Məhkəmə qərarları › İş №1(036)-60/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-60/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-60/2025 25.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkum olunmaqla məhkumluğu ödənilmiş, İmişli şəhəri, Koroğlu küçəsi, ev 7 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə 0,642 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, həmin psixotrop maddə metamfetaminin 0,200 qram çəkidə olan hissəsini tanışı Şahid4 satmaq barədə sonuncu ilə razılığa gələrək 10 fevral 2025-ci il tarixdə, saat 15:42 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Romaşka” marketin içərisindəki “E manat” ödəmə aparatı vasitəsilə onun istifadəsində olan **********630669 nömrəli “Kapital banka” məxsus kart hesabına Şahid4 25 (iyirmi beş) manat məbləğdə pulu köçürməsi qarşılığında həmin gün saat 16 radələrində yaşadığı İmişli şəhəri, Koroğlu küçəsi 7 ünvanında yerləşən evinin qarşısında 0,200 qram çəkidə psixotrop maddə olan metamfetamini sonuncuya satmış, habelə 10 fevral 2025-ci il tarixdə, saat 20 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş ƏAT nəticəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli RPŞ-nin inzibati binasına gətirildikdən sonra həmin gün saat 20:55 radələrində üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli papaqlı köynəyin sağ yan cibindən bir ədəd kağız bükümdə 0,442 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Sahili İmişli rayon vətəndaşı kimi tanıyır. Sahil ona zəng edərək bildirmişdir ki, kartına 25 (iyirmi beş) manat məbləğində pul atır ona narkotik vasitə versin. O da bildirmişdir ki, onda narkotik vasitə yoxdur. Sonra Sahil ona bildirmişdir ki, özünə götürəndə ona da götürsün. O da narkotik vasitəni nə vaxt götürəcəyini bilmədiyini bildirmiş və nə vaxt götürsə xəbər edəcək. O, Sahillə danışandan sonra evə gəlmişdir. Bundan sonra o, evdən siqaret almaq üçün çıxmışdır. İmişli şəhəri, Xəzər küçəsi ilə dükana siqaret almağa gedərkən polis əməkdaşları onu saxlamışlar. Daha sonra onu polis şöbəsinə gətirmişlər və şöbədə onun üzərində axtarış aparılarkən narkotik vasitə aşkar edilməmişdir. Sonra ona polis əməkdaşları bildirmişlər ki, çəkilişə düşürük bu narkotik vasitə sənin üzərindən çıxıb deyərsən. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Sahili rayon uşağı kimi tanımışdır. Narkotik istifadəçələri hamsı bir-birini tanıyır. Ona görə də Sahil onu tanıyırdı. Sahil tutulandan sonra onunla danışdığını və özünə məxsus kart hesab nömrəsini ona atmışdır. Sahilə narkotik vasitə vermədiyini və ondan pul almaqda özünü təqsirli bilir. Narkotik vasitənin qiyməti bahadı, qiyməti 50 manatdır. Onu ala bilmək üçün gərək kimdənsə pul ala. 25 manat pulu Sahil kartına ona görə göndərmişdir. Tutulduğu gün aralarındakı telefon danışıqları zamanı Sahil birinci dəfə hal - əhval tutmaq üçün, ikinci də narkotik vasitə üçün zəng etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə narkotik vasitə istifadə etdiyi üçün Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə azadlıqdan məhrum edilmişdir. Həmin vaxtdan o, narkotik vasitə istifadə etməmişdir. Lakin 4 (dörd) aydır ki, narkotik vasitə və “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Sonuncu dəfə o, Bakı şəhərində olan zaman “İnstagram” sosial şəbəkisndə Bəhmən adlı şəxslə tanış olmuşdur. Bəhmən özündə psixotrop maddə olan metamfetamin olduğunu və 40 manata satdığını bildirmişdir. Bundan sonra o, Bəhmənin xatırlamadığı bank kartına 40 manat pul köçürmüşdür. Bəhmən metamfetamini Bakı şəhərində “7-ci mikrorayon” adlanan yerdə binaların arasında gizlətdiyini bildirmişdir. Daha sonra o, həmin yerə gedib psixotrop maddə metamfetamini götürmüşdür. O, həmin gün İmişli rayonuna geri dönmüşdür. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində tanıdığı Şahid4 onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edib ondan patı istəmişdir. O, Sahilə hazırda özünə istifadə üçün saxladığı bir büküm patının olduğunu və 25 manat pul müqabilində satdığını bildirmiş və sahilə özünə məxsus 5239-1517-0263-0669 nömrəli “Kapital Banka” məxsus bank kartını nömrəsini vermiş və 25 manatı həmin karta köçürməsini bildirmişdir. Bundan sonra Sahil 25 manat pulu karta atmış və bu barədə ona mobil telefonuna bildiriş gəlmişdir. Həmin zaman o, evdə olmuşdur. Sahilə yaşadığı evin yaxınlığına gəlməsini bildirmişdir. O, evdə olan zaman Bakı şəhərindən əldə etdiyi bir ədəd bükümdə psixotrop maddə olan metamfetamindən bir az götürüb Sahilə vermək üçün ayrıca bir büküm yaratmışdır. Sahil İmişli şəhəri, Koroğlu küçəsi, ev 7 ünvanında yerləşən yaşadığı evin qarşısına gəlmiş və o, Sahillə görüşüb bir ədəd kağız bükümdə olan patını ona vermişdir. Bundan sonra o, qayıdıb evə getmişdir. Həmin gün saat 20:00 radələrində o, yerdə qalan bir bükümdə olan patını cibinə qoyub rayon mərkəzinə doğru hərəkət edərkən yaşadığı evin yaxınlığında üç nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitənin satmağı ilə bağlı daxil olmuş məlumatın doğruluğunu dəqiqləşdirmək üçün İmişli şəhəri, H.Əliyev prospekti, 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinə getməli olmağını bildirilmişdir. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə maşınla İmişli rayon polis şöbəsinə gəlmişdir. Orada onu otaqlardan birinə daxil olmuş və stulda əyləşmişdir. Onun yanında da polis əməkdaşları nəzarət üçün dayanmışdılar. O, polis əməkdaşları ilə səmimi söhbət etdiyini bildirmişdir. Sonra otağa təhqiqatçı daxil olmuş və ona özünü təqdim etmişdir. Həmin təhqiqatçı o, narkotik vasitələrin və ya psixotrop maddənin satışı ilə bağlı daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulması ilə bağlı məlumat vermişdir. Sonra ondan özünün şəxsi vəkilinin olubolmadığı soruşulmuş o, isə vəkilinin olmadığını və vəkil tutmaq üçün də maddi imkanının olmadığını bildirmişdir. Ona İmişli rayon Vəkil bürosunun vəkillərinin siyahısını təqdim edilmiş və o, həmin siyahıdan Müdafiəçi1 seçmişdir. O, həmin şəxsi əvvəllər tanımamış, həmçinin siyahıda olan digər vəkilləri də tanımamışdır. Amma o, sərbəst olaraq Müdafiəçi1 seçmiş və bir qədər sonra həmin şəxs polis şöbəsinə onun yanına gəlmişdir. Ona təqdim edilmiş və həmin şəxs İmişli rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 olduğunu, hüquqlarını Müdafiəçi1 tərəfindən müdafiə ediləcəyini bildirilmişdir. O da vəkilə qarşı heç bir etirazının olmadığını bildirmişdir. Sonra tədbir zamanı iştirak edən polis əməkdaşları, təhqiqatçı, o, və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində şübhəli şəxsin nəzərdə tutulan hüquq və vəzifələrim izah edilmiş, bununla bağlı olaraq ona sənəd də təqdim edilmişdir. O da heç bir etirazının olmadığını bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə ondan üzərində qanunsuz əşya və ya predimet həmçinin narkotik vasitə və ya psixotrop maddə olub olmaması ilə bağlı soruşulmuşdur. O, bundan sonra əynindəki papaqlı qara rəngli köynəyin sağ yan cibindən bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı üzərində şəxsi axtarış hərəkətləri aparmış və həmin vaxtda video çəkilişdən istifadə edilmişdir. O da buna heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra təhqiqatçı, təqdim etdiyi bir ədəd bükümü açıb içərisini ona göstərmiş və ondan həmin bükümün içərisində nə olduğunu soruşmuşdur. O, isə bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı bükümü elektron tərəzidə çəkdi və bir ədəd zərfdə qablaşdırıb onun və digər iştirakçıların iştirakı ilə həmin zərfin üzəri imzalanmışdır. Ona üzərindən aşkar edilmiş və qablaşıdırlımış psixotrop maddə olan metamfetaminə bənzər kütlənin dəqiq çəkisi və tərkibinin müəyyən edilməsi üçün təhqiqatçı tərəfindən ekspertiza təyin olunacağı bildirilmişdir. O da buna qarşı heç bir etirazının olmadığını bildirmişdir. O, “patı” kimi tanıdığı metamfetamini az hallarda istifadə etdiyini, o, metamfetamini Bakı şəhərində bir bükümdə bir qramı 40 manata aldığını, İmişli rayonunda olan zaman Sahil ondan “patı” istədikdən sonra həmin bükümdən yaşadığı evdə bir az ayırıb kağıza büküb və Sahilə 25 manata satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. İmişli şəhər sakini Şahid4 tanımadığını, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Həmçinin İmişli rayon sakini Təqsirləndirilən şəxs tanımadığını, heç bir düşmənçilik və ədavəti olmadığını bildirmişdir. 10 fevral 2025-ci il tarixdə İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Rəcəb Bayramovun icraatına qeyriaşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda İmişli şəhəri sakini Şahid4 üzərində psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilmiş və İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı müəyyən edilmiş ki, həmin şəxs xx.xx.1984-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmamış, İmişli şəhəri, Həzi Aslanov küçəsi, ev 08, mənzil 05 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid4dur. Bundan sonra Rəcəb Bayramov tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı X9, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X5 və İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X10 daxil edilmişdir. 10 fevral 2025-ci il tarixdə, saat 17 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq əməliyyat qrupunun üzvləri İmişli şəhəri, Qadir İsmayılzadə küçəsində yolun kənarında Şahid4 üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Yoxlama zamanı sonuncu əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli salfetkaya bükülmüş kütlə təqdim etmişdir. Şahid4la şifahi sorğu zamanı üzərindən aşkar etdikləri psixotrop maddə metamfetamini tanışı Elmar adlı şəxsdən 25 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Şahid4 üzərində aşkar edilən ağ rəngli salfetkaya bükülmüş kütlə tərəzidə çəkilmiş, ümumi çəkisi 0.32 qram olduğu müəyyən olunmuşdur. Sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmişlər. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞnin təhqiqat bölməsinə həvalə edilmişdir. X3 tərəfindən Şahid4 şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Şahid4 şəxsi axtarış zamanı və izahatında üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Elmar adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra X21 xx.xx.2025-ci il tarixdə əməliyyat tapşırığı verərək “Elmar” adlı şəxsin kimliyinin və yerinin müəyyən edilməsi və İmişli rayon polis şöbəsinə gətirilməsindən ötəri əməliyyat axtarış tədbirlərinin keçirilməsini xahiş etmiş və həmin tapşırıq aidiyyəti üzrə İmişli RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid1 həvalə olunmuşdur. İmişli RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid1, o, və İmişli RPŞ NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, İmişli şəhəri, Koroğlu küçəsi, ev 07 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞ-nin təhqiqat bölməsinə həvalə edilmişdir. X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs şəxsi vəkilinin olub olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs vəkilinin olmamasını və vəkil tutmaq üçün maddi imkanının olmadığını bildirmişdir. Bundan sonra hüquqlarının müdafiəsi üçün İmişli rayon vəkil bürosunun vəkilləri təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıda İmişli Vəkil bürosunun vəkili Müdafiəçi1 öz istəyi ilə seçmişdir. Həmçinin ona Azərbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələr izah edilmişdir. Sonra video görüntü əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman E. Məhərrəmova üzərində hər hansı qanunsuz əşya və ya predimet, narkotik vasitə və ya psixotrop maddə metamfetamin olub olmaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki papaqlı qara rəngli köynəyin sağ yan cibindən bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra üzərində “Redmi” markalı mobil telefon olduğunu bildirərək həmin telefonu əynindəki göy rəngli cins şalvarın cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən E. Məhərrəmovun üzərində şəxsi axtarış hərəkətləri aparılmış və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Həmin zaman video görüntüdən istifadə edilmişdir. Təhqiqatçı bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə kütləni Təqsirləndirilən şəxs göstərib həmin kütlənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi 0.58 qram olduğu müəyyən olunmuşdur. Həmin kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyub möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üstü imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailə üzvləri o, və anası X7 ibarət olduğunu bildirmişdir. O, ailəli olmuş, 2024-cü ilin mart ayında İmişli rayon məhkəməsinin qərarı ilə nikahı pozulmuşdur. X4 və X14 ana himayəsində olduğunu bildirmişdir. O, psixotrop maddə metamfetamin istifadə etdiyini bildirmişdir. Əvvəllər heç vaxt məhkum olunmamışdır. Təxmini bir neçə aydır ki, psixotrop maddə metamfetamin istifadə etdiyini bildirmişdir. O, başında limfa vəzi xəstəliyi və bununla bağlı olaraq o, psixotrop tərkibli dərman qəbul etdiyini bildirmişdir. Dərmanları həkim resepti əsasında Bakı şəhərindən əldə etmişdir. Lakin psixotrop tərkibli dərmanlar onun ağrılarına xeyir etmədiyi üçün, həm də bahalı olduğu üçün o, psixotrop maddə metamfetamin istifadə etmək qərarına gəlmişdir. Bunun üçün 10 fevral 2025-ci il tarixdə, saat 15 radələrində İmişli şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs zəng etmişdir. Təqsirləndirilən şəxs İmişli rayon sakini kimi tanımış və onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Sadəcə rayon sakini kimi münasibəti olmuşdur. O, həmin vaxt Elmarın istifadəsində olan və hazırda xatırlamadığı nömrəsinə zəng edib metamfetamin istədiyini demişdir. Həmin metamfetamini özünün istifadəsi üçün istədiyini bildirmişdir. Elmar da təşkil edə biləcəyini bildirmişdir. Onunla telefonda danışan zaman bir dəfəlik istifadə üçün nəzərdə tutulan miqdarda metamfetamin verməsi barədə razılığa gəlmişdir. Bunun üçün o, Elmara 25 manat pul verməli olmuşdur. Elmar pulu onun kart hesabına göndərməyini demişdir. O da həmin vaxt İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Romaşka” marketə gəlmiş və orada olan “E manat” ödəmə aparatı vasitəsilə Elmarın ona telefonda şifahi şəkildə bildirdiyi “Kapital banka” məxsus kart hesabına 25 manat pul göndərmişdir. Çeki də üzərində saxlamışdır. Bundan sonra Elmar ona metamfetamini gəlib götürə biləcəyini demişdir. O, piyada Elmarın yaşadığı İmişli şəhəri, Koroğlu küçəsi istiqamətində getmişdir. Həmin vaxt saat 16 radələri olmuşdur. Elmarın evinin yerləşdiyi istiqaməti bilmiş və Elmar bükümü hasarın kənarına qoyacağını demişdir. O, Elmarın evinin yaxınlığında hasarın kənarından ağ rəngli salfeti götürmüşdür. Salfetin arasında rəngli kağız, kağızın arasındakı siqaret kağızında isə psixotrop maddə metamfetamin olmuşdur. Həmin bükümü əynində olan qara rəngli dəri gödəkçənin yan cibinə qoymuş və piyada yaşadığı evə tərəf gəlmişdir. İmişli şəhəri, Q.İsmayılzadə küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları maşınla ona tərəf yaxınlaşdığını bildirmişdir. O, gələnlərin polis əməkdaşı olduğunu hiss etmiş və ona tərəf gəldiklərini görüb, həmçinin üzərində metamfetamin olduğu üçün ilk öncə qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları onu saxlamışlar. O, isə heç bir müqavimət göstərməmişdir. Sonra polis əməkdaşları ona üzərində qanunsuz olaraq psixotrop maddə və ya narkotik vasitə gəzdirməklə bağlı məlumat daxil olmasını, həmin məlumatla bağlı olaraq əməliyyat tədbirinin keçirilməsini izah etmişlər. Onun üzərində yoxlama aparılmış və əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən həmin Elmardan 25 manat pul qarşılığında əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan başqa həmin 25 manat pulun Elmarın kart hesabına göndərilməsi ilə bağlı ödəniş qəbzi, özünə məxsus “İtel” markalı sadə tipli mobil telefon, 5 manat pul aşkar edilmişdir. Məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Elmarı telefon mağazasında işləyərkən tanımışdır. O, Elmara zəng vurmuşdur ki, başında problem olduğunu və ona 25 (iyirmi beş) manat məbləğində pul müqabilində narkotik vasitə versin. Elmar ona bildirmişdir ki, həmin pulun müqabilində patı verəcəkdir. Bundan sonra o, təxminən on beş dəqiqə sonra gedib, Elmarın yaşadığı evin yaxınlığında narkotik vasitəni götürmüş və qayıdarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Əvəllər Elmarla narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, İmişli RPŞ-nin CABnin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. İmişli şəhər sakini Şahid4 tanıdığını, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Həmçinin İmişli rayon sakini Təqsirləndirilən şəxs tanıdığını, heç bir düşmənçilik və ədavəti olmadığını bildirmişdir. 10 fevral 2025-ci il tarixdə İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Rəcəb Bayramovun icraatına qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda İmişli şəhəri sakini Şahid4 üzərində psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilmiş və İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı müəyyən edilmiş ki, həmin şəxs xx.xx.1984-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmamış, İmişli şəhəri Həzi Aslanov küçəsi ev 08 mənzil 05 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid4dur. Bundan sonra Rəcəb Bayramov tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə , İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı X9, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X5 və İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X10 daxil edilmişdir. 10 fevral 2025-ci il tarixdə, saat 17 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq əməliyyat qrupunun üzvləri X18 küçəsində yolun kənarında Şahid4 üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Yoxlama zamanı sonuncu əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli salfetkaya bükülmüş kütlə təqdim etmişdir. Şahid4la şifahi sorğu zamanı üzərindən aşkar etdiyimiz psixotrop maddə metamfetamini tanışı Elmar adlı şəxsdən 25 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Şahid4 üzərində aşkar edilən ağ rəngli salfetkaya bükülmüş kütlə tərəzidə çəkilmiş, ümumi çəkisi 0.32 qram olduğu müəyyən olunmuşdur. Sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmişlər. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞ-nin təhqiqat bölməsinə həvalə edilmişdir. X3 tərəfindən Şahid4 şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Şahid4 şəxsi axtarış zamanı və izahatında üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Elmar adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra X21 xx.xx.2025-ci il tarixdə əməliyyat tapşırığı verərək “Elmar” adlı şəxsin kimliyinin və yerinin müəyyən edilməsi və İmişli rayon polis şöbəsinə gətirilməsindən ötəri əməliyyat axtarış tədbirlərinin keçirilməsini xahiş etmiş və həmin tapşırıq aidiyyəti üzrə mənə həvalə olunmuşdur. Mən İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və İmişli RPŞ NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 birlikdə keçirdiyimiz əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, İmişli şəhəri Koroğlu küçəsi ev 07 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞ-nin təhqiqat bölməsinə həvalə edilmişdir. X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs şəxsi vəkilinin olub olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs vəkilinin olmamasını və vəkil tutmaq üçün maddi imkanının olmadığını bildirmişdir. Bundan sonra hüquqlarının müdafiəsi üçün İmişli rayon vəkil bürosunun vəkilləri təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıda İmişli Vəkil bürosunun vəkili Müdafiəçi1 öz istəyi ilə seçmişdir. Həmçinin ona Azərbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələr izah edilmişdir. Sonra video görüntü əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman E. Məhərrəmova üzərində hər hansı qanunsuz əşya və ya predimet, narkotik vasitə və ya psixotrop maddə metamfetamin olub olmaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki papaqlı qara rəngli köynəyin sağ yan cibindən bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra üzərində “Redmi” markalı mobil telefon olduğunu bildirərək həmin telefonu əynindəki göy rəngli cins şalvarın cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən E. Məhərrəmovun üzərində şəxsi axtarış hərəkətləri aparılmış və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Həmin zaman video görüntüdən istifadə edilmişdir. Təhqiqatçı bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə kütləni Təqsirləndirilən şəxs göstərib həmin kütlənin nə olduğunu soruşmuşu, Təqsirləndirilən şəxs kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi 0.58 qram olduğu müəyyən olunmuşdur. Həmin kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyub möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üstü imzalanmışdır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə zalında elan edilmiş ifadəsində İmişli RPŞ NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 11 aprel 2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid4 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müstəqil icraata ********* nömrəli cinayət işi ayrılsın və ibtidai istintaqı sonuncu nömrə altında davam etdirilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid4 barəsində istintaq edilən ********* nömrəli cinayət işindəki Təqsirləndirilən şəxs aid istintaq sənədlərinin surəti sonuncu cinayət işində saxlanılmaqla həmin sənədlərin əsli ********* nömrəli cinayət işinə əlavə olunmuşdur (1cild, i.v. 1-3); İş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır (1-cild, i.v. 8-9); İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 49); İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya, predimet va ya narkotik vasitə olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, isə üzərində psixotrop maddə olduğunu bildirərək, əyinddəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd falqa bükümündəki patı adlandırdığı psixotrop maddə metamfetaminə bənzər kütləni çıxardıb stolun üzərinə qoymuşdur. Şifahi sorğu zaman E. Məhərrəmov təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütləni sosial şəbəkədə tanış olduğu və özünü Bəhmən kimi təqdim edən şəxsdən bir qramını 40 manat aldığını və həmin şəxsin xatırlamadığı kart hesabına pul göndərdikdən sonra konum vasitəsi ilə Bakı şəhəri, 7-ci mikrorayon ərazisindən götürdüyünü bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində mobil telefon olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən özünə məxsus qara rəngli “Redmi” markalı smartfon tipli mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar kütlə elektron tərəzi vasitəsiylə çəkilərək, 0.58 qram çəkidə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə ilkin zərfə geri qoyularaq, həmin zərflə birlikdə zərfin içərisinə qablaşdırılmış, DİN-nin 179 nömrəli möhürü üzərinə vurularaq dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır (1-cild, i.v. 58-60); İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18/122 nömrəli 11 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “.... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.442 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2025-ci il tarixli,18/121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “.... Şahid4 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0.200 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə maddə metamfetamindir. Təqsirləndirilən şəxs məxsus psixotrop maddə metamfetamin ilə Şahid4 məxsus psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (xx.xx.2025-ci il tarixli 18/121 nömrəli ekspert rəyinə əsasən birgə tədqiqat aparılmışdır) (1-ci cild, i.v. 70-71); İş materiallarında olan materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs barəsində toplanmış material istintaq aidiyyatı üzrə İmişli RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir (1-cild, i.v. 83-84); İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-cild, i.v. 110-111); İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən mobil telefon “Redmi NOT 13” markalı, **********20561, **********20579 İME kodlu qara rəngli, smartfon tipli mobil telefondur. Telefonun üzərində ***-***-**-** saylı "xxxx" mobil operatoruna və +7993093-02-61 saylı Rusiya Federasiyasının mobil operatoruna məxsus nömrələr olduğu müəyyən olumuşdur. Mobil telefonun giriş parolu olmuş və Təqsirləndirilən şəxs parolu təqdim etdikdən sonra telefonun öncə “Qaleriya” bölməsinə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. Bundan başqa mobil telefonun “Kontaktlar” bölməsinə baxış keçirilmişdir. Adı “Sahil q” kimi qeyd olunan ***-***-**-** saylı Şahid4 məxsus mobil nömrə ilə 2025-ci ilin yanvar ayının müxtəlif vaxtlarında həmçinin xx.xx.2025-ci il tarixdə 13:07 və 15:57 radələrində zəng əlaqələri olması müəyyən edilmişdir. Bundan başqa mobil telefonun “Whatsap” bölməsinə baxış keçirilmişdir. Baxış zamanı “lele” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitə və ya psixotrop maddələrin alqı-satqısı məzmununda danışıqlar həmçinin səs yazışmalarının olması müəyyən edilmişdir. Bundan başqa mobil telefonun “İnstagram” bölməsinə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışıdır. Bundan başqa mobil telefonun “Birbank” bölməsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 5239-1517-0263-0669-nömrəli bank kartına xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində “emanat” ödəmə terminalı vasitəsi ilə 25 manat pul göndərilməsi müəyyən olunmuşdur. (1-cild, i.v. 126-144); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-34/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həbs qətimkan tədbir seçilmişdir (1-cild, i.v. 151-157); İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 fevral 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Koroğlu küçəsi, ev 07 ünvanında qeydiyyatdadır və ailə üzvləri atası X6, anası X2 və qardaşı X8 ibarətdir (i.v. 221); İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 18 fevral 2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v. 222); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin 04 aprel 2025-ci il tarixli 1871 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (1-cild, i.v. 282-283); İş materiallarında olan Abşeron Rayon Məhkəməsi 1(012)-169/2021 saylı xx.xx.2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəl şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (2-cild, i.v. 2-8); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-59/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni 10 iyul 2025-ci il tarixədək uzadılmışdır (2-cild, i.v. 21-26); İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib və o, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndi tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir (1-cild, i.v. 258-260); İş materiallarında olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununu dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əldə etdiyi xeyli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi mənbəyi ilə bağlı müstəqil icraata material ayrılmış, Şahid4 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadənin ********* nömrəli cinayət işi üzrə şahid qismində verdiyi ifadə kimi qəbul edilməsi nəzərə alınmış, Şahid4 üzərindən aşkar edilən bir ədəd 25 manat pulun köçürülməsi ilə bağlı olan qəbz və 0.200 qram psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonrakı 0.150 qram təmiz çəkisinin ********* nömrəli iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış götürmə aparılması haqqında 10 fevral 2025-ci il tarixli, üzləşdirmə keçirilməsi haqqında 12 fevral 2025-ci il tarixli, mobil telefona baxış keçirilməsi haqqında 12 fevral 2025-ci il tarixli protokollar, məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2025-ci il tarixli 18/121 və həmin tarixli 18/122 nömrəli, təkbaşına məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2025-ci il tarixli 1871 nömrəli rəyləri, şəxs axtarış və götürmə aparılması haqqında protokola, üzləşdirmə keçirilməsi haqqında protokola əlavə edilmiş CD disklər, "xxxx" MMC-dən daxil olmuş CD disk sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0.442 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0.392 qram təmiz çəkisi, maddi sübut kimi tanınmış və İmişli RPŞnin “Maddi sübutların saxlanması otağına” təhvil verilmişdir (2-cild, i.v. 30-39); Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya, predimet va ya narkotik vasitə olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, isə üzərində psixotrop maddə olduğunu bildirərək, əyinddəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd falqa bükümündəki patı adlandırdığı psixotrop maddə metamfetaminə bənzər kütləni çıxardıb stolun üzərinə qoymuşdur. Şifahi sorğu zaman E. Məhərrəmov təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütləni sosial şəbəkədə tanış olduğu və özünü Bəhmən kimi təqdim edən şəxsdən bir qramını 40 manat aldığını və həmin şəxsin xatırlamadığı kart hesabına pul göndərdikdən sonra konum vasitəsi ilə Bakı şəhəri, 7-ci mikrorayon ərazisindən götürdüyünü bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində mobil telefon olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən özünə məxsus qara rəngli “Redmi” markalı smartfon tipli mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar kütlə elektron tərəzi vasitəsiylə çəkilərək, 0.58 qram çəkidə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə ilkin zərfə geri qoyularaq, həmin zərflə birlikdə zərfin içərisinə qablaşdırılmış, DİN-nin 179 nömrəli möhürü üzərinə vurularaq dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, mobil telefonun “Birbank” bölməsinə baxış keçirilərkən, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 5239-1517-0263-0669-nömrəli bank kartına xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində “emanat” ödəmə terminalı vasitəsi ilə 25 manat pul göndərilməsinin, mobil telefonun “Kontaktlar” bölməsinə baxış keçirilərkən Adı “Sahil q” kimi qeyd olunan ***-***-**-** saylı Şahid4 məxsus mobil nömrə ilə 2025-ci ilin yanvar ayının müxtəlif vaxtlarında həmçinin xx.xx.2025-ci il tarixdə 13:07 və 15:57 radələrində zəng əlaqələrinin olmasının müəyyən edilməsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-də nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş 01 ədəd bükümdə olan ilkin təmiz çəkisi 0,442 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,392 qram çəkidə narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan altı ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-60/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001808 saylı orderə əsasən vəkil Müdafiəçi2 ona vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 (yeddi) saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 77 (yetmiş yeddi) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş 01 ədəd bükümdə olan ilkin təmiz çəkisi 0,442 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,392 qram çəkidə narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 06 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar