Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-64/2024 17.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qulubəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə saat 01 radələrində İmişli rayonu, Qulubəyli kəndində əmisi Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən ot tayasının yaxınlığında ona aid mobil telefon danışıqları zamanı qeydə alınmış səs yazılarını kənar şəxslərə dinlətdirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bir neçə dəfə yumruqla qəsdən Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə, üzərində gəzdirdiyi istintaqa məlum olmayan kəsici-deşici xassəyə malik alətlə isə qəsdən bir dəfə sinə nahiyəsindən vuraraq, sağ göz yuvası ətrafında qançır, boynun sağ yan səthində sıyrıqlar, döş qəfəsinin sol yarısının ön səthində orta körpücük xətti boyunca 4-cü qabırğaarası sahədə yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, İmişli rayonu, Qulubəyli kəndində yaşayır. Həmin kənddə anası X6, atası X7, qardaşı X8, sonuncunun ailə üzvləri X16 və azyaşlı uşaqları Zəhra və Fatimə ilə bir yerdə eyni evdə yaşayır. Şəxsi təsərrüfatında 15 baş qoyun heyvanı və 3 baş inək heyvanı vardır. Həmin heyvanları həyətdə saxlayır. Zərərçəkmiş şəxs doğma əmisidir. Nurunun qızı Nüşabə ortancıl qardaşı İbrahimin həyat yoldaşıdır. Onlar İmişli rayonu, Ağaməmmədli kəndində Elməddin adlı şəxsin fermasında işləyir və orada yaşayırlar. Nuru onu bıçaqlamağı barəsində yalan məzmunda şikayət etmişdir. Nuru əmisi olsa da, onlarla iki ildir ki, ədavət aparır. Onun ədavət aparmasının səbəbi isə Nurunun qızı qardaşı İbrahimə ərə gələndə Nuru qızı Nuşabəyə 40 baş ana qoyun heyvanını cehiz əvəzində vermişdir. Qardaşı İbrahim isə Nurunun fermasında iki ilə yaxın çoban işləmişdir. Nurunun özünün təxminən 500 başdan artıq qoyunu var. Nüşabə qardaşı ilə 6 il əvvəl evlənmişlər. Qardaşı qoyunları artırıb 115 başa kimi çoxaltmış və Nurunun fermasında qoyun otarmışdır. Nurunun onlarla münasibətləri pozulmamışdan əvvəl atası Kərimağa ilə danışıb razılaşmışdır ki, ailə üzvülərinə məxsus olan 2 hektar pay torpağı onun evinə yaxın olduğu üçün ona verək, Nuru da onlara evlərinin yanından 2 hektar torpaq alıb onlara versin. Razılıq aralarında şifahi baş vermişdir. Nuru həmin torpağı həmkəndliləri Əbülfət adlı şəxsdən satın almış, torpaq Əbülfətin adından bir-başa alqısatqı müqaviləsi ilə natorial qaydada atası Kərimağanın adına keçmişdir. Torpağın alqısatqısı təxminən iki il bundan əvvəl olmuşdur. Torpaq atası Kərimağanın adına keçəndən 2 il əvvəl qardaşı İbrahimlə yoldaşı Nüşabə arasında söz-söhbət olmuşdur, Nuru qardaşı İbrahimi fermadan qovmuş, artan 115 baş qoyunları verməmişdir. Qardaşı İbrahim fermadan çıxıb onlarla birgə yaşamışdır. Yoldaşı Nüşabə isə atası Nurunun yanında qalmışdır. Atası Kərimağa da Nuruya demişdir ki, oğlu İbrahimin qoyunlarını verməsə, o da torpağı ona verməyəcək. Beləliklə münasibətlər iki ildir ki, pozulmuşdur. X5 barışıdığı üçün fermadan çıxmışdır. Hazırda onlar qeyd etdiyi kimi, İmişli rayonu, Ağaməmmədli kəndində Elməddin adlı şəxsin fermasında yaşayır və işləyirlər. Nuru isə həmin vaxtdan Kərimağa ilə küsülüdür, Nuru torpağa görə onlarla ədavət aparır. Atası Kərimağaya demişdir ki, başına oyun açacam. Nurunun oğlu Abdulla ilə əmi oğlu olduğu üçün yoldaşlıq edir. Nuru bir ildir ki, fermasına Cəlilabad rayon sakinləri olan bir kişi və bir qadını iki uşağı ilə bir yerdə işləmək üçün gətirmişdir. Qadın həmin çoban kişinin ikinci ailəsi olmuşdur, qadının yanında 14 yaş həddində bir qızı, 13 yaş həddində bir oğlu var. Kişi ailəsi ilə bir yerdə 2023-cü ilin yay aylarında gəlmişlər, bir qədər əvvəl isə qaçıb çıxıb getmişdir. Onun həmin ailənin qızına sataşmaq və onunla cinsi əlaqədə olmaq niyyəti olmamışdır, həmin qızı uzaqdan-uzağa sahədə qoyun otararkən görmüş, lakin heç yanına da getməmişdir. Nuru barəsində şikayət etməzdən əvvəl Abdulla ilə telefonla zəng edib qızın gözəliyindən danışmışdır. Lakin, qızı zorlamaq istəyi barəsində heç bir söz deməmişdir. Çünki belə niyyəti olmamışdır. Nuru isə məqsədli şəkildə oğlunun mobil telefonuna səs yazma qurgusu quraşdırıb, onların arasında olan danışığı yazmışdır. Sonradan Nuru sahə rəisi Kərəm adlı şəxsə danışıqları təqdim etmiş və guya onun həmin qızı təcavüz etmək istədiyini bildirmişdir. Kərəm də atası Kərimağanı evlərinin yanındakı çəkil ağacının yanına çağırmış, Nuru ilə orada üçü bir yerdə söhbət etmişlər, səsləri atası Kərimağaya eşitdirmişdir. Kərəm həmin vaxt atası ilə Nurunu barışdırmaq istəmiş, Nuru isə barışmamışdır. Nuru onun atası Kərimağaya demişdir ki, oğlunu polisə verib səsyazısına görə tutduracaq. Atası Kərimağa da gəlib evdə ona bu barədə demişdir. O, Abdulla ilə qızın barəsində danışmış, lakin qıza təcavüz etmək barədə heç bir söz deməmişdir. Həmin günün səhəri gün, səhər tezdən, yəni 30 mart 2023-cü il tarixdə RPŞ-nin əməkdaşları evlərinə gəlib onu avtomobilə mindirib RPŞ-nə gətirmişlər. RPŞ-nə gətirərkən yolda, eləcədə polis şöbəsində ona demişlər ki, “sən əmini gecə vaxtı bıçaqla vuraraq xəsarət yetirmisən”, yanında iki-üç nəfər adam da olmuşdur. O, isə onlara əmisi Nurunun həyətinə və evinə getmədiyini və onu bıçaqla vurmadığını, hadisə baş verən gecə evdə olduğunu bildirmişdir. Aralarında torpağa görə ədavət olduğu üçün əmisi Nuru onun barəsində yalan şikayət etmişdir. Zərərçəkmiş şəxslə barışmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, X13 ilə rəsmi nikahdadır. Övladları olmadığına görə Failənin razılığı ilə 1997-ci ildən Şahid2 qızı ilə ər-arvad münasibətində yaşamağa başlamışdır. Həm Failə, həm də Qərənfil ilə Qulubəyli kəndində yerləşən evdə 2021-ci ilin yaz fəslinə kimi bir yerdə yaşamışlar. Qərənfil ilə aralarında olan ər-arvad münasibətindən İsmət Abdullazadə, Xədicə Abdullazadə və Nüşabə Məmmədzadə doğulmuşdur. Bu uşaqlarından sonra isə Failə ilə nikahdan Abdulla Məmmədzadə və Nemət Məmmədzadə anadan olmuşdur. Failə onunla təxminən 2021-ci ilə kimi yaşadıqdan sonra ayrılmış, lakin rəsmi olaraq boşanmamışdır. Hadisə baş verən vaxt Qərənfil, Abdulla və Abdullanın arvadı X14, onların azyaşlı (bir yaşı tamam olmayan) qız övladı onlarla birlikdə yaşayırdı. Hadisədən sonra isə Abdulla ailəsi ilə birlikdə Bakı şəhərinə gedərək orada yaşayır. Etmiş olduğu şikayətlə bağlı o, iki dəfə izahat vermişdir. Bir dəfə RPŞ-də təhqiqatçı Elmar Qarayevə, bir dəfə də İmişli rayon prokurorunun müavini Tural Musayevə izahat vermişdir. Həmin hadisə ilə bağlı bildirir ki, onun Qulubəyli kəndində yaşadığı evdən aralıda Mehdi adlı şəxsin ferması var. Sənədlə ferma onun adınadır. O, isə həmin fermada 500 baş qoyun heyvanı saxlayır. 2022-ci ilin noyabr ayında heyvanlara baxmaq üçün Cəlilabad rayon sakini Şahid1 ilə danışıb onu fermaya işləmək üçün gətirmişdir. Razılığa əsasən Xalidə ailəsi, yəni əri Rəşad Mirzəyev, xx.xx.2009-cü il təvəllüdlü qızı X10 və xx.xx.2013-cü il təvəllüdlü oğlu X17 ilə birlikdə fermada olan çoban evinə köçürmüşdür. Onlar heyvanlarına baxmalı, o da onları ərzaq, paltar və digər zəruri məişət ehtiyacları ilə təmin etməli idi. Hazırda da Xalidə, qızı Rəqsanə və oğlu Həsən orada yaşayır. Əri Rəşad isə onları fermada qoyub başqa arvadının yanına getmişdir. Xalidəgil ora gələndən sonra qardaşı oğlu Təqsirləndirilən şəxs fermanın ərazisinə tez-tez gələrək Rəqsanəyə qarşı nalayiq hərəkətlər etmək istəmişdir. Əkbər gəlib fermada Rəqsanəni güdüb, onu zorlamaq istəmişdir. O, Əkbərin fermanın ərazisinə gəldiyini görməsə də, bunu bir dəfə Xalidə özü görmüşdür. O, bundan şübhə etdiyinə və Əkbərin Rəqsanəyə qarşı təcavüz edə biləcəyindən narahat olduğuna görə bu məsələni nəzarətdə saxlamışdır. Oğlu Abdulla ilə Əkbər dostluq münasibətində olmuşlar. Ona görə də Abdullanın mobil telefonuna zəng danışıqlarını qeydə alan proqram yazdırmışdır. Proqramın qeydə aldığı, Abdulla ilə Əkbərin danışıqlarını əks etdirən səs yazılarına qulaq asanda bir daha əmin olmuşdur ki, Əkbər Rəqsanəyə qarşı əxlaqsız hərəkətlər etmək niyyətindədir. Həmin səs yazılarının birində Əkbər Abdullaya: “əmi oğlu qız şalvarın çəkib aşağı, g.tü-başı qalıb hamarda” – demiş, Abdulla da ona: “əmi oğlu Nuru olmasa sən onu zorlaya bilərsənmi?” – deyə sual vermiş, Əkbər Abdullaya: “Nuru olmasa bu dəqiqə keçib onu zorlayaram, Nuru durub gözümün qabağında” – deyə cavab vermişdir. Belə onların səs yazıları onda var, diskə köçürməklə prokurorluğa təqdim etmişdir. Ona görə də, həmin vaxt polis sahə rəisi işləyən Kərəm Ələkbərova bu barədə bildirmişdir. Kərəm isə Kərimağa ilə onu 29 mart 2023-cü ildə saat 17 radələrində qardaşı Kərimağanın evinin yaxınlığında pay torpaq sahəsində görüşdürmüşdür. O, səs yazılarını Kərimağaya qulaqcıq vasitəsilə dinlətmişdir. Kərimağa yenə də oğlu Əkbərin tərəfini saxlamış və ona: “Get, nə bilirsən, onu da elə” - demişdir. Kərimağa onun doğma qardaşıdır, qızı X2 arvadıdır. 2017-ci ildə qızı Nüşabə ailə həyatı quranda ona cehizdən əlavə 45 baş qoyun heyvanı da hədiyyə etmişdir. Sonradan İbrahim ona söyüş söydüyünə və qızını gözü qarşısında təhqir etdiyi üçün o, İbrahimdən 45 baş qoyunu geri tələb edərək almışdır. 2019-cu ildə Kərimağanın yaşadığı evin yanında olan ona məxsus 2,39 hektar torpaq sahəsini rəsmi olaraq notarius yolu ilə Kərimağanın adına keçirmişdir, lakin Kərimağa evinin yanında olan özünə məxsus 2,79 hektar pay torpaq sahəsini adına keçirməyi söz versə də, vədinə əməl etməmişdir. Həmin torpaqları hələ də Kərimağa istifadə edir. Bu kimi söz-söhbətlərə görə Kərimağa ilə münasibətləri pozulmuşdur. Kərimağanın oğlu Əkbərdən xoşu gəlmir, çünki düzgün adam deyil. 29 mart 2023-cü il tarixdə Kərimağa ilə görüşdən sonra saat 19 radələrində evdə Qərənfil və Sevdanın yanında oğlu Abdulladan Əkbər ilə danışıb-danışmadığını soruşmuşdur. Abdulla Əkbərlə danışmadığını demişdir. O, isə Abdullanın qarşısına onun telefonundan öz telefonuna köçürtdüyü səs yazılarını qoyub qulaq asdırmışdır. Bundan sonra Abdullanın vəziyyəti dəyişmiş və oğlu ona: “Sən mənim telefonuma niyə qulaq asırsan?” – deyə irad bildirmiş, aralarında sözlə mübahisə olmuşdur. O, Abdulladan telefonunu götürmüş və özündə saxlamışdır. Abdulla yatmağa getmiş, o, Abdullanın özünə bu vəziyyətdə nəsə edə biləcəyindən narahat olduğuna görə onu nəzarətdə saxlamaq üçün yatmamışdır. Abdullanın arvadı Sevda da oyaq olmuş, yatmamışdır. O, gah evdə olmuş, gah da həyətə çıxmışdır. 30 mart 2023-cü il tarixə keçən gecə saat 01 radələrində evdən təxminən 50 metr aralıda ot çardağının yaxınlığında bağlı vəziyyətdə saxladığı itin hürüdüyünü və sakitləşmədiyini görüb o tərəfə getmişdir. Hava zülmət qaranlıq olmuşdur. Ot çardağına çatanda orada Əkbəri görmüşdür. Əkbər ot çardığının daş divarının yanında durmuşdu. Əkbər ona: “Gəl, bu məsələni qurtaraq, səs yazılarını heç kimə vermə” – demişdir. O, Əkbərə rədd cavabı verib ondan aralanmış, Əkbər qarşısına keçmişdir. Əkbər qarşısına keçəndə həmin andan ikinci bir adam qollarını arxadan tutmuş və onu tərpənməyə imkan verməmişdir, Əkbər yenə sözünü təkrar etmiş, o isə ona yenə rədd cavabı vermişdir. Bundan sonra Əkbər sol göz nahiyəsindən və başından üç-dörd dəfə yumruqla, bir dəfə isə əlində görmədiyi alətlə, yəni bıçaq olduğunu hesab etdiyi alətlə sol sinə nahiyəsindən vurmuşdur. Əkbər onu vuran kimi arxadan onu tutan adamın oradan qaçdığını hiss etmişdir. Əkbər isə heçnə olmamış kimi öz yerişi ilə oradan uzaqlaşmışdır. O, ümumiyyətlə ikinci adamı orada görməmişdir, onu tutmasından və fiziki gücündən başa düşmüşdür ki, o, kişi cinsinə mənsubdur. Hadisə vaxtı isə heç səsini belə çıxartmamışdı. Həyətə gəlmiş, evin qarşısında olan ağacın atında taxtın üstündə oturmuşdur. Sinəsini açıb baxanda görmüşdür ki, sinəsindən qan gəlir, qan isə çox az miqdarda gəlmiş, Əkbərin başına vurduğu zərbələrin ağrısını çox hiss etmiş, sinəsində yaranın ağrısı onu bir o qədər incitməmişdir. Ona görə də çəkil ağacının altında bir saata kimi oturmuşdur. Həmin sinə nahiyəsində yaranın tuşunda köynəyində də zədə var idi. Bir müddət orada oturandan sonra saat 02 radələrində evə gəlmişdir. Gəlini Sevda zalda oturmuşdu, oğlu Abdulla evdə olmuş, yoldaşının deməsinə görə yatmışdır. Sevda isə zalda oturub telefonu ilə oynayır və uşağına baxırdı. Ona narahat olmaması üçün hadisə barədə heçnə deməmişdir. Sevdaya gedib yatmasını bildirmiş, Sevda getdikdən sonra orada qalmış və saat 04 radələrinədək oturmuşdur. Bu ərəfədə sinəsindəki zədənin yeri yox, ən çox başında yumruq zərbələrinin yerinin ağrıları artmağa başlamışdır. Ona görə də Abdullaya görə gedib Qərənfili oyatmış və özü yerində uzanmışdı. Qərənfil ağır şəkər xəstəsi olduğuna görə ona heçnə deməmişdir. Otaq qaranlıq olduğuna görə Qərənfil də heçnə görməmişdir. Səhər 06 radələri olanda Qərənfili çağırmış, ona ağrıdan yata bilmədim demişdir. Qərəfil onda olan xəsarətləri görmüşdür. Hadisə barədə Qərənfilə danışmışdır. Həm də səhər açıldığına görə DİN-in 102 xidmətinə və X26 Xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona xəsarət yetirən şəxslər iki nəfər olmuşdur, biri onun tutmuşdur, Təqsirləndirilən şəxs isə ona xəsarət yetirmişdir. İkinci şəxsin qaranlıq olduğu üçün üzünü görməmişdir. Döyülməyi təxminən 2 dəqiqə davam etmişdir. Polisə səhər saatlarında müraciət etmişdir. Oğlunun telefonuna səs yazan proqramı özü quraşdırmışdır. Həyətdəki itlər bağlı olduğu üçün yad adamın həyətə girməsinə heç nət etməmişlər. Belində yırtıq olduğu üçün müqavimət göstərə bilməmişdir. Digər şəxs İsmətli körpüsü tərəfə qaçdı. Oğlu Abdulla ilə hazırda da münasibəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, İmişli rayonu, Qulubəyli kəndində Zərərçəkmiş şəxs fermasında qoyun heyvanlarına bir ildir ki, baxır. O, azyaşlı uşaqları X17 və X10 ilə həmin fermada yaşayır. X4 3 aydır ki, onları tərk etmiş, birinci arvadının yanına Lerik rayonuna getmişdir. O, isə uşaqları ilə birlikdə Nurunun fermasında yaşayır. Onlar fermada qaldığı vaxtdan Nurunun qardaşı oğlu Əkbər Nuru ilə arasında olan söz-söhbətədək fermaya tez-tez gəlir və azyaşlı qızı Rəqsanəyə kənardan durub baxmışdır. O, Əkbərin niyyətini əvvəllər başa düşməmişdir. Amma Nuru kişi ona demişdir ki, sən qızı fermada tək qoyma. Həmin vaxt Nurunun ona nəyə görə həmin sözləri deməsinin səbəbini bilməmişdir. Sonda Əkbərin pis niyyətlə fermaya gəlib getməsini ona demişdir. O, Əkbərlə üz-üzə gəlməmiş, onun qızına yaxınlaşmasını və qızı ilə danışmasını da görməmişdir. Lakin fermanın yanından üzərində tüfənglə tez-tez gəlib-getməsini görmüşdür. Onun Zərərçəkmiş şəxsla arasında baş vermiş mübahisədən və dava-dalaşdan sonradan xəbəri olmuşdur. Nuru xəstəxanaya düşəndən sonra ona demişdir ki, Rəqsanəyə görə Əkbərlə mübahisə etmiş, Əkbər də onu vuraraq xəsarət yetirmişdir. Nuru da oğlu Abdulla ilə Əkbərin səslərini yazdığını bildirib ona həmin səs yazılarına qulaq asdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərdi ki, o, İmişli rayonu, Qulubəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs Abbdulla oğlu ilə qeyri-rəsmi nikahdadır, Nuru ilə birgə qeyri-rəsmi nikahdan üç övladı var. Övladlarından heç biri onun yanında qalmır. Onlardan ikisi qız, biri isə oğlandır. Onların hamısı evlidir və ayrı yaşayırlar. Həmçinin Nuru X1 ilə rəsmi nikahda olmaqla ondan iki övladı var. X22 ayrılıb və o, ayrı yaşayır. Onun da bir övladı evlidir, digəri isə subaydır. Nurunun Failədən olan oğlu Abdulla isə bu hadisəyə qədər həyat yoldaşı və azyaşlı qızı ilə onlarla bir yerdə və bir evdə yaşayırdı. Qızı Nüşabə əmisi oğlu İbrahim ilə ər və arvaddır, onlar birlikdə bir yerdə yaşayırlar, onların iki övladları var. İbrahim də həyat yoldaşı ilə birlikdə əvvəllər onlarda təxminən 3 aya yaxın yaşamışdır, sonradan isə ayrılıb getmişlər. Hazırda 4 ilə yaxın bir müddətdir ki, övladı Nüşabə Məmmədzadəni və nəvələrini görmür. 29 mart 2023-cü il tarixdə saat təxminən 18-19 radədələri arasında həyat yoldaşı Nuru yaşadığı evə gəlmiş və bundan təxminən 1 saat sonra evə oğlu Abdulla gəlmiş və Nuru oğlu Abdulladan soruşmuşdur ki, Əkbər ilə danışırsan. Abdulla isə bildirmişdir ki, o, Əkbərlə danışmır. Daha sonra Nuru Abdullanın telefonunda quraşdırdığı səs yazan proqramda Abdulla ilə Əkbərin danışığını göstərmişdi. Bundan sonra Nuru oğlu Abdulla ilə söhbət etdikləri üçün o, həyətə çıxmışdı. Onların arasında daha nə kimi sözlər danışmasını bilməmiş və eşitməmişdir. Həmin gün saat təxminən 21 radələrində həyətdə it hürməsi səsini eşitmiş və Nuruya bildirmişdir ki, həyətdən səs gəlir, gör nə məsələdir. Nuru da həyətə çıxmış və həmin günü həyətyanı sahəni suvarmış və su qonşu Yadulla Mirzəyevin həyətyanı sahəsinə keçmişdir. Nuru suyun qarşısını bağlamağa getmiş və ona tapşırmışdı ki, evdə dur, Abdullanın bir yerə çıxıb getməsinə icazə vermə. O, həyətdə dayanmış və Nuru suyun qarşısını bağlayıb yaşadığı evə qayıtmış və Nuru evin içərisinə keçəndən sonra yatmağa getmişdir. 30 mart 2023-cü il tarixdə saat təxminən 3-4 radələri arasında Nuru onun yatdığı yerə gəlib ona bildirmişdir ki, dur, yatmağa gedirəm. Səbəbi isə Abdullanın öz hərəkətlərindən atası Nuru qorxmuşdur ki, birdən oğlu Abdulla özünə zərər yetirər və bu məqsədlə onu yuxudan oyadıb Abdullaya nəzarət etməyi istəmişdir. O, yuxudan oyanmış və Nuru evdə otağa keçib yatmışdır. O, səhər saat 6 radələrində Nurunu oyatmağa keçəndə görmüşdür ki, Nurunun üst paltarında qan ləkəsi var və üz-gözü şişkin haldadır. Nurudan nə məsələ olmasını soruşmuş, Nuru isə ona bildirmişdir ki, bu gecə saat təxminən 1 radələrində həyətdə it hürməsi səsini eşidib həyətə çıxdığını, orada həyətdə “naves”in qarşısında onu qardaşı oğlu Əkbərin bıçaqla sinə nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Daha sonra Nuru bu barədə “102” xidmətinə zəng vurmuş və hadisə barədə bildirmişdir. Bundan sonra Nuru polis şöbəsinə oğlu Abdulla ilə yollanmış, sonra isə həyətlərinə polis əməkdaşları Abdulla ilə gəlmiş və polis əməkdaşı ona çöldə gözləməyi və evə keçib evdə Abdulla və onun həyat yoldaşı ilə söhbət etmək istədiyini demişlər. O, çöldə gözləmiş və onların nə barədə söhbət etmələrini eşitməmişdir. Daha sonra polis əməkdaşları ondan hadisə barədə soruşmuşlar və o, olanları polisə danışmış, daha sonra polis şöbəsinə gəlib bu barədə izahat yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini görməmişdir. Lakin, o, səhər saat 6 radələrində Nurunu oyatmağa keçəndə görmüşdür ki, Nurunun üst paltarında qan ləkəsi var və üz-gözü şişkin haldadır və Zərərçəkmiş şəxs bildrimişdir ki, onun Təqsirləndirilən şəxs döymüşdür. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və onun atası arasında torpaq mübahisəsi var. Zərərçəkmiş şəxs oğlu Abdulla və Təqsirləndirilən şəxs səs yazısını yazdığını, bu barədə Təqsirləndirilən şəxs məlumatı olmasını bilmişdir. Abdulla ilə isə Zərərçəkmiş şəxs danışanda həyətdə olmuşdur. Onlar əlbəyaxa olmamışlar. O söhbətdən sonra Abdulla bütün gecəni otağında olmuşdur. Hazırda da onlarla yaşamır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Abbdulla oğlunun məlumatı əsasında İmişli rayon polis şöbəsinin təhqiqat bölməsində toplanmış material üzrə təhqiqatçı Elmar Qarayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 mart 2023-cü il tarixli qərarı ləğv olunmuş və 06C-24 nömrəli material üzrə Zərərçəkmiş şəxs Abbdulla oğlunun sağlamlığına qəsdən yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Abbdulla oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 228 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Abbdulla oğlunda aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının ön səthində orta köpücük xətti boyunca 4-cü qabırğaarası sahədə yara kəsici –deşici əşyanın (alətin) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş döş qəfəsinin sol yarısının ön səthində orta köpücük xətti boyunca 4-cü qabırğaarası sahədə yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir, sağ göz yuvası ətrafında qançır və boynun sağ yan səthində sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir; İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Abbdulla oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs Abbdulla oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Abbdulla oğlunun xəsarət alması ilə bağlı cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında İmişli rayon polis şöbəsinin istintaq bölməsinn müstəntiqi İlqar Əhədovun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işinin icraatı təzələnmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla 4 (dörd) ayadək, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada İmişli RPŞ-nin istintaq bölməsinə gətirilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Abbdulla oğlu tərəfindən könüllü olaraq təqdim edilən 2 (iki) ədəd fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və baxış keçirilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur; İş materiallarından olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli rayonu Qulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyə yazılı müraciət daxil olmamış, o, ailə təsərrüfatı ilə məşğul olur, ictimayət arasında az görünür, ona görə də onu nə müsbət nədə mənfi xarakterləri gözə görülmür; İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 228 nömrəli ekspert rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Rəqsanə Mirzəyevanın barəsində seksual xarakterli hərəkətlər barədə danışsa da ona qaprşı hər hansı bir seksual xarakteri hərəkətlər etməməsi, sonuncu Təqsirləndirilən şəxs tanımaması və ona qarşı hər hansı bir seksual xarakterli hərəkətlər edilməməsi nəzərə alısın və həmin xüsuatla bağlı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanması rədd edilmiş, qərarın təsviri hisəsində göstərilənlərə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün ifadələrində əmisi Zərərçəkmiş şəxs qızı Nüşabə Məmədova qardaşı İbrahim Məmədovun həyat yoldaşı olmasını və İbrahim ilə Nüşabə birlikdə Zərərçəkmiş şəxs fermasında yaşadıqlarını, Zərərçəkmiş şəxs tərəfindən qızına cehiz əvəzi olaraq 40 (qırx) baş doğar qoyun verməsini, lakin Nüşabə ilə İbrahim arasında münasibət pisləşdiyindən qardaşı İbrahim Zərərçəkmiş şəxs fermadan çıxıb atası Kərimağa Məmmədovun evinə qayıtmasını, daha sonra İbrahimlə Nüşabə biri-biri ilə barışdığını və onlar birlikdə Zərərçəkmiş şəxs fermasından çıxdıqlarını, bundan qabaq isə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığından öz qardaşı Kərimağa Məmmədova məxsus pay torpaq sahəsini ona verməsi üçün qardaşı Kərimağa Məmmədova həmkəndlisi Əbülfət adlı şəxsin pay torpaq sahəsini alıb onun adına keçirməsi barədə razılaşdıqlarını, lakin atası Kərimağa Məmmədovun isə özünə və ailə üzvülərinə məxsus pay torpaq sahəsini qardaşı Nuru Mməmmədova vermədiyindən, Kərimağa Məmmədovla qardaşı Zərərçəkmiş şəxs arasında münasibətlərin pozulduğnu və atası Kərimağa qardaşı Nurudan İbrahimə vermiş olduğu 40 (qırx) baş doğar qoyunun artıb 120 baş olmasını və həmin 120 baş qoyunu oğlu İbrahimə verdikdən sonra ona torpaq sahəsini adma keçirdəcəyi barədə bildirməsini və Zərərçəkmiş şəxs 120 baş deyil 40 baş doğar qoyunu qaytarıb verməsinin bildirməsini, yaranmış mübahisənin toraq üstündə olması və bu səbəbdən Nuru Məmədovun onu şərləməsi barədə göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli olmaqla, işin faktiki hallarına uyğun olmadığına və toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilmiş, qərarın təsviri hisəssində göstərilənlərə əsasən iş üzrə Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan geyim paltarlarını təhqiqat qrupunun təhqiqatçısı Elmar Qayrayevin xidməti iş otağına gətirməsi və sonda özü ilə götürüb özünün tibbi ekspertizaya təqdim etməsi üçün aparması və gətirib sonrakı, mərhələdə təhqiqat və ya istintaq bölməsində araşdırma ilə bağlı təqdim etməməsi nəzərə alınmışdır; Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X11 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda İmişli rayonunun inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti İmişli rayonunun hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli İmişli Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(036)-64/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 001504 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli İmişli Rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə İmişli Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı İmişli rayonu, Qulubəyli kəndi ünvanını tərk etməmək, İmişli rayonu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-64/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-64/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver