Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-66/2025 16.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Saatlı rayonu, Varxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, M.Əsədov küçəsi ev 13, mənzil 6 ünvanında qeydiyyatda olmaqla, İmişli rayonu, Otuziki kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 02 aprel 2025-ci il tarixdə, saat 20:30 radələrində İmişli rayonu, Otuziki kəndi ərazisində “Şuluz” adlanan yerdə tanışı Şahid7 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 6,20 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 70 manat pul müqabilində alaraq əldə edib, daşıyaraq üzərində saxlamış, həmin tarixdə, saat 20:35 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu, Otuziki kəndi ərazisində yol kənarında saxlanılıb üzəri yoxlanılan zaman onun üzərində olan tünd boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2024-cü ilin dekabr ayının sonlarından narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə dolduraraq nəfəs yoluna çəkməklə qəbul etməyə başlamışdır. Bakı şəhərində olarkən dostları narkotik vasitə qəbul edərkən, o da qəbul etməyə başlamışdır. Narkotik vasitə aludəçisi deyil, arada-bir istifadə etmişdir. Rayon ərazisində narkotik vasitə istifadə etməmişdir. Ağaları rayon sakini kimi 1 (bir) il müddətdir ki, tanıyır. Ağalar İmişli rayonu, Murğuzallı kənd sakindir. Ağalar ilə arasında qohumluq, ədavət və düşmənçilik münasibəti yoxdur. Ağaların narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsini bilirmiş. 2025-ci ilin mart ayının sonlarında İmişli rayonu, Qaraqaşlı kəndində yerləşən meşədə Ağalar ilə bir yerdə olarkən birlikdə qurudulmuş marixuanadan istifadə etmişlər. Həmin vaxt Ağalar narkotik vasitəni təşkil etmişdir. Həmin vaxt Ağalardan özü üçün narkotik vasitə olan qurudulmuş marixuana təşkil etməsini istəmiş, Ağalar isə ona bir kibrit qutusunu 70 (yetmiş) manata təşkil edə biləcəyini demişdir. 02 aprel 2025-ci ilə qədər 70 (yetmiş) manat pul düzəldib, həmin tarixdə, günorta saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Ağaların istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng edib 70 (yetmiş) manat pul düzəltdiyini deyib, bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. Ağalar isə ona axşam saatlarında görüşüb bir kibrit qutusu mariuxana verə biləcəyini demişdir. Axşam saatlarında Ağalarla zəngləşib İmişli rayonu, Otuziki kəndi ərazisində “Şuluz” adlanan yerdə görüşüb 70 (yetmiş) manat pul vermişdir. Ağalarda ona bir kibrit qutusu marixuana vermişdir. Marixuananı götürüb özünə məxsus “VAZ 2106” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib hərəkət edib avtomobili asfalt yola doğru hərəkət etmişdir. Asfalt yola çıxdıqdan sonra avtomobili nasaz işlədiyi üçün kənara çəkib saxlamışdır. Telefonu əlinə alıb usta nömrəsi axtarmağa başlamışdır. Həmin vaxt arxadan avtomobil yaxınlaşmışdır. Həmin avtomobili görməmişdir. Avtomobildən mülki geyimli 3 (üç) nəfər şəxs düşmüşdür. Düşən şəxslərdən biri onun tərəfdən avtomobilə yaxınlaşıb qapısını açaraq və özünü təqdim edərək polis əməkdaşları olduqlarını deyib, ondan özünü təqdim etməsini istəmişlər. O da özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşdu. O, isə üzərində olan tünd boz rəngli gödəkçəninin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu vermişdir. Bundan sonra onun üzərini polis əməkdaşları yoxlamışlar. Üzərindən 23 manat pul, bir ədəd “İnfinex” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə əvvəlcə elektron tərəzi vasitəsi ilə ölçülərək çəkisinin 9,22 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə ekspertizaya təqdim olunması üçün içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Onun və tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən həmin zərfin üzərin imzalanmışdır. Sonra isə üzərindən aşkar edilmiş 13 manat pul ona geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmiş, o da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsinə gəldikdən sonra təhqiqatçı tərəfindən ona dövlət hesabına müdafiəçi təyin edilərək, onun Azərbaycan Respublikası Cinayət Məcələssinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutulduğu bildirirək bu barədə protokol tərtib edilmiş və ona hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Bundan sonra onun üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 01 ədəd “LD” markalı siqaret, “İnfinix” markalı mobil telefon və 23 manat pul aşkar edilmişdir. Sonra üzərindən aşkar edilərək 01 ədəd zərfə qoyulmuş narkotik vasitə qurudulmuş mariuxanaya yenidən baxış keçirilmişdir. Qurudulmuş marixuana elektron tərəziyə qoyularaq çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi ilkin çəkiyə yaxın çəkidə olması müəyyən edilmişdir. Bundan sonra boş zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra isə zərfin üzəri tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməyi barədə sual verilmişdir. O da üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı İmişli rayonu, Murğuzallı kənd sakini Ağalar adlı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ağaları əvvəllər tanımadığını, taksi fəaliyyəti ilə məşğul olarkən onu tanımışdır. Ağalardan həmin narkotik vasitəni 70 (yetmiş) manata almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq olmamışdır. Bir azyaşlı övladı var. Əvvəllər məhkum olmamışdır. Əməlindən peşmandır və bir də belə səhvlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin, əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona 02 aprel 2025-ci il tarixdə Səfər adlı şəxsin üzərində narkotik vasitə əldə etməsi, saxlaması, gəzdirməsi və İmişli rayonu, Otuziki kəndi ərazisində olması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan sonra Səfərin kimliyini müəyyən edib Təqsirləndirilən şəxs olduğu müəyyən etmişdir. Dərhal rayon polis şöbəsinin rəhbərliyinə təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün raportla məruzə edilib, qərar qəbul edilmişdir. Şöbə rəhbərliyi tərəfindən ondan, əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra avtomobilə əyləşib İmşli rayonu, Otuziki kəndinə doğru hərəkət etmişlər. Otuziki kəndi ərazisində avtomobili saxlayıb video çəkilişə başlamışlar. Çəkilişdə özlərini təqdim edib, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması bildirilib, bununla bağlı təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirtdiklərini bildirmişlər. Çəkiliş əməliyyat müvəkkili onun tərəfindən aparılmışdır. Sonra avtomobilə əyləşib Təqsirləndirilən şəxs Otuziki kəndi ərazisində olduğu yerə doğru hərəkət etmişlər. Təqsirləndirilən şəxs İmişli rayonu, Otuziki kəndi ərazisində, əsas yoldan kənarda, ara yolda idarə etdiyi “VAZ 2106” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamasını müəyyən etmişlər. İdarə etdikləri avtomobili Təqsirləndirilən şəxs avtomobilinin arxasında saxlayıb dərhal avtomobildən düşərək və Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasında əyləşmiş və mobil telefonu ilə məşğul idi. Təqsirləndirilən şəxs avtomobilin qapsını açıb özlərini ona təqdim edib, avtomobildən düşməsini istəmişlər. Təqsirləndirilən şəxs onlaırn təklifləri ilə razılaşaraq avtomobildən düşmüş, Təqsirləndirilən şəxs özünü təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs özünü təqdim edərək, İmişli rayonu, Otuziki kənd sakini olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində olan tünd boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmişdir. 01 ədəd kibrit qutusu götürülərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerinin üzərinə qoyulmuşdur. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefon, sağ yan cibindən istə pul əskinasları aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusuna içərisinə baxış keçirilərək elektron tərəzi vasitəsi ilə ölçülüb çəkisi müəyyən edilmişdir. Belə ki, 01 ədəd kibrit qutusu 9,22 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin 01 ədəd kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün 01 ədəd içərisi boş zərfə qoyularaq möhürlənib qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və 23 manat pul əskinası özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs yolun kənarında saxlamasnın səbəbi soruşulduqda Təqsirləndirilən şəxs avtomobili işləmədiyi üçün yol kənarında saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni nə vaxt, haradan və nə məqsədlə əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni 70 manat pul müqabilində İmişli rayonu, Murğuzallı kənd sakini Ağalar adlı şəxsdən öz istifadəsi üçün almasını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilində hər hansı bir dəyərli əşya, o cümlədən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs avtomobilində hər hansı bir dəyərli əşyanın, o cümlədən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs saxlanılması, üzəri yoxlanılan zaman üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülməsi və rayon polis şöbəsinə gətirilməsi ilə bağlı araşdırma aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilərək üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması, olduğu halda təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərində telefon, siqaret və pul olduğunu deyərək, təqdim etmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sol yan cibindən 01 ədəd “İnfinix” markalı mobil telefonu, 01 ədəd qutuda “LD” markalı siqareti, sağ yan cibindən isə 23 manat pul əskinasını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və qablaşdırılmış 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasaitə olan qurudulmuş marixuanya bənzər kütlə 01 ədəd zərf açılaraq baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni nə vaxt, haradan və nə məqsədlə əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni 02 aprel 2025ci il tarixdə, İmişli rayonu, Murğuzallı kənd sakini Ağalar adlı şəxsdən istifadə etməsi üçün əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ölçülən zaman çəkisi ilkin çəkisinə yaxın çəkidə, yəni 9,20 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin 01 ədəd kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün 01 ədəd içərisi boş zərfə qoyularaq möhürlənib qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Şahid7 tutulmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir sadəcə olaraq Şahid7 tutularkən təhqiqatda bildirmişdir ki, 01 ədəd kibrit qutusunda olan narkotik vasitəni Təqsirləndirilən şəxs satmamışdır ancaq pay vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Şahid7 tutulmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir sadəcə olaraq Şahid7 tutularkən təhqiqatda bildirmişdir ki, 01 ədəd kibrit qutusunda olan narkotik vasitəni Təqsirləndirilən şəxs satmamışdır ancaq pay vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Şahid7 tutulmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir sadəcə olaraq Şahid7 tutularkən təhqiqatda bildirmişdir ki, 01 ədəd kibrit qutusunda olan narkotik vasitəni Təqsirləndirilən şəxs satmamışdır ancaq pay vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, hazırda İmişli rayon polis şöbəsinin Cinayətaxtarış bölməsinin, baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona 2 aprel 2025-ci il tarixdə Səfər adlı şəxsin üzərində narkotik vasitə əldə etməsi, saxlaması, gəzdirməsi və İmişli rayonu, Otuziki kəndi ərazisində olması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan sonra Səfərin kimliyini müəyyən edib Təqsirləndirilən şəxs olduğu müəyyən etmişdir. Dərhal rayon polis şöbəsinin rəhbərliyinə təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün raportla məruzə edib, qərar qəbul etmişdir. Şöbə rəhbərliyi tərəfindən ondan, əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra avtomobilə əyləşib İmşli rayonu, Otuziki kəndinə doğru hərəkət etmişlər. Otuziki kəndi ərazisində avtomobili saxlayıb video çəkilişə başlamışlar. Çəkilişdə özlərini təqdim edib, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildiririb, bununla bağlı təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirtdiklərini bildirmişlər. Çəkiliş əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılmışdır. Sonra avtomobilə əyləşib Təqsirləndirilən şəxs Otuziki kəndi ərazisində olduğu yerə doğru hərəkət etmişlər. Təqsirləndirilən şəxs İmişli rayonu, Otuziki kəndi ərazisində, əsas yoldan kənarda, ara yolda idarə etdiyi “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamasını müəyyən etmişlər. İdarə etdikləri avtomobili Təqsirləndirilən şəxs avtomobilinin arxasında saxlayıb dərhal avtomobildən düşərək və Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasında əyləşmiş və mobil telefonu ilə məşğul idi. Təqsirləndirilən şəxs avtomobilin qapsını açıb özlərini ona təqdim edib, avtomobildən düşməsini istəmişlər. Təqsirləndirilən şəxs onlaırn təklifləri ilə razılaşaraq avtomobildən düşmüş, Təqsirləndirilən şəxs özünü təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs özünü təqdim edərək, İmişli rayonu, Otuziki kənd sakini olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində olan tünd boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmişdir. 01 ədəd kibrit qutusu götürülərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerinin üzərinə qoyulmuşdur. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefon, sağ yan cibindən istə pul əskinasları aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusuna içərisinə baxış keçirilərək elektron tərəzi vasitəsi ilə ölçülüb çəkisi müəyyən edilmişdir. Belə ki, 01 ədəd kibrit qutusu 9,22 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin 01 ədəd kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün 01 ədəd içərisi boş zərfə qoyularaq möhürlənib qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və 23 manat pul əskinası özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs yolun kənarında saxlamasnın səbəbi soruşulduqda Təqsirləndirilən şəxs avtomobili işləmədiyi üçün yol kənarında saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni nə vaxt, haradan və nə məqsədlə əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni 70 manat pul müqabilində İmişli rayonu, Murğuzallı kənd sakini Ağalar adlı şəxsdən öz istifadəsi üçün almasını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilində hər hansı bir dəyərli əşya, o cümlədən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs avtomobilində hər hansı bir dəyərli əşyanın, o cümlədən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs saxlanılması, üzəri yoxlanılan zaman üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülməsi və rayon polis şöbəsinə gətirilməsi ilə bağlı araşdırma aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilərək üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması, olduğu halda təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərində telefon, siqaret və pul olduğunu deyərək, təqdim etmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sol yan cibindən 01 ədəd “İnfinix” markalı mobil telefonu, 01 ədəd qutuda “LD” markalı siqareti, sağ yan cibindən isə 23 manat pul əskinasını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və qablaşdırılmış 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasaitə olan qurudulmuş marixuanya bənzər kütlə 01 ədəd zərf açılaraq baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni nə vaxt, haradan və nə məqsədlə əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni 2 aprel 2025-ci il tarixdə, İmişli rayonu, Murğuzallı kənd sakini Ağalar adlı şəxsdən istifadə etməsi üçün əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ölçülən zaman çəkisi ilkin çəkisinə yaxın çəkidə, yəni 9,20 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin 01 ədəd kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün 01 ədəd içərisi boş zərfə qoyularaq möhürlənib qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə zalında elan edilmiş ifadəsində İmişli rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Elburs oğlu şahid İmişli rayon polis şöbəsinin Cinayə-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 9); şübhəli şəxsin tutulması haqqında 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 30-31); şəxsi axtarış aparılması haqqında 02 aprel 2025-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış süni işıqlandırılmış şəraitdə İmişli rayon polis şöbəsinin inzibati binasında aparıldı. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və predmet olub-olmaması, olduğu halda təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs üzərində olan mavi rəngli cins şalvarın sol ön cibinden bir ədəd “İnfinix” markalı mobil telefon, 1 ədəd “LD” siqaret, şalvarının sağ cibindən isə 1 ədəd 10 manatlıq, 13 ədəd 1 manatlıq pul əskinasını çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən içərisində narkotik vasite marixuanaya bənzər kütlə olan 1 (bir) ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə marixuanaya bənzər kütlənin olduğu zərfin tamlığı pozuldu və aşkar olunmuş kütlə yenidən elektron tərəzidə çəkildi. Çəkisinin 9,20 qr olması müəyyən edilmişdir. Həmin narkotik vasitə marixuanaya bənzər kütlə yenidən qablaşdırıldı və üzəri DİN-nin 179 saylı möhürü ilə möhürləndi (i.v. 38-39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18/278 nömrəli 03 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana ilə Şahid7 aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə göə eyni tərkiblidir. (xx.xx.2025-ci il tarixli 18/279 nömrəli rəyə əsasən birgə tədqiqat aparılıb) (i.v. 72-75); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 119-120); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 aprel 2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 130-131); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyi” X12 204 nömrəli 12 aprel 2025-ci il tarixli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə - tibbi ekspertizasına əsasən, ilk məlumatı nəzərə alıb, aşağıdakı nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir (i.v. 228-229); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (2-ci cild, i.v. 2); İmişli rayon İcra Hakimiyyətinin başçısının Muradallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-53-12-14/2N144 nömrəli arayışdan görünür ki, İmişli rayonu, Otuziki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi anası X7, arvadı X1 və oğlu X4 ibarətdir (2-ci cild, i.v. 3); İmişli rayon İcra Hakimiyyətinin başçısının Muradallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (2-ci cild, i.v. 4); xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İV 882144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. Ata qrafasına Təqsirləndirilən şəxs, ana qrafasına X5 qeyd edilmişdir (2-ci cild, i.v. 5); Məhkəmə-narkoloji ekspertizasının 01 may 2025-ci il tarixli 2518 nömrəlir rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində proflaktik qeydiyyata alınması məsləhət görülür (2-ci cild, i.v. 13-14); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (2-ci cild, i.v. 61-62); Sübutların qiymətləndirilməsi haqqında 09 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqbinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,20 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,18 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iş üçün əhəmiyyət kəsb etdiyindən 14 aprel 2025-ci il tarixdə maddi sübut kimi tanınaraq və saxlanılması üçün İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanılması” otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzəri yoxlanılan və şəxsi axtarış zamanı görüntüləri özünə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin istintaq materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxs Şahid7 üzərində keçirilən şəxsi axtarışın görüntüləri özünə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs ilə təqsirləndirilən şəxs Şahid7 arasında üzləşdirmə-dindirmə istintaq hərəkəti keçirilən zaman qeydə alınmış görüntüləri özündə əks etdirən 01 dədə “DVD” disk cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid7 istifadəsində olan mobil telefon nömrələrindən edilən zənglərin və SMS- lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” disklərə baxış keçirilmiş və iş üzrə mühüm əhəmiyyətə malik olan sübutlar əldə olunmuş və bu barədə tərtib edilmiş 21 may 2025-ci il tarixli protokolla cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini tam sübuta yetirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığına görə, təqsirləndirilən şəxsin özünün səmimi ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji eksperitzası, məhkəmə-narkoloji ekspertizası rəyləri, vətəndaşın saxlanılması və yoxlanılması haqqında, şəxsi axtarış keçirilməsi haqqında, diskə baxış keçirilməsi haqqında, üzləşdirmə-dindirmə istintaq hərəkətinin keçirilməsi haqqında protokollar, maddi sübut və digər istintaq hərəkətləri ilə sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza X10 Bölməsinin 3 aprel 2025-ci il tarixli, 18/278 nömrəli rəyində göstərilmiş çəkilər dəqiq çəki kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs 2 aprel 2025-ci il tarixdə saxlanılan zaman idarə etdiyi “Vaz-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil və üzərindən aşkar edilərək götürülmüş “İnfinix” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılması nəzərə alınmışdır (2-ci cld, i.v. 97-106); Məhkəmə iclasında “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan mavi rəngli cins şalvarın sol ön cibinden bir ədəd “İnfinix” markalı mobil telefon, 1 ədəd “LD” siqaret, şalvarının sağ cibindən isə 1 ədəd 10 manatlıq, 13 ədəd 1 manatlıq pul əskinasını çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən içərisində narkotik vasite marixuanaya bənzər kütlə olan 1 (bir) ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə marixuanaya bənzər kütlənin olduğu zərfin tamlığı pozuldu və aşkar olunmuş kütlə yenidən elektron tərəzidə çəkildi. Çəkisinin 9,20 qr olması müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 6,20 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 02 aprel 2025-ci il tarixdən 04 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6,20 qram olan, tədqiqatdan sonra qalıq qalmış 6.18 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli rayonu, Otuziki kəndi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-66/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001828 saylı orderə əsasən vəkil Müdafiəçi2 ona vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 (yeddi) saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdən 04 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Otuziki kəndi ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6,20 qram olan, tədqiqatdan sonra qalıq qalmış 6.18 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-66/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-66/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver