Məhkəmə qərarları › İş №1(036)-68/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-68/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-68/2023 13.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi,Məmmədli Nadir Cabir oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1963-cü ildə İmişli rayonu Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən , evli, məhkum olunmamış, İmişli rayonu Sarxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 13 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evin həyətyanı sahəsində olan ehtiyat qapısı vasitəsilə təsərrüfat işlərini gördüyü üçün qonşusu Şahid3 Sulduz oğlu, Şahid2 və Zərərçəkmiş şəxs ilə qarşılıqlı mübahisə edən zaman Şahid2 əlində olan beli alaraq sonuncunun qardaşı Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı, yerini bir qədər dəyişən köndələn tam sınığı ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli birlərək ifadəsində göstərmişdir ki, 13 aprel 2023-cü il tarixdə saat 17 -00 radələrində o, yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri görmək məqsədi ilə küçəyə açdığı ehtiyat qapıdan istifadə etdiyinə görə qonşuluqda yaşayan Şahid3 Sulduz oğlu, Şahid2 və Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs üstünə cumaraq əlindəki ağac parçası ilə onu vurmuş və o, da Şahid2 əlində tutduğu beli alaraq həmin bellə Zərərçəkmiş şəxs vurmuşdur. Daha sonra ifadəsində Təqsirləndirilən şəxs əməlindən peşman olaraq Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. ( ərizəsi işə əlavə edilir) İş üzrə zərərçəkmişn şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Sarxanlı kəndində yaşayır və Təqsirləndirilən şəxs ilə qonşudur. Təqsirləndirilən şəxs özünə məxsus olan həyətyanı sahənin arxa tərəfindən küçəyə yol açıb həmin yoldan təsərrüfat məqsədləri ilə istifadə etdiyinə və çirkab suları küçəyə axıtdığına görə son vaxtlarda onunla münasibətləri pisləşmişdir. 13 aprel 2023-cü il tarixdə saat 17 -00 radələrində Təqsirləndirilən şəxs küçəyə peyin tökərək üfunətli qoxu yaratdığı üçün aralarında növbəti dəfə mübahisə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid2 üstünə cumub əlindəki bellə onu vurmaq istərkən o, özünü qabağa vermiş və bel zərbəsi qoluna dəyərək ona xəsarət yetirmişdir. Daha sonra ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. (ərizəsi işə əlavə edilir) İşdə olan İşdə olan AR SN MTEPAB PHŞ tərəfindən vерilmiş 14 aprel 2023-cü il tarixli, 270 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1989-cu il təvəllüdlü Şahid2 müayinə zamanı sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı, yerini bir qədər dəyişən köndələn tam sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi və dərəcəsində görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. ( c.i.səh:54-55) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli sorgu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. səh: 127) Azərbaycan Respublikası CM-nın 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. AR CPM-nın 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün AR Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə X1 böyük ictimai təhlükə törətməyən əməl törətməsini, iş üzrə zərərçəkmiş tərəflə barışmasını və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilərək barəsində olan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-347, 321.2.1, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, İmişli RPŞ-nin maddi subutların saxlancı otağında saxlanılan bir ədəd bel Şahid2 təhvil verilsin. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ülvi Qənbərov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar