Məhkəmə qərarları › İş №1(036)-66/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-66/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-66/2021 13.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 10:55 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1998-ci ildə İmişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, S.Vurğun küçəsi, ev 61 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə 21 fevral 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Zərərçəkmiş şəxs Nazim oğluna məxsus İmişli şəhəri, Xaqani küçəsi, ev 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə evin həyət darvazasının kilidinin sındırmaqla qanunsuz daxil olaraq, həmin evin həyətyanı sahəsində Zərərçəkmiş şəxs Nazim oğluna məxsus dəyəri 800 (səkkiz yüz) AZN məbləğində 1 (bir) ədəd dəmir materialdan olan 2 taylı darvazanı, dəyəri 020 (iyirmi) AZN məbləğində 2 (iki) ədəd dəmir materialdan olan borunu və dəyəri 180 (yüz səksən) AZN məbləğində 1 (bir) ədəd 500 litr su tutumlu dəmir materialdan olan su çənini gizli yolla talayıb, sonuncuya 1000 (min) AZN məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, anası ilə birlikdə İmişli şəhəri, S.Vurğun küçəsi, ev 61 ünvanda yaşayır. Özü fərdi əmək ilə məşğul olur və subaydırı. Bir müddət pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 21 fevral 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrind Zərərçəkmiş şəxs Nazim oğluna məxsus İmişli şəhəri, Xaqani küçəsi, ev 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə evin həyət darvazasının kilidinin sındırmaqla qanunsuz daxil olaraq, həmin evin həyətyanı sahəsində Zərərçəkmiş şəxs Nazim oğluna məxsus dəyəri 800 (səkkiz yüz) AZN məbləğində 1 (bir) ədəd dəmir materialdan olan 2 taylı darvazanı, dəyəri 020 (iyirmi) AZN məbləğində 2 (iki) ədəd dəmir materialdan olan borunu və dəyəri 180 (yüz səksən) AZN məbləğində 1 (bir) ədəd 500 litr su tutumlu dəmir materialdan olan su çənini gizli yolla talayıb, sonuncuya 1000 (min) AZN məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Eyni zamanda bildirir ki, o, dostu Şahid1 “nənəmin qonşusu həyətində olan köhnə dəmir darvazanı, su çənini və borunu mənə verir”. deyərək, ondan həmin əşyaları götürüb-daşımaqda və metal qəbuluna verməkdə ona köməklik etməsini xahiş etmişdir. Bu səbəbdən də, dostu Məhəmməd həmin əşyaları aparmaqda ona kömək etmişdir. Lakin o, dostu Şahid1 həmin əşyaların oğurlaması barədə heç bir söz deməmişdir. Daha sonra o, oğurladığı həmin əşyaları İmişli şəhərində metal qəbulu ilə məşğul olan X1. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs Nizam oğluna dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və pula ehtiyacı olduğu üçün, eləcə də, özünün düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, subaydır, atası vəfat etmiş və himayəsində anası vardır, eləcə də, gələcəyə nikbin planları vardır. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Nizam oğlu teleqram ilə məhkəməyə müraciət edərək, hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmadığını, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi zərərin Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini və iş ilə əlaqədar məhkəmə iclaslarına iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, ev 34 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun dostudur. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə ona demişdir: “Nənəsinin qonşusu həyətində olan köhnə dəmir darvazanı, su çənini və borunu mənə verir, sən onları götürüb-daşımaqda və metal qəbuluna verməkdə köməklik elə”. O da, Gündüzün xahişini qəbul edərək, həmin əşyaları götürüb-daşımaqda ona kömək etmişdir. Lakin Təqsirləndirilən şəxs ona həmin əşyaların oğurluq olması barədə heç bir məlumat verməmiş və onun da oğurlaq hadisəsindən xəbəri olmamışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs İmişli şəhər sakini Zərərçəkmiş şəxs Nazim oğlunun həyətinə daxil olaraq, oradan dəmir darvazanı, su çənini və bir neçə borunu oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Q.Əliyev küçəsi, ev 29 ünvanda yaşayır və yaşadığı evin həyətində metal alğı-satqısı ilə məşğul olur. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə, təxminən saat 21:30 radələrində onun yaşadığı ünvana gələrək, özünəməxsus istifadə edilmiş 1 (bir) ədəd dəmir materialdan olan 2 taylı darvazanı, 2 (iki) ədəd dəmir materialdan olan borunu və 1 (bir) ədəd 500 litr su tutumlu dəmir materialdan olan su çənini satmaq istədiyini bildirmişdir. Aralarında qarşılıqlı şifahi razılığa əsasən o, həmin 1 (bir) ədəd dəmir materialdan olan 2 taylı darvazanı, 2 (iki) ədəd dəmir materialdan olan borunu və 1 (bir) ədəd 500 litr su tutumlu dəmir materialdan olan su çənini ümumilikdə 210 (iki yüz on) AZN məbləğinə almışdır. Lakin Təqsirləndirilən şəxs ona həmin əşyaların oğurluq olması barədə heç bir məlumat verməmiş və onun da oğurlaq hadisəsindən xəbəri olmamışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs İmişli şəhər sakini Zərərçəkmiş şəxs Nazim oğlunun həyətinə daxil olaraq, oradan dəmir darvazanı, su çənini və bir neçə borcunu oğurlamışdır. Cinayət işində olan 25 fevral 2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2021-ci il tarixdə, saat 14:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 27 fevral 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə İmişli Rayon Polis X5 Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2594 saylı, 16 may 2020-ci il ekspert rəyindən görünür ki, 1. 1 (bir) ədəd istifadə edilmiş, eni 3 metr, hündürlüyü 2 metr olan, 2 eyni ölçülü qapılı, əsas hissəsi qalınlığı 0.4 sm., dəmir materialdan olan, kənar hissələri isə 0.6 sm., ölçülü dəmir künclükdən olan, qaraj qapısı üçün nəzərdə tutulmuş dəmir darvazanın qiyməti 500 (beş yüz) AZN məbləği; 2. 1 (bir) ədəd istifadə edilmiş eni və uzunluğu 1 metr, hündürlüyü isə 0.5 metr olan, əsas hissəsi qalınlığı 0.4 sm., dəmir materialdan olan dəmir su çəninin qiyməti 150 (yüz əlli) AZN məbləği; 3. 2 (iki) ədəd uzunluğu 3 metr, diametri 15 sm., divarının qalınlığı 0.4 sm., olan istifadə edilmiş dəmir boruların qiyməti 15 (on beç) AZN məbləği təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 (əlli) AZN məbləği təşkil edir. Cinayət işində olan 16 may 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 (bir) ədəd dəmir materialdan olan 2 taylı darvazanın, 2 (iki) ədəd dəmir materialdan olan borunun və 1 (bir) ədəd 500 litr su tutumlu dəmir materialdan olan su çəninin Zərərçəkmiş şəxs Nizam oğluna təhvil verilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs Nizam oğlunun 27 fevral 2021-ci il tarixli ərizəsindən və 30 iyun 2021-ci il tarixli teleqramdan görünür ki, baş vermiş oğurluq cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinatət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 158666 №-li, 08 fevral 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 yanvar 2021-ci ildə İmişli şəhərində ölmüş və bu barədə akt qeydləri kitabında 118 № ilə qeyd edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, himayəsində anasının olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərcləri ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tututlaraq, dövlət nəfinə ödənilməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 (bir) ədəd dəmir materialdan olan 2 taylı darvazanın, 2 (iki) ədəd dəmir materialdan olan borunun və 1 (bir) ədəd 500 litr su tutumlu dəmir materialdan olan su çəninin Zərərçəkmiş şəxs Nizam oğluna təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 4 (dörd) gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 (bir) ədəd dəmir materialdan olan 2 taylı darvazanın, 2 (iki) ədəd dəmir materialdan olan borunun və 1 (bir) ədəd 500 litr su tutumlu dəmir materialdan olan su çəninin Zərərçəkmiş şəxs Nizam oğluna təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar