lakin Hakim razılaşmamış və küçənin ortasında uca səslə qışqıraraq onu və ailə üzvlərini təhqir etmişdir. Mübahisə zamanı Hakimin əlində qara rəngli, parça materiallı, ağzı iplə büzülmüş formada olan idman çantası olmuş, həmin çantadan bir ədəd sap hissəsi qırmızı, göy və ağ rənglərdə olan məişət bıçağını çıxarıb oğlu Elnurun üstünə gəlmişdir. Həmin vaxtı qonşular yığışmış, ətrafda xeyli adam olmuşdur. Hamı mübahisəyə yığışmışdır. Hakim ətrafda olan şəxslərin gözü qarşısında əlindəki bıçağı nümayiş etdirib oğlu Elnurun üzərinə gəlmişdir. Lakin o, özü müdaxilə etmiş və Hakimin bıçaqla Elnura xəsarət yetirməsinin qarşısını almışdır. Bundan sonra Hakimin atası Tapdıq və anası İpək adlı qadın gəlmiş və Hakimi oradan aparmaq istəmişlər. Lakin Hakim ya bu gün maşının buradan götürüləcəyini, ya da maşını yandıracağını demişdir. Onlar evə getmiş və aralaşmışdır. Təxminən yarım saat sonra, yəni saat 19:30-da küçədə nə isə səs-küy eşitmiş və oğlu Elnurla birlikdə küçəyə çıxdıqda yük maşının arxa təkərlərinin yandığını görmüşdür. Hakimin atası və anası yanğını söndürən zaman onlar da kömək edib bir təhər alovu söndürmüşlər. Həmin vaxtı bu hadisəni Hakimin törətdiyini bildiklərini və nə qədər axtarsalar da tapa bilmədiklərini bildirmişdir. O, 102 qaynar xəttinə məlumat verib qonşuları Hakimin oğlunun idarə etdiyi yük maşınını yandırması barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib fotoşəkillər çəkmiş, ərizə almış və aktlaşdırmışlar. Onlar evə getdikdən bir neçə saat sonra, yəni saat 21 radələrində o, evin pəncərəsindən küçədə alov qalxdığını görmüşdür. Cəld küçəyə çıxdıqlarını və bu dəfə maşının kabinası, yəni mühərrik hissəsi və təkərlərinin yandığını gördüklərini bildirmişlər. Cəld həyətdən su motorunu qoşub yanğını söndürməyə cəhd etdiklərini, bu zaman həm polisə, həm də fövqəladə hallara zəng edib çağırdığını bildirmişdir. Onlar yanğını söndürən zaman Hakim gəlmiş. həmin vaxt polis əməkdaşları və yanğınsöndürənlər də gəlmişlər. Bu zaman Hakim yenə də belindən birinci dəfə mübahisə edən zaman çıxarıb nümayiş etdirdiyi bıçağı çıxarıb orada onun üstünə gəlmişdir. Hamının gözü qarşısında, onu, oğlunu, polis əməkdaşlarını təhqir etmiş, nalayiq ifadələr işətmişdir. Sonra polis əməkdaşları bir təhər Hakimi sakitləşdirmiş və maşına mindirib polis şöbəsinə aparmışdır. Yanğınsöndürənlərin də köməyi ilə yük maşını söndürülmüşdür. Birinci mübahisə təxminən yarım saat, ikinci mübahisə isə təxminən saat 23 radələrinədək davam etmişdir. Hakimin bu hərəkətləri nəticəsində oğlu Elnurun idarə etdiyi yük maşınına 2122 manat məbləğində maddi ziyan dəymişdir. Hakim benzin alıb gətirib maşının təkərlərinə və mühərrik hissəsinə töküb yandırmışdır. Əvvəllər aralarında heç vaxtı bu cür mübahisə olmamışdır. Bu ilk dəfə olmuşdur. Hakim səbəbsiz yerə yaxınlaşıb maşını götürməyi, maşının sonuncunu narahat etdiyini bildirmiş, onlar isə səhər maşını götürəcəklərini desələr də Hakim yenə də öz qərəzli hərəkətlərinə davam etmişdir. Bıçaq çıxarıb nümayiş etdirmiş, habelə yük maşınını yandırıb ziyan vurmuşdur. İkinci dəfə mübahisə edən zaman Hakim polis əməkdaşlarının yanında onu təhqir etmiş və polis əməkdaşları Hakimi zərərsizləşdirən zaman sonuncu anidən onun dodağına yumruqla zərbə vurmuşdur. Hakimin bu hərəkətlərindən sonra münasibətləri daha da pisləşmiş və Hakim mütəmadi olaraq onu narahat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış və sonuncunun ən ağır şəkildə cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 işin hallarına dair Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs tanımır, Hakimlə heç bir münasibəti olmamışdır. 25 fevral 2023-cü il tarixdə İmişli RPŞ-nin rəisinin təsdiq etdiyi cədvələ uyğun olaraq əməliyyat-istintaq qrupunun tərkibinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 22:07-də Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzindən daxil olan ********* saylı məlumatda İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan özünü təqdim etməyən qadının zəng edərək yaşadığı qəsəbədə “SHADMAN” markalı yük maşının yanmasını bildirmişdir. Əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə İmişli RPŞyə məxsus **-PL-*** dövlət qeydiyyat nişanlı xidməti maşınla İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində baş vermiş hadisə yerinə getdiklərini, hadisə yerinə çatdıqda xeyli insanın toplaşdığını və “SHADMAN” markalı yük avtomobilinin təkərlərinin və mühərrik hissəsinin yandığını görmüşlər. Ətrafda olan şəxslər yanğını söndürməyə çalışan zaman yanğın söndürmə xidmətinin əməkdaşları hadisə yerinə gəlmiş və yanğının qarşısını almışdır. Həmin vaxt İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Zərərçəkmiş şəxs2, onun oğlu Şahid1 ilə həmkəndliləri Təqsirləndirilən şəxs arasında mübahisə olmuş, onlar dərhal mübahisəyə müdaxilə etmişlər. Hakim, Şahid1 iri qabaritli yük maşınını onun evinə gedən yolun qarşısında saxladığını və buna görə gediş-gəlişə maneçilik yaratdığını, maşını oradan götürmələri barədə xəbərdarlıq etdiyini, əks halda yandıracağı ilə hədələməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə yanacaqdoldurma məntəqəsindən benzin alıb gələrək həmin yük maşınını qəsdən yandırdığını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında şifahi mübahisə başlamış, Zərərçəkmiş şəxs2 Hakimin ünvanına söyüş söydükdən sonra Hakim qəfildən yumruqla Qurbanın baş nahiyəsindən vurmuşdur. Bu zaman dərhal Təqsirləndirilən şəxs saxlayıb İmişli rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər, Hakim isə müqavimət göstərmədən gəlməyə razı olmuşdur. İmişli RPŞ-nin Növbətçi Hissəsinin **-PL-*** dövlət qeydiyyat nişanlı “Fiat” markalı avtomobilinə əyləşən zaman Təqsirləndirilən şəxs şalvarının arxa tərəfindən, sapı göy rəngdə olan bıçaq çıxarıb yerə tullamışdır. Həmin bıçaq İmişli RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Elmar Qarayev tərəfindən götürülməklə hadisə yerinin fotoşəkillərini çəkmiş, baxış keçilməsi haqqında protokol tərtib etmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirib İmişli rayon polis şöbəsinə gətirmişlər. Hadisə yerində gedən söhbətdən həmin yük maşınını Təqsirləndirilən şəxs benzin tökməklə yandırması məlum olmuşdur. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Baxış keçirilməsi haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısında baş vermişdir. Baxış zamanı Şahid1 etibarnamə ilə idarə etdiyi “SHACMAN” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin arxa tərəfinin alt hissəsi yanmış vəziyyətdə olmuş, elektrik naqilləri sıradan çıxmış, təkərlər və digər ehtiyat hissələri yanmışdır. Baxış zamanı bir ədəd bıçaq götürülmüşdür (cild 1, vərəq 26-29); Baxış keçirilməsi haqqında 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd bıçağın ümumi uzunluğu - 22 sm-dir. Bıçağın tiyə hissəsinin uzunluğu 12,5 sm, eni-1,4 sm, tiyəsinin qalınlığı 1 mm-dir. Tiyəsi üzərində “STAİNLESS STELL” sözləri yazılmışdır. Tiyəsinin kəsici hissəsi dişciklidir. Sap hissəsi göy rənglidir, sap hissəsi ilə tiyəsi arasında ağ rəngli kauçuk material var. Sapın uzunluğu 9,5 sm, eni 1,8 sm, qalınlığı isə 0,6 sm-dir (cild 1, vərəq 110-111); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, stolun üzərinə sıra ilə düzülmüş vəziyyətdə olan, bir-birindən açıqaşkar fərqləri olmayan, “1”, “2”, “3” və “4” sıra nömrələri ilə nömrələnmiş, müvafiq olaraq birinci nömrədə olan uzunluğu 18 sm, ikinci nömrədə olan uzunluğu 20 sm, üçüncü nömrədə olan uzunluğu 17 sm, dördüncü nömrədə olan uzunluğu 22 sm ölçüdəki dörd ədəd bıçağı şahid Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş və Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan bıçağı tanımaq təklif edilmişdir. Təqsirləndirilən şəxs isə dördüncü sırada olan 22 sm ölçüdə olan bıçağı seçərək əli ilə göstərmiş və həmin bıçağı tanımışdır (cild 1, vərəq 165-166); Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 290 nömrəli aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur (cild 1, vərəq 33); Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 156 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst dodağın selikli qişasında sağda, alt dodağın selikli qişasında ortada ətrafı qansızmalı yaralar, alt dodağın dəri hissəsində yaralar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, vərəq 34-35); Məhkəmə ballistik ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1372 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir (cild 1, vərəq 155-157); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 9/7062 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən Zərərçəkmiş şəxs1 MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktına əsasən 2011-ci il istehsalı, “SHACMAN” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə məxsus 11 adda ehtiyat hissələrinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2122(iki min bir yüz iyirmi iki) manat təşkil edir. O cümlədən, GPS sistemini(250 AZN), hava təmizləyicinin borusunu (140 AZN), boruların ara rezini (25 AZN), aralıq borunu(30 manat), yanacaq şlanklarını (25 AZN), damkrantın şlanklarını (50 AZN), damkrant (70 manat), radiatorun su baçokunu (55 AZN), şüşə silənin su baçokunu (60 AZN), qanadaltı rezini (52 AZN), turbadan hava filtirinə gedən şılankı ( 65 AZN), iki ədəd təkəri (1300AZN) təşkil edir (cild 1, vərəq 158-161); Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, “SHACMAN” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Zərərçəkmiş şəxs1 MMC-nin hesabına tərəfindən təmir edilmiş və həmin avtomobilə vurulmuş ziyanla bağlı Cəmiyyətin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 2, vərəq 99); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 183-184); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, vərəq 208-209); Qətimkan tədbirinin dəyişdirilməsi haqqında İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə çağırışlarından yayındığına görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir (cild 2, vərəq 48); Təqsirləndirilən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saxlanılaraq İmişli RPŞ-yə təhvil verilmişdir (cild 2, vərəq 59); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələr və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 186.2.2 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini (CM-59.1.12), ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və “Vətən müharibəsi” iştirakçısı olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutların və məhkəmə məsrəflərinin həll edilməsi məsələsi ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla, üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi gündən, yəni 05 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi İmişli RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar