Məhkəmə qərarları › İş №1(036)-62/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-62/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-62/2024 05.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Füzuli rayonu Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi 182 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 6 may 2024-cü il tarixdə saat 21 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində Şahid6 yaşadığı fərdi yaşayış evinin darvazasının qarşısında sonuncudan 60 (altmış) manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 6,94 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 6 may 2024-cü il tarixdə saat 21:15-də İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində saxlanılıb İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 22:20-də üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın ön sol cibindən 6 ədəd sarımtıl rəngli kağız bükümdə, hər biri ayrılıqda 0,52 qram, 0,92 qram, 1,26 qram, 1,27 qram, 1,33 qram və 1,64 qram olmaqla, ümumilikdə 6,94 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər Rusiya Federasiyasında narkotik vasitə istifadəsinə görə məhkum edilmişdir. 2003cü ildə Rusiya Federasiyası Volqoqrad məhkəməsinin qərarı ilə 9 il 06 ay müddətinə məhkum olunmuş və 2014-cü ildə azadlığa çıxmışdır. Azadalığa çıxdıqdan dərhal sonra Rusiya Federasiyasından məcburi çıxarış edilmişdir. Həmin vaxtdan bəri İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi 1782 nömrəli evdə məskunlaşıb orada yaşamışdır. Qəsəbə ərazisində metal qəbulu məntəqəsində fəhlə işləmişdir. Hazırda Fizulu rayonu Horadiz qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində fəhlə işləyir. Ayda bir dəfə evə gəlir. Sonuncu dəfə 17 aprel 2024-cü il tarixdə evə gəlmiş, 18 apreldə isə qayıtmışdır. Bir neçə aydır ki, yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Ancaq təbii narkotik vasitə marixuana istifadə edir. Narkotik vasitəni isə tanımadığı şəxslərdən, İmişli rayonu ərazisində pul qarşılığında əldə etmişdir. 06 may 2024-cü il tarixdə saat 19 radələrində Horadiz qəsəbəsindən evə qayıtmış, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazi dairəsində düşmüşdür. Taksi axtarmış, dariəvi yolda atası Cəbrayılı tanıdığı Adəm adlı şəxsi görmüşdür. Adəm “Mercedec” markalı, metallik rəngli maşın sürür. Sonuncudan onu evə İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsinə aparmasını xahiş etmiş, Adəm də qəbul etmişdir. Adəmin yanında bir nəfər də qəsəbə sakini olmuşdur. O, maşına əyləşmiş, ümumi yola çıxdıqlarını, “Səxavət” market adlı mağazaya çatanda o, işi olduğu üçün maşını saxlamağı xahiş etmişdir. Narkotik vasitə alacağını bildirmişdir. O, Bəhrəmtəpə qəsəbəsi ərazisində dairəvi yolda olan zaman tanışı Şahid6 istifadəsində olan nömrəyə zəng edib narkotik vasitə marixuana istədiyini demiş, sonuncu da özündə olduğunu bildirmişdir. O, marixuananı özünün istifadəsi üçün istəmiş, işə gedəndə özü üçün çəkəcəyini bildirmişdir. O, Şahid6 təxmini bir ildir ki, tanıyır. O, İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi ərazisində metal qəbulu məntəqəsində işləyən zaman Əlirza oraya metal gətirən zamandan tanıyır. Münasibəti yaxşı olmuşdur. Bu münasibətdən Əlirzanın marixuana istifadə etdiyini bildiyini qeyd etmişdir. O, Füzuli rayonundan qayıdan sonra özünün istifadəsi üçün marixuana axtarmaq istəmiş, bu zaman yadına Əlirza düşmüşdür. Sonuncunun marixuana istifadə etdiyini bildiyini, həm də kiməsə soraq edib məqsədini yaymaq istəməmişdir. Əlirzaya zəng edib marixuana almaq istədiyini demiş, sonuncu da özündə olduğunu bildirmişdir. O. Adəmin maşını ilə marketin yanına çatanda maşını saxlamağı demiş, maşınla ara yola düşdüklərini, maşını Əlirzanın evinin qarşısında dayandığını, irəlidən gedib dönüb qayıdana kimi Əlirzadan əvvəlcədən sifariş etdiyi marixuananı aldığını bildirmişdir. Bunun üçün Əlirzaya 60 manat pul vermişdir. Pullar qarışıq olmuş, əsasən 5 AZN əskinaslardan ibarət olmuşdur. Altı ədəd büküm olmuş, hər bükümü 10 manata almışdır. Əlirza bükümləri ayrıayrılıqda, ovucunda topa şəkildə ona vermiş və o da cibinə qoymuşdur. Şalvarının sol ön cibinə qoymuşdur. Bükümlər sarımtıl rəngli kağız kəsiklərində olmuşdur. Sonra maşına minib evə tərəf getməyi demişdir. Ümumi yola çatan zaman polis əməkdaşlarının onları saxladığını, maşından düşdüklərini, polis əməkdaşlarının özlərini təqdim etdiyini və İmişli rayon polis şöbəsinin əməkdaşları olmalarını bildirdikləriniq eyd etmişdir. Ona narkotik vasitə gəzdirməkdə şübhəli olmağı deyilmiş, buna görə də İmişli rayon polis şöbəsinə getməyi təklif etdikdə o da razılaşmışdır. Birlikdə İmişli rayon polis şöbəsinə gəldiklərini, həmin vaxt saat təxminən 20 radələri olmasını bildirmişdir. Polis şöbəsində otaqların birində onu dövlət hesabına müdafiəçi ilə təmin edib üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olmağı barədə məlumat daxil olması, bununla bağlı üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri də izah edilmiş, sonra ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olması, varsa çıxarıb təqdim etmək təklif edilmişdir. O da razı olmuşdur. Üzərində olan 6 ədəd narkotik vasitə olan marixuana bükümlərini çıxarıb təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz heç bir şey aşkar edilməmişdir. Ondan şifahi sorğu zamanı həmin narkotik vasitə olan marixuana kütlələrini haradan əldə etməyi barədə soruşulanda İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakini Əlirza adlı şəxsdən 60 manata aldığını demişdir. Əldə etdiyi narkotik vasitəni özü ilə Füzuli rayonuna aparacağını, orada işləyən zaman siqaret kimi çəkib istifadə edəcəyini bildirmişdir. Şahid6 narkotik vasitə marixuana istifadə etdiyini bildiyini, buna görə də sonuncuya zəng etmiş, həm də münasibəti olan şəxs olduğu üçün zəng etmişdir. Əlirza ilə əvvəllər münasibəti olmuş, metal qəbulu məntəqəsində işləyən zaman Əlirza oraya dəmir gətirən zamandan tanımışdır. Münasibəti yaxşı olmuşdur. Amma əvvəllər Əlirzadan pul qarşılığında narkotik vasitə almamış, bu ilk dəfə olmuşdur. Əlirzadan narkotik vasitə alan zaman heç kim görməmişdir. Çünki, o, maşından düşmüş, Əlirza da qapının arxasında onu gözləmiş, o, cəld pulu verib bükümləri alıb cibinə qoymuşdur. Əlirza heç küçədə görünməmişdir. Maşın isə gedib kənardan geri dönüb qayıtmış və maşına minmiş, yola çıxanda da polislər onu saxlamışdır.O, heç vaxt digər növ narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Ancaq təbii narkotik vasitə olan marixuana istifadə etmişdir. Heç vaxt Əlirza ilə birlikdə narkotik vasitə istifadə etməmişdir. Amma Əlirzanın narkotik vasitə marixuana istifadə etməsini bildiyini, çünki, bir ildən artıqdır ki, münasibətləri olmuş, Əlirzanın da onun kimi narkotik vasitə istifadə etməyə görə məhkum olunmasını da bilmişdir. Həmçinin söhbət zamanı da bir-birinin narkotik vasitə olan marixuana istifadə etdiklərini ikisi də bilmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Marixuna bükümlərini izahat verən zaman 10 manata almasını bildirsə də məsuliyyət tədbirindən qorxduğu üçün yanlış izahat vermiş, əslində 60 manat pul vermişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və İmişli rayon polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq olmamış və ya bədənində xəsarət, yaxud xəsarətin izləri olmamışdır. Narkotik vasitə marixuana üçün Şahid6 əsasən 5 AZN pul əskinaslarından ibarət 60 manat pul vermiş, ola bilsin ki, cibində 20 AZN əskinas olmuş, ona görə də ifadəsində verdiyi pullardan birinin həmin əskinas olmasını qeyd etmişdir. Amma verdiyi pulların əksər hissəsinin 5 AZN əskinaslardan ibarət olmasını qeyd etmişdir. Törətmiş olduğu cinayət əməlindən peşmançılığının nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, rəsmi olaraq İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi sakini Təqsirləndirilən şəxs və İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakini Şahid6 xidmət etdiyi İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakinləri kimi tanımış, heç biri ilə münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 06 may 2024-cü il tarixdə icraatına dəqiq, etimad doğuran və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs və Şahid6 İmişli rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması haqqında məlumat daxil olmuşdur. Həmin məlumat müvafiq qaydada İmişli RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra aparılmış yoxlama tədbirləri nəticəsində məlumatda göstərilən şəxslərin xx.xx.1964-cü il ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, məhkum olunmuş və məkumluğu ödənilməmiş, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şahid6 və xx.xx.1971-ci il ildə Füzuli rayonu Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fəhlə işləyən, məhkum olunmamış, İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi ev 182 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatının realizə edilməsi istiqamətində əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Namiq Fərzəliyev, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, İmişli RPŞ-nin X2 baş əməliyyat müvəkkili Əliəddin Miriyev və İmişli RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Kamran Əhmədov daxil edilmişdir. Göstərilən tərkibdə əməliyyat qrupu İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkət etmişdir. Saat 20 radələrində əməliyyat qrupunun üzvləri İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində, yolun kənarında gözləmişdir. Bu zaman alternativ yoldan ümumi yola çıxan “Mercedec Benz” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili gördüklərini, Təqsirləndirilən şəxs da həmin avtomobilin içərisində olması haqqında əvvəlcədən olan əməliyyat məlumatı olduğundan həmin nəqliyyat vasitəsini saxlatmışlar. Orada həmin nəqliyyat vasitəsini sürən şəxsin Təqsirləndirilən şəxs evinə aparan şəxs olması müəyyən olunmuşdur. Həm də daxil olmuş əməliyyat məlumatının realizəsinə uyğun olaraq ancaq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı olduğunu və buna görə də birlikdə İmişli rayon polis şöbəsinə getməli olması izah edilmiş, sonuncu da razılaşmışdır. Həmin saat 21:15də əməliyyat qrupunun üzvləri İmişli RPŞ-yə çatmışdır. Hava qaranlıq, küləkli və yer nəmişli olduğu üçün mümkün olan vaxtda şöbəyə çatdıqlarını, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə İmişli RPŞ-nin inzibati binasında üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına görə şübhələnildiyi izah edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edildikdən sonra video görüntünün müşayəti ilə üzərində şəxsi axtarış hərəkətləri aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet, yaxud narkotik vasitə varsa könüllü təqdim etməsi təklif edilmiş, sonuncu da əynində olan cins şalvarının ön sol cibindən altı ədəd kağız bükümdə narkotik vasitə olan marixuana bükümlərini çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış hərəkətləri davam etdirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş altı ədəd kağız bükümdəki marixuana bükümləri elektron tərəziyə qoyulmuş, kağız parçaları ilə birlikdə 9,1 qram görünmüşdür. Amma marixuana kütlələrinin təmiz çəkisinin müəyyən edilməsi üçün həmin kütlələr təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə marixuana kütlələrini haradan əldə etməsi barədə sual olunduqda İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Şahid6 aldığını bildirmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə zalında elan edilmiş ifadəsində İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Əliyev X4 RPŞ-nin X2 baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Hafis oğlu ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş İmişli RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Hafis oğlu ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakinləri Firəddin və Əlirza adlı şəxsləri şəxsən də olmasa tanıyır. Əlirza Bəhrəmtəpə qəsəbəsində yaşayır, Firəddin isə İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayır. Firəddin əvvəllər həmin qəsəbədə yerləşən metal qəbulu məntəqəsində, indi isə işğaldan azad edilmiş Füzuli rayonunda işləyir. İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Şahid5 Salamət oğlunu da tanıyır, həmkəndlisi və qonşusudur. Dağıstanla 06 may 2024-cü il tarixdə 20 radələrində onun idarə etdiyi “Mercedec Benz” markalı, 90- -351 dövlət qeydiyyat nişanlı, metallik rəngli avtomobil ilə yaşadıqları kənddən ümumi yola, “Dostlar” marketin qarşısından qəsəbənin mərkəzinə “plastion” oynamağa getdiklərini, yolda olarkən Firəddinin istifadəsində olan ***-***-**-** saylı nömrə ilə ona zəng edib Yeni Bəhrəmtəpə qəsəbəsinə aparmasını bildirmişdir. Bəhrəmtəpə qəsəbəsinin mərkəzinə, dairəvi yola gəldiyini, oradan Firəddini maşına götürdüyünü, Dağıstanın ön sərnişin oturacağında əyləşməsini, sonra düşüb Firəddinə yol verdiyini və arxa oturacaqda əyləşdiyini bildirmişdir. Ümumi yolda, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində “Səxavət” market adlı mağazanın qarşısına çatanda Firəddin ona maşını həmin yerdə saxlamasını, ara yola salmasını, işi olmasını demişdir. Dağıstan hələ Firəddinə bir az tez olmasını, işləri olduğunu demişdir. Həmin ara yola düşdüklərini və təxmini iki yüz metr gedəndən sonra maşını saxladıqlarını, Firəddinin maşını Əlirza adlı şəxsin evinin qarşısında saxlamağı deməsini, maşından düşdüyünü, o da gedib irəlidən dönüb qayıtdığnı bildirmişdir. Qayıdanda Firəddin yenidən maşına minmiş və ümumi yola çıxan zaman polis əməkdaşları maşını saxlatdırmışdır. Bundan sonra Firəddinin üzərində narkotik vasitə olmasını öyrənmiş, İmişli rayon polis şöbəsində isə Firəddinin maşını həmin ara yola sürdürüb Əlirzadan narkotik vasitə almasını öyrənmişdir. Əlirzanı küçədə görmədiklərini, maşını irəlidən döndərib qayıdana kimi Firəddinin də qapının qarşısında gözlədiyini, maşına götürdüyünü və ümumi yola çıxan kimi polis əməkdaşlarının onları saxladıqlarını, həmin narkotik vasitənin ona heç bir aidyyatı olmadığını, sadəcə plastion oynamağa getdiklərini, Firəddinin ona olan zəngindən sonra maşına götürdüyünü bildirmişdir. Firəddinin getdiyi və Əlirzanın yaşadığı ev həmin döngənin başlanğıcından iki yüz metr aralıda yerləşir. O, Firəddinin işini tez bitirməsi üçün maşını ara yola salmışdır. Əlirzanı tanımır. Firəddinin isə belə əməli olması haqqında heç vaxt məlumatı olmamışdır. İmişli rayon polis şöbəsinə gətirilən zaman və orada olan zaman fiziki zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid4 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid6 elan olunmuş ifadəsindən görünür ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə 04 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ayağında nəzarət qolbağı olmuşdur. Cəzanın icrası yaşadığı Bakı şəhəri Buzovna qəsəbəsi üzrə İcra probasiya xidmətinə həvalə edilsə də sonradan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinə köçməyi ilə bağlı İmişli rayonu İcra Probasiya Xidmətinə həvalə edilmişdir. O, 1990-cı ilin əvvəllərindən təbii narkotik vasitə olan marixuana istifadə edir. Başqa heç bir növ narkotik vasitə istifadə etməmişdir. Özünə lazım olan narkotik vasitə marixuananı isə Bakı şəhərindən tanımadığı şəxslərdən almışdır. Yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuana kütlələrini isə qəsəbə ərazisindən tapmışdır. Bir həftə əvvəl Bəhrəmtəpə qəsəbəsi ərazisində olan avtobus dayanacağının arxasında olan ayaqyoluna gedən zaman orada yerdə sellofan torba görmüş və təpiklə vurub içində bərk kütlə olmasını görmüş, içini açıb marixuana olmasını görmüşdür. Özü də istifadə etdiyi üçün götürüb evinə gətirmişdir. İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs tanıyır, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Firəddin İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi ərazisində metal qəbulu məntəqəsində işləmişdir. Firəddinin onun narkotik vasitə istifadə etməsini bildiyini, onun da Firəddinin marixuana istifadə etməsini bildiyini qeyd etmişdir. Bu barədə söhbətləri olmuşdur. 06 may 2024-cü il tarixdə, saat 19 radələrində Firəddin ona zəng edib marixuana istədiyini demiş, o da düzələcəyini demişdir. Bir qədər sonra Firəddin gəlmiş və o, qabaqcadan aralarında olan razılaşmaya görə həyət qapısının qarşısında ona 6 ədəd büküm vermişdir. Hər bükümü 10 manata satmaqla 60 manat pul almışdır. Pullar bir ədəd 20 AZN, qalanı isə 5 manatlıq manatlıq əskinaslardan ibarət olmuşdur. Həmin 60 manat pul da üzərində olmuş və təqdim etmişdir. Sonra Firəddin çıxıb getmişdir. Marixuana kütləsini tapan zaman topa, açıq şəkildə olmuş, evinə gətirib bükümləmişdir. Marixuana üçün elektron tərəziyə ehtiyac olmadığını, gözəyarı şəkildə bükümlərə yığdığını bildirmişdir. O, bükümləri Firəddin ona zəng etdikdən sonra hazırlamışdır. Firəddin ondan altı büküm istədiyi üçün belə etmişdir. Firəddindən aşkar edilən marixuana bükümlərini özü satdığı üçün həmin evində aşkar edilən kağız parçasına bükmüşdür. Həmin kağızdandır. O, kağızdan xırda kəsib marixuananı kəsiyin arasına yığmışdır. Bundan əvvəl heç kimə narkotik vasitə satmamış, ancaq 06 may 2024-cü il tarixdə qeyd etdiyi şəkildə Firəddinə satmışdır. İstifadəsində ***- ***-**-** saylı mobil nömrə olmuşdur. İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Kamran Əhmədova izahat verərkən Təqsirləndirilən şəxs siqaret pulu olaraq 10 manat pul aldığını, verdiyi narkotik vasitə marixuana kütlələri üçün pul almadığını məsuliyyətdən qorxduğu üçün demişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və İmişli rayon polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq və ya bədənində xəsarət, yaxud xəsarətin izləri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:52 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28-29); şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2024-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, narkotik vasitə və ya predmet olması, varsa təqdim etməsi təklif edilmiş, sonuncu da üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Əynində olan göy rəngli cins şalvarının sol cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi olan 6 ədəd qəhvəyi rəngdə kağız bükümləri təqdim edərək həmin bükümləri 06 may 2024-cü il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Şahid6 almasını bildirmişdir. Şəxsi axtarış davam etdirilsə də Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr dəqiq çəkisi və tərkibi müəyyən edilməsi üçün ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılmış, zərin üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı video görüntüdən istifadə edilmişdir. (i.v. 31-32); 08 may 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və Şahid6 arasında olan üzləşdirmə zamanı Şahid6 60 manat pul qarşılığında 6 ədəd bükümdə narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs satmasını, bu etirafedici ifadəsi ilə bağlı heç bir zorakılığa məruz qalmadığını, sonuncu isə 60 manat pul qarşılığında 6 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana kütləsini Şahid6 almasını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-18/473 nömrəli 07 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs imza...” sözləri və imzalar olan kazğız paketdə 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-1,33 qram, 0,92 qram, 0,52 qram, 1,27 qram, 1,64 qram, 1,26 qram, ümumi çəkisi-6,94 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. (i.v. 72-75); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 may 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 119-120); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçmək haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 151-152); bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, CD disk ağ rənglidir, üzərində 7723 rəqəmi yazılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs adına ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin, Şahid6 adına ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrənin və ***-***-**-** saylı mobil nömrələrin olması, Şahid4 adına ***-***- **-** saylı və ***-***-**-** saylı mobil nömrələrin olması, Şahid5 adına isə ***-***-**- ** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Baxış zamanı qeyd edilən nömrələrin heç birində iş üçün əhəmiyyət kəsb edən sms mətni aşkar edilməmişdir. Həmçinin bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Füzuli rayonu Horadiz qəsəbəsi ərazisindən, həmin gün saat 19 radələrində isə İmişli rayonu Xubyarlı kəndi ərazisində telefon əlaqələrinin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində isə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində telefon əlaqələrinin olması müəyyən edilmişdir. (i.v. 233); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 216); İmişli rayon İcra Hakimiyyətinin başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 210); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 21 iyun 2024-cü il tarixli, 4318 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 72-77); Sübutların qiymətləndirilməsi haqqında 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona yeni məzmunda ittiham elan dilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid6 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi şahid ifadəsi qismində qəbul edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2024-cü il tarixli, üzləşdirmə keçirilməsi haqqında protokollar, baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının 7 iyun 2024-cü İİ tarixli 18/473 nömrəli, əlavə məhkəmə-bioloji ekspertizasının 7 iyun 2024-cü il tarixli 7/828 nömrəli və təkbaşına məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2024-cü il tarixli 4318 nömrəli rəyləri, şəxsi axtarış və götürmə protokoluna, baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD disklər, "xxxx" MMCdən daxil olmuş CD disk sübut növü kimi qiymətləndirilsin, Təqsirləndirilən şəxs aşkar edilmiş 6,94 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 6,82 qram təmiz çəkisi maddi sübut kimi tanınsın və və İmişli RPŞnin “Maddi sübutların saxlanması otağına” təhvil verilməsi qərara alınmışdır. (i.v. 277-286); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v. 288); Məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, narkotik vasitə və ya predmet olması, varsa təqdim etməsi təklif edilmiş, sonuncu da üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Əynində olan göy rəngli cins şalvarının sol cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi olan 6 ədəd qəhvəyi rəngdə kağız bükümləri təqdim edərək həmin bükümləri 06 may 2024-cü il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Şahid6 almasını bildirmişdir. Şəxsi axtarış davam etdirilsə də Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr dəqiq çəkisi və tərkibi müəyyən edilməsi üçün ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılmış, zərin üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında baxış keçirilmiş üzləşdirmə aparılması haqqında protokola əlavə edilmiş diskdə olan video görüntüdən görünür ki, İş üzrə Təqsirləndirilən şəxs və Şahid6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid6 60 manat pul qarşılığında 6 ədəd bükümdə narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs satmasını, bu etirafedici ifadəsi ilə bağlı heç bir zorakılığa məruz qalmadığını, sonuncu isə 60 manat pul qarşılığında 6 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana kütləsini Şahid6 almasını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 6,94 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 06 may 2024-cü il tarixdən 08 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6.94 qram olan, tədqiqatdan sonra qalıq qalmış 6.82 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 101.95 (bir yüz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi, ev 182 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdən 08 may 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi, ev 182 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 06 ədəd bükümdə ilkin təmiz çəkisi 6.94 qram olan, tədqiqatdan sonra qalıq qalmış 6.82 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 101.95 (bir yüz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar