Məhkəmə qərarları › İş №1(036)-65/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-65/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-65/2024 12.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, İmişli şəhəri H.Əliyev prospekti dalan 5, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 10 may 2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı İmişli şəhəri, H.Əliyev prospekti dalan 5, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasının qarşısında Şahid6 65 (altmış beş) manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 7,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 10 may 2024-cü il tarixdə saat 16 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, Lokomotiv deposu adlanan yerdə saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 16:50-də üzərində şəxsi axtarış aparılarkən əynindəki ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli kağız kəsiyi bükümündə 7,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər məhkum olunmamışdır. Narkotik vasitə aludəçisi deyil. Bakı şəhərində Neftçilər və Əcəmi adlanan yerlərdəki kafelərdə ofisiant işləyir. Beş ildən artıqdır ki, Bakı şəhərində yaşayır. İmişli rayonuna isə ara-sıra gəlib-gedir. Bakı şəhərində isə təxmini üç-dörd dəfə təbii narkotik vasitə olan marixuana istifadə etmişdir. Sonuncu dəfə İmişli rayonuna 09 may 2024-cü il tarixdə, saat 01 radələrində gəlmişdir. O, rayona gələn kimi narkotik vasitə olan marixuana istifadə etmək qərarına gəlmiş və buna görə də yaşadığı yerdən təxmini 300-400 metr aralıda yaşayan Şahid6 ilə əlaqə saxlamışdır. Sonuncu ona bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana vermişdir ki, onun Bakı kim istəsə ona versin. O da, onu götümüşdür ki, Bakı da tanışlarından istəyən olsa versin. Bu zaman isə polis əməkdaşları ona yaxınlaşmış və üzərində narkotik vasitə gəzdirməklə bağlı məlumat daxil olmasını və həmin məlumatın yoxlanılması üçün İmişli rayon polis şöbəsinə getməli olmasını demiş və o da razılaşmışdır. Birlikdə İmişli rayon polis şöbəsinə gəldiklərini, orada otaqda ona dövlət hesabına vəkil də təyin edildiyini və vəkilin ona təqdim edildiyini bildirmişdir. Həmin şəxsin adı X3 olmuşdur. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri və həmçinin üzərində narkotik vasitə gəzdirməklə bağlı şübhələrin olması ona izah edilmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Ona üzərində nəsə qanunsuz əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. O da əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükülünün arasında olan marixuana narkotik vasitəsini çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində olan gödəkçəsinin sol yan cibindən bir ədəd alışqan, bir ədəd “520 mond” adlı siqaret qutusu və 5 manat da pul çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış hərəkətləri davam etdirilsə də başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükülünün arasındakı narkotik vasitə marixuana qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, Şahid6 pulu uşağı xəstə olduğu üçün göndərmişdir. Natkotik vasitəni isə o, pulsuz götümüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cəmi bir dəfə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. İbtiadi istintaq zamanı özü ifadə vermişdir, heç bir kənar təsir olmamışdır. İstifadəsində olan mobil nömrə 050 471-68-74-dur. Pulu 09 may 2024-cü il tarixdə göndərmişdir. 10 may 2024-cü ildə isə Şahid6 “yerdə qalan pulu at buna” mesajın ilə bağlı bildirmişdir ki, uşağı üçün pulu yarımçıq göndərmişdir, ona görə qalan 5 manat pulu istəmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Narkotik vasitə aludəçisi deyil. Əsasən Bakı şəhərində Neftçilər və Əcəmi adlanan yerlərdəki kafelərdə ofisiant işləmişdir. Təxmini beş ildən artıqdır ki, Bakı şəhərində yaşayır. İmişli rayonuna isə ara-sıra gəlib-gedir. Bakı şəhərində isə təxmini üç-dörd dəfə təbii narkotik vasitə olan marixuana istifadə etmişdir. Sonuncu dəfə İmişli rayonuna 09 may 2024-cü il tarixdə, saat 01 radələrində gəlmişdir. O, rayona gələn kimi narkotik vasitə olan marixuana istifadə etmək qərarına gəlmiş, buna görə də yaşadığı yerdən təxmini 300-400 metr aralıda yaşayan Şahid6 ilə əlaqə saxlamışdır. O, 09 may 2024-cü il tarixdə saat 23 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Əlzaminə “Watsap” vasitəsilə yazıb ona bir kibrit qutusunda qurudulmuş vəziyyətdə narkotik vasitə olan marixuana lazım olduğunu bildirmişdir. Əlzamin də verə biləcəyini bildirmişdir. Əlzamin ona kart hesabı göndərəcəyini və onun da 65 manat pul göndərməsini bildirmiş, o da razı olmuşdur. Bundan təxminən yarım saat sonra Əlzamin ona “Watsap” vasitəsilə kart hesab nömrəsi göndərmişdir. O da İmişli şəhəri “Daş körpü” adlanan mağazada olan “Million” ödəmə aparatı vasitəsilə Əlzaminin ona göndərdiyi kart hesabına 65 manat pul göndərmişdir. Çeki isə üstündə saxlamamış və küçədə gələn zaman yerə atmışdır. Sonra yaşadığı evə gəlmişdir. Bundan təxminən bir saat sonra Əlzamin ona telefonla zəng etmiş və yaşadığı küçədə, qapının qarşısında olduğunu demişdir. O, küçəyə çıxmış və həyət qapısının qarşısında Əlzamin ona bir ədəd kibrit qutusunda təbii narkotik vasitə olan marixuana vermiş, sonra da çıxıb getmişdir. O da həmin kibrit qutusunu həyətində, həyət qapısının yanında olan daşın altında gizlətmişdir. 10 may 2024-cü il tarixdə, saat 15 radələrində o, həmin kibrit qutusunda olan marixuananı götürüb İmişli şəhəri Depo adlanan yerdə yerləşən “Şərab zavodu” istiqamətində getmiş və orada özünə sakit bir yer tapıb istifadə etmək istəmişdir. Bu məqsədlə qurudulmuş və açıq vəziyyətdə olan marixuananı kağıza büküb istifadə edəcəyini bildirmişdir. Bu zaman isə polis əməkdaşları ona yaxınlaşmış və üzərində narkotik vasitə gəzdirməklə bağlı məlumat daxil olmasını və həmin məlumatın yoxlanılması üçün İmişli rayon polis şöbəsinə getməli olmasını demiş, o da razılaşmışdır. Birlikdə İmişli rayon polis şöbəsinə gəldiklərini, orada otaqda ona dövlət hesabına vəkil də təyin edildiyini, vəkilin ona təqdim edildiyini bildirmişdir. Həmin şəxsin adı X3 olmuşdur. Vəkilin iştirakı ilə ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində narkotik vasitə gəzdirməklə bağlı şübhələrin olması ona izah edilmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Ona üzərində nəsə qanunsuz əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. O da əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükülünün arasında olan marixuana narkotik vasitəsini çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində olan gödəkçəsinin sol yan cibindən bir ədəd alışqan, bir ədəd “520 mond” adlı siqaret qutusu və 5 manat da pul çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış hərəkətləri davam etdirilsə də başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükülünün arasındakı narkotik vasitə marixuana qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Şifahi sorğu zamanı isə o, üzərindən aşkar edilən narkotik vasitə marixuananı tanışı Şahid6 65 manat pula almasını etiraf etmişdir. Əlzamini çoxdan tanıdığını, yaxın yerdə yaşadığını, təxminən bir il əvvəl Əlzaminin onun evində su krantını təmir etdiyini, söhbət zamanı ona Bakı şəhərində nə etdiyini, istirahət edə bildiyini, o da istirahət etdiyini bildirdiyini, ona narkotik vasitə marixuana istifadə etmək istəsə özündə olmasını və müraciət edə bilcəyini demişdir. Həmin vaxt o, narkotik istifadə etmədiyini bildirmişdir. 09 may 2024-cü il tarixdə də İmişli şəhərinə gələndən sonra birdən ağlına marixuana istifadə etmək gəlmiş və başqa şəxs də tanımadığı üçün Əlzaminə zəng edib niyyəti barədə bildirmiş, Əlzamin ona işdə olmasını və işdən qayıdanda verəcəyini bildirmişdir. O, Əlzamindən bir kibrit qutusunda marixuana istəmiş, sonuncu da həmin qutunun qiymətinin 70 manat olmasını bildirmişdir. O, kibrit qutusunda nə qədər çəkidə narkotik vasitə marixuana olmasını bilməmişdir. Əlzaminə cəmi elə 70 manat pulu olmasını, 65 manat verəcəyini, qalan 5 manatla da özünə siqaret alacağını bildirmişdir. Əlzamin də kart şəkli göndərəcəyini, həmin karta 65 manat pul göndərməsini, qalan 5 manatı da sonra verməsini bildirmiş, o da razı olmuşdur. Əlzaminin kartına 65 manat göndərmişdir. Əlzamin narkotik vasitəni ona kibrit qutusunda versə də o, 10 may 2024-cü il tarixdə saat 15 radələrində həmin marixuananı özü kağız bükülüyə qoymuş, çünki, o cür hazırlamağın daha asan olmasını bildirmişdir. Şübhəli şəxs qismində 10 may 2024-cü il tarixdə, saat 16:35-də tutulması, həmin gün saat 15 radələrində narkotik vasitə istifadə etməyə getdiyini bildirməsi, həmin vaxt ərzində harada olması ilə bağlı qeyd etmişdir ki, evdən çıxıb piyada yuxarıda qeyd etdiyi yerə narkotik vasitə istifadə etməyə getmişdir. Sonra da polis əməkdaşları onu saxlamış və polis şöbəsinə gətirmiş, həmin müddət də o ərəfədə keçmişdir. Onun anadangəlmə xəstəliyi olmasa da ara-sıra müəyyən məqamlarda sözləri ifadə etməkdə çaşır. Onun heç bir xəstəliyi yoxdur. İmişli RPŞ-yə gətirilən zaman da, yolda saxlanılan zaman da, həmçinin şübhəli şəxs qismində saxlanıldığı Sabirabad RPŞ-nin MSY-də heç bir zorakı təsirə və ya hədəyə məruz qalmamışdır. Əlzamin Orucovun narkotik vasitə satışı ilə məşğul olması, daha kimlərə narkotik vasitə satması, yaxud ona satdığı narkotik vasitəni haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Əlzamin Orucovun ona satdığı narkotik vasitə marixuananın çəkisi barədə aralarında razılıq olmamış, bir kibrit qutusu narkotik vasitə marixuana istəmiş, sonuncu da bir kibrit qutusunun qiymətinin 70 manat olduğunu demiş, sonda isə 65 manata razılaşmışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, mobil telefonunu da baxış keçirilməsinə etiraz etmədən təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq İmişli RPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. İmişli şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 10 may 2024-cü il tarixdə Şahid1 icraatına İmişli şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin İmişli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat qeyri-aşkar, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuşdur. Daxil olmuş məlumat dərhal şöbə rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı həmin şəxsin xx.xx.1999-cu il ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkum olunmamış, İmişli şəhəri H.Əliyev prospekti dalan 5, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və yaradılmış əməliyyat qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X6, İmişli RPŞ-in Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elmar Qarayev daxil edilmişdir. Daxil olmuş məlumatın realizə edilməsi üçün əməliyyat qrupunun üzvləri 10 may 2024-cü il tarixdə, saat 16 radələrində İmişli şəhəri Depo lokomotiv adlanan ərazidə Təqsirləndirilən şəxs olmasını aydınlaşdırılıb həmin yerə getdiklərini və Təqsirləndirilən şəxs orada görüb yaxınlaşdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu və həmin məlumatın realizə edilməsi üçün birlikdə İmişli rayon polis şöbəsinə gəlməli olması izah edilmişdir. Təqsirləndirilən şəxs də razılaşmış və birlikdə polis şöbəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil də təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması və bir sözlə barəsində olan şübhənin mahiyyəti izah edilmişdir. Video kamera ilə çəkiliş aparılaraq üzərində qanunsuz predmet varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan ağımtıl cins şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli kağız kəsiyində narkotik vasitə olan qurudulmuş marixuana çıxarıb təqdim etmişdir. Sonra əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan və bir ədəd “520 mond” markalı siqaret və şalvarının sol yan cibindən 5 manatlıq pul əskinasını da çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız kəsiyi bükümüdəki narkotik vasitə olan qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilən qurudulmuş marixuananı tanışı Şahid6 adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli RPŞ-nin X2 əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində şahid qismində dindirilmiş İmişli RPŞ-nin X2 baş əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, rəsmi olaraq İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. İmişli şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 10 may 2024-cü il tarixdə icraatına İmişli şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin İmişli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat qeyri-aşkar, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuşdur. Daxil olmuş məlumat dərhal şöbə rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı həmin şəxsin xx.xx.1999-cu il ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkum olunmamış, İmişli şəhəri H.Əliyev prospekti dalan 5, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və yaradılmış əməliyyat qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X6, İmişli RPŞ-in Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elmar Qarayev daxil edilmişdir. Daxil olmuş məlumatın realizə edilməsi üçün əməliyyat qrupunun üzvləri 10 may 2024-cü il tarixdə, saat 16 radələrində İmişli şəhəri Depo lokomotiv adlanan ərazidə Təqsirləndirilən şəxs olmasını aydınlaşdırıb həmin yerə getdiklərini və Təqsirləndirilən şəxs orada görüb yaxınlaşdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu və həmin məlumatın realizə edilməsi üçün birlikdə İmişli rayon polis şöbəsinə gəlməli olması izah edilmişdir. Təqsirləndirilən şəxs də razılaşmış və birlikdə polis şöbəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil də təyin edilmişdir. Xaid Məmmədzadəyə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması və bir sözlə barəsində olan şübhənin mahiyyəti izah edilmişdir. Video kamera ilə çəkiliş aparılaraq üzərində qanunsuz predmet varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan ağımtıl cins şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli kağız kəsiyində narkotik vasitə olan qurudulmuş marixuana çıxarıb təqdim etmişdir. Sonra əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan və bir ədəd “520 mond” markalı siqaret və şalvarının sol yan cibindən 5 manatlıq pul əskinasını da çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız kəsiyi bükümüdəki narkotik vasitə olan qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilən qurudulmuş marixuananı tanışı Şahid6 adlı şəxsdən aldığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2010-cu ildə İmişli rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3700 manat məbləğdə cərimə cəzasına məhkum edilmişdir. O, ara-sıra təbii narkotik vasitə olan marixuana istifadə edir. Marixuananı əsasən İmişli rayonu ərazisində tanımadığı şəxslərdən və ya rast düşən şəxslərdən əldə etmişdir. O, narkotik vasitə aludəçisi olmamışdır. Sadəcə səhhətinə yaxşı təsir etdiyi üçün, qan təzyiqini normallaşdırdığı üçün ara-sıra istifadə edir. Hətta içdiyi çayın da içinə qatıb dəmini də istifadə etmişdir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs çoxdan tanıdığını, onunla demək olar ki, qonşu olmasını, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmadığını bildirmişdir. 09 may 2024-cü il tarixdə saat 23 radələrində Xalid ona “Vatsap” vasitəsilə yazıb təbii narkotik vasitə olan marixuana istdəyini demiş, o da təşkil edə biləcəyini demişdir. Lakin Xalidə kənarda olduğunu, bir qədər gözləməsini, işini bitirəndən sonra təşkil edəcəyini bildirmişdir. O da həmin vaxt özü də marixuana istifadə etmək niyyətində olmuş, buna görə də ağlına gələn şəxs İmişli şəhər sakini olan Şahid5 olmuşdur. O, Ramilə zəng edib narkotik vasitə marixuana istədiyini demiş, sonuncu da özündə olmasını demişdir. Ramildən bir bükümdə narkotik vasitə marixuana almaq istədiyini demiş, bunun üçün 70 manat pula razılaşmışdır. Bundan təxminən yarım saat sonra Ramilə zəng edib razılaşdıqları kimi marixuananı almağa gəldiyini demişdir. Ramil yaşadığı İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən evinin qarşısında küçədə ona kağız bükümdə narkotik vasitə olan marixuana vermiş və o da pulunu sabah günorta verəcəyini bildirmişdir. Bundan sonra Xalid ilə əlaqə saxlamış və istədiyi narkotik vasitə marixuananı verə biləcəyini bildirmişdir. O, Xalidə bir kibrit qutusunda marixuananı 70 manata verəcəyini bildirmişdir. Xalid ona elə o qədər pulu olmasını, beş manat siqaret pulu çıxmağı demişdir. O, Xalidə kart hesabını atacağını və oraya 65 manat göndərməsini, qala beş manatı da sonra verməsini demiş, sonuncu da razılaşmışdır. O, Xalidə kart nömrəsini göndərmişdir. Xalid də 10 may 2024-cü il tarixdə, saat 01 radələrində onun kartına 65 manat pul göndərmişdir. O, sonra Xalidin yaşadığı evin qarşısına getmiş və zəng edib küçəyə çıxmasını demişdir. Xalid çıxan kimi kibrit qutusunu verib getmişdir. 10 may 2024cü il tarixdə, saat 18 radələrində polis əməkdaşları yaşadığı İmişli şəhəri Ə.Qurbanov küçəsində ona yaxınlaşmış və polis şöbəsinə getməli olduğunu demiş, o da razı olmuşdur. Birlikdə polis şöbəsinə gəldiklərini və orada ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edildiyini bildirmişdir. Müdafiəçi ona təqdim edilmiş, vəklin adının X5 olmuşdur. Sonra otaqda video çəkiliş edib onun üzərində şəxsi axtarış hərəkətlərinin aparılacağı bildirilmişdir. Bundan əvvəl həmçinin ona Təqsirləndirilən şəxs adlı tanışına narkotik vasitə olan marixuana satmaqda şübhəli olmağı və bu səbəbdən də polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış hərəkətlərinin aparılması izah edilmişdir. O, şalvarının sol yan cibində olan bir ədəd “back” markalı siqareti, bir ədəd alışqanı, sonra isə gödəkçəsinin sol yan cibində olan bir ədəd kağız bükülüdə olan narkotik vasitə marixuananı çıxarıb təqdim etmişdir. Sonra üzərində aparılan şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükülünün arasında olan narkotik vasitə marixuananı da Şahid5 aldığını demişdir. Həmin bükümdə olan marixuana kütləsi qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmiş, sonra zərfə qoyulmuş və o da həmin zərfin üstünü imzalamışdır. Xalid onun qonşusu olmuş, uzun müddətdir ki, tanıdığını, münasibətlərinin yaxşı olmasını, Xalidin əsasən Bakı şəhərində olmasını və ara-sıra rayona gəlib getdiyini, Ramili isə təxmini dörd il olar ki, tanıdığını, sonuncu ilə də münasibətinin yaxşı olmasını, tez-tez birlikdə çaxır içdiklərini bildirmişdir. Münasibətləri yaxşı olduğundan Xalid onun ara-sıra təbii narkotik vasitə olan marixuana istifadə etdiyini bilmiş, həm də təxminən bir il əvvəl Xalidin evinin su krantı düzəldən zaman söhbət etdiklərini, Bakı şəhərində necə işləməsi və nə etməsi barədə danışdıqlarını, həmin vaxt o, Xalidə narkotik vasitə marixuana istifadə etmək istəsə ona deməsini, təşkil edə biləcəyini dediyini, buna görə ondan narkotik vasitə istədiyini, həm də yaxın münasibətlərinin olduğu üçün ona deməsini bildirmişdir. Ramil bir neçə dəfə məhkum olunmuş, həm də təxmini iki yay fəsli əvvəl birlikdə Ramilin gətirdiyi təbii narkotik vasitə marixuanadan birlikdə istifadə etmişlər. Buna görə də Ramildə narkotik vasitə ola biləcəyini hesab etmiş, ona görə də Ramilə zəng edib marixuana istəmiş və sonuncu da özündə olduğunu, verə biləcəyini bildirmişdir. O, Ramildən bir büküm narkotik vasitə marixuananı 70 manata almağa razılaşmışdır. Təqsirləndirilən şəxs onun satdığı narkotik vasitə marixuananı kimdən əldə etdiyini bilməmişdir. Xalid ondan bir kibrit qutusu narkotik vasitə marixuana istəmiş, o da təşkil edəcəyini demişdir. O, özü də narkotik vasitə marixuana istifadə etmək istədiyi üçün Ramildən almaq qərarına gəlmişdir. Ramil onun aldığı narkotik vasitəni kimin üçün almasını bilməmişdir. O, özünə lazım olduğunu demiş, Ramil ona marixuana verməyə razı olmuş, yəni o, Ramildən narkotik vasitə marixuana alan zaman sonuncuya Xalid üçün aldığını deməmiş, Ramil onun istifadə etmək üçün aldığını hesab etmişdir. O, özü də marixuana istifadə etmək istədiyini, buna görə də Ramildən bir kağız bükümdə marixuananı 70 manata razılaşıb almışdır. Həm də aldığı marixuanadan Xalidə də kibrit qutusuna doldurub vermiş, məqsədi Ramildən aldığı narkotik vasitənin pulunu “çıxarmaq” olmuşdur. Yəni özünün istifadə edəcəyi narkotik vasitə marixuananın ona pulsuz düşməsini istımişdir. O, Ramildən onsuz da bir kağız büküm marixuana almış, həmin marixuanadan özünün şəxsi istifadəsi üçün götürmüş, Xalidin də ondan marixuana istəməsindən istifadə edib Ramildən aldığı marixuanadan kibrit qutusuna doldurub Xalidə satmışdır. Bununla da Xaliddən aldığı 65 manatı sonradan Ramilə verməklə öz istifadəsini pulsuz edəcəyini bildirmişdir. Amma o, Xaliddən sonuncuya satdığı narkotik vasitənin pulu olan 65 manatı alsa da, yəni kartına göndərilsə də həmin pulu Ramilə verməmişdir. Çünki, Ramildən marixuananı götürəndə hələ Xalid ona pul göndərməmişdir. Buna görə də Ramilə pulu sabah günorta verəcəyini bildirmişdir. Ramil ilə münasibəti yaxşı olmuş, bir dəfə marixuana çəkdiklərini, mütəmadi olaraq da çaxır içdiklərini, buna görə də sonuncu ona “nisyə” narkotik vasitə satmışdır. Şahid5 bundan əvvəl narkotik vasitə almamışdır. O, özünə ara-sıra lazım olanda rast düşən şəxslərdən, marixuana istifadə edən şəxslərdən alıb istifadə etmişdir. Lakin bu dəfə isə rast düşən şəxs olmadığı üçün Ramilə müraciət etmişdir. Ramilə də özünün istifadəsi üçün deyib marixuana almışdır. Ramil də həmin marixuananı Xalidə satacağını bilməmişdir. O, özü Ramildən bir kağız büküm almış və özünün istifadəsi üçün götürəndən sonra qalan hissəsini də Xalidə 65 manata satmışdr. Bununla da xərcini çıxarmışdır. Xalid də aldığı narkotik vasitə marixuananı onun kimdən almasını bilməmişdir. O, aldığı və Xalidə satdığı, həmçinin özü üçün götürdüyü marixuananın çəkisini bilməmiş, Ramildən bir ədəd kağız bükülünün arasında, topa şəkildə almış, üzərində bir qədər gözəyarı qaydada götürmüş və qalan marixuananı da kibrit qutusuna doldurub Xalidə vermişdir. Şahid5 üzləşmə zamanı istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəsinin əksinə olaraq ona qarşılıqsız narkotik vasitə marixuana verdiyini, onun öz işlərinə yaradığını, pul almadığını, bunun qarşılığında da ona olan hörmətini bu cür etməklə pulsuz narkotik vasitə verdiyini bildirməsi ilə bağlı qeyd etmişdir ki, Ramilin nə üçün belə deməsini bilməmiş, amma o, Ramillə 70 manat pula razılaşmış, sadəcə olaraq sonuncudan marixuana götürən zaman Xalid hələ ona 65 manat pulu göndərməmiş, ona görə sabah günorta verəcəyini bildirmiş, o, usta kimi Ramilin santexnik işlərini qarşılıqsız görmüş, amma bunun həmin işlərə heç bir aidiyyəti olmamış, aralarında razılıq olmuşdur. Ancaq ara-sıra təbii narkotik vasitə marixuana istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və İmişli rayon polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq olmamış və ya bədənində xəsarət, yaxud xəsarətin izləri olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə İmişli rayon məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin iyun ayında şərti olaraq vaxtından əvvəl azadlıqdan məhrum etmə yerindən azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmişdir. İmişli şəhər sakini Şahid6 tanıyır, münasibəti yaxşı olmuş, heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə qiyabi tanımış, heç bir yoldaşlığı və ya münasibəti olmamışdır. O, özü ara-sıra səhhəti ilə bağlı rast düşən şəxslərdən təbii narkotik vasitə olan marixuana alıb istifadə edir. Marixuana səhhətinə yaxşı təsir edir. Qara ciyər serrozu xəstəliyi vardır. Əlizaminlə tez-tez bir yerdə olduqlarını, çaxır içdiklərini bildirmişdir. Əlizaminin də marixuana istifadə etdiyini yaxın olduqları üçün bilir. 10 may 2024-cü il tarixdə gecə saat 01 radələrində Əlizamin ona zəng edib təbii narkotik vasitə olan marixuana istədiyini demişdir. Əlzamin özünə marixuana istədiyini bildirmişdir. Həmin vaxt onun özündə olduğu üçün təşkil edə biləcəyini demişdir. Bundan təxmini yarım saat sonra Əlizamin onun yaşadığı Fizuli küçəsi ev 6 ünvanın qarşısına gəlmiş və əvvəlcədən aralarında olan razılaşmaya görə Əlzaminə bir ədəd kağız bükümdə təbii narkotik vasitə olan marixuana vermişdir. 10 may 2024-cü il tarixdə, saat 19 radələrində polis əməkdaşları yaşadığı Fizuli küçəsində ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı barədə məlumat olmasını və buna görə də polis şöbəsinə getməli olduğunu demiş, o da razılaşıb polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman özlərini təqdim etmişdir. Polis şöbəsinə gələndən sonra ona narkotik vasitə satışında şübhəli olmağı və buna görə də saxlanılmağı izah edilmişdir. Dövlət hesabına ona müdafiəçi də təyin edilmişdir. Həmin müdafiəçinin adı X4 olmuşdur. Ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Sonra ona üzərində qanunla qadağan edilmiş nəsə əşya və ya predmet, narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində gəzdirdiyi kibrit qutusunda olan marixuananı çıxarıb təqdim etmişdir. Həmçinin üzərində olan 60 manat pul və mobil telefonu, lotereya biletini də çıxarıb təqdim etmişdir. Sonra həmin əşyalar özünə qaytarılmışdır. Üzərindən aşkar edilən kibrit qutusundakı marixuananı isə qablaşdırıb ekspertizaya gönədirləcəyi bildirilmişdir. O, üzərindən aşkar edilən və Əlzamin Orucova verdiyi həmin narkotik vasitə marixuanaları təxminən bir həftə əvvəl İmişli rayonu Otuziki kəndində təşkil edilən heyvan bazarında tanımadığı şəxsdən almışdır. Həmin vaxt heyvan bazarına kafeyə getmişdir. Yeyib-içdikdən sonra orada əvvəllər İmişli şəhərində görmədiyi bir nəfər orta boylu, təxmini 45-50 yaşları olan, ağ saçlı şəxslə tanış olmuşdur. Deyib gülmüş, söhbət əsnasında ona özündə marixuana olduğunu və istəsə ona verə biləcəyini demiş, o da razı olmuşdur. Bir ədəd sellofan torbada topa şəkildə olmuş və gedib haradansa gətirmiş o da həmin şəxsə 100 manat pul vermişdir. Şahid6 ondan narkotik vasitə marixuana istəyən zaman həmin narkotik vasitəni kimə aldığını, nə üçün aldığını, yaxud kiməsə satmaq istədiyini deməmişdir. Ona zəng edib özünə marixuana lazım olduğunu demişdir. O da verə biləcəyini demişdir. Bir kağız bükümü istəmişdir. Əlizamin onun yaşadığı küçəyə gəlib ondan bükümü götürmüşdür. Əlizamin marixuananı kimə verəcəyi və ya satacağı barədə ona heç nə deməmişdir. O da bu barədə soruşmamışdır. O, Əlizaminin ondan aldığı narkotik vasitə marixuananı aparıb Xalid adlı şəxsə satmasını əvvəlcədən bilməmişdir. Çünki, Əlizamin özü üçün aldığını demişdir. Əlizaminlə münasibəti yaxşı olmuş, birlikdə tez-tez görüşmüşlər. Onun qapısında nə iş olubsa Əlzaminə demiş, sonuncu da gəlib pulsuz usta kimi həll etmişdir. Əlzamin də ona ağız açıb marixuana lazım olmasını demiş, o da bu hörmətlərinin qarşılığında geri çevirməmiş və marixuana verməyə razı olmuşdur. Əlizaminlə bir dəfə təxmini bir ildən çox müddət əvvəl birlikdə onun təşkil etdiyi marixuananı çəkmiş, buna görə də onda marixuana olduğunu bilmiş, buna görə ona zəng etmişdir. O, marixuananı özü üçün doldurmuş, amma Əlzaminə kağız parçasına bükülmüş vəziyyətdə vermişdir. O, sellofan torbada topa şəkildə almışdır. Çəkisini bilməmişdir. Əlizaminə də kağız bükümün arasında topa şəkildə vermişdir. Çəkisini bilməmiş, sadəcə gözəyarı kağız bükümə qoyub vermişdir. Şahid6 ondan aldığı marixuana üçün onunla 70 manat pula razılaşdığını pulu isə günorta verəcəyini bildirməsi ilə bağlı qeyd etmişdir ki, Əlzamin onun qapısında pulsuz usta kimi işləmiş, nə desə tez də gəlib həll etmişdir. Buna görə də Əlzaminə narkotik vasitə marixuana vermişdir. Pul söhbəti olmamışdır. Əİizaminin nə üçün bu cür ifadə verməsini mən bilməmişdir. O, şübhəli şəxs qismində ifadə verən zaman Şahid6 ondan özünün şəxsi istifadəsi üçün narkotik vasitə marixuana istədiyini, o da həmin narkotik vasitəni verdiyini, bunun qarşılığında 70 manat pula razılaşdıqlarını, lakin Şahid6 ondan narkotik vasitə marixuana götürən zaman pulunu sabah günorta verəcəyini bildirdiyini, onun da Əlzaminlə razılşadığını qeyd etdiyi və Şahid6 da həmin xüsusatları təsdiq etdiyi halda, sonuncu ilə aralarında keçirilmiş üzləşdirmə zamanı həmin xüsusatı fərqli şəkildə qeyd etməsi və Şahid6 özünün şəxsi istifadəsi üçün pulsuz narkotik vasitə marixuana verdiyini, sonuncunun onun işlərini pulsuz görməsini, usta kimi onun bütün işlərini yerinə yetirməsini, bunun qarşılığında isə Şahid6 ondan olan istəyini geri çevirmədiyini, buna görə ona narkotik vasitə marixuana verdiyini qeyd etməsi ilə bağlı bildirmişdir ki, o, şübhəli şəxs qismində bu cür ifadə versə də amma üzləşmə zamanı və təqsirləndirilən şəxs qismində bu cür ifadə vermiş və sonuncu ifadəsini nəzərə almağı xahiş etmişdir. O, Əlzamindən verdiyi marixuanaya görə pul almamış, onun həyətində gördüyü işlərin qarşılığı almadığı üçün, onun işlərinə usta kimi yaradığı üçün o da öz minnətdarlığını bu cür bildirmiş və istəyini geri çevirməmişdir. Lakin Əlizaminin üzləşmə zamanı nə üçün ona qarşı belə ifadə verməsini bilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və İmişli rayon polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq olmamış və ya bədənində xəsarət, yaxud xəsarətin izləri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1-2); şübhəli şəxsin tutulması haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:35 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28); şəxsi axtarış və götürmə aparılması haqqında 10 may 2024-cü il tarixli protokolun surətindən görünür ki, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sağ yan cibindən bir ədəd qəhvəyi rəngdə olan marixuanaya bənzər kütləni təqdim edərək stolun üzərinə qoymuşdur. Daha sonra əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd alışqan və bir ədəd “520 mond” markalı siqaret və ağ rəngli şalvarının sol yan cibindən 5 manatlıq pul əskinazını təqdim edərək stolun üzərinə qoymuş və üzərində heç bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış hərəkətləri davam etdirilmiş, lakin qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün götürülüb zərfə qoyulmuş, DİN-in 179 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmişdir (i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-18/483 nömrəli 11 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “....Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 7,77 qram olan bitki kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 86-87); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 may 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 158- 159); bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 10 may 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 30-32); Şahid6 məxsus ******************** AZN nömrəli hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə terminal vasitəsilə 65 manat məbləğində pul vasaiti onun hesabına köçürülmüşdür. (2-ci cild, i.v. 78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (2-ci cild, i.v. 12); İmişli rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (2-ci cild, i.v. 132); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin xx.xx.2024-cü il tarixli 4316 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (2-ci cild i.v. 83-84); Sübutların qiymətləndirilməsi haqqında 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunununa dəyişiklik edilməklə ona yeni məzmunda ittiham elan olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs olunun barəsində istintaq edilən ********* nömrəli cinayət işində Şahid6 aid sənədlərin surəti sonuncu cinayət işində saxlanılmaqla əsli ********* nömrəli cinayət işinə, eləcə Şahid5 aid sənədlərin surəti ********* nömrəli cinayət işində anılmaqla əsli sonuncunun barəsində müstəqil icraata ayrılmış ********* nömrəli cinayət əlavə olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 10 may 2024-cü il tarixli, baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokol, baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının 11 may 2024-cü il tarixli 18/483 nömrəli, təkbaşına məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2024-cü il tarixli 4316 nömrəli rəyləri, şəxsi axtarış və götürmə protokoluna, baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD disklər, "xxxx" MMC-dən daxil olmuş CD disk sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 7,77 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 7,75 qram təmiz çəkisi maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 85-97); Mobil telefona baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş, mobil telefon ağ rəngli, “İphone 5” markalı, smartfon tipli mobil telefondur. Telefonun “Watsap” ani mesajlaşma sosial şəbəkəsinə daxil olunmuş və Şahid6 məxsus ***-***-**-** saylı mobil nömrə ilə aralarında sms yazışmasının olması müəyyən edilmişdir. 10 may 2024-cü il tarixdə, saat 07:54-də Şahid6 5522 0993 6903 2313 nömrəli kart hesab nömrəsinin fotosunu göndərməklə “yerdə qalan pulu at buna” məzmununda sms göndərmişdir. Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan ağımtıl cins şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli kağız kəsiyində narkotik vasitə olan qurudulmuş marixuana çıxarıb təqdim etmişdir. Sonra əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan və bir ədəd “520 mond” markalı siqaret və şalvarının sol yan cibindən 5 manatlıq pul əskinasını da çıxarıb təqdim etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 7,77 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 7,77 qram olan, tədqiqatdan sonra qalıq qalmış 7.75 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli şəhəri, H.Əliyev prospekti, dalan 5, ev 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdən 12 may 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, H.Əliyev prospekti, dalan 5, ev 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 7,77 qram olan, tədqiqatdan sonra qalıq qalmış 7.75 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar