Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-67/2025 11.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağalı Ələmşah Əlabbas oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 8 noyabr 1992-ci ildə İmişli rayonu, Murğuzallı kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Murğuzalılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd kibrit qutusunda, hər birinin ayrı-ayrılıqda çəkisi 6,20 qram və 6,40 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 01 ədəd kibrit qutusunda, içərisində 6,20 qram çəkidə narkotik vasitə olan qurudulmuş mariuxananı 2 aprel 2025-ci il tarixdə, saat 20:30 radələrində İmişli rayonu, Otuziki kəndi ərazisində “Şuluz” adlanan yerdə tanışı Şahid7 aralarında olan razılaşmaya əsasən, qanunsuz olaraq 70 manat pul müqabilində satmış, həmin gün, saat 22 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu, Murğuzallı kəndində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanındakı İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra inzibati binanın xidməti otağında onun üzərində keçirilən şəxsi axtarış zamanı üzərində olan açıq yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, şübhəli şəxs qismində tutulmamışdan 3-4 gün əvvəl balıq ovlamaq üçün Araz çayının sahilinə getmiş, orada yulğunluq ərazidə yulğun bitkisinin dibində sellofan torbanın bükülmüş forması onun diqqətini cəlb etmiş, bu səbəbdən həmin torbanı götürüb açmış və torbada içərisində qurudulmuş marixuana olan iki ədəd kibrit qutusu olduğunu görüb onu götürmüşdür. Şahid7 taksi fəaliyyəti ilə məşğul olduğundan o mütəmadi olaraq lazım olan yerlərə Səfər ilə birlikdə getmişdir. O, Səfər ilə birlikdə olarkən sonuncuya Araz çayının sahilindən narkotik vasitə olan qurudulmuş marixuna tapdığını bildirmişdir. Səfər də bunu bildiyi üçün 2 aprel 2025-ci il tarixdə, günorta saatlarında ona zəng edərək ondan qurudulmuş marixuana istəmişdir. O da Səfərə tapdığı marixuananı verə biləcəyini bildirmiş və onlar həmin gün, saat 19 radələrində İmişli rayonu, Otuziki kəndi ərazisində “Şuluz” adlanan yerdə görüşmüşlər. Həmin vaxt o, bir ədəd kibrit qutusundakı qurudulmuş marixuananı Səfərə bəxşiş kimi vermiş və bunun müqabilində Səfərdən pul almamışdır. Lakin Səfər təkidlə ona 70 manat pul vermişdir. Bundan sonra çıxıb evə getmişlər. Təxminən 2-3 saat sonra Səfər yenidən ona zəng edərək qonağının olduğunu bildirib, qalan bir kibrit qutusu qurudulmuş marixuananı da ona verməsini istəmişdir. O da qurudulmuş marixuananı gizlətdiyi yerdən götürüb üzərində olan gödəkçənin sol yan cibinə qoyaraq Səfərə vermək üçün yola çıxmışdır. Yola çıxdıqdan 5-10 dəqiqə sonra polis əməkdaşları onu yolun kənarında saxlayıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, üzərində olan boz rəngli gödəkçənin sol yan cibindən, içərisində qurudulmuş marixuana olan bir kibrit qutusunu təqdim etmişdir. Sonra təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Törətmiş olduğu cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin Cinayətaxtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 2 aprel 2025ci il tarixdə Səfər adlı şəxsin üzərində narkotik vasitə əldə etməsi, saxlaması, gəzdirməsi və İmişli rayonu, Otuziki kəndi ərazisində olması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan sonra həmin şəxsin Şahid7 olduğunu müəyyən etmişdir. Dərhal rayon polis şöbəsinin rəhbərliyinə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün raportla məruzə edib qərar qəbul etmişdir. Şöbə rəhbərliyi tərəfindən ondan, əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra avtomobilə əyləşib İmişli rayonu, Otuziki kəndinə doğru hərəkət etmişlər. Otuziki kəndi ərazisində avtomobili saxlayıb videoçəkilişə başlamışlar. Çəkilişdə özlərini təqdim edib, Şahid7 üzərində narkotik vasitə olmasını bildirib, bununla bağlı təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirmişlər. Şahid7 İmişli rayonu, Otuziki kəndi ərazisində, əsas yoldan kənarda, ara yolda idarə etdiyi “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamasını müəyyən etmişlər. İdarə etdikləri avtomobili Şahid7 avtomobilinin arxasında saxlayıb dərhal avtomobildən düşərək Şahid7 avtomobilinə yaxınlaşmışlar. Şahid7 avtomobilinin qapısını açıb özlərini ona təqdim edib, avtomobildən düşməsini istəmişlər. Şahid7 onların təklifləri ilə razılaşaraq avtomobildən düşmüş, Şahid7 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Şahid7 üzərində olan tünd boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmiş, 01 ədəd kibrit qutusu götürülərək Şahid7 idarə etdiyi avtomobilin arxa yük yerinin üzərinə qoyulmuşdur. Bundan sonra Şahid7 üzərindən aşkar edilmiş kibrit qutusunun içərisinə baxış keçirilərək elektron tərəzi vasitəsilə ölçülüb çəkisi müəyyən edilmişdir. Belə ki, 01 ədəd kibrit qutusu 9,22 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin 01 ədəd kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün 01 ədəd içərisi boş zərfə qoyularaq möhürlənib qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni nə vaxt, haradan və nə məqsədlə əldə etməsini soruşduqda, Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni 70 manat pul müqabilində İmişli rayonu, Murğuzallı kənd sakini Ağalar adlı şəxsdən öz istifadəsi üçün almasını bildirmişdir. Bundan sonra Şahid7 rayon polis şöbəsinə dəvət etmişlər. Şahid7 onlarla razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra, Şahid7 üzərindən aşkar edilmiş və qablaşdırılmış 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasaitə olan qurudulmuş marixuanya bənzər kütlə 01 ədəd zərf açılaraq baxış keçirilmişdir. Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni nə vaxt, haradan və nə məqsədlə əldə etməsi soruşulmuşdur. Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni 2 aprel 2025-ci il tarixdə, İmişli rayonu, Murğuzallı kənd sakini Ağalar adlı şəxsdən istifadə etməsi üçün əldə etməsini bildirmişdir. Şahid7 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ölçülən zaman çəkisi ilkin çəkisinə yaxın çəkidə, yəni 9,20 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin 01 ədəd kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün 01 ədəd içərisi boş zərfə qoyularaq möhürlənib qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid İmişli rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 elan edilmiş ifadələrindən görünür ki, onlar ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyniməzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində bildirmişdir ki, 2 aprel 2025-ci il tarixdə icraatına Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni Təqsirləndirilən şəxs satması və sonuncunun yeri müəyyən edilərək izahatının alınmasından ötəri rayon polis şöbəsinə gətirilməsi barədə əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının icrası ilə əlaqədar olaraq Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə İmişli rayonu, Murğuzallı kəndinə getmişlər. Murğuzallı kəndi ərazisində Ağalar Mejdionovun piyada hərəkətdə olmasını görüb Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını deyib rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmaması, müsbət halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan açıq yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəfaf rəngli sellofana bükülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuana narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni nə vaxt və haradan əldə etməsi barədə sual verildikdə Təqsirləndirilən şəxs Araz çayının yaxınlığından tapdığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin onda olması barədə sual verdikdə, Təqsirləndirilən şəxs Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı sonuncuya pay kimi verməsini bildirmişdir. Şəxsi axtarışın davamında Təqsirləndirilən şəxs üzərindən mobil telefon, pul əskinasları, siqaret, alışqan, pul kisəsi, pul kisəsinin içərisindən bank kartları və sənədlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd kibrit qutusu elektron tərəzinin üzərində qoyularaq ölçülmüş və çəkisinin 9,42 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 01 ədəd içərisi boş zərfə qoyularaq qablaşadırılmış və DİN-nin 179 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin zərfin üzərində tədbir iştirakçıları və narkotik vasitə olan qurudulmuş marixuana barədə müvafiq qeydlər aparılaraq imzalanmışdır. Məhkəmə iclasında şahidlər İmişli rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkilləri X2 və İmişli rayon polis şöbəsinin Kriminalistik tədiqatlar qrupunun baş inspektoru Şahid6 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2025-ci ilin mart ayının sonlarında İmişli rayonu, Qaraqaşlı kəndində yerləşən meşədə Ağalar ilə birlikdə qurudulmuş marixuanadan istifadə etmişlər. Həmin narkotik vasitəni Ağalar təşkil etmişdir. Həmin vaxt o, Ağalardan ona narkotik vasitə olan qurudulmuş marixuana təşkil etməsini istəmiş, Ağalar isə ona bir kibrit qutusunu 70 manata təşkil edə biləcəyini demişdir. 2 aprel 2025-ci ilə qədər 70 manat pul düzəldib həmin tarixdə, günorta saatlarında Ağalara zəng edib 70 manat pul düzəltdiyini deyib, bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. Ağalar isə ona axşam saatlarında görüşüb bir kibrit qutusu mariuxana verə biləcəyini demişdir. Axşam saatlarında Ağalarla zəngləşib İmişli rayonu, Otuziki kəndi ərazisində “Şuluz” adlanan yerdə görüşüb 70 manat pul vermişdir. Ağalar da ona bir kibrit qutusu marixuana vermişdir. Marixuananı götürüb özünə məxsus “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib asfalt yola doğru hərəkət etmişdir. Asfalt yola çıxdıqdan sonra avtomobili nasaz işlədiyi üçün kənara çəkib saxlamışdır. Telefonu əlinə alıb usta nömrəsi axtarmağa başlamışdır. Həmin vaxt arxadan avtomobil yaxınlaşmışdır. Həmin avtomobili görməmişdir. Avtomobildən mülki geyimli 3 nəfər şəxs düşmüşdür. Düşən şəxslərdən biri onun tərəfdən avtomobilə yaxınlaşıb qapısını açıb özünü təqdim edərək polis əməkdaşları olduqlarını deyib, ondan özünü təqdim etməsini istəmişlər. O da özünü təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşdu. O isə üzərində olan tünd boz rəngli gödəkçəinin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu təqdim etmişdir. Bundan sonra onun üzərini polis əməkdaşları yoxlamışlar. Üzərindən 13 manat pul, bir ədəd “İnfinex” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə əvvəlcə elektron tərəzi vasitəsilə ölçülərək çəkisinin 9,22 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə ekspertizaya təqdim olunması üçün içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. O və tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən həmin zərfin üzərin imzalanmışdır. Sonra isə üzərindən aşkar edilmiş pul ona geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmiş, o da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Sonra əməliyyat zamanı üzərindən aşkar edilərək zərfə qoyulmaqla qablaşdırılmış narkotik vasitə qurudulmuş mariuxanaya yenidən baxış keçirilmişdir. Qurudulmuş marixuana elektron tərəziyə qoyularaq çəkilmişdir. Qurudulmuş marixuananın çəkisinin ilkin çəkiyə yaxın çəkidə olması müəyyən edilmişdir. Bundan sonra boş zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra isə zərfin üzəri tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında 2 aprel 2025-cil tarixli protokoldan görünür ki, İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 2 aprel 2025-ci il tarixli qərarına əsasən Şahid7 narkotik vasitə olan marixuana üzərində saxlamaqda şübhəli bilənərək İmişli rayonu, Otuziki kəndində 2 aprel 2025-ci il tarixdə, saat 20:35-də saxlanılmışdır. Şahid7 üzərində qanunla qadağan olunmuş narkotik vasitələr, pisxotrop maddə, onun prekusorlarının olub-olmaması soruşulmuş, olduğu halda təqdim olunması təklif olunmuş, bundan sonra Şahid7 əynində olan tünd boz rəngli gödəkçənin sağ yan cibindən kibrit qutusundakı narkotik vasitə, marixuanaya oxşar kütləni çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilmiş və marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şahid7 təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər kütlə elektron tərəzi ilə çəkilmiş və 9.22 qram çəkidə olması müəyyən edilmişdir. Yoxlama zamanı Şahid7 üzərindən əlavə olaraq hər hansı bir əşya götürülməmişdir. Bundan sonra aşkar olunmuş vasitə zərfin içərisinə qoyularaq qablaşdırılmış, üzəri DİNnin 179 nömrəli möhürü ilə möhürlənmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. (cild 1, səhifə 11-13); Şəxsi axtarış və götürmə aparılması haqqında 2 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış süni işıqlandırılmış şəraitdə İmişli rayon polis şöbəsinin inzibati binasında aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və predmet olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində olan açıq yaşıl rəngli gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan 1 (bir) ədəd kibrit qutusu, əynində olan göy rəngli cins şalvarın sol ön cibindən 1 (bir) ədəd “Oppo” markalı mobil telefon və 1 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq, 6 ədəd 1 manatlıq pul əskinası, şalvarın sağ cibindən 1 ədəd 50 qəpik, 2 ədəd 10 qəpik dəmir pul, bundan başqa gödəkcənin sol ön cibindən 1 ədəd “Kent” markalı siqaret qutusu, 1 ədəd sarı rəngli alışqan, gödəkcənin sağ yan cibindən 1 ədəd göy rəngli pul qabı və pul qabının içərisindən isə 1 ədəd sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, plastik kartlar, 2 ədəd 50 manatlıq, 9 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq pul əskinaslarını çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 9,42 qram olması müəyyən edilmiş, narkotik vasitə marixuanaya bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və üzəri DİN-nin 179 saylı möhürü ilə möhürlənmişdir. (cild 1, səhifə 52-54); Şübhəli şəxsin tutulması haqqında 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində tutulmuşdur. (cild 1, səhifə 44-45); Məhkəmə-bioloji ekspertizanın 3 aprel 2025-ci il tarixli, 3-16-16/2-18/278 nömrəli rəyindən görünür ki, “...Şahid7 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmzi çəkisi – 6,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Şahid7 aşkar edilmiş narkotik vasitə marixiuana ilə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. (3 aprel 2025-ci il tarixli, 18/279 nömrəli rəyə əsasən birgə tədqiqat aparılıb). (cild 1, səhifə 64-68); Məhkəmə-bioloji ekspertizasının 3 aprel 2025-ci il tarixli, 3-16-16/2-18/279 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullar hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixiuana ilə Şahid7 aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. (3 aprel 2025-ci il tarixli, 18/278 nömrəli rəyə əsasən birgə tədqiqat aparılıb). (cild 1, səhifə 69-73); Cinayət işinin başlanması haqqında 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, saxlaması və satması faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, səhifə 1); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, səhifə 127); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, səhifə 144-145); Məhkəmə-narkoloji ekspertizasının 1 may 2025-ci il tarixli 2506 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (cild 2, səhifə 01-02); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 2, səhifə 60-61); Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, saxlaması və satması, yəni onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdiyi ifadələr və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. (cild 1, səhifə 241) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla dərhal məhkəmə iclasından həbsə alınmalı və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində ona narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 06,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdən 04 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 06,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Gülsaba Ağayeva
Məhkəmə qərarları › İş №1(036)-67/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-67/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver