Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-63/2023 19.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1957-ci ildə İmişli rayonu Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, "xxxx" MMC-nin (VÖEN: **********) direktoru vəzifəsində işləyən, İmişli şəhəri, Mil küçəsi ev 42-də və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 179.2.1, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri илə təqsirləndirilməsinə və "xxxx" MMC-nin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası CMnın 308.2 və 313-cü maddələri ilə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 08 fevral 2012-ci il tarixli qərarla təsis edilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan, hüquqi ünvanı İmişli rayonu, Ağammədli kəndi olan "xxxx" MMC üzrə (VÖEN: **********) 24 fevral 2012-ci il tarixli, 01 nömrəli əmrə əsasən, həmin Cəmiyyətlərin direktoru olmaqla 08 fevral 2012-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 iyul 2018-ci il tarixli 90-k nömrəli əmrinə əsasən həmin tarixdən İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi 91 ünvanında fəaliyyət göstərən İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilməklə, həmin Xəstəxananın 29 noyabr 2019-cu il tarixdə X18 çevrilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ üzrə 27 fevral 2020-ci il tarixli 47-1 nömrəli əmrə əsasən həmin tarixdən “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsinə keçirilməklə 01 iyun 2021-ci il tarixə kimi həmin vəzifədə işləmiş, ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş X4 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü, habelə rəhbərlik etdiyi hüquqi şəxs "xxxx" MMC üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olmaqla dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış və 2018-2019-cu illərdə İmişli rayon Mərkəzi Xəstəxanası və tabe tibb müəssisələrində 282230 “Əsaslı təmir xərci” və 221320 “Cari təmir xərci” xərc yarımmaddələri üzrə işlərin və xidmətlərin satınalınması üçün nəzərdə tutulmuş və onlara etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq, habelə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib tamah niyyəti ilə bilə-bilə yalan məlumatları rəsmi sənədlərə və rəsmi informasiya resursuna daxil etmək məqsədilə aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq, 2018-2019-cu illəri əhatə edən dövr ərzində həmin xərc yarımmaddələri üzrə satınalma müqavilələri ilə onlara həvalə edilmiş öhdəlikləri icra etməmək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.etaxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə daxil olaraq elektron qaimələr tərtib etməklə satınalınması nəzərdə tutulan işlərin və xidmətlərin İmişli rayon Mərkəzi Xəstəxanasına tam təhvil verilməsinə dair informasiya resursuna və rəsmi sənəd olan 2 saylı forma aktlarına bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edib alqı-satqı münasibətləri görüntüsü yaratmaq, bununla da onlara etibar edilən pul vəsaitlərini müvafiq hesaba köçürərək nağdlaşdırmaqla bir hissəsini kotirovka sorğusunun məqsədlərinə uyğun sərf edib, qalan hissəsini aralarında bölərək, o cümlədən, cinayətkar qrupun üzvü Eynulla Qasımovun “Dövlət satınalmaları haqqında” 27 dekabr 2001-ci il Qanununun tələblərinə zidd olaraq “Tender komissiyasının yaradılması haqqında” 05 dekabr 2018-ci il tarixli 922(26) nömrəli əmrlə təşkil edilmiş komissiya üzvlərinin iştirakı təmin edilmədən, satınalma prosedurları keçirilmədən satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətinin 37.560 manat olduğu “İmişli rayon Qızılkənd kənd xəstəxanasında əsaslı təmir işləri” (282230) xərc yarımmaddəsi üzrə elan edilmiş kotirovka sorğuları üzrə qalib elan edilməsinə dair 18 dekabr 2018-ci il tarixli, satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətinin 20.400 manat olduğu “Cari təmir” (221320) xərc yarımmaddəsi üzrə elan edilmiş kotirovka sorğuları üzrə qalib elan edilməsinə dair 19 aprel 2019-cu il tarixli və satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətinin 37.610 manat olduğu “İmişli rayon Muradxanlı kənd xəstəxanasında əsaslı təmir işləri” (282230) xərc yarımmaddəsi üzrə elan edilmiş kotirovka sorğuları üzrə qalib elan edilməsinə dair 03 oktyabr 2019-cu il tarixli yekun protokolların nəticələrinin qanuniliyi görüntüsü yaratmaq məqsədilə həmin protokolları imzalamalarına dair cinayətdən xəbərsiz olan tender komissiyasının rəhbəri Şahid1 və komissiyanın digər üzvlərinə göstəriş verməklə, həmin protokollar əsasında İmişli rayon Mərkəzi Xəstəxanası ilə arasında cinayətkar qrupun üzvü Eynulla Qasımovun öz imzası və Xəstəxananın “İmişli Mərkəzi Rayon Xəstəxanası” yazıları və Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq edilmiş müvafiq olaraq 25 dekabr 2018-ci il tarixli, 02 iyul 2019-cu il tarixli, 15 oktyabr 2019-cu il tarixli işlər və xidmətlər üzrə satınalma müqavilələri bağlanmış, özünün təsis etməklə təkbaşına rəhbərlik etdiyi "xxxx" MMC-yə məxsus gücləndirilmiş elektron imza vasitəsilə istintaqla müəyyən edilməyən ünvanda quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüterdən istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə daxil olaraq 25 dekabr 2018-ci il tarixli, EAAO 644982 nömrəli elektron qaiməyə İmişli rayon Qızılkənd kənd xəstəxanasında “Əsaslı təmir xərci” (282230) xərc yarımmaddəsi üzrə 37.249 manat dəyərində işlərin təhvil verilməsinə dair, 02 iyul 2019-cu il tarixli, EAAW 575005 nömrəli və 05 sentyabr 2019-cu il tarixli, EAAZ 478106 nömrəli elektron qaiməyə İmişli rayon Mərkəzi Xəstəxanasında “Cari təmir xərci” (221320) xərc yarımmaddəsi üzrə cəmi 20.140 manat dəyərində işlərin təhvil verilməsinə dair və 21 oktyabr 2019-cu il tarixli, EBAB 426838 nömrəli elektron qaiməyə İmişli rayon Muradxanlı kənd xəstəxanasında “Əsaslı təmir xərci” (282230) xərc yarımmaddəsi üzrə 37.199,82 manat dəyərində işlərin təhvil verilməsinə dair informasiya resursuna, habelə özünün imzası, rəhbərlik etdiyi Cəmiyyətin "xxxx" yazıları olan dairəvi möhürü, cinayətkar qrupun üzvü Eynulla Qasımovun imzası və həmin Xəstəxananın “İmişli Mərkəzi Rayon Xəstəxanası” yazıları və Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq edilməklə rəsmi sənəd hesab edilən yerinə yetirilən işlər haqqında forma 2 aktlarına biləbilə yalan məlumatları vahid tamah niyyətilə daxil edildikdən sonra, cinayətkar qrupun üzvü Eynulla Qasımov həmin saxta elektron qaimələr əsasında dövlət büdcəsindən həmin Cəmiyyətin "xxxx" MMC-nin İmişli rayon poçt filialındakı AZ48AZPO******************** nömrəli hesabına 26 dekabr 2018-ci il tarixli, 1101 nömrəli, 03 iyul 2019-cu il tarixli, 5096 nömrəli, 06 sentyabr 2019-cu il tarixli, 7116 nömrəli və 23 oktyabr 2019-cu il tarixli, 8308 nömrəli ödəniş tapşırıqları əsasında 94.588,81 manat məbləğində pul vəsaitini qeyd edilən saxta əsaslarla köçürüb həmin pul vəsaitinin özü tərəfindən istintaqla dəqiq müəyyən edilməyən tarixdə nağdlaşdırılmaqla əldə edilməsinə nail olaraq həmin pul vəsaitinin 50.299,29 manat məbləğində hissəsini satınalma məqsədləri üçün istifadə edib cinayətkar niyyətini həyata keçirib həmin pul vəsaitindən İmişli rayon Qızılkənd kənd xəstəxanasında “Əsaslı təmir xərci” (282230) xərc yarımmaddəsi üzrə təmir-tikinti işlərinin icrası üçün nəzərdə tutulmuş 19.416 manat, İmişli rayon Mərkəzi Xəstəxanasında “Cari təmir xərci” (221320) xərc yarımmaddəsi üzrə təmir-tikinti işlərinin icrası üçün nəzərdə tutulmuş 730 manat, İmişli rayon Muradxanlı kənd xəstəxanasında “Əsaslı təmir xərci” (282230) xərc yarımmaddəsi üzrə təmir-tikinti işlərinin icrası üçün nəzərdə tutulmuş 24.153,62 manat olmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olan və onlara etibar edilmiş cəmi 44.299,62 manat pul vəsaitini ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş Eynulla Qasımovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talayıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etmiş, həmin hərəkətləri ilə dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış pul vəsaitlərinin dövlətin bu sahədə fəaliyyət məqsədlərinə uyğun sərfi və vəsaitdən səmərəli istifadə edilməsi, qorunması üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi informasiya resursuna və rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nın 179.2.1, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC 08 fevral 2012-ci il tarixli qərarına əsasən özü tərəfindən təsis edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində həmin tarixdə qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Təsisçi kimi özünün 24 fevral 2012-ci il tarixli, 01 nömrəli əmrinə əsasən həmin Cəmiyyətin direktoru vəzifəsinə özü təyin edilməklə, Cəmiyyətin fəaliyyətinə təkbaşına rəhbərliyi həyata keçirmişdir. Həmin Cəmiyyətin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 8 fevral 2012-ci il tarixdə təsdiq edilmiş nizamnaməsinə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik onun icra orqanı və ya qanuni təmsilçilik funksiyalarına malik olan direktoru tərəfindən həyata keçirilir. Həmin Cəmiyyətin fəaliyyəti öz ixtisasına uyğun olaraq təmir-tikinti işlərinin həyata keçirilməsindən ibarət olmuşdur. Bu məqsədlə müxtəlif dövlət satınalmalarında iştirak etməklə qalib olaraq İmişli rayonu ərazisində fəaliyyət göstərən müəssisələrlə müqavilələr bağlamış və müqavilələr üzrə öhdəliklərini icra etmişdir. X2 İmişli Rayon Mərkəzi Xəstəxanasında həkim işlədiyi dövrdən tanımışdır. Daha sonra sonuncu yaşamaq üçün Bakı şəhərinə köçmüş, 2018-ci ilin iyul ayında İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilmişdir. Onun təmir-tikinti işləri ilə məşğul olması Eynulla Qasımova əvvəlcədən məlum olmuşdur. Sonuncu qeyd edilən vəzifəyə təyin edildikdən sonra onu qəbuluna dəvət edərək həmin Xəstəxananın əsaslı və cari təmir işlərini ona həvalə edəcəyini, satınalmalarda qalib ediləcəyini, bağlanmış müqavilələr üzrə işlərin bir qismini özünün icra edəcəyini, qalan hissəsi üzrə hesabına köçürülmüş pul vəsaitini nağdlaşdıraraq özünə verməli olduğunu bildirmiş və o, Eynulla Qasımovun təklifi ilə razılaşmışdır. İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən 12 dekabr 2018-ci il tarixdə elan edilmiş işlərin ehtimal edilən qiymətinin 37.560 manat olduğu və satınalma predmetini 282230 xərc yarımmaddəsi üzrə “İmişli rayon Qızılkənd xəstəxanasında əsaslı təmir işləri” təşkil edən satınalmada iştirak etmək üçün zəruri olan sənədləri Eynulla Qasımova təqdim etmişdir. Qeyd edilən satınalma üzrə 18 dekabr 2018-ci il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən təsisçisi və direktoru olduğu "xxxx" MMC 37.248,99 manat kotirofka təklifi ilə satınalmanın qalibi elan edilmişdir. Bununla əlaqədar İmişli Rayon Mərkəzi Xəstəxanası ilə "xxxx" MMC arasında 25 dekabr 2018-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.Qeyd edilən satınalma müqaviləsi üzrə 37.249 manat dəyərində işlərin icra edilməsinə dair EAAO 644982 nömrəli, 25 dekabr 2018-ci il tarixli elektron qaimə özü tərəfindən tərtib edilmiş və 26 dekabr 2018ci il tarixli 1101 nömrəli ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" MMC-nin İmişli rayon filialındakı AZ48AZPO******************** nömrəli hesabına 37.248,99 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Bundan başqa İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən 11 aprel 2019-cu il tarixdə elan edilmiş işlərin ehtimal edilən qiymətinin 20.400 manat olduğu və satınalma predmetini 221320 xərc yarımmaddəsi üzrə “cari təmir işləri” təşkil edən satınalmada iştirak etmək üçün zəruri olan sənədləri Eynulla Qasımova təqdim etmişdir. Qeyd edilən satınalma üzrə 19 aprel 2019-cu il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən təsisçisi və direktoru olduğu "xxxx" MMC 20.140 manat kotirofka təklifi ilə satınalmanın qalibi elan edilmişdir. Bununla əlaqədar İmişli Rayon Mərkəzi Xəstəxanası ilə "xxxx" MMC arasında 02 iyul 2019-cu il tarixli satınalma müqaviləsi imzalanmışdır. Qeyd edilən satınalma müqaviləsi üzrə 14.000 manat dəyərində işlərin icra edilməsinə dair EAAW 575005 nömrəli, 02 iyul 2019-cu il tarixli və 6.140 manat dəyərində işlərin icra edilməsinə dair EAAZ 478106 nömrəli, 05 sentyabr 2019-cu il tarixli elektron qaimələr özü tərəfindən tərtib edilmiş və 03 iyul 2019-cu il tarixli 5096 nömrəli ödəniş tapşırığı əsasında 14.000 manat, 06 sentyabr 2019-cu il tarixli 7116 nömrəli ödəniş tapşırığı əsasında 6.140 manat pul vəsaiti "xxxx" MMC-nin "xxxx" MMC-nin İmişli rayon filialındakı AZ48AZPO******************** nömrəli hesabına köçürülmüşdür. Bundan başqa İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən 01 oktyabr 2019-cu il tarixdə elan edilmiş işlərin ehtimal edilən qiymətinin 37.610 manat olduğu və satınalma predmetini 282230 xərc yarımmaddəsi üzrə “Muradxanlı kənd xəstəxanasında əsaslı təmir işləri” təşkil edən satınalmada iştirak etmək üçün zəruri olan sənədləri Eynulla Qasımova təqdim etmişdir. Qeyd edilən satınalma üzrə 03 oktyabr 2019-cu il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən təsisçisi və direktoru olduğu "xxxx" MMC 37.199,82 manat kotirofka təklifi ilə satınalmanın qalibi elan edilmişdir. Bununla əlaqədar İmişli Rayon Mərkəzi Xəstəxanası ilə "xxxx" MMC arasında 15 oktyabr 2019-cu il tarixli satınalma müqaviləsi imzalanmışdır. Qeyd edilən satınalma müqaviləsi üzrə 37.199,82 manat dəyərində işlərin icra edilməsinə dair EBAB 426838 nömrəli, 21 oktyabr 2019-cu il tarixli elektron qaimə özü tərəfindən tərtib edilmiş və 23 oktyabr 2019-cu il tarixli 8308 nömrəli ödəniş tapşırığı əsasında 37.199,82 manat pul vəsaiti "xxxx" MMCnin "xxxx" MMC-nin İmişli rayon filialındakı AZ48AZPO******************** nömrəli hesabına köçürülmüşdür. Qeyd edilən işlərin yerinə yetirilməsinə dair Forma-2 hesabatları özü tərəfindən tərtib edilərək Eynulla Qasımova təqdim edilsə də, qeyd edilən sənədlərdə göstərilən işlər tam həcmdə icra edilməmişdir. Qeyd edilən satınalma müqavilələri üzrə ona həvalə edilmiş işlərin icra edilməsi üçün özünün vəsaiti olmadığından, Eynulla Qasımovla razılaşmalarına əsasən satınalma müqavilələri bağlandıqdan dərhal sonra işlər icra edilməsə də, Forma-2 aktları və elektron qaimələr tərtib edilmiş, ödəniş tapşırıqları əsasında pul vəsaitləri rəhbəri olduğu Cəmiyyətin hesabına köçürülmüşdür. Belə ki, Eynulla Qasımovun göstərişinə əsasən qeyd edilən üç satınalma üzrə "xxxx" MMC-nin hesabına köçürülmüş cəmi 94.588,81 manat pul vəsaitinin 44.300 manat hissəsi özü tərəfindən nağdlaşdırılmaqla Eynulla Qasımova təqdim edilmiş, qalan 50.288,81 manat dəyərində işlər icra edilmiş və Eynulla Qasımovla qabaqcadan olan razılaşmalarına əsasən qeyd edilən həcmdə işlərin icrası ilə əlaqədar 10% məbləğdə yəni, 5.000 manat məbləğdə pul vəsaitini özünə qazanc kimi götürmüşdür. 44.300 manat məbləğdə pul vəsaitini Eynulla Qasımovun nəyə xərcləməsi və hansı qaydada sərf etməsi barədə heç bir məlumatı olmamışdır. Sonuncu Forma-2 hesabatlarında qeyd edilsə də, icra olunmamış işləri özünün icra edəcəyini bildirmişdir. Nağdlaşdırdığı pul vəsaitindən Muradxanlı və Qızılkənd kənd xəstəxanalarının rəhbər vəzifəli şəxslərinə, habelə Eynulla Qasımovdan başqa qeyrisinə pul vəsaiti verməmişdir. Hazırda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə dəymiş maddi ziyan tam ödənilmiş, zərəçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Eyni zamanda bildirir ki, gələcəkdə bir daha belə hallara yol verməyəcək və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin sığortanın təşkili və innovasiya şöbəsinin müdiri vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, İmişli rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi, mərhum Eynulla Qasımovun 5 dekabr 2018-ci il tarixli, 922(26) nömrəli əmri ilə yaradılmış tender komissiyasının sədri təyin edilmişdir. X12 və tender komissiyasının digər üzvlərinə satınalmalarda konkret hüquqi şəxslərin qalib elan edilməsinə dair göstəriş vermişdir. İmişli rayonu üzrə Maliyyə İdarəsinin sabiq rəisi Rəhim Rəhimov ona satınalmaların nəticələrinə dair hər hansı göstəriş verməmişdir. Satınalmalar yalnız kağız üzərində keçirilmiş, formal olaraq sənədləşdirmə işləri aparılmışdır. İş üzrə şahid “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən həmin Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və hazırki dövrədək həmin vəzifədə işləyir. Lakin 2015-2022-ci illəri əhatə edən dörv ərzində Muradxanlı kənd xəstəxanasının baş həkimi vəzifəsinin icrası ona həvalə edilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən 01 oktyabr 2019-cu il tarixdə işlərin ehtimal edilən qiymətinin 37.610 manat olduğu və satınalma predmetini 282230 xərc yarımmaddəsi üzrə “Muradxanlı kənd xəstəxanasında əsaslı təmir işləri” təşkil edən satınalma elan edilmişdir. Qeyd edilən satınalmanın keçirilməsində iştirak etməmişdir. Qeyd edilən satınalma üzrə 03 oktyabr 2019-cu il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən "xxxx" MMC 37.199,82 manat kotirofka təklifi ilə satınalmanın qalibi elan edilmişdir. Bununla əlaqədar İmişli Rayon Mərkəzi Xəstəxanası ilə "xxxx" MMC arasında 15 oktyabr 2019-cu il tarixli satınalma müqaviləsi imzalanmışdır. Müqavilə bağlandıqdan az müddət keçmiş, elə 2019-cu ilin oktyabr ayında müqavilə üzrə işlər icra edilmədiyi halda Eynulla Qasımov ona Forma-2 aktını təqdim edərək imzalamasını və Muradxanlı kənd xəstəxanasının möhürü ilə təsdiq etməsini bildirsə də, ilkin olaraq həmin sənədi imzalamaqdan imtina etmişdir. Belə ki, hələ xəstəxanada heç bir işlər icra edilmədiyi halda, qeyd edilən forma 2 aktında 37.199,82 manat dəyərində işlərin "xxxx" MMC tərəfindən icra edildiyi qeyd edilmişdir. Lakin daha sonra həmin Xəstəxanada təmir işləri başlanmış və işin çox hissəsi icra edilmişdir. Bununla əlaqədar Eynulla Qasımov onu öz qəbuluna dəvət edərək forma 2 aktının imzalanmasının zəruri olduğunu bildirib, qalan işlərin də icra ediləcəyini vəd etdiyinə görə onun vədinə inanaraq həmin forma 2 aktını imzalamış və Muradxanlı kənd xəstəxanasının möhürü ilə təsdiq etmişdir. Buna baxmayaraq Eynulla Qasımov vədinə əməl etməmiş, qeyd edilən forma 2 aktında göstərilən işlər tam icra edilməmişdir. Daha sonra 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X14 Xidməti tərəfindən Muradxanlı kənd xəstəxanasında qeyd edilən satınalma müqaviləsi əsasında "xxxx" MMC tərəfindən həyata keçirilmiş təmir işləri yoxlanılarkən müəyyən edilmişdir ki, 24.153,62 manat dəyərində işlər icra edilməmişdir. "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsla heç bir şəxsi münasibəti olmamış, nə Təqsirləndirilən şəxs, nə də, X8 kənd xəstəxanasının təmiri adı ilə nağdlaşdıraraq ələ keçirdikləri pul vəsaitlərinin hər hansı bir hissəsini ona verməmişlər. İş üzrə şahid “İmişli Mərkəzi Rayon Xəstəxanası” PHŞ-in Qızılkənd ASM-in müdiri vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 1987-ci ildən Qızılkənd həkim məntəqəsinin müdiri, 2000-2020-ci illərdə Qızılkənd kənd xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, sonradan struktur dəyişikliyi ilə əlaqədar Qızılkənd ASM-in müdiri təyin edilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən 12 dekabr 2018-ci il tarixdə işlərin ehtimal edilən qiymətinin 37.560 manat olduğu və satınalma predmetini 282230 xərc yarımmaddəsi üzrə “İmişli rayon Qızılkənd xəstəxanasında əsaslı təmir işləri” təşkil edən satınalma elan edilmişdir. Qeyd edilən satınalmanın keçirilməsində iştirak etməmişdir. Qeyd edilən satınalma üzrə 18 dekabr 2018-ci il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən "xxxx" MMC 37.248,99 manat kotirofka təklifi ilə satınalmanın qalibi elan edilmişdir. Bununla əlaqədar İmişli Rayon Mərkəzi Xəstəxanası ilə "xxxx" MMC arasında 25 dekabr 2018-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır. Bir müddət sonra işlərin mühüm hissəsi icra edilmiş və Eynulla Qasımov ona keçmiş tarixə, yəni 2018-ci ilin dekabr ayında tərtib edilmiş Forma-2 aktını təqdim edərək imzalamasını və Qızılkənd kənd xəstəxanasının möhürü ilə təsdiq etməsini bildirsə də, həmin aktda qeyd edilən bütün işlər icra edilmədiyinə görə həmin sənədi imzalamağa bir qədər tərəddüd etmişdir. Belə ki, hələ xəstəxanada heç bir işlər icra edilmədiyi halda, qeyd edilən forma 2 aktında 37.249 manat dəyərində işlərin "xxxx" MMC tərəfindən icra edildiyi qeyd edilmişdir. Eynulla Qasımov hazırda təmir işlərinə görə pul vəsaitlərinin köçürülməsi üçün həmin sənədi imzalamasının zəruri olduğunu, pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürüldükdən sonra işlərin qalan hissəsinin də icra ediləcəyini bildirdiyindən, o, Eynulla Qasımovun vədlərinə inanaraq həmin forma 2 aktını imzalamış və Qızılkənd kənd xəstəxanasının möhürü ilə təsdiq etmişdir. Buna baxmayaraq Eynulla Qasımov vədinə əməl etməmiş, qeyd edilən forma 2 aktında göstərilən işlər tam icra edilməmişdir. Bununla əlaqədar Eynulla Qasımova dəfələrlə müraciət edərək işləri icra etməsini xahiş etsə də, sonuncu onun xahişlərinə məhəl qoymamışdır. Daha sonra 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X14 Xidməti tərəfindən Qızılkənd kənd xəstəxanasında qeyd edilən satınalma müqaviləsi əsasında "xxxx" MMC tərəfindən həyata keçirilmiş təmir işləri yoxlanılarkən müəyyən edilmişdir ki, 19.416 manat dəyərində işlər icra edilməmişdir."xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsla heç bir şəxsi münasibəti olmamış, nə Təqsirləndirilən şəxs, nə də, X11 kənd xəstəxanasının təmiri adı ilə nağdlaşdıraraq ələ keçirdikləri pul vəsaitlərinin hər hansı bir hissəsini ona verməmişlər. İşdə olan AR MN X14 Xidməti tərəfindən verilmiş 04 noyabr 2020-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X14 Xidmətinin 09 sentyabr 2020-ci il tarixli MN seriyalı ********* nömrəli vəsiqəsinə əsasən Xidmətin baş məsləhətçi-nəzarətçi müfəttişi X3 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlyi Xidmətinin 04 avqust 2020-ci il tarixli 7/2985 nömrəli məktubunun və DTX-nin İstintaq baş idarəsinin 04 avqust 2020-ci il tarixli qərarının icrası olaraq 12 aprel 2012-ci il tarixdən 05 may 2020-ci il tarixə kimi olan dövrdə İmişli Mərkəzi Rayon Xəstəxanasının bina və qurğularının əsaslı və cari təmirinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması tapşırılmışdır. Yoxlanılan dövrdə Mərkəzi Rayon Xəstəxanasının səhiyyə müəssisələrinin təmirində "xxxx" MMC tərəfindən 2018-2019-cu illərdə 94.589,00 manat dəyərində podrat üsulu ilə cari və əsaslı təmir işləri yerinə yetirilmiş və dəyəri tam ödənilmişdir. "Xanlar Aysu” MMC-nin 2018-2019-cu illərdə (ayın tarixi 2 saylı formalarda göstərilməmişdir) səhiyyə müəssələrinin təmirində yerinə yetirdiyi 94.589,00 manat dəyərində təmir-tikinti işləri sənədli və seçmə üsulu ilə nəzarət ölçü qaydada yoxlanılmış, nəticədə iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, yerinə yetirilmiş işlərin dəyərinin cəmi 44.300,00 manat artırıldığı müəyyən edilmişdir. ( c.i. cild 1 , səh: 171-173) İşdə olan AR ƏNn Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, 9/907-10/859 nömrəli ekspert rəyinə əsasən İmişli rayon Mərkəzi Rayon Xəstəxanasının bina və qurğularının təmirində yerinə yetirilmiş təmir-tikinti işləri həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, yerinə yetirilmiş işlərin dəyərlərinin “Xanlar Aysu" MMC üzrə 44.300 manat artırıldığı müəyyən edilmişdir. (c.i.cild 2, səh: 16-62) İşdə olan satınalmalara dair sənədlərdən görünür ki, “İmişli rayon Qızılkənd kənd xəstəxanasında əsaslı təmir işləri” (282230) xərc yarımmaddəsi üzrə kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 18 dekabr 2018-ci il tarixli yekun protokoluna əsasən qeyd edilən kotirovka sorğusu üzrə satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiyməti 37.560 manat olmuş, həmin satınalmada "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC iştirak etmiş, "xxxx" MMC 37.248,99 manat təkliflə qalib elan edilmişdir. Həmin protokol əsasında "xxxx" MMC və İmişli rayon Mərkəzi Xəstəxanası arasında 25 dekabr 2018-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. “Cari təmir” (221320) xərc yarımmaddəsi üzrə kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 19 aprel 2019-cu il tarixli yekun protokoluna əsasən qeyd edilən kotirovka sorğusu üzrə satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiyməti 20.400 manat olmuş, həmin satınalmada "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC iştirak etmiş, "xxxx" MMC 20.140 manat təkliflə qalib elan edilmişdir. Həmin protokol əsasında "xxxx" MMC və İmişli rayon Mərkəzi Xəstəxanası arasında 02 iyul 2019-cu il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. “İmişli rayon Muradxanlı kənd xəstəxanasında əsaslı təmir işləri” (282230) xərc yarımmaddəsi üzrə kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 03 oktyabr 2019-c il tarixli yekun protokoluna əsasən qeyd edilən kotirovka sorğusu üzrə satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiyməti 37.610 manat olmuş, həmin satınalmada “"xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC iştirak etmiş, "xxxx" MMC 37.199,82 manat təkliflə qalib elan edilmişdir. Həmin protokol əsasında "xxxx" MMC və İmişli rayon Mərkəzi Xəstəxanası arasında 15 oktyabr 2019-cu il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə dövlət büdcəsindən "xxxx" MMC-nin "xxxx" MMC-nin İmişli rayon poçt filialındakı AZ48AZPO******************** nömrəli hesabına 26 dekabr 2018-ci il tarixli, 1101 nömrəli, 03 iyul 2019-cu il tarixli, 5096 nömrəli, 06 sentyabr 2019-cu il tarixli, 7116 nömrəli və 23 oktyabr 2019-cu il tarixli, 8308 nömrəli ödəniş tapşırıqları əsasında 94.588,81 manat məbləğində pul vəsaiti köçürülmüşdür. (c.i.cild 3, səh: 1-41) İşdə olan İşdə olan sənədlərdən görünür ki , 25 dekabr 2018-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə İmişli rayon Qızılkənd xəstəxana binasında yerinə yetirilmiş əsaslı təmir işlərinin qəbulu aktına (forma 2) 37.249 manat dəyərində işlərin icra edilməsi, 02 iyul 2019-cu il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə İmişli rayon Mərkəzi Xəstəxana binasında yerinə yetirilmiş cari təmir işlərinin qəbulu aktına (forma 2) 20.140 manat dəyərində işlərin icra edilməsi, 15 oktyabr 2019-cu il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə İmişli rayon Muradxanlı xəstəxana binasında yerinə yetirilmiş əsaslı təmir işlərinin qəbulu aktına (forma 2) 37.199,82 manat dəyərində işlərin icra edilməsi barədə məlumatlar daxil edilmiş, qeyd edilən forma 2 aktları müqavilələrin bağlandığı aylarda, işlər tam həcmdə icra edilmədiyi dövrdə tərtib edilmiş və bütün aktlar "xxxx" MMC-nin möhürü, direktoru Təqsirləndirilən şəxs imzası, İmişli rayon Mərkəzi Xəstəxanasının möhürü və baş həkim Eynulla Qasımovun imzası ilə təsdiq edilmişdir. (c.i.cild 3,səh: 16-17, 31, 41) İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” altbölməsində "xxxx" MMC-nin adından tərtib edilmiş elektron qaimələrdən görünür ki, 25 dekabr 2018-ci il tarixli, EAAO 644982 nömrəli elektron qaiməyə İmişli rayon Qızılkənd kənd xəstəxanasında “Əsaslı təmir xərci” (282230) xərc yarımmaddəsi üzrə 37.249 manat dəyərində işlərin təhvil verilməsinə dair, 02 iyul 2019-cu il tarixli, EAAW 575005 nömrəli və 05 sentyabr 2019-cu il tarixli, EAAZ 478106 nömrəli elektron qaiməyə İmişli rayon Mərkəzi Xəstəxanasında “Cari təmir xərci” (221320) xərc yarımmaddəsi üzrə cəmi 20.140 manat dəyərində işlərin təhvil verilməsinə dair və 21 oktyabr 2019cu il tarixli, EBAB 426838 nömrəli elektron qaiməyə İmişli rayon Muradxanlı kənd xəstəxanasında “Əsaslı təmir xərci” (282230) xərc yarımmaddəsi üzrə 37.199,82 manat dəyərində işlərin təhvil verilməsinə dair məlumatlar daxil edilmişdir. (c.i.cild 3,səh: 52-58) İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X14 Xidmətinin baş məsləhətçinəzarətçi müfəttişi X6 tərəfindən tərtib edilmiş 14 sentyabr 2020-ci il tarixli nəzarət-ölçü işlərinin nəticəsi üzrə aktdan görünür ki, "xxxx" MMC tərəfindən yerinə yetirildiyi sənədləşdirilmiş 94.589 manat dəyərində təmir, tikinti və quraşdırma işlərinin həcmi nəzarət-ölçü qaydasında yoxlanılmışdır və yoxlanılmış işlərin dəyərinin cəmi 44.300 manat, o cümlədən İmişli rayon Qızılkənd xəstəxana binasında yerinə yetirilmiş əsaslı təmir işlərinin qəbulu aktı üzrə 19.416 manat, İmişli rayon Mərkəzi Xəstəxana binasında yerinə yetirilmiş cari təmir işlərinin qəbulu aktı üzrə 730 manat, İmişli rayon Muradxanlı xəstəxana binasında yerinə yetirilmiş əsaslı təmir işlərinin qəbulu aktı üzrə 24.154 manat artırıldığı müəyyən edilmişdir. (c.i.cild 1,səh: 48-56) İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X14 Xidməti tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair 04 noyabr 2020-ci il tarixli akta və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, 9/907- 10/859 nömrəli ekspert rəyinə əsasən, İmişli rayon Qızılkənd kənd xəstəxana binasının əsaslı təmir işləri üçün ayrılmış 37.249 manat vəsaitdən 19.416 manat, İmişli rayon Mərkəzi Xəstəxanasının cari təmir işləri üçün ayrılmış 20.140 manat vəsaitdən 730 manat, İmişli rayon Muradxanlı kənd xəstəxana binasının əsaslı təmir işləri üçün ayrılmış 37.199,82 manat vəsaitdən 24.153,62 manat, ümumilikdə ayrılmış 94.588,82 manat vəsaitdən 44.299,62 manat dəyərində işlərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. (c.i. cild 3, səh:221-230) İşdə olan "xxxx" MMC-nin qeydiyyat sənədlərinə əsasən Cəmiyyət 08 fevral 2012-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş və o, 24 fevral 2012-ci il tarixli, 01 nömrəli əmrlə həmin Cəmiyyətlərin direktoru olmaqla Cəmiyyətin fəaliyyətinə təkbaşına rəhbərliyi həyata keçirən vəzifəli şəxs olmuşdur. AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təsis edərək rəhbərlik etdiyi hüquqi şəxs – "xxxx" MMC üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olmaqla dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış və 2018-2019-cu illərdə İmişli rayon Mərkəzi Xəstəxanasında təmir-tikinti işlərinin aparılması üçün cəmi 44.299,62 manat pul vəsaitini mənimsəməklə talayaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, "xxxx" MMC-yə məxsus gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə daxil olaraq elektron qaimələr tərtib etməklə satınalınması nəzərdə tutulan işlərin və xidmətlərin İmişli rayon Mərkəzi Xəstəxanasına tam təhvil verilməsinə dair informasiya resursuna və rəsmi sənəd olan 2 saylı forma aktlarına bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edib alqı-satqı münasibətləri görüntüsü yaratmaq, bununla da onlara etibar edilən pul vəsaitlərini müvafiq hesaba köçürərək nağdlaşdırmaqla bir hissəsini kotirovka sorğusunun məqsədlərinə uyğun sərf edib, qalan hissəsini aralarında bölməklə AR CM-nın 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. AR CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, AR CM-nın 313-cü maddəsində nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması və Təqsirləndirilən şəxs CM-nın müvafiq maddəsində nəzərdə tutulan cinayəti törətdiyi gündən iki ildən artıq müddət keçməsi nəzərə alınaraq o, barəsində CM-nın müvafiq maddəsi ilə olan cinayət işi üzrə məsuliyyətindən azad edilməli və həmin hissədə işin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs AR CM-nın 179.2.1, 179.2.3, 179.2.4, 308.1-ci maddələri ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin normaları nəzərə alınmaqla cəzalanmalı və görə "xxxx" MMC ( VÖEN: **********) “barəsində cinayət hüquqi tədbirlər tətbiq edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 4 may 2023cü il tarixli 3-13-12-1/2-B-805xx/xx/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c.i.cild 3,səh: 64) İşdə olan sənədlərə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə dəymiş 44.299,62 manat maddi ziyanın 19.000 manat hissəsi X4 tərəfindən 22 yanvar 2021-ci il, 29 yanvar 2021-ci il, 04 fevral 2021-ci il və 19 mart 2021-ci il tarixlərdə bilavasitə dövlət büdcəsinə, 25.299,62 manat hissəsi isə Eynulla Qasımovun hüquqi varisi X7 tərəfindən 26 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmişdir. (c.i.cild 1, səh: 112- 119, cild 3, səh: 241-248) İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi zərərin tam şəkildə ödənilməsi X5 cəzasını yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 179.2.1, 179.2.3 və 179.2.4; 46.2; 66.4-cü maddələri ilə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum edilməklə azadlığın məhdudlaşdırılması cəzasına və CM-nın 308.1-ci maddəsi ilə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə cəzasına məhkum edilib AR CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti cəza saxlanılmalıdır; İş üzrə maddi sübut olan sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 46.2-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs əlavə cəza qismində 2(iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə tətbiq edilsin. AR CM-nın 66.4-cü maddəsinə əsasən təyin edilən cəzalar birləşdirilərək Təqsirləndirilən şəxs üzərində 2 ( iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 308.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 ( iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə cəzasına məhkum edilsin. AR CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 ( iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 308.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə "xxxx" MMC ( VÖEN: **********) ləğv edilsin. İş üzrə maddi sübut olan sənədlər (kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 18 dekabr 2018-ci il tarixli, 19 aprel 2019-cu il tarixli və 03 oktyabr 2019-c il tarixli yekun protokolları, "xxxx" MMC və İmişli rayon Mərkəzi Xəstəxanası arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli, 02 iyul 2019-cu il tarixli və 15 oktyabr 2019-cu il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqavilələri, 26 dekabr 2018-ci il tarixli, 1101 nömrəli, 03 iyul 2019-cu il tarixli, 5096 nömrəli, 06 sentyabr 2019-cu il tarixli, 7116 nömrəli və 23 oktyabr 2019-cu il tarixli, 8308 nömrəli ödəniş tapşırıqları, İmişli rayon Qızılkənd xəstəxana binasında yerinə yetirilmiş əsaslı təmir işlərinin qəbulu aktı (forma 2), İmişli rayon Mərkəzi Xəstəxana binasında yerinə yetirilmiş cari təmir işlərinin qəbulu aktı (forma 2) və İmişli rayon Muradxanlı xəstəxana binasında yerinə yetirilmiş əsaslı təmir işlərinin qəbulu aktı (forma 2), 25 dekabr 2018-ci il tarixli, EAAO 644982 nömrəli, 02 iyul 2019-cu il tarixli, EAAW 575005 nömrəli, 05 sentyabr 2019-cu il tarixli, EAAZ 478106 nömrəli və 21 oktyabr 2019-cu il tarixli, EBAB 426838 nömrəli elektron qaimələr) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-63/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-63/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver