Məhkəmə qərarları › İş №1(036)-63/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-63/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-63/2025 10.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Ağalı Ələmşah Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, Xiyabani küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,255 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 13 fevral 2025-ci il tarixdə saat 12:42 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri G.Şıxlinski küçəsində piyada hərəkətdə olan zaman saxlanılıb üzəri yoxlanılan zaman əynindəki göy rəngli idman dəstinin gödəkçəsinin sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümün arasında 0,255 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 0,370 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, həmin 0.370 qram çəkidə psixotrop maddə metamfetamini tanışı X3 barədə razılığa gələrək sonuncunun 05 aprel 2025-ci il tarixdə, saat 17:42 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “OBA7” marketin içərisindəki “E manat” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 5239-1517-9136-9237 nömrəli “Kapital banka” məxsus kart hesabına 50 (əlli) manat məbləğdə pulu köçürməsi qarşılığında həmin gün saat 19 radələrində yaşadığı İmişli şəhəri, Xiyabani küçəsi 9 nömrəli evin qarşısında 10-15 metr kənarda daş çəpərin dibində gizlətdiyi yerdə psixotrop maddə olan metamfetamini ona satmış, həmin gün saat 19:18 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində X6 şəhəri A.Şadlınski küçəsində “Şəhidlər Xiyabanı”nın qarşısında saxlanılaraq üzəri yoxlanılmış və onun əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən “Milano” siqaret qutusundakı ağ solfetə bükülmüş iki ədəd ağ rəngli kağız bükümdə aryı-ayrılıqda təmiz çəkisi 0.140 qram və 0.230 qram, ümumi çəkisi 0.370 qram psixitrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, özünü qismən təqsirli təqsirli bilir, o evdə otağında ailəsilə olarkən onu götürüb aparmışlar, bildirmişlər ki, şöbəyə getmək lazımdır. Belə ki, həmin vaxt onun əmisi oğlu Kamran axtarışda olmuş, polis əməkdaşları bildirmişlər ki, onun axtarışı ilə bağlı araşdırma aparılır. Halbuki onun nə əmisi, nə də əmisi oğlu Kamranla əlaqələri olmamışdır. Daha sonra polis əməkdaşları onun masa üzərindəki və digər telefonlarına baxmışlar, stolun üzərində olan külqabını götürmüşlər, döşəklərin altına baxmışlar, çünki onun narkotik vasitə istifadəçisi olduğunu bilirdilər. O, yarım papirosun içində olan narkotik vasitə ilə bağlı hissədə özünü təqsirli bilir. Şöbəyə onu gətirdikdən sonra üzərinə hətta silah qoymuşlar ki, üzərində narkotik vasitə gəzdirməsini etiraf etsin. İbtidai istintaq dövründə olan ifadələri verərkən imzaladığı sənədlərin məzmunundan xəbəri olmamışdır, çünki latın qrafikalı əlifba ilə oxumağı bacarmır. Qalereya bölməsində olan narkotik vasitənin çəkisi ilə bağlı şəkildən isə xəbəri yoxdur. “Telestudiya” adlanan ərazidə çəkiliş sonradan təşkil olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın ikinci epizodu üzrə ifadəsində göstərmişdir ki, özünü təqsirli bilmir, polis əməkdaşlarının təhdidi və təzyiqi altında etirafedici ifadələr vermişdir. Nahidlə heç vaxt pul müqabilində narkotik vasitə ilə bağlı razılığa gəlməmişlər. Ona Nahid həmin gün heç bir ödəniş etməmişdir. O polis şöbəsinə aparıldıqdan sonra orada Nahidi görmüşdür. Üzləşmə zamanı bildirmişdir ki, pul müqabilində Nahidə narkotik vasitə verməmişdir. Həmin ifadəni də təzyiq altında vermişdir. Nahidə nə pulla, nə də pulsuz heç bir narkotik vasitə verməmişdir. Ümid və Qəhrəman adlı polis əməkdaşları Nahidə fiziki zor tətbiq etmişlər. O da bu səbəbdən “Oba” marketdə onların özləri tərəfindən ödənilmiş qəbzi qəbul edib, cibində saxlamışdır. Nahid onun bank kartına ödəniş etməmişdir və həmin pulu Ümid və Qəhrəman onun kartına atmışlar. 1-ci epizod üzrə cinayət işi aparılan zaman onun kartı cinayət işinin materiallarında olmuş, polis əməkdaşları kartın nömrəsini ondan bilmişlər. O övladına söz vermişdir ki, narkotik vasitədən bir daha istifadə etməyəcək. Nahidlə çoxdan tanışdırlar. Nahid onun evində usta kimi işləyib, onunla telefon əlaqələri də olmuşdur. Həmin gün də Nahid ona zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 5 aprel 2025-ci il tarixdə, günorta saatlarında “Elçin” şadlıq sarayında toy məclisində iştirak etmişdir. Toyda spirtli içki qəbul edib sərxoş olmuşdur. Sonra təxminən saat 15 radələrində toydan çıxıb hava almaq üçün “Depo” məhəlləsinə tərəf getmişdir. Orada piyada gedərkən hasarın kənarında üzərinə daş qoyulmuş bir siqaret qutusu görmüş və bu onun diqqətini cəlb etmişdir. O, yaxınlaşıb içərisində narkotik vasitə bükümü olan siqaret qutusunu götürüb cibinə qoymuş və evinə getmişdir. Daha sonra başqa bir toy məclisinə gedəsi olduğu üçün evdən çıxmış və Şəhidlər Xiyabanı ilə üz-üzə olan məhəllədəki mağazanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşmış və ondan üzərində psixotrop maddə metamfetamin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o üzərində olan psixotrop maddə metamfetamin bükümünü cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs şöbədə olduğunu bildirib onun onlarla birlikdə Polis şöbəsinə getməsini və Polis şöbəsində təqdim etdiyi psixotrop maddəni Coşqundan aldığını deməsini tələb etmişlər. Sonra onlar birlikdə polis şöbəsinə getmişlər. Şöbəyə gedərkən polis əməkdaşları avtomobili yolüstü “OBA” market adlı mağazada saxlamışlar və orada Ülvi adlı polis əməkdaşı ödəmə terminalı vasitəsilə Coşqunun bank kartına 50 manat pul göndərib qəbzi cibinə qoymuşdur. Polis şöbəsinə daxil olduqda isə orada polis əməkdaşlarının rezin dəyənək ilə Coşquna işgəncə verdiklərini görmüşdür. Həmin vaxt polis əməkdaşları ona tapdığı psixotrop maddə olan metamfetamini Coşqundan aldığını deməyəcəyi təqdirdə onu Coşqundan daha betər hala salacaqlarını bildirmişlər. O isə orada işgəncələrə məruz qalmamaq üçün polis əməkdaşlarının dedikləri kimi izahat vermişdir. Halbuki o, psixotrop maddəni Coşqundan almamış, onu yolun kənarından tapmışdır. Coşqunun kartına atılmış digər pullar isə Coşqun ilə aralarında olan şəxsi borc ilə bağlı olmuşdur. Belə ki, onun Coşquna 100 manat borcu olmuş, tutulmamışdan bir neçə gün əvvəl Coşqunun kartına 20 manat pul atmış və ona 80 manat borcu qalmışdır. O, Coşqunla birlikdə 4-5 il bundan əvvəl qurudulmuş marixuana çəkmiş, lakin heç vaxt Coşqundan narkotik vasitə və ya psixotrop maddə almamışdır. O əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Həmin gün polis əməkdaşları onu əvvəlcədən öyrətmişdilər ki, tutulanda əlində telefonla danışırmış kimi özünü göstərsin. Döyülməyi ilə bağlı heç yerə şikayət etməmiş, məhkəmənin başlanmasını gözləmişdir ki, ona qarşı təzyiq olduğunu bildirsin. Coşquna pulu o göndərməmişdir, polis əməkdaşı göndərmişdir. Həmişə telefon əlaqəsi saxlamışlar, çoxdan münasibətləri olmuşdur. İlk öncə digər bir yerdə tutulmuş, sonradan polis əməkdaşları plan hazırlayıb onu Şəhidlər Xiyabanına gətirmişlər, ətrafda isə polis əməkdaşları gizlənmişlər və plana uyğun olaraq guya onu ilk dəfə Şəhidlər Xiyabanında saxlamışlar. Şöbəyə gedəndə Coşqunu pis vəziyyətdə görmüşdür. Onlara nalayiq ifadələr demişlər, təzyiq etmişlər. Coşqunla hər gün danışır, amma çəkiliş zamanı Coşqunla danışmamışdır. Coşqunun kart nömrəsini o özü əzbər bilmişdir, ehtimal edir ki, polis əməkdaşları onun telefonundan kart nömrəsini götürüblər. Belə ki, telefonun qalereya bölməsinə baxan zaman kart nömrəsini götürə bilərdilər. Həmin gün narkotik vasitə istifadə etmişdir, lakin Coşqunun bu məsələyə heç bir aidiyyəti olmamışdır. Narkotik vasitə ilə bağlı onunla heç bir danışığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin X5 baş əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, 05 aprel 2025-ci il tarixdə icraatına etimad doğuran məlum, qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda X9 qanunsuz olaraq üzərində psixotrop maddə metamfetamin gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid5 daxil edilmişdir. 05 aprel 2025-ci il tarixdə, saat 19:18 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq İmişli şəhəri A.Şadlınski küçəsində Şəhidlər Xiyabanının qarşısında X10rşısında telefonla danışan görüb yaxınlaşaraq Nahid Əliyevə üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Nahid Əliyevdən üzərində psixotrop maddə metamfetamin olub-olmamasını soruşduqda sonuncu üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Yoxlama zamanı o əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Milano” markalı siqaret qutusunun içərisində salfetə bükülmüş kütlə təqdim etmişdir. Həmin ağ rəngli salfetin içərisində iki ədəd ağ rəngli kağıza bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olmuşdur. X4 üzəri yoxlanılmış, sol yan cibindən bir ədəd "xxxx" hesabına köçürülmüş 50 manat ödəmə qəbzi aşkar olunmuşdur. Nahid Əliyev şifahi sorğu zamanı həmin qəbzin metamfetamin əldə etmək üçün Coşqun adlı şəxsin kart hesabına göndərdiyi pulun qəbzi olduğunu bildirmişdir. Bundan sonra Nahid Əliyevin üzərində aşkar edilən kütlə, siqaret qutusunun içərisindən çıxarılmış, həmin kütlə salfetə bükülü vəziyyətdə iki ədəd kağız bükümündə olmuşdur. Həmin bükümlər ayrı-ayrılıqda tərəzidə çəkilmiş və bu barədə dərhal protokol tərtib olunaraq iştirakçılara elan edilmişdir. Sonra onlar birlikdə İmişli Rayon Polis Şöbəsinə gəlmişlər və X19 barəsində müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞnin İstintaq bölməsinə həvalə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid6 Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5 Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və əlavə olaraq ifadəsində göstəmişdir ki, 13 fevral 2025-ci il tarixdə İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 icraatına İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi psixotrop maddə metamfetamin kütləsini saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı yaradılmış təxirəsalınmaz əməliyyat-axtarış qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Fərhad oğlu, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid8 və İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X16 daxil edilmişdir. Daxil olmuş məlumata uyğun olaraq Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 12 radələrində İmişli şəhəri G.Şıxlinski küçəsində, “Telestudiya” adlanan ərazidə piyada hərəkətdə olması müəyyən edilmişdir. Onun tərəfindən videoçəkiliş başlanılmış və əməliyyat müvəkkili Şahid3 iştirakçılarla birlikdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin başlandığını elan etmişdir. Bundan sonra onun tərəfindən kəsintisiz videoçəkiliş aparıla-aparıla avtomobilə minərək İmişli şəhəri G.Şıxlinski küçəsi istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman saxlayıb sonuncuya xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını, üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz ƏAT-ın keçirilməsi izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olması, varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu da əynində olan göy rəngli idman dəstinin gödəkçəsinin sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızının arasında psixotrop maddə metamfetamin kütləsini və bir ədəd şüşə lampanı çıxarıb təqdim etmişdir. Həmin psixotrop maddə metamfetamin kütləsi əməliyyat müvəkkili Şahid3 tərəfindən elektron tərəzidə çəkildikdən sonra narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulan şüşə lampa ilə birlikdə zərfə qoyulub qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-nin 179 saylı möhürlə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs birlikdə İmişli rayon polis şöbəsinə getmək təklif edilmiş və sonuncu da razılaşmışdır. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilib sonuncuya dövlət hesabına müdafiəçi təyin edilmiş və təhqiqatçı Elgün Həsənov tərəfindən üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin proses onun tərəfindən videolentə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung Galaxy A21S” markalı mobil telefon, üç ədəd salfet və bir ədəd “Milano” markalı siqaret qutusu aşkar edilmişdir. Başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra qablaşdırılmış metamfetamin kütləsinin olduğu zərf təhqiqatçı Elgün Həsənov tərəfindən açılmış və elektron tərəzidə çəkildikdən sonra yenidən zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə icraatına psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatda İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi psixotrop maddə metamfetamin kütləsi olması göstərilmişdir. Bununla bağlı olaraq dərhal yoxlama tədbirləri həyata keçirilmiş və şəxsiyyəti tam dəqiqləşdirilmişdir. Məlumat dəqiq, qərəzsiz və etibarlı mənbədən daxil olmuşdur. Onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış qrupunun yaradılması haqqında qərar qəbul edilib İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra əməliyyat-axtarış qrupu yaradılmış və qrupun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid5, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid8 və İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X16 daxil edilmişdir. Daxil olmuş məlumata uyğun olaraq Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 12 radələrində İmişli şəhəri G.Şıxlinski küçəsində, “Telestudiya” adlanan ərazidə piyada hərəkətdə olması müəyyən edilmişdir. Əməliyyat müvəkkili Şahid5 tərəfindən video çəkiliş başlanılmış və iştirakçılarla birlikdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin başlandığı elan edilmişdir. Bundan sonra İmişli şəhəri G.Şıxlinski küçəsi Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman saxlayıb sonuncuya xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını, üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz ƏAT-ın keçirilməsi izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olması, varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu da əynində olan göy rəngli idman dəstinin gödəkçəsinin sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızının arasında psixotrop maddə metamfetamin kütləsini və bir ədəd şüşə lampanı çıxarıb təqdim etmişdir. Həmin psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,40 qram olması müəyyən edilmişdir. Sonra həmin metamfetamin kütləsi və narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulan şüşə lampa içi boş zərfə qoyulub qablaşdırılmış və üzəri 179 saylı möhürlə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs birlikdə İmişli rayon polis şöbəsinə getmək təklif edilmiş və sonuncu da razılaşmışdır. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung Galaxy A21S” markalı mobil telefon, üç ədəd salfet və bir ədəd “Milano” markalı siqaret qutusu aşkar edilmişdir. Başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra ƏAT-ın keçirilməsi zamanı təqdim edilmiş metamfetamin kütləsinin olduğu zərf təhqiqatçı Elgün Həsənov tərəfindən açılaraq yenidən elektron tərəzidə çəkilmişdir. Çəkisinin gümüşü rəngli kağız ilə birlikdə 0,40 qram olması müəyyən edilmişdir. Daha sonra həmin zərf təhqiqatçı E.Həsənov tərəfindən yenidən qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid8 Şahid3 ilə eyni məzmunli ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 05 aprel 2025-ci il tarixdə İmişli RPŞ-nin CAB-nin NMQ-nın baş əməliyyat müvəkkili polis mayoru Şahid7 icraatına etimad doğuran məlum, qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda İmişli şəhəri sakini X9 psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilmiş və İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1981-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmuş, İmişli şəhəri Neftçilər qəsəbəsi ev 02 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X15r. Bundan sonra polis mayoru Şahid7 tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid6, İmişli RPŞ-nin CAB-nin NMQ-nın baş əməliyyat müvəkkili polis mayoru Şahid7, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid5 daxil edilmişdir. 05 aprel 2025-ci il tarixdə, saat 19:18 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq əməliyyat qrupunun üzvləri İmişli şəhəri A.Şadlınski küçəsində Şəhidlər Xiyabanının qarşısında X10rşısında telefonla danışan görüb sonuncuya yaxınlaşmışlar. Nahid Əliyevə üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsi ilə bağlı məlumat daxil olması, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Sonuncudan üzərində psixotrop maddə metamfetamin olub-olmamasını soruşanda Nahid Əliyev üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Yoxlama zamanı sonuncu əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Milano” markalı siqaret qutusunun içərisində salfetə bükülmüş kütlə təqdim etmişdir. Həmin ağ rəngli salfetin içərisində iki ədəd ağ rəngli kağıza bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olmuşdur. X4 üstü yoxlanılmış və əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd "xxxx" hesabına köçürülmüş 50 manat ödəmə qəbzi aşkar olunmuşdur. Nahid Əliyevlə şifahi sorğu zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini tanışı Coşqun adlı şəxsdən 50 manat pul müqabilində aldığını bildirmişdir. Nahid Əliyevin üzərində aşkar edilmiş bir ədəd "xxxx" hesabına köçürülmüş 50 manat ödəmə qəbzinin metamfetamin əldə etmək üçün Coşqun adlı şəxsin kart hesabına göndərdiyi pulun qəbzi olduğunu bildirmişdir. Sonra birlikdə İmişli Rayon Polis Şöbəsinə gəlmişlər və bu barədə dərhal polis mayoru Şahid7 tərəfindən protokol tərtib edilərək, iştirakçılara elan edilmişdir. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞ-nin İstintaq bölməsinə həvalə edilmişdir. X1 tərəfindən X9 şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Sonra videogörüntü əsasında Nahid Əliyevin üzərində şəxsi axtarış keçirilmişdir. Bundan sonra müstəntiq Saməd Məmmədzadə 05 aprel 2025-ci il tarixdə əməliyyat tapşırığı verərək “Coşqun” adlı şəxsin kimliyinin və yerinin müəyyən edilməsi və İmişli rayon polis şöbəsinə gətirilməsindən ötrü əməliyyat axtarış tədbirlərinin keçirilməsini xahiş etmiş və həmin tapşırıq aidiyyəti üzrə İmişli RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 həvalə olunmuşdur. O, İmişli RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ilə birlikdə keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.1979-cu ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, İmişli şəhəri Xiyabani küçəsi ev 09 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs İmişli şəhəri Heydər Əliyev adına parkda hərəkətdə olarkən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra videogörüntü əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı C. Mecdunovun üzərindən iki ədəd təsbeh, bir ədəd “Milano” markalı siqaret, bir ədəd alışqan, bir ədəd “Redmi 6” və bir ədəd “Redmi 13” markalı mobil telefonlar, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı aşkar olunmuşdur. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin CAB-ın axtarış üzrə keçmiş əməliyyat müvəkkili Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməaliyyat-axtarış tədbirin keçirilməsi, vətəndaşın saxlanması və üzərinin yoxlanması haqqında” 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2025-ci il tarixdə, saat 12:42-də İmişli şəhəri G.Şıxlinski küçəsində saxlanılmış, üzəri yoxlanılan zaman əynində olan göy rəngli idman dəstinin gödəkçəsinin sol yan cibindən bir ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş vəziyyətdə psixotrop maddə metamfetamin və bir ədəd şüşə lampa aşkar edilmiş, psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 0,40 qram olmuşdur. Sonra psixotrop maddə metamfetamin kütləsi və bir ədəd şüşə lampa qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 179 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. cild 01, i/v vər: 168-170 Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 13:30da şübhəli şəxs qismində tutulmuşdur. cild 01, i/v vər: 181-182; Şəxsi axtarış aparılması haqqında 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz predmet və ya əşya aşkar edilməmiş, əynində olan göy rəngli idman dəstinin gödəkçəsinin sol yan cibindən bir ədəd “Samsung Galaxy A21S” markalı mobil telefon aşkar edilmişdir. cild 01, i/v vər: 188- 189. Məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2025-ci il tarixli, 18/136 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 bükümdə təmiz çəkisi- 0,255 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd əşyanın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddə ilə eyni tərkib olub-olmadığını müəyyən etmək mümkün deyildir. Metamfetamin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahasına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. cild 01, i/v vər: 194-198; Mobil telefonun qalereya bölməsində elektron tərəzi üzərində sellofana bükülmüş narkotik vasitəyə bənzər kütlənin olması, həmin kütlənin çəkisinin 0,22 qram olmasını əks etdirən fotoşəkil olduğu müəyyən olunmuşdur. Fotoşəkil 19 yanvar 2025-ci il tarixdə, həftənin bazar günü, saat 22:48-də çəkilmişdir. cild 01, i/v 210-213 Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham edilmişdir. cild 01, i/v vər: 215-216; Cinayət işinin başlanması haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. cild 01, i/v vər: 156; Qətimkan tədbirinin seçilməsi haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermək” qətimkan tədbiri seçilmişdir. cild 01, i/v vər: 239-240 Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2025-ci il tarixli 1263 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. cild 01, i/v vər: 328-329 “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, vətəndaşın saxlanması və üzərinin yoxlanması haqqında” 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, X6 şəhəri A.Şadlınski küçəsində saxlanılaraq üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olması soruşulmuş, sonuncu da əynində olan yaşıl rəngli gödəkçəsinin sol yan cibindən “Milano” markalı siqaret qutusundakı ağ rəngli salfetkanın arasında iki ədəd ağ kağıza bükülmüş psixotrop maddə metamfetamini təqdim etmiş, həmin bükümlər elektron tərəzidə çəkilmiş və hər biri ayrı-ayrılıqda 0,35 qram və 0,18 qram olması müəyyən edilmiş, sonra onun üzərindən bir ədəd “Samsung Doas” markalı mobil telefon, sol ayağına vurulmuş elektron qolbağ aparatı, bir ədəd 5 AZN və beş ədəd 01 AZN pul əskinasları, “Kapital banka” məxsus bir ədəd əlli manat məbləğində pul ödəmə qəbzi aşkar edilmiş, iki ədəd psixotrop maddə metamfetamin bükümü qablaşdırılaraq götürülmüşdür. Cild 01, i/v vər: 12-14 Şəxsi axtarış aparılması haqqında 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, X9 üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, sonra Nahid Əliyev 5 aprel 2025-ci il tarixdə, saat 19:18 radələrində saxlanılan zaman üzərindən aşkar edilmiş iki ədəd psixotrop maddə metamfetamin kütləsinə baxış keçirilmiş, hər bir büküm elektron tərəzidə çəkilmiş, hər biri ayrı-ayrılıqda 0,32 qram və 0,19 qram olması müəyyən edilmiş, həmin bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün yenidən qablaşdırılmış, həmin psixotrop maddə metamfetamin bükümlərini haradan əldə etməsi soruşulmuş, o da 5 aprel 2025-ci il tarixdə, günorta saatlarında İmişli rayon sakini Coşqun adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək 50 manatlıq “patı”, yəni psixotrop maddə metamfetamin istədiyini, Coşqun adlı şəxsi isə pulu özünün bank kartına köçürməsini demiş, o da həmin tarixdə, saat 17:42-də Coşqun adlı şəxsin 5239 1517 9136 9237 nömrəli bank kartına “OBA” marketdə quraşdırılmış terminal vasitəsilə 50 manat pul köçürdükdən sonra İmişli şəhərində “Depo” adlanan yerdə, yəni Coşqun adlı şəxsin yaşadığı evin yaxınlığında əldə etdiyini bildirmiş, X20 adlı şəxsin bank kartının 16 rəqəmini necə əldə etməsi soruşulduqda, sonuncu Coşqun adlı şəxsdən bu yolla dəfələrlə psixotrop maddə metamfetamin aldığını bildirmiş, şəxsi axtarış zamanı Nahid Əliyev üzərindən aşkar edilən 50 manatlıq pul qəbzinin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə görə Coşqun adlı şəxsə köçürdüyü pulun qəbzi olmasını bildirmişdir. cild 01, i/v vər: 32-35 Şəxsi axtarış aparılması haqqında 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış Təqsirləndirilən şəxs üzərində aparılmış, əynində olan gödəkçəsinin sağ yan cibindən 02 ədəd təsbeh, 01 ədəd alışqan, 01 ədəd “Milano” markalı siqaret, üzərində olan qara rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd “Redmi6” markalı mobil telefon, salfet kağızları, üç ədəd 01 AZN pul əskinasları, şalvarın sağ yan cibindən 01 ədəd “Redmi 13” markalı mobil telefon, salfet kağızları, X7 məxsus şəxsiyyət vəsiqəsi, 5239 1517 9136 9237 nömrəli bank kartı aşkar edilmiş, 03 ədəd pul əskinaslarından başqa bütün əşyalar götürülmüş, Təqsirləndirilən şəxs İmişli şəhər sakini Əliyev Nahid oğlunun 5239 15******9237 nömrəli bank kartına 50 manat pul köçürərək psixotrop maddə metamfetamin əldə etməsi barədə verilən suala cavab olaraq Nahid Əliyevə psixotrop maddə metamfetamin satmadığını, pulu borc olaraq almasını bildirmiş, Nahid Əliyevlə bir yerdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bildirmiş, bir-birilərinə pay narkotik vasitə verdiklərini bildirmiş, şəxsi axtarış zamanı pul əskinasından başqa aşkar edilmiş əşyalar götürülmüşdür. cild 01, i/v vər: 58-60 İfadələrində əhəmiyyətli ziddiyyət olduğundan Təqsirləndirilən şəxs ilə X19 arasında üzləşdirmə istintaq hərəkəti keçirilməsi haqqında 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Nahid Əliyev 5 aprel 2025-ci il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etdiyini, 50 manat civarında metamfetamin istədiyini, sonuncunun da razılaşdığını, həmin gün saat 17:42-də İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “OBA” marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus, "xxxx" ASC-yə aid 5239 1517 9136 9237 nömrəli bank kartına 50 manat pul köçürdüyünü, sonra isə Təqsirləndirilən şəxs göstərişi ilə sonuncunun yaşadığı İmişli şəhəri, Xiyabani küçəsi ev 9 ünvanına gedib, 10 metr kənarda, daş çəpərin yanından “Milano” markalı siqaret qutusunu tapdığını, həmin qutunun içərisində metamfetamin olduğunu bildirmişdir. Cild 01, i/v vər: 85-87 Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə saat 21:15də şübhəli şəxs qismində tutulmuşdur. cild 01, i/v vər: 43-64; Məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2025-ci il tarixli 18/287 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X9 üzərindən...” sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,140 qr, 0.230 qr, ümumi çəkisi- 0.370 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahasına (Siyahı İ) daxildir. cild 01, i/v vər: 65-68; Cinayət işinin başlanması haqqında 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, yuxarıda təsvir olunan faktla bağlı 06 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham edilmişdir. cild 01, i/v vər: 100-101; Qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin 4(036)-55/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. cild 01, i/v vər: 137-143 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. cild 01, i/v vər: 132-134 "xxxx" MMC-dən daxil olmuş 08 may 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində və adına ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmiş, baxış zamanı ***-***-**-** mobil nömrəyə xx.xx.2025-ci il tarixdə saat 17:21 radələrində ***-***-**- ** saylı mobil nömrədən “Veziyet pisdi yiqma meni danisa bilmirem. herseyin usdu aclib evde aqridayam.isede gede bilmirem.yoluna qoyum sene xeber edecem.ne yaz nede zeng vur.duzelsin sene xeber edecem” məzmununda sms mətnlərinin göndərilməsi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrə X12 istifadəsində olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**- ** saylı X9 istifadəsində olan mobil nömrə arasında 05 aprel 2025-ci il tarixdə saat 16:42 radələrindən saat 17:43 radələrinədək müxtəlif vaxtlarda İmişli rayon ərazisində telefon əlaqələrinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi haqqında 11 aprel 2025-ci il tarixli protokol və fotoşəkillərlə müəyyən olunur ki, 05 aprel 2025-ci il tarixdə saat 15:46 radələrindən saat 17:43 radələrinədək müxtəlif vaxtlarda X12 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsi ilə telefon əlaqələrinin olması müəyyən edilmişdir. cild 02, i/v vər: 20-21 Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. cild 01, i/v vər: 150-152 Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham edilmişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxs ibitidai istintaq dövründə fiziki zorakılığa məruz qaldığını bildirmiş, onun bank kartına qəbzlə 50 manat məbləğində pulun polis əməkdaşları tərəfindən göndərildiyini iddia etmişdir. Bu əsasla təqsirləndirilən şəxsin vəsatətləri təmin edilmiş, "xxxx" MMC-nin Baş ofisinə sorğu məktubu göndərilərək, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Oba İmişli 7” marketində xx.xx.2025-ci il tarixdə saat 17:42 radələrində “E-Manat” vasitəsilə ********** əməliyyat nömrəsi üzrə bank kartına pul köçürməsinin kim tərəfindən edildiyini əks etdirən videogörüntünün məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəməyə "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş cavab məktubunda bildirilmişdir ki, qeyd edilən tarixə olan videogörüntülər yaddaş diskində mövcud deyildir. Bundan başqa, İmişli Rayon Prokurorluğuna sorğu göndərilərək Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə İmişli Polis şöbəsinin əməkdaşları tərəfindən həbs edildikdən sonra istintaq təcridxanasına yerləşdirilərkən tibb-sanitar hissəsində müayinə olunan zaman bədənində yara aşkar olunması ilə əlaqədar məlumat əsasında hər hansı araşdırma aparılıb-aparılmaması və məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş cavab məktubunda göstərilmişdir ki, 9 aprel 2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasının tibb-sanitar hissəsində müayinə olunan zaman sağ baldır nahiyəsinin ön səthində qərtməkli yara aşkar olunması barədə 3 saylı istintaq təcridxanasından daxil olmuş məlumat əsasında Coşqun Məcdunovun izahatı alınmışdır. Təqsirləndirilən şəxs izahatında göstərilən xəsarəti İmişli Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman, saxlanılandan sonra almadığını, polis əməkdaşları tərəfindən hər hansı fiziki zorakılığa maruz qalmadığını bildirmişdir. Qoşma olaraq Təqsirləndirilən şəxs imzaladığı izahatı əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün qismən etirafedici ifadəsi, ekspert rəyləri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə qarşısında verdiyi ifadələrində ona verilən ittiham üzrə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsiri özünün məhkəməyədək icraat dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarışın keçirilməsi haqqında protokollar, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspert rəyləri, maddi sübutlar və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin və şahid Nahid Əliyevin verdikləri ifadələri məhkəmə özünümüdafiə xarakterli hesab edir. Belə ki, şahid Əliyev Nahid ifadəsində narkotik vasitə istifadə etdiyini, lakin onu Təqsirləndirilən şəxs almadığını bildirsə də, məhkəmə həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul etmir. Belə ki, telefona baxış protokolu ilə və mobil operatorlardan əldə edilmiş məlumatlarla müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə şahid Nahid Əliyevlə təqsirləndirilən şəxs arasında bir neçə dəfə telefon zəngləri, buraxılmış zənglər olmuşdur. Əliyev Nahidin restorandan çıxdıqdan sonra sərxoş vəziyyətdə başqa səbəblərdən Coşquna zəng etməsi, bunun əvvəllər də yaxın olmaları ilə əlaqələndirilməsini məhkəmə bütün təsdiqedici sübutlar olduğu halda, ağlabatan hesab etmir. Belə ki, üzləşdirmə istintaq hərəkəti keçirilməsi haqqında 06 aprel 2025-ci il tarixli videogörüntüdə təqsirləndirilən şəxs bildirmişdir ki, pul müqabilində narkotik vasitə verməmişdir. Kürəkəninə söz vermişdir ki, bir daha narkotik vasitədən istifadə etməyəcəkdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində cinayət işi açıldıqdan sonra onda həmin vaxtdan qalan bir hissə narkotik vasitəyə bir daha dəyməmiş, onu evindən kənarda daşın altında bükümdə saxlamışdır. Nahid ona bir dəfə zəng etmiş, o da bildirmişdir ki, ondan əl çəksin, övladına söz verib, bu işlərdən kənardır. İkinci dəfə zəng etdikdən sonra ona həmin bükümün yerini demişdir. Nahid də həmin yerdən gedib götürmüşdür. Nahidin ona göndərdiyi pul isə əvvəllər Nahidin ona olan borcu ilə bağlı olmuşdur. Aralarında heç bir pul söhbəti olmamışdır. Beləliklə ibtidai istintaq dövründə, məhkəmə iclasında verdiyi ifadələrin məzmunu ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təkzib etmiş, bildirmişdir ki, Əliyev Nahidə pul müqabilində narkotik vasitə verməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, “Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin özünün satış məqsədi olmadan psixotrop maddə əldə etməsi, saxlaması və daşıması, sonradan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddəni şəxsi istifadəsi üçün tanışı şahid Nahid Əliyevə sonuncunun istəyi üzərinə təmənnasız verməsi CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təkzib etməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan digər sübutlarla yanaşı üzləşdirmə istintaq hərəkəti keçirilməsi haqqında 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs onda olan narkotik vasitənin məhz həmin vaxtdan bir hissəsinin onda qaldığını və kürəkəninə söz verdiyi üçün çəkmədiyini, kənara atdığını bildirmiş, həmçinin məhkəmə iclasında da həmin maddə ilə ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində ona narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi-0,205 qram olan psixotrop maddə metamfetamin, həmçinin bir ədəd içərisində psixotrop maddə metamfetamin izləri olan şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,270 qram olan psixotrop maddə metamfetaminin İmişli Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 1(036)-59/2025 saylı hökmünə əsasən məhv edilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğuna məxsus "xxxx" ASC-yə aid bir ədəd 5239 1517 9136 9237 nömrəli plastik kart təqsirləndirilən şəxsin özünə qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1il (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il 3 ay (üç il üç ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 il 6 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki işi üzrə 13 fevral 2025-ci il tarixdən 14 fevral 2025-ci il tarixədək həbsdə saxlandığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 05 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,205 qram olan psixotrop maddə metamfetamin, həmçinin bir ədəd içərisində psixotrop maddə metamfetamin izləri olan şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,270 qram olan psixotrop maddə metamfetaminin İmişli Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 1(036)-59/2025 saylı hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğuna məxsus "xxxx" ASCyə aid bir ədəd 5239 1517 9136 9237 nömrəli plastik kart təqsirləndirilən şəxsin özünə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 110 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar