Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-63/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1997-ci il tarixdə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olan və hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 01 may 2024-cü il tarixdə saat 15 radələrində İmişli şəhəri, H.Cavid küçəsində X2 yaşadığı evin yaxınlığında görüşərək, sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,788 qram çəkidə psixotrop maddə olan metamfetamini 40 manat pul müqabilində əldə edib özündə saxlamaqla daşımış, 01 may 2024-cü il tarixdə saat 18 radələrində İmişli şəhəri, Muğan küçəsində dəmiryolu keçidinin üzərində idarə etdiyi “VAZ-21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İmişli st. Xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb, İmişli şəhəri, H.Aslanov küçəsi 1 ünvanında yerləşən İmişli st. Xətt polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılarkən əynində olan olan şalvarın sol yan cibində olan 1 ədəd “Classik” markalı siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, 0,788 qram çəkidə, yəni xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Masallı rayonunda anadan olmuş, 3 ildir ki, İmişli şəhəri, H.Cavid küçəsi 14 nömrəli evdə yaşayır və işləyir. Hərdən bir psixotrop maddə qəbul etməklə məşğul olur. Qonşuluğunda yaşayan Əhliman adlı şəxsin narkotik tərkibli maddələrin satışı ilə məşğul olmasını eşitmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı küçədə olarkən Əhliman adlı şəxsə yaxınlaşıb ondan istifadə etmək üçün psixotrop maddə metamfetamin istəmişdir. Əhliman da ona «axşam tərəfi hazır edib sənə xəbər edəcəm» sözlərini deyib ona metamfetamin tapacağına söz vermişdir. Həmin gün saat təxminən 15:30 radələrində Əhliman ***-***-**-** nömrəli mobil telefonu ilə onun ***-***-**-** nömrəli mobil telefona zəng edərək, onun üçün metamfetamini tapdığını və yaşadığı evin yaxınlığına gəlib onunla görüşüb pulunu verib aparmasını bildirmişdir. O, qeyri rəsmi ər-arvad kimi yaşadığı arvadı X3 məxsus, etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı yaşıl rəngli **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əhlimanın yaşadığı ünvana getmiş, Əhliman evlərindən çıxıb avtomobilinə əyləşib gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan metamfetamini ona vermiş və ondan metamfetamini necəyə satmasını soruşmuş, Əhliman satdığı malın qiymətinin 40 manat olmasını ona bildirmişdir. Üzərində olan 4 ədəd 10 manatlıq əskinazları, cəmi 40 manat pulu Əhlimana verib, əvəzində metamfetamini Əhlimandan almışdır. Əhliman düşüb evinə getmiş və o, isə avtomobili ilə yaşadığı evə gəlmişdir. Əldə etdiyi psixotrop maddəni istifadə etmək üçün çibində olan «CLASSİK» markalı siqaret qutusunun içərisində saxlamışdır. Həmin gün saat 21:30 radələrində evindən çıxıb idarə etdiyi “VAZ 21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayon mərkəzinə tərəf gedərkən İmişli şəhəri, Muğan küçəsində dəmir yolu keçidinin üzərində avtomobilini polis əməkdaşları saxlatmışlar və onu avtomobil ilə bir yerdə X8 polis şöbəsinə gətirmişlər. İmişli st.XPŞ-də müdafiəçi ilə təmin olunandan sonra üzərində video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Ondan üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olubolmadığı soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “CLASSİK” markalı siqaret qutusunu təqdim etmiş və həmin qutunun içərisinə baxış keçirilən zaman 1 ədəd gümüşü rəngli siqaret kağızının içərisində Əhlimandan 40 manata aldığı psixotrop maddə metamfetamin aşkar olunmuş, həmin metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 1 qram olması müəyyən edilmişdir. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X8 polis şöbəsində əməliyyat qrupunun baş əməliyyat müəvvəkili vəzifəsində xidmət göstərir. 01 may 2024-cü il tarixdə icraatına İmişli şəhər H.Cavid küçəsi 14 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs İmişli dəmir yolu stansiyasının ərazisində olması və üzərində psixotrop maddə, metamfetamin saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və əməliyyat tədbirlərinin keçirilməsi üçün X8 Polis şöbəsinin rəisi Yaşar İsmayılovun əmri ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun üzvləri X8 polis şöbəsinin post patrul xidməti manqasının polis nəfərləri, polis baş serjantı Şahid3 və polis serjantı Şahid2 ilə əməliyyat tədbirlərinə başlanılmışdır. Həmin gün qrupun üzvləri ilə bir yerdə saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli şəhəri, Muğan küçəsində dəmir yol keçidinin üzərində hərəkətdə olarkən saxlatmışlar. Onun üzərində psixotrop maddə metamfetamin olmasına dair əsaslı şübhələr olduğundan, həmin ərazi dəmir yol keçidinin üzəri olduğundan Cəbrayılı üzərində şəxsi axtarış aparılması üçün X8 polis şöbəsinə gətirilmişlər. XPŞ-nə gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış X8 Polis şöbəsinin İstintaq və təhqiqat qrupunun baş təhiqatçısı polis mayoru Elvin Zülfüqarlı tərəfindən aparılmışdır. XPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apırılmazdan əvvəl Elvin Zülfüqarlı tərəfindən üzərində olan əşyaları, elcədə narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd «CLASSİK» markalı siqaret qutusu, sağ yan cibindən isə 1 ədəd «SAMSUNG» markalı telefon aşkar edilmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində kristal şəkilli, ağ rəngli, iysiz, psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və Əhliman Həsənovdan 40 manata almasını bildirmişdir. Aşkar edilən 1 büküm gümüşü rəngli siqaret kağızında olan psixotrop maddə metamfetamin oxşar kütlə onun özünün iştirakı ilə elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisinin 1 qram olması müəyyən edilmişdir. Bir ədəd psixotrop maddə metamfetaminə oxşar maddə bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-nin İmişli st.XPŞ-nin zərflər üçün möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli st. Xətt polis şöbəsinin Post-patrul xidməti manqasının polis nəfərləri, polis baş serjantı Şahid3 və polis serjantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş X8 polis şöbəsində əməliyyat qrupunun baş əməliyyat müəvvəkili Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ilkin ifadəsində ş X4 bildirmişdir ki, o, İmişli şəhəri, H.Cavid küçəsi 3 nömrəli evdə yaşayır. 2012-ci ildən narkotik vasitələrdən və 2018-ci ildən isə psixotrop maddə metamfetamindən istifadə edir. Marixuananı siqaretə doldurub çəkməklə, metamfetamini isə sınıq şüşədə qızdırıb iyləməklə istifadə etmişdir. Lakin o, heç vaxt həbs edilməmişdir. O, çəkdiyi narkotik vasitələri və metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşlarından pul ilə alıb istifadə etmişdir. 10-15 gün əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından «üç çet» metamfetamin almışdır. Həmin metemfetaminin bir hissəsindən istifadə etmişdir və bir hissəsin isə saxlamışdır. Onunla bir küçədə yaşayan Təqsirləndirilən şəxs ilə 01 may 2024-cü il tarixdə saat 12 radələrində küçədə qarşılaşmışdır. O, Cəbrayıla metemfetamin tapıb verəcəyinə söz vermişdir. Təxminən bir neçə saat sonra, ***-***-**-** nömrəsindən Cəbrayılın mobil telefonuna zəng edib, gəlib istədiyi metamfetamini 40 manat pul verib götürməsini bildirmişdir. Zəngindən bir neçə dəqiqə sonra Cəbrayıl “VAZ- 2107” markalı avtomobil ilə evinin yanına gəlmiş, bir ədəd sellofan bükülüdə təxminən 0,3 qram çəkidə psixotrop maddəni Cəbrayılın avtomobilinə oturub ona vermiş, Cəbrayıl isə əvəzində ona 4 ədəd 10 manatlıq olmaqla, cəmi 40 manat pul vermişdir. Sonra o, avtomobildən yerə düşüb evinə getmiş, Cəbrayıl da sürüb çıxıb getmişdir. Cəbrayılın polis əməkdaşları tərəfindən tutulmasından onun xəbəri olmamışdır. Həmin gün saat 23 radələrində RPŞ-nə yaşadığı evdə olarkən X8 polis şöbəsinə onu dəvət etmişlər. X8 Polis şöbəsində üzərində şəxsi aparılmış və öz seçimi ilə dəvət edilmiş vəkil X5 da şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış aparılarkən onun üzərində psixotrop maddə metamfetamin olmamışdır. Lakin o, Cəbrayıl adlı şəxsə psixotrop maddə metamfetamin satmasını, metamfetamin qalan hissəsini yaşadığı evdə yataq otağında çarpaynın altında olan avtomobilə aid şüşə lampanın içərisində gizlədib saxlamasını bildirmişdir. Cəbrayılın metamfetamin üçün ona verdiyi 40 manat pulun 30 manatın xərcləməsini və 10 manatını evdə otağında stolun üzərində qoymasını bildirmişdir. Həmin pulu və şüşə lampanı evinə baxış keçirilərkən XPŞ-nin baş təhqiqatçı Elvin adlı polis əməkdaşına təqdim etmişdir. Yaşadığı evdən özünə məxsus «Redmi» markalı mobil telefon və həmin telefonun üzərində isə istifadə etdiyi ***-***-**-** nömrəsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1-2); şübhəli şəxsin tutulması haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20-21); şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2024-cü il tarixli protokolun surətindən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd “CLASSİK” markalı siqaret qutusu, sağ yan cibindən isə 1 ədəd «SAMSUNG» markalı telefon aparatı aşkar edilərək götürülmüş və siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində kristal şəkilli, ağ rəngli, iysiz, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 büküm gümüşü rəngli siqaret kağızında olan psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisinin 1 qram olması müəyyən edilmişdir. Həmin kütlə bir ədəd zərfə qoyulmaqla qablaşdırılmış və ekspertza tədqiqatına göndərilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında videoçəkiliş 1 ədəd DVD diskə köçürülməklə materiala əlavə edilmişdir (i.v. 30-31); məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında prosessual hərəkətin DVD diskində olan görüntülərdən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2024-cü il tarixli protokol DVD diskdə olan görüntülərə uyğun tərtib edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd “CLASSİK” markalı siqaret qutusu, sağ yan cibindən isə 1 ədəd «SAMSUNG» markalı telefon aparatı aşkar edilərək götürülmüş və siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində kristal şəkilli, ağ rəngli, iysiz, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 büküm gümüşü rəngli siqaret kağızında olan psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisinin 1 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-18/457 nömrəli 02 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: " ...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,788 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İz mikrohissəsikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölcmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəçiklərinin miqdarını və təqdim edilən maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. ( Metamfetaminin təmiz çəkisi 0, 788 qram, tədqiqata istifadə olundu -0, 05 qram, qalıq 0,738 qramdır) Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 73-75); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 may 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 118-119); xx.xx.2024-cü il tarixli 33 №-li üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsini bir daha təsdiq edərək üzərindən götürülmüş metamfetamini 01 may 2024-cü ildə saat 15 radalərində yaşadıqları küçədə Ə.Həsənovdan 40 manata almasını bildirmişdir. (i.v. 175) Qətimkan tədbiri seçmə haqqında 03 may 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 180-181); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil ( i.v. 213); Diskə baxış keçirmə haqqında 22 iyun 2024-cü il tarixli 53 №-li və 23 iyun 2024-cü il tarixli 54 №-li protokollardan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş bir ədəd CD-R kompakt diskə baxış keçirilmişdir. Həmin diskdə baxış zamanı Əhliman Həsənovun ***-***- **-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2024-ci ildən 15:05:48-də zəng edilmiş və 28 saniyə danışmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən X2 istifadəsində olan ***-***-**-** nömrəsinə həmin gün saat 15:15: 54-də zəng olunmuş və 13 sanyyə danışıq qeydə alınmışdır. Telefon əlaqələrindən görünür ki. Ə. Həsənov 01 may 2024-cü il tarixdə ilk dəfə 15:05:48-də zəng edib Təqsirləndirilən şəxsla danışmış, 15:15:54-də Təqsirləndirilən şəxs zəng edib Ə.Həsənovla danışmışdır. (i.v. 267, 269) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2024-cü il tarixli 4301 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 271-272); Masallı rayon İcra Hakimiyyətinin başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (2-ci cild, i.v. 306); Sübutların qiymətləndirilməsi haqqında 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CİM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirlimdən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan blikası CM-nin 234.1-ci maddəsi ilə təqsirlənməsinə dair ********* nömrəli cinayət nateriallardan X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılması nəzərə alınsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0, 738 qram olan psixotrop maddə olan metamfetam iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və saxlanılması üçün X8 polis şöbəsinin “Maddi sübutların saxlanılması” otağında təhvil verilməsi cinayət işində nəzərə alınsın. Təqsirləndirilən şəxs və X2 istifadəsində olan mobil telefon nömrələrindən edilən zənglərin və SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatları üzündə əks etdirən "xxxx" MMC”dən daxil olmuş 02 ədəd CD-R disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair 1 ədəd DVD diski inayət işi üzrə əhəmiyyət kəsb etdiyinə və özündə cinayətin izlərini əks etdirdiyinə görə maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilsin. Cinayət işinin materiallarından X2 evindən ötürülmüş 1 ədəd 10 mantlıq əskinaz, içərisində psixotrop maddə metamfetaminin izləri an 01 ədəd şüşə lampa, 1 ədəd «Redmi» markalı mobil telefon, həmin telefonun “VhatsApp” proqramı vasitəsi ilə aparılan səs yazılarına və ismariclərin köçürüldiyi 1 ədəd VD disk, telefon məlumatları dair 2 ədəd CD-R disklərin surəti, Təqsirləndirilən şəxs və Ə.Həsənovun üzərində şəxsi axtarış və götürmə aparılmasına dair 2 ədəd DVD disklərin surətləri, Ə.Həsənovun evinə baxışı əks etdirən görüntünün köçürüldiyi 1 ədəd DVD diski Ə.Həsənovun təqsirlənməsinə dair ********* nömrələi cinayət işində sübut əhmiyyəti kəsb etdiyindən həmin cinayət işinin materiallarına əlavə edilməsi işdə nəzərə alınsın. X2 şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri şahid ifadəsi kimi nəzərə alınsın, onun sonradan Təqsirləndirilən şəxs metamfetamin satmaması barəsində vermiş olduğu ifadəsi özünü müdafiə kimi qiymətləndirilməklə rədd edilsin, ilkin ifadəsi sübut növü kimi qiymətləndirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini tam sübuta yetirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığına görə onun özünün etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə, disklərə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilsin (i.v. 283-292); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş "Psixotrop maddələr" adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,788 qram olan psixotrop maddə metamfetamin xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,788 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.738 qram çəkidə ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Masallı rayonu Həsənli kəndi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən 03 may 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu Həsənli kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,788 qram olmuş, tədqiqatdan sonra qalıq qalmış 0.738 qram çəkidə ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-63/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-63/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver