Məhkəmə qərarları › İş №1(036)-62/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-62/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-62/2023 20.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul, məhkumluğu olmayan, İmişli rayonu, Qaragüvəndikli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-441/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(036)-108/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 7320,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahları xx.xx.2018-ci il tarixdə rəsmi olaraq qeydə alınmış və onların birgə nikahdan xx.xx.2018ci il tarixdə Rüqəyyə adlı 1 (bir) qız övladları doğulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması üçün onun qeydiyyatda olduğu yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qətnaməni icra etmədiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 (on) gün və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bunlara baxmayaraq, o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 7320,00 manat aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2018-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi icra olunması üçün İmişli rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icra sənədi üzrə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qətnaməni icra etmədiyi üçün, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 (on) gün və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, xx.xx.2022-ci il tarixədək ona yaranmış olan 7320,00 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verərək göstərdi ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-441/2019 saylı qətnaməsi üzrə verilmiş və eyni tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160,00 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra və probasiya şöbəsində xx.xx.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. İcra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə İmişli Rayon Məhkəməsi tətəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün və xx.xx.2022-ci il tarixdə isə 15 (on beş) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin, Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirərək icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Borcunu ödəməsi üçün yenidən Təqsirləndirilən şəxs xəbərdarlıqlar göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu ödəməmiş və ödənilməsinə də təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək tələbkara ödəməli olduğu 7520,00 manat aliment pulundan cəmi: 200,00 manat ödəmiş, qalan 7320,00 manat aliment borcunu ödəməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə,inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq məhkəmə qərarının icrasını təmin etməmişdir. Bu səbəbdən borclu tərəfindən məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizə verərək göstərdilər ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-441/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədi əsasında Təqsirləndirilən şəxs 7320,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə tam ödəniş etmişdir. Zərərçəkmiş şəxs hazırkı cinayət işi üzrə aliment borcu barədə təqsirləndirilən şəxs X4 heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinə qeyd hissəsi əlavə edilmişdir. Həmin qeyddə göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini “Həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək” tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tam icra edilmiş və artıq əməl öz ictimai təhlükəliliyini itirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM- nin 39, 43, 344-347, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və ona qarşı cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Qərardan 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar