Məhkəmə qərarları › İş №1(036)-61/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-61/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-61/2024 03.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-ci il tarixdə İmişli rayonu, Məhəmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, İmişli rayonu, Məhəmmədli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 07 iyun 2024-ci il tarixdə saat 14:00 radələrində İmişli rayonu, Gövhərli kəndində yerləşən avtomobil təmiri sexinin qarşısında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 7,08 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Şahid4 80 (səksən) manata alaraq əldə edib, üzərində saxlamaqla daşımış, 08 iyun 2024-cü il tarixdə saat 17:10 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri zamanı İmişli-Bəhrəmtəpə avtomobil yolunun Rəsullu kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında yerləşən avtomobil təmiri sexinin qarşısında saxlanılaraq İmişli şəhəri, Heydər Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 17:40 radələrində üzərində aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda saxladığı 7,08 qram çəkidə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, İmişli rayon Məhəmmədli kəndində qeydiyyatda olmaqla həyat yoldaşı X2, az yaşlı evladları Aytac və Abasət, atası X3 və anası X4 ilə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə fəhləçilik edir və ailəsini dolandırır. İlk dəfə təxminən 5 il bundan qabaq narkotik vasitə olan marixuanadan çəkmə yolu ilə istifadə etmiş və düşəndə ara bir çəkir. Həmin narkotik vasitəni isə müxtəlif tanımadığı şəxslərdən alırmış və həmin şəxslərin əksəriyəti demək olar ki, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Sonuncu dəfə isə o, bir kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı günorta radələrində, saat təxminən 14 radələrində xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Gövhərli kənd sakini Şahid4 80 (səksən) manat pul müqabilində almışdır. Belə ki, o, Xəyalın istifadəsində olan xatırlamadığı nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə zəng edib ondan çəkmək üçün narkoik vasitə olan qurudulmuş marixuana istəmişdir. Xəyal ona yaşadığı İmişli rayonu, Gövhərli kəndinə çağırmış, o, tanımadığı “Opel” markalı, qeydiyyat nişanını və sürücüsünü tanımadığı gümüşü metal rəngli avtomobillə İmişli bazarının yaxınlığından Gövhərli kəndinə onu aparıb gətirməsi üçün 5 (beş) manata razılaşıb avtomobilə əyləşmişdir. Xəyalla danışıdığı kimi narkotik vasitəni onun yaşadığı Gövhərli kəndinin mərkəzində onunla görüşmüş və 80 (səksən) manat pul müqabilində ondan bir kibrit qutusu qurudulmuş marixuana almışdır. Həmin taksi avtomobili ilə də gəlib bazarın yaxınlığında düşmüşdür, sürücünün isə nə məqsədlə onun getdiyini və nə aldığını bilməmiş və görməmişdir. Sonra bazarın qarşısından yaşadığı Məhəmmədli kəndi istiqamətində gedən avtomobillərdən birinə əyləşib yaşadığı Məhəmmədli kəndinə getmişdir. xx.xx.2024-cü il tarixdə Şahid4 aldığı kibrit qutusunda olan narkotik vasitə marixuana üzərində olmuş və həmin günü saat təxminən 17 radələrində atası Havasətə məxsus VAZ-2106 minik marklı, qırmızı rəngli, ** BF *** markalı avtomobili təmir etdirmək üçün Rəsullu kəndində yol kənarında yerləşən «Sokol» yanacaqdoldurma məntəqəsi ilə üz-bə-üz olan avtomobil təmiri sexinə gətirmişdir. Orada olarkən üzdən tanıdığı 3 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və bildirmişlər «sən narkotik vasitə istifadəçisisən, üzərində narkotik vasitə var» üzərinə baxış keçirilməsi üçün polis şöbəsinə getməliyik təklif etdikləri üçün o, üzərində heç nə olmadığını və məsuliyətdən yaxa qurtarmaq istədiyi üçün üzərində heç nə olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona özləri ilə üzərinə baxış keçirilməsi üçün polis şöbəsinə getməyi təklif etdikləri üçün o, çıxılmaz vəziyyətdə qalmış və razılaşmışdır. Polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş, fikirləşmişdir ki, üzərində kibrit qutusunda olan narkotik vasitəni fürsət tapıb tullayar. Lakin, tullaya bilməmiş və polis şöbəsinə gəldikdən sonra təhqiqatı aparan Bəhruz Zülfüqarov tərəfindən onun xidməti iş otağında şübhəli şəxs qismində tutulduğu izah olunmuş və istəyi ilə hüqüqları vəkil Müdafiəçi1 tərəfindən müdafiə olunması üçün dəvət olunmuşdur. Vəkilin dəvətindən sonra bir daha hüquqları ona izah olunmuş, video çəkiliş əsasında üzərinə baxış keçirilməsi izah olunmuş və o, buna heç bir etiraz etməmişdir. Baxış zamanı üzərində nə kimi qanunzuz əşya, predmet, narkotik vasitə olması barədə soruşulmuş, o, görmüşdür ki, artıq tutulmuş, üzərinə baxış keçiriləçək və üzərindən həmin narkotik vasitə aşkar olunacaq və heç bir etiraz etmədən üzərində yəni, əyninə geyindiyi qara rəngli şalvarının sağ yan cibində kibrit qutusunda saxladığı marixuananı təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı o, İmişli rayonu, Gövhərli kənd sakini Xəyal adlı şəxsdən 80 (səksən) manat pul müqabilində onun yaşadığı İmişli rayonu, Gövhərli kəndinə gedib ondan almışdır. Daha sonra polis əməkdaşı Bəhruz Zülfiqarov üzərinə şəxsi axtarış keçirmiş və sağ yan cibində saxladığı 19 manat pul və bir qutu X-7 markalı göy rəngi siqaret və qırmızı rəngli alışqan aşkar olunmuş, kibrit qutusunda olan qurudulmuş marixuana onun iştirakı ilə zərfin içərisinə ekspertizaya göndərilməsi üçün qoyulmuş, qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər bir-iki dəfə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Sürücü kimi işlədiyi üçün Xəyalı tanımışdır. Üzbəüz narkotik vasitə olduğunu bildirmişdir. Aldıqdan sonra hələ istifadə etməyə imkanım olmamışdır. Əməlimdən peşmanam. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Elbrus oğlu ifadəsində göstərmişdir ki, o, hazırda İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə arasında hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur, onu İmişli rayonu, Məhəmmədli kənd sakini kimi tanıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə məxfi mənbəədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş və bu barədə şöbə rəhbərliyinə məruzə edilmiş, daha sonra bununla bağlı 08 iyun 2024-cü il tarixdə o, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 və təhqiqat qurupunun təhqiqatçısı Bəhruz Zülfiqarovdan ibarət əməliyyat istintaq qrupu yaradılmışdı. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs çox görsəndiyi və onun ola biləcəyi İmişli rayonu, Rəsullu kəndi ərazisində olmuşlar və həmin ərazidə yerləşən avtotəmir emalatxanasının qarşısında Təqsirləndirilən şəxs görüb ona saat 17:10-da yaxınlaşmış və ona özünü təqdim etdikdən sonra ona üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatının olmasını, üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün olduğu yerdə şərait olmadığına görə onlarla polis şöbəsinə getməyi təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün üzərində narkotik vasitə olmadığını bildirmişdi. Lakin, ona üzərinə baxış keçirilməsi ilə bağlı rayon polis şöbəsinə getməyi təkrar təklif edildikdən sonra Təqsirləndirilən şəxs razılaşmış və Şahid3 idarə etdiyi avtomobillə, Şahid1 avtomobilin arxa oturacağında, ortada Təqsirləndirilən şəxs və onun solunda o, əyləşib polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra toplanmış material üzrə qərar qəbul edilməsi üçün şöbə rəhbərliyinə məruzə etmək üçün getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yanında, o, və Şahid3 dayanmışdı. Daha sonra toplanmış material təhqiqat bölməsinin təhqiqatçısı Bəhruz Zülfiqarova həvalə olunmuşdu və onun xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün ona şübhəli şəxs qismində tutlduğu bildirilmiş və hüquq vəzifələri izah olunmuşdu. Təqsirləndirilən şəxs hüquqları İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən müdafiə olunması üçün dəvət edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdı. X10 Bəyalıyevə üzərində nə kimi qanunsuz əşya və ya narkotik vasitə varsa çıxarıb təqdim etməsini bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutusu açılmış və içərisində spesfik iyə məxsus, yaşıl rəngli, ilk görünüşündən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, daha sonra həmin cibində saxladığı 19 manat pul əskinası, sarımtıl rəngli alışqan və sol cibindən isə bir ədəd X-7 markalı siqaret qutusu aşkar olunmuşdu. Əziz Bəyalıev aşkar olunmuş narkotik vasitəni 80 (səksən) manat pul müqabilində İmişli rayonu, Gövhərli kənd sakini Şahid4 çəkmək üçün 07 iyun 2024-cü il tarixdə aldığını bildirmişdir. Aşkar olunmuş, kibrit qutusunda olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi kibrit qutusu qarışıq 10 qram olması müəyyən olunmuşdur və kibrit qutusu içərisində olan qurudulmuş mrixuanaya bənzər yaşıl spesfik kütlə zərfin içərisinə ekspertizaya göndərilməsi üçün qoyulmuş, qablaşdırılmış və zərfin üzərinə iştirakçılar tərəfindən və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özü və müdafiəçisi imza edib təsdiq etmişlər. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar arasında ucadan oxunmuş, düzgün tərtib olunduğu üçün imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, hazırda İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə arasında hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur, onu İmişli rayon Məhəmmədli kənd sakini kimi tanıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə ona məxfi mənbəədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş və bu barədə şöbə rəhbərliyinə məruzə etmiş, daha sonra bununla bağlı 08 iyun 2024-cü il tarixdə o, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 Elbrus oğlu və təhqiqat qurupunun təhqiqatçısı Bəhruz Zülfiqarovdan ibarət əməliyyat istintaq qrupu yaradılmışdı. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs çox görsəndiyi və onun ola biləcəyi İmişli rayonu Rəsullu kəndi ərazisində olmuşlar və həmin ərazidə yerləşən avtotəmir emalatxanasının qarşısında Təqsirləndirilən şəxs görüb ona saat 17:10-da yaxınlaşmış və ona özünü təqdim etdikdən sonra ona üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatının olmasını, üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün olduğu yerdə şərait olmadığına görə onlarla polis şöbəsinə getməyi təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün üzərində narkotik vasitə olmadığını bildirmişdi. Lakin, ona tərəfindən üzərinə baxış keçirilməsi ilə bağlı rayon polis şöbəsinə getməyi təkrar təklif etdikdən sonra Təqsirləndirilən şəxs razılaşmış və Şahid3 idarə etdiyi avtomobillə, o avtomobilin arxa oturacağında, ortada Təqsirləndirilən şəxs və onun solunda Şahid2 əyləşib polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra tərəfindən toplanmış material üzrə qərar qəbul edilməsi üçün şöbə rəhbərliyinə məruzə etmək üçün getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yanında, Şahid2 və Şahid3 dayanmışdı. Daha sonra toplanmış material təhqiqat bölməsinin təhqiqatçısı Bəhruz Zülfiqarova həvalə olunmuşdu və onun xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün ona şübhəli şəxs qismində tutlduğu bildirilmiş və hüquq vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs hüquqları İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən müdafiə olunması üçün dəvət edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdı. X10 Bəyalıyevə üzərində nə kimi qanunsuz əşya və ya narkotik vasitə varsa çıxarıb təqdim etməsini bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutusu açılmış və içərisində spesfik iyə məxsus, yaşıl rəngli, ilk görünüşündən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, daha sonra həmin cibində saxladığı 19 manat pul əskinası, sarımtıl rəngli alışqan və sol cibindən isə bir ədəd X-7 markalı siqaret qutusu aşkar olunmuşdu. Əziz Bəyalıev aşkar olunmuş narkotik vasitəni 80 (səksən) manat pul müqabilində İmişli rayonun Gövhərli kənd sakini Şahid4 çəkmək üçün 07 iyun 2024-cü il tarixdə aldığını bildirmişdir. Aşkar olunmuş, kibrit qutusunda olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi kibrit qutusu qarışıq 10 qram olması müəyyən olunmuşdu və kibrit qutusu içərisində olan qurudulmuş mrixuanaya bənzər yaşıl spesfik kütlə zərfin içərisinə ekspertizaya göndərilməsi üçün qoyulmuş, qablaşdırılmış və zərfin üzərinə iştirakçılar tərəfindən və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özü və müdafiəçisi imza edib təsdiq etmişlər. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar arasında ucadan oxunmuş, düzgün tərtib olunduğu üçün imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş iş üzrə Şahid3 Şahid1 ifadəsinə uyğun anoloji ifadələr vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla atası X5, anası X6 ilə birlikdə yaşayır. Özü evli olmuş, hazırda ayrılmış, himayəsində iki az yaşlı evladı var və həmçinin İİ qrup ümumi əlildir. Dolanışacağını aldığı təqaüdlə təmin edir. Bildirir ki, təxminən bir ilə yaxın müddət olar ki, narkotik vasitə olan nəşədən yəni, qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir. Həmin narkotik vasitəni isə tanımadığı şəxslərdən alır. Lakin, həmin şəxslərin kim olmasını bilmir. xx.xx.2024-cü il tarixdə saat təxminən 10-11 radələrində yaşadığı kəndin kənarından keçən su arxına balıq tutmaq üçün getmişdir, sahə ilə piyada və tək hərəkət edən zaman ayağının altında 1 (bir) ədəd kibrit qutus qaldığını hiss etmiş və əyilib kitbrit qutusunun içərisinə baxdıqda içərisində «nəşə» yəni, qurudulmuş marixuana olmasını görmüş, istifadə etmək üçün götürüb cibinə qoymuşdur. O, həmin vaxtı balıq tutmadan yaşadığı evə qayıtmışdır. 07 iyun 2024-cü il tarixdə səhər satlarında saat təxminən 10 radələrində Əziz onun istifadəsində olan ***-***-**-** nömrəsinə özünün yadında qalmayan nömrəsi ilə zəng edib ondan «nəşə» istəmiş və ona nəşəsi olduğunu və yerdən tapdığı demiş və həmin nəşəni ona 80 (səksən)manat pul müqabilində sata bilər demişdir. Aradan xeyli vaxt keçmişdir Əzizə danışığı zamanı ona bildirdiyi avtotəmir seximin qarşısına gəlmiş və orada Əzizə saat təxminən 14 radələrində bir kibrit qutusunun icərsində olan nəşəni 80 (səksən) manata satmışdır. Başa düşür ki, həmin narkotik vasitə olan nəşəni yəni qurudulmuş marixuananı Əzizə satmaqda səhv etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlaması faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aidiyyatı üzrə göndərilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26-27); şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyun 2024-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür (i.v. 28-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-18/577 nömrəli 09 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs üzərindən..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,08 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 37-38); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 iyun 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 52-53); bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyun 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)-230/2017 saylı hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum edilməklə 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (1-ci cild, i.v. 149-150); İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 1716 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsi ilə təqsirli bilinib Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)-230/2017 saylı hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum edilməklə 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs əlavə cəzası xx.xx.2024-cü il tarixdə başa çatır. xx.xx.2015-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə özünü nizam-intizamlı, vəzifə borclarınıa məsuliyyətlə yanaşan bir əsgər kimi göstərmişdir. Komandirlərin və rəislərin əmrlərini, tapşırıqlarını vaxtında yerinə yetirməyə cəhd göstrərir. Məşğələlərdə fəal iştirak etməyə çalışır, bölüyün təsərrüfat işlərində həmişə yaxından iştirak edir, hərbi geyimi təmiz, səliqəli saxlamağa səy göstərir və heç vaxt geyim qaydasını pozmur. Öz silahını saz, təmiz və həmişə döyüşə hazır vəziyyətdə saxlayır. Günü nizam qaydalarının tələblərinə ciddi riayayət etməyə çalışmışdır. Hərbi hissədən kənarda özünü şərəfli və ləyaqətli aparmışdır. Kollektiv arasında özünə məxsus hörmət qazanıb. Fiziki cəhətdən sağlamdır. Hərbi və dövlət sirlərini qorumağı bacarır (i.v. 155); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin xx.xx.2024-cü il tarixli 4302A saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild i.v. 151-152); Sübutların qiymətləndirilməsi haqqında 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olunmuş ittihamın məzmununa əlavələr edilərək ona həmin maddə ilə yenidən elan olunmuş, qərarın təsviri hisəssində göstərilənlərə əsasən 13 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən 08 iyun 2024-cü il tarixdə götürülmüş -7,08 qram çəkidə, tədqiqata istifadə olunduqdan sonra qalıq çəkisi 7,06 qram qurudulmuş marixuananın iş üzrə maddi subut qismində tanınması və saxlanılması İmişli RPŞ-nin maddi subutların saxlancı otağına təhvil verilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən 08 iyun 2024-cü il tarixdə aşkar olunmuş 19 manat pul, bir ədəd sarı rəngdə alışqan, X-7 markalı göy rəngi qutuda olan qutu qarışıq siqaretlər iş üçün əhəmiyyət kəsb etmədiyindən sahibi Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixli qəbzlə qaytarılması nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda aşkar olunmuş narkotik vasitə olan quruduİmuş marixuananı o, İmişli rayonu, Gövhərli kənd sakini Şahid4 alması və sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin maddəsi ilə ********* nömrəli cinayət işinin istitaqı aparılması nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 08 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi videoçəkilişlə olduğundan görüntünün CD diskə köçürülərək protokola əlavə olunması nəzərə alınmış və cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəylər olduğundan məhkəmə-bioloji ekspertiza üzrə 09 iyun 2024-cü il tarixli 18/577 nömrəli və məhkəmə- narkoloji ekspertiza üzrə 21 iyun 2024-cü il tarixli 4302A nömrəli ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 161-166); Mobil telefona baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifsifadəsində olan “Samsunq A21 S” markalı mobil telefondan Şahid4 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə etmiş olduğu zənglərə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsunq A21 S” markalı mobil telefonun üzərində ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr var və mobil telefonun ***-***-**-** nömrəsindən Şahid4 istifaldəsində olan ***-***-**-** nömrəsinə 31 may 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək 141 dəfə zənglər edilmiş, həmin zənglərin 70 dəfəsində edilən zənglərdə danışıq aparılmamış və sonuncu danışıq isə 07 iyun 2024-cü il tarixdə saat 10-19 radələrində olmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyindən çıxan zənglərə dair məlumatlar mobil telefon vasitəsi ilə protokola əlavə olunması üçün fotoşəkilləri çəkilmişdir. (i.v. 123); Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutusu açılmış və içərisində spesfik iyə məxsus, yaşıl rəngli, ilk görünüşündən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, daha sonra həmin cibində saxladığı 19 manat pul əskinası, sarımtıl rəngli alışqan və sol cibindən isə bir ədəd X-7 markalı siqaret qutusunu da çıxarıb təqdim etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 7,08 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 08 iyun 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 7,08 qram olan, tədqiqatdan sonra qalıq qalmış 7.06 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli rayonu, Məhəmmədli kəndi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)-230/2017 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının çəkilməmiş 2 (iki) ay 12 (on iki) gün hissəsi hazır ki, azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) ay 12 (on iki) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Rəsullu kəndi ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 7,08 qram olan, tədqiqatdan sonra qalıq qalmış 7.06 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar