Məhkəmə qərarları › İş №1(036)-67/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-67/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-67/2024 05.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, İmişli şəhəri, Ə.Qurbanov küçəsi ev 30 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 09 may 2024-cü il tarixdə saat 23:30 radələrində tanışı Şahid6 yaşadığı fərdi yaşayış evinin yaxınlığında, İmişli şəhəri, Fizuli küçəsində sonuncudan 70 (yetmiş) manat pul müqabilində 16,11 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satın alaraq satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 10 may 2024-cü il tarixdə saat 01:00 radələrində İmişli şəhəri, H.Əliyev prospekti, Dalan 5, ev 3 ünvanında yerləşən tanışı Şahid5 yaşadığı fərdi yaşayış evinin darvazasının qarşısında bir ədəd kibrit qutusunda 7,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 65 (altmış beş) manat pul müqabilində sonuncuya qanunsuz olaraq satmış, 10 may 2024-cü il tarixdə saat 18:00 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, İmişli şəhəri, Ə.Qurbanov küçəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 18:40-da üzərində aparılan şəxsi axtarış zamanı əynindəki boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd kağız kəsiyi bükümündə 8,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. O, ara-sıra təbii narkotik vasitə olan marixuana istifadə edir. Marixuananı əsasən İmişli rayonu ərazisində tanımadığı şəxslərdən və ya rast düşən şəxslərdən əldə etmişdir. O, narkotik vasitə aludəçisi olmamışdır. Sadəcə səhhətinə yaxşı təsir etdiyi üçün, qan təzyiqini normallaşdırdığı üçün ara-sıra istifadə edir. O, İmişli Rayon Polis Şöbəsinin inzibati binasının tikintisində fəhlə işləyir. Həmin gün işdə olmuşdur. İmişli şəhər sakini Şahid5 çoxdan tanıdığını, onunla demək olar ki, qonşu olmasını, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmadığını bildirmişdir. 09 may 2024-cü il tarixdə saat 23 radələrində Xalid ona “Vatsap” vasitəsilə yazıb təbii narkotik vasitə olan marixuana istdəyini demiş, o da təşkil edə biləcəyini demişdir. Şahid6 tanıdığını və onun evində tez-tez sanitar işləri görür. xx.xx.2024-cü il tarixdə Şahid6 bir büküm narkotik vasitəni pulsuz almışdır. O, həmin narkotik vasitə olan marixuananı üzərində satmaq məqsədi ilə yox özü istifadə etmək üçün saxlamışdır. O, Xalidlə qonşu olduğunu və birlikdə narkotik vasitə istifadə etmişdir. Xalidin ona 70 (yetmiş) manat borcu olmuş və uşağı xəstə olduğu üçün Xaliddən pulunu istəmiş oda 65 (altmış beş) manatı kartına atmış qalan 5 (beş) manatı isə sonra verəcəyini bildirmişdir. Həmin gün İmişli Rayon Polis Şöbəsinin inzibati binasının tikintisində fəhlə işləyərkən ona polis əməkdaşı olan Aydın adlı şəxs tərəfindən zəng gəldiyini, otağın qapısının xarab olduğunu bildirərək binaya qalxmağını demişdir. O da həmin vaxt binaya daxil olaraq ikinci mərtəbəyə qalxmışdır. Orada Teymur adlı polis əməkdaşını gördüyünü, ona məcburi qaydada Şahid6 zəng etməyini tələb etmişdir. O, konturunun olmamasını bildirmiş və Teymur adlı polis əməkdaşı onun telefonuna 20 (iyirmi) qəpiklik kontur atmışdır. Bundan sonra o, onun telefonu ilə Ramilə zəng vurmuşdur. Odur ki, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq İmişli RPŞ-nin X4 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. İmişli şəhər sakini olan Şahid5 əvvəllər tanımamış, heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 10 may 2024-cü il tarixdə İmişli rayon polis şöbəsi tərəfindən keçirilən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ilə bağlı olaraq yaradılmış əməliyyat-istintaq qrupunun tərkibində olmasa da X4 rəhbəri kimi o da həmin tədbirlərə cəlb edilmişdir. 10 may 2024-cü il tarixdə İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 İmişli şəhər sakini Şahid5 adlı şəxsin İmişli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat almışdır. Həmin məlumat qeyri-aşkar, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuşdur. Daxil olmuş məlumat dərhal şöbə rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı həmin şəxsin İmişli şəhər sakini Şahid5 olması müəyyən edilmişdir. İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, İmişli RPŞ-in Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elmar Qarayevin də daxil olduğu əməliyyat qrupunun üzvləri 10 may 2024-cü il tarixdə, saat 16 radələrində İmişli şəhəri Depo lokomotiv adlanan ərazidə Şahid5 saxlayıb İmişli rayon polis şöbəsinə gətirmiş və video kamera ilə çəkiliş aparılaraq üzərində şəxsi axtarış zamanı bir ədəd qəhvəyi rəngli kağız kəsiyində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şahid5 həmin narkotik vasitə marixuananı tanışı Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını bildirmişdir. Həmin məlumatın realizə edilməsi isə ona və İmişli RPŞ-nin X4 əməliyyat müvəkkili, polis baş leytenantı Teymur Hüseynovun həvalə edilmişdir. Həmin məlumatın realizə edilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Ə.Qurbanov küçəsində həmin gün saat 18 radələrində saxlanılıb İmişli RPŞ-yə gətirilmişdir. X19 yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmin məlumatın yoxlanılması məqsədilə birlikdə İmişli rayon polis şöbəsinə gəlməsi vurğulanmışdır. Təqsirləndirilən şəxs da etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Ələddin Hafiz oğlunun göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, beş ildir ki, Bakı şəhərində yaşayır. İmişli rayonuna toya gəlmişdir. Əlizamin Oucov onun qonşusudur. Əlizamin onu çağırmış və onunla görüşmüşdür. O, Əlizaminə Bakıya qayıdacağını bildirmiş və həmin gün yəni, xx.xx.2024-cü il tarixdə ona bir bükümdə narkotik vasitə vermişdir ki, Bakı şəhərində verərsən uşaqlara istifadə edər. O da həmin bükümdə olan narkotik vasitəni alıb evə getmiş və səhəri gün yola çıxanda polis əməkdaşları onu tutmuş və həmin gün İmişli Rayon Polis Şöbəsinə gətirmişlər. Bundan əlavə olaraq Əlizamin ona bildirmişdir ki, uşağı xəstədir ona 70-80 manat pul atsın. O da Əlizamin kart hesabına 65 (altmış beş) manat pul atmışdır. Onun Orucova heç bir borcu olmamışdır. Pulu uşağı xəstə olduğu üçün göndərmişdir. Sonradan 5 manatı ona görə istəmişdir ki, ona 70 manat uşağına görə pul verə biləcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. Şahid5 narkotik vasitə gəzdirdiyi üçün əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən Xalidi İmişli Rayon Polis Şöbəsinə gətirmiş və Xalid Təqsirləndirilən şəxs aldığını bildirmişdir. O, Əlizamini tanımır və görməmişdir. Sadəcə Xalid onun ondan aldığını bildirəndə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, İmişli Rayon Polis Şöbəsinin təminat şöbəsində işləyir. Əlizamin atası oranın işçisi olub. Atası xəstə olduğu üçün Əlizamin orda olan işlər əvəz edir. Mütamadi olaraq Təqsirləndirilən şəxsla bir işçi kimi telefon danışıqları olmuşdur. O, həmin vaxt tikintidə olmuşdur. Əlizamin tutulandan sonra məlumatı olmuşdur. Həmin vaxt şöbədə də təmir işləri getmiş və ona görə Əlizaminə zəng etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid6 elan edilmiş ifadəsindən görünür ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə İmişli Rayon Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin iyun ayında şərti olaraq vaxtından əvvəl azadlıqdan məhrum etmə yerindən azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmişdir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, münasibəti yaxşı olmuş, heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Şahid5 isə qiyabi tanımış, heç bir yoldaşlığı və ya münasibəti olmamışdır. O, özü ara-sıra səhhəti ilə bağlı rast düşən şəxslərdən təbii narkotik vasitə olan marixuana alıb istifadə edir. Marixuana səhhətinə yaxşı təsir edir. Qara ciyər serrozu xəstəliyi vardır. Əlizaminlə tez-tez bir yerdə olduqlarını, çaxır içdiklərini bildirmişdir. Əlizaminin də marixuana istifadə etdiyini yaxın olduqları üçün bilir. 10 may 2024-cü il tarixdə gecə saat 01 radələrində Əlizamin ona zəng edib təbii narkotik vasitə olan marixuana istədiyini demişdir. Əlzamin özünə marixuana istədiyini bildirmişdir. Həmin vaxt onun özündə olduğu üçün təşkil edə biləcəyini demişdir. Bundan təxmini yarım saat sonra Əlizamin onun yaşadığı Fizuli küçəsi ev 6 ünvanın qarşısına gəlmiş və əvvəlcədən aralarında olan razılaşmaya görə Əlzaminə bir ədəd kağız bükümdə təbii narkotik vasitə olan marixuana vermişdir. 10 may 2024-cü il tarixdə, saat 19 radələrində polis əməkdaşları yaşadığı Fizuli küçəsində ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı barədə məlumat olmasını və buna görə də polis şöbəsinə getməli olduğunu demiş, o da razılaşıb polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman özlərini təqdim etmişdir. Polis şöbəsinə gələndən sonra ona narkotik vasitə satışında şübhəli olmağı və buna görə də saxlanılmağı izah edilmişdir. Dövlət hesabına ona müdafiəçi də təyin edilmişdir. Həmin müdafiəçinin adı X7 olmuşdur. Ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Sonra ona üzərində qanunla qadağan edilmiş nəsə əşya və ya predmet, narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində gəzdirdiyi kibrit qutusunda olan marixuananı çıxarıb təqdim etmişdir. Həmçinin üzərində olan 60 manat pul və mobil telefonu, lotereya biletini də çıxarıb təqdim etmişdir. Sonra həmin əşyalar özünə qaytarılmışdır. Üzərindən aşkar edilən kibrit qutusundakı marixuananı isə qablaşdırıb ekspertizaya gönədirləcəyi bildirilmişdir. O, üzərindən aşkar edilən və Əlzamin Orucova verdiyi həmin narkotik vasitə marixuanaları təxminən bir həftə əvvəl İmişli rayonu Otuziki kəndində təşkil edilən heyvan bazarında tanımadığı şəxsdən almışdır. Həmin vaxt heyvan bazarına kafeyə getmişdir. Yeyib-içdikdən sonra orada əvvəllər İmişli şəhərində görmədiyi bir nəfər orta boylu, təxmini 45-50 yaşları olan, ağ saçlı şəxslə tanış olmuşdur. Deyib gülmüş, söhbət əsnasında ona özündə marixuana olduğunu və istəsə ona verə biləcəyini demiş, o da razı olmuşdur. Bir ədəd sellofan torbada topa şəkildə olmuş və gedib haradansa gətirmiş o da həmin şəxsə 100 manat pul vermişdir. Təqsirləndirilən şəxs ondan narkotik vasitə marixuana istəyən zaman həmin narkotik vasitəni kimə aldığını, nə üçün aldığını, yaxud kiməsə satmaq istədiyini deməmişdir. Ona zəng edib özünə marixuana lazım olduğunu demişdir. O da verə biləcəyini demişdir. Bir kağız bükümü istəmişdir. Əlizamin onun yaşadığı küçəyə gəlib ondan bükümü götürmüşdür. Əlizamin marixuananı kimə verəcəyi və ya satacağı barədə ona heç nə deməmişdir. O da bu barədə soruşmamışdır. O, Əlizaminin ondan aldığı narkotik vasitə marixuananı aparıb Xalid adlı şəxsə satmasını əvvəlcədən bilməmişdir. Çünki, Əlizamin özü üçün aldığını demişdir. Əlizaminlə münasibəti yaxşı olmuş, birlikdə tez-tez görüşmüşlər. Onun qapısında nə iş olubsa Əlzaminə demiş, sonuncu da gəlib pulsuz usta kimi həll etmişdir. Əlzamin də ona ağız açıb marixuana lazım olmasını demiş, o da bu hörmətlərinin qarşılığında geri çevirməmiş və marixuana verməyə razı olmuşdur. Əlizaminlə bir dəfə təxmini bir ildən çox müddət əvvəl birlikdə onun təşkil etdiyi marixuananı çəkmiş, buna görə də onda marixuana olduğunu bilmiş, buna görə ona zəng etmişdir. O, marixuananı özü üçün doldurmuş, amma Əlzaminə kağız parçasına bükülmüş vəziyyətdə vermişdir. O, sellofan torbada topa şəkildə almışdır. Çəkisini bilməmişdir. Əlizaminə də kağız bükümün arasında topa şəkildə vermişdir. Çəkisini bilməmiş, sadəcə gözəyarı kağız bükümə qoyub vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı marixuana üçün onunla 70 manat pula razılaşdığını pulu isə günorta verəcəyini bildirməsi ilə bağlı qeyd etmişdir ki, Əlzamin onun qapısında pulsuz usta kimi işləmiş, nə desə tez də gəlib həll etmişdir. Buna görə də Əlzaminə narkotik vasitə marixuana vermişdir. Pul söhbəti olmamışdır. Əİizaminin nə üçün bu cür ifadə verməsini mən bilməmişdir. O, şübhəli şəxs qismində ifadə verən zaman Təqsirləndirilən şəxs ondan özünün şəxsi istifadəsi üçün narkotik vasitə marixuana istədiyini, o da həmin narkotik vasitəni verdiyini, bunun qarşılığında 70 manat pula razılaşdıqlarını, lakin Təqsirləndirilən şəxs ondan narkotik vasitə marixuana götürən zaman pulunu sabah günorta verəcəyini bildirdiyini, onun da Əlzaminlə razılşadığını qeyd etdiyi və Təqsirləndirilən şəxs da həmin xüsusatları təsdiq etdiyi halda, sonuncu ilə aralarında keçirilmiş üzləşdirmə zamanı həmin xüsusatı fərqli şəkildə qeyd etməsi və Təqsirləndirilən şəxs özünün şəxsi istifadəsi üçün pulsuz narkotik vasitə marixuana verdiyini, sonuncunun onun işlərini pulsuz görməsini, usta kimi onun bütün işlərini yerinə yetirməsini, bunun qarşılığında isə Təqsirləndirilən şəxs ondan olan istəyini geri çevirmədiyini, buna görə ona narkotik vasitə marixuana verdiyini qeyd etməsi ilə bağlı bildirmişdir ki, o, şübhəli şəxs qismində bu cür ifadə versə də amma üzləşmə zamanı və təqsirləndirilən şəxs qismində bu cür ifadə vermiş və sonuncu ifadəsini nəzərə almağı xahiş etmişdir. O, Əlzamindən verdiyi marixuanaya görə pul almamış, onun həyətində gördüyü işlərin qarşılığı almadığı üçün, onun işlərinə usta kimi yaradığı üçün o da öz minnətdarlığını bu cür bildirmiş və istəyini geri çevirməmişdir. Lakin Əlizaminin üzləşmə zamanı nə üçün ona qarşı belə ifadə verməsini bilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və İmişli rayon polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq olmamış və ya bədənində xəsarət, yaxud xəsarətin izləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında verdiyi ifadə onun Şahid6 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclasında verdiyi ifadə ziddiyyət təşkil etdiyi üçün, onun Şahid6 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclasında verdiyi ifadənin audio-video yazısına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şahid5 ifadəsində bildirmişdir ki, o, narkotik vasitə aludəçisi deyil. Əsasən Bakı şəhərində Neftçilər adlanan yerdə və Əcəmi adlanan yerdə kafelərdə ofisiant işləmişdir. Təxmini beş ildən artıqdır ki, Bakı şəhərində yaşamışdır. İmişli rayonuna isə ara-sıra gəlib-gedir. Bakı şəhərində isə təxmini üç-dörd dəfə təbii narkotik vasitə olan marixuana istifadə etmişdir. İmişli rayonun isə iki gün əvvəl 09 may 2024-cü il tarixdə, saat 01 radələrində gəlmişdir. O, rayona gələn kimi narkotik vasitə olan marixuana istifadə etmək qərarına gəlmiş, buna görə də yaşadığı yerdən təxmini 300-400 metr aralıda yaşayan Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. O, 09 may 2024-cü il tarixdə saat 23 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Əlzaminə “Vatsap” vasitəsilə yazıb ona bir kibrit qutusunda qurudulmuş vəziyyətdə narkotik vasitə olan marixuana lazım olduğunu bildirmişdir. Əlizamin də verə biləcəyini bildirmişdir. Əlizamin ona kart hesabı göndərəcəyini və onun da 65 manat pul göndərməsini bildirmiş, o da razı olmuşdur. Bundan təxminən yarım saat sonra Əlzamin ona “Vatsap” vasitəsilə kart hesab nömrəsi göndərmişdir. O da İmişli şəhəri “Daş körpü” adlanan mağazada olan “Million” ödəmə aparatı vasitəsilə Əlzaminin ona göndərdiyi kart hesabına 65 manat pul göndərmişdir. Lakin, Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən aldığını deməmişdir. Şahid6 tanımır. İş materiallarında olan cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müstəqil icraata ********* nömrəli cinayət işi, Şahid6 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müstəqil icraata 2ZQ440075 nömrəli cinayət işi ayrılaraq ibtidai istintaqı davam etdirilmişdir. Şahid5 olunun barəsində istintaq edilən ********* nömrəli cinayət işində Təqsirləndirilən şəxs aid sənədlərin surəti sonuncu cinayət işində saxlanılmaqla əsli ********* nömrəli cinayət işinə, eləcə də Şahid6 aid sənədlərin surəti ********* nömrəli cinayət saxlanılmaqla əsli sonuncunun barəsində müstəqil icraata ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunmuşdur (1-cild, i.v. 1-3); İş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır (1-cild, i.v. 6-7); İş materiallarında olan materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material istintaq aidiyyəti üzrə İmişli RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir (1-cild, i.v. 10); İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15 radələrində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 57); İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 may 2024cü il tarixli protokoldan görünür ki, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin qanunla qadağan edilmiş əşya və predmetlər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd alışqan, bir ədəd qara rəngli qutusu olan “back” markalı siqareti təqdim etmişdir. Sonra əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd qəhvəyi rəngdə olan kağız kəsiyinə bükülmüş içərisində spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim edərək stolun üstünə qoymuş, üzərində heç bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlə ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı video kameradan istifadə edilmişdir (1-cild, i.v. 60-62); İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 may 2024-cü il tarixli 18/484 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: : “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 8,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (1-ci cild, i.v. 96-97); İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-cild, i.v. 150); İş materiallarında olan maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünürki, Şahid6 üzərindən aşkar edilmiş 6,42 qram narkotik maddə marixuananın ekspertiza tədqiqatından sonrakı 6,40 qram çəkisi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8,34 qram narkotik maddə marixuananın ekspertiza tədqiqatından sonrakı 8,32 qram təmiz çəkisi və X6 üzərindən aşkar edilmiş 7,77 qram narkotik maddə marixuananın ekspertiza tədqiqatından sonrakı 7,75 qram təmiz çəkisi (hər biri ayrı bağlamada, möhürlənmiş vəziyyətdə) cinayət işi üzrə maddi sübut kimi tanınsın və saxlanması üçün İmişli RPŞ-də olan maddi sübutların saxlanması otağına verilmişdir (1cild, i.v. 188-189); İş materiallarında olan xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daimə hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs barədə İmişli rayon İHB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır (i.v. 60); İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs sonuncudan özünün şəxsi istifadəsi üçün qabaqcadan razılaşdıqları formada 70 manat dəyərində bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almasını, lakin Şahid6 həmin narkotik vasitənin pulunu sabah günorta verəcəyini bildirməsini, ona narkotik vasitə marixuana verməsini və çıxıb getməsini, həmin marixuanadan özünün şəxsi istifadəsi üçün götürüb qalan hissəsini də Şahid5 65 manat dəyərində pula satmasını bildirmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-36/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həbs qətimkan tədbir seçilmişdir (1-cild, i.v. 217-219); İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı istintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzinə keçirilmişdir (1-cild, i.v. 225); İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 məxsus “İphone 5” markalı mobil telefona baxış keçirilmiş, mobil telefon ağ rəngli olmuş, “İphone 5” markalı, smartfon tipli mobil telefondur. Telefonun “Watsap” ani mesajlaşma sosial şəbəkəsinə daxil olunmuş və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə aralarında sms yazışmasının olması müəyyən edilmişdir. 10 may 2024-cü il tarixdə, saat 07:54-də Təqsirləndirilən şəxs tərəfindən 5522 0993 6903 2313 nömrəli kart hesab nömrəsinin fotosunu göndərməklə “yerdə qalan pulu at buna” məzmununda sms göndərilmişdir (1-ci cild, i.v.237-238); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 1(036)-53/2010 saylı xx.xx.2010-cu il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, barəsində CM-nin 62-ci maddəsi tətbiq olmaqla CM-nin 170.1-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza 3200 (üç min iki yüz) manat cərimə cəzası təyin edilmişdir (2-cild, i.v. 78-90); İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, İmişli Rayon Məhkəməsinin 22 iyul 2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 62 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3200 (üç min iki yüz) manat məbləğində cərimə edilmişdir (2-cild, i.v. 14-15); İmişli RİHB-nın İmişli şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibləri atası X10, anası X12, həyat yoldaşı X16, oğlu X11 və qızı X3 ibarətdir. (2-cild, i.v. 59); İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin olması, habelə Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 09 may 2024-cü il tarixdə, saat 21:01-də, 10 may 2024-cü il tarixdə, saat 00:09-da, həmin gün saat 11:14-də, həmin gün saat 12:00-da, həmin gün saat 14:09-da, həmin gün saat 14:10-da müxtəlif müddətlərdə danışıq əlaqələrinin olması müəyyən edilmişdir (2-ci cild, i.v. 71-72); İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin 24 may 2024-cü il tarixli 3675 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinodilərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-cild, i.v. 92-93); İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin maddə üzrə yenidən ittiham elan olunsun; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs və Şahid6 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilsin; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid5 oğlunun və Şahid6 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin ********* nömrəli cinayət işi üzrə şahid ifadəsi kimi qəbul edilməsi nəzərə alınsın; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid5 üzərindən aşkar edilən 7,77 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 7,75 qram təmiz çəkisinin ********* nömrəli iş üzrə maddi sübut kimi taınınması nəzərə alınsın; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, edələri, şəxsi axtarış və götürmə aparılması haqqında 10 may 2024-cü il tarixli, üzləşdirmə keçirilməsi haqqında 11 may 2024-cü il tarixli, baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli, keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli istintaq hərəkətləri haqqında protokollar, məhkəmə-bioloji ekspertizasının 11 may 2024-cü il tarixli 18/484 saylı, təkbaşına məhkəmə-bioloji ekspertizasının 24 may 2024-cü il tarixli 3675 nömrəli rəyləri, “Azərbaycan Beynəlxalq ” İmişli rayon filialından alınmış 04 iyul 2024-cü il tarixli məktub, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş CD disk, "xxxx" MMC-dən daxil olmuş CD disk sübut növü kimi qiymətləndirilsin və cinayət işinin materiallarına əlavə edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8,34 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 8,32 qram təmiz çəkisinin 12 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınıb İmişli RPŞnin “Maddi sübutların saxlanması otağına” təhvil verilməsi nəzərə alınsın (2-cild, i.v. 113- 125); İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (2-cild, i.v. 127); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-63/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 (on) gün həbsdə saxlama müddəti uzadılmışdır (2-cild, i.v. 164-168); Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd alışqan, bir ədəd qara rəngli qutusu olan “back” markalı siqareti təqdim etmişdir. Sonra əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd qəhvəyi rəngdə olan kağız kəsiyinə bükülmüş içərisində spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etmişdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Belə ki, məhkəmə araşdırması zamanı Orucov X5 Xalid Sabit oğlunun ona 70 (yetmiş) manat borcu olmasını, ona görə ondan 65 manat pul almasını bildirsə də, Şahid5 Şahid6 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə verdiyi ifadəsində Təqsirləndirilən şəxs 65 manat qarışılığında narkotik vasitə aldığını bildirmişdir. Bundan başqa, İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 məxsus “İphone 5” markalı mobil telefona baxış keçirilmiş, mobil telefon ağ rəngli olmuş, “İphone 5” markalı, smartfon tipli mobil telefondur. Telefonun “Watsap” ani mesajlaşma sosial şəbəkəsinə daxil olunmuş və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə aralarında sms yazışmasının olması müəyyən edilmişdir. 10 may 2024-cü il tarixdə, saat 07:54-də Təqsirləndirilən şəxs tərəfindən 5522 0993 6903 2313 nömrəli kart hesab nömrəsinin fotosunu göndərməklə “yerdə qalan pulu at buna” məzmununda sms göndərilmişdir, İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin olması, habelə Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 09 may 2024-cü il tarixdə, saat 21:01-də, 10 may 2024-cü il tarixdə, saat 00:09-da, həmin gün saat 11:14-də, həmin gün saat 12:00-da, həmin gün saat 14:09da, həmin gün saat 14:10-da müxtəlif müddətlərdə danışıq əlaqələrinin olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM- 59.1.4), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 8,34 qram olan, tədqiqatdan sonra qalıq qalmış 8.32 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan beş ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 8,34 qram olan, tədqiqatdan sonra qalıq qalmış 8.32 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar