Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-65/2023 25.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Müvsüm oğlunun, Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə İmişli rayonu Soltanmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, İmişli rayonu Soltanmuradlı kəndində qeydiyyatda olmaqla İmişli şəhəri L.Vəliyev küçəsi 36-da yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 tibbi dərman ləvazimatları, müxtəlif siqaret markaları, saç boyası və müxtəlif markalı uşaq bezlərinin satışını həyata keçirib gəlir əldə edəcəkləri barədə yalan vəd verərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 23 dekabr 2019-cu il tarixdə İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında 5000 manat pulu, 20 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı İmişli şəhəri, M.Əzizbəyov küçəsi ev 7 ünvanının qarşısında 7000 manat pulu, 25 may 2020-ci il tarixdə İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında 25 may 2020-ci il tarixə məzənnəsi 4080 manat təşkil edən 2400 X7 dollarını, 2020-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs2 yaşadığı İmişli şəhəri, M.Əzizbəyov küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki 2340 manat dəyərində, markası istintaqa məlum olmayan uşaq bezlərini satmaq adı ilə apararaq geri qaytarmayıb Zərərçəkmiş şəxs2 2340 manat dəyərində əmlakını, 15 iyul 2020-ci il tarixdə İmişli şəhəri, Şuşinski küçəsi ev 26 ünvanının qarşısında 2200 manat pulu, həmin gün Zərərçəkmiş şəxs2 yaşadığı İmişli şəhəri, M.Əzizbəyov küçəsi ev 7 ünvanının qarşısında 700 manat pulu aldadıb alaraq, vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 21320 (iyirmi bir min üç yüz iyirmi) manat pulunu, yəni xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir; Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 müxtəlif markalı pampers, yuyucu tozlar, dərman preparatları və siqaret markalarının satışını həyata keçirib gəlir əldə edəcəkləri barədə yalan vəd verərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında 2020-ci ilin aprel ayının ortalarında 500 manat pulu, 2020-ci ilin may ayının əvvəlində 1200 manat pulu, 2020-ci ilin may ayının ortalarında 1200 manat pulu, 2020-ci ilin may ayının ortalarında 2130 manat pulu və 2020-ci ilin iyul ayının ortalarında 700 manat pulu aldadıb alaraq, vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 5730 (beş min yeddi yüz otuz) manat pulunu, yəni xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir;Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 müxtəlif çeşidlərdə yuyucu tozların satışını həyata keçirib gəlir əldə edəcəkləri barədə qəsdən yalan vəd verərək 2020ci ilin iyul ayının ortalarında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında Zərərçəkmiş şəxs4 3000 (üç min) manat pulu aldadıb alaraq vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs4 3000 (üç min) manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir; Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Xanhüseyin oğluna onu İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehalat Birliyinə işə düzəldəcəyi barədə yalan vəd verərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 2022-ci ilin aprel ayının əvvəllərində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarının arxa tərəfində 700 manat pulu, 2022-ci ilin aprel ayının əvvəllərində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında 50 manat pulu aldadıb alaraq vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 750 (yeddi yüz əlli) manat pulunu, yəni əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı AR CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 Şahid3 vasitəsilə tanımışdır. Şahid3 ona 50 manat borcu olmuş və xeyli müddət müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Bir dəfə Orxan Xanəhməd adlı bir nəfərlə onun yanına gəlmiş və onu Xanəhmədə müəyyən məbləğ müqabilində işə düzəlməkdə köməklik edə biləcək şəxs kimi təqdim etmişdir. Xanəhməd ondan heç nə soruşmamış və cibindən pul çıxarıb Orxana vermiş, Orxan da həmin pulu ona vermişdir. O,Orxanı kənara çəkib məsələnin nədən ibarət olduğunu soruşduqda Orxan Xanəhmədin onunla qonşu olduğunu və narahatçılıq üçün əsas olmadığını bildirmişdir. Orxandan 50,0 manatını almaqdan ötrü Xanəhmədin aldadılmasına susmuş və Xanəhmədin verdiyi 700,0 manatdan 50,0 manatı özündə saxlayaraq qalan 650 manatı Orxanın özünə verib onlardan ayrılmışdır. Zərərçəkmiş şəxs1 onun barəsində polis orqanına şikayət etdikdən sonra o, Orxanın Xanəhməddən aldığı 700 manatı öz hesabına qaytarmışdır; Zərərçəkmiş şəxs2 onun bacanağı olmaqla qohumudur və 2020-ci ilin yanvar ayının 18-də övladının qırx günlüyündə onlara gələrkən danışıb birgə ticarətlə məşğul olmaları barədə razılaşmışlar. Bundan sonra , onlar tərəfindən Cavidin verdiyi nağd pulla müxtəlif növ uşaq bezləri, yuyucu tozlar və siqaretlər alınaraq Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən ticarət məntəqələrinə nisyə paylanmış, satışdan əldə olunan məbləğlər isə şəxsən Cavidin özünə ödənilmiş, qazancın cəmi 40 faizi ona çatmışdır. Satış üçün alınan 2340,0 mnat dəyərində uşaq bezləri Cavidin yaşadığı ünvanda saxlanmış və ordan Cavidin qardaşı Yusifin maşını ilə ticarət məntəqələrinə paylanmışdır. Satışdan əldə olunan məbləğlər həmişə Cavid tərəfindən qəbul edilmiş, ancaq bir dəfə o, 1700,0 manatı qəbul etmiş və həmin gün Cavidə vermişdir. Bir dəfə saat 23-00 radələrində Cavid onlara gəlmiş və qardaşından aldığı pulu qumarda uduzduğunu bildirərək ondan 3500,0 manat alıb aparmış və bir neçə gündən sonra 1200,0 manat qaytararaq 2300,0 manat borclu qalmışdır. Həmin vaxtlarda ona “Ariel” yuyucu toz sifarişi edilmiş, o, Caviddən 2300,0 manat alıb onunla birlikdə Zaur adlı şəxsin ticarət məntəqəsinə gedərək həmin məbləği ödəmiş, lakin qısa müddətdən sonra sifariş pozulduğu üçün o, Zaurun yanına gedib 2300,0 manatı geri almış və Cavidə zəng edərək həmin pulu borcu ilə əvəzləşdirdiyini bildirmişdir. 2020-ci ilin yanvar ayından həmin ilin sentyabr ayınadək olan müddətdə eyni qaydada Cavidin pulu ilə təxminən 20-25 min manat dəyərində mallar alınaraq Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən ticarət məntəqələrində nisyə satılmış və satışdan əldə olunan məbləğlər şəxsən Cavidin özünə ödənilmişdir. Onun Cavidə heç bir borcu qalmamışdır; İmişli rayon bazarında siqaret satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3 bir müddət bundan qabaq cəmi 51 manat dəyərində 3 blok “Milana” siqareti nisyə almış və həm gün də pulunu ödəmişdir.Bakirdən başqa vaxtlarda hər hansı bir məbləğdə borc pul və ya nisyə mal almamışdır; İmişli şəhərində siqaret satışı ilə məşğul olan Zərərçəkmiş şəxs4 Müvsüm oğlundan bir dəfə cəmi 2000,0 manat dəyərində müxtəlif növ siqaretlər nisyə almış və malı satıb pulunu ödəmişdir. Ziyaddan bir dəfə 1000,0 manat nağd pul borc almış və bir neçə gündən sonra ona 1200,0 manat qaytarmışdır. Caviddən başqa vaxtlarda hər hansı bir məbləğdə borc pul və ya nisyə mal almamışdır. İş üzrə Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qohum olsa da, uzun müddət Rusiyada yaşadığı üçün Muradla dərin münasibət qurmamışdır.2019-cu ilin dekabr ayında o, Muradla təsadüfən qarşılaşmış, Murad ondan nə ilə məşğul olduğunu soruşduqda o, heç bir işlə məşğul olmadığını demişdir. Murad cərrahiyə əməliyyatları aparmaq üçün sistem şlankları satan Bərdəli bir nəfər tanışının olduğunu,həmin şəxsin sistem şlanklarını aparıb Sabirabadda sataraq yaxşı pul qazandığını demiş və ona həmin şlanklardan nağd pula alıb satmaqla qalan xeyiri aralarında bölməklə pul qazanmağı təklif etmişdir.Onun Rusiyada işlədiyi zamandan bəri yığdığı bir qədər pulu olmuş, işsiz olduğunu və bekar qaldığını düşünüb bir neçə gün sonra Muradla rayonda rastlaşarkən Murada təklifi qəbul etdiyini bildirmişdir. Murad ilk dəfə ondan İmişli şəhər Q.İsmayılzadə küçəsində yerləşən bazarda 23 dekabr 2019-cu il tarixdə 2000 (iki min) manat nağd pul almış və həmin pulu geri qaytarmışdır. İkinici dəfə 29-30 dekabr 2019-cu il tarixdə 2000 (iki min) manat almış və bir neçə gün sonra həmin 2000 (iki min) manatı geri qaytarmışdır.Üçüncü dəfə 2021-ci ilin yanvar ayının əvvəlində, İmişli şəhər Q.İsmayılzadə küçəsində yerləşən bazarda 5000 (beş min) manat almış və bir neçə gün sonra həmin 5000 (beş min) manatı geri qaytarmışdır. Beləliklə də onda Təqsirləndirilən şəxs qarşı inam və etibar yaranmışdır ki, o, növbəti işlərdə artıq fikirləşmədən Murada deyilən məbləğləri vermişdir. Murad ona hər dəfə satış yerlərindən müxtəlif növ yuyucu vasitələr, uşaq bezləri, dərman preparatları və siqaretlər almaqdan ötrü pul lazım olduğunu dedikdə, hər dəfə həmin pulları Murada verməyə razı olmuşdur. Belə ki, Murad ondan 2019-cu ilin dekabrın 23-də İmişli şəhər Q.İsmayılzadə küçəsində yerləşən bazarda 5000 (beş min) manat almış və həmin məbləğdən 3150 (üç min yüz əlli) manat ayrı-ayrı vaxtlarda qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin vədlərlə onun İmişli şəhəri M.Əzizbəyov küçəsi ev 7 ünvanında yerləşən evinin qarşısında, 2020-ci ilin may ayının 20-də günorta saatlarında kiçik qardaşı Yusifin yanında 7000 (yeddi min) manat almış və qaytarmamışdır. Daha sonra 2020-ci ilin may ayının 25-də yenə də İmişli rayon bazarında 2400 (iki min dörd yüz) ABŞ dolları, yəni 4080 (dörd min səksən) manat almış, həmin məbləğdən qazanc kimi ona 200 (iki yüz) ABŞ dolları, yəni 340 (üç yüz qırx) manat qaytarmışdır. 2020-ci ilin iyun ayının ortalarında satış məqsədilə alıb evində saxladığı 2340 (iki min üç yüz qırx) manat dəyərində uşaq bezlərini satmaq adı ilə aparmış və pulunu qaytarmamışdır. 15 iyul 2020-ci il tarixdə Zaur adlı şəxsdən “Ariel” firmasının məhsullarını almaq məqsədilə İmişli şəhər Şuşunski küçəsi 26-da yerləşən evin qarşısında Murad ondan 2200 (iki min iki yüz) manat alıb Zaura vermiş və bir neçə saatdan sonra gedib ondan xəbərsiz həmin pulu gedib Zaurdan geri almışdır.Həmin günü, yəni 15 iyul 2020-ci il tarixdə Murad ondan 700 (yeddi yüz) manat pul da almış, lakin həmin pulu da geri qaytarmamışdır. Ümumilikdə Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək, 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyul ayınadək olan müddətdə ərzində 5000 + 4080 ( 2400 ABŞ dolları ) + 7000 + 2340 + 2200 + 700 = 21.320 (iyirmi bir min üç yüz iyirmi) manat pulunu ələ keçirmişdir. Həmin puldan ona cəmi olaraq 3150+340=3490(üç min dörd yüz doxsan) manat, əlavə olaraq 300+330=630 (altı yüz otuz) manat qaytarmışdır. Təqsirləndirilən şəxs iş qurmaq adı ilə onun cəmi 17.200 (on yeddi min iki yüz) manat pulunu ələ keçirmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında siqaret satışı ilə məşğul olur. Murad ona müxtəlif növ yuyucu toz,uşaq bezi və siqaret məhsulları alıb baha qiymətə satmaqla qazanc əldə edəciklərini və əldə olunan qazancı yarı böləcəklərini vəd edərək 2020-ci ilin aprel ayından 2020-ci ilin iyul ayının ortalarınadək olan müddət ərzində ondan 5730 (beş min yeddi yüz otuz) manat pul almışdır. Belə ki, 2020-ci ilin aprel ayının ortalarında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında Murad satış üçün mal almaqdan ötrü ondan 500 manat almış, may ayının əvvəllərində ona 50 manat pul gətirib verərək həmin işdən onun payına düşən qazanc olduğunu, 500 manatı isə isin davam etdirilməsindən ötrü özündə saxladığını bildirmişdir. 2020-ci ilin may ayının əvvəllərində Murad ondan yenə də satış üçün mal almaqdan ötrü 1200 manat, may ayının ortalarında isə ayrıayrı vaxtlarda 1200 manat və 2130 manat almışdır. Sonuncu dəfə rlə 2020-ci ilin iyul ayının ortalarında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında Murad ondan 700 (yeddi yüz) manat almışdır. Bu müddət ərzində Murad işdən əldə olunmuş gəlir adı ilə ona İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında hissə-hissə cəmi 330 manat pul vermişdir. İş üzrə Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında siqaret satışı ilə məşğul olur. 2020-ci ilin iyul ayında Murad bazarda yanına gələrək ona “Ariel” şirkətindən ucuz qiymətə müxtəlif növ yuyucu tozlar alıb baha qiymətə satmaqla qazanc əldə etməyi təklif etmiş və əldə olunan qazancı yarı böləcəklərini vəd etmişdir. O, Muradın vədinə inanmış və bu işi qurmaqdan ötrü bir neçə gündən sonra, yəni 2020-ci ilin iyul ayının ortalarında Murada İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında 3000 manat pul vermişdir. Həmin vaxtdan xeyli r müddət keçməsinə baxmayaraq Murad nə ondan aldığı pulu qaytarmış, nə də ki vəd etdiyi qazancdan onun payına düşən hissəni vermişdir. Murada dəfələrlə xəbərdarlıq etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı pulu qaytarmamış, ona görə də İmişli RPŞ-yə yazılı ərizə verərək Muraddan şikayət etmişdir. 2020-ci ilin dekabr ayında ondan aldığı 3000 manat pulu geri qaytarmışdır. O, İmişli RPŞ-yə yazılı ərizə verərək Muraddan şikayət etmiş və 2020-ci ilin dekabr ayında Murad ona 3000,0 manatı qaytarmışdır. İş üzrə zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında tanışı Şahid3 vasitəsilə tanımışdır. Həmin vaxt Şahid3 ona Məşğulluq idarəsində işləyən tanışı Murad adlı şəxsin ayrı-ayrı idarələrə işçi düzəltdiyini bildirmişdir. Muradla əlaqə saxlanarkən o, Məşğulluq darəsində işlədiyini, bir neçə idarə və müəssisədə olan vakant yerlərə işçi düzəltməyə köməklik etdiyini təsdiq etmişdir. Murad işə düzəlməsinə köməklik etməkdən ötrü ondan 700 (yeddi yüz) manat istəmiş, o da tanışlarından həmin məbləği borc alıb Orxanla birlikdə Muradın yanına getmişdir. Onlar İmişli şəhər Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarındakı çayxananın qarşısında Orxanın maşınına əyləşib söhbət etmişlər. Murad onu aylıq 280( iki yüz səksən) manat əmək haqqı ilə, Yaşıllaşdırma idarəsində işə düzəldə biləcəyini vəd etmiş, o, da razılaşıb həmin vaxtı, yəni 2022-ci ilin aprel ayının əvvəllərində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən bazarının arxa tərəfində Orxanın maşınında Murada 700 (yeddi yüz) manat pul vermişdir.2022-ci ilin aprel ayının əvvəllərində Murad Orxana zəng edib işin düzəlməsindən ötrü təzədən 120 (yüz iyirmi) manat da pul lazım olduğunu demişdir. Orxan ona zəng edib bu barədə dedikdə, o, Murada pulunun olmadığını bildirmişdir. Murad isə artıq işin düzəldiyini və bu məbləğdən ötrü işi pozmamasını bildirmişdir. O, isə Murada iş filan lazım olmadığını, 700 (yeddi yüz) manat pulunu geri qaytarmasını desə də, Murad təkid etmişdir. Orxan da problem yaranmasın deyə həmin pulu verməsini təklif etmiş, bundan sonra o, o, razılaşaraq Murada 50 (əlli) manat pul verəcəyini bildirmiş, Murad isə yerdə qalan məbləği özü verəcəyini və sonra maaş kartı gələndə ilk ayın maaşından götürəcəyini bildirmişdir. O, Murada Orxan vasitəsilə 50 (əlli) manat pul göndərdikdən bir ay sonra, yəni 2022-ci ilin may ayının ortalarında Orxan Muradla əlaqə saxlayıb işin nə yerdə qaldığını soruşmuş, Murad isə narahat olmamasını və işin yaxın vaxtlarda düzələcəyini demişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq Murad nə onun pulunu qaytarmış, nə də ona vəd etdiyi iş məsələsini həll etmişdir. Bundan sonra o, bir müddət də gözləmiş və artıq Muradın yalan vədlərinə inanmayaraq ondan polisə şikayət etmişdir. İş üzrə zərərçəkmiş şəxs X2 ərizə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı 750,0 manatı tam şəkildə qaytarmışdır. Ondan başqa tələbi və şikayəti yoxdur. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs2 uzun müddət Rusiya Federasiyasında yaşamış və 2019-cu ilin sonlarında Azərbaycana gələrək Bakı şəhərində olan yarımtikili evini satıb həmin pula İmişli şəhərində ev almaq istəmişdir. Təqsirləndirilən şəxs Cavidin bacanağıdır və Cavidin heç bir işlə məşğul olmadığını bildiyi üçün ona alverlə məşğul olmağı təklif etmişdir. Murad əvvəllər işlədiyi “Ariel” firmasından ucuz yuyucu tozlar alıb rayonda baha qiymətə satmaqla qazanc əldə etməyi Cavidə təklif etmiş və onunla razılaşmışdır. O, Cavidə Murad haqqında yaxşı sözlər eşitmədiyini, ondan ehtiyatlı olmasını bildirmiş, Cavid isə ona Murada inandığını demişdir. Bir müddət keçəndən sonra o, artıq narahat olmağa başlayaraq Murad və Cavidlə birlikdə rayon ərazisindəki çayxanaların birində görüşmüş və onlarla aralarında olan alışveriş məsələsini müzakirə etmişdir. O, Murada məhsulları haradan, hansı firmadan, kimdən aldığını və hara satdığını soruşduqda Murad ona şərti ünvanlar demiş, lakin danışdığı hər bir iş haqqında dəqiq məlumat verməmiş və söhbətdən yayınmışdır. Belə ki, o, məhsulları haradan və kimdən aldığını və kimə satdığını soruşsa da, Muraddan konkret ünvanlar və yaxud şəxslər barədə məlumat ala bilməmişdir. Söhbət zamanı Murad İmişli rayonunda Zaur adlı şəxsin “Ariel” firmasının rayon ərazisindəki anbardarı olduğunu və yuyucu tozları ondan aldığını bildirdiyi üçün o, Zauru tanıdığı üçün onu tapıb bu barədə ondan soruşmaq qərarına gələrək qardaşı Şahid5la birlikdə həmin Zaur adlı şəxslə görüşüb bu barədə soruşmuşlar.Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la birlikdə “Ariel” firmasının məhsullarını sifariş etmək məqsədilə Zaurun yanına gəlmiş, Murad Zaura sifariş etdikləri malın siyahısını və pulunu vermişdir. Həmin vaxt Cavid maşında əyləşib gedən söhbətə qulaq asmış və Muradın malı sifariş edərək pulunu Zaura verdiyini bilmişdir. Sonra Təqsirləndirilən şəxs qardaşı Cavidi yola salaraq dərhal Zaurun yaşadığı ünvana qayıtmış və şərikinin fikrinin dəyişdiyini deyərək Zaura verdikləri pulu geri almışdır. Beləliklə o, Muradın əvvəllər də eyni üsulla qardaşı Cavidi aldadaraq onun təxminən 23600 manat pulunu ələ keçirtmişdir. Həmin məbləğin 3000-4000 (üç-dörd min ) manatı ona aid olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2017-2019-cu illərdə o, “Engin LTD” firmasında Təqsirləndirilən şəxs ilə birlikdə işləmiş və onu həmin vaxtdan tanımışdır. Hazırda “Engin LTD” firmasında istehsal olunmuş məhsulların İmişli rayonu ərazisində satışı ilə məşğul olur. 2021-ci ilin avqust ayında Murad ona zəng edib 2200 manatlıq uşaq bezi sifariş etmiş və və beş dəqiqə sonra əvvəllər tanımadığı bir nəfərlə onun yaşadığı ünvana gəlmişdir. O, Murada nisyə mal vermədiyini bildirdikdən sonra Muradın yanında olan həmin şəxs cibindən pulları çıxarıb saymağa başlamışdır. O, Murada həmin şəxsi tanımadı üçün onunla iş görmək istəmədiyini bildirmiş və pulları həmin şəxsdən alıb Murada verərək sayaraq ona verməsini istəmişdir. Murad həmin pulları alıb saydıqdan sonra 2200 (iki min iki yüz) manat pulu yaşadığı İmişli şəhəri, Şuşinski küçəsi ev 26 ünvanının qarşısında ona vermişdir. O, da Murada malların sabaha hazır olacağını, o zaman gəlib malları götürə biləcəklərini demişdir.Murad həmin şəxslə birlikdə çıxıb gedəndən təxminən beş dəqiqə keçdikdən sonra ona telefonla zəng edib yanında gələn şərikinin bu alverə razı olmadığını, onunla danışdıqları alverin baş tutmayacağını demişdir.. Bir neçə dəqiqə sonra Murad onun yanına tək gəlmiş və ona verdiyi 2200 (iki min iki yüz) manat pulu alıb getmişdir. Həmin vaxtdan təxminən bir ay sonra, yəni 2021-ci ilin sentyabr ayında İmişli rayon sakini kimi tanıdığı Yusif müəllim təxminən bir ay əvvəl Muradla ona mal sifariş verməyə gələn adamla birlikdə onunla görüşmüşdür. O, məsələnin bir ay əvvəl aralarında olan alver məsələsinə görə olduğunu dərhal hiss etmiş və söhbət başlayanda Muradla həmin şəxs (Cavid) arasında pul problemi olduğunu yəqin etmişdir. O, Yusif müəllimə Muradın Cavidlə birlikdə onun yanına gəlib mal sifariş edərək 2200 manat pul verdiyini və çıxıb gedəndən təxminən beş dəqiqə sonra Muradın tək geri qayıdaraq şərikinin bu alverə razı olmadığını bildirib 2200 manat pulu geri aldığını, həmin vaxt Cavidi tanımadığı üçün bu barədə ona xəbər edə bilmədiyini bildirmişdir. O, Muradı tanıdığı üçün pulu ondan almış və onun özünə də geri qaytarmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs İmişli rayon sakini kimi tanımışdır. 2020-ci ilin iyun ayında qardaşı Zərərçəkmiş şəxs3 ona aptek işlədən Baloğlanın oğlu ilə iş qurduğunu və birlikdə mal alıb-satacaqlarını bildirərək ondan 1200 manat məbləğdə pul almışdır. Bir müddət keçəndən sonra qardaşı Bakirdən Murad adlı şəxslə gördüyü işlərdən qazanc əldə edə bilib-bilmədiklərini soruşduqda Bakir hələ ki ortada heç bir qazancın olmadığını bildirmiş və bir müddət də keçəndən sonra isə Muradın onu aldatdığını demişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə aparmaq haqqında” protokola əsasən Şahid3 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən Zərərçəkmiş şəxs1 Yaşıllaşdırma idarəsinə işə düzəldəcəyini vəd edərək ondan ilkin olaraq 700 manat, daha sonra isə 50 manat olmaqla, ümumilikdə 750 manat pul almasını, bu işin həlli ilə əlaqədar Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsini və yaşayış yerindən arayış tələb etməsini onun üzünə demişdir. ( c.i.2-ci cild, səh: 31- 34) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» AR Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli 01 saylı qərarının 1-ci bəndinin 2-ci abzastında göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmişlər. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddələri ilə təqsirli bilinməli və Ümumi hissəsinin normaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AZ-İV 370595 nömrəli və AZ-İİİ 720358 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 adında iki uşağı vardır. Zərərçəkmiş şəxlər, X2 və Zərərçəkmiş şəxs4 dəymiş maddi zərəri tam şəkildə ödəməsi və himayəsində iki nəfər azyaşlı uşağı olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İşdə olan AR DİN BƏSİİ-nin məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. ( c.1, cild, səh:167) İş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i, 2-ci cild, səh:36) İşdə olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” Protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21-00-da AR CM-nın 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( c.i. 1-ci cild, səh: 142-143) İşdə olan İmişli RPŞ İB-nin xx.xx.2022-ci il tarixli 995saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. ( c.i. 1-ci cild, səh: 200) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və cinayəti törətmiş şəxslərin cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nın müvafiq maddələrinin sanksiyasında nəsərdə tutulan azadlığn məhdudlaşdırılması cəzasına məhkum edilməli, CM-nın 69.3-cü maddəsinə əsasən X5 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlandığı müddət və Məlikov Bəxtiyar X1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 12(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1 ( bir) il 11 ( on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilsin: Təqsirləndirilən şəxs 5.400,0 ( beş min dörd yüz) manat və 74,0 ( yetmiş dörd) manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin: Təqsirləndirilən şəxs 17.200,0 ( on yeddi min iki yüz) manat və 141,0 ( yüz qırx bir) manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-65/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-65/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver