Məhkəmə qərarları › İş №1(036)-67/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-67/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-67/2023 16.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və Müdafiəçi iştirakı ilə, xx.xx.1950-ci ildə Beyləqan rayonu, Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasıvətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində yaşayan və hazırda barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Daewoo Nexıa» markalı sedan tipli **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Hacıqabul-Horadiz yolunun İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən 110-cu kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaq doldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən yolda gedən nəqliyyat vasitələrinə yol verməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib idarə etdiyi avtomobillə Hacıqabul istiqamətində yolun sağ kənarında yerləşən yola bitişik ərazi hesab edilən restoranın həyətindən 20 km/saat sürətlə hərəkətə başlayaraq Horadiz istiqamətinə dönmək məqsədi ilə avtomobili sola istiqamətləndirib hərəkət hissəsinə daxil etməklə hərəkət üstünlüyünə malik olan 1992-ci il təvəllüüdlü sürücü Şahid1 Hacıqabul istiqamətində 90 km/saat sürətlə hərəkət etdirdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet Malıbu» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yol verməyib həmin avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Daewoo Nexıa» markalı sedan tipli **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 hər iki alın, təpə və gicgah paylarında şırımlar arasında subaraxnoidal qanaxma, sağ təpəənsə nahiyyəsində subdural qanaxma, soltərəfli hemotoraks, dalağın cırılması, sol diafraqma gümbəzinin cırılması, İİİ-Xİİ qabırğalaran arxa hissəsində fraqmentaziyalı sınıqlar, sol İV-İX qabırğaların lateral hissəsində yerdəyişmiş sınıqlar xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, «Chevrolet Malıbu» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol tərəfli kəskin subdural hematoma, subaraxnoidal qansızma, sağdan alın sümüyünün orbitaya keçən sınığı, pnevmosefaliya, postravmatik, koxlear nevrit, santerial konyuktivit xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Birinci Aşıqlı kəndində yaşayır və «B1.B» kateqoriyada nəqliyyat vasitələrini idarə etmə hüququna malikdir. 08 mart 2023-cü il tarixdə o, özünə məxsus olan “Daewoo nexıa” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə İmişli rayonu Bəhrəmtəpə qəsəbsində yerləşən Hacıqabul-Horadiz yolunun sağ kənarında fəaliyyət göstərən restorana getmiş və saat 15-00 radələrində restorandan çıxıb evə tərəf getmişlər. Avtomobili o, idarə etmiş Təranə isə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Restoranın ərazisindən Hacıqabul-Horadiz avtomobil yoluna çıxıb Beyləqan istiqamətinə sola dönmək məqsədilə əvvəlcə yolun kənarında dayanıb sola və sağa baxmış və yolun boş olduğunu görüb 20 km/saat sürətlə yola daxil olub sola dönən zaman yolda hərəkətdə olan Şahid1 idarə etdiyi “Chevrolet” malıbu markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Chevrolet” malıbu markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobildə olan adamlar, o cümlədən özü və həyat yoldaşı Zərərçəkmiş şəxs2 xəsarət almış, baş verənlərə görə peşman olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu Birinci Aşıqlı kəndində yaşayır və təqaüdçüdür. 08 mart 2023-cü il tarixdə o, həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən restoran gedib «8 mart» bayramını qeyd etmiş və saat 15-00 radələrində restorandan çıxıb Təqsirləndirilən şəxs idarə etdiyi Daewoo nexıa markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilə evlərinə tərəf gedərkən əsas yolda hərəkətdə olan maşınla toqquşmuşlar. Hadisədən sonra o, huşunu itirmiş və ay yarmıdan sonra özünə gələrək xəsarətlər aldığını bilmişdir. Təqsirləndirilən şəxs ona hər cür maddi və mənəvi köməklik göstərdiyinə görə ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 08 mart 2023-cü il tarixdə , oğlu Şahid1 idarə etdiyi “Chevrolet malıbu” markalı, ** DN *** dövlət nömrə nişanlı avtomobillə o, qohumları Şahid3, Şahid4 və Şahid2 ilə birlikdə Beyləqan rayonundan Bakı şəhərinə qayıdarkən avtomobilin arxa oturacağında sol tərəfdə əyləmişdir. Hacıqabul-Horadiz yolunun İmişli rayonu Bəhrəmtəpə qəsəbəsindən keçən hissəsində hərəkətdə olduqları zaman yolun sağ kənarında yerləşən restoranın ərazisindən “Daewoo nexıa” markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobil qəflətən yola çıxıb, onların getdiyi avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, ağır dərəcəli bədən xəsarətləri almışdır. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, «BC» kateqoriyada nəqliyyat vasitələrini idarə etmə hüququna malikdir və xx.xx.2023-cü il tarixdə bibisi oğlu Şahid2 məxsus olan “Chevrolet malıbu” markalı, ** DN *** dövlət nömrə nişanlı avtomobili idarə edərək Hacıqabul-Horadiz yolu ilə Beyləqan rayonundan çıxıb Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobilin sağ qabaq oturacaqda Şahid2, arxada sol tərəfdə anası Zərərçəkmiş şəxs1, ortada bibisi Şahid3, sağda isə digər bibisi Şahid4 əyləşmişdir. O, avtomobili 85-90 km/ saat sürətlə idarə etmiş və saat 15-00 radələrində Hacıqabul-Horadiz yolunun İmişli rayonu Bəhrəmtəpə qəsəbəsindən keçən hissəsinə çatarkən yolun sağ kənarında yerləşən restoranın ərazisindən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo nexıa” markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobil yola tərəf hərəkət edərək onun gəldiyini görüb yolun kənarında dayanmışdır. Həmin avtomobilin dayandığı yerə çatmağa az məsafə qalmış avtomobil qəflətən hərəkətə başlayaraq yolda qarşısına çıxıb Beyləqan istiqamətində sola tərəf dönmüşdür. O, avtomobilin yolda qəflətən qarşısına çıxdığını görüb əyləci basaraq sükanı sağa tərəf döndərmiş, avtomobilin qabaq qarşı hissəsi qarşısına çıxan avtomobilinin sol arxa qapısı tərəfinə dəyərək toqquşmuşdur. Toqquşmadan sonra o, idarəetməni itirmiş və idarə etdiyi avtomobil dairəvi şəkildə fırlanıb əks istiqamətli yola çıxaraq həmin yolla hərəkətdə olan “Ford” markalı avtomobilə arxa tərəfdən dəyərək dayanmışdır. Hadisə zamanı avtomobildə olan anası Zərərçəkmiş şəxs1, bibiləri Şahid3, Şahid4 və bibisi oğlu Şahid2 müxtəlif xəsarətlər almışdır. İş üzrə şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələrində Şahid1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İş üzrə şahid X1 ifadəsində göstərmişdir ki, o, «BC» kateqoriyada nəqliyyat vasitələrini idarə etmə hüququna malikdir və xx.xx.2023-cü il tarixdə özünə məxsus olan “Ford Transıt minik” markalı,** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Hacıqabul-Horadiz yolu ilə Beyləqan rayonu istiqamətində hərəkət edərək saat 14:50 radələrində yolun İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsinə çatmışdır. Həmin vaxt o, avtomobili 65-70 km/saat sürətlə idarə etmiş, təxminən 80 metr aralı məsafədən yolun sol kənarında dayanmış sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo nexıa” markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilin yola çıxmaq istədiyini və eyni vaxtda sonradan adını bildiyi Şahid1 idarə etdiyi “Chevrolet malıbu” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin Hacıqabul istiqamətinə hərəkət etdiyini görmüşdür. “Daewoo nexıa” markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobil gözlənilmədən yola tərəf hərəkət edərək “Chevrolet malıbu” markalı,** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və sola tərəf Horadiz istiqamətində dönmək istərkən avtomobillər toqquşmuşdur. Toqquşmadan sonra “Chevrolet malıbu” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil yolun ortasında dairəvi şəkildə 3-4 dəfə fırlanmış və arxa hissəsi ilə onun avtomobilinin sol yan hissəsinə çırpılmışdır. İşdə olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 598 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol tərəfli kəskin subdural hematoma, subaraxnoidal qansızma, sağdan alın sümüyünün orbitaya keçən sınığı, pnevmosefaliya, postravmatik, koxlear nevrit, santerial konyuktivit küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. ( c.i.səh: 79-80) İşdə olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 396/23 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- hər iki alın, təpə və gicgah paylarında şırımlar arasında subaraxnoidal qanaxma, sağ təpə-ənsə nahiyyəsində subdural qanaxma, soltərəfli hemotoraks, dalağın cırılması, sol diafraqma gümbəzinin cırılması, İİİ-Xİİ qabırğalaran arxa hissəsində fraqmentaziyalı sınıqlar, sol İV-İX qabırğaların lateral hissəsində yerdəyişmiş sınıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. ( c.i.səh: 97-99) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli 1050/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazerpin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. ( c.i.səh: 65-68) İşdə olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 04 aprel 2023-cü il tarixli 8/919 nömrəli rəyində göstərilmişdir ki, “Daewoo Nexıa” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. ( c.i.səh: 50-54) İşdə olan Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 08 mart 2023-cü il tarixli 2/7406 nömrəli akta əsasən sürücü Şahid1 həmin tarixdə alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir.( c.i.səh: 28) İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli 3-13-16/2-42280/2023 nömrəli məktubda göstərilmişdir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1950-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) BC 754720 nömrəli «B» katoqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. ( c.i.səh: 64) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumla, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İşdə olan Beyləqan RİB-nın Birinci Aşıqlı kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i.səh: 112) Cinayət işində olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c.i.səh: 60) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin Qərarın 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2( iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq вязифяси гойулсун. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut , Təqsirləndirilən şəxs saxlanılan “ 61-BD 566” dövlət nömrə nişanlı “Daevvoo Nexıa” markalı avtomobil oniun özünə verilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 128,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar