Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-65/2021 07.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxx 1967-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, G.Şıxlınski küçəsi ev 15-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, polietilen torbada qablaşdırdığı 450 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamış və 05 mart 2021-ci il tarixdə saat 15 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı İmişli şəhəri, T.İsmayılov küçəsində saxlanılıb şöbənin inzibati binasına gətirildikdən sonra üstündə şəxsi axtarış aparılan zaman əlində olan polietilen torbada ümumi təmiz çəkisi 450 qram narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddət Rusiya Federasiyasının Kuybişev şəhərində yaşayıb işləmiş və 2016-ci ildən Azərbaycan Respublikasına qayıdıb valideynləri ilə birlikdə İmişli şəhəri, G.Şıxlınski küçəsi ev 15-də yaşamışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 05 mart 2021-ci il tarixdə saat 15 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən 34 saylı məktəb binasının yaxınlığında bir neçə nəfər polis əməkdaşı onu saxlayıb İmişli RPŞ-yə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları ona polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuana təqdim edib ona məxsus olmasını etiraf etməsini bildirmişlər. O, etiraz etdikdə ona digər bir narkotik vasitə olan heroin bükümü göstərib ona məxsus olmasını sənədləşdirəcəklərini bildirdikdə o, məcbur olub narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmasını etiraf etmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə etsə də həmin gün üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır, inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlindən yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Elşən oğlu ifadəsində göstərdi ki, 05 mart 2021-ci il tarixdə icraatına İmişli şəhəri, G.Şıxlınski küçəsi, 15 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və məlumatda sonuncunun şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində gəzdirməsi göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Polis şöbəsinin rəhbərliyinə raportla məruzə edib məlumat verdikdən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri – Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə əməliyyat tədbirlərinə başlamışlar. 05 mart 2021-ci il tarixdə saat 15:00 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə İmişli şəhəri, T.İsmayılov küçəsinə gedib küçədə sonuncunu müşahidəyə götürmüş və şərti işarə ilə ona yaxınlaşaraq qaçıb gizlənməsinin qarşısını almışlar. Təqsirləndirilən şəxs yaxınlaşarkən onun sol qolunun altında polietilen torba olmuş və üzərində şəxsi axtarış aparılması üçün onu Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və axtarış zamanı üzərində olan polietilen torbadan narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir müddət əvvəl İmişli şəhəri, Depo məhəlləsində yaşamış Rəcəb Şəmmədovdan almasını, İmişli şəhəri, S.Qazıyeva küçəsində köhnə məhkəmə binasının yaxınlığında gizlətməsini və həmin kütləni götürüb apararkən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş polietilen torbadakı kütlə qablaşdırılaraq DİN-nin zərflər üçün möhürü ilə möhürləməklə ekspertiza tədqiqatına göndərilmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirlmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 işin hallarına dair Şahid1 Elşən oğlunun ifadəsinə uyğun ifadə verdilər. İşdə olan məhkəmə-bioloji ekspertizanın 06 mart 2021-ci il tarixli, 18/297 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "...Təqsirləndirilən şəxs təqdim etdiyi..." sözləri və imzalar olan polietilen torbanı açdıqda təmiz çəkisi – 450 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 450 qram, tədqiqatda istifadə olundu - 0.02 qram, qalıq çəkisi - 449,98 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 06 may 2021-ci il tarixli, 1397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 449,98 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntülərə dair 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli 05 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 449,98 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntülərə dair 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 31,95 manat (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-65/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-65/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver