Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-61/2021 27.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X3, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Qarakeçdi kəndində qeydiyyatda olmaqla İmişli rayonunun Qaragüvəndikli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdə saat 11 radələrində yaşadıqları İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən fermada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu X1 baş nahiyəsinə qəsdən bir dəfə daşla vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 06 may 2021-ci il tarixdə saat 11 radələrində yaşadıqları İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən fermada qardaşı İftixarla qonşusu Çinarə Taptıqovanın əri Şərafət mübahisə etdikləri vaxt Çinarə nalayiq ifadələr işlətdiyindən o, sonuncuya yaxınlaşıb mədəni formada ona iradlarını bildirmişdir. Bu vaxt Çinarə onun valideynlərini təhqir edib üstünə hücum çəkmiş və əli ilə dodağına vurmuşdur. O da özünü müdafiə etmək üçün Çinarənin yaxasından tutub itələmiş və əlində olan daşla bir dəfə onun başının arxasından vurmuşdur. Sonra qardaşı İftixar ona acıqlandığı üçün oradan çıxıb evinə getmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmış və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 06 may 2021-ci il tarixdə saat 11 radələrində yaşadıqları İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən fermada əri Şərafətin Təqsirləndirilən şəxs qardaşı İftixarla söhbət etdiklərini görüb onlara yaxınlaşıb ərinə sonuncunu narahat etməməsini bildirmişdir. Həmin vaxt onların yanında olan Təqsirləndirilən şəxs onun valideynlərinin barəsində xoşagəlməz sözlər işlətdiyinə görə o da sonuncunun valideynlərini söymüşdür. Bu vaxt İftixar onun saçından tutub yolmağa başlamış, kürəyinə bir dəfə yumruqla vurmuş və o, yıxılaraq kürəyi yerə dəymişdir. Əri Şərafət onu İftixarın əlindən alıb evə aparmaq istəyərkən Təqsirləndirilən şəxs əlində olan daşla onun üstünə hücum çəkib daşla bir dəfə başının arxasına vurmuşdur. Sonra əri Şərafət onu evlərinə aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan Məhkəmə - Tibbi Ekspertiza və X4 Publik Huquqi şəxsin Beyləqan rayon şöbəsinin məhkəmə – tibbi ekspertizanın 06 may 2021-ci il tarixli, 259/21 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – ənsə nahiyəsində hematoma, kürək nahiyəsində isə qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə baş nahiyəsindəki xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, digər xəsarət isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_14.htm Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini ilk dəfə törətdiyi, zərərçəkmiş şəxs X3 ilə barışdığı və ona dəymiş zərəri könüllü olaraq tamamilə ödədiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-61/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-61/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver