Məhkəmə qərarları › İş №1(036)-67/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-67/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-67/2021 07.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 10:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, xx xxxx 1965-ci ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, təqaüdçü, ali təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, R.Bağırov küçəsi, ev 9 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11.02.2012-ci il tarixdən 19.03.2020-ci il tarixə kimi İmişli rayon polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun oğlu X15 rayon polis şöbəsinə işə düzəltmək adı ilə aldadaraq, bu məqsədlə 2017-ci ilin dekabr ayında İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsindəki xidməti otağında Elxan İsmayılovdan 7000 (yeddi min) manat pul almış və vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, 11.02.2012-ci il tarixdən 19.03.2020-ci il tarixə kimi İmişli rayon polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək, 2018-ci ilin yanvar ayının axırlarında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncunun oğlu X7 İmişli rayon polis şöbəsinin Post-patrul xidmətinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq, bu məqsədlə İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsindəki xidməti otağında Zərərçəkmiş şəxs6 8000 (səkkiz min) manat pul almış və vədinə əməl etməyərək, zərərçəkmiş X6 xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 11.02.2012-ci il tarixdən 19.03.2020-ci il tarixə kimi İmişli rayon polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun oğlu X15 rayon polis şöbəsinə işə düzəltmək adı ilə aldadaraq, bu məqsədlə 22 iyun 2018ci il tarixdə İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsindəki xidməti otağında Elxan Nəcəfdon 2500 (iki min beş yüz) manat pul almış və vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 11.02.2012-ci il tarixdən 19.03.2020-ci il tarixə kimi İmişli rayon polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək, 2018-ci ilin yay aylarında İmişli rayonu, Ağamallar kənd sakini Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib sonuncunun oğlu Şahid2 İmişli rayon polis şöbəsinin Post-patrul xidmətinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq, bu məqsədlə İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsindəki xidməti otağında Zərərçəkmiş şəxs4 8000 (səkkiz min) manat pul almış və vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, 11.02.2012-ci il tarixdən 19.03.2020-ci il tarixə kimi İmişli rayon polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək, 2018-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun nəvəsi Şahid4 İmişli rayon polis şöbəsinin Postpatrul xidmətinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq, bu məqsədlə İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsindəki xidməti otağında Zərərçəkmiş şəxs2 8000 (səkkiz min) manat pul almış və vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 11.02.2012-ci il tarixdən 19.03.2020-ci il tarixə kimi İmişli rayon polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək, 17 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib sonuncunun oğlu Şahid2 İmişli rayon polis şöbəsinin X13nə polis nəfəri vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq, bu məqsədlə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində, “İnnovasiya” adlanan yerin yanında Zərərçəkmiş şəxs4 3000 (üç min) manat pul almış və vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 11.02.2012-ci il tarixdən 19.03.2020-ci il tarixə kimi İmişli rayon polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək, 09 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunun 13 saylı cəza çəkmə müəssisəsində cəza çəkən oğlu X3 adını əhvə saldırıb cəza çəkməkdən azad etdirəcəyi adı ilə aldadaraq, bu məqsədlə İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsindəki xidməti otağında Zərərçəkmiş şəxs3 8000 (səkkiz min) manat pul almış və vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 11.02.2012-ci il tarixdən 19.03.2020-ci il tarixə kimi İmişli rayon polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək, 29 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncunun oğlu X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsi adı ilə aldadaraq, bu məqsədlə İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsindəki xidməti otağında Zərərçəkmiş şəxs5 1000 manat pul almış və vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, 10 yanvar 1990-cı il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə, 12 fevral 2012-ci il tarixdən etibarən təqaüdə çıxdığı günədək, yəni 18 mart 2020-ci il tarixədək İmişli Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləmişdir. Baş vermiş hadisə barədə qeyd edir ki, İmişli rayon sakini Zərərçəkmiş şəxs1 övladı X10 təxminən 2016-cı ildən hal-hazıradək İmişli Rayon Polis Şöbəsində polisə ictimai dəstək (mülki) əməkdaşı vəzifəsində işləyir. 2017-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs1 onun qəbuluna gəlmiş və oğlu Samiri müəyyən miqdarda pul qarşılığında İmişli Rayon Polis Şöbəsinə polis əməkdaşı kimi işə düzəltmək istədiyini bildirmişdir. Onun da pula ehtiyacı olduğu üçün bunun müqabilində 10000 (on min) manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 2017-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə gətirib 7000 (yeddi min) manat pulu xidməti otağında ona vermişdir. Həmin vaxt onlar 7000 (yeddi min) manata razılaşmış, lakin bir neçə ay sonra dəqiq xatırlamadığı tarixdə pula ehtiyacı olduğu üçün o, Zərərçəkmiş şəxs1 oğlunun işi ilə əlaqədar əlavə 3000 (üç min) manat pul da verməli olduğunu bildirmişdir. Ona görə də Elxan 2018-ci ilin təxminən iyun ayında dəqiq xatırlamadığı tarixdə 2500 (iki min beş yüz) manat pulu gətirib ona vermişdir. O, Zərərçəkmiş şəxs1 xatırlamadığı tarixdə Daxili İşlər Nazirliyinə sıra baxışına nazirin qəbuluna göndərmiş, lakin Zərərçəkmiş şəxs1 nazir tərəfindən işə təyin edilməmişdir. Belə ki, daxili işlər orqanlarına seçilən əməkdaşlar daxili işlər nazirinin sıra baxışından keçirilir və nazir işə uyğun olan şəxsləri müvafiq vəzifələrə təyin edir. O, Zərərçəkmiş şəxs1 aldığı 9500 (doqquz min beş yüz) manat pulu tam şəkildə ona geri qaytarmışdır. Bundan başqa, o, İmişli rayon sakini Zərərçəkmiş şəxs6 2018-ci ilin əvvəllərində dəqiq xatırlamadığı tarixdə onun qəbuluna gələrək oğlu Qara Həsənovu müəyyən miqdarda pul qarşılğında İmişli Rayon Polis Şöbəsində post patrul xidmətində polis nəfəri kimi işə düzəltmək istədiyini bildirmiş, o da pula ehtiyacı olduğu üçün bunun müqabilində ondan 12000 (on iki min) manat pul istəmişdir. Rəhman imkanı olmadığını bildirdiyi üçün o, ilkin olaraq 8000 (səkkiz min) manat pul verməsini, qalan hissəsini də sonra verməsini demişdir. Rəhman onunla razılaşmış və bir neçə gün sonra gətirib 8000 (səkkiz min) manat pulu xidməti otağında ona vermişdir. O, Qara Həsənovu tibbi komissiyadan keçmək üçün Bakı şəhərinə Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasına göndərmişdir. X16 Nazirliyi tərəfindən Qara Həsənovun ictimai dəstəyə işçi kimi götürülməsi qərara alınmış, hətta X24 İşlər Nazirliyndən paltar da götürmüşdür, lakin sonra Daxili İşlər Nazirliyi Qaranı ictimai dəstəyə götürməkdən imtina etmişdir. O, Zərərçəkmiş şəxs6 aldığı pul məbləğinin bir hissəsini geri qaytarmış, 1500 (min beş yüz) manatı qalmışdır. Qısa müddət ərzində 1500 (min beş yüz) AZN qalıq pul məbləğini Zərərçəkmiş şəxs6 geri qaytaracaqdır. Bundan başqa, o, İmişli rayon sakini Zərərçəkmiş şəxs4 övladı Şahid2 təxminən 2016-2017-ci illərdə İmişli Rayon Polis Şöbəsinin polisə ictimai dəstək (mülki) əməkdaş vəzifəsində işləmiş, sonra isə öz ərizəsi ilə işdən azad olunmuşdur. Şaiq işdən azad olunduqdan bir neçə ay sonra dəqiq xatırlamadığı tarixdə atası Zərərçəkmiş şəxs4 oğlu Şahid1la birlikdə onun qəbuluna gələrək oğlu Şahid2 müəyyən miqdarda pul qarşılığında İmişli Rayon Polis Şöbəsinin post patrul xidmətinə işə düzəltmək istədiyini və buna görə ona köməklik göstərməyini xahiş etmişdir. Həmin ərəfələrdə pula ehtiyacı olduğu üçün ona kömək edəcəyini və bunun müqabilində ona 8000 (səkkiz min) manat pul verilməli olduğunu bildirmişdir. Lakin qeyd etmişdir ki, onun heç kəsi işə götürmək səlahiyyəti yoxdur, polis əməkdaşları birbaşa Daxili İşlər Nazirliyi tərəfindən işə qəbul edilir. O, düşünürmüş ki, Şahid2 əvvəllər ictimai dəstəkdə işlədiyi üçün yəqin ki, onu işə qəbul edərlər. O, Şahid2 Daxili İşlər Nazirliyinə elektron qaydada müraciət etməsini demiş, Şaiq əvvəllər İmişli Rayon Polis Şöbəsində ictimai dəstəkdə işlədiyi üçün artıq onun sənədlərinin toplanılmasına ehtiyac yox imiş, çünki artıq Şaiqin sənədləri Daxili İşlər Nazirliyinin arxivində var imiş. Şaiqin işi ilə bağlı atası Arif telefon vasitəsi ilə mütəmadi olaraq onunla əlaqə saxlayırmış, onun Arifdən aldığı 8000 (səkkiz min) manat pulu qaytarmağa imkanı olmadığından Arifə səbr etməyini və oğlunun işinin düzələcəyini bildirmişdir. 2019-cu ilin payız aylarında dəqiq xatırlamadığı tarixdə Arif yenə onunla işlə bağlı maraqlandıqda onu qəbuluna çağırıb oğlunu İmişli Rayon Polis Şöbəsində MSY-də (X13) işə düzəltmək istədiyini bildirmiş və əlavə 4000 (dörd min) manat da pul istəmişdir. Belə ki, həmin vaxt da onun pula ehtiyacı var imiş və düşünürmüş ki, yəqin Şaiqin polisə işə düzəlmək məsələsi gec-tez alınar, Arif ondan pulunu geri istəməz. Həmin vaxt Arif imkanı olmadığını bildirdiyi üçün o, onunla 3000 (üç min) manata razılaşmışdır. Həmin söhbətdən təxminən 15-20 gün sonra, 2020-ci ilin təxminən noyabr ayının ortalarında o, onun hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib pulu gətirməsini bildirmiş, həmin günün səhəri Arif oğlu Elməddinlə birlikdə 3000 (üç min) manat pulu gətirib Kürdəmir yolunun üstündə İnnovasiyanın yanında yerləşən bir tanışına məxsus fermanın ərazisində ona təhvil vermişdir. Həmin ərəfədə o, X25 Nazirliyinə boyunun uyğun gəlib-gəlmədiyini təyin etmək üçün göndərmiş, səhv etmirsə, o, boy imtahanından keçmişdir. Belə ki, Daxili İşlər Nazirliyi orqanlarına sıravi və kiçik rəis heyəti üçün minimum 180 boy tələb olunur. Lakin Şahid2 iş məsələsi alınmamışdır. O, Zərərçəkmiş şəxs4 aldığı 11000 (on bir min) manat pulu tam şəkildə ona geri qaytarmışdır. Bundan başqa, o, İmişli rayon sakini Zərərçəkmiş şəxs2 nəvəsi Şahid4 ilə birlikdə onun qəbuluna gəlmiş və nəvəsi Əşrəfi müəyyən miqdarda pul qarşılığında İmişli Rayon Polis Şöbəsində post patrul xidmətinə işə düzəltmək istədiyini demişdir. Əşrəfin boy problemi olduğu üçün, yəni boyu 180 sm-dən aşağı olduğu üçün onun postpatrul xidmətinə işə düzələ bilməyəcəyini, İmişli RPŞ-də polis əməkdaşı kimi başqa bir işə düzələ biləcəyini və buna görə müvafiq sənədləri elektron qaydada Daxili İşlər Nazirliyinə göndərmələrini bildirmişdir. Həmin ərəfələrdə pula ehtiyacı olduğu üçün o, Zərərçəkmiş şəxs2 oğlunun işə düzəlməsi adı ilə 12000 (on iki min) manat pul istəmiş, onlar 11000 (on bir min) manata razılaşmış və Famil həmin pulun 8000 (səkkiz min) manatını ilkin olaraq verəcəyini, qalan 3000 (üç min) manat pulu da iş düzələndən sonra verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 bir neçə gün sonra dəqiq xatırlamadığı tarixdə 8000 (səkkiz min) manat pulu gətirib İmişli Rayon Polis Şöbəsində xidməti otağında ona vermişdir. Lakin sonradan Şahid4 işi alınmamış, çünki DİN tərəfindən Əşrəf işə təyin olunmamışdır. O, pulu Əhməddən nəvəsinin işə düzəlməsi adı ilə almış, lakin onun işə düzəltmək səlahiyyəti yoxdur, sadəcə düşünürmüş ki, Əşrəf işə düzəlsə 8000 (səkkiz min) manat pul ona qalar, düzəlməsə də 8000 (səkkiz min) manatı Familə qaytarar. O, Zərərçəkmiş şəxs2 aldığı 8000 (səkkiz min) manat pulu tam şəkildə ona geri qaytarmışdır. Bundan başqa, İmişli rayon sakini X3 oğlu Məhəddin Əliyev Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Zərərçəkmiş şəxs3 oğlunun cəzadan azad edilməsini istəyirmiş, 2019-cu ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs3lə İmişli şəhər ərazisində təsadüfən görüşüb söhbət edən zaman o, onun oğlunun adını əhvə saldırıb cəza çəkmə müəssisəsindən azad edə biləcəyini bildirmiş, o da onunla razılaşmış və bir neçə gün sonra Mürsəl İmişli Rayon Polis Şöbəsinə onun qəbuluna gələndə ona oğlunun adını əhvə salınması üçün nə qədər pul lazım olduğunu soruşduqda o, 12000 (on iki min) manat pul lazım olduğunu bildirmiş və ilkin olaraq 8000 (səkkiz min) manat verməsini, qalan 4000 (dörd min) manatı isə oğlu azad olandan sonra verməsini bildirmişdir. Mürsəl onunla razılaşmış və 2019-cu ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə 8000 (səkkiz min) manat pulu gətirib İmişli Rayon Polis Şöbəsində xidməti otağında ona vermişdir. Lakin onun oğlunun adını əfvə saldırmaq kimi bir səlahiyyəti yoxdur, həmin vaxt pula ehtiyacı olduğu üçün Mürsəldən həmin pulu aldadıb almışdır. O, Zərərçəkmiş şəxs3 aldığı 8000 (səkkiz min) manat pulu tam şəkildə ona geri qaytarmışdır. Bundan başqa, İmişli rayon sakini Zərərçəkmiş şəxs5 oğlu X17 Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinə işə düzəlməsi üçün onun sənədlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi məqsədi ilə 2020-ci ilin yanvarın ayının təxminən axırlarında onun qəbuluna gəlmiş, sənədlərin göndərilməsi üçün nə qədər pul lazım olduğunu soruşmuş, həmin vaxt pula ehtiyacı olduğu üçün oğlunun sənədlərinin Daxili İşlər Nazirliyinə göndərilməsi müqabilində ondan 1000 (min) manat pul istəmişdir. O da onunla razılaşmış və 1-2 gün sonra 1000 (min) manat pulu gətirib ona vermişdir. Lakin şəxs özü online qaydada müraciət etməli olduğu üçün o, Nicat Astanovun sənədlərini Daxili İşlər Nazirliyinə göndərə bilməmişdir. O, Zərərçəkmiş şəxs5 aldığı 1000 (min) manat pulu tam şəkildə ona geri qaytarmışdır. O, halhazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin tam şəkildə ödənildiyini, eləcə də, Zərərçəkmiş şəxs6 dəymiş maddi zərərin qalıq hissəsini, yəni 1500 (min beş yüz) AZN məbləğində pulu qısa müddət ərzində ödəyəcəyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü ailəlidir və himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan qız uşağı vardır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, X10 onun oğludur. O, 2016-cı ilin təxminən qış aylarından hal-hazıradək İmişli Rayon Polis Şöbəsində polisə ictimai dəstək (mülki) əməkdaşı vəzifəsində işləyir. Oğlu Samir təxminən 1 il ictimai dəstəkdə işlədikdən sonra yəni, 2017-ci ilin təxminən dekabr ayında o, kənd camaatından eşitmişdir ki, ictimai dəstəkdə işləyən əməkdaşları serjant kimi İmişli rayon polis şöbəsində işə götürürlər və bu işlərlə həmin vaxt İmişli Rayon Polis Şöbəsinin rəisinin köməkçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs məşğul olur. Ona görə də o, 2017-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə müəyyən miqdarda pul qarşılığında oğlu Samiri işə düzəltmək üçün səhər saatlarında İmişli Rayon Polis Şöbəsinə gedərək Təqsirləndirilən şəxs qəbulunda olmuş, Təqsirləndirilən şəxs otağı İmişli Rayon Polis Şöbəsinin inzibati binasının 2-ci mərtəbəsində yerləşirmiş, Təqsirləndirilən şəxs işə düzəltmə işlərinə özünün baxdığını, oğlu Samiri İmişli RPŞ-də serjant rütbəli hər hansı bir işə düzəldə biləcəyini, bunun üçün də 10000 manat pul lazım olduğunu bildirmiş, o, həmin pulun çox olduğunu dedikdə, Sahib oğlunun işə düzəlməsi üçün həmin məbləğin vacib olduğunu bildirmiş, o da bu barədə ailə üzvləri ilə məsləhətləşmiş və ailəsinə məxsus 2,10 ha çöl pay torpağını satmaq qərarına gəlmişdir. O, həmin torpaq sahəsini İmişli rayonu, Şahverdili kənd sakini X5 2017-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə 7000 manata satmış, həmin satışın sənədləşmə işləri 2018-ci ilin iyun ayında olsa da, ona pul təcili lazım olduğu üçün Azər pulu 2017-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə ona vermişdir. O, 7000 manat məbləğində pulu səhəri gün aparıb İmişli RPŞ-də Təqsirləndirilən şəxs xidməti otağında Sahibə vermişdir. Sahib həmin pulla razılaşmış və oğlunu işə düzəldəcəyini bildirmişdir. Lakin həmin pulu verdikdən sonra 5-6 ay ərzində o, Sahiblə onun istifadəsində olan ***-*******, ***-******* və ***-******* saylı mobil nömrələr vasitəsi ilə əlaqə saxlasa da, o, hər dəfə səbr etməyini, işin düzələcəyini bildirirmiş, 2018ci ilin iyun ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə o, yenə Təqsirləndirilən şəxs qəbuluna gedərək işin düzəlib-düzəlməyəcəyini soruşmuşdur. O, 7000 manat pulun az olduğunu, əlavə 3000 manat pul da verməli olduğunu bildirmişdir. O, 3000 manata imkanın çatmadığını dedikdə, Sahib işin düzəlməsi üçün həmin məbləğdə pulu verməli olduğunu bildirmişdir. O da onunla razılaşmış və özünə məxsus bir baş inəyi aparıb hazırda xatırlamadığı tarixdə İmişli mal bazarında tanımadığı şəxsə 1000 manata satmışdır. Bundan başqa isə Bakı şəhərində yaşayan qudası X2 öz adına 1500 manat kredit götürüb ona verməsini, pula ehtiyacı olduğunu bildirmişdir. Lakin o, Ofelyaya pulun oğlunun işə düzəlməsi üçün lazım olduğunu deməmişdir. Ofelya da 20 iyun 2018-ci il tarixdə “Beynəlxalq Bank”ın Binəqədi filialından 1100 manat kredit götürüb ona vermişdir. O da həm satdığı inəyin pulunu, həm kreditin pulunu götürmüş və üstünə də 400 manat pul qoymuş, ümumilikdə 2500 manat pulu 2018-ci ilin iyun ayının təxminən 22-də günorta saat 13:00 radələrində aparıb Təqsirləndirilən şəxs onun xidməti otağında vermişdir. Lakin həmin vaxtdan sonra da Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə ilə onun oğlunun işini düzəltməmiş və pulunu da qaytarmamışdır. 2020-ci ilin mart ayından Təqsirləndirilən şəxs təqaüdə çıxmış, həmin vaxtdan sonra da Təqsirləndirilən şəxs pulunu qaytarmamışdır. Sahiblə hər dəfə telefon vasitəsi ilə əlaqə saxlayanda da pulunu qaytaracağını bildirsə də, qaytarmadığı üçün ilk dəfə 2020-ci ilin təxminən oktyabr ayında Azərbaycan Respublikasının Prezident Administrasiyasına şikayət ərizəsi göndərmişdir. 2020-ci ilin oktyabr ayına kimi heç bir orqana şikayət etməməyinin səbəbi Təqsirləndirilən şəxs ya pulunu qaytaracağını, ya da oğlunu işə düzəldəcəyini düşünməyi olmuşdur. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, nəvəsi Şahid4 2018-ci ildə X14 və Texnologiya Kollecini bitirmişdir. Nəvəsi Kolleci bitirdikdən sonra İmişli Rayon Polis Şöbəsinə işə düzəlmək istədiyini bildirmişdir. Ona görə də o, müəyyən miqdarda pul məbləği qarşılığında Şahid4 işə düzəltmək üçün 2018-ci ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Şahid4 götürüb İmişli rayon polis şöbəsinə getmişdir. Həmin vaxt İmişli Rayon Polis Şöbəsinin Növbətçi hissəsindən onları İmişli Rayon Polis Şöbəsinin rəisinin köməkçisi işləyən Təqsirləndirilən şəxs yanına yönləndirmişlər. O, nəvəsilə birlikdə Təqsirləndirilən şəxs İmişli Rayon Polis Şöbəsinin inzibati binasının ikinci mərtəbəsində yerləşən xidməti otağına qalxmış, Sahibə nəvəsinin İmişli rayon polis şöbəsində post patrul xidmətinə işə düzəltmək istədiyini bildirmişdir. Sahib nəvəsinin boyuna baxıb onu post patrul xidmətində işə düzəldə bilməyəcəyini, lakin İmişli Rayon Polis Şöbəsində polis əməkdaşı kimi işə düzəldə biləcəyini demişdir. Sahib onunla təklikdə danışmaq istədiyini bildirdiyi üçün nəvəsi Əşrəf otaqdan çıxmışdır. Sahib bu işlərə özünün baxdığını demiş və ondan nəvəsinin İmişli rayon polis şöbəsində polis əməkdaşı kimi işə düzəlməsi üçün 12000 (on iki min) manat pul istəmişdir. O da ona həmin pulun çox olduğunu bildirmişdir. Onlar biraz danışdıqdan sonra 11000 (on bir min) manata razılaşmış, Sahibə ilkin olaraq 8000 manat pul verəcəyini, iş düzəldikdən sonra isə qalan 3000 manat hissəsini verəcəyini bildirmiş, Sahib də onunla razılaşmış, Sahib nəvəsindən sənədlər istədiyi üçün nəvəsi səhəri gün aparıb müvafiq sənədləri Sahibə vermişdir. O da 3-4 gün ərzində 8000 manat pulu borc-xərc edib tapmış və nəvəsi ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Onlar yenə İmişli Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs xidməti otağına Sahibin qəbuluna getmiş, o, Sahibə əmanəti gətirdiyini bildirmişdir. Sahib həmin vaxt nəvəsi Əşrəfin çölə çıxmasını istəmiş, ona görə də Əşrəf otaqdan çıxmışdır. O, 8000 manat məbləğində pulu sayıb Sahibə vermiş, həmin vaxt onların yanında heç kəs yox imiş. Lakin o, pulu Sahibə verdikdən sonra Sahib hər dəfə onu və nəvəsi Əşrəfi müxtəlif bəhanələrlə aldadaraq Əşrəfin işini düzələcəyini bildirsə də, bu günədək nəvəsini işə düzəltməmiş və ondan aldığı 8000 manat pulu da geri qaytarmamışdır. 2020-ci təxminən mart ayında da Sahib təqaüdə çıxmışdır. O, Sahiblə onun istifadəsində olan ***-******* və ***-******* saylı mobil nömrələr vasitəsi ilə dəfələrlə əlaqə saxlamışdır. Sonuncu dəfə Sahiblə təxminən 1 ay əvvəl mobil telefon vasitəsi ilə danışmış, lakin həmin vaxtdan sonra Sahib onun telefonlarına cavab verməmişdir. O, onun pulunu qaytaracağını bildirsə də, qaytarmadığı və telefon zənglərinə cavab vermədiyi üçün o, İmişli rayon prokurorluğuna şikayət vermək qərarına gəlmişdir. Əvvəllər o, Sahibin ya nəvəsi işə düzəldəcəyini, ya da pulunu qaytaracağını düşündüyü üçün bu barədə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 10 dekabr 1996-cı il təvəllüdlü oğlu X11 2018-ci ilin yanvar ayının təxminən 1-də hərbi xidmətdən qayıtdıqdan sonra müəyyən miqdarda pul məbləği qarşılığında polisə işə düzəlmək istədiyi üçün o, bu məsələ ilə əlaqədar 2018-ci ilin yanvar ayının axırlarında həmin vaxt İmişli rayon polis şöbəsinin rəisinin köməkçisi işləyən Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Təqsirləndirilən şəxs bu işlərə özünün baxdığını, oğlunu işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs, oğlunu İmişli Rayon Polis Şöbəsində post patrul xidmətində polis nəfəri kimi işə düzəltmək üçün ondan 12000 manat pul istəmiş, ilkin olaraq oğlunu İmişli Rayon Polis Şöbəsində ictimai dəstəyə götürəcəyini, sonra isə post patrul xidmətinə polis nəfəri kimi keçirəcəyini bildirmişdir. O, hazırda o qədər pulunun olmadığını bildirdikdə, Sahib ilkin olaraq 8000 manat pul verməyini, qalan hissəsini də sonra verməyini bildirmişdir. Buna görə də o, 1-2 gün ərzində özündə olan pulun üstünü borc-xərc edərək düzəldib 8000 manat pulu 2018-ci ilin yanvar ayının axırlarında dəqiq xatırlamadığı tarixdə günortadan sonra İmişli RPŞ-nə gətirib Təqsirləndirilən şəxs xidməti otağında ona vermişdir. Həmin vaxt onların yanında heç kəs yox imiş. O, pulu verdikdən təxminən 1 ay sonra 2018-ci ilin fevral-mart aylarında Sahib oğlu Qaradan özünə aid müvafiq sənədləri, sağlamlıq haqqında arayış, 3x4 fotoşəkil və digər sənədləri istəmiş və onu tibbi komissiyadan keçmək üçün Bakı şəhərinə göndərmişdir. O da oğlu ilə birlikdə Bakı şəhərinə getmiş və oğlu İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin yanında yerləşən adını bilmədiyi yerdə tibbi komissiyadan keçmiş, oradan oğlunu adını xatırlamadığı qospitala göndərmişlər, oğlu orada da həkimlərdən keçmiş və tibbi sənədləri də götürüb İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin yanında yerləşən adını bilmədiyi yerə gətirmiş, orada oğluna tibbi komissiyadan keçməsi ilə bağlı sənəd verilmişdir. Onlar həmin sənədi gətirib İmişli Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs vermiş, təxminən 1 həftə sonra Sahib oğlunu İmişli Rayon Polis Şöbəsinə çağırmış və ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyidən ictimai dəstəyə aid paltarı götürmək üçün göndərmişdir. Oğlu da Bakı şəhərinə gedib Daxili İşlər Nazirliyindən paltarı götürüb gətirmişdir. Oğlu paltarı götürüb gətirdikdən bir gün sonra Sahib oğlunu yenidən İmişli Rayon Polis Şöbəsinə çağırmış, o da oğlu ilə birlikdə onun qəbuluna getmişdir. Sahib bildirmişdir ki, oğlu Qaranı ictimai dəstəyə yox birbaşa İmişli Rayon Polis Şöbəsinin post patrul xidmətinə polis nəfəri kimi işə düzəltmək istəyir, ona görə də dəstəyin paltarını təhvil versin. Onlar da onunla razılaşmış və oğlu həmin paltarı Sahibə təhvil vermişdir. Sonra Sahib ona otaqdan çıxmağını, oğlu ilə işi olduğunu bildirmişdir. O otaqdan çıxdıqdan təxminən 15-20 dəqiqə sonra oğlu gəlib ona demişdir ki, Sahib ona ailə vəziyyəti ilə əlaqədar ictimai dəstəkdə işləyə bilməyəcəyi ilə bağlı ərizə yazdırmışdır. O, gedib Sahibdən bu barədə soruşduqda Sahib, oğlunu birbaşa post patrul xidmətinə düzəltdirəcəyi üçün həmin məzmunda ərizə yazdırdığını bildirmişdir. Lakin həmin vaxtdan sonra da Sahib müxtəlif bəhanələrlə səbrli olmağını, oğlunu işə düzəldəcəyini bildirmiş, lakin vədinə əməl etməmişdir. Bundan başqa Sahib oğlunu 1 dəfə də hazırda xatırlamadığı tarixdə boydan imtahanından keçmək üçün Bakı şəhərinə göndərmiş, lakin oğlunun boyu normadan 2 sm qısa, yəni 178 olduğundan Təqsirləndirilən şəxs onun post patrul xidmətinə uyğun gəlmədiyini bildirərək onu təminat polisinə (sürücü və s.) kimi işə düzəldəcəyini demiş, lakin həmin vədinə də əməl etməmişdir. O, Sahiblə istifadəsində olan ***-******* və ***-******* saylı mobil nömrələr vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlamış, lakin əsasən 050- 2101816 saylı mobil nömrəsi vasitəsi ilə danışmış, çünki Sahib ***- ******* saylı mobil nömrəyə cavab vermirmiş. O, Sahibə ya pulunu qaytarmasını, ya da oğlunu işə düzəltməsini bildirirmiş, Sahib də narahat olmamağını, oğlunun işini düzəldəcəyini bildirirmiş. Sahib 2020-ci ilin təxminən mart ayından təqaüdə çıxdıqdan sonra o, ondan pulunu istəməyə başlamış, Sahib 2020-ci ilin təxminən avqust-sentyabr aylarında dəqiq xatırlamadığı tarixdə səhər saatlarında İmişli şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kapitalbank”ın qarşısında onun 5000 manat pulunu qaytarmış, həmin vaxt yanında başqa heç kəs olmamışdır. O, Sahibdən qalan 3000 manatını qaytarmasını da istədikdə, o biraz vaxt veməyini və pulunu qaytaracağını bildirmiş, lakin bu günədək 3000 manat pulunu qaytarmamışdır. O, onunla sonuncu dəfə 2020-ci ilin təxminən dekabr ayının əvvəllərində istifadəsində olan 050-2101-16 saylı mobil nömrə vasitəsi ilə danışmış, həmin vaxt da ona biraz vaxt verməyini bildirmişdir, həmin vaxtdan sonra isə telefonlarını söndürmüş və ona cavab verməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs ya onun pulunu qaytaracağını, ya da oğlunu işə düzəldəcəyini düşündüyü üçün ondan hüquq-mühafizə orqanlarına şikayət etməmişdi, lakin Sahib pulunu qaytarmadığı və telefonlarına cavab vermədiyi üçün ondan şikayət vermək qərarına gələrək İmişli Rayon Prokurorluğuna şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərərin bir hissəsi ödənilmiş, 1500 (min beş yüz) AZN məbləğində pul ödənilməmişdir. Bu səbəbdən də, o, Təqsirləndirilən şəxs 1500 (min beş yüz) AZN məbləğində pulun ödənilməsini tələb edir. Bununla yanaşı, 1500 (min beş yüz) AZN məbləğində pulun qısa müddət ərzində ödənilməsi barədə Təqsirləndirilən şəxs ilə şifahi razılıq əldə edilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan 06 aprel 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X26 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 28 dekabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda dayanmır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 144 saylı, 26 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Səmədova Almaz Mahir qızı və övladı Səmədova Mina sahib qızı ilə birlikdə İmişli şəhəri, R.Bağırov küçəsi, ev 9 ünvanda yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, ilk dəfə cinayət əməlini törətməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin böyük bir hissəsini ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də, istintaq müddəti ərzində öz səhvlərini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz vermələrini və eləcə də, ailəli və himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan cərimə ilə bağlı olan cəzanın təyin edilməsini və Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev ustaqlığı” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar